Məhkəmə qərarları › İş №2-1(107)-451/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-451/2025

02.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-451/2025 02.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik еdən və məruzəçi), X4 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı ASC- nin Cavabdehnə qarşı “Qəbələ şəhəri, Nəsimi küçəsi, ev 3 ünvanından üçüncü şəxslərin qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(116)- 863/2025 nömrəli qərarından üçüncü şəxs X2 tərəfindən vеrilmiş аpеllyаsiyа şikаyətinin mümkünlüyü məsələsinə аçıq məhkəmə iclаsındа baxaraq müəyyən etdi: Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 12 fevral 2025-ci il tarixli 2- 1(116)-863/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. Həmin qərardan üçüncü şəxs X2 tərəfindən аpеllyаsiyа şikаyəti verilmişdir. Müəyyən edilmişdir ki, аpellyаsiyа şikаyəti qаnunlа nəzərdə tutulmuş müddət burаxılmаqlа verilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı 02 iyul 2025-ci il tarixə məhkəmə iclası təyin edilmiş, iddiaçıya bu barədə rəsmi məlumat verilmiş və eyni zamanda apellyasiya şikayətinin verilməsi ilə bağlı ötürülmüş prosessual müddətin üzrlü səbəbdən olması barədə sübutları həmin vaxta kimi məhkəmə kollegiyasına təqdim etmələri təklif edilmişdir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq proses iştirakçıları məhkəmə iclasında iştirak etməişdirlər. Üçüncü şəxs X2 məhkəmə kollegiyasının iclasına ərizə ünvanlayaraq apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, şikayətin icraata götürülüb-götürülməməsi məsələsinə baxılmasını, şikayətin icraata götürüldüyü halda mahiyyəti üzrə baxılması ilə bağlı icraatın dayandırılması və işə onun iştirakı olmadan baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti mümkün sayılmamalıdır. Belə ki, Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin: - 81.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. - 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. İş materiallarından görünür ki, Şəki İnzibati Məhkəməsinin 12 fevral 2025-ci il tarixli 2-1(116)-863/2024 nömrəli qərarı AZEMİS “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə xx.xx.2024-cü il tarixdə üçüncü şəxsin elektron kabinetinə yerləşdirilmişdir. xx.xx.2025-ci il tarixdə üçüncü şəxs X2 ərizə ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək qərarın surətinin ona verilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə üçüncü şəxsin müraciətinə əsasən məktuba imza etdirilərək qərarın surəti yenidən ona verilmişdir. Göründüyü kimi, iddiaçı Şəki İnzibati Məhkəməsinin 12 fevral 2025-ci il tarixli 2- 1(116)-863/2024 nömrəli qərarından şikayət verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddəti 104 gün ötürmüşdür. Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin: 9-1.2-ci maddəsinə əsasən, məhkəmə və proses iştirakçıları tərəfindən məhkəmə qərarlarının, qərardadlarının, sərəncamlarının (bundan sonra – məhkəmə aktları), ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 9-1.3-cü maddəsinə əsasən, inzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 9-1.4-cü maddəsinə əsasən, bu Məcəllənin 9-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş məhkəmə aktlarının və digər sənədlərin başqa qaydada verilməsi tələb oluna bilməz. 87.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.3-cü maddəsinə əsasən, apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. 87.4-cü maddəsinə görə, apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Şəki İnzibati Məhkəməsinin 12 fevral 2025-ci il tarixli 2-1(116)-863/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs X1 Şəki İnzibati Məhkəməsinin 12 fevral 2025-ci il tarixli 2-1(116)- 863/2024 nömrəli qərarından verdiyi apellyasiya şikayəti mümkün sayılmasın və şikayətin icraata qəbulundan imtina edilsin. Qərаrdаddаn rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar