Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-474/2024 27.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X3 (sədrlik edən, məruzəçi), X12 və X7 ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli 2-1(116)-1966/2023 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “60 yaşı tamam olduğuna görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2021-ci il tarixindən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişlərinin hesablanaraq ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia tələbini dəqiqləşdirərək, “xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı güzəşti şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan iddiaçının ümumi iş stajının 25 ildən az olmasını bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də, hazırkı inzibati mübahisə yaranmışdır. İddiaçı tələb hüququnu - əmək kitabçasına əsasən 23 il 8 ay 2 gün iş stajının olması, xx.xx.1983-cü ildən xx.xx.2001-ci il tarixədək olan dövrdə 18 il 20 gün olmaqla işlədiyi peşənin güzəştli sahəyə aid olması (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 320 №-li siyahı üzrə 2140000a-18455 kodu), 2012- 2015-ci il tarixləri arasında fərdi sahibkarlıqla məşğul olması və müvafiq vergi və sığorta ödənişlərini ödəməsi, xx.xx.1978-xx.xx.1979-cu il tarixləri arasında Azərbaycan SSR Vartaşen rayonu 143 №-li Kənd texniki peşə məktəbində təhsil alması və xx.xx.1979xx.xx.1981-ci il tarixləri arasında hərbi xidmətdə olması ilə əsaslandırmışdır.
5. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iş materiallarına əsasən, İddiaçı cavabdeh Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına xx.xx.2023-cü il tarixdə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin iddiaçının təqdim etdiyi sənədlər araşdırılaraq güzəştli iş stajının olmaması səbəbi ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyini sənədlərə əsasən iddiaçının ümumi iş stajı 25 ildən azdır. Belə ki, İddiaçı xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 21 il 07 ay 05 gündür:
1. xx.xx.1979-xx.xx.1981-ci il;
2. xx.xx.1981-xx.xx.1982-ci il;
3. xx.xx.1982-xx.xx.1983-cü il;
4. xx.xx.1983-xx.xx.2001-ci il. - İddiaçı xx.xx.2006-cı il tarixdən sonra fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən sosial sığorta stajı 01 il 05 ay təşkil edir. Göründüyü kimi, İddiaçı ümumi iş stajı ümumilikdə 23 il 05 gün təşkil edir. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 20632,82 manat təşkil edir. Yuxarıda göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur.
6. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı, xx.xx.1961-ci il tarixdə doğulmuşdur. - Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsinin 612 nömrəli attestatından və İlk Peşə-İxtisas Təhsili Müəssisəsi Oğuz Peşə Məktəbinin xx.xx.2022-ci il tarixli 57 nömrəli arayışından görünür ki, iddiaçı xx.xx.1978-ci il tarixdə Oğuz (Vartaşen) rayonu 143 nömrəli peşə məktəbinin traktorçu maşinist ixtisasına daxil olmuş, xx.xx.1979-cu il tarixində həmin ixtisası bitirmişdir. - НЗ ******* nömrəli hərbi biletindən görünür ki, iddiaçı xx.xx.1979 - xx.xx.1981-ci il tarixlərdə müddətli həqiqi hərbi xidmət keçmişdir. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, vətəndaş İddiaçı 60 yaşının tamamlandığı xx.xx.2021-ci il tarixinə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı, xx.xx.2006-cı il tarixinədək olan əmək stajına uyğun 16457,41 manat, həmin tarixdən sonrakı dövr üçün isə 520,02 manat olmaqla, cəmi 16977,43 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığorta olunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bununla əlaqədar olaraq İddiaçı 1 yanvar 2006-cı il tarixinədək olan 21 il 7 ay 5 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 16457,41 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində 520,02 manat pensiya kapitalı qeydə alınmışdır. Bundan başqa hazırda adıçəkilən şəxsin əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə əsasən 40800,00 manat təşkil edir. Eyni zamanda adıçəkilən şəxsin ümumi iş stajı 23 il 5 gün (xx.xx.2006-cı il tarixinədək 21 il 7 ay 5 gün əmək stajı (xx.xx.1979xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1983-cü il və xx.xx.1983xx.xx.2001-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 1 il 5 ay sığorta stajı (2012-ci il üzrə 1 ay, 2013-cü il üzrə 12 ay, 2014-cü il üzrə 1 ay, 2015-ci il üzrə isə 3 ay) təşkil edir. -ИT-İ ******* №-li əmək kitabçasından görünür ki, iddiaçının əmək fəaliyyəti müddəti aşağıdakı kimi olmuşdur: xx.xx.1981-xx.xx.1982, xx.xx.1982-xx.xx.1983, xx.xx.1983-xx.xx.2001. - 2012-ci il tarixli fərdi şəxsi hesab vərəqəsindən görünür ki, gəlir məbləği 95 manat, hesablanmış məbləğ 23,75 manat, ödənilmiş məbləğ 46,75 manat qeyd olunmuşdur. Yanvar, Fevral, Mart, Aprel, May, İyun, İyul, Avqust, Sentyabr, Avqust, Sentyabr, Oktyabr və Noyabr ayı üçün gəlir məbləği 8 manat, hesablanmış məbləğ 2 manatdır. Dekabr ayı üçün isə gəlir məbləği 7 manat, hesablanmış məbləğ 1,75 manatdır. - 2013-cü il tarixli fərdi şəxsi hesab vərəqəsindən görünür ki, gəlir məbləği 260 manat, hesablanmış məbləğ 65 manat, ödənilmiş məbləğ 205,25 manat qeyd olunmuşdur. Yanvar, Fevral, Mart, Aprel, May, İyun, İyul, Avqust, Sentyabr, Avqust, Sentyabr və Oktyabr ayı üçün gəlir məbləği 20 manat, hesablanmış məbləğ 5 manatdır. Noyabr və Dekabr ayları üçün isə gəlir məbləği 30 manat, hesablanmış məbləğ 7,5 manatdır. - 2014-cü il tarixli fərdi şəxsi hesab vərəqəsindən görünür ki, ödənilmiş məbləğ 52,50 manat qeyd olunmuşdur. - 2015-ci il tarixli fərdi şəxsi hesab vərəqəsindən görünür ki, gəlir məbləği 250 manat, hesablanmış məbləğ 62,5 manat, ödənilmiş məbləğ 115 manat qeyd olunmuşdur. Yanvar ayı üçün gəlir məbləği 90 manat, hesablanmış məbləğ 22,5 manat, Fevral və Mart ayları üçün isə gəlir məbləği 80 manat, hesablanmış məbləğ 20 manatdır. - Sığortaolunanın hesabından görünür ki, 2012-ci il (yanvar) və 2015-ci il (dekabr) illəri üzrə iddiaçının 2012-ci il üzrə 1 ay, 2013-cü il üzrə 12 ay, 2014-cü il üzrə 1 ay, 2015-ci il üzrə isə 3 ay sığorta stajı cavabdeh orqan tərəfindən qəbul edilmişdir. Cəmi gəlir 605 manat, cəmi hesablanmış məbləğ 151,25 manat, cəmi ödənilmiş məbləğ 419,5 manat, pensiya kapitalı 631,94 manat müəyyən edilmişdir.
7. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 16 oktyabr 2023-cü il tarixli 2- 1(116)-1966/2023 nömrəli qərarı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilərək ödənilməsindən ibarətdir. Müəyyən edilir ki, iddiaçı xx.xx.1961-ci ildə doğulub və “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddinə çatıb. İddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Belə ki, cavabdeh orqanın verdiyi məlumatlar əsasında müəyyən edilir ki, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 20632,82 manat təşkil edir. Odur ki, iddiaçının ən azı 25 il ümumi sosial sığorta stajı olmalıdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçının peşə təhsili aldığı (7 ay, 13 gün), hərbi xidmətdə olduğu (2 il, 1 ay, 7 gün) və əmək kitabçasına əsasən işlədiyi (19 il, 5 ay, 28 gün) müddətin cəmi – 22 il, 2 ay, 18 günə bərabərdir. Bundan başqa iş materialları ilə müəyyən edilir ki, iddiaçı 2012-2015-ci illərdə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və 2012-2013-cü illər üzrə 2 il, 2014-cü il üzrə 1 ay, 2015-ci il üzrə isə 3 ay məcburi dövlət sosial sığorta haqlarını ödəmişdir. Həmin müddətlərin cəmi – 2 il 4 aya bərabərdir. Cavabdeh orqan yuxarıda qeyd edilən müddətlərə münasibətdə 2012-ci il üzrə iddiaçının sosial sığorta stajını yalnız 1 ay üçün - (dekabr ayı) qəbul etdiyini bildirmiş, bunu 46,75 manat pul vəsaitinin məhz dekabr ayında ödənilməsi ilə əsaslandırmışdır. Lakin, nəzərə alınmalıdır ki, sözügedən məbləğ 12 ay üzrə hesablanmış ümumi 95 manat gəlir məbləğinə uyğun olaraq müəyyən edilmiş 23,75 manat pul məbləğinə münasibətdə ödənmişdir. Odur ki, məhkəmə ödənmiş 46,75 manat pul vəsaitinin məhz dekabr ayına yox, bütövlükdə 2012-ci ilə aid olması qənaətindədir. 2015-ci ilə münasibətdə isə iddiaçının yanvar-mart aylarında əldə etdiyi 250 manat gəlirə uyğun olaraq hesablanmış 62.50 manat məcburi dövlət sosial sığorta haqqına münasibətdə 115 manat pul məbləği ödənilsə də, iddiaçının həmin il üzrə mart ayından sonra gəliri və hesablanmış məcburi dövlət sosial sığorta haqqı müəyyən edilmədiyindən, növbəti ayların sosial sığorta stajına daxil edilməsi mümkün deyildir. Belə ki, ƏPHQ-nun 21.1-ci maddəsinin tələbinə görə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin məcburi dövlət sosial sığorta haqları ödənilməklə fəaliyyət göstərdiyi müddətlərin sığorta stajına daxil edilməsi nəzərdə tutulmuşdur. İddiaçının isə 2015-ci il üzrə yalnız 3 ay ərzində məcburi dövlət sosial sığorta haqları ödənilməklə fəaliyyət göstərdiyi iş materialları ilə müəyyən edilir. Belə olan halda iddiaçının xx.xx.2006-cı il tarixədək müəyyən edilmiş ümumi sosial sığorta stajı ilə (22 il, 2 ay, 18 gün), onun 2012- 2015-ci illər üzrə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müddətdə yaranmış sosial sığorta stajını (2 il, 4 ay) topladıqda ümumi sosial sığorta stajı cəmi, 24 il, 6 ay, 18 günə bərabər olur ki, bu da tələb olunan 25 ildən azdır. İddiaçının ümumi iş stajı tələb olunan 25 ildən az olduğundan hər bir halda iddia tələbi uğursuzdur. Buna görə də iddiaçının əlavə olaraq xüsusi iş stajının yoxlanılması zərurəti yoxdur. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.
9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli 2-1(116)-1966/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya instansiya məhkəməsindəki birinci icraat Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 yanvar 2024-cü il tarixli, 2- 1(107)-60/2024 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli 2-1(116)-1966/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 yanvar 2024-cü il tarixli, 2-1(107)-60/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir.
12. Kassasiya instansiya məhkəməsindəki icraat Azərbaycan Respublikası Ali Məhkəməsini 07 iyun 2024-cü il tarixli, 2-1(102)- 1537/2024 nömrəli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 yanvar 2024-cü il tarixli, 21(107)-60/2024 nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılması, şikayətin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
Apellyasiya şikayətinin dəlilləri
13. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı "xx.xx.2022ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı olaraq o, tələb hüququnu müvafiq əmək kitabçasına əsasən 23 il 8 ay 2 gün iş stajının olması, xx.xx.1983-cü ildən xx.xx.2001-ci il tarixinədək olan dövrdə 18 il 20 gün olmaqla işlədiyi peşənin güzəştli sahəyə aid olması (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 320 №-li siyahı üzrə 21400008-18455 kodu), 2012-2015-ci il tarixləri arasında fərdi sahibkarlıqla məşğul olmağı və müvafiq vergi və sığorta ödənişlərini ödəməyi, xx.xx.1978-xx.xx.1979-cu il tarixləri arasında Azərbaycan SSR Vartaşen rayonu 143 №-li Kənd texniki peşə məktəbində təhsil almağı və xx.xx.1979-xx.xx.1981-ci il tarixləri arasında hərbi xidmətdə olmağı ilə əsaslandırır. Məhz burada vurğulanmalı olan məqam odur ki, birinci instansiya məhkəməsində işə baxılan zaman 2014-cü il tarixində onun tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqlarına uyğun gələn zaman zərfi, yanlış olaraq, sadəcə 1 ay kimi nəzərə alınıb, bunun əsas səbəbi isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının həmin tarix üzrə müvafiq sığorta ödənişlərinin müddətini, ödənişlər bərabər həcmdə bölüşdürülərək 12 ay olaraq hesab edilməlidir, doğru olaraq hesablamaq öhdəliyini icra etməməsi ilə bağlıdır. Digər bir deyişlə, əmək stajının müddəti hesablanan zaman yanlışlığa yol verilmişdir. - Ətraflı şəkildə bildirmək lazım gələrsə, ИT-№ ******* saylı əmək kitabçasına əsasən 23 il 8 ay 2 gün iş stajı var. Qeyd etmək istəyir ki, xx.xx.1983-cü ildən xx.xx.2001-ci il tarixinədək olan dövrdə 18 il 20 gün olmaqla işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərin siyahısına daxildir. Qeyd olunan vəzifə “elektrik çilingəri” güzəştli siyahıya aid olduğunu təsdiq edən "xxxx" ASC-nin arayışını iddia ərizəsinə əlavə etmişdir. Qeyd olunan arayışa əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2№-li siyahı üzrə 2140000a-18455 saylı kodla müəyyən edilmişdir. Qeyd etmək istəyir ki, Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 24-cü bəndində, “elektrik çilingəri" vəzifəsi qeyd edilmişdir. Beləliklə, onun 60 yaşı tamam olduğuna görə artıq xx.xx.2021-ci il tarixdə güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ yaranmışdır. Həmçinin 2012-2015-ci il tarixləri arasında fərdi sahibkarlıqla məşğul olmuşdur ki, müvafiq vergi ödənişlərini və sığorta ödənişlərini ödəmişdir. Bunu təsdiq edən sığorta ödənişlərinə dair fərdi şəxsi hesabdan çıxarışları və vergi ödənişlərini təsdiq edən Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin təqdim etdiyi sənədin surətini də iddia ərizəsinə əlavə etmişdir. Qeyd olunan çıxarışdan görünür ki, 2012-ci, 2013-cü, 2014-cü illər üzrə hər ay məcburi sığorta ödənişlərini etmiş, 2015-ci ildə isə ilk 3 ayın ödənişlərini həyata keçirmişdir. Qeyd etmək istəyir ki, Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi uçot üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli məktubu ilə 2012-2015-ci illər üzrə sosial ödənişlərinin qeydiyyata alınması barədə ona məlumat vermişlər. Lakin buna baxmayaraq cavabdeh orqan qeyd olunan illəri nəzərə almamışdır. - Qeyd etmək istəyir ki, əmək kitabçasında qeydə alınan staj, təhsil illəri və əsgərlik illərini nəzərə alaraq, həmçinin 2012-2015-ci illər ərzində işlədiyi və məcburi dövlət sosial ödənişlərinin ödədiyi 3 il 3 ayı nəzərə almaqla onun 25 ildən artıq stajı vardır. Məhkəmə qərarında qeyd edir ki, 2014-cü il faktiki olaraq nəzərə alınmır, çünki sosial ödənişlər olunmamışdır. Hesab edir ki, hakim tərəfindən iş və təqdim edilən işin materiallarında olan sübutlar tam və ətrafı araşdırılmamışdır. Belə ki, işin materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, 2012-2015-ci illər üzrə ödədiyi məcburi dövlət sosial haqları **********233 nömrəli fərdi şəxsi hesabında qeydə alınmışdır və aylar üzrə bölünmüşdür. Bundan əlavə olaraq, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan və məktuba əlavə edilmiş sənəddən görünür ki, ********** saylı VÖEN üzrə 2012-2015-ci illər üzrə vergi ödənişləri həyata keçirilmişdir. Qeyd etmək istəyir ki, işin materiallarında onun fərdi şəxsi hesabdan elektron çıxarışlarından görünür ki, 2012-2015-ci illər üzrə hər ay məcburi sosial ödənişlər tutulmuşdur. Qeyd edilən 2014-cü il tarixli çıxarışdan görünür ki, 52.50 (əlli iki manat, əlli qəpik) ödəniş olunmuşdur, lakin cavabdeh orqanın filialı, yəni Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı qeyd olunan ödənişləri 2014-cü ilin hər ayı üçün işləməmişdirlər. Hesab edir ki, cavabdeh orqanın filialının düzgün öhdəliklərin yerinə yetirilməməsi iddiaçının pensiya almaq hüquqlarını poza bilməz. İddiaçı cavabdeh orqana müvafiq ödənişləri il ərzində keçirmişdir, lakin cavabdeh orqanın filialı həmin ödənişləri aylara bölməmişdir və düzgün öz öhdəliklərini yerinə yetirməmişdir. - Əlavə olaraq qeyd etmək istəyir ki, xx.xx.1978-xx.xx.1979-cu il tarixləri arasında Azərbaycan SSR Vartaşen rayonu 143 № li Kənd texniki peşə məktəbində təhsil almış və bunu təsdiq edən Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsi tərəfindən verilmiş 612 №-li attestatın surətini və Oğuz Peşə Məktəbi tərəfindən verilən xx.xx.2022-ci il tarixli 57 №-li arayışın surətini iddia ərizəsinə əlavə etmişdir. Qeyd etmək istəyir ki, xx.xx.1979-xx.xx.1981-ci il tarixləri arasında hərbi xidmətdə olmuş və bunu təsdiq edən H3 № ******* saylı sənədin surətini iddia ərizəsinə əlavə etmişdir. xx.xx.1956cı il tarixində qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş "Dövlət Təminatı haqqında” SSRİ qanununun 1-ci maddəsinin "V” bəndinə görə ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar əmək pensiyası almaq hüququna malikdir. Həmin qanunun 109-cu maddəsinin "İ" yarımbəndində qeyd olunur ki, ali, orta ixtisas, texniki peşə məktəblərin bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. Qeyd edir ki, xx.xx.1992-ci il tarixli "Vətəndaşların pensiya təminatı haqqında” qanunun 67-ci maddəsinin "g" bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Əmək kitabçasında qeyd edildiyi kimi vətəndaşın 1 sentyabr 1977-ci il tarixindən 21 iyul 1980-ci il tarixinədək təhsil müddəti vardır və bu müddət onun sosial sığorta stajına daxil edilir. Beləliklə, Şəki İnzibati Məhkəməsi tərəfindən yanlış olaraq, onun cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. - Nəzərə alınmalıdır ki, iddiaçı məhkəməyə müraciət etməkdən öncə Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına müraciət etmişdir və bildirmişdir ki, 2012-2015-ci illər üzrə hər ay ödədiyi sosial ödənişlər düzgün nəzərə alınmamışdır və hər ay üçün hesablanmasını xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən yenidən hesablanma aparmışdırlar və 2012-ci ilin hər ay üçün ödənişləri nəzərə alınmışdır, lakin əsassız və qanunsuz olaraq 2014-cü il üzrə olunan ödənişləri hər aya bölməmişdirlər. Hesab edir ki, cavabdeh orqanın filialı bunu qəsdən etmişdir ki, iddiaçının pensiya stajı çatmasın. Burda bir sual yaranır, əgər digər illər üzrə 2012, 2015-ci illər arasında ödənilmiş məcburi sığorta ödənişlər aylara bölünmüşdürsə, hansı əsasla 2014-cü il üçün ödənilmiş məcburi sosial ödəniş yalnız 1 ay kimi nəzərə alınır. Hesab edir ki, cavabdehin və məhkəmənin 2014-cü illə bağlı yalnız bir ay kimi hesablaması əsassızdır. Məhkəmə qərarında qeyd edir ki, cavabdeh orqan 2012-ci il üçün yalnız 1 ayı, dekabr ayının ödənişini qəbul etmişdir, lakin qeyd olunan ödəniş sonradan iddiaçının cavabdeh orqana müraciətindən sonra aylara bölünməklə bütün 2012-ci ili əhatə etmişdir. Burda bir sual yaranır, bu halda 2014-cü il üzrə ödənilmiş 52.50 azn ödəniş niyə cavabdeh orqan tərəfindən aylara bölünməmişdir və bu fakt niyə məhkəmə tərəfindən araşdırılmamışdır. Sual yaranır ki, 2012-ci il üzrə ödənişin il üzrə bölünməyi mümkün olduğu halda 2014-cü il üzrə həyata keçirilmiş ödəniş niyə cavabdeh və məhkəmə tərəfindən yalnız 1 ay kimi nəzərə alınır. Hesab edir ki, məhkəmənin bu mövqəyi yanlışdır və 2014-cü ili də məhkəmə bütövlüklə nəzərə almalı idi. Məhkəmə qərarında qeyd edir ki, faktiki olaraq xx.xx.2006-cı ilədək iddiaçının 22 il, 2 ay 18 gün stajı vardır. 2012-2015-ci illər üzrə 2 il 4 ay stajı nəzərə alınmaqla cəmi 24 il 6 ay 18 gün staj olaraq məhkəmə tərəfindən hesablanmışdır. Qeyd edilməlidir ki, 2014-cü ili əsassız və qanunsuz olaraq il ərzində olunan məcburi sosial ödənişləri cavabdeh orqan tərəfindən 1 ay kimi hesablanmışdır, halbuki 2012-ci ili də qeyd olunan qaydada hesablasa da, iddiaçının müraciəti əsasında 2012-ci il ərzində olan ödənişləri aylara bölünmüşdür. Hesab edir ki, məhkəmə 2014-cü ili də tam şəkildə bir il kimi nəzərə almalı idi və iddiaçının stajı faktiki olaraq 25 il 6 ay 18 gün olaraq qeydə alınaraq pensiya hüququ təmin olunmalı idi.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Cavabdeh orqan apellyasiya şikayətinə etirazın dəlillərini iddia tələbinə vermiş olduğu etirazın dəlilləri ilə eyni məzmunda əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, apellyasiya şikayəti əsassızdır və təmin edilməməlidir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-1966/2023 nömrəli qərarında qeyd edilmişdir ki, 2012-ci il üzrə dekabr ayında ödənilmiş 46,75 manat pul məbləği 12 ay üzrə hesablanmış 23,75 manat pul məbləğinə münasibətdə tam şəkildə ödənilmişdir. Odur ki, 46,75 manat pul vəsaiti məhz dekabr ayına yox, bütövlükdə 2012-ci ilə aid olmuşdur. 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin şərh edilməsinə dair Kontitusiya Məhkəməsinin Plenum Qərarına əsasən məsələyə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı əsas təməl prinsipinə uyğun deyil: əmək pensiyasının hesablanmasının şəxsi sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi. Yuxarıda qeyd edilən təməl prinsipinə əsasən yalnız iddiaçının məcburi dövlət sosial sığorta haqqı ödədiyi dövlər onun sığorta stajına daxil edilməlidir. Bildiririk ki, İddiaçı xx.xx.2006-cı il tarixdən sonra fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən sosial sığorta stajı 01 il 05 ay təşkil edir. Qeyd edək ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 20632,82 manat təşkil edir. Beləliklə, iddiaçı Ə.X9 təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, iddiaçının ümumi iş stajı qanunvericiliklə tələb olunan (25 il) sığorta stajından azdır. Göründüyü kimi, birinci instansiya məhkəməsində işə baxılarkən yuxarıda qeyd olunan məsələlər araşdırılmış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirərək iddia təmin edilməmişdir. Buna görə də, hesab edirlər ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni, ədalətli və işin faktiki halları baxımından əsaslıdır. İddiaçının apellyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
Tərəflərin izahatları
15. Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli 2-1(116)-1966/2023 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X13 apellyasiya şikayətinə etirazın məzmununa uyğun izahat verərək şikayətin təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
18. İnzibati Prosessual Məcəllə: Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.
19. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. Ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Maddə 69. iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
20. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.
21. (xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2022-ci il tarixli Qanunun keçid müddəalarına əsasən, Bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir.)
22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) Əsasnamə: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin siyahısı”: Bənd 24. Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı: qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” Bölmə: Xİİİ. Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı. 2140000a—18455 - qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri
Apellyasiya şikayətinin mümkünlüyü
26. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.
27. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
28. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.
29. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır, İddiaçı iddia tələbini əsaslı hesab edir və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı halların qeyd olunmasını zəruri sayır.
32. Belə ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur.
33. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırki mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi.
34. Belə ki, iş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilərək ödənilməsindən ibarətdir. (iddiaçı xx.xx.1961-ci ildə doğulub). İddiaçının özü 29 iyun 2022-ci il tarixdən pensiya təyin edilməsini tələb etdiyindən ona münasibətdə ƏMHQ-nun 9.1-ci maddəsinin xx.xx.2022-ci il tarixdən sonra, yəni hazırda qüvvədə olan redaksiyası tətbiq edilməlidir.
35. Belə ki, hazırda qüvvədə olan ƏMHQ-nun 9.1-ci maddəsinin tələbləri baxımından 2 element mövcud olmalıdır: 1) 25 ildən az olmayan ümumi iş stajı; 2) 12 il 6 ay güzəştli iş stajı.
36. Cavabdeh orqanın iddia tələbinə etirazının başlıca dəlili iddiaçının 25 il ümumi stajının olmamasıdır. Cavabdehin iddia tələbinə dair mövqeyi ilə razılaşan birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 2006-cı ilədək peşə təhsili aldığı (7 ay, 13 gün), hərbi xidmətdə olduğu (2 il, 1 ay, 7 gün) və əmək kitabçasına əsasən işlədiyi (19 il, 5 ay, 28 gün) müddətin cəmi – 22 il, 2 ay, 18 günə bərabərdir. Bundan əlavə, iddiaçının 2012-2015-ci illərdə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu və 2012-2013-cü illər üzrə 2 il, 2014-cü il üzrə 1 ay, 2015-ci il üzrə isə 3 ay məcburi dövlət sosial sığorta haqlarını ödədiyi müddət isə cəmi – 2 il 4 ay kimi hesablanmışdır.
37. Məhkəmə iddiaçının 2014-cü ildə fərdi sahibkar kimi fəaliyyətinin ancaq 1 ayını nəzərə alaraq ümumi iş stajın 24 il 6 ay 18 gün olması qənaətinə gəlmişdir.
38. Halbuki işin araşdırılmış hallarından görünür ki (bax Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin sorğuya cavabı səh. 19), iddiaçı 2012-2015-ci illərdə fərdi sahibkar kimi fasiləsiz olaraq fəaliyyət göstərmiş və müvafiq dövrdə vergi ödənişləri həyata keçirmişdir (səh. 20).
39. Bununla yanaşı işə əlavə edilmiş fərdi şəxsi hesab çıxarışlarından müəyyən olunur ki, iddiaçı tərəfindən 2012-ci il üçün 46.75 cəmi manat, 2013-cü il üçün cəmi 205.25 manat, 2014-cü il üçün cəmi 52.50 manat və 2015-ci ilin 3 ayı üçün 115 manat sığorta haqları ödənilmişdir.
40. Bundan başqa, işə əlavə edilmiş Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli məktublarından görünür ki, iddiaçı tərəfindən 2014-cü il üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”a əsasən minimum əmək haqqına nisbətdə ödənilmiş məcburi dövlət sosial sığorta haqları **********233 nömrəli fərdi şəxsi hesabında qeydə alınmışdır.
41. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi isə iddiaçının sığorta stajını hesablayarkən 2014-cü il üçün ödədiyi 52.50 manat vəsaiti ancaq dekabr ayı üzrə nəzərə almış və ümumi iş stajını 24 il 6 ay 18 gün hesablayaraq yanlış nəticəyə gəlmişdir.
42. İş materiallarından da görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsini 07 iyun 2024-cü il tarixli, 2-1(102)-1537/2024 nömrəli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 yanvar 2024-cü il tarixli, 21(107)-60/2024 nömrəli qərarı ləğv edilməsi, işin təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılması, şikayətin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
43. İnzibati-Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.
44. Ali Məhkəmə hazırki iş üzrə 07 iyun 2024-cü il tarixli, 2-1(102)-1537/2024 nömrəli qərarında qeyd etmişdir ki, iddiaçı həm apellyasiya, həm də ki, kassasiya şikayətində bu barədə qeyd etmişdir ki, cavabdeh orqan 2012-ci il üçün yalnız 1 ayı, dekabr ayın ödənişin qəbul etmişdir, lakin qeyd olunan ödəniş sonradan iddiaçının cavabdeh orqana müraciətdən sonra qeyd olunan ödəniş aylara bölünməklə bütün 2012-ci ili əhatə etmişdir, bu halda 2014-cü il üzrə ödənilmiş 52.50 azn ödəniş cavabdeh orqan tərəfindən aylara bölünməmiş, 2012-ci il üzrə ödənişin il üzrə bölünməyi mümkün olduğu halda 2014-cü il üzrə həyata keçirilmiş ödəniş niyə cavabdeh və məhkəmə tərəfindən yalnız 1 ay kimi nəzərə alınır. Məhkəmə kollegiyası iddiaçının həmin dəlilini əsaslı hesab edir. Belə ki, apellyasiya məhkəməsi iddiaçı tərəfindən 2012-ci ildə ödənilmiş 46,75 manat pul vəsaitinin məhz dekabr ayında ödənilməsinə baxmayaraq sözügedən məbləğin 12 ay üzrə hesablanmış ümumi 95 manat gəlir məbləğinə uyğun olaraq müəyyən edilmiş 23,75 manat pul məbləğinə münasibətdə bütövlükdə 2012-ci ilə aid olması qənaətinə gəlmişdir. Lakin 2014-cü ildə ödənilmiş 52.5 manat pul vəsaitinə münasibətdə fərqli yanaşma göstərərək həmin ödənişi yalnız 1 ay kimi nəzərə almışdır.
45. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin tələblərini nəzərə alaraq bu qənaətdədir ki, iddiaçının 2014-cü il tarixdə ödədiyi 52,50 manat məbləğində pul vəsaiti də məhz dekabr ayına yox, bütövlükdə 2014-cü ilə aid olmalıdır.
46. Bu halı iş materiallarına əlavə edilmiş Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin məktubu (səh 19), ona əlavə edilmiş vergi ödənişləri barədə cədvəl (səh 20) və iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş mədaxil qəbzləri (səh 97-100) təsdiq edir.
47. Məhkəmə kollegiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 21.1-ci maddəsinin tələblərinə istinad edərək qeyd edir ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin məcburi dövlət sosial sığorta haqları ödənilməklə fəaliyyət göstərdiyi müddətlər sığorta stajına daxil edilməlidir.
48. Belə olan halda, iddiaçının xx.xx.2006-cı il tarixədək müəyyən edilmiş ümumi sosial sığorta stajı ilə (22 il, 2 ay, 18 gün) onun 2012-2015-ci illər üzrə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müddətdə yaranmış sosial sığorta stajını (2012-ci il üzrə 01 il, 2013-cü il üzrə 01 il, 2014-cü il üzrə 01 il, 2015-ci il üzrə 03 ay, cəmi 3 il 3 ay) topladıqda ümumi sosial sığorta stajının cəmi 25 il 5 ay 18 günə bərabər olur ki, bu da tələb olunan 25 ildən çoxdur.
49. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından da görünür ki, iddiaçının 12 il 6 aydan az olmayan xüsusi iş stajı da mövcuddur (cavabdeh orqan iddiaçının xüsusi iş stajını mübahisələndirmir).
50. Belə ki, hazırkı iş üzrə də "xxxx" ASC tərəfindən verilən 07 oktyabr 2022-ci il tarixli, 01-V7/502 nömrəli “işin xarakteri haqqında” arayışdan görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixdən 17 sentyabr 2001-ci il tarixədək topladığı güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı 18 il 20 gün təşkil edir.
51. Həmin arayışda göstərilmişdir ki, verilir xx xxxxx 1961-ci il təvəllüdlü İddiaçı ondan ötrü ki, o, həqiqətən xx.xx.1983-cü ildə (əmr № 141-ok, xx.xx.1983-cü il) "Azbaşenerji”nin “Azenerjisazlama” müəssisəsinin X2 Qazanxana-Turbin sexlərində X1 Avtomatikasını və X10 təmir edən qrupda elektrik çilingəri peşəsinə qəbul edilib və xx.xx.2001-ci ildə (əmr № 44-ş, xx.xx.2001-ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinə (öz xahişi ilə) əsasən işdən azad edilmişdir. X4 Ölçü Cihazları və X6 Turbin sexlərinin normal fəaliyyətinə nəzarət funksiyasını həyata keçirir. X10n və İstilik Avtomatikasının təmiri, xidməti, sınanması və quraşdırılması işləri elektrik çilingərləri tərəfindən yerinə yetirilir. Həmin sahədə işləyən bütün işçilər həyat üçün təhlükəli yüksək gərginlikli elektrik cərəyanı ilə təmas təhlükəsi, eləcə də həmin qurğular ətrafında yaranan yüksək intensivlikli elektromaqnit dalğalarının və onların sağlamlığına mənfi təsirinə məruz qalırlar. Yuxanda qeyd edilənlərə əsasən, İddiaçı güzəştli şərtlərlə pensiyası hüququ verən iş stajı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 24-cü "Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” bölməsində qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik mantyorları, bütün adlardan olan elektrik çilingərləri bəndinə tam identik olması səbəbilə, ona həmin staj əsasında pensiya təyin edilməsi məqsədəuyğundur. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Saylı Qərarının 2 №-li əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin" 2 №-li siyahısının Xİİİ Fəslinin "Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı”nın 2140000a-18455 saylı şifrəsinə əsasən xidmət üzrə çilingərlər və bütün adlardan olan elektrik çilingərləri kodlarına uyğundur və güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. İddiaçı xx.xx.1983-cü ildən-xx.xx.2001-ci il tarixlərində topladığı güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı: 18 il, 20 gün təşkil edir. Məlumat üçün bildiririk ki, “Azbaşenerji”nin xx.xx.1988-ci il tarixli 563 №-li əmrinə əsasən“ Azenerjisazlama” müəssisəsi “Azenerjitəmirsazlama”müəssisəsinə çevrildi. Azərbaycan Respublikasının Prezidentinin 423№-li xx.xx.1996-cı il tarixli Fərmanına əsasən «Azenerji” "xxxx" Açıq Səhimdar Cəmiyyəti adlandırılmışdır. "xxxx" ASC-nin xx.xx.1999-cu il tarixli 91№-li əmrinə əsasən “Azərenerjitəmirsazlama müəssisəsi” S.İ.Lətifov adına “Azərenerjitəmirsazlama müəssisəsi” adlandırılıb. "xxxx" ASC-nin xx.xx.2002-ci il tarixli 13№-li əmrinə əsasən S.İ.Lətifov adına "Azərenerjitəmirsazlama müəssisəsi” ləğv edilmiş və yeni hüquqi şəxs kimi "xxxx" MMC yaradılmışdır. "Azərenerji” ASC-nin xx.xx.2004-cü il tarixli AÜ 032 №-li əmrinə əsasən "Azərenerjixüsusitəmirsazlama müəssisəsi” MMC "xxxx" MMC adlandırılmışdır. "xxxx" ASC-nin xx.xx.2005-ci il tarixli AÜ 040 №-li əmrinə əsasən isə "xxxx" MMC adlandırılıb. Dövlət Əmlaklarının idarə edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il 323 №-li Sərəncamına əsasən "xxxx"ASC adlandırılıb.
52. Göründüyü kimi iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən xüsusi iş stajı üçün tələb olunan müddət cavabdeh orqan tərəfindən əvvəlki məhkəmə instansiyaları zamanı iddia tələbinə, apellyasiya şikayətinə vermiş olduqları etirazlarda da mübahisələndirilməmişdir.
53. Beləliklə, yuxarıda qeyd olunanlar baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx.xx.1983-cü il tarixdən 17 sentyabr 2001-ci il tarixədək olan dövr ərzində “Azbaşenerji”nin “Azenerjisazlama” müəssəsinin X2 Qazanxana-Turbin sexlərində X1 Avtomatikasını və X10 təmir edən qrupda işlədiyi elektrik çilingəri vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın Xİİİ bölməsinin “Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı” 2N-li siyahısının 2140000a-18455 kodu üzrə, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Sıyahısı”nda (24-cü Bölmə. Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı Siyahısının qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri) nəzərdə tutulmuş müvafiq peşələrə uyğun sayılmalıdır.
54. Göründüyü kimi, iş materiallarına əlavə edilmiş iş yerindən əldə edilən həmin sənədlər məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verir, hazırki araşdırma isə iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işlədiyini mötəbər qaydada müəyyən edir.
55. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir.
56. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 530-VİQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2006-cı il 6 mart tarixli 377 nömrəli, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2006-cı il 22 dekabr tarixli 499 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı xx.xx.2022-ci il tarixdə qüvvəyə mindiyindən, istinad olunan dəyişikliklərdən sonra iddiaçıya 2 saylı Siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 element mövcud olmalıdır:
57. bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajına, ən azı 12 il 6 ay güzəştli iş stajına malik olmalıdır.
58. Göründüyü kimi iddiaçı ümumi və xüsusi iş stajı ilə bağlı şərtlərə cavab verir.
59. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş şərtlərin, xüsusilə də cavabdehin mübahisələndirdiyi ümumi əmək stajı ilə əlaqədar şərtlərin iddiaçıya münasibətdə yerinə yetirilməsi ilə bağlı məsələ birinci instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmamışdır.
60. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının işlədiyi müəssisə tərəfindən təqdim olunmuş arayışın mötəbərliyini şübhə altına alan hər hansı hal məhkəmə icraatları zamanı müəyyən olunmamış, cavabdeh tərəfindən də bu barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.
61. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə, həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır.
62. Bundan başqa, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.
63. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
64. Bundan əlavə, cavabdehin iddia ərizəsinə və apellyasiya şikayətinə etirazının digər dəlili iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının kifayət qədər olmaması ilə bağlı olmuşdur.
65. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 13 may 2022-ci il tarixli, 530- VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə yeni redaksiyada verilmiş ("Azərbaycan” qəzetində 29 iyun 2022-ci il tarixdə dərc edilmişdir), həmin redaksiyanın mətninə əsasən pensiyanın təyin edilməsi üçün üç əsas: yaş (kişilər üçün 60 yaş), ümumi staj (25 il) və (zərərli işlərdə staj 12 il 6 ay) müəyyən edilmiş, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi tələbi aradan qalxmışdır. Lakin həmin Qanunun keçid müddəalarının 2.1-ci maddəsinə əsasən, bu Qanunla "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1-9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının yeni qanun qüvvəyə mindiyi tarixdən ("Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 13 may 2022-ci il tarixli, 530-VİQD nömrəli Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi tarix) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Əks yanaşma, iddiaçıya münasibətdə həddən artıq formallıq hesab edilməklə qanunvericinin qarşıya qoyulmuş məqsədinə uyğun hesab edilə bilməz.
66. Göründüyü kimi, şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, 25 ildən çox ümumi iş stajına, o cümlədən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ən azı 12 il 6 ay xüsusi iş stajına malik olmalıdır.
67. Hazırkı mübahisəyə münasibətdə işin müəyyən edilmiş hallarından da görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur.
68. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Həmçinin, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli araşdırılmamış və iş üzrə obyektiv qanunauyğun qərar qəbul edilməmişdir.
69. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilədən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi cavabdehin xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir (İPM-in 14.2-ci maddəsi), qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası nəticə olaraq qanunazidd olmaqla, iddiaçının hüquqlarını pozmuşdur. Odur ki, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəticədə isə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır. Qeyd olunanları diqqətə alan məhkəmə kollegiyası bu mənada apellyasiya şikayətinin dəlilləri ilə razılaşır.
70. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdeh nəzərə almalıdır ki, şəxsin müraciətinin təmin edilməsindən imtina ilə bağlı hər dəfə yeni dəlillərə istinad etməkdə haqlı sayıla bilməz və belə hal bir tərəfdən, şəxsin səmərəli müdafiə hüququnun təmin olunması, digər tərəfdən isə, prosessual qənaət prinsipinin tələbləri baxımından yolverilməzdir. Obyektiv araşdırma prinsipinin tələbinə görə, inzibati orqan inzibati icraat çərçivəsində şəxsin müraciətinin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur və işin bütün hallarının araşdırılması onun xidməti vəzifəsindən irəli gəlir. Şəxsin müraciətinin təmin edilib-edilməməsi qənaətinə gələrkən, cavabdeh məhz qanunvericiliyin tələblərinə uyğun aparılmış inzibati icraatın nəticəsinə əsaslanmalıdır.
71. Məhkəmə kollegiyası sonda qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd olmuş və onun Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
72. Odur ki, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməlidir.
73. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti əsaslıdır. Birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərinə riayət etməmiş, iddiaçının hüquqi marağına uyğun olmayan səhv nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia təmin edilməlidir.
74. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli 2-1(116)-1966/2023 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hesablanaraq ödənilməsi öhdəliyi qoyulsun. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.