Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-464/2024 30.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik еdən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “Şəki rayonu Öryət Bələdiyyəsinin xx.xx.2007ci il tarixli 4 saylı iclasının qərarı ilə iddiaçının mülkiyyətinə verilmiş 0.12 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-1404/2024 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsi tərəfindən vеrilmiş аpеllyаsiyа şikаyətinin mümkünlüyü məsələsinə аçıq məhkəmə iclаsındа baxaraq müəyyən etdi Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 15 may 2024-cü il tarixli 2- 1(116)-1404/2024 nömrəli qərarı ilə iddia təmin edilərək cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə Şəki rayonu Öryət Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 4 saylı iclasının qərarı ilə iddiaçıya ayrılmış 0.12 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyi qoyulmuşdur. Həmin qərardan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsi tərəfindən аpеllyаsiyа şikаyəti verilmişdir. Müəyyən edilmişdir ki, аpellyаsiyа şikаyəti qаnunlа nəzərdə tutulmuş müddət burаxılmаqlа verilmişdir. Buna görə də, apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı 30 iyul 2024-cü il tarixə məhkəmə iclası təyin edilmiş, cavabdehə bu barədə rəsmi məlumat verilmiş və eyni zamanda bununla əlaqədar olaraq cavabdehə apellyasiya şikayətinin qanunla müəyyən olunmuş müddət ərzində təqdim olunmasına dair sübutların və ya buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizənin həmin tarixədək Şəki Apellyasiya Məhkəməsinə təqdim edilməsi təklif olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinin nümayəndəsi X4 izahat verərək bildirdi ki, o, hazırki iş üzrə müvafiq qərarı sistemdən götürən kimi 30 gün ərzində apellyasiya şikayəti vermişdir. Ona görə də hesab edir ki, apelyasiya şikayəti verilməsi üçün prossesual müddət ötürülməmişdir. Ona görə də apellyasiya şikayətinin mümkün hesab edilərək icraata qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyası inzibati məhkəmə icraatı iştirakçılarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından görünür ki, Şəki İnzibati Məhkəməsinin 15 may 2024-cü il tarixli 2-1(116)-1404/2024 nömrəli qərarı xx.xx.2024-cü il tarixdə, saat 14:33-də cavabdehin elektron kabinetinə yerləşdirilmiş, lakin cavabdeh tərəfindən apellyasiya şikayəti xx.xx.2024-cü il tarixli, 3-21-3-39/2-2857/2024 nömrəli müşayiət məktubu ilə imzalanaraq xx.xx.2024-cü il tarixdə birbaşa məhkəməyə verilmişdir. Göründüyü kimi, məhkəmənin qərarı cavabdeh tərəfindən 31 may 2024-cü il tarixdə qəbul edilmiş, şikayəti isə 09 iyul 2024-cü il tarixdə, yəni məhkəmənin qərarından apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş 30 günlük müddət ötürülməklə məhkəməyə təqdim olunmuşdur. Bununla əlaqədar olaraq cavabdehə apellyasiya şikayətinin qanunla müəyyən olunmuş müddət ərzində təqdim olunmasına dair sübutları və ya buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizəni 30 iyul 2024-cü il tarixədək Şəki Apellyasiya Məhkəməsinə təqdim edilməsi təklif olunmuşdur. Lakin, cavabdeh tərəfindən nə mötəbər sübutlar, nə də ki, buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizə məhkəməyə təqdim olunmamışdır. O cümlədən, cavabdeh orqan 18 iyul 2024-cü il tarixli, 3-21-3-39/2-3137/2024 tarixli məktub ilə məhkəmə kollegiyasına müraciət edərək bildirmişdir ki, Şəki İnzibati Məhkəməsinin 15 may 2024-cü il tarixli 2-1(116)-1404/2024 nömrəli qərarının Elektron Məhkəmə İnformasiya Sisteminə 12 iyun 2024-cü il tarixdə yerləşdirilməsinin sübutu olaraq 31 may 2024-cü il tarixdə EMİS-də oxunmuş 90 ədəd bildirişin içində 2-1(116)- 1404/2024 nömrəli iş barədə hər hansı məlumatın olmadığını göstərən EMİS-dən 32 (otuz iki) vərəqdən ibarət çıxarış, habelə 2-1(116)-1404/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərarın elektron kabinetdə yerləşdirilməsi barədə xx.xx.2024-cü il tarixdə oxunmuş 90 ədəd bildirişin arasında deyil, xx.xx.2024-cü il tarixdə oxunmuş bildirişlər arasında göstərən EMİS-dən 2 (iki) vərəqdən ibarət çıxarış göndərilməklə apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılarkən nəzərə alınmasını xahiş etmişlər. Cavabdehin nümayəndəsi isə məhkəmə iclasında mübahisələndirilən qərarı sistem vasitəsi ilə əldə etdikdən sonra vaxtında apelyasiya şikayəti verdiklərini, apelyasiya şikayəti verilməsi üçün prossesual müddətin ötürülmədiyini bildirmişdir. Məhkəmə kollegiyası tərəfindən cavabdeh orqanın 18 iyul 2024-cü il tarixli, 3-21-3- 39/2-3137/2024 tarixli məktubuna əlavə etdiyi portaldan çıxarışlar araşdırılarkən müəyyən edilmişdir ki, Şəki İnzibati Məhkəməsinin 15 may 2024-cü il tarixli 2-1(116)-1404/2024 nömrəli qərarı xx.xx.2024-cü il tarixdə cavabdehin elektron kabinetinə yerləşdirilməsi bir daha öz təsdiqini tapir. Həmçinin, cavabdeh orqan tərəfindən təqdim edilmiş sənədlərdən həmin qərarın xx.xx.2024-cü il tarixdə “oxunub” kimi qeyd edilməsi özü-özlüyündə qeyd edilən dəlillərin əsassız olmasını sübut edir. Belə ki, cavabdeh elektron kabinetinə yerləşdirilən hər hansı sənədi yerləşdirildiyi tarixdən sonrakı istənilən tarixdə oxuya bilər. Həmin sənədin cavabdeh orqan tərəfindən istədiyi vaxtda oxunması və şikayət verilməsi müddətinin həmin tarixdən hesablanması qanunvericiliyin də tələblərinə ziddir. Bundan başqa, cavabdeh orqan tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş qeydiyyat-nəzarət vərəqəsindən də görünür ki, “sənədin tarixi” qrafasında xx.xx.2024 (bu tarix məhkəmə qərarının qəbul edildiyi tarix deyil, ona görə ki, məhkəmənin qərarı 15 may 2024-cü il tarixdə qəbul edilmişdir) qeyd edilmiş, icraçılara verilmə tarixi kimi isə xx.xx.2024 kimi qeyd edilmişdir. Cavabdeh orqan isə apellyasiya şikayətinin verilmə müddətinin 31 may 2024-cü il tarixdən deyil, 12 iyun 2024-cü il tarixdən hesablanması qənaətinə gəlməklə səhvə yol vermişdir. Belə ki, Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, apellyasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində verilir. Apellyasiya şikayətinin verilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddətin axımı, inzibati məhkəmə icraatının iştirakçısına həmin qərara qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. İnzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda, məhkəmə qərarının məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə qərarı proses iştirakçılarının həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir, onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır və bu halda məhkəmə qərarı rəsmi qaydada təqdim olunmuş hesab edilir. Nəzərə alınmalıdır ki, hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunmalıdır. Cavabdeh tərəfindən apellyasiya şikayətinin məhz qanunvericiliklə nəzərdə tutulmuş 30 günlük müddət ərzində təqdim olunduğunu təsdiq edən sübut apellyasiya instansiyası məhkəməsinə təqdim olunmamışdır. Ona görə də, kollegiya hesab edir ki, işdə olan sübutlar əsasında qərardad qəbul edilməlidir. Göründüyü kimi, cavabdeh Şəki İnzibati Məhkəməsinin 15 may 2024-cü il tarixli 2- 1(116)-1404/2024 nömrəli qərarını xx.xx.2024-cü il tarixdə aldıqdan (elektron kabinetinə yerləşdirildikdən) sonra xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti verərək şikayət verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddəti 9 gün ötürmüşdür. Beləliklə, cavabdeh inzibati orqan tərəfindən birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüş və bu müddətin üzrlü səbəbdən buraxılması barədə müvafiq sübutlar təqdim edilməmişdir. Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin: Maddə 9-1.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 9-1.4. Bu Məcəllənin 9-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş məhkəmə aktlarının və digər sənədlərin başqa qaydada verilməsi tələb oluna bilməz. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə aktları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə 20.3. Məhkəmə aktları və digər məhkəmə sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, inzibati məhkəmə icraatının iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 81.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 87.3-cü maddəsinə əsasən, apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Maddə 87.4-cü maddəsinə görə, apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Maddə 128.2. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Eyni zamanda Avropa İnsan Hüquqları Məhkəməsi "Miraqall Eskolano və digərləri İspaniyaya qarşı" iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, "atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar". Avropa İnsan Hüquqları Məhkəməsinin "Staqno Belçikaya qarşı" iş üzrə 07 iyul 2009cu il tarixli qərarında qeyd olunur ki, iddia müddətləri iddiaçılar üçün son tarix müəyyən etməklə, potensial cavabdehləri gecikdirilmiş şikayətlərdən qorumaqla və məhkəmələr tərəfindən vaxtın ötdüyünə görə qeyri-müəyyən, natamam sübutlara əsaslanmaqla qarar çıxarılmasının qarşısını almaqla hüquqi müəyyənliyi təmin etmək məqsədi daşıyır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Şəki İnzibati Məhkəməsinin 15 may 2024-cü il tarixli 2-1(116)-1404/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalı və şikayətin icraata qəbulundan imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinin Şəki İnzibati Məhkəməsinin 15 may 2024-cü il tarixli 2-1(116)- 1404/2024 nömrəli qərarından verdiyi apellyasiya şikayəti mümkün sayılmasın və şikayətin icraata qəbulundan imtina edilsin. Qərаrdаddаn rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-464/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-464/2024
30.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver