Məhkəmə qərarları › İş №2-1(107)-471/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-471/2025

09.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-471/2025 09.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Musayev Vüqar Ələkbər oğlu və X5 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “Göyçay rayonunun Şəkili kəndində yerləşən, istifadədə olan, elektron uçotu aparılarkən iddiaçının adına qeydə alınmış 4.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə X3 mülkiyyət hüququnun qeydə alınmasına dair ********** qeydiyyat nömrəli, **********3 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 14 may 2025-ci il tarixli 2-1(116)-936/2025 nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Göyçay rayonunun Şəkili kəndində yerləşən, istifasində olan, elektron uçotu aparılarkən iddiaçının adına qeydə alınmış 4.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə X3 mülkiyyət hüququnun qeydə alınmasına dair ********** qeydiyyat nömrəli, **********3 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-2999/2024 nömrəli qərardadı ilə X7 hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir.

3. İddia ərizəsinə əsasən, Göyçay rayonu Aqrar İslahat Komissiyasının 14 may 1999- cu il tarixli 50 nömrəli qərarı ilə iddiaçıya və ailə üzvlərinə 0,55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir, (torpağın mülkiyyətə verilməsinə dair JN-271 saylı dövlət aktı(kod ********) Lakin onun və ailəsinin istifadəsində 4.50 ha torpaq sahəsi var və bütün vergiləri tərəfindən ödənilir.

4. Halbuki ailələri 6 nəfərdən ibarətdir və Göyçay rayonu Q.Qasımov adına kolxozun yerli aqrar islahat komissiyasının 10 may 1999-cu il tarixli iclas protokolu ilə müəyyən edilmişdir ki, kolxozun 1115 hektar torpaq sahəsi var və həmin torpaq sahəsi 1578 nəfər subyekt arasında bölünməlidir.

5. Göyçay rayonunun Şəkili kəndində yaşayan mərhum X12 tək yaşadığı halda onun mülkiyyətinə 4,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Yəni islahat zamanı onun 6 nəfərdən ibarət ailəsinə verilmiş həmin torpaq sahəsinin mülkiyyət sənədi səhvən tək yaşayan mərhum X6 adına çap edilmişdir.Bu hal Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon Şöbəsinin 11 iyul 2011-ci il tarixli 29 saylı məktubu və arxiv arayışları ilə təsdiq edilir.

6. Belə ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon Şöbəsinin 11 iyul 2011-ci i! tarixli 29 saylı məktubunda keçmiş Q Qasımov adına təsərrüfat üzrə hər adam başına orta torpaq normasının fiziki ölçüdə 0,70 ha təşkil etdiyi, bizə naturada 4,26 ha pay torpağının ayrıldığı, 2000-ci ildə sənədləşmə aparılan zaman istifadənizə verilmiş 4.26 ha pay torpağının sənədinin texniki səhv nəticəsində qonşu mülkiyyətçi X12 ilə dəyişik çap edilməsi, Gözəl Məmmədovanın təsərrüfatda tək olması, həyətində 0,10 ha zəbt torpaq sahəsi nəzərə alınmaqla ona ‘Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq naturada 0,55 ha pay torpağının ayrılmasına baxmayaraq texniki səhv nəticəsində JN-266 saylı dövlət aktı ilə 4,50 ha pay torpağının ayrılması, halbuki G.Məmmədovamn naturada istifadəsində orta norma daxilində 0,55 ha torpaq sahəsinin olduğu göstərilir.

7. X13 filialının 26 iyul 2022-ci il tarixli 271 saylı arayışından görünür ki, islahat zamanı onun ailəsi 6 nəfərdən ibarət olmuşdur. Dövlət X2 ölümündən sonra mərhumun adına olan torpağa mülkiyyət huququna dair JN-266 saylı dövlət aktında göstərilən 4,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2021-ci il tarixdə X3 mülkiyyəti kımı qeydiyyata alınmışdır.

8. Birinci instansiya məhkəməsi əlavə olaraq qeyd edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “Göyçay rayonunun Şəkili kəndində yerləşən, istifadəsində olan, elektron uçotu aparılarkən adına qeydə alınmış 4,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası Şəki İnzibati Məhkəməsinin 2-1(116)-961/2023 saylı,xx.xx.2023-cü il tarixli Qərarına əsasən təmin edilməmişdir. İddiaçı həmin qərardan apellyasiya və kassasiya şikayəti vermiş, sözügedən qərar dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

9. Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş ‘'Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na uyğun olaraq istifadəsində olan 4,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ölçülmüş və faktiki sərhdlərinin koordinatları müəyyən edilmişdir. Lakin ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatların sistemləşdirilib elektron kadastr məlumat bazasına daxil edilməsi işləri başa çatmadığı üçün daşınmaz əmlakın dövlət reyestrində düzəlişlərin edilməsi və həmin düzəlişlərə uyğun yeni sənədin verilməsi işi ləngidiyi üçün hələki 1997-ci ildən bu vaxta kimi onun istifadəsində və sahibliyində olan 4,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə mülkiyyət hüququmu qeydə aldıra bilməmişdir.

10. Dəfələrlə cavabdehə müraciət etsə də 4,50 hektar torpaq sahəsinə mülkiyyət huququnun qeydə alınmasından imtina etmiş, imtinasını arxiv məlumatlarında həmin torpaq sahəsinin mülkiyyətimizdə olmasına dair heç bir məlumatın olmaması Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasıya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalarına əsasən torpaq münasibətlərinin tənzimlənməsində uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra öz həllini tapacağı ilə əsaslandırmış, məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir.

11. Cavabdeh məhkəməyə təqdim etdiyi etiraz məktubunda qeyd etmişdir ki, aparılmış araşdırma zamanı məlum olmuşdur ki, Göyçay rayonunun Şəkili kəndində yerləşən 4.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2021-ci il tarixli, 2V-406 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə əsasında X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və hazırda onun mülkiyyətindədir.

12. Göründüyü kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə uyğun olaraq aparılmışdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir.

13. Üçüncü şəxsin vəkili (nümayəndəsi) iddia tələbinə münasibətində bildirmişdir ki, iddiaçının özünün iddia ərizəsinə əlavə etdiyi mülkiyyət hüququnu təsdiq edən JN-271 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktından da göründüyü kimi Göyçay RAİKnin xx.xx.1999-cu il tarixli, 50 saylı qərarı ilə iddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə 0.55 ha torpaq sahəsi verilmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçının X3 mülkiyyət hüququnun qeydiyyatının ləğvini tələb etməsinə baxmayaraq, əslində RAİK-nın qərarını mübahisələndirir.

14. Bildirirəm ki, RAİK- nın qərarının mübahisələndirilməsi üçün iddia müddəti ötürülmüş, həmçinin, iddiaçının və ailə üzvlərinin mülkiyyətində 0.55 ha torpaq sahəsinin olmasına baxmayaraq, X3 4.5 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatının ləğvini tələb etməsi iddianın mümkünlük şərtinə cavab verməməsini təsdiq edir. Əlavə olaraq bildirirəm ki, Göyçay RAİK-nin xx.xx.1999-cu il tarixli, 50 saylı qərarı ilə X6 mülkiyyətinə 4.5 ha torpaq sahəsi verilmiş və onun adına JN-266 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir. X6 vəfatından sonra miras kütləsinə daxil olan həmin 4.5 ha torpaq sahəsini X7 miras kimi qəbul etmiş və onun adına xx.xx.2020-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X3 xx.xx.2020-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reysetrində qeydiyyata alınaraq, adına **********63 reyestr nömrəli çıxarış verilmişdir.

15. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddianın mümkün sayılmaması barədə qərardad çıxarılmasını xahiş etdi.

16. Birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxsin vəkili (nümayəndəsi) iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.

17. Məhkəmə iclasında cavabdeh etiraza uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

18. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 14 may 2025-ci il tarixli 2- 1(116)-936/2025 nömrəli qərardadı ilə iddia ərizəsi mümkün sayılmamışdır.

19. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

20. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, əlavə olaraq bildirmişdir ki, mübahisələndirdiyi dövlət reyestrindən çıxarışın torpağa mülkiyyət hüququna dair JN-266 nömrəli Dövlət Aktına əsasən 4,50 ha torpaq sahəsinin mülkiyyətçisi mərhum X6 vərəsəsi olan X3 adına verilməsini əsas tutan məhkəmə dövlət aktının Göyçay rayonu Aqrar islahat Komissiyasının 14 may 1999-cu il tarixli 50 nömrəli qərarı ilə verildiyini göstərərək mübahisələndirilən qeydiyyatın aparılmasına əsas JN-266 nömrəli Dövlət Aktı olduğundan hazırkı mərhələdə sözügedən Dövlət Aktı ləğv edilmədən onun əsasında aparılmış qeydiyyatın mübahisələndirilməsi ilə bağlı tələbə mahiyyəti üzrə baxıla bilinmədiyini qeyd etmişdir. Halbuki iddiaçının mübahisələndirdiyi qeydiyyat əvvəlki hüququn təkrar qeydiyyatı kimi qiymətləndirilməlidi. Belə ki, qeydiyyatın aparılmasına əsas olmuş JN-266 nömrəli Dövlət Aktı ilə onun mübahisələndirdiyi çıxarışda torpaq sahəsinin ölçüsü və koordinatları ilə bağlı əsaslı fərq yoxdur. Bundan başqa birinci instansiya məhkəməsi dövlət aktını mübahisələndiriləcəyi halda onun Göyçay rayonu Aqrar islahat Komissiyasının 14 may 1999-cu il tarixli 50 nömrəli qərarı əsasında verilib-verilməməsi yoxlanılmaqla həmin dövlət aktının mübahisələndirilməsi imkanlarına hüquqi qiymət veriləcəyini göstərməklə onun AİK qərarını mübahisələndirilməli olmağını dolayısı yolla diqqətinə çatdırır. Sonuncu halda isə belə iddiaların məhkəmələr tərəfindən iddia müddətinin ötməsi ilə bağlı təmin edilmədiyi hər kəsə məlumdur. Beləliklə, hazırkı qərardadla iddiaçının məhkəməyə əlçatanlığım tükənir. Birinci instansiya məhkəməsi mübahisələndirilən çıxarışla bağlı qeydiyyatın ləğvinə nail olmaq üçün ilk növbədə həmin qeydiyyatın aparılmasına əsas olmuş JN-266 nömrəli Dövlət Aktının mübahisələndirilməli olduğunu, qaldırılmış məsələ müsbət həllini tapdıqdan sonra hazırkı tələblə cavabdeh orqana, müraciəti təmin edilmədikdə isə analoji qaydada məhkəməyə müraciət etməli olduğumu göstərir. Əslində məhkəmə ona yardım etmək üçün heç bir hərəkət etməyərək iddianı mümkün saymamaqla işini bitmiş hesab etmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələblərinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Ona görə də hesab edir ki, Şəki İnzibati Məhkəməsinin 14 may 2025-ci il tarixli, 2-1(116)-936/2025 saylı qərardadı əsassız və qanunsuz olduğundan ləğv edilməli və iddia ərizəsinə mahiyyəti üzrə baxılmalıdır.

21. Üçüncü şəxsin vəkili Vəkil apellyasiya şikayətinə etirazı onunla əsaslandırmışdır ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(116)-936/2025 saylı qərardadından iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Həmin apellyasiya şikayətini əsassız hesab edirəm. Belə ki, Göyçay RAİK-nin xx.xx.1999-cu il tarixli, 50 saylı qərarı ilə X6 mülkiyyətinə 4.5 ha torpaq sahəsi verilmiş və onun adına JN-266 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir. X6 vəfatından sonra miras kütləsinə daxil olan həmin 4.5 ha torpaq sahəsini X7 miras kimi qəbul etmiş və onun adına xx.xx.2020-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X3 xx.xx.2020-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reysetrində qeydiyyata alınaraq, adına **********63 reyestr nömrəli çıxarış verilmişdir. İlkin sənədlər qüvvədə olduğu halda sonuncu sənədin mübahisələndirilməsi barədə iddia tələbi açıq-aşkar mümkünsüz tələbdir. Apellyasiya şikayətində hakimin yardım etmək vəzifəsini icra etməməsinə münasibətdə bildirirəm ki, hakim şəxsə izah etməyə çalışsa da, iddiaçı israrla tələbində qaldı, həmçinin iddia ərizəsini və apellyasiya şikayətini prosessual normalara istinad etməklə tərtib edən iddiaçının prosessual baxımdan iddianın mümkünlüyünü bilməməsi ağılabatan deyil. Hesab etsək ki, hakim hüquqi yardım edib, iddia tələbini dəqiqləşdirməyi izah etməyib. İddiaçının şikayət verdiyi qərardadda iddiaçının nə edə biləcəyini qeyd edib, ancaq iddiaçı yenə də, əvvəlki tələbində israr edir. X3 adına verilmiş çıxarışın ləğvini tələb edir, ancaq islahatın qərarını mübahisələndirir. Odur ki, yuxarıda qeyd etdiyi halları nəzərə alaraq, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin qərardadının qüvvədə saxlanılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 14 may 2025-ci il tarixli, 2-1(116)-936/2025 saylı qərardadı ləğv edilərək iddia tələbi təmin edilməldir.

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilməməsini xahiş etdi.

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X7 və onun vəkili Vəkil apellyasiya şikayətinə etirazla eyni məzmunda ifadə verərək apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

25. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.

1. cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir.

2. JN-271və JN-266 nömrəli Dövlət Aktları;

3. Cavabdehin xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixli məktubları;

4. xx.xx.2020-ci il tarixli Qanun üzrə X11 Şəhadətnamə;

5. ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarış.

TƏTBİQ EDİLƏN HÜQUQ

26. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 46.3. İddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

27. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının: 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 4.2-ci bəndinə əsasən hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bəndinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə görə bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3-cü bəndinə əsasən həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

28. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

30. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.

31. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1)

32. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” qərarına əsasən, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin, başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

33. İş materiallarından görünür ki, iddiaçının hüquqi marağı Göyçay rayonunun Şəkili kəndində yerləşən, 4.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində X3 mülkiyyət hüququnun qeydə alınmasına dair ********** qeydiyyat nömrəli, **********3 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsinə nail olmaqdan ibarətdir.

34. İddiaçı, sözügedən torpaq sahəsinin ona və ailə üzvlərinə Göyçay rayonu Aqrar İslahat Komissiyasının 14 may 1999-cu il tarixli 50 nömrəli qərarı ilə ayrıldığını, lakin onun və ailəsinin istifadəsində 4.50 ha torpaq sahəsi olduğunu və bu torpağa görə bütün vergiləri ödədiyini qeyd edir. Onun qənaətinə görə islahat zamanı onun 6 nəfərdən ibarət ailəsinə verilmiş həmin torpaq sahəsinin mülkiyyət sənədi səhvən tək yaşayan X6 adına çap edilmişdir. X12 vəfat edəndən sonra isə bu torpaq sahəsi üzərində mülkiyyət hüququ “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə əsasında onun oğlu X1.

35. Cavabdeh orqanın imtinası da məhz Göyçay rayonunun Şəkili kəndində yerləşən 4.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin xx.xx.2021-ci il tarixli, 2V-406 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə əsasında X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və hazırda onun mülkiyyətində olması ilə bağlıdır.

36. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN-266 nömrəli Dövlət Aktınan görünür ki, 4,50 ha torpaq sahəsi Göyçay rayonu Aqrar İslahat Komissiyasının 14 may 1999-cu il tarixli 50 nömrəli qərarı ilə X9 ayrılmışdır.

37. xx.xx.2021-ci il tarixli, 2V-406 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədən görünür ki, X7 xx.xx.2000-ci il tarixində vəfat etmiş X6 vərəsəsidir.

38. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır.

39. Odur ki, mübahisələndirilən qeydiyyatın aparılmasına əsas JN-266 nömrəli Dövlət Aktı olduğundan hazırkı mərhələdə sözügedən Dövlət Aktı ləğv edilmədən onun əsasında aparılmış qeydiyyatın mübahisələndirilməsi ilə bağlı tələbə mahiyyəti üzrə baxıla bilməz.

40. Qeydiyyatın aparılmasına əsas olmuş JN-266 nömrəli Dövlət Aktı mübahisələndiriləcəyi halda onun Göyçay rayonu Aqrar İslahat Komissiyasının 14 may 1999-cu il tarixli 50 nömrəli qərarı əsasında verilib-verilməməsi yoxlanılmaqla həmin dövlət aktının mübahisələndirilməsi imkanlarına hüquqi qiymət veriləcəkdir.

41. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən çıxarışla bağlı qeydiyyatın ləğvinə nail olmaq üçün ilk növbədə həmin qeydiyyatın aparılmasına əsas olmuş JN-266 nömrəli Dövlət Aktı mübahisələndirilməli, qaldırılmış məsələ müsbət həllini tapdıqdan sonra iddiaçı hazırkı tələblə cavabdeh orqana, müraciəti təmin edilmədikdə isə analoji qaydada məhkəməyə müraciət etməlidir.

42. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4№-li qərarının 17-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir.

43. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər.

44. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi məhkəmə iclasında iddiaçıya izah edilərək onun dinlənilmə hüququ təmin edilmişdir.

45. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.

46. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 14 may 2025-ci il tarixli 2-1(116)- 936/2025 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 14 may 2025-ci il tarixli 2-1(116)-936/2025 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar