Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-478/2024 07.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və X1 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “X2 adına tərtib edilmiş JN-212 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni ləğv edərək, həmin torpaq sahəsi üzərində mərhum atası X6 ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, mülkiyyət hüququnun dövlət qeydiyyatını təsdiq edən sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 4 iyul 2024-cü il tarixli 2-1(116)-2004/2024 nömrəli qərardadından iş üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, X2 adına tərtib edilmiş JN-212 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni ləğv edərək, həmin torpaq sahəsi üzərində mərhum atası X6 ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, mülkiyyət hüququnun dövlət qeydiyyatını təsdiq edən sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər.
2. İddiaçıya xx.xx.2024-cü il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq bildirilmişdir ki, iddia tələbi mümkünlük şərtlərinə cavab vermir.
3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddiaçının nəzərinə çatdırılmışdır ki, mübahisələndirilən torpaq sahəsinə dair JN-212 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə Ucar Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı əsasında verilmişdir.
4. Yuxarıda qeyd olunanlarla bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməsi üçün iddiaçıya 10 (on) gün vaxt təyin edilmişdir. İddiaçı yardım məktubunu almasına baxmayaraq yardım məktubuna münasibət bildirməmişdir. İddiaçının dinlənilmə hüququ təmin edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
5. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 4 iyul 2024-cü il tarixli 2- 1(116)-2004/2024 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır.
6. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə həmin qərardaddan apellyasiya şikayəti vermişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadı iddiaçının dinlənilmə hüququ pozulmaqla qəbul edilmişdir. Belə ki, məhkəmə iddiaçıya xx.xx.2024-cü il tarixli 2-1(116)-2004/2024 saylı məktub ünvanlayıb iddiaçının münasibət bildirməsi tələb olunmuşdur. Məktubda işə yazılı icraat şəkilində baxılacağı qeyd olunmamışdır. Həmin məktub xx.xx.2024-cü il tarixdə EMİS-də yerləşdirilmiş, xx.xx.2024-cü il tarixdə münasibət EMİS-nə yerləşdirilmişdir. Lakin, məhkəmə qərardadından da, göründüyü kimi iddiaçının dinlənilmə hüququ pozulmaqla, onun iddia tələbi mümkün sayılmamışdır. İddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Baxmayaraq ki, bu iddia növü üçün qanunvericilik müddət müəyyən etməyib məhkəmə əsassız olaraq İPM-in 38-ci maddəsinə istinad etmişdir. İddia tələbi məhkəmə tərəfindən JN-212 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi deyil, inzibati orqanın üzərinə JN-212 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi öhdəliyin qoyulmasından ibarətdir. İddia ərizəsinə əlavə edilmiş imtina bildirişində qeyd olunmuş tarixdən göründüyü kimi imtina xx.xx.2024-cü il tarixdə verilib. Yəni, iddiaçı hüquq pozuntusunu yeni bilmişdir. Hesab etmişlər ki, X2 adına JN-212 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilməsi, iddiaçının mərhum atası X6 hüququnun məhdudlaşdırılmasına və iddia tələbinin mümkün sayılmamasına əsas hesab oluna bilməz. Ona görə ki, JN-212 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə qeyri-mötəbərdir. Belə ki, 1998-ci il tarixdə X15 İslahat Komissiyası tərəfindən təsdiq edilmiş siyahıda 3 nəfər şəxsin-X6, X3, X2 adları qeyd olunmuşdur. İddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddia ərizəsinin məzmunundan və iddia ərizəsinə əlavə olunmuş sənədlərdən də göründüyü kimi bu iddia növündə əsas mümkünlük şərti sayılan iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu kifayət qədər əsaslandırılmışdır. Belə ki, iddiaçı tərəfindən cavabdeh inzibati orqana şəhadətnamənin ləğvi və qanunvericiliklə hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunan təsərrüfatbaşına kitabdan çıxarış təqdim edilmiş, buna baxmayaraq cavabdeh tərəfindən şəhadətnamənin ləğvindən və hüququn dövlət qeydiyyatından imtina olunmuşdur. Bu hal da məhkəmə tərəfindən nəzərə alınmamışdır. JN-212 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin tərtib edilməsi əsası olan Ucar RAİK-nın xx.xx.1998-ci il tarixli qərarı ilə X4 nəinki 1.50 ha, ümumiyyətlə torpaq ayrılmamışdır. Ucar Rayon Aqrar İslahat Komissiyası tərəfindən təsdiq edilmiş 2002-ci il tarixli cədvəldə X2 adı qeyd olunub. 2002-ci il tarixli cədvəl Ucar RAİK-nın xx.xx.1998-ci il tarixli qərarı ilə təsdiq edilə bilməz. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən aydın şəkildə görünür ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənə kimi X11 həmin təsərrüfatda qeydiyyatda olmuşdur, həmçinin həmin qanun qüvvəyə mindiyi vaxtdan sonra da təsərrüfat başçısı olmuşdur. Həmçinin, X15 İslahat Komissiyası tərəfindən təsdiq edilmiş siyahıda 3 nəfər şəxsin-X6, X3, X2 adları qeyd olunmuşdur. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 4 iyul 2024-cü il tarixli 2-1(116)-2004/2024 nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinin mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 4 iyul 2024-cü il tarixli 2-1(116)-2004/2024 nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinin mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etdilər.
9. Məhkəmə kollegiyasının iclasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 4 iyul 2024-cü il tarixli 2-1(116)-2004/2024 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
10. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli 3-21-3- 60/2-527/2023 nömrəli məktubuna əlavə olunmuş Ucar rayonunun Qarabörk kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəllərdən görünür ki, X2 adının qarşısında “qanuni istifadəsində olan həyətyanı sahə” və “həyətyanı torpaq sahəsi” qrafasında 0,25 ha, zəbt olunan torpaq sahəsi 1.25, mülkiyyətçiyə verilən torpaq sahəsi 1.50 ha qeyd olunmuşdur. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, torpaq sahəsinə idarənin mütəxəssisləri tərəfindən baxış keçirilmiş, iddia olunan torpaq sahəsinin koordinatları əldə edilmiş, aparılan araşdırma zamanı məlum olmuşdur ki, naturada iddiaçı tərəfindən göstərilən, iddia olunan ərazi elektron bazada təqdim olunan kəndin kompleks yerquruluşu islahat layihəsində göstərilən 1,50 ha torpaq sahəsinə verilən JN-212A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə eyni ərazidə yerləşir. Lakin JN-212A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə iddiaçı tərəfindən naturada göstərilən 1,50 ha torpaq sahəsi arasında konfiqurasiya və bucaq fərqləri mövcuddur. JN-212A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə verilmiş torpaq sahəsi kəndin kompleks yerquruluşu islahat layihəsində yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, həyətyanı sahələr uqodiyalı, xüsusi mülkiyyətə aid torpaq sahəsi kimi göstərilmişdir. - JN-212A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən Ucar Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 17 nömrəli qərarı ilə X4 1.50 ha torpaq sahəsi verilmişdir. - Ucar rayonu Qarabörk kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahəsinə aid cədvəldən görünür ki, X9 0.25 ha torpaq sahəsinin verilməsi nəzərdə tutulmuşdur. - Ucar Rayon İcra Hakimiyyəti başçısının Qarabörk, Gəraybəyli və Rəstəcə kənd inzibati ərazi nümayəndəliyi “Qarabörk” narçılıq sovxozunun islahatı ilə əlaqədar Qarabörk kəndində yaşayan, pasport qeydiyyatında olan, torpaq payı almaq hüququ olan vətəndaşların siyahısından görünür ki, X11, X7 və X9 1.50 ha torpaq sahəsinin verilməsi nəzərdə tutulmuşdur.
TƏTBİQ EDİLƏN HÜQUQ
11. İnzibati Prosessual Məcəllə: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) Maddə 3.1. Bu Məcəllənin 3.2-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati məhkəmələr tərəfindən baxılır. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
12. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının: - 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. - 1.2-ci bəndinə əsasən, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. - 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 1.4-cü bəndinə əsasən, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. - 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. - 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. - 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. - 3.2-ci bəndinə əsasən, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. - 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. - 3.4-cü bəndinə əsasən, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. - 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. - 8.2-ci bəndinə əsasən, bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. - 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. - 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. - 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
13. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
14. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır. Ona görə də apellyasiya şikayəti təmin ediləcəkdir. Birinci instansiya məhkəməsi iddianı əsassız olaraq mümkün hesab etməmişdir. Bu aşağıdakı mülahizələrdən irəli gəlir.
15. Birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq göstərmişdir ki, iddiaçı tərəfindən JN-212A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə mübahisələndirilir və Şəhadətnamənin ləğvinin “öhdəliyin icrası” növündə iddia hesab edilərək müddətin tətbiqini istisna edir. Məhkəmə həmin dəlilə münasibətdə qeyd edir ki, Şəhadətnamənin ləğvi tələbi inzibati orqanın faktiki hərəkəti ilə əlaqədar yaranmış nəticənin ləğvindən ibarətdir. Oxşar mübahisəyə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-887/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarında təsbit olunan hüquqi mövqeyə əsasən müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimlənir.
16. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq.
17. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.
18. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, inzibati iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
19. Belə ki, iş materiallarında olan Ucar Rayon İcra Hakimiyyəti başçısının Qarabörk, Gəraybəyli və Rəstəcə kənd inzibati ərazi nümayəndəliyi “Qarabörk” narçılıq sovxozunun islahatı ilə əlaqədar Qarabörk kəndində yaşayan, pasport qeydiyyatında olan, torpaq payı almaq hüququ olan vətəndaşların siyahısından görünür ki, X11, X7 və X9 1.50 ha torpaq sahəsinin verilməsi nəzərdə tutulmuşdur. Bununla yanaşı Ucar rayonu Qarabörk kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahəsinə aid cədvəldən görünür ki, X9 0.25 ha torpaq sahəsinin verilməsi nəzərdə tutulmuşdur. JN-212A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən isə Ucar Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 17 nömrəli qərarı ilə X4 1.50 ha torpaq sahəsi verilmişdir.
20. Hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı X2 adına tərtib edilmiş JN- 212 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni ləğv edərək, həmin torpaq sahəsi üzərində mərhum atası X6 ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, mülkiyyət hüququnun dövlət qeydiyyatını təsdiq edən sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı olmuşdur.
21. Göründüyü kimi hazırkı iddia tələbi ilə iddiaçı tərəfindən Aqrar İslahat Komissiyasının qərarı mübahisləndirilməmiş, yəni Aqrar İslahat Komissiyasının qərarı ilə X11, X7 və X9 1.50 ha torpaq sahəsinin verilməsinə baxmayaraq, cavabdeh tərəfindən JN-212A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də yanlız X8 adı qeyd olunduğundan, iddia tələbi cavabdeh inzibati orqanın hərəkəti ilə bağlı olmuşdur.
22. Bundan başqa, iddiaçının ərizədə göstərdiklərinə əsasən nəzərə alınmalıdır ki, o, hər hansı inzibati aktı mübahisələndirmir. Belə ki, işin araşdırılmış hallarına görə, Aqrar İslahat Komissiyasının qərarı ilə X6 ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, mülkiyyət hüququnun dövlət qeydiyyatını təsdiq edən sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması başqa sözlə, cavabdehdən faktiki xarakterli hərəkətin edilməsini tələb edir. İddiaçının müraciətini cavabdeh təmin etməmiş, buradan, iddiaçının həmin inzibati orqana qarşı öhdəliyin icrası haqqında iddia qaldırmaq hüququ yaranmışdır. Öhdəliyin icrası haqqında iddialar üzrə isə İPM-də müddət müəyyən edilməmişdir.
23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi hazırkı iddia tələbi ilə bağlı X9 həmçinin, X11, X7 və X9 1.50 ha torpaq sahəsinin ayrılması barədə Aqrar İslahat Komissiyasının qərarlarına və DƏDKR-in arxivində mövcud olan sənədlərin təqdim edilməsinə baxmayaraq, inzibati orqanın hansı əsasla yalnız X8 adına 1.50 ha torpaq sahəsinin verilməsinə dair şəhadətnamənin tərtib edilməsini tam araşdırmamış və düzgün hüquqi qiymət verməmişdir.
24. Bundan başqa onu da qeyd etmək lazımdır ki, birinci instansiya məhkəməsinin iddia tələbinin öhdəliyin icrası haqqında iddia növünə aid olmasına baxmayaraq, mübahisələndirmə haqqında iddia növündə iddia müddəti ilə bağlı tələbləri tətbiq etməklə gəldiyi yekun nəticə düzgün olmamış, ona görə də, iddianın mümkünlüyü öhdəliyin icrası haqqında iddia növünə aid ümumi və xüsusi mümkünlük şərtləri baxımından da yoxlanılmalıdır.
25. Beləliklə, məhkəmə kollegiyаsı bu qənаətə gəldi ki, İPM-in 12-ci və 48-ci maddələrinə əsasən, birinci instansiya məhkəməsi bu hala diqqət yetirmədən, inzibati iş üzrə kifayət qədər araşdırma aparmadan iddia tələbini mümkünsüz saymışdır. Оnа görə də Аzərbаycаn Respublikаsı İnzibаti Prоsessuаl Məcəlləsinin 87.6-cı mаddəsinə əsаsən, şikаyət təmin edilməli və birinci instаnsiyа məhkəməsinin qərаrdаdı ləğv edilərək işin baxılması üçün Şəki İnzibаti Məhkəməsinə göndərilməsi bаrədə qərаrdаd qəbul edilməlidir.
26. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ:
İddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 4 iyul 2024-cü il tarixli 2-1(116)-2004/2024 nömrəli qərardadı ləğv edilsin. İnzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.