Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(107)-463/2025 07.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Həsənov Tural Həsən oğlundan ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh “xxxx” X1rşı “iddiaçının əliliyinin səbəb-əlaqəsinin ümumi xəstəlikdən" “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlilliyə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Inzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: işin halları:
1. MHHK-nın qərarı ilə təsdiq edilmiş ##.##.2008-ci il tarixli, ** nömrəli “xəstəlik haqqında şəhadətnamə”də iddiaçının yuxarı ətrafları ilə bağlı diaqnozları “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə, aşağı ətrafla bağlı diaqnozları isə “ümumi xəstəlik” səbəb əlaqəsi ilə qiymətləndirilmişdir. 2 ##.##.2021-ci il tarixdə Zaqatala Rayon Mərkəzi Xəstəxanası tərəfindən iddiaçı barəsində tərtib edilmiş tibbi göndəriş əsasında cavabdeh tərəfindən iddiaçıya ümumi xəstəlik səbəbindən II dərəcəli, müddətsiz əlillik təyin edilmişdir.
2. Iddiaçı, ##.##.2023-cü il tarixli yeni tibbi göndərişi əsasında əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi barədə yenidən müraciət etmiş, cavabdeh orqan isə ##.##.2023-cü il tarixli qərarında 2021-ci ildə qəbul olunmuş əlillik qərarının qüvvədə saxlanıldığını bildirmişdir.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
4. Iddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “iddiaçının əliliyinin səbəb-əlaqəsinin “ümumi xəstəlik”dən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlilliyə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Iddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: Iddiaçı ##.##.1994-cü il ildə N saylı hərbi hissədə Füzuli rayonu uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikasının müdafiəsi zamanı sol yuxarı ətrafın proksimal parezi ilə nəticələnmiş sol çiyin nahiyəsinin odlu kor qəlpə yaralanması nəticəsində sol bazu kələfininin zədələnməsinin, sol qamış və incik sinirinin postravmatik nevropatiyası nəticəsində sol pəncənin parezi ilə nəticələnmiş qalıq əlamətləri, sol aşağı ətrafın funksiyasının mühüm dərəcədə pozulması ilə sol aşıq-baldır oynağının sallanan pəncə tipli deformasyasına görə aparılmış üçoynaqlı artrodez cərrahiyyə əməliyyatından sonrakı ankilozu, ətrafın funksiyası mühüm dərəcədə pozulması ilə nəticələnən xəsarət almışdır. Sol çiynindən qəlpə yarası alan zaman ayağımdan da qəlpə yarası almışdır. Sonradan ayağından Bərdə şəhərində cərrahiyyə əməliyyat olmuşdur. MN-nin Mərkəzi Hərbi Həkim Komissiyasının rəyinə əsasən həm dinc dövrdə həm də müharibə dövründə hərbi xidmətə yarasız olduğu müəyyən edilmişdir. ##.##.2016-cı ildə təkrar komissiyadan keçmiş və iddiaçıya 5 il müddətinə Azərbaycan Respubilkasının ərazi bütövlüyünün müdfiəsi ilə əlaqədar II qrup əlillik müəyyən edilmişdir. ##.##.2021-ci il tarixdə təkrar müayinədən keçən zaman əlilliyin təyinatı ümumi xəstəlik səbəbi ilə müddətsiz III dərəcə əlillik olaraq müəyyən edilmişdir. Son iki il müddətində cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və ReabilitasiyaAgentliyi X1 xəstəliyimin yenidən müayinən aparılması və səbəb-əlaqəsinin dəyişdirilməsi ilə bağlı etdiyi müraciətlərinə imtina gəlmişdir.
6. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Zaqatala Rayon Mərkəzi Xəstəxanasının ##.##.2023-cü il tarixli göndərişi əsasında baxılmış Diaqnozun mətni: Baldır səviyyəsində sinirlərin travması, sol aşıq baldır oynağının sallanan pəncə tipli deformasiyaya görə aparılmş üçoynaqlı artrodez(##.##.2004) cərrahi əməliyyatdan sonrakı ankilozu, ətrafın funksiyasını mühüm dərəcədə pozulması ilə ##.##.2021-ci il tarixli Ümumi xəstəlik ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır. Zaqatala rayon sakini ##.##.1974-cü il təvəllüdlü İddiaçı (FIN: *******) əlillik vəziyyəti ##.##.2021-ci il tarixli göndəriş əsasında DTSERA-da əyani müayinə zamanı qiymətləndirilmiş və “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.5. bəndinə müvafiq olaraq Ümumi xəstəlik ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar verilmişdir. (ESDAS: 22420095448-##.##.2022-ci il tarixli Əyani müayinə). Növbəti dəfə əlillik təyinatının səbəb əlaqəsinin dəyişdirilməsi üçün tibb müəssisəsinin *******AAQ*B nömrəli göndərişi əsasında ##.##.2022-ci il tarixdə qiymətləndirilmiş və göndəriş natamam doldurulduğundan müvafiq qeyd olunaraq geriyə göndərilmişdir (ESDAS 22420360306). Yenidən əlillik təyinatının səbəb əlaqəsinin dəyişdirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2008ci il tarixli ** nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Sol yuxarı ətrafın proksimal parezi ilə nəticələnmiş sol çiyin nahiyəsinin odlu kor qəlpə yaralanması (##.##.1994) nəticəsində sol bazu kələfinin zədələnməsinin qalıq əlamətləri” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” və “Sol qamış və incik sinirinin posttravmatik nevropatiyası nəticəsində sol pəncənin parezi ilə nəticələnmiş qalıq əlamətləri, sol aşağı ətrafın funksiyasının mühüm dərəcədə pozulması ilə. Sol aşıq-baldır oynağının sallanan pəncə tipli deformasiyasına görə aparılmış üçoynaqlı artrodez (##.##.2004) cərrahiyyə əməliyyatından sonrakı ankilozu, ətrafın funksiyasının mühüm dərəcədə pozulması ilə. Əngin və çənənin ikincili hissəvi adentiyası” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş ##.##.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sol çiynin və sol topuq nahiyyəsinin odlu silah yaralanmasından sonrakı, sol pəncədə əməliyyatdan sonrakı boylama çapıq izlənilmişdir. Nevroloji statusda sol aşağı ətrafda diz refleksi yüksəlmiş, axil refleksi çağırılmamış, sol qamış və incik sinirlərin posttravmatik neyropatiyası nəticəsində pəncənin spastik parezi müşahidə olunmuşdur” kimi qeyd olunmuş, Ümumi xəstəlik səbəbi ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Daha sonra, vətəndaş ##.##.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sol aşağı ətrafda baldırın ön və arxa əzələlərinin kəskin atrofiyası müəyyən edilmiş, pəncənin dərin distal parezi müəyyən edilmiş, yeriş paretik olmuş, sol aşıq-baldır oynağında ankiloz müəyyən olunmuşdur” kimi qeyd olunmuş, ##.##.2021-ci il tarixli Ümumi xəstəlik ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı müayinə otağına əsa ilə daxil olmuşdur. Baxış zamanı sol pəncədə və sol çiyin-kürək nahiyəsində çapıqlar izlənmiş, sol pəncədə ankiloz qeyd edilmişdir. Nevroloji müayinə zamanı yuxarı ətraflarda əzələlər simmetrik olmuş, əzələ gücü saxlanılmış, atrofiya, hipotrofiya qeyd edilməmişdir. Sol aşağı ətrafda baldır əzələləri sağ baldıra nisbətən hipotrofik, proksimal əzələ gücü və hərəkətlər saxlanılmış, sol aşıqbaldır oynağı şişkin, hərəkətlər kontraktura hesabına məhdudlaşmışdır. X3 və Ortopediya Institutunun ##.##.2022-ci il tarixli ********** nömrəli Arayışında diaqnoz “Partlayış travması, sol çiyin qurşağı, sol baldırın qəlpə yaralanmasından sonrakı çapıqları sol bazu kələfinin, sol qamış, incik sümüklərinin parezi, sol pəncənin sallanmasına görə aparılmış artodez əməliyyatından sonrakı aşıqbaldır oynağının ankilozu, aşıq-daban, daban-kub oynaqlarının III (üçüncü) dərəcə artrozu, daimi ağrı sindromu, əməliyyatdan sonrakı vəziyyət, sol aşağı ətrafın dayaq-hərəki funksiyasının pozulması ilə” kimi qeyd olunmuşdur. Əlillik təyinatına əsas verən travmanın səbəbəlaqəsi Hərbi şəhadətnamədə “Ümumi xəstəlik” kimi müəyyənləşdirilmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq ##.##.2021-ci il tarixli Ümumi xəstəlik ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır. Bununla əlaqədar bildirmək istəyirik ki, iddiaçıya əlillik dərəcəsinin verilməsi üçün əsas olmuş xəstəlik hərbi xidmət dövründə keçirilən xəstəlik ilə əlaqədar yaranmadığından iddiaçının tələbi üzrə əlillik dərəcəsinin dəyişdirilməsi mümkün deyildir.
7. Şəki Inzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakim Fəxri Hacızadə) iddia tələbi təmin edilmiş, İddiaçı müəyyən edilmiş əliliyinin səbəb-əlaqəsinin ümumi xəstəlikdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyə dəyişdirilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur.
8. Birinci instansiya məhkəməsi gəldiyi qənaəti aşağıdakı kimi əsaslandırmışdır: Hazırkı iddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı ifadə tərzindən asılı olmayaraq onun müəyyən edilmiş əliliyinin səbəb-əlaqəsinin “ümumi xəstəlik”dən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlilliyə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Işin hallarından müəyyən edilir ki, iddiaçının ##.##.2016-ci il tarixindən etibarən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlilliyi müəyyən edilmişdir. Əliliyin müəyyən edilməsi zamanı diaqnoz “Baldır sümüklərinin, aşıq-baldır oynağında daxil olmaqla sınığı” kimi qeyd edilmişdir. Eyni diaqnoz sonrakı qiymətləndirmə zamanı da təsdiqlənərək ##.##.2021-ci il il tarixədək qüvvədə olmuş əlilliyin təyin edilməsi əsası olmuşdur. Iddiaçı barəsində ## ###### 2008-ci il tarixli Xəstəlik haqqında Şəhadətnamədə həmin diaqnoz göstərilmişdir. Iddiaçı barədə ##.##.2021-ci il il tarixli qiymətləndirmə aparılarkən yuxarıda qeyd olunan diaqnozla eyni diaqnoz qeyd edilərək “ümumi xəstəlik” səbəbi ilə əlillik təyin edilmişdir. Göründüyü kimi digər sübutlarla təsdiq olunur ki,hazırkı əliliyin təyin edilmə diaqnozu “Baldır sümüklərinin,aşıq-baldır oynağında daxil olmaqla sınığı”ndan ibarətdir. Məhkəmə işin hallarını araşdıraraq,aşağıdakı normaları işin hallarına tətbiq edərək mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə IPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Iddiaçı cavabdeh inzibati orqanın bu qərarının IPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. Iddiaçı hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. Belə ki, o müayinədən keçməklə ona münasibətdə əlillik səbəbinin “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlillik” olaraq dəyişiklik edilməsi ilə bağlı inzibati akt qəbul olunmasını tələb etsə də müraciəti təmin edilməmişdir. Iddiaçıya əlillik “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi ilə o halda təyin oluna bilər ki, əlilliyin müəyyən edilməsinin meyarı kimi çıxış edən xəstəliyin, travmanın Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə səbəb əlaqəsi Hərbi Həkim Komissiyası tərəfindən müəyyən edilmiş olsun. Buna görə də, iddianın əsaslılığı barədə nəticəyə gələrkən iddiaçıya “ümumi xəstəlik” səbəbi ilə təyin edilmiş əlilliyin meyarı kimi çıxış edən xəstəliyin (diaqnozun) Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən iddiaçıya verilmiş Şəhadətnamədə göstərilən diaqnozun “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirildiyinə əmin olmalı, bunun üçün isə həmin sənədi bilavasitə tədqiq etməli və qiymətləndirməlidir. Azərbaycan Respublikasının Ali məhkəməsinin *-*(***)-****/**** saylı ##.##.2023-cü il tarixli Qərarında təsbit olunan hüquqi mövqe).
9. Cavabdeh orqan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh orqan apellyasiya şikayətində maddi hüquq normalarını sadalamış və ilkin iddia ərizəsinə etirazın dəlillərini təkrarlamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
tərəflərin izahatları
12. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçının və cavabdehin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası hazırki işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir.
tətbiq edilən hüquq
13. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 1.0.2 Əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq. Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları; 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.[6] 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 2.6-1. Şəxsin əlilliyinin müəyyən edilməsi və əlilliyin müəyyən olunmasından imtina edilməsi barədə qərarlarda göstərilən məlumatlar X4 Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu qərarlarda göstərilən məlumatların X4 Sistemi üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulur. 2.7. TSEK-in üzvləri arasında fikir ayrılığı olduğu halda və konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları Agentlik tərəfindən rəy verilməsini zəruri edən səbəbləri qeyd etməklə altsistem vasitəsilə Agentliyə ötürür. Bu Qaydanın 2.4-cü bəndində göstərilən müddət nəzərə alınmaqla, Agentliyin 3 (üç) iş günü müddətində verdiyi rəy əsasında TSEK 2 (iki) iş günü müddətində qərar qəbul edir. 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEKlərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.
15. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 28. Inzibati icraatın başlanılması üçün əsaslar 28.1. Inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. 28.4. Bu Qanunun 28.1.1-ci və 28.1.2-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu fəsildə müəyyən olunmuş qaydalara uyğun olaraq aparılır.
16. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.
17. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Cavabdeh orqan onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
20. IPM-in 12.1, 12.2, 58.7, 82-ci maddələrində təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.
21. Işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının hüquqi marağı - əliliyinin səbəb-əlaqəsinin “ümumi xəstəlikdən" “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlilliyə dəyişdirilməsinə nail olmaqdır.
22. Iş materiallarından görünür ki, iddiaçı ##.##.1994-cü ildə N saylı hərbi hissənin tərkibində Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etməsini, həmin döyüşlər zamanı həm yuxarı, həm də aşağı ətraflarından zədə almasını, eləcə də sol çiyin nahiyəsindən odlu kor qəlpə yaralanması almasını bildirərək, ona təyin olunmuş əlilliyin səbəb əlaqəsinin “ümumi xəstəlik”dən “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsinə dəyişdirilməsini tələb etmişdir.
23. Iş materiallarında olan və MHHK-nın qərarı ilə təsdiq edilmiş ##.##.2008-ci il tarixli, ** nömrəli “xəstəlik haqqında şəhadətnamə”dən görünür ki, iddiaçıya münasibətdə iki ayrı səbəb əlaqəsi müəyyən edilmişdir.
24. Belə ki, “sol yuxarı ətrafın proksimal parezi ilə nəticələnmiş sol çiyin nahiyəsinin odlu, kor qəlpə yaralanması nəticəsində sol bazu kələfinin zədələnməsinin qalıq əlamətləri” diaqnozu “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə göstərilmişdir.
25. Sol aşağı ətrafla bağlı diaqnozlar, yəni sol qamış və incik sinirinin posttravmatik neyropatiyası nəticəsində sol pəncənin parezi, sol aşağı ətrafın funksiyasının mühüm dərəcədə pozulması, sol aşıq-baldır oynağının sallanan pəncə tipli deformasiyasına görə aparılmış üçoynaqlı artrodez əməliyyatından sonrakı ankiloz “ümumi xəstəlik” səbəb əlaqəsi ilə qiymətləndirilmişdir. Tədqiq edilən şəhadətnamənin məzmunundan görünür ki, iddiaçı aşağı ətrafla bağlı travmanı evdə olarkən sol baldır nahiyəsindən alması qeyd edilmişdir (iddiaçının deməsinə görə).
26. Iş materiallarında olan, ##.##.2021-ci il tarixdə Zaqatala Rayon Mərkəzi Xəstəxanası tərəfindən iddiaçı barəsində tərtib edilmiş tibbi göndərişdə müxtəlif XBT kodlarında (R52.2, R26.8, Y36, G83, L91.0, M24.6, M19.1) öz əksini tapmış diaqnozlar sadalanmış, həmçinin MHHK-nın ##.##.2008-ci il tarixli, ** nömrəli şəhadətnaməsinə istinad olunmuşdur. Cavabdeh orqan həmin göndəriş əsasında iddiaçıya ümumi xəstəlik səbəbindən II dərəcəli, müddətsiz əlillik təyin etmiş, sözügedən qərar iddiaçı tərəfindən mübahisələndirilməmişdir.
27. Iş materialları ilə həmçinin müəyyən olunur ki, iddiaçı sonradan, ##.##.2023cü il tarixli yeni tibbi göndərişi əsasında əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi barədə yenidən müraciət etmiş, cavabdeh orqan isə ##.##.2023-cü il tarixli qərarında 2021-ci ildə qəbul olunmuş əlillik qərarının qüvvədə saxlanıldığını bildirmişdir.
28. “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən əlillik səbəbi Agentlik tərəfindən yalnız müəyyən hallarda dəyişdirilə bilər: əlillik müəyyən edildikdən sonra başqa səbəb aşkar olunduqda və ya göndərişdə səbəbin yanlış göstərilməsi, həqiqi səbəbin müəyyən edilməsinin mümkün olmaması, yaxud səbəbi təsdiq edən sənədlərin olmaması nəticəsində əlillik başqa səbəblə müəyyən edilmiş olduqda.
29. Hazırkı işdə MHHK-nın qərarı ilə təsdiq edilmiş ** nömrəli “xəstəlik haqqında şəhadətnamə” 2008-ci ildən mövcud olmuş, 2021-ci il göndərişdə də, ona istinad edilmişdir. Yəni, əlilliyin xüsusi səbəbi ilə bağlı məsələ sonradan aşkar olunmuş yeni hal olmamışdır. Göndərişdə səbəbin yanlış göstərilməsi və ya səbəbi təsdiq edən sənədlərin olmaması da, müəyyən edilmir.
30. Hazırkı mübahisənin predmeti iddiaçıya ayrıca xüsusi səbəbdən əlilliyin təyin edilib-edilməməsi yox, ona artıq təyin edilmiş əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsinin mümkün olub-olmaması ilə bağlıdır.
31. Odur ki, iş üzrə qiymətləndirilməli olan əsas məsələ iddiaçının hansı diaqnozlar əsasında əlilliyinin müəyyən edilməsi və həmin diaqnozların hansı səbəb əlaqədən irəli gəlməsidir. Belə ki, əlilliyə səbəb olmayan və ya əlilliyin müəyyən edilməsinə əsas kimi çıxış etməyən diaqnozlara istinad edilməklə artıq təyin olunmuş əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi mümkün deyildir.
32. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasının ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçı barəsində tərtib edilmiş tibbi göndərişdə öz əksini tapan Y36.4, W34, L91.0, R52.2, M19 və M24.5 kodlu diaqnozlar “Əlilliyin müəyyən olunması meyarları”na əlavədə nəzərdə tutulmamışdır. Həmçinin vurğulanmışdır ki, həm ##.##.2021-ci il, həm də ##.##.2023-cü il tarixli tibbi göndərişlərdə əsas diaqnoz aşağı ətraflarla bağlı olmuş, sol aşıq-baldır oynağının sallanan pəncə tipli deformasiyasına görə aparılmış üçoynaqlı artrodez, cərrahi əməliyyatdan sonrakı ankiloz, ətrafın funksiyasının mühüm dərəcədə pozulması, hərəkət və yeriyişin çətinləşməsi, eləcə də incik sinirinin baldır səviyyəsində travmasının əlilliyin müəyyən edilməsi məqsədilə əsas götürülmüşdür.
33. Göründüyü kimi göndərişi tərtib edən tibb müəssisəsi iddiaçı barəsində əlilliyin müəyyən edilməsinə səbəb olmuş diaqnozların yuxarı ətraflarla deyil, məhz aşağı ətraflarla bağlı olduğunu bildirmiş, iddiaçının əlilliyi də, aşağı ətraflarla bağlı diaqnozlar əsasında müəyyən edilmiş və həmin diaqnozların hərbi travma ilə səbəb əlaqəsi təsdiq olunmamışdır.
34. Lakin, iddiaçının hazırkı tələbi onun artıq aşağı ətraflarla bağlı müəyyən edilmiş ümumi xəstəlik səbəbli müddətsiz əlilliyinin səbəb əlaqəsinin dəyişdirilməsinə yönəlmişdir. Başqa sözlə, iddiaçı əlilliyin dərəcəsi və müddəti ilə, eləcə də əlilliyin aşağı ətraflarla bağlı diaqnozlar əsasında müəyyən edilməsi ilə razılaşır, yalnız həmin diaqnozların ümumi xəstəlikdən deyil, hərbi travmadan yarandığını iddia edir.
35. Iş üzrə birinci instansiya məhkəməsi tərəfindən canlı şəxsin məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ##.##.2025-ci il tarixli, *** №-li məktuba əlavə edilmiş T**/**** saylı ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, 1.2. Ə.C. Mollaçıyevin tibbi sənədlərinin təhlilinə və əyani müayinəsinə əsasən, onda hazırda da qərardadın 1-ci bəndində qeyd edilən “sol qamış və incik sinirinin posttravmatik neyropatiyası nəticəsində sol pəncənin parezi ilə nəticələnən əlamətləri, sol aşağı ətrafın funksiyasının mühüm dərəcədə pozulması” diaqnozuna rast gəlinir və bu diaqnoz HHK-nın qərarı ilə (hərbi travma — Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır). Diaqnoz MHHK-nın ##.##.2008-ci il tarixli №** nömrəli "Xəstəlik haqqında şəhadətnamə"dəki diaqnozla səbəbli əlaqəyə malikdir. Sol qamış və incik sinirinin posttravmatik neyropatiyası nəticəsində sol pəncənin parezi ilə nəticələnmiş qalıq əlamətləri, sol aşağı ətrafın funksiyasının mühüm dərəcədə pozulması, aşıq-baldır oynağının sağlanan pəncə tipli deformasiyasına görə aparılmış üçoynaqlı artrodez (##.##.2004) cərrahiyyə əməliyyatından sonrakı ankilozu, ətrafın funksiyasının mühüm dərəcədə pozulması ilə xəstəlikləri isə ümumi xəstəliklə əlaqədar olub, aşıq-baldır oynağında aparılmış artrodez əməliyyatı ilə bağlıdır. Diaqnoz MHHK-nın ##.##.2008-ci il tarixli №** saylı "Xəstəlik haqqında şəhadətnamə"dəki diaqnoz arasında səbəbli əlaqə mövcud deyildir.
36. Tədqiq edilən ekspert rəyi ziddiyyətli olduğundan (rəyin nəticə hissəsində bir tərəfdən sol aşağı ətrafla bağlı bəzi halların MHHK sənədindəki diaqnozla səbəbli əlaqəsinin olması, digər tərəfdən isə aşağı ətrafla bağlı diaqnozların ümumi xəstəliklə əlaqədar olması qeyd olunmuşdur) həmin ziddiyyətin aradan qaldırılması üçün sorğu verilmişdir.
37. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq bildirilmişdir ki, aşağı ətrafla bağlı hissədə yanlışlıq yuxarı ətrafla bağlı halın düşünülməsi nəticəsində yaranmışdır və iddiaçının sol aşağı ətrafında mövcud vəziyyət hərbi travma ilə deyil, ümumi xəstəliklə əlaqədardır.
38. Kollegiya hesab edir ki, ekspert rəyində yaranmış ilkin ziddiyyət sonradan verilmiş izahla aradan qaldırılmışdır. Belə ki, verilmiş izah işin yuxarıda müəyyən edilən digər halları ilə uzlaşır.
39. Iddiaçı, yuxarı ətraflarla bağlı G83.2 və G54.0 kodlu diaqnozlara, həmçinin onların “Əlilliyin müəyyən olunması meyarları”na uyğunluğuna istinad etmişdir. Kollegiya hesab edir ki, bu istiqamətdə ayrıca araşdırmanın hazırkı işin taleyi baxımından həlledici əhəmiyyəti yoxdur. Belə ki, hazırkı iddianın predmeti “yuxarı ətraflara görə ayrıca xüsusi səbəbli əlilliyin təyin edilməsi” barədə deyil. Iddiaçı yalnız mövcud ümumi xəstəlik səbəbli əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsini tələb edir.
40. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.11 və 1.14-cü bəndlərinə əsasən əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal olduqda hər biri ayrıca qiymətləndirilir, orqanizmin funksiyalarının pozulma faizi hər hal üzrə ayrıca müəyyən edilir, faizlər fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla yekun nəticə çıxarılır, hər hansı hal müddətsiz əlilliyə əsas verirsə əlillik müddətsiz müəyyən edilir və peşə xəstəliyi ilə istehsalat zədəsi istisna olmaqla, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və ən yüksək faiz əsas götürülür.
41. Məhkəmə kollegiyası qeyd edir ki, əlilliyin səbəbi, faizi (dərəcəsi) və müddəti vahid qiymətləndirmə nəticəsində müəyyən edilir. Əgər iddiaçının hüquqi marağı yuxarı ətraflarla bağlı diaqnozlar əsasında ona “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” xüsusi səbəbdən əlilliyin təyin edilməsində idisə, o zaman iddiaçı mövcud əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsini deyil, xüsusi səbəbdən əlilliyin təyin olunmasını tələb etməli idi.
42. Bu zaman yalnız əlilliyin səbəb əlaqəsi deyil, həm də faiz göstəricisi və müddəti müəyyən ediləcək, “Qayda”nın 1.11 və 1.14-cü bəndləri çərçivəsində həm yuxarı, həm aşağı ətrafla bağlı hallar ayrıca qiymətləndirilməklə, yuxarı ətraflarla bağlı diaqnozların əlillik əlaməti yaradıb-yaratmaması, yaratdığı halda yekun faiz göstəricisi, səbəbli əlaqəsi və müddəti müəyyən ediləcəkdi.
43. Hazırkı işdə isə belə tələb yoxdur. Iddiaçı əlilliyin dərəcəsi və müddəti ilə razılaşır, yalnız mövcud ümumi xəstəlik səbəbli əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsini istəyir. Kollegiya hesab edir ki, bu tələb çərçivəsində əlilliyin faiz göstəricisi və müddəti yenidən müəyyən edə bilməz. Başqa sözlə, iddiaçı, əlilliyin müddətini və faizini ümumi xəstəlik səbəbli aşağı ətrafların diaqnozundan, səbəbli əlaqəni isə xüsusi səbəbdən yaranmış yuxarı ətraflarla bağlı diaqnozdan müəyyən edilməsini tələb edə bilməz.
44. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mövcud əlilliyi aşağı ətraflarla bağlı diaqnozlar əsasında təyin edildiyindən və həmin diaqnozların hərbi travma ilə səbəb əlaqəsi olmadığından cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir.
45. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilir. Şəki Inzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilir. Iş üzrə yeni qərar qəbul edilir. Iddiaçı İddiaçı cavabdeh “xxxx” X1rşı “iddiaçının əliliyinin səbəb-əlaqəsinin ümumi xəstəlikdən" “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlilliyə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.