Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-455/2021 16.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Məlikov Vəzirxan İsgəndər oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh nümayəndəsi Cаvаdоv Ceyhun Əli oğlunun, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialın nümayəndəsi X10 оğlunun iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “19.05.2005-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin döyüş bölgəsində yerləşən N saylı hərbi hissədə xidmət edərkən həlak olmuş oğlu X2 şəhid olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dаir” iş üzrə “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 13 saylı regional ərazi filialının üçüncü şəxs qismində icraata cəlb edilməməsi barədə” Şəki İnzibati Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2-1(116)-391/2020 saylı qərardadından iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “oğlu X2 şəhid olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 04.06.2020-ci il tarixli, 2-1(116)-391/2020 saylı qərardadı ilə İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “oğlu X2 şəhid olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən Şəki İnzibati Məhkəməsinin 04.06.2020-ci il tarixli, 2-1(116)-391/2020 saylı qərardadından verilən apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.07.2021-ci il tarixli, 2-1(107)-315/2021 saylı qərardadı ilə qeyri-mümkün hesab edilmişdir. Belə ki, İPMnin 81.2-ci maddəsinin tələbinə əsasən, birinci instansiya məhkəməsinin qərar və ya qərardadından yalnız inzibati məhkəmə icraatının iştirakçıları apellyasiya şikayəti verə bilərlər. DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadından apellyasiya şikayəti vermək hüququ olmadığından onun tərəfindən apellyasiya şikayətinin verilməsinin qanunla müəyyən edilmiş müddətinin bərpa edilib-edilməməsinin müzakirə olunmasına lüzum qalmamışdır. Bundan sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının 09.08.2021-ci il tarixli, **********9 nömrəli ərizəsi məhkəməyə 17.08.2021-ci il tarixdə daxil olmuşdur. Ərizədə qeyd edilir ki, Şəki İnzibati Məhkəməsi tərəfindən İddiaçı Cavabdehnə qarşı “19 dekabr 2005-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin döyüş bölgəsində yerləşən N saylı hərbi hissədə xidmət edərək həlak olmuş oğlu X3 şəhid olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 21(116)-391/2020 saylı iş üzrə 04.06.2020-ci il tarixdə qərardad qəbul etmişdir. Hesab edirlər ki, Şəki İnzibati Məhkəməsi hüququn tətbiqində və təfsirində səhvə yol verdiyindən, hazırki iş üzrə düzgün olmayan qərardad qəbul etmiş və qanunvericilikdə nəzərdə tutulan normaları düzgün tətbiq etməmişdir. Aşağıda göstərilənlərə əsasən hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 13 saylı regional ərazi filialı üçüncü şəxs qismində cəlb olunmalıdır: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 sədr müavini tərəfindən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə 15.01.2021 -ci il tarixli **********3 nömrəli sorğu ünvanlamışdır. Qeyd olunan sorğuda yaranmış zərurəti nəzərə alaraq E.İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il yanvar 15 yanvar tarixli 10 nömrəli Qərarına uyğun olaraq şəhid statusunun verilib-verilməməsi barədə məlumat verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 08.02.2021-ci il tarixli 627 nömrəli məktubu ilə qeyd olunan sorğuya cavab olaraq bildirmişdir ki, N saylı hərbi hissənin 21.10.2005-ci il tarixli 959 nömrəli bildirişində X2 19.10.2005-ci il tarixdə hərbi xidmət vəzifəsini verinə yetirərkən vəfat etməsi barədə məlumat versə də, onun hansı səbəb və şəraitdə həlak olması göstərilməmişdir. Lakin Qazax hərbi prokurorluğunun 08.09.2010-cu il tarixli HP-3724 nömrəli məktubuna əsasən işçi qrupunun tərkibində odun tədarükünə göndərilmiş, lakin qərargaha qayıtmamış və naməlum şəraitdə ölmüş X2 meyitinin məhkəmə-tibbi ekspertizası zamanı ölümünə bilavasitə səbəb onda olmuş ocaqlı bronxopnevmaniva xəstəliyi və hipotrofiva nəticəsində orqanizminin ümumi müqavimət qabiliyyətinin aşağı düşməsi və aşağı temperaturun orqanizmə təsiri ilə əlaqədar bədənin ümumi soyuması göstərilmişdir. Bu səbəbdən mərhum X6 Xidmətin Ağdaş rayon şöbəsinin mövcud uçot sənədlərində şəhid hesab edilən hərbi qulluqçu kimi yox, hərbi xidmət dövrü müxtəlif səbəblərdən həlak olmuş (vəfat etmiş) hərbi qulluqçu kimi qeydiyyatdan keçir (arayış qoşma hissəyə əlavə edilir). “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında” Nazirlər kabinetinin 10 saylı Qərarında şəhid ailələrinin statusunun yaranması anı müəyyən olunmuşdur. Həmin Qərarın 4.1-ci maddəsinə əsasən “şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi və hərbi hissənin arayışı əsasında təsdiq olunur.” Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Səfərbərlik və Hərbi Xidmətə Caqırıs üzrə Dövlət Xidmətinin 08.02.2021-ci il tarixli 627 nömrəli arayışında X6 Xidmətin Ağdaş rayon şöbəsinin mövcud uçot sənədlərində şəhid hesab edilən hərbi qulluqçu kimi qeyd edilmədiyi bildirilmişdir. Şəki İnzibati Məhkəməsi qeyd olunan qərardadı qəbul edərək, Dövlət Sosial Müdafiə Fondunu üçüncü şəxs qisimdə cəlb etməmişdir. Bu isə öz növbəsində məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulması hesab olunur. Şəki İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş 2-1(116)-391/2021 saylı qərardadı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun qanunla qorunan maraqlarını əhəmiyyətli dərəcədə pozulmuşdur. Belə ki, qeyd olunan qərardad üzrə hesab edilmişdir ki, Ağdaş rayon Hərbi Komissarlığı tərəfindən 07.12.2009-cu il tarixdə arayışına əsasən X3 şəhid olması qeyd edilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 08.02.2021-ci il tarixli 627 nömrəli arayışında X9 oqlu Xidmətin Ağdaş rayon şöbəsinin mövcud uçot sənədlərində şəhid hesab edilən hərbi Qulluqçu kimi qeyd edilmədiyi bildirilmişdir. X8 Məhkəməsinin 04.06.2020-ci il tarixli, 2- 1(116)-391/2020 saylı qərardadının ləğv edilməsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 13 saylı regional ərazi filialının üçüncü şəxs qismində icraata cəlb olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 13 saylı regional ərazi filialının üçüncü şəxs qismində icraata cəlb olunması barədə DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi Şəki İnzibati Məhkəməsinin 04.06.2020-ci il tarixli, 2- 1(116)-391/2020 saylı qərardadının ləğv edilməsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 13 saylı regional ərazi filialının üçüncü şəxs qismində icraata cəlb olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) 22 sentyabr 2021-ci il tarixli, 2- 1(116)-391/2020 saylı qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “oğlu X2 şəhid olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 13 saylı regional ərazi filialının üçüncü şəxs qismində icraata cəlb edilməsi barədə Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının ərizəsi təmin edilməmişdir. Şəki İnzibati Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2-1(116)-391/2020 saylı qərardadından iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialın hüquqşunası Nümayəndə və həmin filialın departamentinin müdiri Emin İsayev tərəfindən verilmiş apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 13 saylı regional ərazi filialının üçüncü şəxs qismində icraata cəlb edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki İnzibati Məhkəməsi hüququn tətbiqində və təfsirində səhvə yol verdiyindən, hazırkı ış üzrə düzgün olmayan qərar qəbul etmiş və qanunvericilikdə nəzərdə tutulan normaları düzgün tətbiq etməmişdir. Aşağıda göstərilənlərə əsasən hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı apellyasiya icraatı qaydasında ləğv edilməli və Dövlət Sosial Müdafiə Fondunun 13 saylı regional ərazi filialı üçüncü şəxs qismində cəlb olunmalıdır. Belə ki, Şəki İnzibati Məhkəməsi tərəfindən İddiaçı Cavabdehnə qarşı “19 dekabr 2005-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin döyüş bölgəsində yerləşən N saylı hərbi hissədə xidmət edərək həlak olmuş oğlu X3 şəhid olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” 04.06.2020-ci il tarixli, 2-1(116)-391/2020 saylı qərardad qəbul edilmişdir. Qeyd olunan qərardad qəbul edilərkən Dövlət Sosial Müdafiə Fondu iş üzrə üçüncü şəxs qismində cəlb edilməmişdir. Şəki İnzibati Məhkəməsi tərəfindən 04.06.2020-ci il tarixli, 2-1(116)-391/2020 saylı tarixli qərardadına əsasən iddiaçının “oğlu X3 şəhid olması barədə arayışın verilməsi tələbi” mümkünsüz hesab edilmişdir. Belə ki, həmin qərardadda X2 şəhid olması barədə Cavabdeh tərəfindən 07.12.2009-cu il tarixli, 416 nömrəli arayı verildiyi və həmin arayışa əsaasən E. İddiaçı şəhid hesab edildiyi göstərilmişdir. Zərurət yarandığı və Dövlət Sosial Müdaifiə Fondunun maraqlarına əhəmiyyətli dərəcədə ziyan vurulduğu üçün 04.06.2020-ci il tarixli, 2-1(116)- 391/2020 saylı qərardadı üzrə Fondun 13 saylı regional ərazi filialı üçün şəxs qismində cəlb olunması barədə ərizə verilmiş və həmin ərizə 22.09.2021-ci il tarixli, 2-1(116)- 391/2021 saylı qərardadla təmin edilməmişdir. Bildirirlər ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 sədr müavini tərəfindən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə 15.01.2021-ci il tarixli **********3 nömrəli sorğu ünvanlamışdır. Qeyd olunan sorğuda yaranmış zərurəti nəzərə alaraq E.İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il yanvar 15 yanvar tarixli 10 nömrəli Qərarına uyğun olaraq şəhid statusunun verilib-verilməməsi barədə məlumat verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 08.02.2021 -ci il tarixli 627 nömrəli məktubu ilə qeyd olunan sorğuya cavab olaraq bildirmişdir ki. N saylı hərbi hissənin 21.10.2005-ci il tarixli 959 nömrəli bildirişində X2 19.10.2005-ci il tarixdə hərbi xidmət vəzifəsini yerinə yetirərkən vəfat etməsi barədə məlumat versə də. onun hansı səbəb və şəraitdə həlak olması göstərilməmişdir. Lakin Qazax hərbi prokurorluğunun 08.09.2010-cu il tarixli HP-3724 nömrəli məktubuna əsasən işçi qrupunun tərkibində odun tədarükünə döndərilmiş, lakin qərargaha Qayıtmamış və naməlum şəraitdə ölmüş X2 meyitinin məhkəmə-tibbi ekspertizası zamanı ölümünə bilavasitə səbəb onda olmuş ocaqlı bronxopnevmaniva xəstəliyi və hipotrofiya nəticəsində orqanizminin ümumi müqavimət qabiliyyətinin aşağı düşməsi və aşağı temperaturun orqanizmə təsiri ilə əlaqədar bədənin ümumi soyuması göstərilmişdir. Bu səbəbdən mərhum X6 Xidmətin Ağdaş rayon şöbəsinin mövcud uçot sənədlərində şəhid hesab edilən hərbi qulluqçu kimi yox, hərbi xidmət dövrü müxtəlif səbəblərdən həlak olmuş (vəfat etmiş) hərbi qulluqçu kimi qeydiyyatdan keçir (arayış qoşma hissəyə əlavə edilir). “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında” Nazirlər kabinetinin 10 saylı Qərarında şəhid ailələrinin statusunun yaranması anı müəyyən olunmuşdur. Həmin Qərarın 4.1-ci maddəsinə əsasən “şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi və hərbi hissənin arayışı əsasında təsdiq olunur.” Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 08.02.2021-ci il tarixli 627 nömrəli arayışında X6 Xidmətin Ağdaş rayon şöbəsinin mövcud uçot sənədlərində şəhid hesab edilən hərbi qulluqçu kimi qeyd edilmədiyi bildirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair 12 aprel 2017-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmələr tərəfindən xidməti vəzifəsinə əsasən zəruri cəlb edilməli olan şəxslərin məhkəmə icraatına cəlb olunmaması onların prosessual statusdan məhrum edilməsi ilə nəticələnir və məhkəmə qərarından apellyasiya şikayəti vermək hüququnu məhdudlaşdırır. Bundan əlavə birinci instansiya məhkəməsi qərardadının əsaslandırma hissəsində qeyd etmişdir ki, “pul öhdəliyi ilə əlaqədar olan bu qərarın icrası Fondun 13 saylı regional ərazi filialına aid oldudu üçün üçüncü şəxs qismində cəlb edilməlidir. Bildirirlər ki, bu cür əsaslandırma əsassızdır və heç bir hüquqi əsası yoxdur. Belə ki, öz səlahiyyətləri daxilində və qanun çərçivəsində ödənişlərin həyata keçirilməsi Dövlət Sosial Müdafiə Fondunun maraqlarını pozmur. Yalnız qanunsuz və əsassız ödənişlər Fondun maraqlarını və qanunvericiliyinin tələblərini pozduğunu nəzərə çatdırırlar. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən şəxsin şəhid olması ilə bağlı təqdim olunmuş arayışlar arasında ziddiyyətin olması tam səkildə araşdırılmalıdır. Şəki İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş 2-1(116)-391/2021 saylı qərardadı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulmuşdur. Belə ki, qeyd olunan qərardad üzrə hesab edilmişdir ki, Ağdaş rayon Hərbi Komissarlığı tərəfindən 07.12.2009-cu il tarixdə arayışına əsasən X3 şəhid olması qeyd edilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 08.02.2021 -ci il tarixli 627 nömrəli arayışında X6 Xidmətin Ağdas rayon şöbəsinin mövcud uçot sənədlərində şəhid hesab edilən hərbi qulluqçu kimi qeyd edilmədiyi bildirilmişdir. Göstərilənlərə əsasən Şəki İnzibati Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2-1(116)-391/2020 saylı qərardadının ləğv edilməsini və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 13 saylı regional ərazi filialının üçüncü şəxs qismində icraata cəlb edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialın nümayəndəsi X10 оğlu izahat verərək bildirdi ki, Şəki İnzibati Məhkəməsi qeyd olunan qərardadı qəbul edərək, Dövlət Sosial Müdafiə Fondunu üçüncü şəxs qisimdə cəlb etməmişdir. Bu isə öz növbəsində məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulması hesab olunur. Şəki İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş 2- 1(116)-391/2021 saylı qərardadı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun qanunla qorunan maraqlarını əhəmiyyətli dərəcədə pozulmuşdur. Belə ki, qeyd olunan qərardad üzrə hesab edilmişdir ki, Ağdaş rayon Hərbi Komissarlığı tərəfindən 07.12.2009-cu il tarixdə arayışına əsasən X3 şəhid olması qeyd edilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 08.02.2021-ci il tarixli 627 nömrəli arayışında X9 oqlu Xidmətin Ağdaş rayon şöbəsinin mövcud uçot sənədlərində şəhid hesab edilən hərbi Qulluqçu kimi qeyd edilmədiyi bildirilmişdir. Оdur ki, Şəki İnzibati Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli qərardadının ləğv edilməsini və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 13 saylı regional ərazi filialının üçüncü şəxs qismində icraata cəlb olunması barədə qərar qəbul edilməsini məhkəmə kоllegiyаsındаn xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən Cavabdeh nümayəndəsi Cаvаdоv Ceyhun Əli oğlu izahatında işin fаktiki hаllаrınа uyğun qаnuni qərаr qəbul edilməsini məhkəmə kоllegiyаsındаn xаhiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı nümayəndəsi X4 izahatında qаrşı tərəfin verdiyi аpellyаsiyа şikаyətini əsаssız hesаb edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 13 saylı regional ərazi filialının üçüncü şəxs qismində icraata cəlb olunması barədə DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının ərizəsinin təmin edilməməsini məhkəmə kоllegiyаsındаn xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2-1(116)-391/2020 saylı qərardadı ləğv edilməli və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 13 saylı regional ərazi filialı iş üzrə üçüncü şəxs qismində icraata cəlb edilməlidir. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 13 saylı regional ərazi filialının üçüncü şəxs qismində icraata cəlb edilməsi barədə Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının ərizəsi təmin edilməməsi barədə qərardad qəbul etməklə haqlı olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin İ hissəsində məhkəmə hakimiyyətinin ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr tərəfindən həyata keçirilməsi təsbit edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqların səmərəli müdafiəsinin vacibliyini dəfələrlə qeyd edərək bildirmişdir ki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 5 dekabr 2011-ci il tarixli Qərarı). Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir. Bu, məhkəmə müdafiəsinin yalnız birinci instansiyada təmin olunmasını deyil, qanunla nəzərdə tutulmuş hallarda apellyasiya və kasasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixli qərarında göstərilmişdir ki, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayəti üzrə işə yenidən baxılması məhkəmə səhvlərinin, məhkəmə qərarlarının əsaslı olmamasının, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin və ya prosessual qanunvericilik normalarının pozulmasının və ya digər məsələlərin yoxlanılması məqsədini daşımamalıdır. Bu zaman məhkəmənin üzərinə düşən əsas vəzifə həmin məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 11-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. Həmin Məcəllənin 12.1 və 12.2-ci maddələrinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Göründüyü kimi inzibati prosessual qanunvericiliyin tələblərinə görə, inzibati işə baxan məhkəmə işi hərtərəfli araşdıraraq mübahisənin düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən bütün hallara qiymət verməli və mübahisə üzrə gələcəkdə qəbul ediləcək qərarın digər şəxslərin hüquq və mənafelərinə toxuna biləcəyini araşdırmalıdır. İnzibati Prosessual Məcəllənin 28-ci maddəsinə əsasən, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin maddədə qanunverici cəlbetmənin iki növünü nəzərdə tutmuşdur: adi cəlbetmə və zəruri cəlbetmə. Zəruri cəlbetmə o zaman yaranır ki, hüquqi mübahisənin mahiyyəti üzrə qərar üçüncü şəxslərin maraqlarına bilavasitə təsir etsin. Məhkəmələr tərəfindən xidməti vəzifəsinə əsasən zəruri cəlb edilməli olan şəxslərin məhkəmə icraatına cəlb olunmaması onların prosessual statusdan məhrum edilməsi ilə nəticələnir və məhkəmə qərarından apellyasiya şikayəti vermək hüququnu məhdudlaşdırır. Belə ki, İnzibati Prosessual Məcəllənin 27-ci maddəsinə görə, inzibati məhkəmə icraatının iştirakçılarına iddiaçı, cavabdeh və icraata cəlb olunmuş üçüncü şəxslər aiddir. Həmin Məcəllənin 81.1 və 81.2-ci maddələrinə əsasən, inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Göründüyü kimi, inzibati məhkəmə icraatı zamanı apellyasiya şikayəti vermək hüququnun yalnız icraatın iştirakçılarına məxsus olduğu imperativ qaydada müəyyən edilmişdir. Qanunverici həmin normada göstərir ki, istənilən şəxs deyil, yalnız icraata cəlb olunmuş üçüncü şəxslər şikayət vermək hüququna malikdirlər. Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair 12 aprel 2017-ci il tarixli qərarında vurğulamışdır ki, “inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə maraqlarına toxunan şəxsin məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə İnzibati Prosessual Məcəllənin 28.1-ci maddəsinə müvafiq olaraq üçüncü şəxs qismində işə cəlb edilməsi həmin şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğu hallarda mümkün hesab edilə bilər... Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində və Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarda əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, İnzibati Prosessual Məcəllənin 28.1-ci maddəsinə uyğun həll edilməlidir. Lakin məhkəmə qanuni qüvvəyə minmiş qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edərkən hüquqi müəyyənliyin mühüm tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması məqsədilə maraqlı şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi üçün aşağıdakılara xüsusi diqqət yetirməlidir: - qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmamasına; - inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə.... Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə uyğun həll edilməlidir”. Apelyasiya şikayəti və ona əlavə olunmuş sənədlərdən, həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 13 saylı regional ərazi filialının nümayəndəsinin, iş üzrə iddiaçının, habelə cavabdehin nümayəndəsinin kollegiyanın iclasında vermiş olduqları izahatlarından aydın olur ki, qanuni qüvvəsini Şəki İnzibati Məhkəməsinin 04.06.2020-ci il tarixli, 2-1(116)-391/2020 saylı qərardadı inzibati məhkəmə icraatına cəlb olunmamış Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 13 saylı regional ərazi filialının hüquqlarını və qanunla qorunan maraqlarını əhəmiyyətli dərəcədə pozmuşdur. Göründüyü kimi, birinci instansiya məhkəməsində icraat zamanı ciddi prosessual pozuntulara yol verilmişdir. Birinci instansiya məhkəməsi hazırkı mübahisə üzrə əhəmiyyətli sayda və geniş həcmdə sübutların araşdırılması tələb olunmasına baxmayaraq bunu etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7, 87.7.1-ci maddələrinə əsasən, inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Ona görə də məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 13 saylı regional ərazi filialının üçüncü şəxs qismində icraata cəlb edilməməsi barədə” qərardadından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2-1(116)-391/2020 saylı qərardadı ləğv edilməli və inzibati işin materialları həmin Məhkəməyə göndərilməlidir. Şərh edilənləri nəzərə alaraq məhkəmə kollegiyası qərara aldı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2-1(116)-391/2020 saylı qərardadı ləğv edilsin və inzibati iş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 13 saylı regional ərazi filialı üçüncü şəxs qismində zəruri cəlb edilməklə təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərаrdаddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov
Məhkəmə qərarları › İş №2-1(107)-455/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-455/2021
16.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver