Məhkəmə qərarları › İş №2-1(107)-47/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-47/2023

27.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-47/2023 27.09.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Ağsu Bələdiyyəsinə qarşı “cavabdehin xx.xx.2017-ci il tarixli 16 saylı və xx.xx.2018-ci il tarixli 23 saylı qərarlarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2-1(116)-56/2022 nömrəli qərarından iş üzrə cavabdeh Ağsu Bələdiyyəsi və üçüncü şəxs X8 tərəfindən apellyasiya şikayətlərinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Ağsu bələdiyyəsinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin xx.xx.2017-ci il tarixli 16 saylı və xx.xx.2018-ci il tarixli 23 saylı qərarlarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. İddia ərizəsinin əsaslarına görə, “Torpaq islahatı haqqında” 16 iyul 1996-cı il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq Ağsu Rayon Aqrar İslahat Komissiyasının 02 yanvar 2004-cü il tarixli 01 saylı qərarı ilə Ağsu şəhərində fərdi yaşayış evi tikintisi üçün iddiaçının mülkiyyətinə 0,05 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair iddiaçının adına Ağsu rayon sabiq Torpaq şöbəsi tərəfindən JN-312A kod-40901004 olan Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə, torpaq sahəsinin cizgisi (planı) və qaiməsi (sertifikatı) tərtib edilərək 394 nömrə ilə qeydə alınmışdır. İddiaçının mülkiyyətinə verilmiş 0,05 ha ölçüdə torpaq sahəsi torpaq ayırıb təhkim etməyə səlahiyyəti olan şəxslər tərəfindən ölçülərək ona verilmişdir. İddiaçı torpaq sahəsini əldə etsə də, maddi imkansızlığa görə tikinti işləri apara bilməmiş, gözləmişdir ki, imkanı olanda tikinti işlərinə başlasın. 2019-cu ilin əvvəllərində iddiaçı qardaşı ilə birlikdə torpaq sahəsinə gedib oranı təmizləyərək tikinti işləri aparılması üçün yararlı hala salmış, ətrafını məftil tor ilə çəpərə almışdır. Həmin vaxtdan təxminən bir neçə gün sonra torpaq sahəsinə gəldikdə çəkdiyi çəpərin sökülməsini və torpaq sahəsinə mişar daşı töküldüyünü görmüşdür. İddiaçı öyrənmişdir ki, torpaq sahəsində tikinti işləri aparmaq istəyən şəxs Nazzar Rəfiyevadır. İddiaçı həmin qadına daş gətirib tökdüyü və tikinti işləri aparmaq istədiyi sahənin ona məxsus olduğunu bildirdikdə qadın torpağı Ağsu rayon Dövlət Notariat Ofisində daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə əldə etdiyini bildirmişdir. İddiaçı torpaq sahəsinin iddiaçının xəbəri olmadan Ağsu bələdiyyəsi tərəfindən qanunsuz olaraq satıldığını öyrənmiş və ona məlum olmuşdur ki, Ağsu bələdiyyəsi ilə Nazzar Rəfiyeva arasında 01 aprel 2019-cu il tarixdə 4ə-162 nömrəli reyestr üzrə Daşınmaz Əmlakın Alqı-satqısına dair AN-İN-0749640 olan müqavilə rəsmiləşdirilmişdir.

3. Beləliklə, tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-730/2021 nömrəli qərardadı ilə X8 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur.

5. Cavabdeh Ağsu bələdiyyəsi tərəfindən iddia tələbinə dair rəsmi münasibət (etiraz) bildirməmişdir.

6. Üçüncü şəxs X8 tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) bildirilməmişdir.

7. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-56/2022 nömrəli qərardadı ilə X5 inzibati məhkəmə icraatında üçüncü şəxs qismində cəlb edilməsi zəruri cəlbetməyə dəyişdirilmişdir.

8. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı və iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişlər.

9. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi alqı-satqı zamanı torpaq sahəsi ilə bağlı mübahisənin olmasından məlumatlı olduğunu, iddiaçının mübahisəli torpaq sahəsinin ona məxsus olması barədə məlumat verdiyini, lakin bələdiyyə qərarları artıq qəbul edildiyindən alqı-satqını həyata keçirdiyini bildirmiş, iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

10. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən üçüncü şəxs iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

11. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 29 sentyabr 2022-ci il tarixli 2-1(116)-56/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

12. Cavabdeh Ağsu Bələdiyyəsi və üçüncü şəxs X8 həmin qərardan apellyasiya şikayəti vermişlər.

13. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsi iş üzrə inzibаti məhkəmə icrааtınа üçüncü şəxs qismində cəlb edilmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

14. Üçüncü şəxs X8 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia ərizəsində qeyd olunanlar tam əsassızdır və birinci instansiya məhkəməsi tərəfindən də işin halları obyektiv, hərtərəfli araşdırılmadan iddianın təmin olunması barədə qərar qəbul edilmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2-1(116)-56/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Cavabdeh Ağsu bələdiyyəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qeyd olunan qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv olunaraq, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2-1(116)-56/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətlərinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2-1(116)- 56/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

17. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 29 sentyabr 2022ci il tarixli 2-1(116)-56/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X8, onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2-1(116)-56/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.

19. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən üçüncü şəxs DƏDKR PHŞnin 14 sayli Şamaxı Ərazi İdarəsinin nümayəndəsi X6 qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir.

20. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********21 nömrəli məktubuna əlavə olunmuş: 3125A kod 40901004 nömrəli Şəhadətnamədən görünür ki, Ağsu rayon AİK-nın xx.xx.2004-cü il tarixli 01 saylı qərarı ilə 0,05 ha həyətyanı torpaq sahəsi İddiaçı verilmişdir. Ağsu RİH Memarlıq və tikinti şöbəsinin Ağsu bələdiyyəsinə ünvanladığı xx.xx.2018-ci il tarixli 152 nömrəli məktubundan görünür ki, 0,05 ha həyətyanı torpaq sahəsinin ayrılmasına Şöbə etiraz etməmişdir. xx.xx.2018-ci il tarixli ********** nömrəli çıxarışdan görünür ki, Ağsu şəhəri Z.Bünyadov küçəsi İV paralel, 13 ünvanında yerləşən 0,0498 ha torpaq sahəsi Ağsu bələdiyyəsinin mülkiyyətində olmuşdur. xx.xx.2019-cu il tarixli ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, ünvan 3 ünvanında yerləşən 0,0498 ha torpaq sahəsini İddiaçı satmışdır. xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Ağsu şəhəri Z.Bünyadov küçəsi İV paralel, 13 ünvanında yerləşən 0,0498 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan: Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli 29 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçının ləğvini tələb etdiyi qərarlar və onlara aid sənədlərdən torpaq sahəsinə dair Ağsu bələdiyyəsində heç bir sənəd mövcud deyil. Ağsu rayon Dövlət Arxivi xx.xx.2021-ci il tarixli 38 nömrəli məktubunda bildirmişdir ki, Ağsu bələdiyyəsi tərəfindən məhkəmənin sorğusunda qeyd edilən heç bir sənəd Dövlət Arxivinə təhvil verilməmişdir. DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********99 nömrəli məktubunda qeyd olunur ki, Ağsu bələdiyyəsinin adına qeydiyyata alınmış xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********17 reyestr nömrəli çıxarışa əlavə edilən A№ 232780 saylı plan və ölçü sənədində göstərilən 0,0498 ha torpaq sahəsinin koordinatları ilə İddiaçı adına qeydiyyata alınmış xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********93 reyestr nömrəli çıxarışa əlavə edilən A№ 386742 saylı plan və ölçü sənədində göstərilən 0,0498 ha torpaq sahəsinin koordinatları eynilik təşkil edir və eyni torpaq sahəsinə aid olduğu müəyyən edildi. Belə ki, xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********17 reyestr nömrəli çıxarış sənədi ilə Ağsu bələdiyyəsinin mülkiyyətində olan 0,0498 ha torpaq sahəsi Ağsu rayonu notariat ofisində 2 may 2019-cu il tarixli 4Ə-3 qeydiyyat nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı satılmışdır. Həmin alqı-satqı müqaviləsi İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli 62 nömrəli məktubuna əlavə olunmuş xx.xx.2017ci il tarixli iclas protokolunun 16 saylı qərarından çıxarışdan görünür ki, həmin qərarla Ağsu rayon Ağsu bələdiyyəsinin mülkiyyətində olan 0,05 ha torpaq sahəsinin məqsədli təyinatı ərazinin yerquruluşu - təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına ərazinin planlaşdırılması və tikintisi tikinti layihələrinə uyğun olduğundan və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə isdifadəsinə və ya icarəsinə verilmədiyindən, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zolağında yerləşmədiyindən həmin torpaq sahəsinin kənd təsərrüfatı məqsədi ilə icarəyə verilməsi hüququnun qeydiyyata alınma proseduruna başlanılması qərara alınmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli 62 nömrəli məktubuna əlavə olunmuş xx.xx.2018ci il tarixli 23 saylı iclas protokolunun qərarından çıxarışdan görünür ki, həmin qərarla Ağsu bələdiyyəsinin ehtiyat fonduna aid yaşayış məntəqəsi torpaqlarından olan Ağsu şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən keçmiş limonad sexinin qərb tərəfi ünvandan 0,0468 hektar torpaq sahəsinin həyətyanı məqsədi ilə mülkiyyətə verilməsi üçün müsabiqənin keçirilməsi barədə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma prosedurunun başa çatdırıldığı nəzərə alınmış, Ağsu şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən keçmiş limonad sexinin qərb tərəfi ünvandan 0,0468 hektar torpaq sahəsinin 5 ildən artıq Ağsu bələdiyyəsinin ərazisində yaşayan X7 645,84 manata fərdi yaşayış evinin tikintisi məqsədilə satılması qərara alınmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli 62 nömrəli məktubuna əlavə olunmuş xx.xx.2019cu il tarixli ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, ünvan 6 ünvanında yerləşən 0,0468 ha torpaq sahəsini X2. Satılan daşınmaz əmlak aşağıdakı hüquqmüəyyənedici sənədə əsasən satıcıya məxsusdur: ƏMDK DƏDRX-nin 14 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə Ağsu bələdiyyəsinə verilmiş **********35 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış. RX seriyalı ******* nömrəli xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, 0,0468 ha torpaq sahəsi X5 xüsusi mülkiyyətindədir. İddiaçı torpaq sahəsinin satılacağı barədə məlumat tutduqdan sonra cavabdehə etmiş olduğu yazılı müraciətin surətini xx.xx.2022-ci il tarixli ərizə ilə məhkəməyə təqdim etmişdir. Təqdim edilmiş ərizənin surətinə əsasən müəyyən olunur ki, ərizə Ağsu bələdiyyəsi tərəfindən xx.xx.2019-cu il tarixdə qəbul edilmişdir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli **********67 nömərli məktubunda qeyd olunmuşdur ki, arxivdə aparılmış araşdırma nəticəsində subyektlərin siyahısında X5 adı aşkar edilməmişdir. Məktuba əlavə olunmuş subyektlər siyahısının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı qanuni istifadəsində 0,05 ha həyətyanı torpaq sahəsi vardır. Xəritədə nömrəsi 3125 olaraq göstərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********18 nömrəli məktubunda qeyd edilmişdir ki, Ağsu şəhəri ərazisində torpaq islahatı zamanı torpaq almaq hüququ olan subyektlərin siyahısında 3125 nömrənin qarşısında mülkiyyətçinin adı naməlum sözü ilə qeyd olunmuşdur. Ləğv edilmiş DTXK tərəfindən təqdim olunmuş arxiv sənədlərində JN- 3125A nömrəli şəhadətnamə İddiaçı adına işlənib, bu barədə qeydiyyat kitabında qeyd var. Lakin sözügedən şəhadətnamə elektron xəritə bazasında öz əksini tapmamışdır. Naturada yerləşən torpaq sahəsinin üzərində Ağsu bələdiyyəsinin mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəli ərizə əsasında qeydiyyata alınmış və sonradan İddiaçı satılmışdır. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə mütəxəssis rəyi verilməsi qərara alınmış, mütəxəssis rəyinin verilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinin mütəxəssislərinə həvalə edilmişdir. DƏDKR PHŞ-nin 14 sayli Şamaxı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyi ilə müəyyən edildi ki, JN-3125A kod 40901004 nömrəli Şəhadətnaməyə əsasən Ağsu rayon AİK-nın xx.xx.2004-cü il tarixli 01 saylı qərarı ilə İddiaçı verilmiş torpaq sahəsinin plan və ölçü sənədində göstərilmiş 0.05 ha həyətyanı torpaq sahəsinə aid elektron məlumat bazasında heç bir məlumat aşkar olunmadığından Ağsu bələdiyyəsi tərəfindən X4 0.0468 ha həyətyanı torpaq sahəsinin üst-üstə düşüb düşməməsini müəyyən etmək mümkün olmadı. Lakin İddiaçı naturada iddia etdiyi torpaq sahəsi X5 xüsusi mülkiyyətində olan 0.0468 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşür.

TƏTBİQ EDİLƏN HÜQUQ

21. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. Maddə 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

22. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2-ci bəndinə əsasən, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4-cü bəndinə əsasən, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 4.2-ci bəndinə əsasən, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bəndinə əsasən, iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən, bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3-cü bəndinə əsasən həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4-cü bəndinə əsasən İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

23. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Apellyasiya şikayətləri vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayətləri mümkündür və qismən əsaslıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2-1(116)-56/2022 nömrəli qərarı ləğv edilərək, iddia tələbi mümkün sayılmamalıdır.

25. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyət zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.

26. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mümkünlüyü məsələsini və mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamışdır.

27. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququnu təsdiq edən və hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması üçün əsas olan JN-3215A nömrəli Şəhadətnamə olduğu halda, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2017-ci il tarixli iclasın qərarı ilə mübahisəli torpaq sahəsi üzərində icarəyə verilmə hüququnun qeydə alınması prosedurlarına başlanmış, xx.xx.2021-ci tarixli iclasın qərarı ilə isə torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədilə satılması qərara alınmışdır. Cavabdehin mübahisəli qərarları hüquqa zidd olmaqla yanaşı iddiaçının mülkiyyət hüququnu pozmaqdadır.

28. Lakin məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı, eyni zamanda tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatlarla müəyyən edildi ki, Ağsu bələdiyyəsinin xx.xx.2017-ci il tarixli qərarı ilə 0.05 ha torpaq sahəsinin bələdiyyənın mülkiyyətinə verilməsi qərara alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il tarixli çıxarışla ünvan 7 ünvanında yerləşən 0.0468 ha torpaq sahəsi üzərində Ağsu bələdiyyəsinin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. xx.xx.2019-cu il tarixli ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, ünvan 7 ünvanında yerləşən 0.0468 ha torpaq sahəsi Ağsu bələdiyyəsi tərəfindən X1. xx.xx.2019-cu il tarixli ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla ünvan 7 ünvanında yerləşən 0.0468 ha torpaq sahəsi üzərində X5 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır.

29. Göründüyü kimi, mübahisəli torpaq sahəsinin Ağsu bələdiyyəsi tərəfindən X3 ilə bağlı olan 08 noyabr 2018-ci il tarixli qərarı xx.xx.2018-ci il tarixli ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında verildiyindən, həmin çıxarış iddiaçı tərəfindən mübahisələndirilmədiyindən və hazırda da qüvvədə olduğundan, bələdiyyənin xx.xx.2017-ci il tarixli 16 saylı və xx.xx.2018-ci il tarixli 23 saylı qərarlarının ləğv edilməsi ilə bağlı hazırkı iddia tələbi mümkün sayılmamalıdır.

30. Belə olan halda məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozaraq iddianın mümkünlük şərtlərini yoxlamadan, Ağsu bələdiyyəsinin mübahisəli torpaq sahəsinin satılmasına dair xx.xx.2018-ci il tarixli qərarının ləğv edilməsi ilə bağlı nəticəyə gəlsə də həmin qərarın verilməsinə əsas olmuş xx.xx.2018-ci il tarixli ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın hazırda qüvvədə olmasını nəzərə almadan nəticə etibarilə İPM-in 12-ci, 13-cü və 48-ci maddələrinin tələblərini pozaraq inzibati iş üzrə kifayət qədər araşdırma aparmadan qərar qəbul etməkdə haqlı olmamışdır.

31. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.

32. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisəli torpaq sahəsi üzərində Ağsu bələdiyyəsinin mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə xx.xx.2018-ci il tarixli ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış iddiaçı tərəfindən mübahisələndirilmədiyindən və hazırda da qüvvədə olduğundan apellyasiya şikayətləri qismən təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2-1(116)- 56/2022 nömrəli qərarı ləğv edilməli, iddia tələbi mümkün sayılmamalıdır.

33. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ:

Cavabdeh Ağsu bələdiyyəsi və üçüncü şəxs X8 tərəfindən verilmiş аpellyаsiyа şikаyətləri qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2-1(116)-56/2022 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Ağsu Bələdiyyəsinə qarşı “cavabdehin xx.xx.2017-ci il tarixli 16 saylı və xx.xx.2018-ci il tarixli 23 saylı qərarlarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar