Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-468/2024 28.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və X1 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı "cavabdehin xx.xx.2024 tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdaiə Fonduna ödənilməmiş 1454.20 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 20000 manat məbləğində siyahıya alınmış, 2012-ci il istehsalı, **-DH-*** dövlət nömrə nişanlı, “Ford” markalı nəqliyyat vasitəsinin hərrac təşkilatı vasitəsilə satılması" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 29 may 2024-cü il tarixli 2-1(116)-1968/2024 nömrəli qərarından iş üzrə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 29 may 2024-cü il tarixli 2- 1(116)-1968/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsi məhkəmə kollegiyasına ərizə göndərərək, verilmiş apellyasiya şikayətinin geri qaytarılmasını və işə xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə iş Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının icraatında olan zaman xx.xx.2024-cü il tarixdə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsi məhkəmə kollegiyasına apellyasiya şikayətindən imtina etməsi barədə ərizə göndərərək apellyasiya şikayətinin verilməsinə əsas olan hallar aradan qalxdığı üçün nəzərə alınmasını, verilmiş apellyasiya şikayətinin geri qaytarılmasını və işə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibаti Prosessuаl Məcəlləsinin: - 88.1-ci mаddəsinə əsasən, şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. - 88.3-cü mаddəsinə əsasən, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. İş materiallarından görünür ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsi apellyasiya şikayətindən imtina barədə ərizəsində qeyd etmişdir ki, apellyasiya şikayətinin verilməsinə əsas olan hallar aradan qalxmışdır. Belə olan halda, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçı orqanın apellyasiya şikayətindən imtina etməsi iş üzrə digər şəxslərin hüquq və maraqlarına toxunmur. Yuxarıda göstərilənlərə əsasən iddiaçı orqanın Şəki İnzibati Məhkəməsinin 29 may 2024-cü il tarixli 2-1(116)-1968/2024 nömrəli qərarından verdiyi apellyasiya şikayətindən imtinaya dair ərizəsi qəbul edilməli, iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsinin Şəki İnzibati Məhkəməsinin 29 may 2024-cü il tarixli 2- 1(116)-1968/2024 nömrəli qərarından vеrdiyi apellyasiya şikayətindən imtinaya dаir ərizəsi qəbul еdilsin. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı "cavabdehin xx.xx.2024 tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdaiə Fonduna ödənilməmiş 1454.20 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 20000 manat məbləğində siyahıya alınmış, 2012-ci il istehsalı, **-DH-*** dövlət nömrə nişanlı, “Ford” markalı nəqliyyat vasitəsinin hərrac təşkilatı vasitəsilə satılması" tələbinə dair inzibati iş üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-468/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-468/2024
28.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver