Məhkəmə qərarları › İş №2-1(107)-477/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-477/2020

30.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-477/2020 30.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağsu rayon filialına qarşı “1981-1985-ci illərdə Ağsu rayonu ”M.B.Qasımov” adına kolxozda kolxozçu, xx xxxxxx 1986-cı il tarixdən xx xxxxxxx 1991-ci il tarixədək Ağsu rayon İstehlak Cəmiyyətində katibə-makinaçı, xx xxxx 1992-ci il tarixdən xx xxxxxx 2005-ci il tarixədək isə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “xxxx” Dövlət müəssisəsinin Ağsu poçt filialında xadimə işlədiyi müddəti iş stajına daxil etməklə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)- 1039/2020 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağsu rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1981-1985-ci illərdə Ağsu rayonu “M.B.Qasımov” adına kolxozda kolxozçu, xx xxxxxx 1986-cı il tarixdən xx xxxxxxx 1991-ci il tarixədək Ağsu rayon İstehlak Cəmiyyətində katibə-makinaçı, xx xxxx 1992-ci il tarixdən xx xxxxxx 2005-ci il tarixədək isə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “xxxx” Dövlət müəssisəsinin Ağsu poçt filialında xadimə işlədiyi müddəti iş stajına daxil etməklə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia belə əsaslandırılmışdır ki, o, 1981-1985-ci illərdə Ağsu rayonu “M.B.Qasımov” adına kolxozda kolxozçu, xx xxxxxx 1986-cı il tarixdən xx xxxxxxx 1991-ci il tarixədək Ağsu rayon İstehlak Cəmiyyətində katibə-makinaçı, xx xxxx 1992-ci il tarixdən xx xxxxxx 2005-ci il tarixədək isə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “xxxx” Dövlət müəssisəsinin Ağsu poçt filialında xadimə vəzifəsində işləmişdir. İddiaçıya TSEK tərəfindən xx xxx 2019-cu il tarixdən ikinci dərəcəli əlillik verilmişdir. İddiaçı 2020-ci ilin mart ayının əvvəlində Əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin iddiaçının müraciəti cavablandırılmamışdır. Məhkəmənin iclasında protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh orqan etirazını belə əsaslandırmışdır ki, iddiaçının pensiya hüququ ona ikinci dərəcəli əlillik verilmiş xx.xx.2019-cu il tarixdən yaranmışdır. İddiaçının mübahisələndirilən iş stajı 1981-1985-ci illərdə “M.B.Qasımov” adına kolxozda kolxozçu, xx xxxxxx 1986-cı il tarixdən xx xxxxxxx 1991-ci il tarixədək Ağsu rayon İstehlak Cəmiyyətində katibə-makinaçı, xx xxxx 1992-ci il tarixdən xx xxxxxx 2005-ci il tarixədək isə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “xxxx” Dövlət müəssisəsinin Ağsu poçt filialında xadimə işlədiyi dövrlərdir. Onun iddia tələbində qeyd etdiyi arxiv arayışlarına əsasən iş stajı 24 il 2 ay 10 gündür ki, bunun da pensiya kapitalına çevrilməsi nəticəsində xx.xx.2019-cu il tarixədək istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla 17481 manat 02 qəpik pensiya kapitalı vardır. İddiaçıya ikinci dərəcəli əlillik verildiyi xx.xx.2019-cu il tarixdən əmək pensiyasının təyin edilməsi üçün minimum 12 il 4 ay sosial sığorta stajı və 17760 manat pensiya kapitalı tələb olunur. Göründüyü kimi iddiaçının iddia tələbində qeyd olunan iş stajı sosial sığorta stajına daxil edilsə belə, ona əmək pensiyasının təyin edilməsi üçün tələb olunan pensiya kapitalı tamamlanmır. Birinci instansiya məhkəməsində iddiaçı xx.xx.2020-ci il tarixdə məhkəməyə teleqram göndərərək səhhəti ilə əlaqədar təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxxxx 2020-ci il tarixli, 2- 1(116)-1039/2020 nömrəli qərarı ilə iddia təmin edilməyərək, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağsu rayon filialına qarşı “1981-1985-ci illərdə Ağsu rayonu “M.B.Qasımov” adına kolxozda kolxozçu, xx xxxxxx 1986-cı il tarixdən xx xxxxxxx 1991-ci il tarixədək Ağsu rayon İstehlak Cəmiyyətində katibə-makinaçı, xx xxxx 1992-ci il tarixdən xx xxxxxx 2005-ci il tarixədək isə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “xxxx” Dövlət müəssisəsinin Ağsu poçt filialında xadimə işlədiyi müddəti iş stajına daxil etməklə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin olunmaması qərara alınmışdır. İddiaçı həmin qərardan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini belə əsaslandırılmışdır ki, 1981-1985-ci illərdə Ağsu rayonu “M.B.Qasımov” adına kolxozda kolxozçu, xx xxxxxx 1986-cı il tarixdən xx xxxxxxx 1991-ci il tarixədək Ağsu rayon İstehlak Cəmiyyətində katibə-makinaçı, xx xxxx 1992-ci il tarixdən xx xxxxxx 2005-ci il tarixədək isə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “xxxx” Dövlət Müəssisəsinin Ağsu poçt filialında xadimə işləmişdir. Tələbini əsaslandıran sənədlərini iddia ərizəsinə əlavə etmişdir. Birinci instansiya məhkəməsinin isə qərar çıxararkən yalnızca cavabdehin təqdim etdiyi sübutlara qiymət verərək əsassız qərar qəbul etdiyini bildirmişdir. Azərbaycan Respublikası İPM-nin 14-cü maddəsinin tələblərinin pozulduğunu göstərmişdir. Həmin maddədə göstərmişdir ki, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Yuxarıda qeyd edilənlərə əsasən Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)-1039/2020 nömrəli qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi X1 apelyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)- 1039/2020 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı.məhkəmə iclasına gəlməmişdir. İddiaçı teleqram və ərizə göndərərək səhhətilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini və bu səbədən iştirakı olmadan yekun məhkəmə qərarının çıxarılmasını xahiş edib. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar Ağsu poçt filialının xx.xx.2005-ci il tarixli, 135 nömrəli əmrindən çıxarışın təsdiq edilmiş sürəti, Ağsu rayon Dövlət Arxivinin arxiv arayışları, cavabdehin xx.xx.2020ci il tarixli **********9 nömrəli etiraz məktubu. Əsaslandırma hissəsi İddiaçı apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)-1039/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bunu cavablandırmadığından hazırkı mübahisə yaranmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməyərək, İddiaçı əlilik üzrə pensiyanın təyin edilməsi üçün zəruri olan sıgorta stayını toplasada,lakiniddiaçı tələb olunan minimum pensiya kapitalına malik olmadıgından ona əlilliyə görə pensiya təyin edilə bilməz qərara alınmışdır. İş materiallarında olan və məhkəmə araşdırmasının predmetini təşkil etmiş Ağsu Rayon Dövlət Arxivinin xx.xx.2020-ci və xx.xx.2020-ci il tarixli arxiv arayışından görünür ki, iddiaçı“1981-1985-ci illərdə Ağsu rayonu “M.B.Qasımov” adına kolxozda kolxozçu, xx xxxxxx 1986-cı il tarixdən xx xxxxxxx 1991-ci il tarixədək Ağsu rayon İstehlak Cəmiyyətində katibə-makinaçı, xx xxxx 1992-ci il tarixdən xx xxxxxx 2005-ci il tarixədək isə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “xxxx” Dövlət müəssisəsinin Ağsu poçt filialında xadimə işləmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 149.7-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. İstinad olunan qanunvericilik normalarının məzmunundan göründüyü kimi, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması yoverilməzdir. İş stajını təsdiq edən sənəd kimi arayışlar nəzərə alınır. Cavabdehin xx xxxx 2020-ci il tarixli **********9 nömrəli məktubundan görünür ki, İddiaçı pensiya hüququ ona ikinci dərəcəli əlilik verilmiş,29.05. 2019-cüu ildən yaranmışdır.Vətəndaçın mübahisələndirilən iş stajı “1981-1985-ci illərdə Ağsu rayonu “M.B.Qasımov” adına kolxozda kolxozçu, xx xxxxxx 1986-cı il tarixdən xx xxxxxxx 1991-ci il tarixədək Ağsu rayon İstehlak Cəmiyyətində katibə-makinaçı, xx xxxx 1992-ci il tarixdən xx xxxxxx 2005-ci il tarixədək isə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “xxxx” Dövlət müəssisəsinin Ağsu poçt filialında işlədiyi dövrlərdir.İddiaşının iddia tələbində qeyd etdiyi Arxiv arayışlarına əsasən iş stajı 24 il 2 ay 10 gündür ki, bunun pensiya kapitalına çevirilməsi nəticəsində xx.xx.2019-cu il tarixədək istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla 17481 manat 02 qəpik pensiya kapitalı vardır.Vətəndaş İddiaçı 2-ci dərəcəli əlillik verildiyi xx.xx.2019-cu il tarixdən əmək pensiyasının təyin edilməsi üçün minimum 12 il 4 ay sosial sıgorta stajı və 17760 manat pensiya kapitalı tələb olunur.Ona pensiya pensiyanın təyin edilməsi üçün tələb olunan pensiya kapitalı tamamlanmır.Odur ki,vətəndaşın heç bir halda əmək pensiyası hüququ yaranmır. İddiaçı ona xx.xx.2019-cu il tarixdə müəyyən olunmuş İİ qrup əlilliyə görə pensiya təyin olunmasını tələb edir. Bu növ pensiya almaq hüququnun əsasları «Əmək pensiyaları haqqında» Qanunun 11-ci maddəsində müəyyən edilərək göstərilir ki, əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Bununla baglı, əlilliyə görə əmək pensiyası təyin olunmasının şərtləri adı çəkilən Qanunun 12.1-ci maddəsində müəyyən edilərək deyilir ki, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Qanunun normalarından dan göründüyü kimi, İİ qrup əlilə əlilliyə görə pensiya təyin olunması üçün iki şərtin mövcud olması mütləqdir: 1. Ümumilikdə sığorta stajı 5 ildən az olmamaqla, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajının olması; 2. Əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması. Bu şərtlərdən hər hansı birinin olmaması, əlilliyə görə pensiya təyin olunmasını istisna edir. Ona görə də əlilliyə görə pensiya təyin olunması üçün bu şərtlərin mövcudluğu ardıcıl araşdırılmalıdır. «Əmək pensiyaları haqqında» Qanunun 12.1-ci maddəsində göstərilən «əmək qabiliyyətli yaş dövrü» ifadəsi şəxsin qanunla əmək fəaliyyət qabiliyyətli yaşa çatdıqdan sonrakı dövrü ehtiva edir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü hissəsində isə on beş yaşına çatmış hər bir şəxsin işçi kimi əmək müqaviləsinin tərəfi ola biləcəyi nəzərdə tutulmuşdur. Bu halda iddiaçının xx.xx.1967-ci il təvəllüdlü olması və ona xx.xx.2019-ci il tarixdə ikinci dərəcə əlillik müəyyən olunması nəzərə alınmaqla, əlilliyə görə əmək pensiyası hüququnun yaranması üçün 12 il 4 ay sığorta stajı olmalı, həmçinin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Birinci instansiya məhkəməsi iddiaçının fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən kapitala malik olub-olmadığını araşdırmamışdır. Halbuki, İİ və ya İİİ qrup əlillik təyin olunmuş şəxslərə pensiya kapitalından asılı olmayaraq əlilliyə görə pensiya təyin olunmasına yol verən hüquq norması yoxdur. Əlillik təyin olunmuş şəxslərə əlilliyə görə pensiya təyinatı zamanı, sosial sığorta stajının qazanıldığı müddətdən asılı olmayaraq, pensiya kapitalının olması mütləqdir. Birinçi instansiya məhkəməsi iddiaçının iş stajına malik olması barədə qiymətlən dirmə aparsa da, pensiya hüququnun yaranması üçün ikinci vacib şərt olan pensiya kapitalına malik olmasını müəyyən etməmiş, “Əmək pensiyaları haqqında” Qanunun 12.1ci maddəsinin müddəasına uyğun araşdırma aparmamışdır. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Kollegiy qeyd edir ki,iddiaçının xx xxx 1967-ci il təvəllüdlü olmaqla ona xx xxx 2019cu il tarixdə ikinci dərəcə əlillik müəyyən olunması nəzərə alınarsa, əlilliyə görə əmək pensiyası hüququnun yaranması üçün 12 il 4 ay sığorta stajı (əlillik dərəcəsi verilərkən olan yaş 52 – 15 yaş əmək qabiliyyətli olmayan dövr = 37 il x 4 ay = 148 ay : 12 = 12 il 4 ay) olmalı, həmçinin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Belə ki,iddiaçının fərdi hesabın sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalı 17481.02 manat təşkil edir.Sığorta davamiyyəti əmsalının tapılması üçün tələb olunan sığorta stajı 192-yə bölünməlidir : 148 ay / 192 = 0,77083. Sığortaolunanın sığorta davamiyyəti əmsalı gözlənilən pensiya ödənişi müddəti aylarının sayına vurulur (0,77083x144=110.99952) və pensiya sığorta kapitalı (PSK=17481.02) alınmış rəqəmə bölünərək (17481.02 / 110.99952 = 157.487 manat) pensiyanın məbləği 157.487 manat məbləğində müəyyən edilir. İddiaçıya əlillik təyin olunan xx xxx 2019-cu ildə minimum pensiya 160 manat olmuşdur. Məhkəmə kollegiyasınını iclasında aydın oldu ki,iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün minimum 12 il 4 ay sosial sığorta stajı və 17760 manat pensiya kapitalı tələb olunur. İş materiallarında olan arxiv arayışlarına əsasən iddiaçının 24 il 2 ay 10 gün iş stajı və həmin staj kapitala çevrildikdə 17481.02 manat pensiya kapitalı müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun : - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınaniş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; -12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir; - 32.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlillik dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Maddələrin tələblərinə görə İİ və İİİ qrup əlillərə pensiya hüququnun yaranmasının şərtlərinə şəxsin müvafiq sığorta stajına malik olması və müəyyən məbləğdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının toplanması aiddir. Əlilliyə görə əmək pensiyasının təyin edilməsinin müddətinin başlanğıcı isə əlilliyin müəyyən edildiyi gün hesab edilir. Məhkəmə qeyd edir ki, iddiaçının əlilliyin müəyyən etdiyi tarixinə 12 il 4 ay sosial sığorta stajının toplanması zəruri olmuş, iddiaçının arxiv arayışlarına əsasən 24 il 2 ay 10 gün sosial sığorta stajının olması qeyd edilmişdir. Yəni iddiaçı arxiv arayışlarında qeyd olunanlara əsasən əlillik üzrə pensiyanın təyin edilməsi üçün zəruri olan sığorta stajını toplamışdır. Əlilliyə görə zəruri olan fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına münasibətdə isə iddiaçı zəruri pensiya kapitalını toplamamışdır. Göründüyü kimi, maddələrin tələblərinə görə, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalına sığorta hissəsinin hesablanması üçün ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizi və xüsusi hesabdakı vəsait aiddir. Sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı il yanvarın 1-dək qazanılmış ümumi iş stajının hər ili üçün 306 manat hesablanmalıdır. Cavabdeh tərəfindən bildirilmişdir ki,iddiaçının iddia tələbində arxiv arayışlarına əsasən iş stajı 24 il 2 ay 10 gündür ki, bunun pensiya kapitalına çevirilməsi nəticəsində xx.xx.2019-cu il tarixədək istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla 17481 manat 02 qəpik pensiya kapitalı vardır.Vətəndaş İddiaçı 2-ci dərəcəli əlillik verildiyi xx.xx.2019-cu il tarixdən əmək pensiyasının təyin edilməsi üçün 17760 manat pensiya kapitalı tələb olunur.Ona pensiya pensiyanın təyin edilməsi üçün tələb olunan pensiya kapitalı tamamlanmır.Odur ki,vətəndaşın heç bir halda əmək pensiyası hüququ yaranmır. Göründüyü kimi,əmək pensiyasının təyin edilməsi üçün 17760 - 17481 mövcud olan əmək kapitalı = pensiya kapitalı tamamlanması üçün 279 manat tələb olunur. İddiaçı tərəfindən məhkəmə kollegiyasına ünvalanmış qəbzin əslindən görünür ki, AGHSU Sıgortaolunan XH AZ 29CTRE**********0007012990 hesab nömrəsinə 300 manat məbləg pensiyadan catışmayan məbləg ödənilmişdir. Belə olan halda iddiaçıya münasibətdə əlilliyə görə pensiyanın təyin edilməsi üçün onun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləği tamamlanmışdır. İddiaçı tərəfindən pensiya kapitalı üçün catışmayan məbləg ödənilməklə pensiyanın təyin edilməsi üçün tələb olunan pensiya kapitalı tamamlandıgına əsasən arxiv arayşlarında əks olunan iş dövrləri onun sosial sığorta stajı kimi nəzərə alınmalı və ona əlilliyə görə pensiya təyin edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Qanunun: -1.0.7.-ci maddəsinə əsasən fərdi hesab – dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır; - 1.0.8-ci maddəsinə görə fərdi hesabın sığorta hissəsi – əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; - 1.0.9-ci maddəsində göstərrilmişdir ki, fərdi hesabın yığım hissəsi – sığortaolunanlər üzrə ödənilmiş və əmək pensiyasının yığım hissəsinin hesablanması üçün nəzərə alınan könüllüsosial sığorta haqlarının, eləcə də bu vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin toplandığı subhesabdır; - 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı – müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; - 27.1-ci maddəsinə əsasən, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. “Sığortaolunanlar üzrə xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi” Qaydasının: - 1.1ci maddəsinə əsasən bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə uyğun olaraq sığortaolunanlar üzrə xüsusi hesaba (bundan sonra - xüsusi hesab) əlavə vəsaitlərin ödənilməsi qaydasını müəyyən edir. -3.1ci maddəsinə əsasən Xüsusi hesaba ödənilən vəsaitlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun müvafiq xəzinə hesabına mədaxil olunur. -3.2. Sığortaolunanlar üzrə ödənilən vəsaitlər məcburi dövlət sosial sığorta haqlarına əlavə olaraq dövlət sosial sığorta sistemində hər bir sığortaolunan şəxsin uçotu dövründə sosial sığorta nömrəsi ilə açılmış fərdi hesabında qeydə alınır. -3.3. Fərdi hesablarda qeydə alınan vəsaitlər “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq indeksləşdirilir. -3.4. Xüsusi hesaba mədaxil olunmuş vəsaitlərdən əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması məqsədilə istifadə edilir. -5.1. Xüsusi hesaba köçürülmüş əlavə vəsaitlərin idarə olunması “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə müvafiq qaydada aparılır. - 5.2. Bu Qaydaya uyğun olaraq xüsusi hesaba köçürülmüş əlavə vəsaitlərin fərdi hesabın sığorta hissəsində qeydə alınması nəticəsində formalaşan pensiya kapitalına görə sığortaolunana əmək pensiyasının təyin edilməsini və ödənilməsini “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyasını təyin edən orqan həyata keçirir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı qızninı tələb olunan minimum pensiya kapitalına malikdir və ona ikinci dərəcəli əlilik verilmiş 29.05. 2019-cü tarixdən əlilliyə görə pensiya təyin edilməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-nin 87.6-cı maddəsinə əsasən ləgv edilməli,inzibati iş üzrə yeni qərar qəbul edilərək İddiaçı iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərаrа аldı: İddiaçı tərəfindən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağsu rayon filialına qarşı verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)-1039/2020 nömrəli qərarı ləgv edilsin.Yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağsu rayon filialına qarşı “1981-1985-ci illərdə Ağsu rayonu “M.B.Qasımov” adına kolxozda kolxozçu, xx xxxxxx 1986-cı il tarixdən xx xxxxxxx 1991-ci il tarixədək Ağsu rayon İstehlak Cəmiyyətində katibə-makinaçı, xx xxxx 1992-ci il tarixdən xx xxxxxx 2005-ci il tarixədək isə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “xxxx” Dövlət müəssisəsinin Ağsu poçt filialında işlədiyi müddətin sosial sıgorta stajına daxil edilsin və hüququnun yarandığı 29.05. 2019-cü tarixdən əlilliyə görə pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağsu rayon filialının üzərinə qoyulsun. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakim Rövşən Rəfiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar