Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-467/2021 25.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı "04.12.2019-cu il tarixli reyestr nömrəsi **********14-10301 olan ünvan 1 ünvanına aid X2 adına işlənilmiş fərdi yaşayış evinə dair Texniki pasporta ilkin sənədlərə uyğun düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 2-1(116)-127/2021 nömrəli qərardadından üçüncü şəxs X3 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə dair işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı "04.12.2019-cu il tarixli reyestr nömrəsi **********14-10301 olan ünvan 1 ünvanına aid X2 adına işlənilmiş fərdi yaşayış evinə dair Texniki pasporta ilkin sənədlərə uyğun düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul olunmasını xahiş etmişlər. Şəki İnzibati Məhkəməsinin 19.04.2021-ci il tarixli 2-1(116)-127/2021 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, 04.12.2019-cu il tarixli reyestr nömrəsi **********14-10301 olan ünvan 1 ünvanına aid X2 adına işlənilmiş fərdi yaşayış evinə dair Texniki pasporta ilkin sənədlərə uyğun düzəliş edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Üçüncü şəxs X1 İnzibati Məhkəməsinin həmin qərarından apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin 30.07.2021-ci il tarixli 2-1(107)-286/2021 nömrəli qərarı ilə üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 19.04.2021-ci il tarixli 2-1(116)-127/2021 nömrəli qərarı qüvvədə saxlanılmışdır. Bundan sonra Şəki İnzibati Məhkəməsinin 19.04.2021-ci il tarixli 2-1(116)127/2021 nömrəli qərarından çıxarış icra edilməsi üçün Şəki İnzibati Məhkəməsinin 16.09.2021-ci il tarixli məktubu ilə cavabdehə göndərilmişdir. Daha sonra İddiaçı1 Şəki İnzibati Məhkəməsinə 21.10.2021-ci il tarixli ərizə ilə müraciət edərək, məhkəmənin qərarının bugünədək icrasız qaldığını bildirmiş və həmin qərarın icrasının təmin olunmasını xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) 22 oktyabr 2021-ci il tarixli, 2- 1(116)-127/2021 nömrəli qərardadı ilə Şəki İnzibati Məhkəməsinin 19.04.2021-ci il tarixli 2- 1(116)-127/2021 nömrəli qərarının icrasını icra sənədi verilməklə Şəki Rayon İcra və Probasiya Şöbəsinə tapşırmışdır. Üçüncü şəxs X1 İnzibati Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 2-1(116)- 127/2021 nömrəli qərardadından apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Üçüncü şəxs X3 apellyasiya şikayətində qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsinin 19.04.2021-ci il tarixli 2-1(116)-127/2021 nömrəli qərarının icra olunmaması barədə İddiaçı1 ərizəsinə 22 oktyabr 2021-ci il tarixdə baxaraq Şəki İnzibati Məhkəməsinin 19.04.2021-ci il tarixli 2-1(116)-127/2021 nömrəli qərarının icrası icra sənədi verilməklə Şəki Rayon İcra və Probasiya Şöbəsinə tapşırılması qərara alınmışdır. Şəki İnzibati Məhkəməsinin 22 oktyabr 2021 -ci il tarixli, 2-1(116)-127/2021 saylı qərarını qeyri-obyektiv, birtərəfli, qərəzli, qanunsuz və ədalətsiz hesab edir. Belə ki, məhkəmə qərardad qəbul edərkən İddiaçı1 ərizəsinin əsaslı olması barədə heç bir sübuta istinad etməmiş və ərizənin əsaslı olub olmaması barədə heç bir araşdırma aparmamışdır. Məhkəmə tərəfindən iddiaçının ərizəsinin araşdırılmadan birbaşa təmin edilməsi də məhkəmənin obyektivsizliyindən, birtərəfli olmamasına əsaslı şübhələrin yaranmasına şərait yaradır. Odur ki, Şəki İnzibati Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 2-1(116)-127/2021 saylı qərardadının ləğv edilməsini və İddiaçı1 ərizəsinin təmin edilməməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 2-1(116)-127/2021 saylı qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi və üçüncü şəxs X3 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbdən olması barədə məlumat verilməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 79.2-ci maddəsinə əsasən, məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və "İcra haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 116.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, icra ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Birinci instansiya məhkəmsi düzgün olaraq nəticəyə gəlmişdir ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi Şəki şəhərində yerləşdiyinə görə Şəki İnzibati Məhkəməsinin 19.04.2021-ci il tarixli 2-1(116)- 127/2021 nömrəli qərarının icrası üçün səlahiyyətli orqan Şəki Rayon İcra və Probasiya Şöbəsi müəyyən edilməli və icra vərəqəsi verilərək qərarın icrası həmin orqana tapşırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 2-1(116)-127/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 2-1(116)-127/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-467/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-467/2021
25.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver