Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-477/2023 07.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Qəbələ rayon Bum bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 12 nömrəli qərarına əsasən mərhum X6 Qəbələ rayon Bum qəsəbəsində tikinti məqsədilə ayrılmış, xx.xx.2006-cı il tarixdə keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsində dövlət qeydiyyatına alınmış və JN-0711 kod 40600038 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilmiş 0,0338 ha torpaq sahəsinə dair X4 adına arayışın (elektron çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 20 iyun 2023-ci il tarixli, 2-1(116)-189/2023 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayon Bum bələdiyyəsinin 07 dekabr 2002-ci il tarixli, 12 nömrəli qərarına əsasən mərhum həyat yoldaşı X6 Qəbələ rayon Bum qəsəbəsində tikinti məqsədləri üçün ayrılmış, 23 fevral 2006-cı il tarixində keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsində dövlət qeydiyyatına alınmış və JN-0711 seriyalı 40600038 kod nömrəli”Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilmiş 0,0338 ha torpaq sahəsi ilə bağlı hüquqların adına təkrar qeydiyyatının mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla aparılaraq buna dair ona çıxarış və texniki sənəd verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsinin əsaslarına görə, Qəbələ rayon Bum Bələdiyyəsinin 07 dekabr 2002- ci il tarixli, 12 saylı qərarına əsasən iddiaçının mərhum həyat yoldaşı X6 Qəbələ rayonu, Bum qəsəbəsində tikinti məqsədləri üçün 0,0338 ha torpaq sahəsi alqı-satqı yolu ilə satılmışdır. İddiaçının mərhum ərinin torpaq sahəsi üzərindəki hüququ 23 fevral 2006-cı il tarixində keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsində qeydiyyata alınmış və ona JN 0711 seriyalı, 40600038 kod nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı verilmişdir. İddiaçının əri 22 yanvar 2017-ci il tarixində vəfat etmişdir. Ərinin ölümündən sonra ərizəsi üzrə Qəbələ regional “Asan Xidməd” mərkəzindəki notariat ofisində V-390 nömrəli vərəsəlik işi açılmış, iddiaçı varis olaraq tanınmışdır. İddiaçı onu da qeyd edir ki, “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında həyat yoldaşının soyadı səhvən “Əzənmədov” yerinə, “Əzməmmədov” şəklində qeyd olunmuşdur. Bu xəta məhkəmə aktı ilə aradan qaldırılmışdır. Belə ki, iddiaçının ərizəsi üzrə işə xüsusi icraat qaydasında baxan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(025)-150/2022 saylı qətnaməsi ilə “Qəbələ rayon Bum Bələdiyyəsinin 07 dekabr 2002-ci il tarixli, 12 saylı qərarına əsasən X3 mülkiyyətinə verilmiş JN 0711 nömrəli (kod: ********) “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının mərhum X6 məxsus olması hüquqi faktı” müəyyən edilmişdir. Qətnamə qüvvəyə minmiş və icraya yönəldilmişdir. İddiaçı bildirir ki, mərhum ərinin 2006-cı ildə sözügedən torpaq sahəsi ilə bağlı dövlət qeydiyyatına alınmış mülkiyyət hüququ dövlət tərəfindən tanınmış və öz hüquqi qüvvəsini saxlamaqdadır. İndiyə qədər bu hüquq hər hansı orqan, yaxud fiziki və ya hüquqi şəxs tərəfindən mübahisələndirilməmiş, bununla bağlı daşınmaz əmlakın ərazi dövlət reyestri orqanına və ya yerli bələdiyyə orqanına, yaxud da həmin orqanlardan sair qurumlardan ünvanına hər hansı etiraz, iddia, tələb daxil olmamışdır. Qeyd olunanlara əsasən iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır.
3. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********78 nömrəli imtina məktubunda qeyd etmişdir ki, ərazi idarəsinin mütəxəssisləri torpaq sahəsinə baxış keçirərək çöl ölçmə işləri aparmış və çöl ölçmə işləri nəticəsində əldə olunan məlumatlar kameral şəraitdə Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazasında araşdırılmışdır. Aparılan araşdırma nəticəsində müəyyən olunmuşdur ki, faktiki torpaq sahəsi ilə sənəd üzrə torpaq sahəsi arasında 350 m məsafə fərqi var. Həmçinin faktiki torpaq sahəsi Ərazi İdarəsində mövcud olan elektron baza xəritəsində məktəb ərazisi kimi qeyd edilmişdir. Bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir.
4. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********51 nömrəli etiraz məktubunda iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənləri qeyd etmiş və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, “Qəbələ rayon Bum bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 12 nömrəli qərarına əsasən mərhum X6 Qəbələ rayon Bum qəsəbəsində tikinti məqsədilə ayrılmış, xx.xx.2006-cı il tarixdə keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsində dövlət qeydiyyatına alınmış və JN-0711 kod 40600038 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilmiş 0,0338 ha torpaq sahəsinə dair X4 adına arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixdə hazırlıq icraatı çərçivəsində keçirilmiş iclasında ərizə məhkəmə iclasının qərardadı ilə icraata qəbul olunmuşdur.
6. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-189/2023 nömrəli qərardadı ilə X12 hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində adi qaydada cəlb edilmişdir. Üçüncü şəxs tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə daxil olmamışdır.
7. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir.
8. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 20 iyun 2023-ci il tarixli, 2- 1(116)-189/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
10. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 20 iyun 2023-ci il tarixli, 2-1(116)-189/2023 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
11. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Qəbələ rayon Bum Bələdiyyəsinin 07 dekabr 2002-ci il tarixli, 12 saylı qərarına əsasən mərhum həyat yoldaşı X6 Qəbələ rayonu, Bum qəsəbəsində tikinti məqsədləri üçün 0,0338 ha torpaq sahəsi alqısatqı yolu ilə satılmışdır. Mərhum ərinin torpaq sahəsi üzərindəki hüququ 23 fevral 2006-cı il tarixində Azərbaycan Respublikasının keçmiş Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsində qeydiyyata alınmış və ona JN 0711 seriyalı, 40600038 kod nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” verilmişdir. Mərhum ərinin 2006-cı ildə sözügedən torpaq sahəsi ilə bağlı dövlət qeydiyyatına alınmış mülkiyyət hüququ dövlət tərəfindən tanınmanı ifadə edir və qeydiyyat, eləcə də sənəd və qeydiyyata alınmış hüquq öz hüquqi qüvvəsini saxlamaqdadır, indiyə qədər bu hüquq, hüququn qeydiyyatı,eləcə də bizə verilmiş hüquqi-texniki sənəd hər hansı orqan, yaxud fiziki və ya hüquqi şəxs tərəfindən mübahisələndirilməmiş, bununla bağlı daşınmaz əmlakın ərazi dövlət reyestri orqanına və ya yerli bələdiyyə orqanına, yaxud da həmin orqanlardan, sair qurumlardan ünvanlarına hər hansı etiraz, iddia, tələb daxil olmamışdır. Məhkəmə iş üzrə keçirilmiş mütəxəssis rəyi düzgün qiymətləndirilməmişdir. Eləcə də, məhkəmə, işdə sair hüquqi və texniki sənədlər olmasına rəğmən, mütəxəssis rəyini yeganə sübut kimi qiymətləndirmişdir, bu isə qanunvericiliyin tələblərinə ziddir, çünki işin faktiki hallarını müəyyən etmək üçün işdə olan digər sübutlar - ilkin qeydiyyat sənədlərindəki texniki sənədlər - sxemlər, yerləşmə yeri planları və işdə olan sair texniki sənədlər də cəm halında araşdırılmalı, qiymətləndirilməli idi. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 20 iyun 2023-ci il tarixli, 2-1(116)- 189/2023 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
12. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 20 iyun 2023-ci il tarixli, 2-1(116)-189/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etdi.
13. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 20 iyun 2023ci il tarixli, 2-1(116)-189/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
14. Məhkəmə kollegiyasının hazırkı iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və üçüncü şəxs iştirak etməmişlər.
15. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
16. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - JN-0711 kod 40600038 nömrəli Dövlət Aktından görünür ki, Qəbələ rayonu Bum bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 12 nömrəli qərarı ilə 0,0338 ha torpaq sahəsi tikinti məqsədilə X5 ayrılmışdır. - Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(025)-150/2022 nömrəli qətnaməsindən görünür ki, Qəbələ rayon Bum bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 12 nömrəli qərarına əsasən X3 mülkiyyətinə verilmiş JN-711 nömrəli (kod: ********) “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının mərhum X6 məxsus olması hüquqi faktı müəyyən edilmişdir. - Cavabdehin xx.xx.2022-ci il tarixli, **********03 nömrəli məktubuna əlavə olaraq JN- 0711 kod 40600038 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının təsdiq olunmuş arxiv nüsxəsi məhkəməyə təqdim edilmişdir. - Cavabdehin xx.xx.2022-ci il tarixli, **********94 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunmuşdur ki, işin araşdırılması məqsədi ilə DƏDKR publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri Qəbələ rayonu Bum qəsəbəsində yerləşən əraziyə baxış keçirmiş və GPS aləti vasitəsi ilə ölçü işləri aparmışlar. Kameral qaydada Mərkəzin elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı tərəfindən göstərilmiş faktiki naturada ölçülmüş iddiaçının istifadəsində olan 0,0228 hektar torpaq sahəsi Qəbələ rayonu Bum qəsəbə İnzibati Ərazi Dairəsinin sərhədləri daxilində, kateqoriyası yaşayış məntəqəsi torpaqları, uqodiyası ictimai tikililər (müəsissə və təşkilatların yerləşdiyi ərazi) olan ərazidir. Torpaq sahəsi İddiaçı istifadəsindədir. İddiaçının istifadəsində olan 0,0228 hektar torpaq sahəsi Bum qəsəbəsi ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu xəritəsinə əsasən kateqoriyası yaşayış məntəqəsi torpaqları, uqodiyası ictimai tikililər (müəsissə və təşkilatların yerləşdiyi ərazi) olmaqla Bum bələdiyyəsinin ərazisindən ayrılmışdır. X1 adına tərtib edilmiş JN 0711 nömrəli “Torpağa mülkyyət hüququna dair” Dövlət Aktının 711A nömrəli konturunda göstərilmiş 0,0228 hektar torpaq sahəsi ilə faktiki naturada ölçülmüş 0,0228 hektar torpaq sahəsi üst-üstə düşür. Torpaq sahəsinin koordinatları və yerləşmə vəziyyəti yerquruluşu planlarında göstərilmişdir. - Cavabdehin xx.xx.2023-cü il tarixli, 3-21-3-42/2-1472/2023 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunmuşdur ki, işin araşdırılması məqsədi ilə DƏDKR publik hüquqi şəxsin 9 saylı Qəbələ ərazi idarəsinin mütəxəssisləri 10 Mart 2023cü il tarixdə Qəbələ rayonu Bum qəsəbəsində yerləşən əraziyə baxış keçirmiş və GPS aləti vasitəsi ilə ölçü işləri aparmışlar. Kameral qaydada Mərkəzin elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı tərəfindən göstərilmiş faktiki naturada ölçülmüş iddiaçının istifadəsində olan 0,0228 hektar torpaq sahəsi Qəbələ rayonu Bum qəsəbə inzibati ərazi dairəsinin sərhədləri daxilində, kateqoriyası yaşayış məntəqələrinin torpaqları, uqodiyası “Təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat, rabitə və digər sosial və ictimai tikinti altında olan torpaqlar” üçün ayrılmış ərazidə yerləşir. Torpaq sahəsi İddiaçı istifadəsindədir. Digər mülkiyyətçilərə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmür. X1 adına tərtib edilmiş JN 0711 nömrəli "Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən 711A nömrəli konturda göstərilmiş 0,0228 hektar torpaq sahəsi ilə faktiki naturada ölçülmüş 0,0228 hektar torpaq sahəsi üst-üstə düşmür. JN-0711 seriyalı kod 40600038 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının 711 konturunda göstərilmiş 110 kv.m torpaq sahəsi ölçülən zaman Bum qəsəbə sakini X12 həmin torpaq sahəsinin uzun müddətdir istifadəsində olduğunu bildirərək ərazidə ölçü işinin aparılmasına icazə verməyəcəyini bildirdi. Bu səbəbdən həmin torpaq sahəsi ölçülməmişdir. - Cavabdeh orqana xx.xx.2023-cü il tarixdə məktub ünvanlanaraq bildirilmişdir ki, iş materiallarında olan cavabdehin xx.xx.2022-ci il tarixli, **********94 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunur ki, X1 adına tərtib edilmiş JN-0711 nömrəli “Torpağa mülkyyət hüququna dair” Dövlət Aktının 711A nömrəli konturunda göstərilmiş 0,0228 hektar torpaq sahəsi ilə faktiki naturada ölçülmüş 0,0228 hektar torpaq sahəsi üstüstə düşür. Lakin cavabdehin xx.xx.2023-cü il tarixli, 3-21-3-42/2-1472/2023 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində isə qeyd olunur ki, X1 adına tərtib edilmiş JN-0711 nömrəli "Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən 711A nömrəli konturda göstərilmiş 0,0228 hektar torpaq sahəsi ilə faktiki naturada ölçülmüş 0,0228 hektar torpaq sahəsi üst-üstə düşmür. Göstərilən ziddiyyətin aradan qaldırılması və qeyd olunan məsələyə aydınlıq gətirilməsi üçün cavabdehə vaxt verilmişdir. - Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-21-3-42/2-2270/2023 nörməli məktubunda qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixli, **********94 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində mərhum X2 adına tərtib edilmiş JN-0711 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının 711A nömrəli konturunda göstərilmiş 0,0228 hektar torpaq sahəsi ilə faktiki naturada ölçülmüş 0,0228 hektar torpaq sahəsi texniki səhv olaraq üstüstə düşür yazılmışdır. xx.xx.2023-cü il tarixli, 3-21-3-42/2-1472/2023 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində mərhum X2 adına tərtib edilmiş JN-0711 nömrəli 'Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən 711A nömrəli konturda göstərilmiş 0,0228 hektar torpaq sahəsi ilə faktiki naturada ölçülmüş 0,0228 hektar torpaq sahəsi üst-üstə düşmür düzgün yazılmışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
17. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 30.1. Mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Maddə 30.2. Mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Maddə 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 1.0.4. Qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1 Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.
19. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: Maddə 9. Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi.
1. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir.
2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları.
3. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir. Maddə 4.3 Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. Maddə 10.3. Torpaq sahəsinin hüquqi rejimi ilə əlaqədar mübahisələr zamanı daha ciddi hüquqi rejimi olan torpaq kateqoriyasına üstünlük verilir. Maddə 48.4. Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir. Maddə 66.1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Maddə 67.1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Maddə 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
20. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli 155- İQ nömrəli Qanununun 1-ci maddəsinə əsasən torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdir.
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; Maddə 139-1.1.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
22. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
23. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayətləri mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayətləri uğurlu olmayacaqdır.
24. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
25. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
26. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
28. Məhkəmə kollegiyası ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, torpaq qanunvericiliyinin hazırkı qərarın 19-20-ci bəndlərində qeyd olunan normalarından da göründüyü kimi, Azərbaycan Respublikasının ərazisində torpaqlar onların kateqoriyasına (məqsədli təyinatına) uyğun istifadə edilməlidir. İddiaçının isə faktiki olaraq istifadəsində olduğunu iddia etdiyi, sənədlər üzrə ayrılmış torpaq sahəsi ilə faktiki koordinatları fərqli olan torpaq sahəsi məktəb ərazisi olmaqla, təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat, rabitə və digər sosial və ictimai tikinti altında olan torpaqlar üçün ayrılmış ərazidədir.
29. Qeyd olunan normaların tələblərinin işin hallarına tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş materialları ilə öz təsdiqini tapır. Belə ki, məhkəmə araşdırması nəticəsində və müvafiq mütəxəssis rəyinə istinadən müəyyən edilmişdir ki, mərhum X2 adına tərtib edilmiş JN-0711 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən 711A nömrəli konturda göstərilmiş 0,0228 hektar torpaq sahəsi ilə faktiki naturada ölçülmüş 0,0228 hektar torpaq sahəsi üst-üstə düşmür, 110 kv.m. torpaq sahəsi isə başqa şəxsin istifadəsində olan torpaq sahəsi olmaqla hər iki torpaq sahəsi sənəd üzrə ayrılmış torpaq sahəsindən aralı yerləşir. Sənəd üzrə ayrılmış torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında 350 m məsafə fərqi vardır. Bununla yanaşı məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, dövlət aktında göstərilmiş torpaq sahəsi iki planşet hissəsindən ibarət olmaqla (228,34 və 110,22 kv.m) iki fərqli ərazidə yerləşir, birbirinə qonşu (bitişik) torpaq sahələri deyildir. Odur ki, onların iddiaçının tələbinə uyğun olaraq vahid daşınmaz əmlak kimi qeydə alınması da yolverilməzdir.
30. Bundan əlavə məhkəmə kollegiyası tərəfindən apellyasiya şikayətinə baxılaraq obyektiv qərar qəbul edilməsi baxımından xx.xx.2023-cü il tarixdə mübahisə predmeti olan torpaq sahəsinə yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, İddiaçı tərəfindən göstərilmiş faktiki naturada ölçülmüş 0,0110 hektar torpaq sahəsi, Qəbələ rayonu Bum qəsəbə İnzibati Ərazi Dairəsinin sərhədləri daxilində, kateqoriyası yaşayış məntəqələrinin torpaqları, uqodiyası “Təhsil, Səhiyyə, Mədəniyyət, Nəqliyyat, Rabitə və Digər Sosial və İctimai Tikinti Altında Olan Torpaqlarına ayrılmış ərazidə yerləşir. Digər mülkiyyətçilərə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmür. X1 adına tərtib edilmiş J№ 0711 nömrəli “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktına əsasən göstərilmiş 0,0110 hetar torpaq sahəsi ilə faktiki naturada ölçülmüş 0,0161 hektar torpaq sahəsi üst-üstə düşmür. 711 konturunda göstərilmiş 110 kv.metr torpaq sahəsinə əsasən faktiki naturada ölçümş 0,0161 hektar torpaq sahəsi, Qəbələ rayonu Bum qəsəbə İnzibati Ərazi Dairəsinin sərhədləri daxilində, kateqoriyası yaşayış məntəqələrinin torpaqları, uqodiyası “Təhsil, Səhiyyə, Mədəniyyət, Nəqliyyat, Rabitə və Digər Sosial və İctimai Tikinti Altında Olan Torpaqlarına ayrılmış ərazidə yerləşir. Digər mülkiyyətçilərə ayrılmış torpaq sahəsi ilə üstüstə düşmür.
31. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri)
32. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.
33. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, cavabdeh inzibati orqan hazırkı inzibati iş üzrə qanunauyğun olaraq lazımi qaydada araşdırma aparmışdır. Ona görə də kollegiya hesab edir ki, cavabdehin tələbdə qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtinası əsaslı olmuşdur.
34. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Qəbələ rayon Bum bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 12 nömrəli qərarına əsasən mərhum X6 Qəbələ rayon Bum qəsəbəsində tikinti məqsədilə ayrılmış, xx.xx.2006-cı il tarixdə keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsində dövlət qeydiyyatına alınmış və JN-0711 kod 40600038 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilmiş 0,0338 ha torpaq sahəsinə dair X4 adına arayışın (elektron çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
35. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 20 iyun 2023-ci il tarixli, 2-1(116)-189/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.