Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-457/2020 21.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Məmmədov Emin Nizami oğlunun katibliyi ilə, İddiaçı “İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Vergilər Nazirliyi yanında X3 Araşdırlması Baş İdarəsinə qarşı “Vergilər Nazirliyinin (hazırki Dövlət Vergi Xidmətinin) X3 Araşdırlması Baş İdarəsinin xx.xx.2019-cu il tarixli **********191526 nömrəli “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)-753/2020 nömrəli qərardadından iş üzrə iddiaçı “İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı “İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdehnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, “Vergilər Nazirliyinin (hazırki Dövlət Vergi Xidmətinin) X3 Araşdırılması Baş İdarəsinin xx.xx.2019-cu il tarixli **********191526 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi xx.xx.2020-ci il tarixində məhkəməyə daxil olmuş və İnzibati Prosessual Məcəllənin 45.4-cü maddəsinə əsasən həmin tarixdən icraata qəbul edlmiş sayılmışdır. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, “xxxxxxxxx” MMC-də (sonrakı mətndə- Cəmiyyət) keçirilən və nəticəsi xx.xx.2019-cu il tarixli aktla rəsmiləşdirilən səyyar vergi yoxlaması zamanı bir çox maddi və prosessual hüquq normalarının pozulmasına yol verilmiş, nəticədə Cəmiyyət barəsində əlverişsiz (yükləyici) inzibati akt qəbul olunmaqla qanunsuz vergi hesablanması aparılmışdır. Prosessual hüquq normalarının pozulması: xx.xx.2019-cu il tarixli səyyar vergi yoxlaması Aktının 1.1-ci bəndindən göründüyü kimi, yoxlama xx.xx.2018-ci il tarixdə başlanmış, xx.xx.2019-cu il tarixdə başa çatmışdır ki, bu da ümumilikdə 12 ay 28 gün təşkil edir. Həmin müddətin 9 ayı ərzində yoxlama mütəxəssisin dəvət edilməsi əsası ilə dayandırılmışdır. Əlavə edilən reyestrdən çıxarışa əsasən, həmin dayandırmanın son günü xx.xx.2019-cu il tarixidir. Yoxlama isə xx.xx.2019cu il tarixdən xx.xx.2019-cu il tarixədək 45 gün müddətinə yenidən uzadılmışdır. Göründüyü kimi, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət cavabdeh tərəfindən rəsmiləşdirilməmiş və reyestrə daxil edilməmişdir. Bununla da, həmin 23 təqvim günü yoxlama müddəti aralığında rəsmi qeydiyyata alınmayan müddət kimi müəyyən olunmuşdur. Eyni zamanda, yoxlama zamanı cavabdeh tərəfindən yoxlamanın qanunla müəyyən edilən müddətinə riayət edilməmişdir. Belə ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə görə, səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Lakin cavabdeh yoxlamanı 42 gün əsas müddət və hər biri 43 və 45 təqvim günü olmaqla iki dəfə qanunazidd şəkildə Yoxlamanı uzatmaqla ümumilikdə 130 təqvim gününə (dayandırılma müddəti və rəsmiləşdirilməyən 23 təqvim günü istisna olmaqla) həyata keçirtmişdir. Bundan əlavə, Aktın 1.9.3-cü bəndindən göründüyü kimi, xx.xx.2018-ci il tarixdə Cəmiyyətin ərazisinə baxış keçirilmiş və bu hal **********159921 nömrəli Protokolla rəsmiləşdirilmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə görə, “Qanun əsasındasahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları,publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər”. Həmin Əsasnamənin 3.4-cü bəndinə görə isə, “Reyestrə yoxlama ilə bağlı aşağıdakı məlumatlar daxil edilir: 3.4.9. yoxlamanın növü (yoxlama, araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və s.)”. Əlavə edilən reyestrdən çıxarışdan göründüyü kimi, baxış keçirilməsi barədə məlumatlar yoxlamaların vahid məlumat reyestrinə daxil edilməmişdir. Bununla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin tələbləri pozulmuşdur. Yoxlamanın yekununda xx.xx.2019-cu il tarixdə hazırda mübahisələndirilən inzibati akt qəbul edilmişdir. Həmin tarixdə Vergi Məcəlləsinin qüvvədə olan 36.3-cü, 56.1-ci, 83.3-cü və 85.4-cü maddələrinin görə, vergi qanunvericiliyinin pozulması anından 3 il müddət keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Mübahisələndirilən xx.xx.2019-cu il tarixli inzibati aktın “VM maddəsi” və “Maliyyə sanksiyası” xanalarından göründüyü kimi, cavabdeh tərəfindən yuxarıda göstərilən məsuliyyətə cəlbetmə müddəti keçən vergi məbləğlərinə “VM maddəsi - Düzəliş” əməliyyatı ilə maliyyə sanksiyaları silinmiş, lakin əsas vergi məbləğləri nəzərə alınmamışdır ki, bu da kobud qanun pozuntusudur. Belə ki, Vergi Məcəlləsinin 56.1-ci maddəsinin əvvəlki redaksiyasında açıq-aşkar formada əks olunmuşdur ki, vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Cavabdeh tərəfindən iddiaçının vergi öhdəliklərinin müəyyən olunması məqsədilə yoxlamaya mütəxəssis cəlb olunması qərara alınmışdır. Belə ki, Vergi Məcəlləsinin 45.1-ci maddəsinə görə, səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. Lakin cavabdeh tərəfindən Ticarət və Sənaye Palatası yanında Azərekspertiza birliyindən Əliyev Bakir adlı şəxs dəvət olunaraq mütəxəssis adı altında onun rəyindən yoxlamanın rəsmiləşdirilməsində istifadə olunmuşdur. Halbuki Vergi Məcəlləsinin 45.2-ci maddəsinə görə, mütəxəssisin xüsusi bilik və təcrübəsi olmalıdır və o, isin nəticələrində maraqlı olmamalıdır. Bu şərtlərə cavab verməyən mütəxəssisin rəyi vergi orqanları tərəfindən istifadə oluna bilməz. İş materiallarına, xüsusilə mütəxəssis adı ilə təqdim edilən rəydən görünür ki, B.Əliyevin Cəmiyyətin fəaliyyət sahəsi üzrə (alkoqollu içkilərin istehsalı) hər hansı təhsilinin, iş təcrübəsinin, təlim və ya kurslarda iştirakının və s. əsaslarla mütəxəssis statuslu şəxs olmasına dair hər hansı sübut mövcud deyil. Eyni zamanda, bildirilir ki, inzibati orqanların fəaliyyətini tənzimləyən İnzibati icraat haqqında” Qanunun 41.6-1-ci maddəsinə görə, mütəxəssis inzibati orqana zəruri kömək göstərilməsi üçün elm, texnika, incəsənət və digər peşə sahəsində xüsusi bilik və bacarığa malik olmalıdır. Lakin mütəxəssisin ifadə etdiyi fikir ekspert rəyini əvəz etməmişdir. Göründüyü kimi, cavabdeh yoxlamaya ekspert cəlb etmək hüququ olduğu halda, mütəxəssis adı altında rəy təqdim edən şəxsi cəlb etməklə onun verdiyi qeyri-müəyyən rəqəmlərə istinad etmişdir. Digər tərəfdən, qanunvericilikdə sərfiyyat göstəricilərinə əsaslanaraq vergilərin hesablanması nəzərdə tutulmamışdır. Belə ki, Vergi Məcəlləsinin 67-ci maddəsi vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydalarını tənzimləyir. Həmin normanın bəndlərinə diqqət yetirsək, cavabdehin belə qaydada hesablama aparması hüququnun olmadığı müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(102)- 2016/19 saylı Qərarında (sədrlik edən - Zakir Quliyev) vergi orqanlarının sərfiyyat əsasında vergi hesablamaq hüququnun olmadığı qeyd edilmişdir. Qərarın 7-ci səhifəsindən göründüyü ki, Məhkəmə, əlaqəli məlumatlardan istifadə etməklə vergilərin hesablanmasının Vergi Məcəlləsinin 67.1-ci maddəsinin 1-9-cu bəndlərində sadalandığını bildirərək əlaqəli məlumatların dairəsinin konkret müəyyən olunduğunu bildirmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(102)-1652/2019 saylı Qərarında (sədrlik edən - Rahib Nəbizadə) cavabdeh tərəfindən eynilə bu mübahisədə yol verilən müddət pozuntuları təsdiqlənmiş, xüsusilə vergi orqanı tərəfindən yalnız mütəxəssis rəyinə istinad olunmaqla hesablama aparılmasının qanunsuz olduğu, mütəxəssis rəyinin sübut növlərindən biri olması və digər əlaqəli sübutlarla birlikdə qiymətləndirilməli olduğu qeyd olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə görə, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 70.1-ci maddəsinə görə, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1,45, 46 və 70-ci maddələrini rəhbər tutaraq Məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh etirazında bildirmişdir ki, iddiaçı həmin inzibati aktı iddia müddətini ötürməklə mübahisələndirmişdir. Belə ki, mübahisələndirilən qərar iddiaçı ilə vergi orqanı arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Elektron sənəd mübadiləsi haqqında” müqaviləyə əsasən xx.xx.2019-cu il tarixdə saat 17:46-da iddiaçının elektron ünvanına göndərilmiş, xx.xx.2019-cu il tarixdə 09:55-də iddiaçı tərəfindən oxunmuşdur. Elektron sənəd mübadiləsi haqqında ərizə, müqavilə, məsuliyyət qərarının və tələbnamənin iddiaçıya göndərilməsi barədə məktub və vergi ödəyiciləri ilə yazışmalar barədə hesabat vəsatətə əlavə edilmişdir. Mübahisələndirilən məsuliyyət qərarının elektron qaydada iddiaçıya təqdim edilməsi ilə bağlı nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi “xxxxxxxx” MMC- nin Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri X1rşı iş üzrə xx.xx.2019-cu il tarixli qərarda elektron üsulla göndərilmiş sənədin lazımı qaydada təqdim edilmiş sayılmasını aşağıdakıqaydada əsaslandırmışdır. Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli qərarı vəsatətə əlavə edilmişdir. “Göründüyü kimi müqavilə ilə iddiaçı (vergi ödəyicisi) ona göndərilən elektron sənədin kağız sənədin ekvivalenti olduğunu və onunla eyni hüquqi qüvvəyə malik olduğunu qəbul etmiş, elektron qutusuna daxil olmuş sənədin ona təqdim edilmiş sayılması ilə razılaşmışdır. Bununla bağlı kollegiya xüsusilə qeyd etməyi zəruri hesab edir ki, sənədin maraqlı şəxsə təqdim olunmasında qanunvericinin əsl məqsədi şəxsin onun barəsində çıxarılmış inzibati aktın qəbul olunmasının faktiki və qanuni əsasları, eləcə də hüquqi müdafiə vasitələri tam, dəqiq və dürüst məlumatın əldə edilməsindən ibarətdir. Qeyd olunan şərtlərə əməl olunaraq, üstəlik özünün seçdiyi üsulla ona təqdim edilən inzibati akt hər bir halda qanunla qorunan bu tələblərə cavab vermiş sayılmalıdır. Vergi mübahisələri ilə bağlı məhkəmə təcrübəsi göstərir ki, elektron yaxud kağız formatda göndərilən inzibati aktların vizual baxımından tək fərqi aşağı hissədə yer alan imza və möhürdən ibarətdir."(qərarın 5-ci səhifəsinin sonuncu və 6-cı səhifəsinin birinci abzasları). Beləliklə, məsuliyyət qərarı qanunvericiliyin tələblərinə uyğun olaraq və analoji işlərə dair məhkəmə təcrübəsində qəbul edilmiş qaydada xx.xx.2019-cu il tarixdə iddiaçıya elektron qaydada təqdim edilmişdir. Həmçinin, mübahisələndirilən qərarın bir nüsxəsi xx.xx.2019-cu il tarixdə imzalanaraq, hüquqi şəxsin möhürü ilə təsdiq edilərək əlbəəl qəbul edilmişdir. Mübahisələndirilən qərarın əlbəəl təqdim edilməsinə dair sənəd vəsatətə əlavə edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 70.2-1-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: • vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə - şəxsən verildiyi gün (70.2-1.1.); •poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi zeyd olunmuş ünvanına göndərildikdə - poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra (70.2-1.2.); •elektron üsulla elektron kabinetinə göndərildikdə - elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra (70.2-1.3.). Qeyd olunanlardan göründüyü kimi, iddia ərizəsi xx.xx.2020-ci il tarixdə, yəni elektron qaydada təqdim edildikdən 4 ay, əlbəəl təqdim edildikdən 2 ay sonra məhkəməyə verilmişdir. Məhkəmə tərəfindən cavabdehə göndərilmiş xx.xx.2020-ci il tarixli sərəncamda vergi orqanından “iddiaçının müraciəti ilə bağlı aparılmış inzibati icraat materialı” tələb edilmişdir. İddiaçının qeyd olunan şikayəti ilə əlaqədar aşağıdakıları nəzərinizə çatdırırıq. İddiaçı xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının Vergilər Nazirliyinə şikayət ünvanlayaraq səyyar vergi yoxlaması aktının və məsuliyyət qərarının ləğvini xahiş etmişdir. Xüsusi olaraq nəzərinizə çatdırırıq ki, müraciətdə ləğvini tələb etdiyi məsuliyyət qərarının ona təqdim edilmədiyini əsaslandırmağa çalışan iddiaçı bu müraciətini elektron sənəd mübadiləsi haqqında müqaviləyə əsasən yaradılmış elektron kabinet vasitəsilə, yəni mübahisələndirilən qərarın ona təqdim edildiyi üsulla göndərmiş və cavabın da həmin kabinet vasitəsilə göndərilməsini (“onlayn kargüzarlığa”) tələb etmişdir. Lakin mübahisələndirilən səyyar vergi yoxlaması ilə müəyyən edilmiş fakta (“İddiaçı" MMC-də külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması) dair başlanmış cinayət işi üzrə X3 Araşdırılması Baş İdarəsində istintaq aparıldığından, müraciət digər sübutlarla yanaşı hüquqi qiymət verilməsi üçün cinayət işinin materiallarına əlavə olunmuşdur. Bu səbəbdən müraciətə inzibati icraat qaydasında baxılmamışdır. Şikayətin və cavab məktubunun surəti vəsatətə əlavə edilir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsinə əsasən bu qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə şamil olunmur. Digər tərəfdən, müraciətə inzibati icraat qaydasında baxılmalı olsaydı belə, iddiaçı xx.xx.2019-cu il tarixdə ona təqdim edildiyi sübuta yetirilən qərarla bağlı inzibati orqana 76 gün sonra, yəni xx.xx.2020-ci il tarixdə şikayət vermişdir. Halbuki “İnzibati icraat haqqında” Qanunun 73.1ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Göründüyü kimi, iddiaçı xx.xx.2019-cu il tarixdə ona təqdim edilmiş məsuliyyət qərarınır ləğvi ilə əlaqədar xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək Azərbaycan Resblikasının İnzibati-Prosessual Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Bununla yanaşı, iddiaçının iddia müddətini üzrlü səbəblərdən etməsi barədə də məhkəməyə hər hansı bir sübut təqdim edilməmiş, eləcə də ötürülmüş müddətin bərpası haqqında ərizə də verilməmişdir. İnzibati-Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün hüddətində qaldırıla bilər. İnzibati- Prosessual Məcəllənin 24-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İnzibati Prosessual Məcəllənin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı İnzibati Prosessual Məcəllənin 5ci fəslinin müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci və 130.3-cü maddələrinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Əgər maraqlı Sənədi elektron imzalayan şəxsin vəzifəsi, adı və soyadı: Hakim - İlqar Cabbarov Məhkəmənin adı: Şəki İnzibati Məhkəməsi Sənədin elektron yüklənmə ünvanı: tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 22-ci, 24-cü və 38-ci maddələrinin, Mülki Prosessual Məcəlləsinin 130-cu maddəsinin müddəalarını rəhbər tutaraq, iddianın mümkün sayılmaması barədə qərərdad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verib, iddianın mümkün hesab edilməməsini xahiş etdi. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxxxx 2020-ci il tarixli, 2- 1(116)-753/2020 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı “İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyəti həmin qərardaddan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, “İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) iddia tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(116)-753/2020 saylı Qərardadı ilə iddia mümkün sayılmamışdır. Aşağıda göstərilənlərə əsasən həmin Qərardad tamamilə qanunsuz olduğu üçün ləğv olunmalıdır: 1-ci intansiya məhkəməsi cavabdehin təqdim etdiyi vəsatətə aldanaraq vergi münasibətlərində inzibati icraat üzrə müddətlərin hansı qanunvericiliklə tənzimləndiyini araşdırmamış, iddiaçının nümayəndəsi tərəfindən məhkəmə iclasında bu barədə geniş izah verməsinə baxmayaraq, qeyd olunanları görməzdən gəlmişdir. Halbuki göstərilənləri müəyyən etmək xidməti vəzifəsinə görə məhkəmənin özünün borcudur. -İşin cavabdeh tərəfindən də vəsatətlə təsdiq olunan mübahisəsiz halları: -Mübahisələndirilən inzibati akt qəbul olunub - xx.xx.2019-cu il tarixdə -Həmin inzibati akt çatdırılıb (oxunub) - xx.xx.2019-cu il tarixdə -İddiaçı tərəfindən yuxarı vergi orqanına şikayət verilib - xx.xx.2020-ci il tarixdə -Yuxarı vergi orqanının cavabı verilib - xx.xx.2020-ci il tarixdə -İddiaçı tərəfindən məhkəməyə müraciət olunub - xx.xx.2020-ci il tarixdə Göründüyü kimi, iddiaçı tərəfindən qanunla ona verilmiş hüquqdan istifadə olunaraq 3(üç) ay müddətində şikayət instansiyasına(yuxarı vergi orqanına) şikayət edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 62.3-cü maddəsinə görə, Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) vergi ödəyicisi və va başqa borclu şəxs tərəfindən öz hüquqlarının pozulduğunu bildiyi və va bilməli olduğu Məhkəmə tərəfindən isə qanunsuz şəkildə İnzibati icraat haqqında Qanunun 78.1 -cı maddəsinə istinad olunmuşdur. Halbuki, həmin Qanunun 3.3-cü maddəsinə görə. Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən oluna bilər. Göründüyü kimi, 1-ci instansiya məhkəməsi aşkar şəkildə müəyyən olunmuş normanı pozmaqla iddiaçının konstitusion hüququnu pozmuşdur. xx.xx.2019-cu il tarixdə çatdırılmış(oxunmuş) inzibati aktdan 24.01,2020-ci il tarixədək şikayət instansiyasına şikayət etmək hüququ olan iddiaçı bu hüququndan 08.01, 2020-ci il tarixdə istifadə etmişdir. Cavabdeh tərəfindən təqdim edilən yazılı imtina cavabından sonra isə məhkəməyə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbulolunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (.........) qaldırılabilər. Göstərilən normalardan da açıq şəkildə görünür ki, 1-ci instansiya məhkəməsi qərəzli şəkildə iddiaçının konstitusion hüququnu pozmuş, İPM-nin 38.1-ci maddəsini səhv təfsir etməklə iddianı mümkün saymamışdır. Həmin normanın yuxarıdakı məzmunundan da göründüyü kimi, şikayət instansiyasına müraciət olunması heç bir halda 30 gün müddətində məhkəməyə müraciət olunması ilə şərtləndirilməyib, 30 gün müddəti şikayət instansiyasının təqdim etdiyi cavabdan sonrakı müddəti ehtiva edir. Məhkəmə isə özünün absurd yanaşması ilə vergi münasibətlərinin xüsusi qanunla (Vergi Məcəlləsi) tənzimləndiyini və iddiaçının 30 gün deyil, 3 av ərzində şikayət instansiyasına şikayət etmək hüququnun olduğunu nəzərə almamışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Sırac Piriyev apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)-753/2020 nömrəli qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Vergilər Nazirliyi yanında X3 Araşdırlması Baş İdarəsinin nümayəndəsi Rafiq Məlikov apelyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)-753/2020 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçı “İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyətinin apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apelyasiya şikayəti mümkündür və əsaslıdır. Ona görə də apelyasiya şikayəti təmin ediləcəkdir. Birinci instansiya məhkəməsi iddianı əsassız olaraq mümkün hesab etməmişdir. Bu aşağıdakı mülahizələrdən irəli gəlir. Birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq göstərmişdir ki, İddiaçıya mübahisələndirdiyi xx xxxxxxxx 2018-ci il tarixli əmr elan edilmiş, o, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanunun 41.0.6-cı maddəsinə əsasən xx.xx.2018-ci il tarixdə ehtiyata buraxılmışdır. xx.xx.2019-cu il tarixində 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etməklə (ərizə xx.xx.2019- cu il tarixində məhkəməyə daxil olmuşdur) İPM-in 38.1-ci maddəsi ilə nəzərdə tutulmuş 30 günlük müddəti üzürsüz səbəbdən ötürmüşdür. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, iddiaçının tələbi mümkün sayıldığı üçün birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, inzibati iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. İş materiallarında olan vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatın təsdiqlənmiş surətindən görünür ki, qərar xx.xx.2019-cu il tarixində saat 17:46-da iddiaçıya göndərilmiş və xx.xx.2019-cu il tarixində saat 09:55-də oxunmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli **********484300 nömrəli etiraza baxılması haqqında məktubdan görünür ki, X3 Araşdırılması Baş İdarəsində Vergi Məcəlləsinin 39.5, və 39.7-ci maddələrinə uyğun olaraq baxılmış, müzakirənin nəticəsi xx.xx.2019-cu il tarixli **********451400 nömrəli protokolla rəsmiləşdirilmişdir. Səyyar vergi yoxlaması aktının nəticələrinə baxılarkən məsuliyyətə cəlb etməni istisna edən hallar müəyyən edilmədiyindən xx.xx.2019-cu il tarixli **********191526 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar çıxarılmışdır. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********191526 nömrəli Qərar və **********477700 nömrəli “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə elektron poçt iddiaçının ünvanına göndərilmişdir. İş materiallarında olan “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2019-cu il tarixli, **********191526 nömrəli qərarın təsdiq olunmuş surətindən görünür ki, iddiaçı vergi məsuliyyətinə cəlb edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli müraciətə cavab verilməsi haqqında məktubdan görünür ki, Azərbaycan Respublikasının Vergilər Nazirliyinə ünvanladığınız xx.xx.2020-ci il tarixli müraciətinə Baş İdarənin İstintaq və təhqiqat idarəsində baxaraq, ********* nömrəli cinayət işinin materiallarına əlavə olunmuşdur. Müraciətində göstərilən xüsusatlar istintaq zamanı araşdırılaraq nəticəsi baradə əlavə məlumat veriləcəkdir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini onunla əsaslandırmışdır ki,iddiaçı tərəfindən qərar xx.xx.2019-cu il tarixində alınmış, onun məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün həmin tarixdən 30 gün vaxtı olmuş, lakin iddiaçı həmin müddətdə məhkəməyə müraciət etməmiş, məhkəməyə müraciət etmə müddətini ötürdükdən sonra həmin qərardan iddiaçı Vergilər Nazirliyinə xx.xx.2020-ci il tarixində şikayət vermiş, Nazirlik tərəfindən iddiaçıya xx.xx.2020-ci il tarixində iddiaçıya müraciəti (şikayəti) ilə bağlı cavab verilmişdir. İddiaçının barəsində xx.xx.2019-cu il tarixində cinayət işi başlanmışdır. Sadalananlardan göründüyü kimi iddiaçının qərar barədə kifayət qədər məlumatı olmuş, həmin qərarı mübahisələndirmək üçün yetərli həcmdə vaxtı olmuşdur. İPM-nin 38-ci maddəsinin tələbinə əsasən iddiaçı məhkəməyə müraciət etməli olduğu 30 gün müddətində cavabdeh orqanın qərarından yuxarı orqana inzibati şikayət verdiyi halda, ona münasibətdə İPM-nin 38-ci maddəsi ilə müəyyən olunmuş 30 günlük müddətin axımı dayana bilərdi ki, iddiaçı həmin müddət ərzində deyil, yəni xx.xx.2019-cu il tarixində məhkəməyə iddia ərizəsi ilə müraciət etmənin son tarixindən 47 gün sonra inzibati şikayət vermişdir. Həmçinin iddiaçıya qərarda inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti barədə məlumat verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqda haqlı olmamışdır. Belə ki, iş materiallarında olan “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2019-cu il tarixli, **********191526 nömrəli qərarın təsdiq olunmuş surətindən görünür ki, iddiaçı vergi məsuliyyətinə cəlb edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli müraciətə cavab verilməsi haqqında məktubdan görünür ki, Azərbaycan Respublikasının Vergilər Nazirliyinə ünvanladığınız xx.xx.2020-ci il tarixli müraciətinə Baş İdarənin İstintaq və təhqiqat idarəsində baxaraq, ********* nömrəli cinayət işinin materiallarına əlavə olunmuşdur. Müraciətində göstərilən xüsusatlar istintaq zamanı araşdırılaraq nəticəsi baradə əlavə məlumat veriləcəkdir. İş materiallarından göründüyü kimi mübahisələndirilən inzibati akt - xx.xx.2019-cu il tarixdə qəbul olunmuş, Həmin inzibati akt xx.xx.2019-cu il tarixdə iddiaçıya çatdırılmış, iddiaçı tərəfindən yuxarı vergi orqanına xx.xx.2020-ci il tarixdə şikayət verimişdir. Yuxarı vergi orqanının cavabı xx.xx.2020-ci il tarixdə verilmişdir. xx.xx.2020-ci il tarixdə isə iddiaçı tərəfindən məhkəməyə müraciət olunub. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya yuxarı vergi orqanının cavabı xx.xx.2020-ci il tarixdə verildiyinə, xx.xx.2020-ci il tarixdə isə iddiaçı tərəfindən məhkəməyə müraciət olunduğuna görə hazırkı iddia tələbi ilə iddiaçı inzibati prosessual qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük müddəti ötürməmişdir. Halbuki, birinci instansiya məhkəməsi bu hala diqqət yetirmədən, inzibati iş üzrə kifayət qədər araşdırma aparmadan iddia tələbini mümkünsüz saymışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxx 2015-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” qərarına əsasən, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinin tələblərini pozmaqla qərardad qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. -48.1.-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 62.3-cü maddəsinə əsasən, bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. -73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddianın müddətə görə mümkün sayılmaması barədə nəticəyə gələrkən məhkəmələr tərəfindən prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Çünki iddianın mümkün sayılmaması barədə qərar çıxararkən məhkəmələrin istinad etdiyi Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsində deyilir ki, mübahisələndirmə haqqında iddia, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Nəzərə alınmalıdır ki, iddia müddətlərinin hesablanması zamanı ilk növbədə müddətin axımının başlanğıcı müəyyən olunmalıdır. Çünki Azərbaycan Respublikası MPM-nin 128.3-cü maddəsinə görə illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Bu baxımdan İPM-nin 38.1-ci maddəsində mübahisələndirmə haqqında iddianın verilməsi üçün müddətin axımının başlanğıcı, işin hallarından asılı olaraq iki qaydada müəyyən edilib: 1. İnzibati aktın təqdim (elan) olunduğu vaxtdan; 2. Şikayət instansiyasına şikayət verildiyi hallarda şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi iddiaçı onun barəsində qəbul edilmiş mübahisələndirilən inzibati akt - xx.xx.2019-cu il tarixdə qəbul olunmuş, Həmin inzibati akt xx.xx.2019-cu il tarixdə iddiaçıya çatdırılmış, iddiaçı tərəfindən yuxarı vergi orqanına xx.xx.2020-ci il tarixdə şikayət verimişdir. Yuxarı vergi orqanının cavabı xx.xx.2020-ci il tarixdə verilmişdir. xx.xx.2020-ci il tarixdə isə iddiaçı tərəfindən məhkəməyə müraciət olunub. Bu halda onun sözügedən qərarın mübahisələndirilməsi barədə iddia vermə müddətinin axımının başlanğıcı, şikayət instansiyası tərəfindən şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan hesablanmalıdır. Lakin iddiaçının həmin qərardan şikayəti üzrə şikayət instansiyası qərar qəbul etməmişdir. Göründüyü kimi, xx.xx.2019-cu il tarixli **********191526 nömrəli qərardan məhkəməyə mübahisələndirmə iddiasının verilməsi üçün iddia müddətinin axımı başlanmamışdır və İPM-nin 38.1-ci maddəsində göstərilən müddətin ötürülməsi barədə nəticəyə gəlmək üçün əsas olmamışdır. Göründüyü kimi şikayət instansiyası tərəfindən həyata keçirilən araşdırma hər bir halda qərar çıxarılmaqla yekunlaşmalıdır. Beləliklə, məhkəmə kollegiyаsı bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi yuxаrıdа sаdаlаnаn hаllаrı аrаşdırmаdаn iddiаnı mümkün saymamaqda hаqlı оlmаmışdır. Оnа görə də Аzərbаycаn Respublikаsı İnzibаti Prоsessuаl Məcəlləsinin 87.6-cı mаddəsinə əsаsən, şikаyət təmin edilməli və birinci instаnsiyа məhkəməsinin qərаrdаdı ləğv edilərək işin baxılması üçün Şəki İnzibаti Məhkəməsinə göndərilməsi bаrədə qərаrdаd qəbul edilməlidir. İPM-in 87.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apelyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqda haqlı olmamışdır. Ona görə də birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş Şəki İnzibati Məhkəməsinə qaytarılmalıdır. Apelyasiya şikayəti təmin edilməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı “İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş аpelyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)-753/2020 nömrəli qərardadı ləğv edilsin. İnzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(107)-457/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-457/2020
21.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver