Məhkəmə qərarları › İş №2-1(107)-461/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-461/2020

20.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-461/2020 20.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Qax rayon filialına qarşı "xx.xx.1985-ci il tarixdən xx.xx.1995-ci il tarixə kimi Qax rayon 7 nömrəli X2 İdarəsində və xx.xx.1995-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Qax 40 saylı TTSMD-də işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-981/2020 nömrəli qərarından cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Qax rayon filialı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.1964-cü il tarixdə Qax rayonunun Qaratala kəndində anadan olmuşdur. Orta məkəbi bitirdikdən sonra xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixə kimi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra, xx.xx.1985-ci ildən xx.xx.1995-ci il tarixə kimi Qax rayon X2 İdarəsində çilingər və xx.xx.1995-ci il ildən xx.xx.2003-cü ilədək Qax rayon 40 №-li TTSMD-də (X5 Mexanikləşdirilmiş Dəstə) sürücü işləmişdir. 2017-ci ilin yanvarın 19-da onu avtomobil vurması ilə əlaqədar baş beyin travması və baş beyin əziyi ilə uzun müddət xəstəxanada yatdıqdan sonra ona xx.xx.2017-ci il tarixdə Tibbi Sosial Ekspert Komissiyasında ikinci dərəcəli əlillik müəyyən edilmişdir. Onun vəziyyətinin ağır olduğuna görə yaxınları pensiyanın təyin olunması üçün Dövlət Sosial Müdafiə Fondunun Qax rayon şöbəsinə müraciət etdikdən sonra ona 55 manat sosial müavinət təyin edilmişdir. Əmək kitabçası və stajını təsdiq edən digər sənədləri tapdıqdan sonra xx.xx.2020ci il tarixdə yenidən Dövlət Sosial Müdafiə Fondunun Qax rayon şöbəsinə əmək pensiyasının təyin edilməsi üçün müraciət etmişdir. Lakin DSMF-nin Qax rayon şöbəsi işlədiyi 40 №-li TTSMD tərəfindən Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyi üçün həmin dövrlərin onun sosial sığorta stajının müəyyən olunması zamanı nəzərə alınmaması və bu səbəbdən əlilliyə görə əmək pensiyası hüququnun olmadığı üçün ona pensiyanın təyin olunmasından imtina qərarı çıxarmışdır. DSMF-nin Qax rayon şöbəsinin ona yazdığı məktubda qeyd edildiyi kimi Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanların əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda sığortaolunana əmək pensiyası təyin edilir. DSMF-nin Qax rayon şöbəsinin ona əlilliyə görə əmək pensiyasının təyin olunmasından imtina edilməsi barədə qərarını əsassız hesab edir. İddiaçı xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, “xx.xx.1985-ci il tarixdən xx.xx.1995-ci il tarixə kimi Qax rayon 7 nömrəli X2 İdarəsində və xx.xx.1995-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Qax 40 saylı TTSMD-də işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Cavabdehin etirazı: İddiaçı xx xxxxxx 2020-ci il tarixdə əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qax rayon şöbəsinə müraciət etmişdir. İddiaçının müraciətinə Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Qax rayon şöbəsinin Pensiya sektorunda baxılmış və əlilliyə görə əmək pensiyası hüququnun olmadığına görə şöbənin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə əmək pensiyasım təyin edilməsindən imtina edilmişdir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən (bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2017-ci ilin 1 iyul tarixindən 110 manat məbləğində, xx.xx.2018-ci il tarixdən “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli Sərəncami ilə 116,27 manat məbləğində, xx.xx.2019-cu il tarixdən “Əmək pensiyasının sığorta hissəsinin 2018-ci il üzrə orta aylıq nominal əmək haqqının müəyyən edilən illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Sərəncamına əsasən 119,76 manat məbləğində, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanununa əsasən xx.xx.2019-cu il tarixdən 160 manat, xx.xx.2019-cu il tarixdən 200,0 manat məbləğində müəyyən olunur, az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Sərəncamına əsasən 119,76 manat məbləğində, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanununa əsasən xx.xx.2019-cu iİ tarixdən 160 manat, xx.xx.2019-cu il tarixdən 200,0 manat məbləğində müəyyən olunur az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazilriyi TibbiSosial Ekspert Komissiyasının müayinəyə dair məlumatı əsasında əlilliyin müəyyən edildiyi xx.xx.2017-ci il tarixdə 52 yaşının tamam olduğunu nəzərə alaraq 12 il 04 ay ( 52 yaş əlilliyin müəyyən edildiyi tarixə tamam olan yaşı - 15 yaş (əmək qabiliyyətli yaş dövrü) = 37 yaş x 4 ay = 148 ay) sığorta stajı və eyni zamanda fərdi hesabının sığorta hissəsində əlillik dərəcəsinin verildiyi tarixdə müəyyən edilən əmək pensiyasının minimum məbləğində, yəni 110 manat məbləğində pensiya təminatına imkan verməsi şərtilə azı 12210 (148 ay (tələb olunan sığorta stajı aylarının sayı) : 192 = 0,77083 (sığorta davamiyyəti əmsalı) x 144 gözlənilən pensiya ödənişi müddəti aylarının sayı) = 111 x 110 manat) manat pensiya kapitalının qeydə alınması tələb olunur. Əmək Məcəlləsinin 87.1 -ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Həmçinin, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən, sığortaolunanların əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda sığortaolunana əmək pensiyası təyin edilir. 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı əmək kitabçasında qeyd edilən həmçinin, dövlət arxivinin arayışları əsasında təsdiqlənən dövrlər istisna olmaqla vətəndaşın işləməsi barədə verilmiş stajın təsdiq edilməsi ilə bağlı arxiv arayışları məhkəmə qərarından sonra nəzərə alına bilər. Belə ki, İddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1995-ci il tarixə kimi Qax rayon 7 №-li X2 İdarəsində işlədiyi dövr yuxarıda qeyd edildiyi kimi məhkəmə qərarı əsasında təsdiq olunduğu halda, iddiaçının sosial sığorta stajı onun xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilədək 02 il 24 gün hərbi xidmətdə olduğu müddətlə birlikdə 11 il 11 ay 27 gün müəyyən edilə bilər. Qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən aslı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, vəzifəyə seçilmiş şəxslərin iş və ya digər fəaliyyət müddətləri sosial sığorta stajına daxil edilir. Sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2. maddəsinə əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan, Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Məzərinizə çatdırırq ki, iddiaçının əmək kitabçasında xx.xx.1995-ci ildən xx.xx.2003cü ilədək işlədiyi qeyd edilən 40 №-li TTSMD (X1 Mexanikləşdirilmiş Dəstə) xx xxxxxx 1991-ci il tarixdə DSMF Qax rayon şöbəsində qeydiyyatdan keçərək fəaliyyət göstərmiş, xx xxxxxx 1991-ci il tarixdən xx xxxxxx 1991-cı il tarixədək və xx xxxxxx 1995-ci il tarixdən xx xxxxxx 1996-cı il tarixədək olan dövr üçün DSM Qax rayon şöbəsinə hesabat təqdim etmişdir. Yuxarıda qeyd edildiyi kimi həmin müəssisənin fəaliyyət göstərmədiyi və eləcə də müəssisə tərəfindən Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyi dövrlərin İddiaçı sosial sığorta stajının müəyyən edilməsi zamanı nəzərə alınması qarunvericiliyin tələblərinə uyğun deyildir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın rədd olunmasını xahiş etmişdir. İş materiallarında olan DSMF-nin Qax rayon şöbəsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, İddiaçı əlilliyə görə pensiya təyinatından imtina edilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli 350 nömrəli arayışdan görünür ki, iddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək Sovet ordusunda xidmət etmişdir. İş materiallarında olan Qax rayon Dövlət Arxivinin xx.xx.2017-ci il tarixli 429 nömrəli arxiv arayışlarından görünür ki, İddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Qax rayon 7 nömrəli X2 İdarəsində işləmişdir. İş materiallarında olan ИТ seriyalı ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surətindən görünür ki, İddiaçı xx.xx.1995-ci il tarixdən xx.xx.2003-cü il tarixədək X1 Mexanikləşdirilmiş Dəstədə işləmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli aktların təsdiqlənmiş surətlərindən görünür ki, iddiaçı həqiqətən xx.xx.1985-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Qax rayon 7 nömrəli X2 İdarəsində işləmişdir. İş materiallarınsda olan əmr kitablarından çıxarışların surətindən və qarşılıqlı yoxlama aktından müəyyən olunur ki, iddiaçı xx.xx.1995-ci il tarixdən xx.xx.2003-cü il tarixədək X1 Mexanikləşdirilmiş Dəstədə işləmişdir. İş materiallarında olan cavabdehin nümayəndəsinin xx.xx.2020-ci il tarixli yazılı məlumatından müəyyən olunur ki, tələbdə qeyd olunan müddət hərbi xidmət dövrü ilə birlikdə 18 il 06 ay 23 gün təşkil edir. Qeyd olunan staj 12319,92 manat kapitala bərabərdir. İddiaçıya isə əlilliyə görə pensiya təyin edilməsi üçün 12210 manat kapital tələb olunur. İddiaçının tələbinə dair sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Onlara AZE seriyalı ******** nömrəli ş/v surəti, Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2020-ci il tarixli **********0 nömrəli imtina məktubu və xx.xx.2020-ci il tarixli **********4 nömrəli etirazı aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxx 2020-ci il tarixli 2- 1(116)-981/2020 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qax rayon şöbəsinin üzərinə İddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1995-ci il tarixə kimi Qax rayon 7 nömrəli Təsərrüfatlararası YolTikinti İdarəsində və xx.xx.1995-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Qax 40 saylı TTSMD-də işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyin qoyulması qərara alınmışdır. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Qax rayon filialı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-981/2020 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-981/2020 nömrəli qərari ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Qax rayon filialına qarşı “xx.xx.1985-ci il tarixdən xx.xx.1995-ci il tarixə kimi Qax rayon 7 nömrəli X2 idarəsində və xx.xx.1995-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Qax 40 saylı TTSMD-də işlədiyi illərin sosial sığorta stajına daxil edilməsivə hüququnu yarandığı xx.xx.2017-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmişdir. Şəkiİnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-981/2020 nömrəli qərarinı aşağıdakı göstərilənlərə görə əsassız, qanuna zidd və qeyri obyektiv hesab edirik.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1. maddəsinə əsasən qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, vəzifəyə seçilmiş şəxslərin iş və ya digər fəaliyyət müddətləfi sosial-siğorta stajına daxil edilir. Qanunun 1.0.2-ci maddəsində qeyd edildiyi kimi sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan, Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Eyni zamanda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə (Sosial sığorta stajının təsdiq edilməsi qaydası) əsasən sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədlə təsdiq olunur. İddiaçının xx.xx.1995-ci ildən xx.xx.2002-ci ilədək Qax 40 saylı TTSMD-də işlədiyi müddətdə müəssisənin fəaliyyəti ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna qanunvericiliyin tələbinə uyğun olaraq hesabatların təqdim edilmədiyini nəzərə alaraq yuxarıda qeyd edilən səbəblərdən İddiaçı xx.xx.1995-ci ildən xx.xx.2002-ci ilədək olan müddətin sosial sığorta stajınının müəyyən olunması zamanı nəzərə alınması qanunvericiliyin tələblərinə ziddir. Yuxarıda qeyd etdiyimiz əsaslara görə hesab edirik ki, iddiaçının iddiası əsassız olduğu üçün iş üzrə iddianın təmin edilməsi barədə çıxarılmış qərar ləğv olunmalı, iddia tələbi təmin edilməməlidir. Qeyd olunanları nəzərə alaraq hesab edirik ki, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-981/2020 nömrəli qərarı əsassızdır və ləğv edilməlidir. Yuxarıda qeyd etdiklərimizi və Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsini rəhbər tutaraq məhkəmədən apellyasiya şikayətini təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-981/2020 nömrəli qərarını ləğv edib yeni qərar çıxarılmasını xahiş edirik. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-981/2020 nömrəli iş üzrə qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-981/2020 nömrəli iş üzrə qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi Cavabdehin apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Həmçinin, iddia əsaslıdır. Göründüyü kimi iddiaçının tələbində qeyd olunan müddət onun sosial sığorta stajına daxil ediləcəyi təqdirdə onun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə nəzərdə tutulmuş 12 il 4 ay il sığorta stajı və 12210 manat kapitalı tamamlanacaqdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla x xxxxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. x xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaların”nın 3.1.1-ci bəndinə əsasən isə Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İşin hallarından müəyyən edilir ki, cavabdehin mübahisələndirdiyi dövr (xx.xx.1995ci il tarixdən xx.xx.2002-ci il tarixədək olan dövr) “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrə təsadüf edir. Müvafiq olaraq həmin dövrün iddiaçıya pensiya hüququ verən sosial sığorta stajına daxil edilməli olub olmadığına da məhz həmin Qanunun tələblərinə əsasən qiymət verilməlidir. Çünki mübahisə həll edilərkən münasibətlərin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları rəhbər tutulmalıdır (İPM-in 1.2-ci maddəsi və MPM-in 217.2-ci maddəsi). Alınan əmək haqqından məcburi dövlət sosial sığorta ayırmaları həyata keçirilmədikdə bunun pensiya hesablanması zamanı nəzərə alınıb-alınmamalı olduğuna dair məsələ isə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin səkkizinci hissəsi ilə tənzimləmişdir. Həmin maddəyə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla x xxxxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. x xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi xx xxxxxx 2002-ci ilədək və ondan sonrakı dövrləri qanunverici fərqli qaydada tənzimləmişdir. xx xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır. Bu normadan hərəkətlə iddiaçının əmək kitabçasında göstərilmiş xx.xx.1995-ci il tarixdən xx.xx.2002-ci il tarixədək işlədiyi dövr pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməlidir. Bu zaman həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə tələb olunmur. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İddiaçının xx xxxxxx 1964-cü il təvəllüdlü olmaqla ona xx xxxxxx 2017-ci il tarixdə əlillik müəyyən olunması nəzərə alınarsa, əlilliyə görə əmək pensiyası hüququnun yaranması üçün 12 il 4 ay sığorta stajı (əlillik dərəcəsi verilərkən olan yaş 52 – 15 yaş əmək qabiliyyətli olmayan dövr = 37 il x 4 ay = 148 ay : 12 = 12 il 4 ay) olmalı, həmçinin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. İşdə olan cavabdehin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, iddiaçıya əlilliyin təyin olunduğu xx.xx.2017-ci il tarixə 12 il 4 ay sosial sığorta stajı və 12210 manat pensiya kapitalı tələb olunur. İddiaçıya əlillik təyin olunan xx.xx.2017-ci ildə minimum pensiya 110 manat olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) : 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınaniş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir; 32.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlillik dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Maddələrin tələblərinə görə İİ və İİİ qrup əlillərə pensiya hüququnun yaranmasının şərtlərinə şəxsin müvafiq sığorta stajına malik olması və müəyyən məbləğdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının toplanması aiddir. Əlilliyə görə əmək pensiyasının təyin edilməsinin müddətinin başlanğıcı isə əlilliyin müəyyən edildiyi gün hesab edilir. Məhkəm kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının əlilliyin müəyyən etdiyi tarixinə 12 il 4 ay sosial sığorta stajının toplanması zəruri olmuş, iddiaçının 18 il 6 ay 23 gün sosial sığorta stajının olması, həmçinin əlilliyə görə zəruri olan pensiya kapitalının da tamamlanması (tələb olunan 12210 manat münasibətdə 12319,92 manat) müəyyən olunmuşdur. Yəni iddiaçı əlillik üzrə pensiyanın təyin edilməsi üçün zəruri olan sığorta stajını toplamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Qax rayon filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-981/2020saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar