Məhkəmə qərarları › İş №2-1(107)-476/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-476/2023

02.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-476/2023 02.08.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 3 may 2023-cü il tarixli 2-1(116)-79/2023 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş аpellyаsiyа şikаyəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəyə аçıq məhkəmə iclаsındа baxaraq müəyyən etdi: Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 3 may 2023-cü il tarixli 2- 1(116)-79/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Şəki İnzibati Məhkəməsinin 3 may 2023-cü il tarixli 2-1(116)-79/2023 nömrəli qərarından apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə verilmişdir. Cavabdeh ərizəsində qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı inzibati praktikaya uyğun olaraq poçt üsulu ilə göndərilməmiş, bu səbəbdən cavabdeh tərəfindən Şəki İnzibati Məhkəməsi ilə telefon vasitəsi ilə əlaqə saxlanılmış və Şəki İnzibati Məhkəməsi tərəfindən qərarın Agentliyə məxsus elektron kabinetə yerləşdirilməsi qeyd edilmişdir. Bundan sonra cavabdeh tərəfindən qərar elektron kabinetdən götürülmüş və qərardan apellyasiya şikayəti poçt üsulu ilə təqdim edilmişdir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə iddiaçının (ərizəçinin) seçimi əsasında inzibati məhkəmə icraatı elektron qaydada, İnzibati Prosessual Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparıla bilər. Lakin iddiaçı cavabdehə qarşı təqdim etdiyi iddia ərizəsini kağız daşıyıcıda Şəki İnzibati Məhkəməsinə təqdim etmişdir və Şəki İnzibati Məhkəməsinə şikayət edilən tarixdə İnzibati Prosessual Məcəlləyə qeyd edilmiş dəyişikliklər edilməmiş və iş üzrə icraat elektron formada başlanmamışdır. Eyni zamanda, İnzibati Prosessual Məcəlləyə əlavə olunmuş 9-1.3-cü maddəyə əsasən inzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göründüyü kimi, Qanunun qüvvəyə mindiyi tarixdən etibarən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə iddiaçının (ərizəçinin) seçimi olduğu halda inzibati mübahisələr üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılmasının yalnız “Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Lakin iddiaçı bu seçimdən istifadə etməmiş, iddia ərizəsini kağız daşıyıcılarda təqdim etmişdir. Buna görə də qeyd edilən iş üzrə məhkəmə qərarları tərəflərə “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuşdur. Sənədlərin dairəsi Mülki Prosessual Məcəllənin 134-cü maddəsində müəyyən edilmişdir. Qeyd edilən siyahıda iddia ərizəsi, iddia tələblərinin təsdiqi və ya ona qarşı etiraz kimi tərəflərin hazırladığı sənədlərin surətləri, məhkəmə bildirişi və s. sənədlər nəzərdə tutulmuşdur. Məhkəmə sənədləri də tərəflərə elektron kabinet vasitəsilə təqdim edilməli, habelə tərəflərdən müvafiq sənədlər bu üsulla tələb olunmalı idi. Halbuki, cavabdeh tərəfindən iddia ərizəsinə dair hazırlanmış etiraz elektron kabinet vasitəsi ilə deyil, poçtla məhkəmə iclasında təqdim edilmiş, eləcə də iddia ərizəsi və məhkəmə bildirişləri də poçt vasitəsi ilə cavabdehə göndərilmişdir. Belə olan təqdirdə Şəki Apellyasiya Məhkəməsi tərəfindən məhkəmə qərarının poçt vasitəsi ilə göndərilməsinin istisna olunması, qərarın yalnız elektron kabinet vasitəsi ilə təqdim edilməli olduğu qənaətinə gəlməsi və qanunvericiliklə müəyyən edilmiş müddətin axımının elektron kabinet vasitəsi ilə təqdim edilmə anından hesablanması anlaşılan deyil. Məhkəmə müvafiq hallarda yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edilmiş yazılı sübutları qəbul etməli və öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Ona görə də apellyasiya şikayətinin mümkün hesab edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəfindən аpellyаsiyа şikаyəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəyə baxılması 2 avqust 2023-cü il tarixə, saat 11:45-ə təyin edilmiş, cavabdehə bu barədə rəsmi məlumat verilmişdir. İş materiallarından görünür ki, Şəki İnzibati Məhkəməsinin 3 may 2023-cü il tarixli 2- 1(116)-79/2023 nömrəli qərarı xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan cavabdehə məxsus elektron kabinetdə yerləşdirilmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan Şəki İnzibati Məhkəməsinin 3 may 2023-cü il tarixli 2- 1(116)-79/2023 nömrəli qərarını xx.xx.2023-cü il tarixdə aldıqdan sonra apellyasiya şikayətini verməmiş, xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti verərək, apellyasiya şikayəti vermək üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddəti 29 gün ötürmüşdür. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Göründüyü kim, cavabdeh inzibati orqan tərəfindən Şəki İnzibati Məhkəməsinin 3 may 2023-cü il tarixli 2-1(116)-79/2023 nömrəli qərarından аpеllyаsiyа şikаyəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüş və bu müddətin üzürlü səbəbdən buraxılması barədə müvafiq sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. - 22.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. - 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. - 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. - 24.3-cü maddəsinə əsasən, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. - 24.5-ci maddəsinə əsasən, ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. - 24.7-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 İnzibati Məhkəməsinin 3 may 2023-cü il tarixli 2-1(116)-79/2023 nömrəli qərarından apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85 - 94.-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 İnzibati Məhkəməsinin 3 may 2023-cü il tarixli 2-1(116)-79/2023 nömrəli qərarından apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməsin . Qərаrdаddаn rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyаsına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar