Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(107)-475/2025 30.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Həsənov Tural Həsən oğlundan ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Inzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: işin halları:
1. Iddiaçı İddiaçı ##.##.1958-ci il tarixdə doğulmuş, ##.##.1975-##.##.1976-cı illərdə təhsil almış, ##.##.1977-##.##.1979-cu illərdə hərbi xidmətdə olmuşdur.
2. Iddiaçının əmək fəaliyyəti ##.##.1976-cı il tarixindən ##.##.1977-ci ilədək 11 ay 11 gün, ##.##.1981-##.##.1981-ci ilədək 1 ay 6 gün, ##.##.1981-ci ildən ##.##.1981-ci il ilədək 3 ay 3 gün, ##.##.1981-ci ildən ##.##.1986-cı il ilədək 4 il 10 ay 20 gün, ##.##.1986- ##.##.1986-cı ilədək 2 ay 3 gün, ##.##.1987-##.##.2002-ci ilədək 15 il 11 gün, ##.##.2002-ildən ##.##.2004-cü il tarixinədək 1 il 11 ay 13 gün olmaqla 25 il 6 ay 2 gün təşkil edir.
3. Iddiaçının hazırkı tələblə cavabdeh orqana müraciət etmiş və ##.##.2024-cü il tarixli, *-**-*/*-C-******/**** nömrəli məktublarla müraciətin təmin edilməsindən imtina edilmişdir.
4. Imtina onunla əsaslandırılmışdır ki, ##.##.2024-cü il tarixli akta əsasən iddiaçının Danaçı KTB-də işlədiyi dövrdə 1981-1986-cı illərdə, ##.##.1988-##.##.1989cu il tarixlərdə və ##.##.1995-##.##.2004-cü il tarixlərdə ona əməkhaqqı ödənilmədiyindən həmin dövrlərin sığorta stajına daxil edilməməsi mümkün olmamışdır. Belə olan halda iddiaçının sığorta stajı qanunla nəzərdə tututulan 25 ildən az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
5. Iddiaçı cavabdehə qarşı “iddiaçının işlədiyi 1981-1986-cı illər, ##.##.1988-ci il tarixindən ##.##.1989-cu il tarixinədək və ##.##.1995-ci il tarixindən ##.##.2004-cü il tarixinədək olan illəri sığorta stajı kimi nəzərə alaraq, əmək pensiyası almaq hüququnun yarandığı tarixdən, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. iddia ərizəsinin əsaslarına görə iddiaçı ## ###### 1958-ci il tarixdə doğulmuşdur. Iddiaçı, əmək kitabçasına və hərbi xidmət haqqında sənədinə əsasən hesab edir ki, onun kifayət qədər (25 il 7 ay 5 gün) əmək (sığorta) stajı vardır. Sənədlərini cavabdeh təşkilata təqdim etmiş, lakin cavabdeh ona əmək pensiyası təyin etməkdən imtina etmişdir. Cavabdeh onun cəmi 10 il 11 ay 20 gün stajını qəbul etmiş, işlədiyi 14 il 7 ay 15 günü isə sığorta stajı kimi nəzərə almamış, bunu əmək haqqının yazılmaması ilə əsaslandırmışdır. Əmək haqqının yazılmaması, təşkilatın həmin dövrlərdə dövriyyəsinin olmaması onun günahı deyildir. Işlədiyi təşkilat Danaçı Kənd Ticarət Birliyi olmuşdur.
7. Cavabdehin məhkəməyə təqdim etdiyi ##.##.2024-cü il tarixli etiraz məktubunda bildirilir ki, iddiaçı İddiaçı təqdim etdiyi sənədlərin surətinə əsasən Mərkəzi filial tərəfindən 10 iI 11 ay 20 gün mübahisələndirilməyən sosial sığorta stajı müəyyən edilmişdir: • ##.##.1977-##.##.1979 • ##.##.1976-##.##.1977 • ##.##.1981-##.##.2004-cü illər üzrə əməkhaqqı aldığı dövrlər. Iş materiallarında olan Fondun * saylı Şəki-Zaqatala regional filialının Zaqatala rayon Dövlət Arxivinin birgə tərtib etdiyi ##.##.2024-cü il tarixli akta əsasən iddiaçı İddiaçı Danaçı KTB-də ##.##.1976-cı il tarixdən ##.##.2004-cü il tarixədək olan əmək fəaliyyəti zamanı 1981-1986-cı il tarixdə bütünlüklə, 1987-cı ildə 01 ay, 1988-ci ildə 07 ay, 1995-ci ildə 06 ay, 1996-cı ildən əmək fəaliyyətinin sonunadək iddiaçının adına əmək haqqı hesablanmadığı müəyyən edilmişdir. Iddiaçı İddiaçı ##.##.2006-cı il tarixdən ##.##.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddələrin məzmunundan da göründüyü kimi, şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmən dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. Fondun * saylı Səki-Zapatala regional filialının Zaqatala rayon Dövlət Arxivi ilə birgə tərtib etdiyi ##.##.2024-cü il tarixli aktdan da göründüyü kimi iddiaçı İddiaçı Danaçı KTB-də işlədiyi dövrdə 1981-1986-cı il tarixlərdə, ##.##.1988-ci il tarixdən ##.##.1989-cu il tarixədək, ##.##.1995-ci il tarixdən ##.##.2004-cü il tarixədək ona əməkhaqqı ödənilməmişdir. Yuxarıda qeyd olunan normalara əsasən, sözügedən dövrlərin iddiaçı A.Caravevin sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarında qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsində öz qərarını əsaslandırarkən iddiaçının mübahisələndirilən müəssisədəki 1996-2000-ci illər üzrə əmək stajını 5 il olaraq nəzərə almış, lakin gəldiyi nəticənin hüquqi əsaslarını göstərməmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş iddiaçının “xxxxx" firmasında 1996-2000-ci illər üzrə əməkhaqqı ödəniş cədvəllərindən müəyyən edilir ki, iddiaçı 1996-cı ilin may-dekabr ayları üzrə, 1997- 1998-ci illər üzrə tam, 1999-cu ilin yanvar-iyul və oktyabr ayları üzrə, 2000-ci ilin yanvar- aprel ayları üzrə əməkhaqqı almışdır. Əməkhaqqı alınan ayların cəmi 3 il 9 aya bərabərdir. Lakin apellyasiya instansiya məhkəməsi işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan, istinad etdiyi sübutlara hüquqi qiymət vermədən iş üzrə düzgün olmayan yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı inzibati mübahisə üzrə iddiaçının sosial təminat hüququnun təmin edilməsi istiqamətində məhkəmə tərəfindən onun mübahisəli iş illərinə dair xüsusatlar hərtərəfli araşdırılmalı və əldə edilən mötəbər sübutların qiymətləndirilməsi nəticəsində yekun nəticəyə gəlinməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024- cü il tarixli *-*(***)-***/**** nömrəli qərarında qeyd olunmuşdur ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud ziddiyyətli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırma aparılmamışdır.
8. Şəki Inzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli nömrəli qərarı ilə (hakim Fəxri Hacızadə) iddia tələbi təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarına və iddiaçıya məxsus əmək kitabçasına əsasən onun tələb olunan 25 il sosial sığorta stajı mövcud deyildir. İddiaçı mübahisələndirilməyən sosial sığorta stajı dövrü ##.##.1977-##.##.1979, ##.##.1976-##.##.1977, ##.##.1981-##.##.2004-cü illər üzrə əməkhaqqı aldığı dövr -10 il 11 ay 20 gündür. Iş materiallarında olan Fondun * saylı Şəki-Zaqatala regional filialının Zaqatala rayon Dövlət Arxivinin birgə tərtib etdiyi ##.##.2024-cü il tarixli aktdan görünür ki, iddiaçı İddiaçı Danaçı KTB-də ##.##.1976-cı il tarixdən ##.##.2004-cü il tarixədək olan əmək fəaliyyəti zamanı 1981-1986-cı il tarixdə bütünlüklə, 1987-cı ildə 01 ay, 1988-ci ildə 07 ay, 1995-ci ildə 06 ay, 1996-cı ildən əmək fəalliyətinin sonunadək iddiaçının adına əmək haqqı hesablanmadığı müəyyən edilmişdir. Məhkəmə tərəflərin iştirakı ilə təqdim edilmiş əməkhaqqı kitablarına baxış keçirilərək iddiaçının bəhs edilən dövrlər üzrə işlədiyi və adına əməkhaqqı müəyyənləşdirilən illəri və ayları hesablamış və cavabdehin mövqeyi ilə razılaşmışdır. Göründüyü kimi iddiaçının ümumi sosial sığorta stajı 25 ildən azdır. Məhkəmə qeyd edir ki, iddiaçıya məxsus əmək kitabçasında qeyd olunan bütün dövrlərin onun sosial sığorta stajına daxil edilməsi halında belə tələb olunan sosial sığorta stajı mövcud deyildir. Belə ki, iddiaçı ##.##.1976-cı il tarixindən əmək fəaliyyətinə başlamış, daha sonra ##.##.1977-##.##.1979-cu illərdə hərbi xidmətdə olmuşdur. Iddiaçı hərbi xidmətdən sonra ##.##.1981-ci ildən əmək fəaliyyətini ##.##.2002-ci il tarixinədək davam etdirmişdir. Sonuncu tarixdən isə iddiaçı məzuniyyətə buraxılmışdır. Yuxarıdakılara əsasən iddiaçının əmək kitabçasında göstərilən əmək fəaliyyəti dövrü ##.##.1976-cı il tarixindən ##.##.1979-cu ilədək 2 il 11 ay 6 gün, ##.##.1981-ci ildən ##.##.2002-ci il tarixinədək 20 il 7 ay 27 gün olmaqla, cəmi 23 il 7 ay 03 gün təşkil edir. Iddiaçının ##.##.1986-cı il tarixindən ##.##.1987-ci ilədək əmək fəaliyyəti olmamışdır. “X3 haqqında” Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə görə görə, Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 2002-ci il # ###### tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. Iddiaçı isə ##.##.2002-##.##.2004-cü illər üzrə əməkhaqqı almamışdır. Iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 22-1-ci maddəsinin müddəalarının tətbiq edilməsi üçün 3 şərt mövcud olmalıdır: - iddiaçı # ###### 2019-cu il tarixdən sonra qanunla müəyyən edilmiş pensiya yaşına çatmalı; - Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmalı; - fərdi hesabının sığorta hissəsində 2018-ci ilin # #### tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır. Yaşa görə əmək pensiyasının təyin edilməsinin digər əsası isə şəxsin fərdi hesabının sığorta hissəsində ##.##.2006-cı il tarixindən ##.##.2018-ci il tarixinədək pensiya kapitalı qeydə alınması ilə bağlıdır. İddiaçı ##.##.2006- cı il tarixdən ##.##.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Iddia olunan dövrə münasibətdə ödəmənin aparılmaması iddiaçının pensiya hüququnun yaranmasının əsası kimi “Əmək pensiyaları” haqqında Qanunun 22- 1.1-ci maddəsinin tətbiqini istisna edir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki,iddiaçının yuxarıda qeyd olunan hər iki əsasla hüququ yaranmadığından cavabdehin imtinası əsaslı olmuşdur.
10. Iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) apellyasiya şikayətinin dəlilləri
11. Iddiaçı apelliyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qərarında yazır ki, onun əmək fəaliyyəti dövrü əmək kitabçasında göstərilən və digər sənədlər əsasında cəmi 23 il 7 ay 3 gün təşkil edir. Daha sonra yazır ki, “X3 haqqında Qanun”un 67-ci maddəsinin 8-ci bəndinə istinad edilir. Halbuki “X3 haqqında Qanun” ##.##.2007-ci ildə qüvvədən düşmüşdür. Iddiaçı isə hal-hazırda qüvvədə olan qanunvericiliklə, yəni “Əmək pensiyaları haqqında Qanun”a əsasən əmək pensiyası almaq üçün müraciət etmişdir. Məhkəmə qərarda yazır ki, 2002-2004-cü illər üzrə əmək haqqı almadığına görə həmin illərin iddiaçının əmək fəaliyyətinə hesablanmır. Onun həmin illər üzrə iş yeri Zaqatala rayon Danaçı kənd Istehlak cəmiyyətinin ticarət üzrə sədr müavini vəzifəsi olmuşdur və həmin təşkilat onun öz şəxsi təşkilatı deyil, dövlətin nəzdində yaradılmış bir təşkilat olmuşdur. 2002-ci ilin may ayında məzuniyyətə çıxması ilə bağlı ##.##.2002-ci il tarixli əmr yazılmışdır. Hamıya məlumdur ki, məzuniyyət Əmək Məcəlləsinə əsasən müddətli olur. Məzuniyyət müddətinin əmrdə yazılmaması isə onun vəzifəsi olmamışdır. Həmin vəzifədən isə ##.##.2004-cü il tarixdə Danaçı kənd ticarət birliyi ləğv olunduğuna görə azad olunmuşdur. Işdən çıxma əmri, yəni vəzifədən azad edilsinə dair əmrin ##.##.2004-cü il olduğuna görə həmin tarixədək onun əmək fəaliyyəti sığorta stajına hesablanmalıdır. ##.##.2002-ci il tarixdən ##.##.2004-cü il tarixədək olan müddət 1 il 1 1 ay 16 gün təşkil edir. Məhkəmənin qəbul etdiyi 23 il 7 ay 3 günün üzərinə 1 il 11 ay 16 gün gəldikdə 25 il 6 ay 19 gün onun əmək fəaliyyətinin olduğu müəyyən olur. Bundan başqa məhkəmə imtinada göstərilməyən şərtlərə əsaslanmışdır. Belə ki, qərarda yazılır: Dövlət Arxivində tərtib edilmiş akta əsasən 1981-1986-da Danaçı KTBda işlədiyi dövrdə əmək haqqı almayıb. Əvvəla 1981 -1986-cı illərdə Sovet Hökümətinin dövründə təşkilatda işləyərək əmək haqqının alınmaması mümkün deyildi. Bundan başqa əmək kitabçasında qeyd vardır ki, 1981-1986-cı illərdə Rusiyada Sverdlov adına zavodda işləmişdir. Göründüyü kimi cavabdeh məhkəməyə yalan məlumatlar verməklə, məhkəmənin çaşdıraraq iddianın rədd olunmasına nail olmuşdur. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, məhkəmənin qərarı ləğv edilməli və onun iddia ərizəsi təmin edilməlidir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
12. Apellyasiya şikayətinə qarşı etiraz iddia ərizəsinə etirazın dəlilləri təkrarlanmaqla əsaslandırılmışdır.
tərəflərin izahatları
13. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Inzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı, inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası hazırki işə iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir.
tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 16.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #- dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Maddə 32.1.Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
17. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.
18. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Iddiaçı onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
21. IPM-in 12.1, 12.2, 58.7, 82-ci maddələrində təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.
22. Iş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı ona ##.##.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması nail olmaqdır. Iddiaçı, ##.##.1958-cı ildə doğulmuşdur.
23. Cavabdeh orqan 1981-1986, ##.##.1988-##.##.1989 və ##.##.1995- ##.##.2004-cü il tarixlərdə iddiaçıya əməkhaqqı ödənilməməsini qeyd edərək həmin dövrləri sosial sığorta stajı kimi qəbul etmir. Iddiaçının mübahisələndirilməyən sosial sığorta stajı isə 10 iI 11 ay 20 gündür.
24. Iddiaçıya məxsus əmək kitabçasından görünür ki, onun Danaçı KTB-nin idarə heyətinin sədri vəzifəsində may 2002-ci ildən məzuniyyətə buraxılması barədə qeyd icra edilmişdir. Kollegiya tərəfindən müvafiq qeydin əsasını təşkil edən əmr arxivdən götürülərək tədqiq edilmişdir.
25. Müəyyən edilmişdir ki, Zaqatala RKC sistemindəki təşkilat və müəssisə rəhbərləri üçün məzuniyyət qrafikinin tərtib və təsdiq edilməsi haqqında Zaqatala RKCnin idarə heyətinin ##.##.2002-ci il tarixli, 9№-li əmri ilə növbəlilik qaydasında 10-dan çox vəzifəli şəxsin məzuniyyət qrafiki təsdiq edilmiş, iddiaçının məzuniyyətə çıxacağı vaxt “may” ayı olaraq qeyd edilmişdir.
26. Yəni, əmək kitabçasında olan ##.##.2002-ci il tarixli, 9№-li əmri iddiaçının müddətsiz yox, növbəti əmək məzuniyyətinə buraxılması ilə bağlı olduğundan, iddiaçının ##.##.2004-cü il tarixədək əmək fəaliyyəti dövrü də, əmək kitabçası əsasında onun ümumi sosial sığorta stajında nəzərə alınmalıdır.
27. Belə olan halda iddiaçının ##.##.1976-##.##.1977, ##.##.1977-##.##.1979, ##.##.1981-##.##.1981, ##.##.1981-##.##.1981, ##.##.1981-##.##.1986, ##.##.1986- ##.##.1986, ##.##.1987-##.##.2004-cü illər üzrə ümumi sosial sığorta stajı 25 ildən artıq olur ki, bu da ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərlidir.
28. Hazırkı iş üzrə cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda əmək kitabçasındakı qeydlər üzrə məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır və belə mübahisə cavabdeh tərəfindən qaldırıldığından, həmin məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür (IPM-in 14.3-cü maddəsi).
29. Oxşar inzibati mübahisələr üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının bir sıra qərarlarında vurğulanmışdır ki, “iddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur”.
30. Odur ki, cavabdeh orqan iddiaçıya məxsus əmək kitabçasında icra edilmiş qeydlərin düzgün olmaması qənaətindədirsə bununla bağlı məhkəməyə sübutlar təqdim etməli və icra edilmiş qeydlərin nəyə görə həqiqətə uyğun olmaması ilə bağlı mövqeyini əsaslandırmalıdır.
31. Iddiaçıya məxsus əmək kitabçasında mübahisələndirilən illəri ehtiva edən qeyd müəssisənin dairəvi möhürü və məsul şəxsin imzası ilə təsdiq olunmuşdur. Cavabdeh orqan iddiaçının əmək kitabçasına əsasən işlədiyi yuxarıda qeyd edilən tarixlərin bir hissəsini mübahisələndirsə də, məhkəməyə iddiaçıya məxsus əmək kitabçasının qeydlərinin mötəbərliyini şübhə altına alan və həmin məlumatları təkzib edən hər hansı mötəbər sübut təqdim etməmişdir.
32. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Bu mənada “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir.
33. Əmək pensiyasının təyinatında iddiaçının ##.##.2006-cı il tarixədək əmək fəaliyyətinin qarşılıqlı yoxlamasının hər hansı səbəbdən, məsələn şəxsin işlədiyi müəssisədə əmək haqqı cədvəllərinin aşkar edilməməsinə görə baş tutmaması, habelə müəssisənin müvafiq sənədlərinin arxivə (Dövlət Arxivinə) təhvil verilməməsi onun təqsiri ilə bağlı olmayan haldır və hətta mövcudluğu təsdiq olunsa belə, bu hal özlüyündə qanunvericiliklə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən xüsusat kimi təsbit edilməmişdir.
34. Digər tərəfdən nəzərə alınmalıdır ki, ##.##.2002-ci ilədək olan dövrdə işçilər dövlət tərəfindən mütləq qaydada sosial sığorta ilə əhatə olunmalı olduqlarına görə mübahisəli dövr üzrə işçilərin əmək fəaliyyəti ümumi iş stajına daxil edilməlidir. Yəni, iddiaçının həmin dövrə münasibətdə işə qəbul edildikdən sonra əmək haqqı alıbalmaması və ondan müvafiq qaydada sosial sığorta haqlarının ödənilib-ödənilməməsinin müəyyən edilməsi zərurəti yoxdur.
35. Məhkəmə kollegiyası şərh olunanları ümumiləşdirərək hesab edir ki, iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 25 il stajı tamamlanmadığından apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia təmin edilməlidir.
36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Iddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilir. Şəki Inzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilir. Iş üzrə yeni qərar qəbul edilməklə iddia təmin edilir. Iddiaçı İddiaçı ##.##.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulur. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.