Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-464/2020 26.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağsu rayon filialına qarşı “1978-1993-cü illərdə Ağsu rayonu Bico kəndi M.Əzizbəyov adına sovxozda və 1994-1996-cı illərdə Ağsu rayonu Bico kənd sovetində işlədiyi müddətlərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-245/2020 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağsu rayon filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.1963-cü ildə Ağsu rayonu Bico kəndində anadan olmuş və hazırda həmin ünvanda yaşayır. Onun xx.xx.1994-cü ildə X2 adlı sağlamlıq imkanları məhdud uşağı doğulmuş, iddiaçı həmin uşağı 8 yaşınadək tərbiyə etmiş və hal-hazıradək öz himayəsində saxlayır. İddiaçı xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilədək və xx.xx.1980-ci ildən xx.xx.1993-cü ilədək Ağsu rayonu Bico kəndi M.Əzizbəyov adına sovxozda fəhlə, xx.xx.1994-cü ildən xx.xx.1996-cı ilədək isə Ağsu rayonu Bico kənd sovetində xadimə işləmişdir. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin cavabdeh xx.xx.2019-cu il tarixli **********4 nömrəli cavab məktubu ilə bundan imtina etmiş və bildirmişdir ki, iddiaçının sosial sığorta stajını təsdiq edən əmək kitabçası olmadığından ona əmək pensiyasının təyin edilməsi mümkün deyil. Bundan sonra İddiaçı cavabdeh DSMF-nin Ağsu rayon şöbəsinə qarşı "1978-1993cü illərdə Ağsu rayonu Bico kəndi M.Əzizbəyov adına sovxozda və 1994-1996-cı illərdə Ağsu rayonu Bico kənd sovetində işlədiyi iş stajlarının ümumi iş stajlarına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(84)-1168/2019 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Daha sonra İddiaçı ərizəsinə əsasən, Ağsu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(016)-673/2019 nömrəli qətnaməsi ilə Ağsu Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 56 nömrəli arxiv arayışının İddiaçı məxsus olması faktı müəyyən edilmişdir. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, o, 1978-1993-cü illərdə Ağsu rayonu Bico kəndi M.Əzizbəyov adına sovxozda və 1994-1996-cı illərdə Ağsu rayonu Bico kənd sovetində işlədiyi üçün onun kifayət qədər sosial sığorta stajı vardır. Cavabdeh iddiaya qarşı xx.xx.2019-cu il tarixli ********** nömrəli etirazında bildirmişdir ki, İddiaçı sağlamlıq imkanları məhdud uşağı olan ana kimi pensiya yaşına xx.xx.2019-cu ildə çatmışdır. İddiaçının sosial sığorta stajını təsdiq edən əmək kitabçası olmadığından ona əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. İddiaçının sağlamlıq imkanları məhdud uşağa və İ qrup əlilə qulluq etməsi faktı müəyyən olunarsa, onun 12 il 1 ay 23 gün sosial sığorta stajı yaranacaqdır. İddiaçıya məxsus arxiv arayışında 19781993 və 1994-1996-cı illər üzrə göstərilən iş stajı əmək kitabçasında qeyd edilmədiyi üçün həmin illər pensiya hesablanması zamanı sosial sığorta stajına daxil edilmir. Birinci instansiya məhkəməsində cavabdehə şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etmədiyinə görə işə onun iştirakı olmadan baxılmışdır. Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) xx xxxxxx 2020-ci il tarixli, 2- 1(116)-245/2020 nömrəli qərarı ilə iddia qismən təmin edilərək, iddiaçi İddiaçı xx.xx.1978ci ildən xx.xx.1978-ci ilədək və xx.xx.1980-ci ildən xx.xx.1993-cü ilədək Ağsu rayonu Bico kəndi M.Əzizbəyov adına sovxozda, xx.xx.1994-cü ildən xx.xx.1996-cı ilədək Ağsu rayonu Bico kənd sovetində işlədiyi müddətlərin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağsu rayon filialının üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağsu rayon filialı həmin qərardan apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondun publik hüquqi şəxsin Ağsu rayon filialı X6 Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(116)-245/2020 saylı Qərarının ləğv edilməsini zəruri hesab edir. Ağsu rayonu Bico kəndində yaşayan İddiaçı təqdim etdiyi arxiv arayışında xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilədək xx.xx.1980-ci ildən xx.xx.1993-cü ilədək və xx.xx.1994-cü ildən xx.xx.1996 illərdə işlədiyi haqqında qeydlər vardır. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1 maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 01 yanvar tarixədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyası təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Odur ki, vətəndaş İddiaçı əmək kitabçası olmadığı üçün ona əmək pensiyası təyin etmək qanuna ziddir. Azərbaycan Respublikasının Əmək məcəlləsində göstərilir ki, işə götürən 5 gün müddət ərzində işçiyə əmək kitabçası açmalıdı. Lakin göründüyü kimi İddiaçı 1978-1993 və 1994-1996-cıillər ərzində əmək kitabçası açılmamışdır. Bu səbəbdən də Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1 (116)-245/2020 saylı Qərarının Apellyasiyaya verilməsi zərurəti yaranmışdır. Qanunun 21.1 -ci maddəsində göstərilir ki, qanunvericilikdə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətindən və müddətindən asılı olmayaraq müəssisə , idarə və təşkilatlardan əmək müqaviləsi (kontaktı) əsasında işləyənlərin , hərbi qulluqçuların , eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin , vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xudmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbacan Respublikası Qanununun3.1.1 maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarla təsdiq etdiyi Əsasnamədə göstərilən Arayışlarin Milli Arxiv İdarəsinin arayışlarına heç bir aidiyyatı yoxdur. Həmin arayış nümunələri Əsasnaməyə əlavə olunub və orada Milli Arxiv İdarəsinin arayış nümunəsi yoxdur. Qeyd edilənlərə əsasən Şəki İnzibati Məhkəməsinin 18..08. 2020-ci il tarixli 2-1(116)- 245/2020 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Cavabdeh xx xxxxxx 2020-ci il tarixli apelyasiya şikayətinə əlavəsində qeyd etmişdir ki, iddiaçının adı, soyadı və ata adı İddiaçıdır. İddiaçı tərəfindən təqdim olunan bütün rəsmi sənədlərin surətindən də göründüyü kimi (şəxsiyyət vəsiqəsinin, nikah şəhadətnaməsinin, övladlarının doğum haqqında şəhadətnamələrinin surəti) ad,soyad və ata adı yuxarıda qeyd olunan kimidir. Bu işdə diqqət çəkən və şübhə doğuran məqam Ağsu Rayon Dövlət Arxivi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş arxiv arayışında iddiaçının adını Südabə kimi qeyd olunmasıdır?! Daha sonra iddiaçının adında yaranmış ziddiyyətin aradan qaldırılması məqsədi ilə Ağsu rayon İcra Hakimiyyəti Başçısının Bico kənd inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi xx.xx.2019-cu il tarixli arayışla adların eyniliyini təsdiq etmişdir?! Məhz bu məsələdə yaranmış ziddiyyətin aradan qaldırılması məhkəmə müstəvisində hüquqi fakt qismində araşdırılmalı və məhkəmə qətnaməsi ilə müəyyən edilməlidir (eyni məzmunda Qax Rayon Məhkəməsinin qətnaməsinin surəti əlavə edilir) Bunları nəzərə alaraq eyni zamanda sözügedən arxiv arayışlarına dair uçot kitablarının məhkəməyə gətirilərək yerində yoxlanılmasına da zərurət vardır. Beləliklə, iddiaçının işlədiyi müddətlərin onun sosial sığorta stajına daxil edilməsinin əsası kimi çıxış edən arxiv arayışında ad ilə bağlı ziddiyyətli məqam yarandığından və bu məqamın aradan qaldırılması ilə bağlı hüquqi fakt qismində məhkəmə qətnaməsi olmadığından apelyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 2-1 (116)-245/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarının ləğv olunmasını xahiş etmişdir. Cavabdeh xx xxxxxx 2020-ci il tarixli apelyasiya şikayətinə əlavəsində qeyd etmişdir ki, işin materiallarında olan arxiv arayışna əsasən qeyd edilən 1978-1996-cı illər üzrə sovxozda iddiaçının işlədiyi illər heç də bütün illəri əhatə etmir. Arayışdan da göründüyü kimi bir çox aylar üzrə iddiaçı əmək haqqı almamışdır, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi həmin avların əmək haqqısının alınması ilə bağlıdır. Qeyd olunan dövrlər üzrə iddiaçı ümumilikdə 130 ay üzrə əmək haqqı almışdır. Buradan da belə nəticə çıxır ki, maksimum hesablama yolu ilə 10 il 10 ay sosial sığorta ili ortaya çıxır. Yuxarıda göstərilən xüsusatlardan çıxış edərək İddiaçı sığorta stajına daxil etmək istədiyi digər staj illərini nəzərə alsaq belə, 1978-1996- ci illər sovxozda işlədiyi dövr 10 il 10 ay olduğundan, beləliklə ümumilikdə tələb edilən 25 illik sosial sığorta stajı əmələ gəlmir. Məhkəmədən, qərar qəbul edərkən yuxarıda qeyd olunanların nəzərə alınmasını və Şəki İnzibati Məhkəməsinin 2-1(116)-245/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-245/2020 nömrəli qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-245/2020 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlara Ağsu Rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 56 nömrəli arxiv arayışı, Ağsu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(016)-673/2019 nömrəli qətnaməsi, Ağsu Rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 33 nömrəli arxiv arayışı, Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağsu rayon filialının xx.xx.2019-cu il tarixli ********** nömrəli etiraz məktubu, Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağsu rayon filialının xx.xx.2020-ci il tarixli məktubu aiddir. Əsaslandırma hissəsi Cavabdehin apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-245/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək, iddiaçi İddiaçı xx.xx.1978ci ildən xx.xx.1978-ci ilədək və xx.xx.1980-ci ildən xx.xx.1993-cü ilədək Ağsu rayonu Bico kəndi M.Əzizbəyov adına sovxozda, xx.xx.1994-cü ildən xx.xx.1996-cı ilədək Ağsu rayonu Bico kənd sovetində işlədiyi müddətlərin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağsu rayon filialının üzərinə qoymuş, iddia qalan hissədə təmin edilməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarında olan və məhkəmə araşdırmasının predmetini təşkil etmiş: - Ağsu Rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 56 nömrəli arxiv arayışından görünür ki, iddiaçı xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilədək və xx.xx.1980-ci ildən xx.xx.1993-cü ilədək Ağsu rayonu Bico kəndi M.Əzizbəyov adına sovxozda, xx.xx.1994-cü ildən xx.xx.1996-cı ilədək isə Ağsu rayonu Bico kənd sovetində işləyərək əmək haqqı almışdır. - Ağsu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(016)- 673/2019 nömrəli qətnaməsindən görünür ki, Ağsu Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 56 nömrəli arxiv arayışının İddiaçı məxsus olması faktı müəyyən edilmişdir. - Ağsu Rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 33 nömrəli arxiv arayışından görünür ki, İddiaçı Ağsu rayonu Bico kəndi M.Əzizbəyov adına sovxozda işdən azad olunması barədə əmri əmr kitablarından müəyyən olunmadı. Bundan başqa, Ağsu rayonu Bico kənd sovetinə 1994-1996-cı ilə aid əmr kitabları Ağsu Rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Cavabdehin xx.xx.2019-cu il tarixli ********** nömrəli etiraz məktubundan görünür ki, İddiaçı sağlamlıq imkanları məhdud uşağı olan ana kimi pensiya yaşına xx.xx.2019-cu ildə çatmışdır. İddiaçının sosial sığorta stajını təsdiq edən əmək kitabçası olmadığından ona əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. Bundan başqa, pensiyanın hesablanması üçün iddiaçının heç bir sosial sığorta stajı yoxdur. İddiaçının sağlamlıq imkanları məhdud uşağa və İ qrup əlilə qulluq etməsi faktı müəyyən olunarsa, onun 12 il 1 ay 23 gün sosial sığorta stajı yaranacaqdır. İddiaçıya məxsus arxiv arayışında 1978-1993 və 1994-1996-cı illər üzrə göstərilən iş stajı əmək kitabçasında qeyd edilmədiyi üçün həmin illər pensiya hesablanması zamanı sosial sığorta stajına daxil edilmir. Bundan başqa, cavabdehin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə pensiyanın təyin olunması üçün 17425,20 manat pensiya kapitalı, bu kapital olmadıqda 25 il sosial sığorta stajı tələb olunur. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində deyilir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin "Qeyd" hissəsində deyilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Bundan başqa, həmin Qanunun 8.2-ci maddəsinə əsasən, sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normaların məzmununadn görünür ki, sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların yaşa görə əmək pensiyası almaq üçün yaş həddi 5 il azaldılır. İddiaçıya yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası təyin edilə bilməsi üçün onun qızı X1 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmalıdır. İşin hallarından göründüyü kimi, həmin uşağın sağlamlıq imkanlarının məhdudluğu 18 yaşınadək müəyyən olunmuşdur. İddiaçıya "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə uyğun olaraq, sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün digər şərtlər onun 56 yaşa çatması, eləcə də fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, yaxud da azı 25 il sığorta stajına malik olmasıdır. İddiaçı 56 yaşa xx.xx.2019-cu ildə çatmışdır. Məhkəmə kollegiyası bununla yanaşı qeyd edir ki, iddiaçı fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsini deyil, sığorta stajının 25 ildən artıq olmasını iddia etmişdir. Birinci instansiya məhkəməsi düzgün olaraq müəyyən etmişdir ki, iddiaçının adına əmək kitabçası tərtib edilməsə də, onun işləməsini təsdiq edən Ağsu Rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 56 nömrəli arxiv arayışı vardır. Həmin arayışdan görünür ki, İddiaçı xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilədək və xx.xx.1980-ci ildən xx.xx.1993-cü ilədək olan dövr üçün Ağsu rayonu Bico kəndi M.Əzizbəyov adına sovxozda əmək haqqı almış, bundan başqa, xx.xx.1994-cü ildən xx.xx.1996-cı ilədək olan dövr üçün Ağsu rayonu Bico kənd sovetində əmək haqqı almışdır. Ağsu rayonu Bico kəndi M.Əzizbəyov adına sovxozun əmr kitablarında İddiaçı sovxoza fəhlə işinə qəbul edilməsi və 1 nömrəli briqadaya göndərilməsi barədə xx.xx.1980-ci il tarixli 145 nömrəli əmr də vardır. Sovxozun əmr kitablarında iddiaçının uşağı yaş yarıma çatana kimi haqqı ödənilən analıq məzuniyyətinə buraxılması barədə xx.xx.1991-ci il tarixli əmr olsa da, onun işdən azad edilməsi barədə əmr aşkar olunmadı. Bundan başqa, Ağsu rayonu Bico kənd sovetinin 1994-cü və 1996-cı illərə aid əmr kitabları məhkəmə tərəfindən tələb edilərək öyrənildi, lakin iddiaçının işə qəbul edilməsi və işdən azad edilməsi barədə əmrlər aşkar edilmədi. SSRİ Nazirlər Sovetinin xx.xx.1956-cı il tarixli 1044 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları"nın 117 "q" bəndinə görə, arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Məhkəmə kollegiyas birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 1.3-cü bəndində aşağıdakı kimi müəyyən edilmişdir: 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin və 62 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. İstinad olunan qanunvericilik normalarının məzmunundan göründüyü kimi, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması yoverilməzdir. İş stajını təsdiq edən sənəd kimi Arayışlar nəzərə alınır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının adına əmək kitabçası tərtib edilməsə də, onun işləməsini təsdiq edən Ağsu Rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 56 nömrəli arxiv arayışı vardır. Həmin arayışdan görünür ki, İddiaçı xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilədək və xx.xx.1980-ci ildən xx.xx.1993-cü ilədək olan dövr üçün Ağsu rayonu Bico kəndi M.Əzizbəyov adına sovxozda əmək haqqı almış, bundan başqa, xx.xx.1994-cü ildən xx.xx.1996-cı ilədək olan dövr üçün Ağsu rayonu Bico kənd sovetində əmək haqqı almışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən cavabdehin imtinası əsassızdır. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, iddiaçının adına əmək kitabçası tərtib edilməsə də, onun işləməsini təsdiq edən Ağsu Rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 56 nömrəli arxiv arayışı vardır. Həmin arayışdan görünür ki, İddiaçı xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilədək və xx.xx.1980ci ildən xx.xx.1993-cü ilədək olan dövr üçün Ağsu rayonu Bico kəndi M.Əzizbəyov adına sovxozda əmək haqqı almış, bundan başqa, xx.xx.1994-cü ildən xx.xx.1996-cı ilədək olan dövr üçün Ağsu rayonu Bico kənd sovetində əmək haqqı almışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən cavabdehin imtinası əsassızdır. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinə əlavəsinin “iddiaçının işlədiyi müddətlərin onun sosial sığorta stajına daxil edilməsinin əsası kimi çıxış edən arxiv arayışında ad ilə bağlı ziddiyyətli məqam - yaranması və bu məqamın aradan qaldırılması ilə bağlı hüquqi fakt qismində məhkəmə qətnaməsi olmadığından apelyasiya şikayətinin təmin edilməsi” dəlili ilə razılaşmayaraq qeyd edir ki, Ağsu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(016)-673/2019 nömrəli qətnaməsi ilə Ağsu Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 56 nömrəli arxiv arayışının İddiaçı məxsus olması faktı müəyyən edilmişdir. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətində göstərilən dəlilləri əsassızıdır. İPM-in 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağsu rayon filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-245/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-464/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-464/2020
26.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver