Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-47/2021 03.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Hüseynov Mirbahəddin Mirdamət oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abbasov Gündüz Qasım oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə mübahisələri üzrə mərkəzi filialının hüquqşünası X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Yevlax rayon şöbəsinə qarşı “xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-102/2020 nömrəli qərararından iş üzrə cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Yevlax rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа baxaraq, müəyyən etdi: Şəki İnzibаti Məhkəməsinin (hаkim İ.H.Cabbarov) xx xxxxxx 2020-ci il tarixli, 2- 1(116)-102/2020 nömrəli qərаrı ilə iddia təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Yevlax rayon şöbəsinin üzərinə İddiaçı müharibə veteranları üçün nəzərdə tutulmuş və xx.xx.2016-cı il tarixindən xx.xx.2019-cu il tarixədək ödənilməmiş müavinətin birdəfəyə ödənilməsi öhdəliyi qoyulmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Yevlax rayon şöbəsi həmin qərardan аpеllyаsiyа şikаyəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxx 2020-ci il tarixli, 2(107)- 144/2020 nömrəli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Yevlax rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-102/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi və vəkili Vəkil Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxx 2020-ci il tarixli, 2(107)- 144/2020 nömrəli qərarından kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(102)-1682/2020 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxx 2020-ci il tarixli, 2(107)-144/2020 nömrəli qərarı ləğv edilmiş və iş təkrar apellyasiya baxışına qaytarılmışdır. İşin hаllаrı: İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1998-ci il tarixədək Goranboy RPŞ-də xidmət etməklə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü üğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Müharibə veteranıdır. İlkin olaraq 018846 saylı müharibə veteranı vəsiqəsini 2003-cü ildə almışdır. O, müharibə veteranı statusu aldığı gündən 2019-cu ilin aprel ayınadək heç bir müavinət almamışdır. Aprel ayından hal-hazıradək təkrar aldığı vəsiqədən sonra 4 ay, hər ayda 80 manat olmaqla müəyyən olunmuş müavinəti (Prezident təqaüdünü) almışdır. O, almadığı dövrün pulunu tələb etsə də, DSMF-nin Yevlax rayon şöbəsi ona çatacaq müavinəti bu günə kimi ödəməmişdir. İddiaçı təkrar olaraq 032660 saylı müharibə veteranı vəsiqəsini almışdır. Cavabdeh orqan qanunla ona veriləcək müavinəti vəsiqəni xx.xx.2019-cu ildə alması ilə əlaqədar verə bilmədiyini bildirmişdir. Vəsiqənin üzərində də qeyd edildiyi kimi, o, həmin vəsiqəni təkrar olaraq almalı olmuşdur. İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bununla razılaşmayan cavabdehin mövqeyinə görə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli **********1 nömrəli məktubda bildirilmişdir ki, ona xx.xx.2019-ci il tarixdə 032660 nömrəli müharibə veteranı vəsiqəsi verilmişdir. ”Veteranlar haqqında” AR Qanununun 7-ci maddəsinə əsasən veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi verildiyi tarixdən həyata keçirilir. Ona görə də iddiaçıya müavinət qanunauyğun ödənilmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İş üzrə yuxаrıdа göstərilən məhkəmə qərаrları çıxаrılmışdır. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-102/2020 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Yevlax rayon şöbəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyаsiyа şikаyətinin və proses iştirakçılarının dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qeyri-qanuni və əsassızdır. Belə ki, müavinəti almaq hüququ müharibə veteranı vəsiqəsinin verildiyi tarixdən hesablanmalıdır və iş materiallarından göründüyü kimi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli 032660 nömrəli “Müharibə veteranı” vəsiqəsi verilmişdir. Ona görə də, Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-102/2020 nömrəli qərarının ləğv edilməsi və İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Yevlax rayon şöbəsinə qarşı “xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il il tarixədək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” iddiasının rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş edirlər. Apellyasiya məhkəməsinin iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməsini, iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-102/2020 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)- 102/2020 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Yevlax rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-102/2020 nömrəli qərarı ləğv edilməli və iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Hüquqi məsələlər: Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 82-ci mаddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsi mübаhisə ilə bаğlı işə şikаyət həddində və hüquqi məsələlər, hаbelə sübutlаr və fаktlаr (fаktiki hаllаr) əsаsındа mаhiyyəti üzrə tаm həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci mаddəsinin tələblərinə əsаsən yeni təqdim olunmuş sübutlаrı (sübutetmə vаsitələrini) və fаktlаrı (fаktiki hаllаrı) dа nəzərə аlır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia mümkün və əsaslı iddiadır. Belə ki, iddiaçının müraciəti əsasında cavabdeh ona veteranlığa görə müavinətin verilməsi barədə qərar qəbul etməkdən imtina etmişdir. Bununla razılaşmayan iddiaçı isə ona veteranlığa görə müavinətin verilməsinə cavabdeh tərəfindən öhdəliyin məhkəmə qaydasında icrası (cavabdehin üzərinə həmin öhdəliyin qoyulması) yolu ilə nail olmaq istəmişdir. Ona görə də hazırkı iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. Cavabdeh orqan iddiaçının müraciətinə imtinasını belə əsaslandırmışdır ki, iddiaçıya xx.xx.2019-ci il tarixdə 032660 nömrəli “Müharibə veteranı” vəsiqəsi verilmişdir. ”Veteranlar haqqında” AR Qanununun 7-ci maddəsinə əsasən veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi verildiyi tarixdən həyata keçirilir. Ona görə də iddiaçıya müavinət qanunauyğun ödənilmişdir. Birinci instansiya məhkəməsi isə cavabdeh orqanın imtina dəlili ilə razılaşmamasını belə əsaslandırmışdır ki, iddiaçıya “Müharibə veteranı” vəsiqəsi xx.xx.2019-cu il tarixdə verilsə də, onun müharibə veteranı olması faktı həmin müddətdən əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə müəyyən edilmişdir. Belə ki, Azərbaycanın Dağlıq Qarabağ vilayətinin və daha 7 rayonun erməni işğalçılarından azad edilməsi uğrunda aparılan döyüş əməliyyatları ilə bağlı 1994-cü il may ayından tərəflər arasında atəşkəs razılaşmasının əldə edilməsi hamıya bəlli olan haldır. İddiaçı da məhz həmin tarixədək olan döyüşlərdə iştirakına görə müharibə veteranı adı və vəsiqəsi almışdır. Bu halda iddiaçının yuxarıda istinad edilmiş qanunvericiliyin müddəalarına əsasən, cavabdehə müraciət etdiyi tarixdən əvvəlki üç il üçün müavinətin hesablanıb ödənilməsi hüququ yaranmış olur. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, artıq formalaşmış məhkəmə təcrübəsində də analoji mübahisələr üzrə aparılmış bu qiymətləndirməyə uyğun olaraq nəticə əldə edilir. Göründüyü kimi, qanunverici orqan müəyyən etmişdir ki, sosial müavinət, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq “Sosial müavinətlər haqqında” Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Odur ki, iddiaçıya xx.xx.2016-cı il tarixdən xx.xx.2019-ci il tarixədək olan dövr üçün müavinət ödənilməlidir. Cavabdehin kassasiya şikayəti əsasında hazırkı inzibati işə baxan Ali Məhkəmənin İnzibati Kollegiyası xx xxxxxxxx 2020-ci il tarixli qərarında qeyd etmişdir ki, iddiaçının 1994-cü ildə müharibə iştirakçısı olması faktı mübahisə predmetini təşkil etmir. Hazırkı mübahisənin həlli üçün əhəmiyyət kəsb edən fakt iddiaçı tərəfindən müharibə veteranı vəsiqəsinin alınması tarixidir. Belə ki, iddiaçı xx.xx.2019-cu il tarixinədək veteran vəsiqəsi aldığı təqdirdə ona “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinin müddəaları tətbiq oluna bilər. Bunun üçün apelyasiya instansiyası məhkəməsi işə əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi X6 tərəfindən verilmiş arayışın (iş vərəqi 35) əsasını təşkil edən sənədləri həmin inzibati orqandan tələb etməklə işə əlavə etməli idi. Göründüyü kimi, əvvəlki apellyasiya baxışında məhkəmə kollegiyası bu halı araşdırmamış, sözügedən sənədləri tələb etməyərək iddiaçıya ilk dəfə müharibə veteranı vəsiqəsinin nə vaxt verilməsini müəyyən etməmiş, iş üçün mühüm əhəmiyyət kəsb edən faktiki halları araşdırmayaraq İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmənin İnzibati Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qərarının göstərişinə uyğun olaraq işə yenidən baxan apellyasiya kollegiyası tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi X5 sorğu verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi X4 xx xxxxxx 2020-ci il tarixli, 024-4475-1220 nömrəli məktubunda qeyd olunmuşdur ki, İddiaçı DİN-də fəaliyyət göstərən müvafiq komissiyanın xx.xx.1998-ci il tarixli, 15 nömrəli protokoluna əsasən verilmiş “Müharibə veteranı” vəsiqəsinin nömrəsi, verilmə tarixi və qaydası barədə heç bir qeydiyyat aparılmadığından sorğuda qeyd edilən məlumatların təqdim olunması mümkün deyildir. DİN-in Şəxsi X4 məktubundan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, İddiaçı DİN-də fəaliyyət göstərən müvafiq komissiyanın xx.xx.1998-ci il tarixli, 15 nömrəli protokolqərarına əsasən “Müharibə veteranı” adı verilsə də, lakin ona müvafiq vəsiqənin verilibverilməməsi barədə məlumat yoxdur. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı qəbul edildikdən sonra müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, onun aylıq məbləği 80 manat müəyyən olunmuş, eləcə də Fərmanın xx.xx.2019-cu il tarixdən tətbiq edilməsi təsbit edilmişdir. Göründüyü kimi, artıq xx.xx.2019-cu il tarixdən etibarən müharibə veteranları üçün müavinət yox, təqaüd ödənilir və xx.xx.2019-cu il tarixindən sonra veteran vəsiqəsini almış şəxslərə yalnız təqaüd ödənilir. Beləliklə, xx.xx.2019-cu il tarixindən qüvvəyə minmiş qanunvericilikdəki yeni tənzimləmələrə görə müharibə veteranlarına əvvəllər verilən sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, bununla da, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Odur ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki üç il üçün ödəmələrin aparılması yolverilməzdir. Hazırkı iş üzrə iddiaçı xx.xx.2019-cu il tarixədək DSMF-nun ərazi şöbəsinə müharibə veteranları üçün nəzərdə tutulmuş aylıq müavinəti almaqdan ötrü veteran vəsiqəsini təqdim etməklə müraciət etməmiş, həmin tarixdən isə sözügedən müavinət ləğv edilərək Prezident təqaüdü ilə əvəz olunmuş, xx.xx.2019-cu il tarixindən sonra bu növ müavinətin verilməsinin və ya əvvəlki dövr üçün hesablanıb ödənilməsinin hüquqi əsası aradan qalxmışdır. İddiaçı xx.xx.2019-ci il tarixdə 032660 nömrəli “Müharibə veteranı” vəsiqəsini alıb DSMF-nun ərazi şöbəsinə təqdim etdikdən sonra ona xx.xx.2019-cu il tarixdən hesablanmaqla Prezidentinin təqaüdünün ödənilməsinə başlanılmışdır. İddiaçıya daha əvvəllər “Müharibə veteranı” vəsiqəsinin verilməsini təsdiq edən sübutların əldə edilməsi mümkün olmamışdır. “Veteranlar haqqında" Qanuna əsasən isə veteran vəsiqəsi veteranlıq statusunu təsdiq edən sənəddir. Bu müddəadan göründüyü kimi, veteran vəsiqəsinin olmaması veteranlıq statusunun da olmamasını ehtiva edir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçı xx.xx.2016cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan 3 illik müddətə müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin hesablanaraq birdəfəlik ödənilməsini tələb etməkdə haqlı olmamışdır. Birinci instansiya məhkəməsi isə həmin tələbi təmin etməklə qanunsuz və əsassız qənaətə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Yevlax rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-102/2020 nömrəli qərarı ləğv edilməli və iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 87, 89, 90, 94-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Yevlax rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-102/2020 nömrəli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Yevlax rayon şöbəsinə qarşı “xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” iddiası təmin edilməsin. Qərаrdаn surəti rəsmi qaydada çatdırıldıqdan sonra 1 аy müddətində Şəki Apellyаsiyа Məhkəməsi vаsitəsilə Azərbаycаn Respublikаsı Ali Məhkəməsinə kassasiya şikаyəti verilə bilər. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov
Məhkəmə qərarları › İş №2-1(107)-47/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-47/2021
03.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver