Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-457/2021 20.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Mahmudov Ayaz Akif oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi İdarəsinə qarşı “13 saylı Ərazi Vergilər İdarəsinin 10 dekabr 2019-cu il tarixli **********194355 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv olunması tələbinə dair” inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2-1(116)-587/2020 saylı qərarından iş üzrə İddiaçı MMC-nin direktoru X5 və onun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Cavabdeh 13 saylı Ərazi Vergilər İdarəsinin 19.03.2018-ci il tarixli qərarına əsasən, İddiaçı MMC-də növbədənkənar səyyar vergi yoxlaması təyin olunmuşdur. Həmin qərara əsasən, yoxlama müddəti (başlama, sona çatma tarixi) 27.03.2018-08.05.2018-dək müəyyən edilmişdir. Bundan sonra 07.05.2018-ci il tarixdən 11.06.2018-ci il tarixədək MMC-nin rəhbərinin müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi səbəbindən, həmin tarixdən 22.11.2018-ci il tarixədək isə vergi orqanın təşəbbüsü ilə mütəxəssis dəvət olunması ilə bağlı vergi yoxlaması dayandırılmışdır. 13 saylı Ərazi Vergilər İdarəsi 19.12.2018-ci il tarixli qərarı ilə (**********172041) dayandırılmış səyyar vergi yoxlaması 19.12.2018-ci il tarixdə bərpa olunmuş və eyni tarixli digər qərarla (**********172089) yoxlama müddəti 5 iş günü uzadılmışdır. Yoxlama bərpa olunduqdan sonra 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən 20.12.2018-ci il tarixdə Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərar əsasında 26.12.2018-ci il tarixdə “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokol tərtib olunmuşdur. Protokol tərtib olunduqdan 2 gün sonra, 28.12.2018-ci il tarixdə birinci **********144923 nömrəli Səyyar vergi yoxlaması aktı tərtib olunmuşdur. Akta əsasən, MMC-yə 61067.0 manat əlavə vəsait və maliyyə sanksiyası hesablanmışdır. Həmin aktdan ”ARSENAL-E” MMC tərəfindən şikayət verilmiş, həmin şikayətdə və “Səyyar vergi yoxlaması aktına dair müraciət”də yoxlama zamanı yol verilmiş pozuntular ətraflı göstərilməklə vergi orqanına göndərilmişdir. Nəticədə 13 saylı Ərazi Vergilər İdarəsinin 18.02.2019-cu il tarixli qərarı ilə İddiaçı MMC-də əlavə vergi yoxlaması tədbirləri keçirilməsi qərara alınmışdır. Sözügedən qərarda göstərilmişdir ki, Vergilər Nazirliyi 08.02.2019-cu il tarixli **********418200 nömrəli xidməti məktubla səyyar vergi yoxlamasının nəticələri barədə tərtib edilmiş yoxlama materialları üzrə nöqsanların olduğunu qeyd etmiş və əlavə vergi yoxlaması həmin nöqsanların aradan qaldırılması zərurəti ilə əlaqədar keçirilir. Əlavə vergi yoxlaması 08.04.2019-cu il tarixdən 19.04.2019-cu il tarixədək dayandırılmış, 22.04.2019-cu il tarixli qərarla yoxlama müddəti 47 iş günü (07.06.2019-cu il tarixə qədər) artırılmış və 19.07.2019-cu il tarixdə ikinci **********144923 nömrəli Səyyar vergi yoxlaması aktı tərtib olunmuşdur. İkinci aktda əvvəlki nöqsanların bəziləri düzəldilmiş, lakin mahiyyət üzrə bir sıra nöqsanlar qalmaqla 46338.16 manat əlavə vəsait və maliyyə sanksiyasının tətbiq olunması təklif olunmuşdur. İkinci-19.07.2019-cu il tarixli aktdan İddiaçı MMC tərəfindən 08.08.2019-cu il tarixli **********922700 nömrəli “Səyyar vergi yoxlaması aktına dair” məktubla Vergi orqanına müraciət edilmiş və pozulmuş hüquqların bərpası tələb olunmuşdur. Təkrar olaraq 13 saylı Ərazi Vergilər İdarəsinin 09.09.2019-cu il tarixli qərarı ilə İddiaçı MMC-də əlavə vergi yoxlaması tədbirləri keçirilməsi qərara alınmışdır. Birinci yoxlamada olduğu kimi, yeni qərarda da Vergilər Nazirliyinin 20.08.2019-cu il tarixli **********723000 nömrəli xidməti məktub ilə səyyar vergi yoxlamasının nəticələri barədə tərtib edilmiş yoxlama materialları üzrə nöqsanların olduğunu göstərilmiş və əlavə vergi yoxlamasının həmin nöqsanların aradan qaldırılması zərurəti ilə əlaqədar keçiriləcəyi bildirilmişdir. Aparılan əlavə - üçüncü vergi yoxlamasının nəticəsi olaraq, 24.10.2019-cu il tarixli yeni – üçüncü **********144923 nömrəli Səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. 13 saylı Ərazi Vergilər İdarəsinin 10 dekabr 2019-cu il tarixli **********194355 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı ilə 24.10.2019-cu il tarixli Səyyar vergi yoxlaması aktına əsasən İddiaçı MMC-yə 45241.17 manat dəyərində (məbləğ əvvəlki aktla nisbətdə bir az daha azaldılaraq) əlavə vəsait və maliyyə sanksiyası hesablanmışdır. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikası Vergilər Nazirliyi 13 saylı Ərazi Vergilər İdarəsinin 10 dekabr 2019-cu il tarixli **********194355 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarının ləğv olunması və 24.10.2019-cu il tarixli **********144923 nömrəli səyyar vergi yoxlaması haqqında aktın etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən 15.09.2020-ci il tarixdə məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəsi daxil olmuş və “13 saylı Ərazi Vergilər İdarəsinin 10 dekabr 2019-cu il tarixli **********194355 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarının ləğv olunması” barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, qərar İddiaçı MMC-də keçirilmiş növbədənkənar səyyar vergi yoxlamasının nəticələri haqqında 24.10.2019-cu il tarixli **********144923 nömrəli akta və 03.12.2019-cu il tarixli **********1805500 nömrəli sənədə (sənədin məzmunu iddiaçıya məlum deyildir) əsasən qəbul edilmişdir. Bildirilir ki, bu Qərar vergi ödəyicisinin hüquqları və həmçinin qanunvericiliyin bir sıra tələbləri pozulmaqla qəbul edilmişdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 6 yanvar 2020-ci il tarixli KY181253804 nömrəli Çıxarışdan (Çıxarış) məlum olur ki, yoxlama əsası kimi vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsi əlamətlərinin müəyyən edilməsi göstərilmişdir. Lakin vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nə olması barədə hər hansı məlumat verilməmişdir. Lakin daha sonra vergi ödəyicisinin rəhbərinin müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi səbəbindən 11.06.2018-ci il tarixədək, həmin tarixdən 22.11.2018-ci il tarixədək isə vergi orqanın təşəbbüsü ilə mütəxəssis dəvət olunması ilə bağlı vergi yoxlaması dayandırılmışdır. 13 saylı Ərazi Vergilər İdarəsi 19.12.2018-ci il tarixli qərarı ilə (**********172041) dayandırılmış səyyar vergi yoxlaması 19.12.2018-ci il tarixdə bərpa olunmuş və eyni tarixli digər qərarla (**********172089) yoxlama müddəti 5 iş günü uzadılmışdır. Lakin Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində yoxlamanın 20.12.2018-ci il tarixindən 27.12.2018-ci il tarixinədək 8 iş günü uzadıldığı göstərilir. Vergi orqanı vergi ödəyicisinə təqdim etdiyi qərarla reyestrə daxil etdiyi məlumat arasında uyğunsuzluq vardır. Vergi ödəyicisinə təqdim olunmuş qərar reyestrə daxil edilməmiş, həmçinin reyestrə daxil edilmiş məlumat isə vergi ödəyicisinə təqdim olunmamışdır. Yoxlamanın başlaması ilə əlaqədar vergi orqanının 28.03.2018-ci il tarixli tələbnaməsi əsasında İddiaçı MMC-nin direktoru X5 tərəfindən bütün zəruri sənədlər 2018-ci ilin mart ayında vergi orqanına əlbəəl təqdim olunmuşdur. Yoxlama aktından da göründüyi kimi, tələb olunan sənədlər, obyektin qeydiyyatı ilə bağlı icarə müqaviləsi (həmin icarə müqaviləsi vergi orqanının uçot bazasında da mövcuddur), mədaxil qəbzləri, dövriyyə cədvəlləri, malalanlarla bağlı müqavilələr, bank sənədləri, qaimə fakturalar, forma -2-lər, mal və ya xidmətlərin alış sənədləridir. Sənədlərin əvvəlcədən təqdim olunmasına baxmayaraq, 273 gün sonra qeyd olunan qərar əsasında 26.12.2018-ci il tarixdə Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında **********3172901 saylı Protokol tərtib olunmuşdur. Protokolda bir sıra sənədlərin götürüldüyü və götürülmə zamanı müəssisəinin direktoru X1 surətlərini təqdim etdiyi və sənədlərin surətləri çıxarıldıqdan sonra ona qaytarıldığı göstərilmişdir. Lakin E.Səfərov götürülmədə iştirak etməmişdir. Protokolun onun tərəfindən imzalanmaması da buna dəlalət edir. Həmçinin, götürülmə ilə bağlı Qərarın və Protokolun göndərilməsi barədə 13 saylı Ərazi Vergilər İdarəsinin 27.12.2018-ci il tarixli **********219700 nömrəli məktubunda vergi orqanı özü birbaşa qeyd edir ki, “...Müəssisənin rəhbəri və səlahiyyətli nümayəndəsi sənədlərin götürülməsi prosesində iştirak etmədiyinə görə ... Protokol sizə göndərilir.” Beləliklə, vergi orqanı özü müəssisə rəhbərinin götürülmədə iştirak etmədiyini qeyd etməklə, Protokolda səhv məlumatların yazıldığını birbaşa təsdiq edir. Müəssisə rəhbərinin iştirak etmədiyi halda sənədlərin kim tərəfindən və hansı formada təqdim olunması sual altında qalır və vergi orqanının bu Protokolu tərtibi zamanı ciddi qanun pozuntularına yol verdiyini göstərir. İddiaçı MMC-yə əlavə vəsait və maliyyə sanksiyasının tətbiq olunmasına səbəb olmuş 24.10.2019-cu il tarixli Səyyar vergi yoxlaması aktında Vergi Məcəlləsinin müddəalarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 nömrəli “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın tələblərinə uyğun zəruri tədbirlər görülmədən, vergi orqanı tərəfindən vergi qanunvericiliyinin pozulması və aşağıda mübahisələndirəcəyimiz əsassız vergi məbləğlərinin və maliyyə sanksiyalarının hesablanması qənaətinə gəlinmişdir. Belə ki, Yoxlama aktının 2.1-ci bəndində mənfəət vergisinə hesablanmış əlavə vergi məbləği və tətbiq edilmiş maliyyə sanksiyası ilə bağlı bildirir ki, müəssisənin bütün gəlirlərini və xərclərini təsdiq edən sənədlərin olmasına baxmayaraq, şərti rentabellik səviyyəsinin tətbiq edilməsi yolu ilə mənfəət vergisinin hesablanması anlaşılmır. Daha əvvəl qeyd edildiyi kimi, zəruri sənədlər yoxlamaya təqdim edildiyinə görə və xərclərin düzgünlüyünün araşdırılması və mənfəətin müəyyən edilməsi üçün vergi orqanı tərəfindən kifayət qədər vaxtın, elektron məlumat sisteminin, mütəxəssis rəyinin və zəruri sənədlərin olması səbəbindən mənfəətin hesablanması Vergi Məcəlləsinin 83.9-cu maddəsinin təsiri altına düşməməlidir. Cəmiyyət tərəfindən mənfəət vergisi hesablanarkən Vergi Məcəlləsinin 131-ci və 133-cü maddələrinin müddəaları əsas götürülmüş, kassa metodundan istifadə edilmişdir. Xərclərin tərkibi cəmiyyətin Forma-2-lərinin tələblərinə uyğun olaraq qaimə, elektron vergi hesab- faktura və xidmət müqavilələri üzrə dəyəri bank hesabından ödənilməklə rəsmiləşdirilmişdir. Qeyd olunan bütün sənədlər (Forma-2-lər, qaimələr, müqavilələr, xidməti müqavilələr, bank hesabından çıxarış, kassa məxaric sənədləri, elektron vergi hesab-faktura (evhf) və s.) vergi orqanında olduğu halda məcəllənin 83.9-cu maddəsinə istinad edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55 nömrəli Qərarının tətbiq edilməsi əsassızdır. Eyni zamanda bildirir ki, 2017-ci il ərzində müəssisənin fəaliyyəti ilə bağlı 2017-ci ilin yanvar ayında bankdan nağd şəkildə götürülmüş 30000 manat istisna olmaqla, digər bütün ödəmələr, istər mal alışı ilə bağlı, istərsə də əmək haqqı ödənişi və xidmətlərin göstərilməsi ilə bağlı olan bütün ödəmələr bank vasitəsilə-köçürmə yolu ilə həyata keçirilmişdir və malsatan ƏDV ödəyiciləri tərəfindən elektron qaimə və elektron vergi hesabat-fakturası (e-vhf), sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən isə ciddi hesabat blankı olan qaimələr təqdim edilmişdir. Bütün bu sənədlərin elektron versiyası vergi orqanında mövcuddur və kağız daşıyıcılarında olan digər bütün qaimə və müqavilələrin əsli yoxlayıcıya əlbəəl təqdim edilmişdir. Həmin akt və sənədlərin götürülməsi protokolu müəssisə rəhbərinin iştirakı olmadan tərtib edilmişdir. Sənədlərin təsdiq olunmuş surətləri götürülməməklə Vergi Məcəlləsinin 43-cü maddəsinin tələbləri pozulmuşdur. Sənədlərin təsdiq olunmuş surəti ona görə verilməmişdir ki, həmin sənədlərin əsli 2018-ci ilin mart ayından etibarən vergi orqanındadır və hələ də vergi ödəyicisinə geri qaytarılmamışdır. Cavabdehin etirazı: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində qeyd etmişdir ki, yoxlamanın aparılması müddəti lüzumsuz olaraq uzadılmış və yoxlama bir neçə dəfə dayandırılmışdır. Eləcə də bildirmişdir ki, yoxlama müddətinin uzadılması barədə vergi orqanı tərəfindən əsaslandırılmış qərar qəbul edilməmiş və səyyar vergi yoxlamasının keçirilməsi, həmçinin yoxlama müddətinin dayandırılması, uzadılması barədə qərarlar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışda qeydiyyata alınmamışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüquqlarına aid edilmişdir. Vergi ödəyicisinin rəhbəri tərəfindən səhhətində yaranmış problemlərlə əlaqədar əmək qabiliyyətinin itirilməsi ilə bağlı müxtəlif tarixli ərizələrlə səyyar vergi yoxlamasının dayandırılması barədə vergi orqanına müraciət olunmuş və məhz həmin müraciətlər əsasında vergi yoxlaması əsaslandırılmış qərarlarla bir neçə dəfə dayandırılmışdır. Həmçinin keçirilən səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də bütün qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhviltəslimi ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunduğu üçün yoxlamanın keçirilməsi müddəti əsaslandırılmış şəkildə müvafiq qərarlarla artırılmışdır. Bundan əlavə “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 2018-ci il 19 mart tarixli qərar və eləcə də yoxlamanın dayandırılması və uzadılması barədə bütün qərarlar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” Çıxarışda qeydiyyatdan keçmişdir. İddiaçı bundan əlavə mənfəət vergisinin azaldılmasına görə hesablanmış 26976,56 manat verginin və həmin məbləğə tətbiq edilmiş 13488,28 manat maliyyə sanksiyası məbləğinin əsassız olduğunu, düzgün müəyyən edilmədiyini bildirmişdir. Onu da qeyd etmişdir ki, yoxlamanın gedişatı ilə bağlı bütün zəruri sənədlər vergi orqanına təqdim olunmuşdur. Qeyd olunanlarla bağlı cavabdeh bildirmişdir ki, vergi ödəyicisinin vergi orqanına təqdim etdiyi ilkin mühasibat sənədləri və digər zəruri sənədlər araşdırılarkən həmin sənədlərin yoxlama dövrü üzrə müəssisənin fəaliyyətini tam əhatə etmədiyi və müəssisənin xərclərinin uçot-hesabat sənədlərində tam əks etdirilmədiyi müəyyən edilmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim olunmuş 2017-ci il üzrə mənfəət vergisi bəyannaməsində xərclərin tam əhatə olunmadığı və xərclərin artıq göstərildiyi müəyyən olunmuşdur. Məhz buna görə də Vergi Məcəlləsinin 83.9-cu maddəsinin müddəalarına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilmiş ‘‘Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması” Qaydası əsasında vergilər hesablanmışdır (876734,10/120*20 = 146122,35*20% = 29224,47 29224,472247,91 = 26976,56). Bundan əlavə səyyar vergi yoxlamasının gedişatı ilə bağlı sənədlər vergi ödəyicisi tərəfindən tam deyil, natamam qaydada vergi orqanına təqdim olunmuşdur (malların anbar uçot sənədi, mal-materialın istehsala silinməsi sənədləri və s. sənədlər yoxlamaya təqdim olunmamışdır). Yoxlama ilə əlaqədar “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 2018-ci il 20 dekabr tarixli, **********172157 nömrəli qərar qəbul edilmiş və həmin qərar əsasında 2018-ci il 26 dekabr tarixli, **********172901 nömrəli protokol tərtib edilmişdir. Lakin müəssisənin rəhbəri və ya səlahiyyətli nümayəndəsi sənədlərin götürülməsi prosesində iştirak etmədiyinə görə protokol 2018-ci il 26 dekabr tarixli, **********219700 nömrəli məktubla rəsmi qaydada vergi ödəyicisinə göndərilmişdir. Həmçinin, səyyar vergi yoxlamasının nəticələrinə dair tərtib edilmiş 2019-cu il 10 dekabr tarixli, **********194355 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərar sifarişli poçtla 2019-cu il 11 dekabr tarixdə müəssisənin hüquqi ünvanına göndərilmişdir. Göndərilmiş qərarda vergi ödəyicisinin şikayət etmək hüququnun qaydası və müddəti göstərilmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) 24 noyabr 2020-ci il tarixli, 2- 1(116)-587/2020 saylı qərarı ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı “13 saylı Ərazi Vergilər İdarəsinin 10 dekabr 2019-cu il tarixli **********194355 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarının ləğv olunması” tələbinə dair iddiasının təmin edilməmişdir. Şəki İnzibati Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2-1(116)-587/2020 saylı qərarından iş üzrə İddiaçı MMC-nin direktoru X5 və onun nümayəndəsi və vəkili Vəkil tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2021-ci il tarixli, 2- 1(107)-149/2021 saylı qərarı ilə iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2-1(116)- 587/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə sаxlаnılmışdır. İddiaçı "xxxx" MMC-nin direktoru X5 və onun nümayəndəsi və vəkili Vəkil Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2021-ci il tarixli, 2-1(107)- 149/2021 saylı qərarından kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 14 sentyabr 2021ci il tarixli, 2-1(102)-1348/2021 saylı qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2021-ci il tarixli, 2-1(107)-149/2021 saylı qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün apellyasiya baxışına qaytarılmışdır. İş üzrə yuxаrıdа göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyаsiyа şikаyətinin dəlilləri: Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Şəki İnzibati Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2-1(116)-587/2020 saylı qərarı qanunsuz və əsassızdır. Belə ki, Məhkəmə 24.11.2020-ci il tarixli qərarında iddia ərizəsində qeyd olunan halları araşdırmamış və hüquqi qiymət verməmişdir. Belə ki, məhkəmə iddianın təmin olunmaması üçün əsas kimi qeyd etmişdir ki: “İddia ərizəsinin məhkəmənin icraatında olduğu dövrdə onun (iddiaçının) tərəfindən mübahisəli qərarla müəyyən olunmuş vergi məbləğinin (əsas borc) dövlət büdcəsinə ödənilməsini məhkəmə onun tərəfindən həmin borcun qanuniliyinin qəbul olunması kimi dəyərləndirir.” Bu zaman məhkəmə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 28.02.2020-ci il tarixli Q200299 nömrəli qərarına istinad etmişdir. Həmin qərara əsasən, vurulmuş ziyanın tamamilə ödəməsi ilə əlaqədar İddiaçı MMC-nin direktoru X5 barəsində cinayət işi, cinayət qanunun müddəalarının qüvvəsinə görə onun cinayət məsuliyyətindən azad olunduğundan, Cinayət Prosessual Məcəllənin 40.4-cü maddəsinə əsasən rədd edilmişdir. İlk növbədə qeyd olunmalıdır ki, mübahisələndirilən əlverişsiz inzibati aktın qanunsuz olması ilə bağlı iddia ərizəsində göstərilən hallara məhkəmə tərəfindən hüquqi qiymət verilməmiş, həmçinin iddia tərəfinin məhkəmə baxışı zamanı bildirdiyi halların heç biri qərarda əks etdirilməmiş və qiymət verilməmişdir. İnzibati Prosessual Məcəllənin 68-ci maddəsinə əsasən, qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iddianın təmin edilməməsi üçün yeganə əsas kimi “iddiaçının borcun qanuniliyini qəbul etməsi” oldğunu göstərmişdir. Mübahisələndirmə haqqında iddia zamanı iddiaçı onun hüquqlarını pozan əlverişsiz inzibati aktın qanunsuz olduğunu bildirərək onun ləğv edilməsini məhkəmədən xahiş edir. İnzibati aktın qanunsuz olması iddiaçının hərəkətləri əsasında deyil, yalmz qanunvericiliyin maddi və prosesual normalarına əməl edilib-edilməməsinin yoxlanılması əsasında müəyyən edilə bilər. İnzibati icraat haqqında Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhz qanunvericliyin tələblərinə əsasən məhkəmə, ilk növbədə vergi borcu yaratmış inzibati aktın - 13 saylı Ərazi Vergilər İdarəsinin 10 dekabr 2019-cu il tarixli Qərarının qanunvericiliyə uyğun qəbul edilib- edilmədiyini araşdırmalı və hüquqi qiymət verməli idi. İnzibati icraat üzrə münasibətlər mülki hüquq münasibətlərindən fərqli olaraq subyektiv faktorlara əsasən qiymətləndirilməməli, obyektiv cəhətdən nəzərdən keçirilməli, inzibati aktın qanuniliyi məhkəmə tərəfindən həmin akt əsasında ödəniş olunub-olunmamasmdan asılı olmayaraq yoxlanılmalıdır. Mübahisələndirmə haqqında iddianın əsaslı olması üçün inzibati akt qanuna zidd olmalı və qanuna zidd olma ilə iddiaçının hüquqlarının pozulması arasında səbəbli əlaqə olmalıdır. Qanuna zidd olma formal hüquqi baxımdan və maddi hüquqi baxımdan yoxlanılmalıdır. Mübahisələndirmə haqqında iddia hələ mövcud olan əlverişsiz inzibati akta yönəlmişdir. Bu mənada, iddiaçı tərəfindən vergi borcunun ödənilməsi inzibati aktın qanunsuz olmasını aradan qaldırmadığı və inzibati aktı xitam etmədiyi kimi, bu qanunsuz akt nəticəsində iddiaçının pozulmuş hüquqularının bərpa edilməsi kimi qiymətləndirilə bilməz. Əksinə, əlverişsiz inzibati akt üzrə ödəmə etmiş iddiaçının vəziyyəti daha da pisləşmiş olur. Sözügedən inzibati akt inzibati orqanın iddiaçıdan aldığı ödənişi özündə saxlaya bilməsi üçün hüquqi əsasdır və qüvvədədir. Daha əvvəl də qeyd olunduğu kimi, inzibati aktın qanunsuz olması yalnız onun qəbul edilməsi ilə əlaqədar prosessual və maddi hüquq normalarının qanuniliyinin yoxlanılması ilə müəyyən edilə bilər. Mülki hüquq münasibətləri üçün xarakterik olan öhdəliyin icra edilməsi ilə bağlı yanaşmanın ümumi hüquq sahəsi olan inzibati hüquq münasibətləri üçün tətbiq olunması, bununla da inzibati akt üzrə iddiaçı tərəfindən ödəniş edilməsinə əsaslanaraq məhkəmə tərəfindən inzibati aktın qanuniliyinin təsbit edilməsi yolverilməzdir. Qanunvericilikdə də bu mənada hər hansı norma və ya göstəriş mövcud deyildir, məhkəmənin də mövqeyinin heç bir normaya əsaslanmamış olması həmin mövqeyin qanunsuz olduğunu göstərir. Eyni zamanda bildiririk ki, qeyd olunan məsələ şifahi məhkəmə baxışı zamanı müzakirə olunan zaman yuxarıda göstərilən məzmunda məhkəməyə şifahi qaydada etiraz bildirilmiş, lakin bu etirazla bağlı məhkəmə qərarında heç bir xüsusat göstərilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2- 1(116)-587/2020 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, iş üzrə Şəki İnzibati Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2-1(116)-587/2020 saylı qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi İdarəsinin nümayəndəsi X6 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2-1(116)-587/2020 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi: İPM-in 82-ci maddəsində göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, mahiyyət etibarı ilə əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Qeyd edildiyi kimi, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsinə dair qərarı apellyasiya instansiyası məhkəməsinin məhkəmə kollegiyası tərəfindən dəyişdirilmədən qüvvədə sаxlаnılmış, Ali Məhkəmənin İnzibati Kollegiyası isə iddiaçının kassasiya şikayəti əsasında apellyasiya kollegiyasının qərarını ləğv edərək işi təkrar apellyasiya baxışına qaytarmışdır. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Hazırkı iş üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının 14 sentyabr 2021-ci il tarixli, 2- 1(102)-1348/2021 saylı qərarında qeyd edilmişdir ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia olduğundan, apellyasiya instansiyası məhkəməsi iddianın mümkünlük şərtlərini həmin növ iddiaya dair prosessual normaların tələbləri üzrə yoxlamalı və qiymətləndirməli idi. Nəzərə alınmalıdır ki, işin hallarının araşdırılması prinsipinin tələbləri iddianın mümkünlüyünə də aiddir. İPM-in 58.8-ci maddəsinin tələbinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Normanın məzmunundan göründüyü kimi, yalnız məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı (məhz məhkəmənin digər qərarı) inzibati mübahisəyə baxan məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. Digər tərəfdən, istinad edilən cinayət prosesini (məhkəməyədək) həyata keçirən orqanın qərarı fiziki şəxsə münasibətdə qəbul edilmişdir. Hazırkı işdə iddiaçı vergi ödəyicisi, barəsində yükləyici inzibati akt qəbul edilmiş hüquqi şəxsdir. Həmin hüquqi şəxs də inzibati icraat qaydasında onun barəsində qəbul edilmiş inzibati aktı mübahisələndirir. Ona görə də iddiaçı haqlı olaraq qeyd edir ki, məhkəmə mübahisə olunan qərarın qanunvericiliyə uyğun qəbul edilib-edilmədiyini araşdırmalı və hüquqi qiymət verməli idi. Qeyd olunanlardan belə nəticə hasil olur ki, hazırkı iddia mümkün iddiadır. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1 və 2.2.1-ci maddələri) aid olan mübahisələndirmə haqqında iddia – vergi orqanının mübahisəli qərarının ləğv edilməsinə dair tələb mümkündür. Bu növ iddianın xüsusi mümkünlük şərti, yəni iddianın qanunla müəyyən olunmuş 30 (otuz) günlük iddia müddəti ərzində qaldırılması tələbi də təmin olunmuşdur. İddia mahiyyət etibarilə əsaslıdır və buna görə də təmin edilməlidir. İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Mübahisələndirilən inzibati akt qanuna ziddir və iddiaçı cəmiyyətin hüquqlarını pozur (İPMin 70.1-ci maddəsi). Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iş materiallarında olan Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 2020-ci il 8 iyul tarixli, **********477800 nömrəli məktubuna əlavə edilmiş 2020-ci il 28 fevral tarixli, Q2000299 nömrəli qərarına əsasən, xeyli miqdar təşkil edən 30134,11 manat məbləğində vergilərin qanunla müəyyən edilmiş müddətdə dövlət büdcəsinə ödəməkdən yayındığına görə "xxxx" MMC-nin direktoru X3 barəsində cinayət işinin başlanması, bu əməli ilk dəfə törətməsi və vurulmuş ziyanı tamamilə ödəməsi ilə əlaqədar, cinayət qanunu müddəalarının qüvvəsinə görə onun cinayət məsuliyyətindən azad olduğundan, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.4-cü maddəsinə əsasən rədd edilmişdir. Həmin qərarın təsviri hissəsindən müəyyən olunmuşdur ki, iddiaçı MMC-nin direktoru 2020-ci il 28 fevral tarixdə ərizə ilə müraciət edərək, qanunla müəyyən edilmiş müddətdə dövlət büdcəsinə ödəməkdən yayındırılmış vergilərin dövlət büdcəsinə tam ödənildiyini nəzərə alaraq barəsində cinayət işinin başlanmasının rədd edilməsini xahiş etmişdir. İddiaçı 2020-ci il 10 yanvar tarixdə poçt vasitəsi ilə məhkəməyə müraciət etmiş, onun iddia ərizəsi 2020-ci il 24 yanvar tarixdə məhkəməyə daxil olmuş, buna baxmayaraq "xxxx" MMC-nin direktoru X5 məhkəmə müraciət etdiyi tarixdən 48 gün sonra özü mübahisələndirdiyi vergi məbləğini dövlət büdcəsinə ödəmişdir. İddia ərizəsinin məhkəmənin icraatında olduğu dövrdə onun tərəfindən mübahisəli qərarla müəyyən olunmuş vergi məbləğinin (əsas borc) dövlət büdcəsinə ödənilməsini məhkəmə onun tərəfindən həmin borcun qanuniliyinin qəbul olunması kimi dəyərləndirir. İşə apellyasiya icraatında yenidən baxan məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən gəldiyi nəticə ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş mateirallarından göründüyü kimi, 13 saylı Ərazi Vergilər İdarəsinin 19.03.2018-ci il tarixli **********144193 nömrəli qərarına əsasən İddiaçı MMC-də növbədənkənar səyyar vergi yoxlaması təyin olunmuşdur. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 6 yanvar 2020-ci il tarixli KY181253804 nömrəli Çıxarışdan (Çıxarış) məlum olur ki, yoxlama əsası kimi vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsi əlamətlərinin müəyyən edilməsi göstərilmişdir. Lakin vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nə olması barədə hər hansı məlumat verilməmişdir. Yoxlama başladıqdan sonra qanunvericiliyin tələblərinə uyğun olaraq vergi orqanın tələbnaməsinə əsasən İddiaçı MMC-nin direktoru X5 tərəfindən bütün zəruri sənədlər vergi orqanına təqdim olunmuşdur. Lakin daha sonra 07.05.2018-ci il tarixdən 11.06.2018ci il tarixədək vergi ödəyicisinin rəhbərinin müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi səbəbindən, həmin tarixdən 22.11.2018-ci il tarixədək isə vergi orqanın təşəbbüsü ilə mütəxəssis dəvət olunması ilə bağlı vergi yoxlaması dayandırılmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. 38.3-cü maddəsinə əsasən, növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə; vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə; ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə. Bu halda növbədənkənar vergi yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən əməliyyatları üzrə aparıla bilər; artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda; vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə; cinayət prosesual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda; bu Məcəllənin 42.4-cü maddəsində göstərilən sənədlər həmin maddədə göstərilən müddətdə təqdim edilmədikdə və ya dürüst olmayan, yaxud təhrif olunmuş məlumatlar təqdim edildikdə; vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda; vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə. Qeyd olunan maddi hüquq normalarının tələbindən göründüyü kimi, səyyar vergi yoxlaması vergi orqanının qərarına əsasən həyata keçirilir, bu yoxlama növbəti və növbədənkənar ola bilər. Vergi qanunvericiliyi (VM-in 38.3-cü maddəsi) növbədənkənar vergi yoxlamasının keçirilmə əsaslarını dəqiq olaraq müəyyən etmiş, həmin maddədə sadalanan əsasların mövcudluğu halında növbədənkənar vergi yoxlamasının keçirilməsinin mümkünlüyünü qeyd etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olduğu kimi, iddiaçı cəmiyyət barədə növbədənkənar səyyar vergi yoxlamasının keçirilərkən qanunvericilikdə sadalanan əsaslar mövcud olmamış, həmin əsaslar mövcud olmadan cavabdeh orqan tərəfindən yoxlama aparılmışdır. Belə ki, cavabdeh inzibati orqan məhkəməyə təqdim etdiyi etirazında iddiaçı cəmiyyət tərəfindən vergilərin (və ya vergi tutma obyektlərinin) gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildiyi səbəbli yoxlamanın keçirildiyini əsas gətirsə də, vergilərin (və ya vergi tutma obyektlərinin) gizlədilməsinin (azaldılmasının) nədən ibarət olmasını əsaslandıra bilməmiş, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsas olan halları təsdiq edəcək mənbəyi bəlli olan sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. 38.4-cü maddəsinə əsasən, səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Qanunvericiliyin tələbindən göründüyü kimi, səyyar vergi yoxlaması 30 gün müddətində həyata keçirilməli, bu yoxlamanın müddəti 30 gündən artıq davam etdirilə bilməz. Qanunverici onu da müəyyən etmişdir ki, səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilməlidir. Vergi Məcəlləsinin 38.7-ci maddəsinə əsasən, yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda - həmin şəxsin olduğu yer müəyyən olunana qədər; səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək; vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda - xarici ölkədən cavab alınanadək; bu Məcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda - məhkəmənin qərarı qanuni qüvvəyə minənədək. Göründüyü kimi, Vergi Məcəlləsinin 38.7-ci maddəsi ilə növbəti və ya növbədənkənar səyyar vergi yoxlamasının hansı hallarda və hansı müddətlərdə dayandırıla biləcəyi sadalanmış, lakin həmin müddətin 9 aydan çox olmayacağı müəyyən edilmişdir. Lakin iş materialları ilə müəyyən olunur ki, cəmiyyətdə növbədən kənar vergi yoxlaması 18 ay müddətində keçirilmişdir ki, bunun cavabdeh tərəfindən ağlabatan izahı verilməmişdir. İş materialları ilə müəyyən olunur ki, 13 saylı Ərazi Vergilər İdarəsinin 19.12.2018-ci il tarixli qərarı ilə (**********172041) dayandırılmış səyyar vergi yoxlaması 19.12.2018-ci il tarixdə bərpa olunmuş və eyni tarixli digər qərarla (**********172089) yoxlama müddəti 5 iş günü uzadılmışdır. Lakin, Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində yoxlamanın 20.12.2018-ci il tarixdən 27.12.2018-ci il tarixədək 8 iş günü uzadıldığı göstərilir. Vergi orqanı vergi ödəyicisinə təqdim etdiyi qərarla reyestrə daxil etdiyi məlumat arasında uyğunsuzluq vardır. Vergi ödəyicisinə təqdim olunmuş qərar reyestrə daxil edilməmiş, həmçinin reyestrə daxil edilmiş məlumat isə vergi ödəyicisinə təqdim olunmamışdır. Göründüyü kimi, hətta səyyar vergi yoxlamasının müddəti başa çatdıqdan sonra, aparılmış əlavə vergi yoxlamaları yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan həyata keçirilmişdir. Bu halı cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bir daha təsdiq etmiş, yoxlamanın qeydə alınmasını təsdiq edəcək sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsində qeyd olunur ki, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən, bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3cü, 7.57.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1-ci maddələri istisna olmaqla) vergi yoxlamalarına şamil edilmir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Sözügedən Qanunun 13.3-cü maddəsinə əsasən, yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Göründüyü kimi, iddiaçı cəmiyyətdə aparılmış əlavə vergi yoxlamaları yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadığından aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur, hüquqi nəticəsi olmayan yoxlama ilə bağlı iddiaçı cəmiyyət barəsində məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”: 1.1. Bu Əsasnamə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) və “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. 1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Vergi Məcəlləsinin 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Qanunverici vergi yoxlamasının iki növünü qeyd etdiyi üçün əlavə vergi yoxlaması dedikdə yoxlama müddəti uzadılmış səyyar vergi yoxlaması başa düşülür və qəbul edilmiş “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” Qərar əsasında məhz səyyar vergi yoxlaması aktı tərtib olunur. Həmçinin əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi zamanı baxışın, xronometrajın və inventarizasiyanın keçirilməsi, sənədlərin və nümunə kimi əşyaların götürülməsi və vergi orqanının hüquqlarına aid edilmiş hərəkətlərin edilməsi istisna olunmur. Bundan başqa “Vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədi ilə bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 07.09.2016-cı il tarixli **********011400 saylı Azərbaycan Respublikasi Vergilər Nazirliyinin Kollegiyasının Qərarı ilə (Hüquqi aktların döblət reyestrinin qeydiyyat nömrəsi **********1400) təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nın 6.9-cu bəndinə əsasən səyyar vergi yoxlaması vergi ödəyicisinin və ya sığortaedənin, yaxud sığortalının təsərrüfat subyektində (obyektində), təsərrüfat subyekti (obyekti) olmadığı halda isə vergi orqanının müəyyən etdiyi yerdə həyata keçirilir. Həmçinin həmin Qaydalarla “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” Qərarın forması təsdiq edilmişdir. Həmin təsdiq olunmuş formada 2-ci bənddə göstərilmişdir ki, “Əlavə səyyar vergi yoxlamasının müddəti ______________________ gün müəyyən edilsin.” Qeydindən də görünür ki, əlavə vergi yoxlaması adlandırılmış nəzarət tədbiri dəqiq olaraq göstərilməklə müddəti artırılan səyyar vergi yoxlamasıdır ki, Azərbaycan Respublikasının Prezidentinin 15.02.2011-ci il tarixli 383 saylı fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 3.4.16-cı maddəsinə əsasən yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə); Reyestrə daxil edilməli məlumatlara aid edilmişdir. Bundan əlavə, MMC-də növbədənkənar səyyar vergi yoxlaması 19.03.2018-ci il tarixli qərarla təyin olunmasına baxmayaraq, bundan 273 gün sonra 26.12.2018-ci il tarixdə Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında **********3172901 saylı Protokol tərtib olunmuşdur. Halbuki vergi orqanının zəruri sənədlərin təqdim edilməsinə dair 28.03.2018-ci il tarixli tələbnaməsi olmuşdur. Həmin tələbnamənin mövcudluğu isə cavabdeh tərəfindən yoxlama üçün zəruri sənədlərin səyyar vergi yoxlamasının başlanıldığı ərəfədə götürüldüyünə dəlalət edir. Cavabdeh tərəfindən sonradan Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında Protokol tərtib edilərkən MMC-nin direktoru X3 iştirak etməməsi də (protokol sonuncu tərəfindən imzalanmamışdır) qeyd olunanları bir daha təsdiq etməklə yanaşı vergi orqanı tərəfindən qanunvericiliyin kobud şəkildə pozulduğuniu göstərir. Çünki, Vergi Məcəlləsinin 43.6.-cı maddəsinə əsasən, sənədlərin və nümunə kimi əşyaların götürülməsi sənədləri və əşyaları götürülən şəxslərin və (və ya) onların nümayəndələrinin iştirakı ilə həyata keçirilir. Həmin Məcəllənin 48.4-cü maddəsinə əsasən, protokol onu tərtib etmiş vergi orqanının vəzifəli şəxsi, habelə hərəkətin həyata keçirilməsində iştirak edən bütün şəxslər tərəfindən imzalanır. Bundan başqa, 28.12.2018-ci il tarixli səyyar vergi yoxlaması aktına əsasən birinci vergi yoxlaması 13 saylı Ərazi Vergilər İdarəsinin Regional gəlirlər şöbəsinin Vergi qanunvericiliyinin icrasına nəzarət bölməsinin dövlət vergi müfəttişi, 1-ci dərəcəli müfəttiş X4 tərəfindən, 19.07.2018-ci il tarixli və 24.10.2019-cu il tarixli aktlara əsasən isə hər iki halda yoxlama eyni şəxs tərəfindən, 13 saylı Ərazi Vergilər İdarəsinin Səyyar vergi yoxlamarı şöbəsinin böyük dövlət vergi müfəttişi, küçük vergi xidməti müşaviri X7 tərəfindən aparılmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kollegiyasının 7 sentyabr 2016-ci il tarixli **********011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”-nın 9.4-cü maddəsinə əsasən, əvvəlki səyyar vergi yoxlamasının aparılması həvalə edilmiş yoxlayıcıların həmin yoxlama ilə bağlı hərəkətlərindən (hərəkətsizliyindən) şikayət verildiyi və (və ya) vergi ödəyicisi və ya sığortaedən əvvəlki yoxlamanın nəticələri ilə razılaşmadığı hallarda yoxlanılan dövrün yenidən yoxlanması həmin yoxlayıcılar tərəfindən keçirilə bilməz. Göründüyü kimi, vergi orqanı tərəfindən qanunvericiliyin qeyd olunan tələbləri də pozulmuşdur. Vergi Məcəlləsinin 103.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyrikommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. Həmin Məcəllənin 104.1-ci maddəsinə görə, rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əssən, müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur. Həmin Məcəllənin 108-ci maddəsinə əsasən, bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən əməliyyatlarla yanaşı, vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən əməliyyatlar aparıldıqda, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar aparıldıqda, həmin əməliyyatlar üzrə gəlirlərin və xərclərin uçotu ayrılıqda aparılmalıdır. Vergi ödəyicisi tərəfindən vergiyə cəlb olunan və vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar üzrə çəkilən, lakin bölüşdürülməsi mümkün olmayan xərclərin gəlirdən çıxılan məbləği vergiyə cəlb edilən gəlirlərin vergi ödəyicisinin ümumi gəlirlərində xüsusi çəkisi əsasında müəyyən edilir. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinə çəkilmiş məsrəflər gəlirdən çıxılan xərclərə aid edilir. İş materiallarından göründüyü kimi, cəmiyyət tərəfindən mənfəət vergisi hesablanarkən Vergi Məcəlləsinin 131-ci və 133-cü maddələrinin müddəaları əsas götürülmüş, kassa metodundan istifadə edilmişdir. Xərclərin tərkibi cəmiyyətin Forma-2lərinin tələblərinə uyğun olaraq qaimə, elektron vergi hesab faktura və xidmət müqavilələri üzrə dəyəri bank hesabından ödənilməklə rəsmiləşdirilmişdir. Qeyd olunan bütün sənədlər ( Forma-2-lər, qaimələr, müqavilələr, evhf, xidməti müqavilələr, bank hesabından çıxarış, kassa məxaric sənədləri, alış sənədləri və s.) vergi orqanına təqdim edilmişdir. Lakin həmin sənədlər yoxlayıcı tərəfindən xərc sənədləri olaraq nəzərə alınmamış, Vergi Məcəlləsinin 67-ci maddəsinə istinad edilmədən (yəni analoji müəssisənin olub-olmaması müəyyən edilmədən və s.) mənfəət vergisi Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 №-li qərarına əsasən şərti rentabellik səviyyəsi 20 % götürülməklə hesablanmışdır. Halbuki, mənfəət vergisi Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərini tətbiq etmək mümkün olmadıqda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 №-li qərarına əsasən şərti rentabellik səviyyəsi 20 % götürülməklə hesablanmalı idi. Nəzərə almaq lazımdır ki, vergilərin Vergilər Məcəlləsinin 37.4-cü maddəsinə istinadən 67-ci maddəsinə müvafiq olaraq hesablanması ilə bağlı cavabdeh diskresion səlahiyyətə malikdir. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir. Zəruri sənədlər yoxlamaya təqdim edildiyinə görə və xərclərin düzgünlüyünün araşdırılması və mənfəətin müəyyən edilməsi üçün vergi orqanı tərəfindən kifayət qədər vaxtın, elektron məlumat sisteminin, mütəxəssis rəyinin və zəruri sənədlərin olması səbəbindən mənfəətin hesablanması Vergi Məcəlləsinin 83.9-cu maddəsinin təsiri altına düşməməli idi. Vergi Məcəlləsinin 49.2-ci maddəsinə əsasən, vergi ödəyicisinin vergi qanunverigiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulması şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Həmin Məcəllənin 49.5-ci maddəsinə görə vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 54.0.2-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsirinin olmaması vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallardan biridir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" 27 noyabr 2003-cü tarixli 5 №-li Qərarı ilə məhkəmələrə izah olunmuşdur ki, Vergi Məcəlləsinin 3.11ci maddəsinə əsasən vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Bundan əlavə, Vergi Məcəlləsinin 39-cu maddəsinə əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır (maddə 39.1). Həmçinin, Vergi Məcəlləsinin 39-cu maddəsinin tələbinə əsasən, vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır (maddə 39.5). Vergi Məcəlləsinin 39.5-ci maddəsində müəyyən edilən müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi orqanının rəhbəri (onun müavini) vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə və vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və müvafiq sanksiyaların (cərimələrin) tətbiq edilməsi məsələsinə baxır (maddə 39.6). Vergi ödəyicisi tərəfindən vergi yoxlaması aktı üzrə yazılı izahatlar və ya etirazlar təqdim edildikdə, yoxlamanın materialları vergi ödəyicisinin vəzifəli şəxslərinin və ya fərdi sahibkarın və (və ya) onların nümayəndələrinin iştirakı ilə baxılır. Vergi orqanı vergi yoxlamasının materiallarına baxılmanın yeri və vaxtı haqqında vergi ödəyicisinə əvvəlcədən məlumat verir. Vergi ödəyicisi ona əvvəlcədən məlumat verilməsinə baxmayaraq üzrlü səbəb olmadan gəlməyibsə, yoxlamanın materiallarına, vergi ödəyicisi tərəfindən təqdim edilən etirazlara, izahatlara, digər sənəd və materiallara onun iştirakı olmadan baxılır (maddə 39.7). Vergi Məcəlləsinin 49-cu maddəsinin tələbinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: 49.1.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; 49.1.2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; 49.1.3. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında; 49.1.4. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması; 49.1.5. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi; 49.1.6. yeni qərarın qəbul edilməsi. İş materiallarına əsasən, vergi orqanı ilkin olaraq 28.12.2018-ci il tarixli, **********144923 nömrəli Səyyar vergi yoxlaması aktı tərtib etmişdir. Həmin akt üzrə materiallara baxaraq 18.02.2019-cu il tarixli “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” Qərar qəbul etmişdir. Həmin qərar əsasında səyyar vergi yoxlaması davam etdirilmiş və növbəti dəfə 19.07.2019-cu il tarixdə ikinci **********144923 nömrəli Səyyar vergi yoxlaması aktı tərtib olunmuşdur. Vergi orqanı tərəfindən həmin akt üzrə yoxlama materiallarına baxılaraq üçüncü dəfə 09.09.2019-cu il tarixli qərarı ilə İddiaçı MMC-də əlavə vergi yoxlaması tədbirləri keçirilməsi qərara alınmışdır. Həmin qərar əsasında səyyar vergi yoxlaması davam etdirilərək 24.10.2019-cu il tarixli yeni – üçüncü **********144923 nömrəli Səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. 10 dekabr 2019-cu il tarixdə növbəti dəfə yoxlama materiallarına baxılmış və 10 dekabr 2019-cu il tarixli **********194355 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir. Lakin iş materiallarında Vergi Məcəlləsinin 39.7-ci maddəsinin tələbini özündə əks etdirən vergi yoxlamasının materiallarına baxılmanın yeri və vaxtı haqqında vergi ödəyicisinə əvvəlcədən məlumat verilməsini sübut edən sənəd iş materiallarında mövcud deyil. Başqa sözlə desək cavabdeh vergi orqanı hər üç halda yoxlama materiallarına vergi ödəyicisinin nümayəndəsinin iştirakı olmadan baxmış və yoxlama materiallarına baxılmanın yeri və vaxtı barədə məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası xüsusi ilə qeyd etməyi zəruri hesab edərək bildirir ki, yuxarıda əksini tapmış maddi hüquq normalarının pozulması və tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır (maddə 49.5). Qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, vergi orqanı tərəfindən iddiaçı cəmiyyət barədə keçirilən növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün qanuni əsas olmadığından, habelə növbədənkənar səyyar vergi yoxlaması aparılarkən yoxlama qanunla müəyyən edilmiş müddət ərzində həyata keçirilmədiyindən, qanunvericliklə müəyyən edilmiş 30 günlük müddət bitdikdən sonra yoxlamanın müddəti qanunsuz olaraq uzadıldığından, qanuni əsas olmadan 18 aydan artıq müddətə cavabdeh orqan tərəfindən səyyar vergi yoxlaması aparıldığından, əlavə iki yoxlama eyni şəxs tərəfindən aparıldığından, eləcə də aparılmış əlavə vergi yoxlamaları yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan həyata keçirildiyindən aparılmış qanunsuz yoxlamanın nəticəsi olan mübahisə predmeti olan qərar ləğv olunmalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edən orqanın hərəkətləri əsassız olmuş, işə baxan birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən tam araşdırma aparmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlməmişdir. Belə olan halda Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 87.6-cı mаddəsinə əsаsən iddiaçının apellyasiya şikayəti təmin edilərək, birinci instаnsiyа məhkəməsinin qərаrı ləğv edilməli, yeni qərar qəbul edilərək iddia təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2-1(116)-587/2020 saylı qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin 10 dekabr 2019-cu il tarixli **********194355 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ləğv olunsun. Qərardan 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi (AZ-5500, Şəki Şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ- 1025, Bаkı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Hüseynov
Məhkəmə qərarları › İş №2-1(107)-457/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-457/2021
20.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver