Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-450/2021 01.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Rəfiyev Rövşən Rafiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Mahmudov Ayaz Akif oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-219/2020 nömrəli, 01.10.2021-ci il tarixli qərardadından cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin inventarlaşdırılmasının aparılması və texniki sənədlərin (texniki pasportun) tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 21.07.2020-ci il tarixli, 2-1(116)-219/2020 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı mülkiyyətində olan Zaqatala şəhəri Kiçikxanlı küçəsi 35 ünvanında yerləşən fərdi yaşayış evinin inventarlaşdırılmasının aparılması və texniki sənədlərin (texniki pasportun) tərtib edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi Şəki İnzibati Məhkəməsinin həmin qərarından apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin 21.10.2020-ci il tarixli 2-1(107)- 383/2020 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 21.07.2020-ci il tarixli 2-1(116)-219/2020 nömrəli qərarı qüvvədə saxlanılmışdır. Bundan sonra Şəki İnzibati Məhkəməsinin 21.07.2020-ci il tarixli 2- 1(116)-219/2020 nömrəli qərarından çıxarış icra edilməsi üçün Şəki İnzibati Məhkəməsinin 24.12.2020-ci il tarixli məktubu ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi məhkəməyə göndərdiyi 13.04.2021-ci il tarixli **********74 nömrəli məktubunda Şəki İnzibati Məhkəməsinin 21.07.2020-ci il tarixli 2-1(116)-219/2020 nömrəli qərarının icra olunduğunu bildirmişdir. Daha sonra İddiaçı Şəki İnzibati Məhkəməsinə 21.09.2021-ci il tarixli ərizə ilə müraciət edərək məhkəmənin qərarına əsasən, tərtib edilmiş texniki pasportda torpaq sahəsinin ölçülərinin yalnız faktiki vəziyyətə uyğun qeyd edildiyini, hüquq müəyyənedici sənədə müvafiq olaraq ölçülərin və vəziyyətin göstərilmədiyini, eyni zamanda, qərarın tam icra olunmadığını bildirmiş və qərarın icrasının təmin olunmasını xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-219/2020 nömrəli, 01.10.2021-ci il tarixli qərardadı ilə Şəki İnzibati Məhkəməsinin 21.07.2020-ci il tarixli 2-1(116)-219/2020 nömrəli qərarının icrası icra sənədi verilməklə Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmışdır. Həmin qərardaddan cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə tərəfindən Azərbaycan Respublikasının Şəki İnzibati Məhkəməsinin 21 iyul 2020-ci il tarixli, 2-1(116)-219/2020 saylı qərarı icra edilməsi üçün 18 saylı Zaqatala Ərazi İdarəsinə göndərilmişdir. Daha sonra iddiaçıya qeyd olunan məhkəmə qərarının icrasının təmin edilməsi üçün ərazi idarəsinə qanunla müəyyən edilmiş qaydada və sənədlərlə birgə bilavasitə müraciət olunması barədə 06.01.2021-ci il tarixli, **********05 nömrəli bildiriş göndərilmişdir. Həmçinin məhkəməyə də bu barədə 06.01,2021-ci il tarixli, **********06 nömrəli məktubla məlumat verilmişdir. Bundan sonra, İddiaçı Azərbaycan Respublikasının Şəki İnzibati Məhkəməsinin 21 iyul 2020-ci il tarixli, 2-1(116)-219/2020 saylı qərarı və digər hüquqmüəyyənedici sənədlərlə ünvan 2 ünvanında 0,03 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə çıxarışın və texniki pasportun verilməsi məqsədi ilə 18 saylı Zaqatala Ərazi İdarəsinə bilavasitə ərizə ilə 13.01.2021 -ci il tarixində müraciət etmişdir. Onun müraciətinə əsasən sözügedən 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi vahid daşınmaz əmlak kimi İddiaçı adına 04.02.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmiş və həmin vahid daşınmaz əmlaka 04.02.2021-ci il tarixli, 2247 inventar nömrəli (Şəki İnzibati Məhkəməsinin 21 iyul 2020-ci il tarixli, 2-1(116)- 219/2020 saylı qərarının qərara aldı hissəsində göstərildiyi kimi) texniki pasport tərtib edilərək iddiaçıya təqdim edilmişdir (həmin sənədlərin təsdiq edilmiş surətləri təqdim olunur). Bu barədə Şəki İnzibati Məhkəməsinə 13.04.2021-ci il tarixli, **********74 nömrəli məktubla həmin texniki pasport sənəd qoşması kimi əlavə olunmaqla təqdim edilmişdir. Məhkəmə qeyd olunan qərardadın 2 səhifəsinin 3-cü abzasında göstərmişdir ki, “İddiaçı Şəki İnzibati Məhkəməsinə 21.09.2021-ci il tarixli ərizə ilə müraciət edərək məhkəmənin qərarına əsasən tərtib edilmiş texniki pasportda torpaq sahəsinin ölçülərinin yalnız faktiki vəziyyətə uyğun qeyd edildiyini, hüquqmüəyyənedici sənədə müvafiq olaraq ölçülərinin və vəziyyətin göstərilmədiyini, eyni zamanda, qərarın tam icra olunmadığını bildirmiş və qərarın icrasının təmin olunmasını xahiş etmişdir.. İddiaçının qərardada hüquq müəyyənedici sənədə müvafiq olaraq ölçülərinin və vəziyyətin göstərilmədiyi iddiası ilə bağlı bildiririk ki, onun adına hazırlanmış 2247 inventar nömrəli texniki pasportun 2-ci səyfəsində (torpaq sahəsinin planı hissəsində) torpaq sahəsinin sənəd üzrə və faktiki ölçüləri qeyd olunmuş, həmçinin qanunla müəyyən edilmiş qaydada hüquqmüəyyənedici sənədlər əsasında fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin inventarlaşdırılması nəticəsində əldə məlumaltarla sahənin yerləşmə vəziyyəti də göstərilmişdir. Şəki İnzibati Məhkəməsinin 21 iyul 2020-ci il tarixli, 2-1(116)-219/2020 saylı qərarı ilə cavabdeh 18 saylı Zaqatala Ərazi İdarəsi üzərinə Zaqatala rayonu, Kiçikxanlı 35 ünvanında yerləşən fərdi yaşayış evinin inventarlaşdırılmasının aparılması və texniki sənədinin (texniki pasportun) tərtib edilməsi öhdəliyi qoyulmuşdur. Məhkəmənin qərarına əsasən qanunla müəyyən edilmiş qaydada tərəfimizdən inventarlaşdırılma işləri aparılmış və 2247 inventar nömrəli texniki pasport hazırlanmış və iddiaçıya təqdim olunmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Kollegiyasının 08 iyun 2015-ci il tarixli, 03 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sistemində daşınmaz əmlakın kadastrı və texniki inventarlaşdırma işlərinin aparılmasına dair” Texniki Təlimatın 1.10-cu bəndinə əsasən, daşınmaz əmlakın kadastrı və texniki inventarlaşdırılması nəticəsində əldə edilmiş məlumatlar daşınmaz əmlakın elektron kadastr məlumat bazasında və daşınmaz əmlakın dövlət reyestrində müvafiq əmlaklar barədə texniki uçot məlumatlarının yaradılması, həmçinin mövcud göstəricilərdə dəyişiklik edilməsi üçün əsasdır. Beləliklə yuxarıda qeyd olunanlarda göründüyü kimi, məhkəmənin sözügedən qərarı cavabdeh tərəfindən tam icra edilmiş, iddiaçının onun adına hazırlanmış texniki paspotrda iddia etdiklərinin göstərilməsi qanunvericilikdə nəzərdə tutulmadığından artıq icra olunmuş qərarın iddiaçının qanunsuz istəyinə (arzusuna) görə yenidən icraata yönədilməsinə zərurət qalmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 81.1 -ci maddəsinə əsasən, inzibati-iqtisadi məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası məhkəmələrinin inzibati-iqtisadi kollegiyaları tərəfindən baxılır. Azərbaycan Respublikasının Şəki İnzibati Məhkəməsinin 01 oktyabr 2021 -ci il tarixli, 2-1(116)-219/2020 saylı qərarı 18 saylı Zaqatala Ərazi İdarəsinə rəsmi olaraq 07 oktyabr 2021 -ci il tarixində təqdim olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin 2-1(116)- 219/2020 nömrəli, 01.10.2021-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 şikayətin təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə kollegiyasına teleqram ünvanlayaraq məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi Cavabdeh apellyasiya şikayətini vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 10 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 2-1(116)-219/2020 nömrəli, 01.10.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Belə ki, kollegiyanın iclasında cavabdehin nümayəndəsi X3 izahatında göstərdi ki, Şəki İnzibati Məhkəməsinin 21.07.2020-ci il saylı qərarına əsasən tərtib edilmiş plan və ölçü onun yəni iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi kimi qeyd edilmişdir, çünki hüquqi sənəd üzrə tərtib edilərsə qonşunun torpaq sahəsi ilə üst-üstə düşəcəkdir. Belə olan halda kollegiya hesab edir ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi Zaqatala şəhərində yerləşdiyinə görə Şəki İnzibati Məhkəməsinin 21.07.2020-ci il tarixli 2-1(116)-219/2020 nömrəli qərarının icrası həmin orqana tapşırılmalıdır. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçı AİK-nın 30.12.2007-ci il tarixli, 02 nömrəli qərarı ilə razılaşmadığı halda həmin qərarı MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsinin tələblərinə əsasən 1 ay müddətində mübahisələndirməli idi. İddiaçı həmin qərarı mübahisələndirməmişdir. Həmin qərar qüvvədədir və yuxarıda qeyd olunan normaya əsasən bu müddət ötürüldüyündən iddia tələbi haqlı olaraq mümkün sayılmamışdır. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərardad qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərardadı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-219/2020 nömrəli, 01.10.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-219/2020 nömrəli, 01.10.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun tam formada təqdim olunduğu gündən 10 gün müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-450/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-450/2021
01.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver