Məhkəmə qərarları › İş №2-1(107)-475/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-475/2024

18.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-475/2024 18.12.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “mülkiyyətində olan Balakən şəhəri Mirvari Dilbazi küçəsində yerləşən 0,38 ha torpaq sahəsinə Torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə İddiaçı Şəki İnzibati Məhkəməsinə xx.xx.2024-cü il tarixdə daxil olmuş “Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)1955/2022 saylı qərarının düzgün icra olunmaması” barədə ərizəsi ilə bağlı Şəki İnzibati Məhkəməsinin 13 fevral 2024-cü il tarixli 2-1(116)-1955/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “mülkiyyətində olan Balakən şəhəri Mirvari Dilbazi küçəsində yerləşən 0,38 ha torpaq sahəsinə Torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-1955/2022 nömrəli qərarı ilə təmin edilmiş, İddiaçı mülkiyyətində olan Balakən şəhəri Mirvari Dilbazi küçəsində yerləşən 0,38 ha torpaq sahəsinə Torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-1955/2022 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(107)-181/2023 nömrəli qərarı ilə təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2- 1(116)-1955/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

3. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 21(107)-181/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-1436/2023 nömrəli qərarı ilə təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(107)-181/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

4. Məhkəmənin xx.xx.2023-cü il tarixli məktubuna Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-1955/2022 nömrəli qərarının surəti əlavə olunaraq icra olunması üçün cavabdehə göndərilmiş, qərarın icra edilməsi və icra edildiyini təsdiq edən sənədlərin məhkəməyə təqdim olunması üçün vaxt verilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-21-3-47/2-4168/2023 nömrəli məktubunda qeyd etmişdir ki, iddiaçı məktubda sadalanan sənədlərlə birgə Balakən regional “ASAN xidmət” mərkəzinə ərizə ilə müraciət etdiyi təqdirdə məhkəmə qərarının icrası təmin olunacaqdır. Eyni məzmunlu digər məktub isə iddiaçının ünvanına göndərilmişdir.

5. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsində qərarın cavabdeh tərəfindən düzgün icra edilmədiyini bildirmişdir. Belə ki, ona verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədi JN-127 nömrəli Dövlət aktında göstərilən koordinatlara uyğun tərtib olunmamışdır. Həmçinin sözügedən plan-ölçü sənədinin tərtib olunması üçün ondan 75 manat və 111 manat ödəniş etməsi tələb olunmuş və iddiaçı vəsaiti ödəmişdir (qəbzlərin surəti ərizəyə əlavə olunmuşdur).

6. Cavabdeh iddiaçının ərizəsinə münasibət bildirərək, xx.xx.2024-cü il tarixli 3-21- 347/2-322/2024 nömrəli məktubunda qeyd etmişdir ki, iddiaçının müraciətinə əsasən sözügedən 0,38 ha torpaq sahəsinə dair xx.xx.2023-cü il tarixli, BN 202776 nömrəli (Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-1955/2022 nömrəli qərarının qərara aldı hissəsində (məzmununda konkret) göstərildiyi kimi, yəni 0,38 ha torpaq sahəsinə) “Torpaq sahəsinin planı və ölçüsü" sənədi hazırlanmış və iddiaçıya təqdim edilmişdir. Qeyd olunan plan-ölçü sənədi EMS vasitəsilə məhkəməyə təqdim olunmuşdur. İddiaçının ərizəsində qeyd olunanları təkzib edərək cavabdeh bildirir ki, iddiaçının adına tərtib olunmuş sözügedən 0,38 ha torpaq sahəsinə dair xx.xx.2023-cü il tarixli, BN 202776 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tam məhkəmə qərarına uyğun olmaqla yanaşı qanunla müəyyən edilmiş qaydada hazırlanmışdır. İddiaçının qərarın “dəqiq” icra olunmaması iddiası ilə bağlı cavabdeh bildirir ki, Şəki İnzibati Məhkəməsinin 27 fevral 2020-ci il tarixli 2-1(116)-71/2020 saylı qərarı ilə iddia tələbi təmin edilərək, cavabdeh 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 saylı qərarı ilə İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 0,38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə onların adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulmuşdur. Daha sonra Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)1955/2022 nömrəli qərarı ilə cavabdeh 18 saylı Zaqatala ərazi idarəsinin üzərinə iddiaçının mülkiyyətində olan Balakən şəhəri Mirvari Dilbazi küçəsində yerləşən 0,38 ha torpaq sahəsinə “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qoyulmuşdur. Məhkəmənin sözügedən qərarlarının qərara aldı hissələrində iddiaçının istədiyi kimi müvafiq “Dövlət Aktın”nın cizgilərinə (koordinatlarına uyğun) çıxarışın və planölçü sənədinin verilməsi göstərilməmişdir. Əksinə məhkəmənin 27 fevral 2020-ci il tarixli qərarının 3-cü səhifəsinin 4-cü abzasında qeyd olunmuşdur ki, “Məhkəmə tərəfindən sorğu edilərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən alınmış xx.xx.2019-cu il tarixli mütəxəssis rəyində deyilir ki, İddiaçı və ailə üzvlərinin adına işlənmiş JN-127 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən 0,38 ha torpaq sahəsinin sənəd üzrə koordinatları X1 başqa kimə məxsus torpaq sahələri ilə üst-üstə düşməsini müəyyən etmək mümkün olmamışdır. Həmin ərazidə cavabdehin və iddiaçının naturada istifadə etdikləri torpaq sahələri “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda göstərilən cizgilərdə deyil, tam fərqli ölçülərlə istifadə edilir”. Odur ki, həmin rəyə əlavə olunmuş cizgidə də iddiaçının faktiki istifadəsində olan sözügedən 0,38 ha torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları göstərilmişdir. Qeyd olunanlardan göründüyü kimi, məhkəmənin sözügedən qərarları qanunla müəyyən edilmiş qaydada tam (vaxtında və dəqiq) icra edilmişdir. Belə ki, məhkəmənin sözügedən qərarlarında konkret məzmunlu inzibati aktın qəbul edilməsi öhdəliyi Ərazi İdarəsinin üzərinə qoyulmuş və İdarə tərəfindən həmin qərarların (qərara aldı hissəsinin) məzmuna uyğun (real) hərəkətlər və buna müvafiq sənədlər (çıxarış və plan-ölçü) hazırlanaraq iddiaçıya təqdim olunmuşdur. Buna görə də, sözügedən qərarın icrası baş tutmuş sayılır. İddiaçının onun adına hazırlanmış plan-ölçü sənədində iddia etdiklərinin göstərilməsi isə qanunvericilikdə nəzərdə tutulmamışdır.

7. Cavabdeh məktubunda iddiaçının ərizəsində ondan müvafiq ödənişlərin (75 manat dövlət rüsumu və 111 manat xidmət haqqı) alınması ilə bağlı bildirir ki, həmin ödənişlər qanunla nəzərdə tutulmuş ödənişlərdir. Belə ki, iddiaçının ərizəsinin icrası ilə bağlı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 26.1.2-ci maddələrinə əsasən daşınmaz əmlaka dair texniki sənədinin (plan ölçü) verilməsi üçün isə 75 manat dövlət rüsumu ödənişi nəzərdə tutulmuşdur. Eyni zamanda, “Daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastrı xidmətlərinin tariflərinin tənzimlənməsi” barədə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 31 iyul 2023-cü il tarixli, 5 nömrəli Qərarına əsasən daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatı ilə bağlı və daşınmaz əmlaka dair texniki sənədin (plan ölçü) hazırlanması üçün 15 iş günü ərzində, kənd təsərrüfatı təyinatlı torpaqlar ilə bağlı 111 manat xidmət haqqı hesablanmışdır (xidmət haqları - daşınmaz əmlakın növü, təyinatı, ölçüləri və icra müddətindən asılı olaraq yuxarıda qeyd olunan Qərara əsasən müəyyənləşdirilir).

8. Cavabdeh məktubunda İddiaçı ərizəsinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

9. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı qərarın düzgün icra edilmədiyini, Torpaq sahəsinin planı və ölçüsü sənədinin düzgün tərtib olunmadığını bildirmiş, ərizənin məzmununa uyğun izahat vermiş və ərizənin təmin olunmasını xahiş etmişdir.

10. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi qərarın qanunvericiliyin tələblərinə uyğun icra edildiyini bildirmiş və ərizənin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

11. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 13 fevral 2024-cü il tarixli 2-1(116)-1955/2022 nömrəli qərardadı ilə İddiaçı “Şəki İnzibati Məhkəməsinin xx.xx.2022ci il tarixli 2-1(116)-1955/2022 saylı qərarının icra olunması” barədə ərizəsi təmin edilməmişdir.

12. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

13. İddiaçı apellyasiya şikayətini ərizənin dəlillərinə uyğun əsaslandırmış və apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 13 fevral 2024-cü il tarixli 2-1(116)-1955/2022 nömrəli qərardadını ləğv edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 13 fevral 2024-cü il tarixli 2-1(116)- 1955/2022 nömrəli qərardadının ləğv edilməsini xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 13 fevral 2024-cü il tarixli 2-1(116)-1955/2022 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

16. İnzibati Prosessual Məcəllə: Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 120.1-ci maddəsinə əsasən, bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. 120.2-ci maddəsinə görə, bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. 120.3-cü maddəsinə görə, cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. 120.4-cü maddəsinə əsasən, cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

17. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

19. İş materiallarından görünür ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)1955/2022 nömrəli qərarı ilə İddiaçı mülkiyyətində olan Balakən şəhəri Mirvari Dilbazi küçəsində yerləşən 0,38 ha torpaq sahəsinə Torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Qərar qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün cavabdehə göndərilmişdir. Cavabdehin məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuş xx.xx.2024-cü il tarixli 3-213-47/2-322/2024 nömrəli məktubuna əlavə olunmuş B seriyalı 202776 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq olunmuş surətindən görünür ki, əvvəlki ünvanı Mahamalar kəndi, hazırkı ünvanı ünvan 1rpaq sahəsinə dair cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə İddiaçı adına plan-ölçü sənədi tərtib olunmuşdur. Müəyyən olunur ki, sənədin tərtib olunmasına əsas Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-1955/2022 nömrəli qərarı, DTXK Balakən rayon şöbəsinin JN-127 nömrəli xx.xx.1999-cu il tarixli Dövlət aktı olmuşdur.

20. İddiaçının apellyasiya şikayətinin dəlilinin əsasını qərarın düzgün icra edilmədiyi təşkil etmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, ümumilikdə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki torpaqların hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) mövcud olduğu üçün torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli, 818 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasında X2 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilmişdir. Fərmanın tələblərinə əsasən Respublika ərazisində X2 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması işləri aparılmışdır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Kollegiyasının 08 iyun 2015-ci il tarixli, 03 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sistemində daşınmaz əmlakın kadastrı və texniki inventarlaşdırma işlərinin aparılmasına dair” Texniki Təlimatın 2.7-ci bəndinə əsasən Azərbaycan Respublikası hüdudları daxilində yerləşən və vahid torpaq fondunu təşkil edən, məqsədli təyinatı və hüquqi rejimindən asılı olmayaraq, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan torpaq sahəsinin plan və ölçüsü (kadastr planı) tərtib edilir. Təlimatın 2.8-ci bəndinə əsasən torpaq sahəsinin plan və ölçüsünün (kadastr planının) tərtib edilməsi üçün hazırlıq işləri, texniki layihənin hazırlanması, mərz nişanlarının koordinatlarının dürüstləşdirilməsi və bərpası. Nəzarət nöqtələrinin təyin edilməsi, çöl ölçmə işlərinin nəticələrinə müvafiq olaraq torpaq sahəsinin plan və ölçüsünü (kadastr planının) tərtib edilməsi işləri yerinə yetirilir.

21. İddiaçı qərarın icrasının Şəki İnzibati Məhkəməsinin 2-1(116)-71/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarının tələblərinə uyğun olaraq həyata keçirilmədiyini bildirsə də, birinci instansiya məhkəməsi bununla bağlı qeyd etmişdir ki, həmin qərarla torpaq sahəsinə torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi deyil, torpaq sahəsinin çıxarışının verilməsi qərara alınmışdır. Torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi isə məhkəmənin hazırkı iş üzrə xx.xx.2022-ci il tarixli qərarı əsasında həyata keçirilməkdədir. Bununla yanaşı qeyd edilməlidir ki, 2-1(116)-71/2020 nömrəli iş üzrə məhkəmə araşdırması zamanı iddiaçıya məxsus dövlət aktında göstərilən koordinatların başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən edilmiş, məhkəmə şəxsə məxsus dövlət aktının mövcud olması və artıq qeydə alınmış hüquqları təsdiq etməsi əsası ilə cavabdehin imtinasını əsassız hesab edərək iddianı təmin etmiş, bununla da koordinat fərqinin olması əsasından çıxış edilərək iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtinanın əsassızlığını cavabdehin diqqətinə çatdırmışdır. Hazırkı iş üzrə qərarın icrası ilə bağlı isə qeyd olunmalıdır ki, dövlət aktındakı koordinatlar öz dövrünə görə mövcud olmuş DWG məlumat bazasına əsasən verildiyi halda, hazırda torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması zamanı koordinatlar TEKUİS (X2 X4) üzərindən müəyyən edilməklə qeydiyyat aparılır. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iş üzrə qərarın icrası və mübahisəli torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 818 nömrəli Fərmanının tələbləri baxımından həyata keçirilməlidir. Həmin Fərmana əsasən: 2.3. X2 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.1. torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 2.3.3. torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, X2 uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; ...

22. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 43-cü maddəsinə əsasən:

1. Yerquruluşu — torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir.

3. Yerquruluşu aşağıdakı işləri nəzərdə tutur: ... torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibi; ...

4. Yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır. ...

6. Yerquruluşu işlərinin aparılması qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.

23. Bundan başqa məhkəmə kollegiyası tərəfindən apellyasiya şikayətinə baxılaraq qanuni və obyektiv qərar qəbul edilməsi baxımından 18 sentyabr 2024-cü il tarixli qərardadla mütəxəssis rəyinin verilməsi qərara alınmış, mütəxəssis rəyinin verilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssislərinə həvalə edilmişdir.

24. Qərardadın icrası ilə bağlı cavabdehin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyinə əsasən, BN seriyalı 202776 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi JN-127 nömrəli Dövlət Aktına əsasən tərtib edilməmişdir. Həmin torpaq sahəsi iddiaçının faktiki naturada istifadə etdiyi ölçülərə uyğun ölçülərlə BN seriyalı 202776 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmışdır. İddiaçının naturada istifadə etdiyi torpaq sahəsinin ölçüləri 0.38 hektardır. JN-127 nömrəli Dövlət Aktına əsasən iddiaçıya 0.38 ha torpaq sahəsi işlənilmişdir. İddiaçıya verilmiş 0.38 ha torpaq sahəsi iddiaçının faktiki istifadəsində olan 0.38 ha torpaq sahəsi ilə eyni ölçüdədir. İddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin ölçüsü 0.38 hektardır.

25. İşin hallarından da göründüyü kimi, cavabdeh tərəfindən məhkəmə qərarı qanunvericiliyin və Fərmanın tələbləri çərçivəsində icra olunmuşdur. Həmçinin, iddiaçının diqqətinə çatdırılır ki, o, faktiki istifadəsində olan torpaq sahəsinin sənəd üzrə ona ayrılmış torpaq sahəsindən az olduğunu iddia edirsə, cavabdehə müraciət etməklə mülkiyyətində olan torpaq sahəsinin koordinatlar üzrə dəqiq yerinin ona tanıdılmasını tələb edə, torpaq sahəsi başqa şəxslər tərəfindən zəbt olunmuşdursa mülki qaydada iddia qaldırmaqla həmin torpaq sahəsinin boşaldılmasını (və ya şəxsin oradan çıxarılmasını) tələb edə bilər.

26. Bununla yanaşı qeyd edilməlidir ki, iddiaçının ərizəsinin icrası ilə bağlı dövlət rüsumunun ödənişi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu və “Daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastrı xidmətlərinin tariflərinin tənzimlənməsi” barədə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 31 iyul 2023-cü il tarixli, 5 nömrəli Qərarının tələblərinə əsasən düzgün müəyyən olunmuşdur.

27. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.

28. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 13 fevral 2024-cü il tarixli 2-1(116)- 1955/2022 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 13 fevral 2024-cü il tarixli 2-1(116)-1955/2022 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar