Məhkəmə qərarları › İş №2-1(107)-460/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-460/2022

22.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-460/2022 22.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Qax Rayon İcra Hakimiyətinə qarşı “Qax Rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli, 260 nömrəli “X3 şəxsi mülkiyyətində olmuş, 1934-cü ildə dövlət tərəfindən istifadəyə götürülmüş yaşayış mənzilinin onun qanuni varisləri Mustafayev Rəhim və X10 qardaşlarına geri qaytarılması haqqında” Sərəncamının “Azərbaycan Respublikasının məhkəmələri tərəfindən müsadirə edilmiş və alınmış yaşayış evlərinin amnistiya qaydasında qaytarılması haqqında” xx.xx.1991-ci il tarixli Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə Azərbaycan Respublikası Ali Sovetinin həmin tarixli və nömrəli qərarına uyğunlaşdırılması, yəni qərara uyğun komissiyanın təsis edilməsi, komissiyanın qərarının təsdiq edilməsi və babasına məxsus olmuş mənzilin onun vərəsələrinin mülkiyyətinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş Şəki İnzibati Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli 2-1(116)-1227/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə dair işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehlər Qax Rayon İcra Hakimiyətinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qax Rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli, 260 nömrəli “X3 şəxsi mülkiyyətində olmuş, 1934-cü ildə dövlət tərəfindən istifadəyə götürülmüş yaşayış mənzilinin onun qanuni varisləri Mustafayev Rəhim və X10 qardaşlarına geri qaytarılması haqqında” Sərəncamının “Azərbaycan Respublikasının məhkəmələri tərəfindən müsadirə edilmiş və alınmış yaşayış evlərinin amnistiya qaydasında qaytarılması haqqında” xx.xx.1991-ci il tarixli 249-Xİİ nömrəli Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə qanunun qüvvəyə minməsi qaydası barədə Azərbaycan Respublikası Ali Sovetinin həmin tarixli və nömrəli qərarına uyğunlaşdırılması, yəni qərara uyğun komissiyanın təsis edilməsi, komissiyanın qərarının təsdiq edilməsi və babasına məxsus olmuş mənzilin onun vərəsələrinin mülkiyyətinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq nəzərinə çatdırılmışdır ki, iddia ərizəsində iki cavabdeh - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsi və Qax Rayon İcra Hakimiyyəti göstərilsə də, ərizənin xahiş etdi hissəsində Qax Rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli, 260 nömrəli “X3 şəxsi mülkiyyətində olmuş, 1934-cü ildə dövlət tərəfindən istifadəyə götürülmüş yaşayış mənzilinin onun qanuni varisləri Mustafayev Rəhim və X10 qardaşlarına geri qaytarılması haqqında” Sərəncamının “Azərbaycan Respublikasının məhkəmələri tərəfindən geri qaytarılması haqqında xx.xx.1991-ci il tarixli, 249-Xİİ nömrəli Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə qanuni qüvvəyə minməsi qaydası barədə Azərbaycan Respublikası Ali Sovetinin həmin tarixli və nömrəli qərarına uyğunlaşdırılması, yəni qərara uyğun komissiyanın təyin edilməsi, komissiyanın qərarına uyğun təsdiq edilməsi və babasına məxsus olmuş mənzilin onun vərəsələrinin mülkiyyətinə verilməsi öhdəliyinin hansı cavabdehin üzərinə qoyulmasını xahiş etdiyi dəqiq qeyd olunmamışdır. Qeyd olunanlara əsasən iddiaçıya iş üzrə cavabdehin və iddia tələbinin dəqiqləşdirilməsi, yeni iddia ərizəsini, iddiada cavabdeh qismində göstərəcəyi orqana rəsmi müraciət etdiyini təsdiq edən sənədi və ya imtina məktubunun əslini (cavabdehləri dəqiqləşdirməyəcəyi təqdirdə hazırkı cavabdehlərə rəsmi müraciətini təsdiq edən sənəd və ya imtina məktubunun əslini) Şəki İnzibati Məhkəməsinə təqdim etmək təklif olunmuşdur. İddiaçı xx.xx.2022-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuş ərizəsində cavabdeh qismində Qax Rayon İcra Hakimiyyətini qeyd etmiş və “Qax Rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli, 260 nömrəli “X3 şəxsi mülkiyyətində olmuş, 1934-cü ildə dövlət tərəfindən istifadəyə götürülmüş yaşayış mənzilinin onun qanuni varisləri Mustafayev Rəhim və X10 qardaşlarına geri qaytarılması haqqında” Sərəncamının “Azərbaycan Respublikasının məhkəmələri tərəfindən müsadirə edilmiş və alınmış yaşayış evlərinin amnistiya qaydasında qaytarılması haqqında” xx.xx.1991-ci il tarixli Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə Azərbaycan Respublikası Ali Sovetinin həmin tarixli və nömrəli qərarına uyğunlaşdırılması, yəni qərara uyğun komissiyanın təsis edilməsi, komissiyanın qərarının təsdiq edilməsi və babasına məxsus olmuş mənzilin onun vərəsələrinin mülkiyyətinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)1227/2022 nömrəli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddiaçı ərizəsinə cavabdeh qismində qeyd etdiyi Qax Rayon İcra Hakimiyyətinin onun müraciətinin təmin olunmasından imtina etməsinə dair xx.xx.2022-ci il tarixli 8/283 nömrəli məktubunu əlavə etmişdir. Qax RİH imtina məktubunda qeyd etmişdir ki, mübahisəli ev Qax rayon XDS İK tərəfindən Qax şəhəri (Lenin) İ.Mustafayev küçəsində yerləşən 3№-li ev 19 kv.m yaşayış sahəsi olan bir otaqlı mənzil xx.xx.1988-ci il tarixdə 221 nömrəli orderlə X11 verilmişdir. 1993-cü ildə Qax şəhər sakinləri iddiaçının mərhum əmisi X12 və mərhum atası X10 RİH-ə ərizə ilə müraciət edərək Qax şəhər Qaçaq Nəbi küçəsində yerləşən beş otaqlı mənzilin mərhum babası X3 mülkiyyətində olduğunu və 1934-cü ildə dövlət tərəfindən istifadə üçün götürüldüyünü bildirərək onun qanuni varisləri olan X10 və X7 qaytarılmasını xahiş etmişlər. Qax Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1993-cü il tarixli 260 nömrəli sərancamı ilə Qax şəhəri, Qaçaq Nəbi küçəsindəki 1 nömrəli 5 otaqdan ibarət mənzil mərhum babasının oğulları Mustafayev Rəhim və Mustafayev Şakir qardaşlarına qaytarılması qərara alınmışdır. Mənzilin faktiki istifadəçiləri rayon İcra Hakimiyyətinin müvafiq sərəncamı ilə razılaşmayaraq sərəncamın etibarsızlığı barədə Şəki İnzibati Məhkəməsində iddia qaldırmışlar. Şəki İnzibati Məhkəməsinin 31 iyul 2019-cu il tarixli 2-1(84)-940/2019 nömrəli Qərarına əsasən Qax Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 260 nömrəli sərəncamı etibarsız hesab edilmişdir. Bundan başqa həmin qərara əsasən daşınmaz əmlakın dövlət reyestrində X4 və X5 adına aparılmış xx.xx.2016-cı il tarixli ********** nömrəli qeydiyyat ləğv edilmişdir. Məhkəmənin müvafiq qərarlarından verilmiş şikayətlər yuxarı instansiya məhkəmələri tərəfindən təmin edilməmiş və Şəki İnzibati məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. Hazırda mənzilin istifadəçiləri iddiaçının iddia etdiyi mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport əldə etmişlər. Bu səbəbdən də həmin evin Rayon İcra Hakimiyyəti tərəfindən hər-hansı bir vətəndaşın mülkiyyətinə verilməsi RİH-in səlahiyyəti xaricindədir. Cavabdeh birinci instansiya məhkəməsinə ünvanladığı xx.xx.2022-ci il tarixli 2/818 nömrəli məktubunda qeyd etmişdir ki, İddiaçı iddia etdiyi Qax şəhəri, Qaçaq Nəbi küçəsində yerləşən mənzil Mənzil İstismar İdarəsinin balansında olmuşdur. Qax Rayon XDS İK tərəfindən həmin mənzilin bir hissəsinə dair Nuraşvili Vardinin adına xx.xx.1969-cu il tarixdə 266 nömrəli, orderlə 22 kv.m yaşayış sahəsi; xx.xx.1988-ci ildə 221 №-li orderlə Qax rayon XDS İK tərəfindən X11 19 kv.m yaşayış sahəsi, xx.xx.1988-ci il tarixində isə Qax rayon XDS İK tərəfindən 196 №-li orderlə 18 kv.m sahəsi olan bir otaqlı yaşayış sahəsi X15 verilmişdir. Həmin evlərə order verildiyi gündən X13 X9 və İctimai təşkilatlarının yaşayış evlərinin kirayəsi haqqında şəxslərlə müqavilə bağlanmışdır. Həmin vaxtdan etibarən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi Mənzil Təsərrüfatı İdarəsi tərəfindən tutulmuş dövlət yaşayış sahəsi üzrə Pasportla təmin olunmuşlar. 1993cü il tarixdə Qax şəhər sakinləri, X12 və X4 müraciəti əsasında Qax şəhəri, Qaçaq Nəbi küçəsində yerləşən, Qax RİH Mənzil İstismar idarəsinin balansında olan mənzil müraciət sahiblərinin mərhum atalarına məxsus olduğu hesab edilərək Qax Rayon İcra Hakimiyyətinin 22 sentyabr 1993-cü ıl tarixli 260 nömrəli Sərəncamına əsasən Qax şəhəri Qaçaq Nəbi küçəsində yerləşən Mənzil İstismar idarəsinin balansında olan 5 otaqdan ibarət yaşayış sahəsil müraciət sahiblərinə geri qaytarılması qərara alınmışdır. Mənzilin faktiki istifadəçiləri Qax Rayon İcra Hakimiyyətinin müvafiq sərəncamı ilə razılaşmayaraq sərəncamın etibarsızlığı barədə Şəki İnzibati Məhkəməsində iddia qaldırmışlar. Şəki İnzibati Məhkəməsinin 31 iyul 2019-cu il tarixli 2 1(84)-940/2019 nömrəli Qərarına əsasən Qax Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 260 nömrəli sərəncamı etibarsız hesab edilmişdir. Bundan başqa həmin qərara əsasən daşınmaz əmlakın dövlət reyestrində X4 və X5 adına aparılmış xx.xx.2016-cı il tarixli ********** nömrəli qeydiyyat ləğv edilmişdir. Qeyd olunan məhkəmə qərarından işə cəlb olunmuş üçüncü şəxslər İddiaçı Çələbi qızı və X1 və Ali Məhkəməyə kassasiya şikayəti vermişlər. Hər iki məhkəmə instansiyası şikayəti təmin etməmiş və Şəki İnzibati Məhkəməsinin qərarını qüvvədə saxlamışdır. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixli hüquqi yardım məktubu ünvanlanaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq nəzərinə çatdırılmışdır ki, iddia tələbinin birinci hissəsində “Azərbaycan Respublikasının məhkəmələri tərəfindən müsadirə edilmiş və alınmış yaşayış evlərinin amnistiya qaydasında qaytarılması haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə Azərbaycan Respublikası Ali Sovetinin xx.xx.1991-ci il tarixli 249-Xİİ nömrəli Qərarına uyğunlaşdırılmasını tələb etdiyi Qax Rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 260 nömrəli sərəncamı, Şəki İnzibati-İqtisadi Məhkəməsinin icraatında olmuş, üçüncü şəxs qismində iddiaçının nümayəndəsi X2 da iştirak etdiyi 2-1(84)-940/2019 nömrəli inzibati iş üzrə xx.xx.2019-cu il tarixli qərarla etibarsız sayılmışdır. Həmin qərardan İddiaçı nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-533/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərarı ilə təmin edilməmiş, qərar dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı tərəfindən həmin qərardan kassasiya şikayəti verilmiş, şikayət Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1071/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Qeyd olunanlara əsasən etibarsız hesab edilmiş inzibati akt qəbul edildiyi andan əhəmiyyətsiz sayıldığından və hüquqi nəticələr yaratmadığından, həmin aktın sonradan hər hansı normativ aktın tələblərinə uyğunlaşdırılması yolverilməzdir. Hüquqi yardım məktubunda həmçinin qeyd olunmuşdur ki, iddiaçı iddia tələbinin ikinci hissəsində uyğunlaşdırmanın hansı şəkildə aparılmalı olduğunu izahlı şəklində qeyd etməklə komissiyanın təsis edilməsi, komissiyanın qərarının təsdiq edilməsi və babasına məxsus olmuş mənzilin onun vərəsələrinin mülkiyyətinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etməkdədir. Qeyd olunan məsələ ilə bağlı qeyd olunmuşdur ki, sözügedən Qanunun tələblərinə görə qanunverici yerli icra hakimiyyəti orqanlarına belə bir komissiyanın təsis edilməsi üçün səlahiyyət tanımamışdır. Məhkəmə qaydasında etibarsız sayılmış sərəncamın qəbul edilməsi zamanı isə müvafiq qanunvericiliyin tələblərinin pozulduğu aşkar edilmişdir. İddiaçıya yardım məktubunda qeyd olunanlarla bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirməsi təklif olunmuşdur. İddiaçı hüquqi yardım məktubunu aldıqdan sonra birinci instansiya məhkəməsinə xx.xx.2022-ci il tarixdə daxil olmuş ərizə ilə müraciət etmişdir. İddiaçı sözügedən ərizəsində işin halları ilə bağlı iddia ərizəsində göstərilənləri yenidən qeyd etmiş və iddia tələbinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şəki İnzibаti Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 14 noyabr 2022-ci il tarixli 2- 1(116)-1227/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Qax Rayon İcra Hakimiyətinə qarşı “Qax Rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli, 260 nömrəli “X3 şəxsi mülkiyyətində olmuş, 1934-cü ildə dövlət tərəfindən istifadəyə götürülmüş yaşayış mənzilinin onun qanuni varisləri Mustafayev Rəhim və X10 qardaşlarına geri qaytarılması haqqında” Sərəncamının “Azərbaycan Respublikasının məhkəmələri tərəfindən müsadirə edilmiş və alınmış yaşayış evlərinin amnistiya qaydasında qaytarılması haqqında” xx.xx.1991-ci il tarixli Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə Azərbaycan Respublikası Ali Sovetinin həmin tarixli və nömrəli qərarına uyğunlaşdırılması, yəni qərara uyğun komissiyanın təsis edilməsi, komissiyanın qərarının təsdiq edilməsi və babasına məxsus olmuş mənzilin onun vərəsələrinin mülkiyyətinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı аpеllyаsiyа şikаyəti verərək Şəki İnzibati Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli 2-1(116)-1227/2022 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı аpеllyаsiyа şikаyətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli 2-1(116)-1227/2022 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər ştirak etməmişlər. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi: İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İşin araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, iddiaçı iddia tələbində Qax Rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli, 260 nömrəli “X3 şəxsi mülkiyyətində olmuş, 1934-cü ildə dövlət tərəfindən istifadəyə götürülmüş yaşayış mənzilinin onun qanuni varisləri Mustafayev Rəhim və X10 qardaşlarına geri qaytarılması haqqında” Sərəncamına əsaslanaraq mübahisəli mənzilin onun qanuni varislərinə verildiyini bildirmiş, lakin göründüyü kimi sözügedən X21-İqtisadi Məhkəməsinin icraatında olmuş, üçüncü şəxs qismində iddiaçının nümayəndəsi X2 da iştirak etdiyi 2-1(84)-940/2019 nömrəli inzibati iş üzrə xx.xx.2019-cu il tarixli qərarla etibarsız sayılmışdır. İddiaçı və nümayəndəsi tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş və qərar qanuni qüvvəyə minmişdir. Birinci instansiya məhkəməsi iddiaçının tələbinin digər hissəsi ilə bağlı düzgün qeyd etmişdir ki, Qanunun tələblərinə görə qanunverici yerli icra hakimiyyəti orqanlarına belə bir komissiyanın təsis edilməsi üçün səlahiyyət tanımamışdır. Məhkəmə qaydasında etibarsız sayılmış sərəncamın qəbul edilməsi zamanı isə müvafiq qanunvericiliyin tələblərinin pozulduğu aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Həmin Qərarın 15.5-ci və 15.6-cı bəndlərində qeyd olunmuşdur ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir ki, iddia tələbində qeyd olunan Qax Rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli, 260 nömrəli “X3 şəxsi mülkiyyətində olmuş, 1934-cü ildə dövlət tərəfindən istifadəyə götürülmüş yaşayış mənzilinin onun qanuni varisləri Mustafayev Rəhim və X10 qardaşlarına geri qaytarılması haqqında” Sərəncamı qanuni qüvvəyə minmiş Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(84)- 940/2019 nömrəli qərarı ilə etibarsız sayıldığından və qanunverici yerli icra hakimiyyəti orqanlarına yenidən komissiyanın təsis edilməsi üçün səlahiyyət tanımadığından hazırkı iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qısa,) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli 2-1(116)-1227/2022 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçılar İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli 2-1(116)-1227/2022 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar