Məhkəmə qərarları › İş №2-1(107)-456/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-456/2022

14.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-456/2022 14.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “2013-2018-ci illərdə ümumi birgə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqdan istifadəyə görə ödədiyi məcburi dövlət sığorta haqqı nəzərə alınmaqla ona hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ötürülmüş müddət üçün yaranmış pul məbləği fərqinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli 2-1(116)-459/2022 nömrəli qərardadından iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat 1 İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, 2013-2018-ci illərdə ümumi birgə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqdan istifadəyə görə ödədiyi məcburi dövlət sığorta haqqı nəzərə alınmaqla ona hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ötürülmüş müddət üçün yaranmış pul məbləği fərqinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli 2-1(116)-459/2022 nömrəli qərarı ilə iddia təmin olunmuş, cavabdehin üzərinə İddiaçı 2013-2018-ci illərdə ümumi birgə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqdan istifadəyə görə ödədiyi məcburi dövlət sığorta haqqı nəzərə alınmaqla hüququnun yarandığı xx.xx.2019- cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ötürülmüş müddət üçün yaranmış pul məbləği fərqinin hesablanaraq ödənilməsi öhdəliyi qoyulmuş və qərarın surəti proses iştirakçılarına göndərilmişdir.

3. Bundan sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı xx.xx.2022-ci il tarixli, **********2 nömrəli “üçüncü şəxs qismində cəlb edilmə barədə” vəsatətini birinci instansiya məhkəməsinə ünvanlamış və vəsatət xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Vəsatətdə qeyd olunmuşdur ki, Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı (bundan sonra - Filial) bu iş üzrə ilkin icraatda cavabdeh qismində cəlb edilmişdir. Filialın 7 fevral 2022-ci il tarixli **********4 nömrəli məktubu ilə iddiaya münasibət bildirilmişdir. Sonradan iş üzrə əsl cavabdeh qismində SÖTMF cəlb edilsə də Filial iş üzrə üçüncü şəxs qismində işə cəlb edilməmişdir. İddia tələbinin “2013-2018-ci illərdə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqdan istifadəyə görə ödədiyi 128 manat məcburi dövlət sosial sığorta haqqının fərdi şəxsi hesabında qeydə alınması" hissəsi isə sığortaolunanların pensiya və digər sosial təminat hüquqlarının əsası kimi fərdi şəxsi hesablarına əlavə edilməli olan məcburi dövlət sosial sığorta haqqına aiddir. X2 23 iyul 2020-ci il tarixli **********1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı haqqında Əsasnamə”nin 2.1.1-ci yarımbəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təqdim edilən məlumatlar əsasında Fondun rayon (şəhər) filialları üzrə sığortaedənlərin və sığortaedənlər tərəfindən təqdim edilən məlumatlar əsasında sığortaolunanların uçotunun həyata keçirilməsi Filialın fəaliyyət istiqamətlərinə aid edilmişdir. Bu səbəbdən iş üzrə üçüncü şəxs qismində Filial cəlb edilməlidir.

4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı sözügedən vəsatətində Şəki İnzibati Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2-1(116)-459/2022 nömrəli qərarının ləğv edilərək Filialın üçüncü şəxs qismində cəlb olunması barədə qərardad qəbul olunmasını xahiş etmişdir.

5. Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********2 nömrəli “üçüncü şəxs qismində cəlb edilmə barədə” vəsatətinin surəti xx.xx.2022-ci il tarixdə proses iştirakçılarına ünvanlanmış və münasibət bildirmələri təklif olunmuşdur.

6. İş üzrə cavabdeh Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı tərəfindən vəsatətdə qeyd olunanlarla bağlı məhkəməyə yazılı münasibət bildirilməmişdir.

7. İddiaçı xx.xx.2022-ci il tarixli məktubunu poçt xidməti vasitəsilə məhkəməyə ünvanlamaqla Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********2 nömrəli “üçüncü şəxs qismində cəlb edilmə barədə” vəsatətinə münasibətini bildirmişdir. İddiaçının sözügedən məktubu xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur.

8. İddiaçı məktubunda qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsinin 2-1(116)- 459/2022 nömrəli xx.xx.2022-ci il tarixli Qərarında qeyd edildiyi kimi iddiaçı DSMF-nin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək 2013-2018-ci illərdə Kabital bank vasitəsi ilə ödədiyi məcburi dövlət sosial sığortası haqlarının qeydə alınmasını xahiş etmişdir. Vəsatət verən orqan isə xx.xx.2021-ci il tarixli məktubu ilə iddiaçının xahişini yerinə yetirməkdən imtina etmişdir.

9. Eyni zamanda iddiaçı 2013-2018-ci illərdə ödədiyi məcburi sığorta haqlarının araşdırılaraq yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalına da müraciət etmiş, lakin imtina cavabı verilmişdir. Son olaraq iddiaçı Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialına da bu haqda müraciət etsə də, bu şəxsdən də imtina cavabı almışdır.

10. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarında qeyd olunur ki, hazırlıq icraatı çərçivəsində xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında protokol qərardadı ilə Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filalı ilə əvəz olunması, həmçinin, Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filalının iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır.

11. Üçüncü şəxs qismində işə cəlb edilmiş DSMF Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı məhkəməyə göndərdiyi xx.xx.2022-ci il tarixli **********4 nömrəli etiraz məktubu ilə iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 12 Eyni zamanda məhkəmənin sorğuları DSMF Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filalı tərəfindən cavablandırıldığı üçün, həmçinin, iş üzrə cavabdeh müəyyən edildiyindən əlavə olaraq məhkəmə aktı ilə Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filalının 3-cü şəxs qismində cəlb edilməsinə ehtiyac olmamışdır.

13. İddiaçı məktubunda qeyd edir ki, Şəki İnzibati Məhkəməsi iddianı təmin edərkən 2013-2018-ci illərdə ödədiyi məcburi sosial sığorta haqlarının aidiyyəti üzrə ödənilməsini sənədlər əsasında təsdiq etmişdir. Sığorta ödəyicisi kimi DSMF Balakən rayon şöbəsində onun fərdi hesabı olub bu haqda şəhadətnamə verilib və şəxsi qovluq açılıb. Ödədiyi sığorta haqlarının bank qəbzləri həmin şəxsi qovluqda saxlanılırdı. Ödədiyi sığorta haqlarının elektron informasiya sistemində yerləşdirilməsi vətəndaşın vəzifəsi deyil, bu vəzifəni həyata keçirmək 2019-cu ilin yanvar ayınadək DSMF-in yerli şöbələrinin vəzifəsi idi. Məsuliyyəti də həmin orqan daşıyır.

14. İddiaçı yuxarıda qeyd etdiklərinə əsasən Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********2 nömrəli “üçüncü şəxs qismində cəlb edilmə barədə” vəsatətinin təmin edilməməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

15. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 17 noyabr 2022-ci il tarixli 2-1(116)-459/2022 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********2 nömrəli “üçüncü şəxs qismində cəlb edilmə barədə” vəsatəti təmin edilməmişdir.

16. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı həmin qərardaddan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı (bundan sonra - Filial) bu iş üzrə ilkin icraatda cavabdeh qismində cəlb edilmişdir. Filialın 7 fevral 2022-ci il tarixli **********4 nömrəli məktubu ilə iddiaya münasibət bildirilmişdir. Sonradan iş üzrə əsl cavabdeh qismində SÖTMF cəlb edilsə də Filial iş üzrə üçüncü şəxs qismində işə cəlb edilməmişdir. İddia tələbinin “2013-2018-ci illərdə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqdan istifadəyə görə ödədiyi 128 manat məcburi dövlət sosial sığorta haqqının fərdi şəxsi hesabında qeydə alınması" hissəsi isə sığortaolunanların pensiya və digər sosial təminat hüquqlarının əsası kimi fərdi şəxsi hesablarına əlavə edilməli olan məcburi dövlət sosial sığorta haqqına aiddir. X2 23 iyul 2020-ci il tarixli **********1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı haqqında Əsasnamə”nin 2.1.1-ci yarımbəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təqdim edilən məlumatlar əsasında Fondun rayon (şəhər) filialları üzrə sığortaedənlərin və sığortaedənlər tərəfindən təqdim edilən məlumatlar əsasında sığortaolunanların uçotunun həyata keçirilməsi Filialın fəaliyyət istiqamətlərinə aid edilmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli 2-1(116)-459/2022 nömrəli qərardadının ləğv edilməsini və filialın üçüncü şəxs qismində cəlb edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli 2-1(116)-459/2022 nömrəli qərardadının ləğv edilməsini və filialın üçüncü şəxs qismində cəlb edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi.

19. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı nümayəndəsinin iştirakını təmin etməmişdir.

20. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

TƏTBİQ EDİLƏN HÜQUQ

21. İnzibati Prosessual Məcəllə: 27-ci maddəsi inzibati məhkəmə icraatının iştirakçılarının dairəsini belə müəyyən etmişdir - iddiaçı (və ya bu Məcəllənin 132-ci maddəsinə uyğun olaraq ərizəçi); cavabdeh; inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər. Maddə 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Maddə 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

22. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİİ hissələrinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Konstitusiyanın bu normaları ilk növbədə fiziki və hüquqi şəxslərin özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə birbaşa iddia qaldırmalarına imkan verir. Lakin sözügedən normalar həm də belə bir təminatı nəzərdə tutur ki, inzibati orqanların qərar və hərəkətlərinə (hərəkətsizliklərinə) qarşı başqa şəxslər tərəfindən qaldırılmış iddialar üzrə işlərə baxılarkən, qəbul ediləcək qərarın onların qanunla qorunan maraqlarına toxunacağı halda, mübahisənin tərəfi olmayan üçüncü şəxslərin məhkəmə icraatına qoşulması imkanı hüquq və azadlıqların məhkəmə müdafiəsi və dinlənilmə hüququnun tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Buna görə, bir işə baxılması nəticəsində qəbul edilən qərarla hüquq və mənafelərinə təsir göstərilmiş olacaq şəxslərə bu mühakimə haqqında məlumat verilməli, mübahisənin həlli ilə bağlı həmin şəxslərin dinlənilmə hüququ təmin olunmalı, eləcə də onların məhkəməyə işin həlli ilə bağlı öz dəlil və sübutlarını təqdim etmələrinə imkan yaradılmalıdır. Üçüncü şəxslərə icraatda iştirak imkanlarının yaradılması həm də onların mümkün maraqlarına ədalətli münasibət göstərilməsi ilə bağlıdır və mübahisənin tərəfi (iddiaçı və ya cavabdeh) olmayan şəxslərin hüquqlarının müdafiəsi məqsədinə yönəlir. Bununla da onlar icraatda tərəf statusu əldə etməsələr belə, öz mənafelərini məhkəmə qarşısında bəyan etmək və qərarın qəbulu prosesində öz maraqlarını təmsil etmək imkanı qazanırlar. Belə qoşulma, həm də işin faktiki hallarının tam və hərtərəfli araşdırılmasına töhfə verir, obyektiv və qanuni qərarın qəbul edilməsinə xidmət edir. Üçüncü şəxs özünə bəlli olan halları məhkəməyə bildirməklə, eləcə də tərəflərin istinad etmədiyi yeni baxışlar və dəlillər ortaya qoymaqla mübahisə predmeti ilə bağlı işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi işinə yardım etmiş olur.

23. Adi cəlbetmə halını nizamlayan İPM-in 28.1-ci maddəsində “məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda” ifadəsindən, zəruri cəlbetməni nizamlayan İPM-in 28.2-ci maddəsində isə “üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda” ifadəsindən istifadə olunmuşdur. Bundan başqa, qanunvericiliyə görə adi cəlbetmənin həyata keçirilməsi məhkəmənin mülahizəsindən asılıdır, zəruri cəlbetmə isə məhkəmənin vəzifəsi olaraq müəyyənləşdirilmişdir. İnzibati məhkəmə icraatına cəlb edilməli olan şəxsin adi, yaxud zəruri cəlbetmə qaydasında cəlb edilməli olduğunu fərqləndirmək üçün istifadə olunan əsas meyarlardan biri “hüquqi maraq” meyarıdır. Belə ki, zəruri cəlbetmə zamanı tələb olunan hüquqi maraqla, adi cəlbetmə zamanı tələb olunan maraq bir-birindən fərqlidir. Həmin fərqin mövcud olduğunu İPM-in 28.1 və 28.2-ci maddələrindəki müddəalar da təsdiq edir.

24. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2017-ci il tarixli qərarına görə, “...Zəruri cəlbetmə o zaman mövcud olur ki, qəbul ediləcək məhkəmə qərarı tək inzibati məhkəmə icraatının tərəfləri barəsində deyil, həmçinin üçüncü şəxsə münasibətdə də hüquqi qüvvəyə malik olsun. Əgər məhkəmə qərarını üçüncü şəxsin hüquqlarına müdaxilə etmədən (başqa şəxs üçün hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi) qəbul etmək mümkün deyilsə, həmin şəxs mütləq məhkəmə icraatına cəlb edilməli və bu, zəruri cəlbetmə kimi qiymətləndirilməlidir. Bu hal bir qayda olaraq o zaman mövcud olur ki, üçüncü şəxsin mübahisəli hüquq münasibətlərində birbaşa iştirakı olsun və münasibətin hüquqi taleyi həll edildiyi zaman qəbul edilmiş qərar onun maraqlarına təsir etsin. Bu halda həmin şəxs üçüncü şəxs qismində, yəni iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməlidir”. Vahid qərardan isə o zaman söz edilə bilər ki, çıxarılmış qərar üçüncü şəxsin hüquqi statusuna birbaşa təsir edə bilsin. Əgər məhz məhkəmə qərarının çıxarılması nəticəsində hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi baş verirsə, hüquqi statusa həmin qərarla birbaşa təsir edilmiş olur.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair" xx.xx.2017-ci il tarixli Qərarının nəticəvi hissəsinin 1-ci və 2-ci bəndlərində deyilir ki, inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsindən və "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 6-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnun tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60cı maddəsinin İ hissəsində və "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə uyğun həll edilməlidir.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli Qərarında, həmçinin, aşağıdakılar qeyd olunmuşdur: "... Lakin məhkəmə qanuni qüvvəyə minmiş qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edərkən hüquqi müəyyənliyin mühüm tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması məqsədilə maraqlı şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi üçün aşağıdakılara xüsusi diqqət yetirməlidir: - qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmamasına; - inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə. Beləliklə, həmin şəxs məhkəməyə müraciətində öz hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını və bu pozuntunun ona hansı vaxtdan məlum olduğunu əsaslandırmalıdır."

27. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” xx.xx.2022-ci il tarixli 01/2022 nömrəli Qərardadına əsasən “...prosesə daxil olmaq və ya cəlb edilmək üçün iradə ifadəsi kifayət deyil, çünki proses iştirakçısı olmayan şəxsin üçüncü şəxs qismində icraat iştirakçısına çevrilməsi üçün həlledici olan məhkəmənin gələcəyi qənaətdir və bu barədə qərarı məhkəmə ona daxil olmuş ərizə və ya vəsatətə qiymət verərək qəbul etməlidir. Hər bir halda, üçüncü şəxslərin prosesdə iştirakı məsələsi məhkəmə tərəfindən həll edilir, yəni yalnız məhkəmə müvafiq əsasların mövcud olduğu qənaətinə gəldikdə onlar icraatda iştiraka cəlb edilə bilərlər...”. (46)

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

28. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

30. Belə ki, iş materiallarından müəyyən edilir ki, iddiaçının hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarət tələbinə münasibətdə cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmamış, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilmişdir. Belə ki, qanunverici tərəfindən xx.xx.2018-ci il tarixədək qeydə alınmış pensiya kapitalının minimal məbləği müəyyən edilməmiş, sadəcə olaraq hər-hansı pensiya kapitalının qeydə alınması tələbi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən isə xx.xx.2018-ci il tarixədək müxtəlif dövlərdə fərqli məbləğlərdə məcburi dövlət sosial sığorta ödənişləri həyata keçirilmiş, bunu təsdiq edən qəbzlər məhkəməyə təqdim olunmuş, ödənişlər arayışlarla öz təsdiqini tapmışdır. Eyni zamanda, iddiaçının adına Dövlət Sosial Sığorta Şəhadətnaməsinin açıldığı və iddiaçıya təqdim olunduğu müəyyən edilmişdir. Odur ki, ödənilmiş məbləğlərin şəxsin fərdi şəxsi hesabında qeydə alınmaması onun hüquqlarını məhdudlaşdırıcı amil kimi nəzərə alına bilməz. Şəxs tərəfindən ödənişlərin həyata keçirilməsi zamanı ödənilən məbləğin fərdi şəxsi hesabda qeydə alınıbalınmamasına nəzarət etmək onun imkanları xaricində olmaqla, birbaşa olaraq səlahiyyətli inzibati orqanın məsuliyyəti çərçivəsində müəyyən edilən məsələdir. Göstərilənlərə əsasən, məhkəmə hesab etmişdir ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla, iddiaçının hüquqlarını pozmuşdur. Məhkəmənin iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 2013-2018-ci illərdə ümumi birgə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqdan istifadəyə görə ödədiyi məcburi dövlət sığorta haqqı nəzərə alınmaqla hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ötürülmüş müddət üçün yaranmış pul məbləği fərqinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.

31. İşin halları və qəbul edilmiş yekun məhkəmə aktından da göründüyü kimi, məhkəmənin qərarı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının üzərinə heç bir öhdəlik və vəzifə qoyulmamışdır. Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən verilmiş formal əsaslardan çıxış edilərək iş üzrə üçüncü şəxs qismində cəlb edilməklə icraatın təzələnməsi barədə vəsatət prosessual qənaət prinsipinə, iddiaçının qanunla qorunan mənafelərinə zidd olmaqla yanaşı, məhkəmə araşdırmasını əsassız uzatmaqla, inzibati orqanların qarşısında qoyulmuş məqsədlərlə ziddiyyət təşkil edir.

32. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********2 nömrəli “üçüncü şəxs qismində cəlb edilmə barədə” vəsatəti əsassız olduğundan təmin edilməməlidir.

33. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi vəsatəti təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli 2-1(116)-459/2022 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli 2-1(116)-459/2022 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar