Məhkəmə qərarları › İş №2-1(107)-46/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-46/2021

29.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-46/2021 29.01.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialının nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialına qarşı “1975-1977-ci illərdə sürücülük məktəbində 2 il 16 gün, xx.xx.1987-ci il tarixdən xx.xx.2005-ci il tarixədək X3 işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(116)-76/2020 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 1973-1975-ci illərdə hərbi xidmətdə olduğu 2 il müddətin, 1975-1977-ci illərdə sürücülük məktəbində 2 il 16 gün, 1982-1987-ci illərdə Zaqatala Kolxozlararası tikinti təşkilatında 5 il, 1987-2005-ci illərdə isə X3 18 il olmaqla ümumilikdə 27 il müddətin sosial sığorta stajına daxil edilməsi və ona pensiya hüququnun yarandığı xx xxxxx 2019-cu il tarixdən yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbin belə əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1955-ci il tarixdə Zaqatala rayonunda anadan olmuşdur. O, xx.xx.1973-xx.xx.1975-ci il tarixlərdə hərbi xidmətdə olmuşdur. İddiaçı 1975-1977-ci illərdə 2 il 16 gün sürücülük məktəbində təlimçi, xx.xx.1982xx.xx.1987-ci illərdə Zaqatala Kolxozlararası tikinti təşkilatında, xx.xx.1987xx.xx.2005-ci illərdə X3 sürücü işləmişdir. İddiaçı hüququnun yarandığı zaman cavabdeh orqana ona pensiya təyin edilməsi üçün müraciət etmiş, lakin cavabdeh orqan bundan imtina etmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “1975-1977-ci illərdə sürücülük məktəbində 2 il 16 gün, xx.xx.1987-ci il tarixdən xx.xx.2005-ci il tarixədək X3 işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmənin iclasında protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh orqan etirazını belə əsaslandırmışdır ki, “Əmək Pensiyaİarı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə edilmiş dəyişikliyə əsasən xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək 64 yaşı olmuş kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən M. Purtiyevin pensiya hüququ xx.xx.2019-cu il tarixində yaranmışdır. Eyni zamanda bildirilir ki, xx.xx.2019-cü il tarixdən «X4» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə edilmiş dəyişikliyə əsasən fərdi hesabın sığorta hissəsində 2018-ci ilin 01 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı ilin yanvarın 1dək olan sığorta stajı 25 il hesablanır. M. Purtiyevin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddia ərizəsində göstərilən iş yerləri istisna olunmaqla iddiaçının sığorta stajı 7 il təşkil etmişdir və həmin müddət 5054 manat sığorta kapitalına bərabərdir. «X4» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 4.2.7-ci bəndinə əsasən xx.xx.2006-cı il tarixədək olan dövrdə sığortaolunanların qeyri dövlət müəssisələrində çalışmasını göstərən qeydlərini yerində qarşılıqlı yoxlanması tələb olunur. M. Purtiyevin əmək kitabçasının surətində 2 il 16 gün sürücülük məktəbində işləməsi barədə qeydlər işə girmə və işdən çıxma tarixləri və əmrin nömrələri göstərilməməklə və həmin qeydlərin təsdiqi olmadan aparılmışdır. Həmin kitabçanın surətində xx.xx.1987-ci il tarixindən xx.xx.2005-ci il tarixədək X3 sürücü işləməsinə dair qeydlər aparılmışdır. Həmin fabrik Zaqatala rayon Dövlət X1 xx xxxx 2019-cu il tarixli 37/P-365 saylı arayışına əsasən xx.xx.1996-cı il tarixdə yanmışdır. Həmin fabrikin xx.xx.1996-cı il tarixində yanmasından sonrakı dövrün maliyyə uçot sənədləri rayon arxivinə təhvil verilməmiş və fabrikin mühasibatlığında belə saxlanılmır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan ******* nömrəli “Hərbi bilet”in təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçı 1973-1975-ci illərdə hərbi xidmətdə olmuşdur. İş materiallarında olan ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən müəyyən edilir ki, 1973-1975-ci illərdə hərbi xidmətdə olmuş, xx.xx.1987-ci il tarixdən xx.xx.2005-ci il tarixədək X3 işləmişdir. Həmçinin iddiaçının əmək kitabçasında işə qəbul və işdən azad olunma tarixləri göstərilməməklə onun hərbi xidmətdən sonra 2 il 16 gün əmək fəaliyyətinin olması qeyd edilmişdir. İş materiallarında olan DYMX-nin Zaqatala rayon DYMH-nin xx.xx.2019-cu il tarixli 37/P-365 nömrəli arayışından müəyyən edilir ki, xx.xx.1996-cı il tarixdə Zaqatala şəhəri Qaladüzü ərazisində yerləşən Mebel fabrikində yanğın hadisəsi baş vermiş və nəticədə fabrik yanaraq yararsız hala düşmüşdür. İş materiallarında olan 13 saylı Ərazi Vergilər idarəsinin xx.xx.2019-cu il tarixli məktubundan müəyyən edilir ki, AVİS məlumat bazasında X5 ********* nömrəli VÖEN-lə xx.xx.1998-ci ildə vergi uçotuna alınması barədə məlumat vardır. Müəssisə tərəfindən 2006-cı ildə 10 rəqəmli VÖEN-ə keçidlə əlaqədar yenidən uçota alınmaq məqsədi ilə müraciət edilmədiyi üçün həmin müəssisə barəsində vergi orqanında hər hansı bir məlumat saxlanılmamışdır. İş materiallarında olan X5 xx.xx.2020-ci il tarixli 01 nömrəli arayından müəyyən edilir ki, iddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.2005-ci il tarixədək X3 yanğınsöndürən maşınında sürücü işləmişdir. İş materiallarında olan Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 56 nömrəli arxiv arayışından müəyyən edilir ki, Zaqatala rayon sürücülük məktəbinin və X5 sənədləri Dövlət Arxivində saxlanılmamışdır. İş materiallarında olan Daxili İşlər Nazirliyi Şəki şəhər(rayon) Polis Şöbəsinin xx.xx.2019-cu il tarixli 189-21686-1219 nömrəli məktubundan müəyyən edilir ki, iddiaçı xx.xx.1977-ci il tarixdə həbs olunmuş, Zaqatala rayon Xalq Məhkəməsinin xx.xx.1978-ci il tarixli Hökmü ilə xx.xx.1981-ci il tarixədək azadlıqdan məhrum edilmişdir. İddiaçının tələbinə dair sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Onlara AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surəti, cavabdehin xx.xx.2019-cu il tarixli **********7 nömrəli imtina məktubu, ******* nömrəli hərbi biletin təsdiq edilmiş surəti, ******* nömrəli əmək kitabçasının əsli və təsdiq edilmiş surəti, cavabdehin xx.xx.2019-cu il tarixli **********9 nömrəli məktubu, Zaqatala rayon DYMH-nin xx.xx.2019cu il tarixli 37/P-365 nömrəli arayışının təsdiq edilmiş surəti, 13 saylı Ərazi Vergilər idarəsinin xx.xx.2019-cu il tarixli məktubu, X5 xx.xx.2020-ci il tarixli 01 nömrəli arayışı, Zaqatala Dövlər Arxivinin arayışları aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxxxx 2020-ci il tarixli 2- 1(116)-76/2020 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialının üzərinə İddiaçı 1975-1977-ci illərdə sürücülük məktəbində 2 il 16 gün, xx.xx.1987-ci il tarixdən xx.xx.2005-ci il tarixədək X3 işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyin qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2- 1(116)-76/2020 nömrəli qərarının ləğv edilməsi və tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsinin 2-1 (116)-76/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə İddiaçı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia tələbi təmin edilmiş, əmək kitabçası nəzərə alınmaqla iddiaçıya əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinin Zaqatala rayon filialının üzərinə qoyulması ilə bağlı qərar qəbul edilmişdir. Hesab edirik ki, Şəki inzibati Məhkəməsi hüququn tətbiqində və təfsirində səhvə yol verdiyindən hazırki iş üzrə düzgün olmayan qərar qəbul etmişdir və iş illərinin sığorta stajına daxil edilməsi və yaşa görə pensiyanın təyin edilməsi ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulan normaları düzgün tətbiq etməmişdir. Aşağıda göstərilənlərə əsasən hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərarı apellyasiya icraatı qaydasında ləğv edilməli və iş üzrə iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. İddiaçı “1975-1977-ci illərdə sürücülük məktəbində 2 il 16 gün, 11,05.1987-ci il tarixdən 27.01,2005-ci il tarixdək X3 işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi və hüququn yarandığı xx.xx.2019-cu il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1955-ci ildə doğulmuşdur, pensiya yaşına çatdığı üçün cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinin Zaqatala rayon filialına pensiya təyin edilməsi üçün ərizə ilə müraciət etmişdir. İddiaçının 1975-1977-ci illərdə sürücülük məktəbində avtomobil sürmək üzrə təlimatçı vəzifəsində işlədiyi 2 il 16 gün, 1987-2005-ci illər cavabdeh tərəfindən mübahisələndirilmişdir. Səbəb isə sürücülük məktəbində avtomobil sürmək üzrə təlimatçı vəzifəsində işlədiyi müddətdə cinayət törətdiyi üçün 4 il müddətinə azadlıqdan mərhum edilmişdir. Həmçinin 1987-2005ci illər üzrə iş stajını qarşılıqlı yoxlamaq mümkün olmamışdır. Nəticədə, iddiaçının əmək kitabçasında göstərildiyi müddətlərdə işlədiyi illərin(ayların) sosial sığorta stajı kimi nəzərə alınaraq əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmaqla yuxarıda göstərilən qərar qəbul olunmuşdur. Vətəndaşın işlədiyi X7 1996-ci ildə yanmış və müəssisənin daha sonrakı fəaliyəti ilə bağlı sənədlər arxivə təhvil verilməmişdir. Beləliklə, vətəndaşın stajınının təsdiq edilməsi üçün X5də sənədlərin qarşılıqlı yoxlanılması olmalıdır. X3 işləməyi barədə iş stajını təsdiq edən sənədlər saxlanılmadığından və həmin sənədlər rayon arxivinə təhvil verilmədiyindən vətəndaşın sığorta stajını yoxlamaq mümkün olmamışdır. “X4” Azərbaycan Respublikası Qanununun 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Odur ki, yuxarıda qeyd edilənləri rəhbər tutaraq Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(116)-76/2020 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul etməyinizi xahiş edirik. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialının nümayəndəsi X8 apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(116)-76/2020 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(116)-76/2020 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi Cavabdehin apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Həmçinin, iddia əsaslıdır. Cavabdeh orqan tərəfindən bildirilmişdir ki, iddiaçının mübahisələndirilməyən 7 il sığorta stajı vardır. İddiaçının mübahisələndirilən sığorta stajı 2 il 16 gün sürücülük məktəbində təlimçi işlədiyi və 17 il 7 ay 16 gün X3 sürücü işlədiyi müddətlərdir. Arxivdə mübahisələndirilən iş yerlərinə dair sənədlər saxlanılmadığından arxiv arayışına əsasən müddətlərin təsdiq edilməsi mümkün olmamışdır. Lakin iddiaçının əmək kitabçasında onun həmin müəssisələrdə işlədiyi qeyd edilmiş, həmçinin X5 xx.xx.2020-ci il tarixli arayışı ilə iddiaçının mebel fabrikində yanğın söndürən maşının sürücüsü işləməsi faktı təsdiq edilmişdir. Cavabdeh orqan Zaqatala rayon DYMH-nin xx.xx.2019-cu il tarixli 37/P-365 nömrəli arayışına istinad edərək sözügedən mebel fabrikinin xx.xx.1996-cı il tarixdə yanmasından sonrakı dövrünə aid maliyyə uçot sənədlərinin arxivə təhvil verilməməsi və fabrikin mühasibatlığında saxlanılmamasını qeyd etmişdir. Lakin iş materiallarında olan 13 saylı Ərazi Vergilər idarəsinin xx.xx.2019-cu il tarixli məktubundan müəyyən edilir ki, AVİS məlumat bazasında X5 ********* nömrəli VÖEN-lə xx.xx.1998-ci ildə vergi uçotuna alınması barədə məlumat vardır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, fabrik 1987-ci ildən fəaliyyətə başlamışdır, 1996-cı ildə yandıqdan sonra yenidən fəaliyyətini bərpa edə bilmiş və iddiaçı fabrikdə xx.xx.2020-ci il tarixli arayışa əsasən xx.xx.2005-ci il tarixədək işləmişdir. İddiaçının əmək kitabçasında işə qəbul və işdən azad olunma tarixləri göstərilməməklə onun hərbi xidmətdən sonra 2 il 16 gün əmək fəaliyyətinin olması qeyd edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan 1978-ci il tarixli 126 nömrəli hökmün surətindən və tələbnamədən görünür ki, iddiaçı X2 avtomobil sürmək üzrə təlimatçı vəzifəsində işləmişdir və həmin vəzifədə işlədiyi müddətdə cinayət törətdiyi üçün 4 il müddətinə azadlıqdan məhrum edlmişdir. Göründüyü kimi iddiaçının qeyd olunan iddianı qaldırmaqda hüquqi marağı ondan ibarətdir ki, işlədiyi müddətlər sosial sığorta stajına daxil ediləcəyi təqdirdə tələb olunan 25 il müddət tamamlanacaq və onun xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası almaq hüququ reallaşacaqdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. “X4” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Birinci instansiya məhkəməsi işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq yuxarıda qeyd olunanlara əsasən düzgün hesab etmişdir ki, iş üzrə tədqiq olunan sənədlərlə iddiaçının işlədiyi illər onun adına olan əmək kitabçası ilə öz təsdiqini tapdığından, cavabdeh tərəfindən bunun əksi sübuta yetirilmədiyindən, əmək kitabçasında qeyd olunanlar mötəbər sübut hesab olunur. Müəssisənin sənədləri arxivə təhvil verilməməsi vətəndaşın iradəsindən kənar baş vermiş haldır və onun ziyanına təfsir edilməməlidir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə, cavabdehin üzərinə iddiaçının 1975-1977-ci illərdə sürücülük məktəbində 2 il 16 gün, xx.xx.1987-ci il tarixdən xx.xx.2005ci il tarixədək X3 işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyini qoymaqla düzgün nəticə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(116)-76/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar