Məhkəmə qərarları › İş №2-1(107)-456/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-456/2020

13.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-456/2020 13.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə (üçüncü şəxs Mingəçevir Bələdiyyəsi) qarşı "xx.xx.2012-ci il tarixli 19 nömrəli icarə müqaviləsinə əsasən, 72 kv.m torpaq sahəsinin Mingəçevir şəhəri S.Vurğun adına parkın ərazisindən ayrılıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(116)-933/2020 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə açıq məhkəmə iclasında baxaraq Təsviri hissə: Cavabdeh (bundan sonra ŞİH) başçısının xx.xx.2002-ci il tarixli 234 nömrəli sərəncamı ilə Mingəçevir şəhərində Kür çayının sol sahilində yerləşən "Sahil" parkı Mingəçevir Bələdiyyəsinin balansına verilmişdir. Mingəçevir ŞİH başçısının xx.xx.2012-ci il tarixli 15 nömrəli sərəncamına əsasən, Mingəçevir ŞİH başçısının xx.xx.2002-ci il tarixli sərəncamının 3-cü bəndi qüvvədən düşmüş hesab edilmiş, "Sahil" parkı və fəvvarələr Yaşıllaşdırma və X2 balansına verilmişdir. Bundan sonra Mingəçevir ŞİH başçısının xx.xx.2012-ci il tarixli 19 nömrəli sərəncamına əsasən, Mingəçevir ŞİH və Mingəçevir Bələdiyyəsi tərəfindən "Sahil" parkındakı abadlıq işləri aparılan ərazidə torpaq sahəsi ayrılması və tikintiyə icazə verilməsi haqqındakı qərar və sərəncamları qüvvədən düşmüş hesab edilmiş, X1 obyektlərinin tikintisi məqsədilə icarəyə 20 il müddətinə 72 kv.m torpaq sahəsi ayrılmışvə həmin torpaq sahəsində sahibkarlıq (stolüstü oyunların təşkili) obyektinin tikintisinə icazə verilmişdir. Həmin sərəncama əsasən, Mingəçevir ŞİH ilə X5 arasında 72 kv.m torpaq sahəsi ilə bağlı 20 il müddətinə xx.xx.2012-ci il tarixli 19 nömrəli "Torpaq icarəsi müqaviləsi" bağlanmışdır. İddiaçı atası X5 həmin torpaq sahəsində Mingəçevir şəhərinin baş memarı ilə razılaşdırılmış layihə əsasında sahibkarlıq obyekti inşa etmişdir. Mingəçevir ŞİH başçısının xx.xx.2012-ci il tarixli 61 nömrəli sərəncamı ilə Mingəçevir ŞİH-in xx.xx.2012-ci il tarixli 15 nömrəli və xx.xx.2012-ci il tarixli 19 nömrəli sərəncamları mülki qanunvericiliyə, Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 106 nömrəli qərarına, "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun 76.1-ci maddəsinə zidd olduğu üçün qüvvədən düşmüş hesab edilmiş, xx.xx.2012-ci il tarixli 19 nömrəli sərəncamla "Sahil" parkında icarə əsasında torpaq sahələri ayrılmış şəxslərin nəzərinə çatdırılmışdır ki, həmin obyektlər şəhərsalma norma və qaydalarının pozulması ilə inşa edildiyi üçün tikinti altından təmizlənsin və "Sahil" parkının ərazisində müxtəlif illərdə tikilmiş və müvafiq mülkiyyət sənədləri olan şəxslərlə razılaşma yolu ilə şəhərin digər ərazilərində müvafiq torpaq sahələrinin ayrılması və tikililərin köçürülməsi məsələlərinin həll edilməsi qərara alınmışdır. Bundan sonra iddiaçının atası X5 tərəfindən inşa edilən sahibkarlıq obyekti sökülmüşdür. X5 cavabdeh Mingəçevir ŞİH-nə qarşı "stolüstü oyunlar obyektinin sökülməsi nəticəsində 31000 manat maddi ziyanın və 10000 manat mənəvi ziyanın ödənilməsi" barədə iddia ilə məhkəməyə müraciət etmiş və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə iddia qismən təmin edilərək cavabdehdən 31000 manat pulun tutulub iddiaçıya verilməsi qərara alınmış, iddia mənəvi ziyanla bağlı hissədə rədd edilmişdir. Həmin qərar icra edilmişdir. X5 xx.xx.2017-ci ildə vəfat etmiş, xx.xx.2018-ci ildə mərhumun əmlakının 1/6 hissəsinə onun oğlu İddiaçı adına "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" verilmişdir. İddiaçı cavabdeh Mingəçevir ŞİH-nə ərizə ilə müraciət edərək, mərhum atası ilə Mingəçevir ŞİH arasında bağlanmış xx.xx.2012ci il tarixli 19 nömrəli icarə müqaviləsinə əsasən Mingəçevir şəhəri S.Vurğun parkının ərazisindən 72 kv.m torpaq sahəsinin ona ayrılıb verilməsini xahiş etmiş, lakin cavabdeh xx.xx.2019-cu il tarixli məktubla bundan imtina edərək bildirmişdir ki, qanunvericiliyə uyğun olaraq qeyd olunan torpaq sahəsinin ayrılması üçün Mingəçevir Bələdiyyəsinə müraciət edə bilər. Bundan sonra iddiaçı hazırkı iddia ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, həmin ərazidə tikilmiş obyektin sökülməsinə görə Mingəçevir ŞİH tərəfindən ziyan ödənilsə də, xx.xx.2012-ci il tarixli 19 nömrəli torpaq icarəsi müqaviləsinə əsasən, ərazidən torpaq sahəsi ayrılıb verilməmişdir. Hazırda həmin icarə müqaviləsi qüvvədə olduğundan və ləğv edilmədiyindən sözügedən torpaq sahəsi ona ayrılıb verilməlidir. Cavabdeh iddianı qəbul etməmiş və xx.xx.2020-ci il tarixli etirazında bildirmişdir ki, Mingəçevir ŞİH tərəfindən X4 vurulmuş 31000 manat kompensasiya tam həcmdə ödənildiyindən ŞİHİddiaçı qarşısında heç bir öhdəlik daşımır. Bundan başqa, icarə müqaviləsi torpaq sahəsinin ayrılması üçün əsas ola bilməz, çünki torpaq icarə müqaviləsi mülkiyyət hüququ verən sənəd deyil. Eyni zamanda, yaşayış məntəqələrində yerləşən bütün parklar bələdiyyənin mülkiyyətinə verilmişdir. Üçüncü şəxs Mingəçevir Bələdiyyəsi iddiaya münasibət barədə xx.xx.2020-ci il tarixli məktubunda bildirmişdir ki, iddiaçının mərhum atası X3 adına Mingəçevir ŞİH-in xx.xx.2012-ci il tarixli 19 nömrəli sərəncamı ilə şəhərin "Sahil" parkının kənarından 72 kv.m torpaq sahəsi ayrılaraq orada stolüstü oyunlar obyekti inşa edilmiş və tərəflər arasında xx.xx.2012-ci il tarixli 19 nömrəli icarə müqaviləsi bağlanmışdır. Mingəçevir ŞİHin xx.xx.2012-ci il tarixli 61 nömrəli sərəncamına əsasən qeyd olunan obyekt "Sahil" parkı ərazisindən sökülmüşdür. Bundan başqa, Mingəçevir Bələdiyyəsi tərəfindən X4 və İddiaçı heç bir torpaq sahəsi ayrılmamış, heç bir icarə müqaviləsi bağlanmamışdır. Mübahisənin həlli üçün aşağıdakı sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur: Mingəçevir ŞİH başçısının xx.xx.2012-ci il tarixli 15 nömrəli sərəncamından görünür ki, Mingəçevir şəhərində Kür çayının sol sahilində yerləşən "Sahil" parkının Mingəçevir Bələdiyyəsinin balansına verilməsi barədə Mingəçevir ŞİH-in xx.xx.2002-ci il tarixli 234 nömrəli sərəncamının 3-cü bəndi qüvvədən düşmüş hesab edilmiş, "Sahil" parkı və fəvvarələr Yaşıllaşdırma və X2 balansına verilmişdir. Mingəçevir ŞİH başçısının xx.xx.2012-ci il tarixli 19 nömrəli sərəncamından görünür ki, Mingəçevir ŞİH və Mingəçevir Bələdiyyəsi tərəfindən "Sahil" parkındakı abadlıq işləri aparılan ərazidə torpaq sahəsi ayrılması və tikintiyə icazə verilməsi haqqındakı qərar və sərəncamları qüvvədən düşmüş hesab edilmiş, X1 obyektlərinin tikintisi məqsədilə icarəyə 20 il müddətinə 72 kv.m torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsində sahibkarlıq (stolüstü oyunların təşkili) obyektinin tikintisinə icazə verilmişdir. Mingəçevir ŞİH ilə X5 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 19 nömrəli "Torpaq icarəsi müqaviləsi"ndən görünür ki, həmin müqavilə xx.xx.2012-ci il tarixli 19 nömrəli sərəncama əsasən, 72 kv.m torpaq sahəsi ilə bağlı 20 il müddətinə bağlanmışdır. Mingəçevir ŞİH başçısının xx.xx.2012-ci il tarixli 61 nömrəli sərəncamından görünür ki, Mingəçevir ŞİH-in xx.xx.2012-ci il tarixli 15 nömrəli və xx.xx.2012-ci il tarixli 19 nömrəli sərəncamları mülki qanunvericiliyə, Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 106 nömrəli qərarına, "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun 76.1-ci maddəsinə zidd olduğu üçün qüvvədən düşmüş hesab edilmiş, xx.xx.2012-ci il tarixli 19 nömrəli sərəncamla "Sahil" parkında icarə əsasında torpaq sahələri ayrılmış şəxslərin nəzərinə çatdırılmışdır ki, həmin obyektlər şəhərsalma norma və qaydalarının pozulması ilə inşa edildiyi üçün tikinti altından təmizlənsin və "Sahil" parkının ərazisində müxtəlif illərdə tikilmiş və müvafiq mülkiyyət sənədləri olan şəxslərlə razılaşma yolu ilə şəhərin digər ərazilərində müvafiq torpaq sahələrinin ayrılması və tikililərin köçürülməsi məsələlərinin həll edilməsi qərara alınmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2-2(84)-51/2013 nömrəli qərarından görünür ki, X5 xx.xx.2012-ci il tarixli 19 nömrəli sərəncamla ayrılmış torpaq sahəsində Mingəçevir şəhərinin baş memarı ilə razılaşdırılmış layihə əsasında sahibkarlıq obyekti inşa etmiş, sonra həmin obyekt sökülmüş, nəticədə X4 31000 manat maddi ziyan dəymiş, X5 cavabdeh Mingəçevir ŞİH-nə qarşı "stolüstü oyunlar obyektinin sökülməsi nəticəsində 31000 manat maddi ziyanın və 10000 manat mənəvi ziyanın ödənilməsi" barədə iddia ilə məhkəməyə müraciət etmiş, məhkəmənin qərarı ilə iddia qismən təmin edilərək cavabdehdən 31000 manat pulun tutulub iddiaçıya verilməsi qərara alınmış, iddia mənəvi ziyanla bağlı hissədə rədd edilmişdir. xx.xx.2018-ci il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"dən görünür ki, xx.xx.2017-ci ildə vəfat etmiş X3 miras əmlakının 1/6 hissəsinə onun oğlu İddiaçı vərəsədir. Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(116)-933/2020 saylı qərarı ilə (hаkim Vidadi Qasımov) İddiaçı Cavabdehnə qarşı "xx.xx.2012-ci il tarixli 19 nömrəli icarə müqaviləsinə əsasən, 72 kv.m torpaq sahəsinin Mingəçevir şəhəri S.Vurğun adına parkın ərazisindən ayrılıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddia tələbinin təmin edilməməsin qərara alınmışdır. İddiaçı Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(116)-933/2020 saylı qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, mərhum atası X4 məxsus Kür çayının sol sahilində yerləşən ‘‘Sahil” parkında stolüstü oyunlar obyekti fəaliyyət göstərirdi. MİH- nin xx.xx.2012-ci il tarixli 19 saylı sərəncamı ilə sözügedən obyekt sökülmüş, həmin obyektin əvəzinə ona “Sahil” parkının kənarəndan 72 m" torpaq sahəsi ayrılmış və tərəflər arasında xx.xx.2012-ci il tarixli 19 saylı icarə müqaviləsi bağlanmışdır. Həmin torpaq sahəsində o, stolüstü oyunlar obyekti inşa etmiş, lakin MİH-nin xx.xx.2012-ci ci il tarixli 61 saylı sərəncamı ilə həmin obyekti qanunsuz olaraq sökmüşdür. Bundan sonra o, Şəki İnzibati-İqtisad Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək qarşı “stolüstü oyunlar obyektinin qanunsuz sökülməsi nəticəsində 31000 manat dəymiş ziyan olmaqla cəmi 41000 manat məbləğində ziyanın ödənilməsi barədə” qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2013-ci'ı il tarixli 2-2(84)-51/2013 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdehndən 31000 manat tutulub iddiaçı X3 xeyrinə ödənilməsi qərara alınmışdır. Məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra qərar qanunvericiliyə uyğun olaraq icra edilmişdir. Obyektin qanunsuz sökülməsinə görə cavabdeh tərəfindən ziyan ödənilsədə, xx.xx.2012-ci il tarixli 19 saylı icarə müqaviləsinə əsasən torpaq sahəsi ayrılıb verilməmişdir. Vərəsəlik hüququna dair şəhadətnamə aldıqdan sonra Cavabdehnə müraciət edərək xx.xx.2012-ci il tarixli 19 saylı icra müqaviləsinə əsasən torpaq sahəsinin ayrılıb verilməsini xahiş etdi. Lakin Cavabdeh mübahisə ilə bağlı Mingəçevir Bələdiyyəsinə müraciət etdi. Mingəçevir Bələdiyyəsi xx xxxxx 2019-cu il tarixli məktubu bildirdi ki, Cavabdeh digər sərəncamı ilə əvvəlki sərəncam ləğv olunmuşdur. Bu səbəbdən ona torpaq sahəsinin ayrılmasından imtina etdi. Hesab edir ki, hər iki orqan tərəfindən verilmiş imtina əsassızdır. Bu səbəbdən ki, icarə müqaviləsi qüvvədədir. Cənab Prezident televiziya vasitəsilə dəfələrlə çıxışında qeyd etmişdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlarla şərait yaradılsın. Halhazırda icarə müqaviləsi qüvvədə olduğundan və ləğv edilmədiyindən xx.xx.2012-ci il tarixli 19 saylı icarə müqaviləsinə sözügedən torpaq sahəsi ona ayrılıb verilməlidir.Cavabdeh başçısının xx.xx.2002-ci i! tarixli 234 nömrəli sərəncamı ilə Mingəçevir şəhərində Kür çayının soi sahilində yerləşən "Sahil" parkı Mingəçevir Bələdiyyəsinin balansına verilmişdir. Mingəçevir ŞİH başçısının 01,02.2012-ci il tarixli 15 nömrəli sərəncamına əsasən, Mingəçevir ŞİH başçısının xx.xx.2002-ci il tarixli sərəncamının 3-cü bəndi qüvvədən düşmüş hesab edilmiş, "Sahil" parkı və fəvvarələr Yaşıllaşdırma və X2 balansına verilmişdir. Mingəçevir ŞİH başçısının xx.xx.2012-ci il tarixli 19 nömrəli sərəncamına əsasən, Mingəçevir ŞİH və Mingəçevir Bələdiyyəsi tərəfindən "Sahil" parkındakı abadlıq işləri aparılan ərazidə torpaq sahəsi ayrılması və tikintiyə icazə verilməsi haqqındakı qərar və sərəncamları qüvvədən düşmüş hesab edilmiş, X1 obyektlərinin tikintisi məqsədilə icarəyə 20 İİ müddətinə 72 kv.m torpaq sahəsi ayrılmışvə həmin torpaq sahəsində sahibkarlıq (stolüstü oyunların təşkili) obyektinin tikintisinə icazə verilmişdir. Həmin sərəncama əsasən, Mingəçevir ŞİH ilə X5 arasında 72 kv.m torpaq sahəsi ilə bağlı 20 il müddətinə xx.xx.2012-ci il tarixli 19 nömrəli "Torpaq icarəsi müqaviləsi" bağlanmışdır. Məhkəmə işə baxarkən və qətnamə çıxararkən işin faktiki hallarını düzgün təhlil etməmiş və tədqiq olan hüquq normasını düzgün tövsif etməmiş, yalnız subyektiv mülahizələrə istinad edərək qətnamə çıxarmışdır. Həmçinin məhkəmə prossesində işə baxılarkən prossesual pozuntulara yol verilmişdir. Ona görə də, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-933/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edəsiniz. Tərəflərin izahatları İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı və Cavabdeh nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. üçüncü şəxs Mingəçevir Bələdiyyəsi məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: İddiaçının apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, birinci instasniya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. "Torpaq icarəsi haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin 4cü hissəsinə əsasən, icarə müddəti tamam olanadək icarəçi fiziki şəxs vəfat etdikdə icarə müqaviləsi üzrə hüquqlar, Azərbaycan Respublikasının mülkiqanunvericiliyində müəyyən olunmuş qaydada, onun hüquqi varislərinə keçir. İşdən göründüyü kimi, X5 ilə Mingəçevir ŞİH arasında torpaq icarəsi müqaviləsi xx.xx.2012-ci ildə 20 il müddətinə bağlanmışdır. Həmin müqavilənin müddəti başa çatmadan icarəçi X5 vəfat etdiyinə görə icarə müqaviləsi üzrə hüquqlar Azərbaycan Respublikasının mülki qanunvericiliyində müəyyən olunmuş qaydada onun hüquqi varislərinə keçməlidir. Müəyyən edildi ki, İddiaçı həmin müqaviləyə əsaslanaraq Mingəçevir şəhərindəki S.Vurğun adına parkın ərazisindən torpaq sahəsinin ayrılmasını tələb etsə də, həmin müqavilədə torpaq sahəsinin S.Vurğun adına parkın ərazisində yerləşdiyi göstərilməmişdir. İcarə müqaviləsi Mingəçevir ŞİH-nin xx.xx.2012-ci il tarixli 19 nömrəli sərəncamı əsasında bağlanmış, həmin sərəncamda isə torpaq sahəsinin "Sahil" adlanan tamamilə başqa bir parkda yerləşdiyi göstərilmişdir. Deməli, torpaq icarəsi müqaviləsi Mingəçevir şəhərindəki S.Vurğun adına parkın deyil, "Sahil" parkının ərazisində yerləşən 72 kv.m torpaq sahəsinə aiddir. Digər tərəfdən, X5 ilə Mingəçevir ŞİH arasında xx.xx.2012-ci il tarixli torpaq icarəsi müqaviləsinin bağlanmasına əsas verən Mingəçevir ŞİH-in xx.xx.2012-ci il tarixli 19 nömrəli sərəncamıMingəçevir ŞİH-in xx.xx.2012-ci il tarixli 61 nömrəli sərəncamı ilə artıq qüvvədən düşmüş hesab edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 2-ci və 3-cü hissələrinə əsasən, parkların altındakı torpaqlar ümumi istifadədə olan torpaqlar kimi bələdiyyə mülkiyyətində olur. Həmin Məcəllənin 5-ci maddəsində deyilir ki, bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Həmin Məcəllənin 6-cı maddəsində deyilir ki, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı (müqavilə) ilə, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (müqavilə) ilə verilir. Həmin qərarda yerli şərait, torpaq ehtiyatının miqdarı, əhalinin sıxlığı nəzərə alınmaqla, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma layihə sənədlərinə uyğun olaraq, verilən torpaq sahələrinin ölçüləri müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(116)-933/2020saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar