Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-468/2025 22.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X3 (sədrlik edən və məruzəçi), Musayev Vüqar Ələkbər oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və üçüncü şəxs X7 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “üçüncü şəxslər X12, X10, X2 və X7 adına verilmiş reyestr nömrəsi **********05, qeydiyyat nömrəsi ********** olan çıxarışın ləğv edilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 20 may 2025-ci il tarixli 2-1(116)-2513/2025 nömrəli qərardadından iddiaçıların nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üçüncü şəxslər X12, X10, X2 və X7 adına verilmiş reyestr nömrəsi **********05, qeydiyyat nömrəsi ********** olan çıxarışın ləğv edilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmənin xx.xx.2025-cü il tarixli 2-1(116)-2513/2025 nömrəli qərardadı ilə X12, X10, X2 və X13 hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1 və İddiaçı2 Qəbələ rayonu, Vəndam qəsəbəsində torpaq alaraq fərdi yaşayış evi inşa etmişdir. Həmin torpaq sahəsi torpaq sahəsinin mülkiyyətçiləri X12, X10, X2 və X13 tərəfindən bölgü planı təsdiq edilərək bir neçə şəxsə satılmışdır. Həmçinin bölgü planlarına imza edilərkən 0.0350 ha torpaq sahəsi həmin mülkiyyətçilərə yol yeri kimi göstərilmişdir. Həmin ünvanda yerləşən torpaq sahəsi naturada da yol yeri kimi istifadə olunur. Bu hal Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən həmin yerdə texniki pasportun verilməsi üçün apardıqları çöl ölçmə işlərində də öz əksini tapmışdır. X12 yol yeri kimi alıcıların mülkiyyətinə verdiyi hissəyə görə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək çıxarış verilməsini xahiş etmişdir. Bundan sonra Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi həmin torpaq sahəsi ilə bağlı heç bir araşdırma aparmadan, yəni torpaq sahəsinin naturada nə kimi istifadə olunmasını ümumiyyətlə həmin torpaq sahəsinin X8 faktiki istifadəsində olub-olmamasını araşdırmadan xx.xx.2020-ci il tarixdə reyestr nömrəsi **********05, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında çıxarış verilmişdir. Çıxarışı əldə etdikdən sonra X12 həmin torpaq sahəsinə texniki pasportun verilməsi ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmiş və 18 mart 2024-cü il tarixdə 3-21-3-42/2-1568/2024 saylı imtina almışdır. - X12, X10, X2 və X7 mülkiyyət hüquqları onların mülkiyyət əldə etdikləri mülkiyyət hüquqlarını məhdudlaşdırır. Belə ki, artıq onlara məxsus fərdi yaşayış evi anklava çevrilir. Bununla əlaqədar tərəfimizdən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə xx.xx.2025-ci il tarixdə X12, X10, X2 və X7 adına verilmiş çıxarışın ləğv edilməsi ilə bağlı müraciət olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin 14 mart 2025-ci il tarixli 3-21-3-42/2-H-00xx-xx/2025 saylı məktubu ilə imtina verilmişdir. İmtina səbəbi kimi çıxarışın ləğv edilməsi Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmaması göstərilmiş və mübahisənin məhkəməyə aid olduğu bildirilmişdir.
4. Cavabdeh orqan tərəfindən təqdim edilmiş iddia tələbinə etirazda qeyd edilmişdir ki, Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 0.035 ha torpaq sahəsinə dair hazırlanmış xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsi 9 saylı Qəbələ Ərazi İdarəsinin səlahiyyətləri daxilində olmadığından müraciətin icrası tərəfimizdən mümkün olmamışdır. Bildirilir ki, xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli Çıxarışı hüquqmüəyyənedici sənədlər əsasında verilmişdir. "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi”-nin 9 saylı Qəbələ Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. - Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər və ya qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslarla yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. - Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci məddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. "Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
5. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 20 may 2025-ci il tarixli 2- 1(116)-2513/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
6. İddiaçıların nümayəndəsi və vəkili Vəkil həmin qərardaddan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 20 may 2025-ci il tarixli 2-1(116)-2513/2025 nömrəli qərardadının ləğv edilməsi və işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayəti iddia ərizəsi ilə eynilik təşkil edərək əlavə olaraq onunla əsaslandırılmışdır ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(116)- 2513/2025 saylı qərardadını qanunsuz, əsassız və ədalətsiz hesab edir. Məhkəmə işin hallarını obyektiv araşdırılmadan ərizəsini mümkün saymamışdır. Məhkəmə məsələyə formal yanaşaraq hüquqlarının bərpasına əsassız maneələr yaratmışdır.
Tərəflərin izahatları
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahat verərək göstərdi ki, mübahisəli torpaq sahəsi bölgü planında yol yeri olaraq göstərildiyindən həmin torpaq sahəsi üzərində üçüncü şəxsin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamalı idi. Hazırda üçüncü şəxs tərəfindən həmin torpaq sahəsində tikinti işlərinin aparılması iddiaçıların mülkiyyətlərində olan torpaq sahələrinə gedişgəlişinə maneə yaradır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsi qərarının ləğv edilərək işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasına dair qərardad qəbul edilməsini xahiş etdi.
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X13 izahat verərək göstərdi ki, iddiaçılar onlara məxsus torpaq sahəsində ev tikməyə başlayanadək onlara mübahisəli torpaq sahəsinin özünün mülkiyyətində olmasını bildirmiş və gediş-gəliş yolunun istiqamətini nəzərə almaqla tikinti işlərini aparmasını tövsiyə etmişdir. Lakin, onun tövsiyəsi nəzərə alınmamışdır və hazırda digər ərazidən gediş-gəliş yollarını təmin etmək imkanları yoxdur. Həmin torpaq sahəsi onun mülkiyyətidir və Şəhadətnamə ilə mülkiyyətlərində olan torpaq sahəsinin bir hissəsidir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
10. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi və digər üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası da onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllə: Maddə 11.2. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 51.1. İddiaçı inzibati icraat zamanı müəyyən faktların nəzərə alınması və ya alınmaması nəticəsində hüquqlarının pozulduğunu bildirdiyi hallarda, sədrlik edən hakim həmin faktların məhkəməyə təqdim olunması və ya bu barədə məlumat verilməsi üçün iddiaçıya müddət təyin edə bilər. Maddə 51.2. Sədrlik edən hakim proses iştirakçısından müəyyən hadisələrə dair faktlar barədə məlumat verməyi və ya sübutetmə vasitələrini göstərməyi, onun sərəncamında olan sübutları təqdim etməyi tələb edə bilər. Hakim tərəfindən bu məqsədlə müvafiq müddət təyin oluna bilər. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
12. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının:
Apellyasiya şikayətinin mümkünlüyü
13. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı əsassız olaraq mümkün hesab etməmişdir. Bu aşağıdakı mülahizələrdən irəli gəlir.
15. Belə ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq qərardadı ümumiyyətlə əsaslandırmamış, ancaq maddi hüquq normalarına istinad etmiş, iddia tələbinin mümkün sayılmamasının əsaslarını qeyd etməmişdir.
16. Halbuki, İPM-nin 80.1-ci maddəsinə əsasən bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır.
17. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, inzibati iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadının ləğvini şərtləndirən aşağıdakı halların qeyd olunmasını zəruri sayır.
19. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur.
20. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır.
21. Kollegiya bildirir ki, obyektiv araşdırma prinsipi iddianın mümkünlüyünün və əsaslılığının yoxlanılması zamanı tətbiq olunmalıdır. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq.
22. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.
23. Məhkəmə kollegiyası qeyd edir ki, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
24. İş materiallarından görünür ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üçüncü şəxslər X12, X10, X2 və X7 adına verilmiş reyestr nömrəsi **********05, qeydiyyat nömrəsi ********** olan çıxarışın ləğv edilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
25. Birinci instansiya məhkəməsi isə hər hansı əsaslandırma aparmadan iddianı mümkün hesab etməmişdir.
26. İş materiallarından görünür ki, JN-162B nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən, Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli 19 saylı qərarı ilə Qəbələ rayonu Vəndam kəndində yerləşən 1,07 ha torpaq sahəsi X11 (4 nəfər ailə üzvü ilə birlikdə) ümumibirgə mülkiyyətinə verilmişdir. JN-162B nömrəli Şəhadətnamədə qeyd olunan 1,07 ha torpaq sahəsinin digər şəxslərə satılmasından sonra yerdə qalan 0,56 ha hissədən 0,12 ha torpaq sahəsi mülkiyyətçilər tərəfindən bölgü planına əsasən X1 və sonuncunun mülkiyyət hüququ xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla dövlət qeydiyyatına alınmışdır. xx.xx.2023-cü il tarixdə Müasir Bayramov 0,0365 ha torpaq sahəsinin 0,01825 ha hissəsini İddiaçı1 satmışdır. ********** qeydiyyat nömrəli çıxarışla Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,0365 ha torpaq sahəsi üzərində İddiaçı1 və İddiaçı2 hər birinin % hissə olmaqla paylı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa edildikdən sonra 87,9 kv.m fərdi yaşayış evi və 0,0365 ha torpaq sahəsi üzərində İddiaçı1 və İddiaçı2 hər birinin % hissə olmaqla paylı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və xx.xx.2024-cü il tarixli, ********** nömrəli çıxarışa rəsmiləşdirilmişdir. Cavabdeh orqan JN-162B nömrəli Şəhadətnamədə qeyd olunan 1,07 ha torpaq sahəsinin digər şəxslərə satılmasından sonra yerdə qalan 0,0365 ha torpaq sahəsi kimi mübahisəli torpaq sahəsi üzərində X13 və digərlərinin paylı mülkiyyət hüququnu dövlət qeydiyyatına almış və xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirmişdir.
27. Göründüyü kimi, tərəflər məhkəmə iclasında verdikləri izahatlarında mübahisələndirilən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdakı 0,035 ha torpaq sahəsinin JN-162B nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə qeyd edilmiş 1,07 ha torpaq sahəsinin müxtəlif şəxslərə satılmasından sonra qalan bir hissəsi olduğunu bildirmişlər. İddiaçılar da, sözügedən torpaq sahəsinin bölgü planında yol yeri kimi saxlanılmasına istinad edərək həmin çıxarışın ləğvini tələb edirlər.
28. İş materialları ilə müəyyən edilir ki, JN-162B nömrəli Şəhadətnamədə qeyd olunan 1,07 ha torpaq sahəsi həm ilkin mülkiyyətçilər, həm də onların satdığı fiziki şəxslər tərəfindən xx.xx.2006, xx.xx.2014, xx.xx.2015, xx.xx.2016, xx.xx.2021, xx.xx.2023, xx.xx.2017, xx.xx.2019, xx.xx.2019 və xx.xx.2019-cu il tarixli alqı-satqı müqavilələri ilə satılaraq özgəninkiləşdirilmişdir.
29. Hazırda mübahisələndirilən çıxarışdakı torpaq sahəsinin həqiqətən 1,07 ha torpaq sahəsinin satılıb qalan bir hissəsinin olub-olmaması mütəxəssis rəyi əldə edilməklə yoxlanılmamışdır. Tərəflərin həmin torpaq sahəsini Şəhadətnamədəki torpaq sahəsinin bir hissəsi hesab etmələrinə baxmayaraq, bu hal ayrıca yoxlanılmalıdır. Belə ki, məhkəmə praktikasından bəllidir ki, torpaq islahatı zamanı verilən bir çox sənədlərdə göstərilən ölçülər naturaya uyğun deyil və bir çox hallarda sənəd üzrə göstərilən ölçü naturada mövcud olan ölçülərdən artıq olur. Bu halda cavabdeh orqanın müvafiq çıxarışı tərtib edərkən Şəhadətnamədəki ölçünü tamamlamaq məqsədilə naturada mövcud olmayan və Şəhadətnaməyə aidiyyəti olmayan torpaq sahəsi hesabına (yol yerini əlavə etməklə) müvafiq çıxarışı tərtib edib-etməməsi yoxlanılmalıdır.
30. Müvafiq çıxarışdakı torpaq sahəsinin JN-162B nömrəli Şəhadətnamədə qeyd edilmiş torpaq sahəsinin bir hissəsi olduğu müəyyən edildikdə, iddiaçıların sözügedən Şəhadətnaməni mübahisələndirməsinə ehtiyac yoxdur. İddiaçılar hazırda gediş-gəliş yolu kimi istifadə etdikləri torpaq sahəsinin Şəhadətnamənin ərazi hüdudlarında olduğunu qəbul edirlər. Lakin onlar bölgü planına əsasən həmin torpaq sahəsinin yol yeri kimi göstərilməsini əsas gətirərək, Şəhadətnamə əsasında verilmiş müvafiq çıxarışın düzgün olmadığını iddia edirlər. Belə olan halda qiymət verilməli olan məsələ cavabdeh orqanın hüquqların təkrar dövlət qeydiyyatını apararkən qanunvericiliyin tələblərinə əməl edibetməməsinin yoxlanılmasından ibarət olacaqdır. Bu isə əsas iddia tələbinə mahiyyəti üzrə baxılaraq müvafiq qərarın qəbul edilməsini zəruri edir.
31. “Daşınmaz əmlakın Dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış “Daşınmaz əmlakın Dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd olunan qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs DƏDRX qarşısında qanuni tələbini irəli sürərək müvafiq düzəlişin edilməsinə nail ola bilər. Bu vəzifənin icrası isə DƏDRX tərəfindən həyata keçirilən passiv funksiyanı ifadə edən göstəricidir. Daşınmaz əmlakın alqı-satqısı və Dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli yalnız qaldırılmış iddia tələbinin hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. “Daşınmaz əmlakın Dövlət reyestri haqqında“ Qanunun 2.1 və 12-ci maddələrinin, habelə MM-in 140-cı maddəsinin tələblərinə görə daşınmaz əmlakın reyestrdə qeydiyyatı mülkiyyətçinin həmin əmlaka mülkiyyət hüququ prezumpsiyasını yaradır. Belə ki, müvafiq inzibati orqan mülki-hüquqi münasibəti, yəni mülki-hüquqi hərəkətin nəticəsini təsdiq edir. Bu isə DƏDRX-də qeydiyyata alınan daşınmaz əmlakın mülkiyyətçisinin mülkiyyət hüququ prezumpsiyasına yaradır. DƏDRX-in ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır.
33. Beləliklə, hazırkı mübahisəyə münasibətdə apellyasiya şikayəti əsaslı olduğundan, təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar baxılması və sonrakı prosessual hərəkətlərin davam etdirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
34. İşə baxacaq birinci instansiya məhkəməsi hazırkı mübahisəyə münasibətdə işin hallarını bu qərarın əsaslandırma hissəsində qeyd edilən xüsusatlar baxımından tam və hərtərəfli araşdırmalı və yalnız bundan sonra araşdırmanın nəticələrinə qiymət verməlidir. Bu, məhkəmə tərəfindən düzgün və əsaslı qərarın qəbulu üçün xüsusi əhəmiyyət daşıyır.
35. Beləliklə, məhkəmə kollegiyаsı bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi yuxаrıdа sаdаlаnаn hаllаrı аrаşdırmаdаn iddiаnı mümkün saymamaqda düzgün nəticəyə gəlməmişdir. Оnа görə də, Аzərbаycаn Respublikаsı İnzibаti Prоsessuаl Məcəlləsinin 87.6-cı mаddəsinə əsаsən, şikаyət təmin edilməli və birinci instаnsiyа məhkəməsinin qərаrdаdı ləğv edilərək işin baxılması üçün Şəki İnzibаti Məhkəməsinə göndərilməsi bаrədə qərаrdаd qəbul edilməlidir.
36. Yuxarıda göstərilənlərə və İPM-in 87-ci maddəsinə əsasən məhkəmə kollegiyası
qərara aldı:
İddiaçıların nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 20 may 2025-ci il tarixli 2-1(116)-2513/2025 nömrəli qərardadı ləğv edilsin. İnzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.