Məhkəmə qərarları › İş №2-1(107)-455/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-455/2020

07.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-455/2020 07.12.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) – Rəfiyev Rövşən Rafiq oğlu, Hakimlər – Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə Cavabdeh - Cavabdeh nümayəndəsi X2; Üçüncü şəxs - "Elşən-96" kəndli (fermer) təsərrüfatının nümayəndəsi X1 iştirakı ilə İddiаçı "İddiaçı" MMC-nin Cavabdehnə qarşı Cavabdeh başçısının xx.xx.1996-cı il tarixli 55 nömrəli sərəncamı əsasında "Elşən-96" kəndli (fermer) təsərrüfatına kənd təsərrüfatı məhsulları istehsal etmək üçün verilən 50 ha torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüquqlarına dair verilmiş, tarixi qeyri-müəyyən olan A-001332 nömrəli dövlət aktının ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2-1(116)-640/2020 saylı qərarından cavabdeh Qəbələ rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Cavabdeh başçısının xx.xx.1996-cı il tarixli 55 nömrəli sərəncamına əsasən, ərzaq bolluğu yaratmaq məqsədilə Şəhər İcra Hakimiyyətinin ehtiyat torpaq fondundan 50 hektarında "Elşən-96" kəndli (fermer) təsərrüfatının yaradılması, həmin təsərrüfatın nizamnaməsinin təsdiq edilməsi, Respublika Aqrar Sənaye Bankının Yevlax şöbəsində təsərrüfatın hesablaşma hesabının açılması, təsərrüfatın dəyirmi möhür və künc ştampının hazırlanmasına icazə verilməsi, sərəncamdan çıxarışın məlumat və icra üçün şəhər torpaq şöbəsinə, Vergi müfəttişliyinə, Statistika idarəsinə, torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı alınması üçün Respublika Torpaq Komitəsinə göndərilməsi qərara alınmışdır. Həmin sərəncamın icrası ilə əlaqədar olaraq, Yevlax rayon torpaq şöbəsinin və digər qurumların nümayəndələrinin, eləcə də "Elşən-96" kəndli (fermer) təsərrüfatının rəhbərinin iştirakı ilə tərtib edilmiş xx.xx.1996-cı il tarixli aktla Kür çayı və Yevlax şəhəri ilə həmsərhəd olan 50 ha torpaq sahəsi seçilmişdir. "Elşən-96" kəndli (fermer) təsərrüfatına A-001332 nömrəli "Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı" verilmişdir. Həmin dövlət aktı kənd təsərrüfatı məhsulları istehsal etmək üçün Yevlax ŞİH başçısının xx.xx.1996-cı il tarixli 55 nömrəli sərəncamı ilə iddiaçının daimi istifadəsinə verilmiş cizgidə (xəritədə) göstərilən sərhəd daxilində olan 50 hektar torpaq sahəsinə aiddir. Dövlət aktı Yevlax ŞİH-in başçısı və Yevlax rayon torpaq şöbəsinin müdiri tərəfindən imzalanmışdır. "Elşən-96" kəndli (fermer) təsərrüfatının qeydiyyat sənədləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bərdə Bölgə Şöbəsi tərəfindən uçota alınmış və xx.xx.1997-ci ildə bu barədə arayış verilmişdir. Bundan sonra Yevlax Bələdiyyəsi tərəfindən 80 ha torpaq sahəsi iddiaçı "xxxx" MMC-yə satılmış və sonuncunun həmin torpaq sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci ildə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X7 xx.xx.2019-cu il tarixli arayışı ilə müəyyən edilir ki, "Elşən-96" kəndli (fermer) təsərrüfatının iddia etdiyi torpaq sahəsi ilə "İddiaçı" MMC-nin mülkiyyətinə verilmiş 80 ha torpaq sahəsi üst-üstə düşür. "İddiaçı" MMC Yevlax ŞİH-ə xx.xx.2019-cu il tarixli məktubla müraciət edərək, "Elşən- 96" kəndli (fermer) təsərrüfatına verilmiş tarixi olmayan A-001332 nömrəli dövlət aktına xitam verilməsini (ləğv olunmasını) xahiş etmişdir. Yevlax ŞİH həmin məktuba cavab verməmiş və iddiaçı "İddiaçı" MMC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, torpaq sahəsinin harada yerləşməsi dövlət aktının içindəki cizgi planında müəyyən edilmir. Dövlət aktını Respublika Torpaq Komitəsi verməli olduğu halda, Yevlax ŞİH vermişdir. Dövlət aktının tərkib hissəsi kimi təqdim olunanxx.xx.1996-cı il tarixli akt da saxtadır, belə ki, aktda 50 ha torpaq sahəsinin hansı ünvanda, hansı koordinatlarda ayrıldığı müəyyən olunmur. Həmin torpaq sahəsinin Yevlax ŞİH-in ehtiyat torpaq fonduna aid olması barədə də sübut yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 278S nömrəli sərəncamından görünür ki, həmin torpaq sahəsi Yevlax peşə məktəbinin istifadəsində olmuşdur. "Elşən-96" kəndli (fermer) təsərrüfatının yaradılması barədə sərəncam xx.xx.1996-cı ildə verildiyi halda, xx.xx.1996-cı il tarixli akt həmin təsərrüfatın möhürü ilə təsdiq edilib. Halbuki, möhürün bir günə hazırlanması mümkün deyildi. Bundan başqa, dövlət aktı aqrar islahat komissiyası tərəfindən təsdiq edilmədiyinə görə hüquqi əsası olan sənəd hesab edilə bilməz. Dövlət aktı ya mülkiyyət hüququ, ya da istifadə hüququ üçün verilə biləcəyi halda, üz səhifəsində adı mülkiyyət, sahiblik və daimi istifadə hüquqlarına dair yazılmışdır. Bundan başqa, həmin dövlət aktı yeni nümunəli dövlət aktı ilə əvəz edilmədiyinə görə hüquqi sənəd hesab edilmir. Əgər bu dövlət aktı hüquqi sənəd hesab edilsəydi, Yevlax ŞİH həmin torpaq sahəsinin Bələdiyyəyə verilməsinə razılıq verməzdi. Bundan başqa, dövlət aktında göstərilən torpaq sahəsində talvarın (çardağın) tikilməməsi "Elşən-96" kəndli (fermer) təsərrüfatı tərəfindən torpaq sahəsindən istifadə edilməməsini sübut edir. "İddiaçı" MMC həmin torpaq sahəsini 2011-ci ildə Bələdiyyədən almış və 2014-cü ildən sahəni əkib becərir. "Elşən-96" kəndli (fermer) təsərrüfatı uzun illər torpaqdan təyinatı üzrə istifadə etməmiş və torpağa görə vergi ödəməmişdir. "Elşən-96" kəndli (fermer) təsərrüfatının iddia etdiyi torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı yoxdursa, həmin torpaq sahəsinə subyektiv hüququ yoxdur. Cavabdeh Yevlax ŞİH iddia ilə bağlı xx.xx.2020-ci il tarixli 261 nömrəli yazılı münasibətində iddianın rədd olunmasını və mümkün sayılmamasını xahiş edərək bildirmişdir ki, iddianı qanunsuz və əsassız hesab edir. Belə ki, yerli icra hakimiyyəti başçılarının mülkiyyət hüququnun müəyyən edilməsinə dair sənədləri ləğv etmək səlahiyyəti yoxdur. Bu səbəbdən Yevlax ŞİH hazırkı iş üzrə cavabdeh kimi qoyula bilməz. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2-1(116)-474/2020 saylı (hakim Vidadi Qasımov) qərarına əsasən iddiaçı "İddiaçı" MMC-nin Cavabdehnə qarşı Cavabdeh başçısının xx.xx.1996-cı il tarixli 55 nömrəli sərəncamı əsasında "Elşən-96" kəndli (fermer) təsərrüfatına kənd təsərrüfatı məhsulları istehsal etmək üçün verilən 50 ha torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüquqlarına dair verilmiş, tarixi qeyri-müəyyən olan A- 001332 nömrəli dövlət aktının ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməmişdir. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2-1(116)-474/2020 saylı qərаrından iddiаçı "İddiaçı" MMC apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Cаvаbdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 16 sаylı Ərazi İdarəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən, iddia ərizəsində qeyd olunan halları təsdiq edəcək sübutlar olmadığından qərar ləğv olunmalıdır. Torpaq sahəsinin planı və ölçüsü sənədi və həmin sənədə edilmiş düzəlişlər ləğv olunmuş DTXK-nın kürdəmir rayon şöbəsi tərəfindən icra olunduğu, həmin torpaq sahəsinin planı və ölçüsü sənədi və həmin sənədə edilmiş düzəliş əsasında mülkiyyət hüququnun dövlət qeydiyyatı aparıldığı, həmçinin torpaq sahəsi özgəninkiləşdirildiyiüçün qərarın icrası mümkün deyildir. Məhkəmə А 458595 nömrəli tоrpаq sаhəsinin plаnı və ölçüsündə edilmiş dəyişikliklərin ləğv edilməsi məqsədilə DƏDRX-nin 16 saylı Ərazi İdarəsinə müraciət olunmadığını nəzərə almamışdır. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cаvаbdeh Cavabdeh nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2-1(116)-474/2020 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs "Elşən-96" kəndli (fermer) təsərrüfatının nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2-1(116)- 474/2020 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı, məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə, iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 80-ci mаddəsinə əsasən, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2-1(116)-474/2020 saylı qərarı ləğv edilməli, iddia tələbi mümkün hesab edilməməlidir. Birinci instansya məhkəməsi hazırkı iş üzrə qərarında göstərmişdir ki, "Elşən-96" kəndli (fermer) təsərrüfatına torpaq sahəsi Yevlax ŞİH başçısının xx.xx.1996-cı il tarixli sərəncamı ilə ayrılmışdır. Həmin sərəncam hazırda qüvvədədir, nə dəyişdirilməmiş, nə də ləğv edilməmişdir. İddiaçının hazırda mübahisələndirdiyi dövlət aktı isə məhz həmin sərəncam əsasında verilmişdir. Məhkəmə qeyd edir ki, torpaq sahəsi üzərində "Elşən-96" kəndli (fermer) təsərrüfatının daimi istifadə hüququ mübahisələndirilən dövlət aktı əsasında deyil, Yevlax ŞİH başçısının xx.xx.1996cı il tarixli sərəncamı əsasında yaranmışdır. Sərəncam qüvvədə olduğu halda, dövlət aktının mübahisələndirilməsi iddiaçının əldə etməyə çalışdığı nəticəyə çatmasına kifayət etməyəcək. Dövlət aktı ləğv olunsa belə, bu, "Elşən-96" kəndli (fermer) təsərrüfatına torpaq sahəsi ilə bağlı Yevlax ŞİH başçısının xx.xx.1996-cı il tarixli sərəncamı ilə verilmiş hüququn xitamına səbəb ola bilməz. İddiaçı mübahisəli torpaq sahəsinə "Elşən-96" kəndli (fermer) təsərrüfatının daimi istifadə hüququnun aradan qaldırılması üçün bu hüququ yaranmasına əsas verən Yevlax ŞİH başçısının xx.xx.1996-cı il tarixli sərəncamını mübahisələndirməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu həmin nəticə ilə razılaşmır. Birinci instansya məhkəməsi "Elşən-96" kəndli (fermer) təsərrüfatına torpaq sahəsi Yevlax ŞİH başçısının xx.xx.1996-cı il tarixli sərəncamı hazırda qüvvədə olması, mübahisələndirdiyi dövlət aktı isə məhz həmin sərəncam əsasında verildiyini, dövlət aktının mübahisələndirilməsi iddiaçının əldə etməyə çalışdığı nəticəyə çatmasına kifayət etmədiyini düzgün olaraq qeyd etsədə,lakin inzibati iş üzrə qərar qəbul edərək inzibatı prossesual normaların tələblərini pozmuşdur. Belə k, "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" Ali Məhkəmə Plenumunun xx xxxxx 2015-ci il qərarın: - 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. - 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. - 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. -7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. -8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. -8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. - 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. - 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. -10.1. Bir neçə tələbdən ibarət olan və bir neçə cavabdehə qarşı verilən iddianın mümkülük şərtləri hər bir tələbə və cavabdehə münasibətdə yoxlanılmalı, tələblərdən birinin digərindən asılılığı nəzərə alınmaqla ilkin baxılmalı olan tələb üzrə mümkünlük şərtlərinə riayət edildiyi müəyyən olunduqda, iddiaya həmin hissədə baxılmalı, digər hissədə (hissələrdə) iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə sasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan prosessual hüquq normasının tələbinə görə, inzibati mübahisəyə baxılması ilə əlaqədar iddianın əsaslığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin movcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Məhkəmə mümkünlük şərtlərinin mövcudluğunu tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə kollegiyası "İddiaçı" MMC-nin nəzərinə catdırır ki, ilk növbədə mübahisəli torpaq sahəsinə "Elşən-96" kəndli (fermer) təsərrüfatının daimi istifadə hüququnun aradan qaldırılması üçün bu hüququ yaranmasına əsas verən Yevlax ŞİH başçısının xx.xx.1996cı il tarixli sərəncamını mübahisələndirməlidir. İPM 87.6-cı maddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instаnsiyа məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxx 2015-ci il tarixli, 2-1(84)-301/2015 saylı qərarı ləğv edilməli, iddia tələbi mümkün sayılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü mаddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiаçı "İddiaçı" MMC tərəfindən verilmiş apellyasiya şikаyəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2-1(116)-474/2020 saylı qərarı ləğv edilisin. İddiаçı "İddiaçı" MMC-nin Cavabdehnə qarşı Cavabdeh başçısının xx.xx.1996-cı il tarixli 55 nömrəli sərəncamı əsasında "Elşən-96" kəndli (fermer) təsərrüfatına kənd təsərrüfatı məhsulları istehsal etmək üçün verilən 50 ha torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüquqlarına dair verilmiş, tarixi qeyri-müəyyən olan A-001332 nömrəli dövlət aktının ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dаir iddia tələbi mümkün sayılmasın. Qərardaddan, rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apelyasiya Məhkəməsi (AZ-5500, Şəki Şəhəri, Salman Mümtaz küçəsi) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ-1025, Bаkı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar