Məhkəmə qərarları › İş №2-1(107)-467/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-467/2025

02.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-467/2025 02.12.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Həsənova Səbinə Adil oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “JN-293 KOD 90100038 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 3.40 hektar torpaq sahəsinin sərhəd nöqtələrinin koordinatlarının dövlət aktında göstərilmiş cizgiyə uyğunlaşdırılaraq İddiaçı adına çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 29 aprel 2025-ci il tarixli 2-1(116)-1426/2025 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-293 KOD 90100038 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 3.40 hektar torpaq sahəsinin sərhəd nöqtələrinin koordinatlarının dövlət aktında göstərilmiş cizgiyə uyğunlaşdırılaraq İddiaçı adına çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(116)-1426/2025 nömrəli qərardadı ilə X6 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli, 27 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 3.40 hektar torpaq sahəsi X5, X10, X16, X8, İddiaçı, X17 və X9 mülkiyyətinə verilmişdir. Bu barədə JN-293, KOD 90100038 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı tərtib olunmuşdur. Lakin, buna baxmayaraq onlar öz torpaq sahələrindən istifadə edə bilmirlər. Onlara məxsus torpaq sahəsi zəbt olunmuşdur. - İddiaçı və ailə üzvləri cavabdehə müraciət edərək, dövlət aktına əsasən mülkiyyətlərinə verilmiş torpaq sahəsinə dair çıxarış verilməsini tələb etmişdir. Sonuncu dəfə isə cavabdeh idarəyə müraciət edərək, JN-293, KOD 90100038 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 3.40 hektar torpaq sahəsinin sərhəd nöqtələrinin - koordinatlarının dövlət aktında göstərilmiş cizgiyə uyğunlaşdırılaraq İddiaçı və ya dövlət aktında qeyd olunmuş şəxslərin adına çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsini xahiş etmişdir. Lakin cavabdeh idarənin ünvanladığı 19 avqust 2024-cü il tarixli imtina məktubunda göstərilmişdir ki, Yevlax rayonu, Salahlı bələdiyyəsinin xəritə materialları (DWJ-torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) ilə natura arasında (konfiqurasiya və istifadəçilik fərqi) uyğunsuzluqlar mövcuddur. Eyni zamanda cavabdeh idarə imtina məktubunda X7 X12ndə mövcud olan Yevlax rayonu Salahlı bələdiyyəsinə aid olan xəritə məlumatlarında JN-293 nömrə ilə qeydə alınmış, azalma ilə 2 hissədən ibarət olan 2.40 ha (1.93 ha və 0.47 ha) torpaq sahələrinin mövcud olduğunu, Salahlı Bələdiyyəsinin ərazisində mütəxəssislər tərəfindən naturada mülkiyyətçilərin faktiki istifadəçiliyinin təsbit edildiyi və “X7 X12”ndə mövcud olan xəritənin hazırlandığı, ona görə də Yevlax rayonu Salahlı kəndində yerləşən torpaq sahəsinin sərhəd nöqtələrinin - koordinatlarının dövlət aktında göstərilmiş cizgiyə uyğunlaşdırılaraq İddiaçı və ya dövlət aktında qeyd olunmuş şəxslərin adına çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsinin mümkün olmadığı qeyd edilmişdir. Lakin, o, qeyd olunan imtinanı əsassız və qanunsuz sayır. Çünki, iddiaçının və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsindən başqa şəxslər istifadə edir. Bu isə iddiaçı və ailə üzvlərinin Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan hüquqlarını kobud şəkildə pozur.

4. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, “X7 X12”ndə mövcud olan məlumatlarda Yevlax rayonu, Salahlı kənd sakini İddiaçı nənəsi X1 və ailə üzvlərinin mülkiyyətinə JN-293 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə verilmiş 2 hissəli pay torpaq sahəsi təsbit edilmiş və mövcuddur (0.47 ha və 1.93 ha). Lakin iddiaçı vətəndaşın torpaq islahatı dövründən bu günə qədər naturada torpaq sahəsinin ara mərz nişanlarını tanımadığı və torpaq sahəsindən istifadə etmədiyi məlumdur. Yevlax rayonu, Salahlı kənd sakini İddiaçı TEKUİS-də qeydə alınmış torpaq sahəsinin bazadan silinməsini və **********95 reyestr nömrəli çıxarışla başqa şəxsin mülkiyyətinə verilmiş və vətəndaşın islahat dövründən faktiki istifadə etdiyi torpaq sahəsinin üzərinə işlənməsini tələb edir. - Eyni zamanda, Yevlax rayonu, Salahlı bələdiyyəsinin xəritə materialları (DWJ torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) ilə natura arasında uyğunsuzluqlar (konfiqurasiya və faktiki istifadəçilik) olduğundan və bu cür uyğunsuzluqların aradan qaldırılması məqsədilə “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında X7 X12nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na eləcə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2016-cı il tarixli 250s nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə X7 X12nin yaradılmasının və rəqəmsal kadastr xəritələrinin tərtib edilməsinin təmin olunmasına dair Tədbirlər Planı”na uyğun olaraq Yevlax rayonu, Salahlı bələdiyyəsinin ərazisində mütəxəssislər tərəfindən naturada mülkiyyətçilərin faktiki istifadəçiliyi təsbit edilmiş və “X7 X12”ndə mövcud olan xəritə hazırlanmışdır. Bu səbəbdən vətəndaşın qeyd etdiyi Yevlax rayonu Salahlı kəndində yerləşən torpaq sahəsinin sərhəd nöqtələrinin koordinatlarının dövlət aktında göstərilmiş cizgiyə uyğunlaşdırılaraq İddiaçı və ya dövlət aktında qeyd olunmuş şəxslərin adına çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi mümkün deyildir. Odur ki, qanunvericiliyin tələblərinə uyğun olaraq daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquqa dair hər hansı bir düzəlişin edilməsi və ya onun ləğv edilməsi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid deyil.

5. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur. - JN 293 KOD 90100038 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Yevlax rayon Aqrar İslahatlar Komissiyasının 31 yanvar 1998-ci il tarixli, 27 nömrəli qərarı ilə X5 və ailə üzvlərinə 3.40 ha torpaq sahəsi verilmişdir. - AZ-İ ******* seriya nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2013-cü il tarixində vəfat etmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş Mütəxəssis rəyi

6. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 29 aprel 2025-ci il tarixli 2- 1(116)-1426/2025 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “JN-293 KOD 90100038 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 3.40 hektar torpaq sahəsinin sərhəd nöqtələrinin koordinatlarının dövlət aktında göstərilmiş cizgiyə uyğunlaşdırılaraq İddiaçı adına çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı JN293 KOD 90100038 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 3.40 hektar torpaq sahəsinin sərhəd nöqtələrinin (koordinatlarının) dövlət aktında göstərilmiş cizgiyə uyğunlaşdırılaraq çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsindən ibarətdir. - Məhkəmə mübahisə üzrə hüquqi dəyərləndirmənin predmeti ilə bağlı olan bir xüsusatı da diqqətə çəkir ki, həm iddiaçı və onun ailə üzvlərinə, həm də X4 torpaq sahələri eyni vaxtda – Yevlax rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli qərarı ilə ayrılmışdır və mübahisəli torpaq sahəsi həmin vaxtdan X3 və digərlərinin istifadəsindədir. - Məsələnin mahiyyəti ondan ibarətdir ki,ilkin sənədlərdə torpaq sahələrinin konfiqurasiya və yerləşmə vəziyyətində uyğunsuzluq mövcud olduğundan,mülkiyyətçilər də faktiki olaraq uzun illər ərzində həmin torpaq sahələrindən Dövlət Aktlarının faktiki koordinatları üzrə deyil, müəyyənləşdirilmiş bölgüyə uyğun olaraq istifadə etmişdir. - Məhkəmə qeyd etmişdir ki, iddiaçının Dövlət Aktının cizgiləri daxilində yerləşən torpaq sahəsi ilə onun mülkiyyətinə verilən torpaq sahəsinin fərqliliyi (ölçü daxilində uyğunsuzluq və həndəsi ölçülərini, sərhədlərini, konfiqurasiyasını uyğunlaşdırmaqla) sözügedən normaların tələblərinə əsaslanır. Odur ki, iddiaçının TEKUİS-ə əsasən mülkiyyətinə verilmiş torpaq sahəsini deyil, ilkin islahat xəritəsinə əsaslanan torpaq sahəsi üzərində (həmin torpaq sahəsi üzərində üçüncü şəxsin qeydə alınmış hüququ olduğu halda) mülkiyyət hüququnun qeydə alınmasını tələb etməsi əsassızdır. Yəni, iddianın rədd olunmasının əsası iddia olunan torpaq sahəsinin mülkiyyətə verilmiş torpaq sahəsi ilə eyni olmaması ilə bağlıdır. Bu zaman iddiaçıya hüquqi yardım qaydasında üçüncü şəxsin qeydə alınmış hüququnun mübahisələndirilməsi istiqamətində hüquqi yardım edilməsi də prosessual qənaət və iddiaçının hüquqi marağı baxımından məqsədəmüvafiq deyildir. Beləliklə, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.

8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, Şəki İnzibati Məhkəməsinin 29 aprel 2025-ci il tarixli 2-1(116)-1426/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması haqqında yeni qərar çıxarılmasını xahiş etmişdir.

9. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 sentyabr 2025-ci il tarixli, 2-1(116)-467/2025 nömrəli qərardadı ilə X5, X10, X16, X8, X17 və X13 iş üzrə inzibаti məhkəmə icrааtınа üçüncü şəxs qismində zəruri cəlb edilmişdir.

Apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayəti iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edərək əlavə olaraq onunla əsaslandırılmışdır ki, Şəki İnzibati Məhkəməsinin 29 aprel 2025-ci il tarixli, 2-1(116)-1426/2025 saylı qərarını əsassız və qanunsuz hesab edir. İşə baxan Şəki İnzibati Məhkəməsi təqdim olunmuş sübutlara düzgün qiymət verməmiş və əsassız olaraq iddia tələbini təmin etməmişdir. Bundan başqa, məhkəmənin cavabdeh orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olması barədə qənaətə gəlməsini əsassız hesab edir. Belə ki, 3-cü şəxs Turabin Xəlilov və ailə üzvlərinə verilmiş torpaq sahəsi onun torpaq sahəsi ilə üst-üstə düşür. Turabin Xəlilov uzun illər Yevlax rayon Salahlı Bələdiyyəsinin sədri olmuş və bundan istifadə edərək ona və ailə üzvlərinə dövlət aktı ilə verilmiş torpaq sahəsinə çıxarış almışdır. Lakin, işə baxan Şəki İnzibati Məhkəməsi bu halları nəzərə almamışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları

12. Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 29 aprel 2025-ci il tarixli 2-1(116)-1426/2025 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.

13. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Üçüncü şəxslər X10, X16, X8, X17 və X13 məhkəməyə ərizə göndərərək iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişlər. Məhkəmə kollegiyası onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

14. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 22. Torpaq islahatı ilə əlaqədar mübahisələrin həlli Fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Naxçıvan Muxtar Respublikasının rayonlarının aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda fiziki və hüquqi şəxslər 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir.

15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 45.5. İddia ərizəsinin icraata qəbul edilməsi aşağıdakı hüquqi nəticələri doğurur: 45.5.1. iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz; ... Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

16. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı:

Apellyasiya şikayətinin mümkünlüyü

17. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır.

19. Məhkəmə kollegiyası iş materiallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mümkünlüyü məsələsini və mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamışdır.

20. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur.

21. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır.

22. Kollegiya qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.

23. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarı).

24. Məhkəmə kollegiyası bildirir ki, qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

25. Belə ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın.

26. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə mövcud faktiki hallar və təqdim olunmuş sübutlar iddiaçının hazırkı tələbinin birbaşa icra olunmasının hüquqi cəhətdən mümkün olmadığını göstərir.

27. Belə ki, işin hallarından görünür ki, hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı JN-293 KOD 90100038 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 3.40 hektar torpaq sahəsinin sərhəd nöqtələrinin koordinatlarının dövlət aktında göstərilmiş cizgiyə uyğunlaşdırılaraq İddiaçı adına çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir.

28. Eyni zamanda, iddiaçı əvvəl də iddia tələbi ilə məhkəməyə müraciət etmiş, iddia tələbi üzrə hüquqi marağı JN-255 KOD **********95 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktının və həmin aktın əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsindən ibarət olmuşdur.

29. Qeyd olunan tələblə bağlı iddiaya baxılaraq Şəki İnzibati Məhkəməsinin 24 iyul 2024-cü il tarixli 2-1(116)-2471/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardad qanuni qüvvəsini almışdır.

30. Hazırki iş üzrə iddiaçının tələbləri hərfi mənada oxşar olmasa da, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, iddiaçının nəticə etibarı ilə hüquqi marağı üçüncü şəxsin adına dövlət aktı və çıxarışla qeydə alınmış torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasından ibarətdir.

31. Məhkəmə kollegiyasının iclasında da iddiaçı izahatında dövlət aktı ilə onların mülkiyyətinə verilmiş 3.40 ha torpaq sahəsinin onlara məxsus dövlət aktında göstərilən cizgiyə uyğun olaraq qeydə alınmasını tələb etmiş, həmçinin qeyd etmişdir ki, həmin dövlət aktındakı cizgilər üçüncü şəxsin torpaq sahəsinin cizgiləri daxilində yerləşir.

32. İş materiallarından da aydın olur ki, JN-293 saylı dövlət aktında cizgisi göstərilən torpaq sahəsi ilə 3-cü şəxs X4 və onun ailə üzvlərinə JN-255, kod 90100038 saylı dövlət aktı ilə verilmiş 5,75 ha torpaq sahəsinin cizgiləri mübahisələndirilən hissədə eynilik təşkil edir. Müqayisəli şəkildə dövlət aktlarında göstərilən torpaq sahələrinin plan cizgisinə nəzərə yetirildikdə də görünür ki, həmin torpaq sahələri eyni konfiqurasiya quruluşuna malikdir, sadəcə olaraq üçüncü şəxsə məxsus torpaq sahəsinin ərazisi daha böyük göstərilmişdir. Qonşuları isə hər iki dövlət aktına münasibətdə eyni istiqamətdə olmaqla JN-451, JN-454, JN-446, JN-447 kimi göstərilmişdir. Həmçinin mübahisələndirilən torpaq sahəsi torpaq islahatı dövründən bu günə qədər faktiki olaraq üçüncü şəxs X3 istifadəsində olmuşdur. İddiaçı özü də həmin torpaq sahəsindən istifadə etmədiyini bildirmişdir. Bu vəziyyət iddiaçının həmin ərazi üzrə sərhədlərin naturada müəyyən edilməsini və onun adına mülkiyyət hüququnun rəsmiləşdirilməsini faktiki olaraq mümkünsüz edir.

33. Bundan başqa, məhkəmə kollegiyasının sorğusu əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsi tərəfindən təqdim edilmiş 24 oktyabr 2025-ci il tarixli, 3-21-3-35/2-4208/2025 nömrəli məktubda göstərilmişdir ki, Yevlax rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1998-ci il tarixli 27 nömrəli qərarı ilə İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə JN-293 saylı kod 90100038 “Torpağa Mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında verilmiş 3,40 ha torpaq sahəsinin dövlət aktında göstərilən cizgisi ilə Yevlax rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1998-ci il tarixli 27 nömrəli qərarı ilə X6 və onun ailə üzvilərinin mülkiyyətinə JN-255 saylı kod 90100038 “Torpağa Mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında verilmiş 5.75 ha torpaq sahəsinin dövlət aktında göstərilən cizgisi eynilik təşkil edir. - İddiaçı torpaq islahatı dövründən bu günə qədər naturada iddia etdiyi və göstərdiyi torpaq sahəsindən istifadə etməmişdir. Mübahisəli torpaq sahəsi torpaq islahatı dövründən bu günə qədər X6 və onun ailə üzvlərinin istifadəsində olmuşdur. Bu səbəbdən dövlət aktına əsasən torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi mümkün olmamışdır. - İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi üzərində **********95 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla X6 və digərlərinin paylı mülkiyyət hüquqları qeydə alınmışdır. X6 və digərlərinin paylı mülkiyyətinə verilmiş torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarkən çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticəsində həmin torpaq sahəsinin faktiki (naturadakı) yerləşmə vəziyyətinə dair əldə edilmiş yeni kadastr göstəriciləri ilə hüquqmüəyyənedici sənədlərdə əks olunmuş məlumatlar və məkan göstəriciləri arasında uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) aşkar edilməmiş və JN-255 KOD 90100038 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında əks olunmuş məlumatlar (torpaq sahəsinin cizgisi) və məkan göstəriciləri ilə faktiki istifadəçilik eynilik təşkil etdiyindən torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydə alınmışdır.

34. Göründüyü kimi kollegiyanın sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən təqdim edilmiş məlumatlarda da təsdiqlənir ki, üçüncü şəxsin adına qeydiyyata alınmış torpaq sahəsinin faktiki yerləşmə vəziyyəti ilə JN-255 saylı dövlət aktında əks olunmuş cizgi arasında uyğunsuzluq aşkar edilməmiş və faktiki istifadə hüquqmüəyyənedici sənədlərin məzmununa tam uyğun olmuşdur. Buna görə də həmin torpaq sahəsi üzrə mülkiyyət hüququ qanunauyğun qaydada qeydə alınmışdır.

35. Bu halları nəzərə alaraq, kollegiya belə nəticəyə gəlir ki, iddiaçının hazırkı tələbi üzrə cavabdeh inzibati orqandan sərhədlərin cizgi üzrə uyğunlaşdırılmasını və çıxarış verilməsini tələb etməsi hüquqi baxımdan mümkün deyil. Belə ki, iddiaçının tələbinin icrası üçün ilkin və zəruri şərt JN-255 saylı, kod 90100038 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının — yəni üçüncü şəxsin mülkiyyət hüququnun hüquqi qüvvədən salınması və ya mübahisələndirilməsi olmalıdır. Hansı ki, iddiaçı tərəfindən də həmin sənədlər mübahisələndirilmiş, iddia tələbi mümkün sayılmamışdır. Odur ki, üçüncü şəxsin hüquqmüəyyənedici sənədləri qüvvədə olduğu müddətdə iddiaçının JN-293 saylı dövlət aktına əsasən çıxarış və plan-ölçü sənədlərinin həmin ərazi üzrə verilməsi tələbinə də baxıla bilməz.

36. Məhkəmə kollegiyası qeyd edir ki, bu səbəbdən iddiaçı əvvəlcə 3-cü şəxs Turabin Xəlilov və ailə üzvlərinin mülkiyyətinə verilmiş JN-255 saylı, kod 90100038 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının və həmin dövlət aktı əsasında verilmiş hüquqların mübahisələndirilməsi barədə iddiası təmin olunaraq, yalnız bu aktın hüquqi qüvvədən salınması və ya etibarsız hesab edilməsi əsasında JN-293 saylı akt üzrə tələb irəli sürülməsi hüquqi cəhətdən mümkün ola bilərdi.

37. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-35/2-319/2025 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən də görünür ki, mübahisələndirilən **********95 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyətə verilmiş 5.7532 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə X3 və digərlərinin faktiki istifadəsində (naturada) olan torpaq sahəsi eyni torpaq sahəsidir. - Mübahisələndirilən **********95 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən X3 və digərlərinin paylı mülkiyyətinə verilmiş torpaq sahəsinin döngə nöqtələri, koordinatları və sahəsi rəyə əlavə edilmiş sxemdə göstərilmişdir. Sözügedən torpaq sahəsinin təyinatı (kateqoriyası) - kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası - əkin, mülkiyyətçisi - X6 və ailə üzviləri, faktiki istifadəçisi X6 və ailə üzviləri. Başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür. - X3 və digərlərinin paylı mülkiyyətinə verilmiş və hazırda mübahisələndirilən **********95 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən torpaq sahəsi JN-255 KOD 90100038 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasında verilmişdir. DWJ əsasında verilmiş Dövlət Aktları və TEKUİS məlumatlarına əsasən sxem təqdim edilir. - Mübahisələndirilən **********95 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən, X3 və digərlərinin paylı mülkiyyətinə verilmiş torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına əsas “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016- cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında X7 X12nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na əsasən ərazidə mülkiyyətçilərin faktiki istifadəçiliynə əsasən aparılmış elektron uçot işləri nəticəsində tərtib edilmiş rəqəmsal kadastr xəritəsi olmuşdur. JN-255 KOD 90100038 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında əks olunmuş məlumatlar (torpaq sahəsinin cizgisi) və məkan göstəriciləri ilə faktiki istifadəçiliklə eynilik təşkil edir, həmçinin arasında uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) aşkar edilməmişdir. - Məlumat üçün bildiririk ki, Yevlax rayonu, Salahlı bələdiyyəsinin xəritə materialları (DWJ- torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) ilə natura arasında uyğunsuzluqlar (konfiqurasiya və faktiki istifadəçilik) olduğundan və bu cür uyğunsuzluqların aradan qaldırılması məqsədilə “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında X7 X12nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na eləcə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2016-cı il tarixli 250s nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə X7 X12nin yaradılmasının və rəqəmsal kadastr xəritələrinin tərtib edilməsinin təmin olunmasına dair Tədbirlər Planı”na uyğun olaraq Yevlax rayonu, Salahlı bələdiyyəsinin ərazisində mütəxəssislər tərəfindən naturada mülkiyyətçilərin faktiki istifadəlçiliyi təsbi edilmiş və “X7 X12”ndə mövcud olan xəritə hazırlanmışdır. İddiaçı torpaq islahatı dövründən bu günə qədər naturada iddia etdiyi və göstərdiyi, həmçinin başqa torpaq sahəsindən istifadə etməmişdirlər.

38. Məhkəmə kollegiyası qeyd edir ki, belə olan halda iddia tələbinə əsasən müvafiq AİK-in qərarı mübahisələndirilmədən qeydiyyat, onun rəsmiləşdirilməsi forması olan Çıxarış qüvvədə olduğu təqdirdə hazırki iddia mümkünlük şərtinə cavab vermir.

39. Belə ki, üçüncü şəxs X4 və onun ailə üzvlərinə JN-255, kod 90100038 saylı dövlət aktı ilə verilmiş 5,75 ha torpaq sahəsi Yevlax rayonu Aqrar İslahatı Komissiyasının 31 yanvar 1998-ci il tarixli 27 saylı qərarı ilə verilmiş, həmin qərar isə mübahisələndirilməmişdir. Lakin bu qərar əsasında verilmiş dövlət aktı və çıxaış mübahisələndirilsə də, həmin hüquqmüəyyənedici sənədlər ləğv edilməmiş, etibarsız sayılmamış, hazırda da qüvvədədirlər.

40. Həmçinin kollegiya qeyd edir ki, hazırkı iddia tələbi cavabdeh inzibati orqanın faktiki hərəkətinin mübahisələndirilməsi kimi qiymətləndirildiyi halda da iddia mümkünlük şərtinə cavab vermir. Belə ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının qərarının qəbul olunmasından uzun müddət keçməsinə baxmayaraq iddiaçı bu məsələ ilə bağlı mübahisə açmamışdır.

41. Məhkəmə kollegiyası qeyd edir ki, nəticə etibarilə, torpaq sahəsinin hüquqi statusu ilə bağlı sonuncu inzibati akt Yevlax rayonu Aqrar İslahatı Komissiyasının 31 yanvar 1998-ci il tarixli 27 saylı qərarıdır. Bu qərar sözügedən torpaq sahəsinə dair hissədə iddiaçı tərəfindən mübahisələndirilmədiyindən torpaq sahəsinin hüquqi statusu artıq həmin qərara əsasən müəyyənləşdirilməlidir. İddiaçının mübahisələndirdiyi çıxarışlardakı torpaq sahəsinin üçüncü şəxsin mülkiyyətində qeyd edilməsinə səbəb sözügedən torpaq sahəsinin Yevlax rayonu Aqrar İslahatı Komissiyasının 31 yanvar 1998-ci il tarixli 27 saylı qərarı ilə həmin şəxsə ayrılması olmuşdur. Odur ki, həmin qərar qüvvədə olduğu müddət ərzində onun əsasında tərtib edilmiş sənədlərin ləğvi ilə bağlı mübahisələrə mahiyyəti üzrə baxıla bilməz. Hansı ki, baxılmamışdır.

42. Məhkəmə kollegiyası onu da qeyd edir ki, nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.

43. İddiаçının öz hüququnun pozulduğunu bildiyi vаxt qüvvədə olаn və ümumi (publik) hüquq münаsibətlərindən əmələ gələn işlər üzrə icrааtı tənzimləyən Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin İİ yаrım bölməsinin müddəаlаrınа görə, mаrаqlı şəxs müvаfiq icrа hаkimiyyəti orqаnının və yerli özünüidаrə orqаnının, sаir orqаn və təşkilаtlаrın, onlаrın vəzifəli şəxslərinin qərаrı, hərəkəti (hərəkətsizliyi) ilə əlаqədаr mübаhisə qаldırа bilər (296.1-ci mаddə).

44. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə tənzimlənir. Həmin normanın tələbinə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur.

45. Göründüyü kimi inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirmə üçün (inzibati orqanların 1 yanvar 2011-ci ilədək hərəkəti və hərəkətsizliyinin mübahisələndirilməsi) qısaldılmış iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə məlum olan gündən hesablanması qaydasını nəzərdə tutmuşdur.

46. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.

47. Mülki Prosessual Məcəllənin qeyd olunan normaları Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi qüvvəyə mindiyi 01 yanvar 2011-ci il tarixdən qüvvədən düşmüş və ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır ki, İnzibati-Prosessual Məcəllə qüvvəyə mindiyi tarixdən öncə buraxılmış prosessual müddətləri bərpa etməmişdir.

48. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək müvаfiq icrа hаkimiyyəti orqаnının və yerli özünüidаrə orqаnının, sаir orqаn və təşkilаtlаrın, onlаrın vəzifəli şəxslərinin qərаrının, hərəkətinin (hərəkətsizliyinin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də, mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1286/2023 saylı xx.xx.2023-cü il tarixli Qərarında təsbit olunan hüquqi mövqe. Oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1149/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında yuxarıda qeyd edilmiş hüquqi mövqe öz əksini tapmışdır.)

49. Məhkəmə kollegiyası sonda qeyd edir ki, iddiaçının tələbi hərfi mənada əvvəlki tələbindən fərqli olsa da, nəticədə hüquqi marağı eyni olmuşdur. İddiaçı ona və ailə üzvlərinə məxsus dövlət aktında göstərilən cizgilər daxilində mülkiyyət hüquqlarının qeydə alınmasını tələb edir.

50. JN-293 saylı kod 90100038 “Torpağa Mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında verilmiş 3,40 ha torpaq sahəsinin dövlət aktında göstərilən cizgisi isə Yevlax rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1998-ci il tarixli 27 nömrəli qərarı ilə X6 və onun ailə üzvilərinin mülkiyyətinə JN-255 saylı kod 90100038 “Torpağa Mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında verilmiş 5.75 ha torpaq sahəsinin dövlət aktında göstərilən cizgisi ilə eynilik təşkil edir. Həmin cizgilər eynilik təşkil etdiyindən də iddiaçı həmin sənədləri mübahisələndirmişdir.

51. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq onu da qeyd edir ki, hazırkı iş üzrə iddiaçı eyni cavabdehə qarşı eyni tələblə və eyni əsasla məhkəməyə müraciət etmiş, Şəki İnzibati Məhkəməsinin müvafiq qərardadı ilə iddia mümkün sayılmamış və həmin qərardad qanuni qüvvəyə minmiş, həmçinin iddiaçının hazırkı iddia tələbinin predmeti və əsasları ilə eyni olan tələb üzrə iddianın mümkün sayılmaması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərardadında qeyd edilən iddianın mümkün sayılmamasına əsas olmuş hallar aradan qalxmamışdır.

52. Məlum olduğu kimi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir: “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1- ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub- olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6- cı bənd). İPM- in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz (15.4-cü bənd). İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir (15.5-ci bənd). Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar (15.6-cı bənd).

53. Beləliklə kollegiya hesab edir ki, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Ümumilikdə Kollegiya, iddiaçının dəlillərini iddia tələbinin təmin olunması əsası kimi qəbul etmir.

54. Beləliklə kollegiya hesab edir ki, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir.

55. Beləliklə, birinci instansiya məhkəməsi qeyd olunan işin faktiki hallarını tam araşdırmamış və nəticə etibarilə prosessual qanunvericiliyin tələblərini pozaraq inzibati iş üzrə kifayət qədər araşdırma aparmadan iddia tələbini mümkün sayaraq işə mahiyyəti üzrə baxmaqda haqlı olmamışdır.

56. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Şəki İnzibati Məhkəməsinin 29 aprel 2025-ci il tarixli 2-1(116)-1426/2025 nömrəli qərarı ləğv edilərək, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iddia tələbi mümkün sayılmamalıdır.

57. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

Qərara aldı:

İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 29 aprel 2025-ci il tarixli 2-1(116)-1426/2025 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “JN-293 KOD 90100038 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 3.40 hektar torpaq sahəsinin sərhəd nöqtələrinin koordinatlarının dövlət aktında göstərilmiş cizgiyə uyğunlaşdırılaraq İddiaçı adına çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərardaddan onun təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar