Məhkəmə qərarları › İş №2-1(107)-454/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-454/2023

01.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-454/2023 01.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “0.10 ha həyətyanı, 0.21 ha və 0.52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair çıxarışların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 31 may 2023-cü il tarixli 2-1(116)-1448/2023 nömrəli qərarından iş üzrə üçüncü şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “0.10 ha həyətyanı, 0.21 ha və 0.52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair çıxarışların ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-57/2022 nömrəli qərardadı ilə iddia tələbinin “RX seriyalı ******* №-li (********** qeydiyyat №-li), RX seriyalı ******* №-li (********** qeydiyyat №-livə RX seriyalı ******* №-li (********** qeydiyyat №-li) çıxarışların ləğvi hissəsində iddia mümkün sayılmamışdır.

3. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-57/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “0.10 ha həyətyanı, 0.21 ha və 0.52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair çıxarışların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilmişdir.

4. İddiaçının nümayəndəsi (vəkili) xx.xx.2022-ci il tarixdə Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-57/2022 nömrəli qərardadından apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(107)- 217/2022 nömrəli qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(116)-57/2022 nömrəli qərardadı qüvvədə qalmışdır.

5. İddiaçının nümayəndəsi (vəkili) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(107)-217/2022 nömrəli qərardadından kassasiya şikayəti vermiş, Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)- 1894/2022 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(107)-217/2022 nömrəli qərardadı ləğv edilmiş, inzibati iş baxılması üçün Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına qaytarılmışdır.

6. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2- 1(107)-191/2022 nömrəli qərardadı ilə Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(116)-57/2022 nömrəli qərardadı ləğv edilmiş, inzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmışdır.

7. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-1448/2023 nömrəli qərardadı ilə X3 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının bacısı X6 xx.xx.2006-cı ildə vəfat etmiş və ondan miras əmlak olaraq torpaq sahələri qalmışdır. Bundan sonra Məryəm Əli qızının əri – Qurban Məmmədov ikinci dəfə evlənmiş, ikinci arvadının adı da Məryəm (Mövlüd qızı) olmuş və Qurban Məmmədovun arvadlarının yalnız ata adları fərqli olmuşdur. Qurban Məmmədov xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. xx.xx.2018-ci il tarixdə Məryəm Mövlüd qızı cavabdehə müraciət edərək hazırkı iddia tələbində mübahisələndirilən torpaq sahələrinə dair çıxarışları almışdır. Həmçinin, iddiaçı bacısından miras qalmış torpaq sahələrinə dair 2V-486, 487 və 488 nömrəli “qanun üzrə vərəsəlik hüququ” haqqında şəhadətnamələr əldə etmişdir. X3 müvafiq şəhadətnamələri və onun əsasında verilmiş çıxarışları Zaqatala Rayon Məhkəməsində mübahisələndirmiş, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(033)-232/2020 nömrəli qətnaməsi ilə müvafiq şəhadətnamələr etibarsız hesab edilərək onun əsasında verilmiş çıxarışlar ləğv edilmişdir (hazırda həmin mülki iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin icraatındadır). Bundan sonra iddiaçı hazırkı tələbdə qeyd edilən “RX seriyalı ******* №-li (********** qeydiyyat №-li), RX seriyalı ******* №-li (********** qeydiyyat №-li), RX seriyalı ******* №-li (********** qeydiyyat №-li), RX seriyalı ******* №-li (********** qeydiyyat №-li), RX seriyalı ******* №-li (********** qeydiyyat №-li) və RX seriyalı ******* №-li (********** qeydiyyat №-li) daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh ilkin olaraq müraciəti təmin etməkdən imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

9. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, Zaqatala rayonu Əliabad qəsəbəsində aparılan torpaq islahatı zamanı mərhum X5 və X2 ümumibirgə mülkiyyətinə verilmiş Zaqatala rayonu, Əliabad qəsəbəsi ünvanında yerləşən 0,10 ha həyətyanı, 0,52 ha və 0,21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması zamanı texniki səhv nəticəsində X6 əvəzində X3 qeyd olunmuşdur. Göstərdiklərini nəzərə alaraq məhkəmədən iddianın qanuna müvafiq qaydada həll edilməsini xahiş etmişdir.

10. Birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxsin vəkili (nümayəndəsi) məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişlər.

11. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

12. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 31 may 2023-cü il tarixli 2- 1(116)-1448/2023 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır.

13. Üçüncü şəxs X3 həmin qərardan apellyasiya şikayəti vermişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından da göründüyü kimi, İddiaçı ləğv edilməsini tələb etdiyi RX seriyalı ******* nömrəli (********** qeydiyyat nömrəli), RX seriyalı ******* nömrəli (********** qeydiyyat nömrəli) və RX seriyalı ******* nömrəli (********** qeydiyyat nömrəli) çıxarışlar onsuz da cavabdeh inzibati orqan tərəfindən ləğv edilmişdir. Həmin sənədlər hazırda qüvvədə deyil. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi də İddiaçı yazdığı məktubda qeyd olunan səbəblərdən ərizəsinin icrasının mümkün olmamasını bildirmişdir. Bütün bunlara baxmayaraq Şəki İnzibati Məhkəməsi qüvvədə olmayan RX seriyalı ******* nömrəli (********** qeydiyyat nömrəli), RX seriyalı ******* nömrəli (********** qeydiyyat nömrəli) və RX seriyalı ******* nömrəli (********** qeydiyyat nömrəli) çıxarışların ləğv edilməsi barədə qərar qəbul etmişdir. Ona görə də Şəki İnzibati Məhkəməsinin 31 may 2023-cü il tarixli 2-1(116)-1448/2023 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 31 may 2023-cü il tarixli 2-1(116)-1448/2023 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı, iddiaçının nümayəndəsi və vəkili, üçüncü şəxs və vəkili məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddiaçının və onun üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirərək işə onların iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

17. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).

18. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-47/2-1485/2023 nömrəli məktubuna əlavə edilmiş xx.xx.2019-cu il tarixli **********42-10301 reyestr nömrəli Çıxarışın təsdiqlənmiş surətlərindən görünür ki, Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi İddiaçı adına qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-47/2-1485/2023 nömrəli məktubuna əlavə edilmiş xx.xx.2019-cu il tarixli **********42-10301 reyestr nömrəli Çıxarışın təsdiqlənmiş surətlərindən görünür ki, Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi X4 adına qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-47/2-1485/2023 nömrəli məktubuna əlavə edilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın təsdiqlənmiş surətlərindən görünür ki, Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi X1 adına qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-47/2-1485/2023 nömrəli məktubuna əlavə edilmiş xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın təsdiqlənmiş surətlərindən görünür ki, Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi X2 adına qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-47/2-1485/2023 nömrəli məktubuna əlavə edilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın təsdiqlənmiş surətlərindən görünür ki, Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0.52 ha torpaq sahəsi İddiaçı adına qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-47/2-1485/2023 nömrəli məktubuna əlavə edilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın təsdiqlənmiş surətlərindən görünür ki, Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0.52 ha torpaq sahəsi X4 adına qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-47/2-1485/2023 nömrəli məktubuna əlavə edilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın təsdiqlənmiş surətlərindən görünür ki, Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0.52 ha torpaq sahəsi X1 adına qeydiyyata alınmışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

19. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.

21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

22. Üçüncü şəxsin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

23. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

24. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

25. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

27. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçının bacısı X6 xx.xx.2006-cı ildə vəfat etmiş və ondan miras əmlak olaraq torpaq sahələri qalmışdır. Bundan sonra Məryəm Əli qızının əri – Qurban Məmmədov ikinci dəfə evlənmiş, ikinci arvadının adı da Məryəm (Mövlüd qızı) olmuş və Qurban Məmmədovun arvadlarının yalnız ata adları fərqli olmuşdur. Qurban Məmmədov xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. xx.xx.2018-ci il tarixdə Məryəm Mövlüd qızı cavabdehə müraciət edərək hazırkı iddia tələbində mübahisələndirilən torpaq sahələrinə dair çıxarışları almışdır. Həmçinin, iddiaçı bacısından miras qalmış torpaq sahələrinə dair 2V-486, 487 və 488 nömrəli “qanun üzrə vərəsəlik hüququ” haqqında şəhadətnamələr əldə etmişdir. X3 müvafiq şəhadətnamələri və onun əsasında verilmiş çıxarışları Zaqatala Rayon Məhkəməsində mübahisələndirmiş, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(033)-232/2020 nömrəli qətnaməsi ilə müvafiq şəhadətnamələr etibarsız hesab edilmişdir.

28. Bundan sonra İddiaçı hazırkı tələbdə qeyd edilən “RX seriyalı ******* №-li (********** qeydiyyat №-li), RX seriyalı ******* №-li (********** qeydiyyat №-li), RX seriyalı ******* №-li (********** qeydiyyat №-li), RX seriyalı ******* №-li (********** qeydiyyat №-li), RX seriyalı ******* №-li (********** qeydiyyat №-li) və RX seriyalı ******* №-li (********** qeydiyyat №-li) daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh ilkin olaraq müraciəti təmin etməkdən imtina etmişdir.

29. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır.

30. Məhkəmə kollegiyası istinad edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, iddiaçı öz tələbində mübahisəli çıxarışların ləğvini tələb etmiş, cavabdeh isə icraatın gedişində reyestrdəki qeyddə düzəliş edərək yeni məzmunda çıxarışlar tərtib etmiş, eyni zamanda üçüncü şəxsə məktubla müraciət edərək səhv tərtib olunmuş çıxarışların təhvil verilməsini tələb etmişdir. Lakin həmin müraciətin üçüncü şəxs tərəfindən təmin olunduğuna dair işdə məlumat yoxdur. Eyni ilə, həmin çıxarışların ləğv edildiyini və ya qüvvədən düşdüyünü, yaxud etibarsız elan olunduğunu təsdiq edən hər hansı inzibati aktın qəbul edildiyinə dair məlumat işdə yoxdur. Bu səbəbdəndir ki, iddiaçı öz tələbində həmin çıxarışların qüvvəsindən müdafiə olunmaq məqsədi güdür. Onun həmin məzmunda tələbi təmin olunmadığı halda işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığına dair məhkəmələrin gəldikləri nəticə İPM-in 67.3-cü maddəsinin tələbinə uyğun olmamışdır.

31. Azərbaycan Respublikası Ali Məhkəməsi xx.xx.2022-ci il tarixli 2-1(102)- 1894/2022 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir.

32. Beləliklə, kollegiya hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuşdur.

33. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

34. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ: Üçüncü şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 31 may 2023-cü il tarixli 2-1(116)-1448/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar