Məhkəmə qərarları › İş №2-1(107)-479/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-479/2024

05.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-479/2024 05.11.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə2, Üçüncü şəxs Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “cavabdeh tərəfindən həqiqi hərbi xidmətə çağrılmağının qanunsuz hesab edilməsi, nəticədə iddiaçıya dəymiş maddi ziyanın 2700 manat pulun (2023-cü il üzrə minimum əmək haqqı əsas götürməklə) və 10000 manat məbləğində mənəvi ziyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-145/2024 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və üçüncü şəxs Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətlərinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdə və xx.xx.2019-cu il tarixdə həqiqi hərbi xidmətə çağrılmağının qanunsuz hesab edilməsi, nəticədə iddiaçıya dəymiş maddi ziyanın 2700 manat pulun (2023-cü il üzrə minimum əmək haqqı əsas götürməklə) və 10000 manat məbləğində mənəvi ziyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixində həqiqi hərbi xidmətə çağrılmağının qanunsuz hesab edilməsi, onun nəticəsində iddiaçıya dəymiş 2700 manat maddi ziyanın (2023-cü il üzrə minimum əmək haqqı əsas götürməklə) və 10000 manat məbləğində mənəvi ziyanın ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(116)-145/2024 nömrəli qərardadı ilə icraata qəbul edilmişdir.

3. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(116)-145/2024 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2018-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış və xidmət keçmək üçün Naxçıvan MR-də yerləşən hərbi hissəyə göndərilmişdir. Lakin N gün sonra, yəni xx.xx.2018-ci il tarixdə hərbi hissədə sağlamlıq vəziyyəti yoxlanılarkən məlum olmuşdur ki, o hərbi xidmətə yararsızdır, həmin gün hərbi hissədən evə göndərilmişdir. Lakin, Səfərbərlik Xidmətinin Ucar rayon Şöbəsinin vəzifəli şəxsləri 3 aydan sonra-xx.xx.2019-cu il tarixdə yenidən müddətli həqiqi hərbi xidmətə çağırmış və xidmət keçmək üçün N N-li hərbi hissəyə göndərmişlər. Bu dəfə də səhhəti xidmət keçməyə imkan verməmiş və nəticədə o, xx.xx.2019-cu il tarixdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının terapiya profilli Hərbi Həkim Komissiyası tərəfindən Şəhadətləndirilərək “Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız” hesab edilmişdir. İddiaçıya “Dilatasion, kardiomiopatiya, İ (birinci) funksional sinif ürək çatışmazlığı” diaqnozu təyin edilmiş, xəstəliyin səbəb əlaqəsi isə “ümumi xəstəlikdir” ifadəsi ilə göstərilmişdir. İddiaçı cavabdehin hərəkəti əsasında ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi üçün xx.xx.2023-cü il tarixdə cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin, müraciətinə cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli məktubla imtina cavabı verilmişdir. Göstərilənlər nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməsi xahiş edilmişdir.

5. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir.

6. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - iddiaçıya məxsus SX0412854 nömrəli hərbi biletin surəti. - 787 nömrəli “Xəstəlik haqqında Şəhadətnamə”. - Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə edilmiş sənədlər. - MN-in Baş Klinik Hospitalının xx.xx.2023-cü il tarixli məktubu və əlavə olunan sənədlər.

7. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 12 iyun 2024-cü il tarixli 2- 1(116)-145/2024 nömrəli qərarı ilə iddia qismən təmin edilərək, cavabdehin qanunsuz əməlləri nəticəsində iddiaçıya dəymiş 1725 manat maddi və 1000 manat məbləğində mənəvi zərərin, cəmi 2725 manat məbləğində vəsaitin İddiaçı ödənilməsi öhdəliyinin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

8. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından görünür ki, iddiaçı xx.xx.2018-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış və xidmət keçmək üçün Naxçıvan MR-də yerləşən hərbi hissəyə göndərilmişdir. Lakin, cəmi N gün sonra hərbi hissədə sağlamlıq vəziyyəti təkrar yoxlanılmış və xidmətə qəbul edilmədən geri qaytarılmışdır. İddiaçı növbəti hərbi xidmətə çağırış zamanı yenidən müddətli həqiqi hərbi xidmətə çağırılmış, hərbi xidmətə yararlı hesab edilərək xidmət keçmək üçün müvafiq hərbi hissəyə göndərilmişdir. MN-in Silahlı Qüvvələrinin Baş Klinik Hospitalının xx.xx.2019-cu il tarixli Xəstəlik haqqında Şəhadətnaməsindən görünür ki, iddiaçıya “İ funksional sinif ürək çatışmazlığı” diaqnozu qoyulmuş və “həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız” olması barədə qərar qəbul edilmişdir. Sonuncu Şəhadətnamədə qeyd olunan xəstəlik hərbi xidmət zamanı deyil, hərbi xidmətdən əvvəl də iddiaçıda mövcud olmuşdur. İddiaçının “Sağlamlıq vəziyyətinin müayinə edilməsi”nə dair Aktda da qeyd olunan xəstəlik aşkar edilmiş, xəstə müayinə və şəhadətləndirilmə üçün geri qaytarılmışdır. Lakin, cavabdeh inzibati orqan tərəfindən “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin müddəalarına uyğun olaraq iddiaçının sağlamlıq vəziyyəti doğru qiymətləndirilməmiş və nəticədə təkrar həqiqi hərbi xidmətə cəlb edilmişdir. İddiaçının sağlamlıq vəziyyəti ilkin və təkrar çağırış zamanı cavabdeh tərəfindən düzgün qiymətləndirilməmiş, xidmətə yararsız olduğu halda yararlı hesab edilərək xidmətə göndərilmişdir. Göründüyü kimi, cavabdeh orqanın qanunazidd əməlləri ilə iddiaçıya dəymiş maddi və mənəvi ziyan arasında səbəbli əlaqənin mövcuddur. İddiaçının cavabdeh orqana qarşı olan tələbi iki hissədən ibarətdir: cavabdehin qanunsuz əməlləri nəticəsində ona dəymiş 2070 manat məbləğində maddi zərərin ödənilməsi, cavabdehin qanunsuz əməlləri nəticəsində ona dəymiş 10000 manat məbləğində mənəvi zərərin ödənilməsi. - İddiaçının həqiqi hərbi xidmətdə olduğu dövr xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilədək, cəmi 5 aya yaxındır və maddi ziyan yalnız onun hərbi xidmətdə olduğu dövrü əhatə etməlidir. Maddi ziyanla bağlı cavabdehdən tutulacaq məbləğ iddiaçının iddia tələbində qeyd etdiyi, yəni iddia ərizəsinin verildiyi 2023-cü il üçün nəzərdə tutulmuş minimum əmək haqqı məbləğində hesablanmalıdır: 5 ay x 345 manat = 1380 manat. Minimum aylıq əmək haqqının məbləğinin artırılması və “Minimum aylıq əmək haqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilmişdir. İddiaçı, mənəvi ziyanla bağlı tələbini cavabdehlərin təqsiri üzündən keçirdiyi fiziki və mənəvi iztirablar nəticəsində hərbi xidmətə yararsız olduğu halda həkim komissiyasının səhlənkarlığı, işinə etinasız yanaşması, vəzifə borcunu lazımınca yerinə yetirməməsi nəticəsində qanunsuz olaraq hərbi xidmətə göndərilməsi və bunun nəticəsində beş ay ərzində xidmətə yararsız olduğu halda hərbi xidmət keçməsi və “xidmətə yararsız” hərbi biletlə evə qayıtması nəticəsində emosional psixoloji sarsıntı keçirməsi ilə əsaslandırmışdır. Nəzərə alınmalıdır ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Məhkəmə hesab edir ki mənəvi zərərlə bağlı üç əsas nüansa diqqət yetirmək lazımdır: Qanunsuz hərəkət və hərəkətsizlik; Zərərin mövcudluğu; Səbəb-nəticə əlaqəsi. İddiaçı, tələbində 10000 manat mənəvi zərərin ödənilməsini tələb etmiş, mənəvi ziyan məbləğinin məhz 10000 manat məbləğində ifadə olunmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, tələb edilən məbləğ ağlabatan məbləğ deyildir. Eyni zamanda iddiaçı, şikayətinin əsası kimi istinad etdiyi halları həmin məbləğə münasibətdə əsaslandırmamışdır. Ona görə də məhkəmə şikayətin bu dəlilini qismən əsaslı hesab edərək bildirir ki, cavabdehdən iddiaçının xeyrinə 1000 manat məbləğində mənəvi zərərin tutulmalıdır.

9. Cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-145/2024 nömrəli qərarının və xx.xx.2024cü il tarixli, 2-1(116)-145/2024 nömrəli qərardadının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Üçüncü şəxs Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsi həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-145/2024 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işə baxarkən və qərar qəbul edərkən işin faktiki hallarını düzgün araşdırmamış, habelə qəbul etdiyi qərarda maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Bütün bunlar da məhkəmə qərarının apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Bildiririk ki, İddiaçı haqqında qərar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsi tərəfindən qəbul olunduğundan cavabdeh qismində məhkəmə icraatına həmin şöbə cəlb edilməli idi. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddiaçı iddianı düzgün cavabdehə qarşı qaldırmadığından (inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən) iddia tələbi mümkün sayılmamalıdır. İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq, ümumi tibbi müayinədən keçirilmiş, sağlamlığından şikayəti olmadığı, həmçinin dispanser və ya tibb müəssisələrində qeydiyyatda olmadığı üçün hərbi xidmətə yararlı sayılaraq müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Həmçinin, Xidmətin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar hərbi hissələrə təhvil verilərkən müvafiq olaraq xidmət etdikləri hərbi hissələrin tərkibində olan hərbi-həkim komissiyaları tərəfindən hərbi xidmətə yararlılıqlarının yoxlanılması üçün təkrar tibbi müayinədən keçirilirlər. Səhhətlərində hər hansı nasazlıq aşkar olunan çağırışçı dərhal çağırıldığı Xidmətin yerli baş idarə, idarə, şöbə və ya bölməsinə geri qaytarılır. İddiaçı Xidmətin Ucar rayon şöbəsi tərəfindən hərbi hissəyə təhvil verilərkən geri qaytarılmaması, hərbi hissənin həkim mütəxəssislərinə təqdim olunan (döş qəfəsi orqanlarının flüoroqrafiya (rentgenoloji) müayinəsi, qanın ümumi analizi (EÇS-nin, hemoqlobinin, leykositlərin təyini), sidiyin ümumi analizi (xüsusi çəkisi, zülal)) zəruri müayinələrə həkim mütəxəssislər tərəfindən baxılması, həmçinin İddiaçı və yaxınlarının Ucar rayon çağırış komissiyası tərəfindən barəsində hərbi xidmətə yararlı olması ilə əlaqədar qəbul edilən qərara etiraz bildirməməsi, hərbi hissənin hərbi həkim komissiyasında yoxlanarkən geri qaytarılmaması onun hərbi hissəyə sağlam olaraq təhvil verilməsi faktını təsdiqləyir. Ona görə də, məhkəmənin Xidmətin Ucar rayon şöbəsi tərəfindən qanunvericiliklə üzərinə düşən həmin vəzifələri yerinə yetirməməsi, iddiaçının hərbi xidmətə yaralılıq vəziyyəti tədqiq olunmaması barədə gəldiyi nəticə həqiqəti əks etdirmir, sübutlara əsaslanmır və qanuna ziddir. - Həmçinin, məhkəmə tibb sahəsində xüsusi biliyi olmadığı, belə biliyin olması və onun əsasında qərar verilməsi məhkəmənin səlahiyyətlərinə aid olmadığı halda, anadangəlmə xəstəliyin olması barədə elmi mənbələrə əsaslanmayan fikirləri əsas götürüb 6 aydan sonra iddiaçıda aşkar edilən xəstəliyin onun həqiqi hərbi xidmətə çağrılarkən tibbi şəhadətləndirmə zamanı mövcudluğu qənaətinə gələrək səbəb əlaqəsinin olması barədə yanlış nəticə çıxarmış, şəhadətləndirmə zamanı komissiyanın hansı normativ sənədlərin tələblərini pozduğunu göstərmədən onu iddiaçının sağlam olmadığı halda həqiqi hərbi xidmətə çağrılmasında təqsirli bilmişdir. Hansı ki, Ucar rayon şöbəsi tərəfindən vətəndaş göndəriş əsasında bu sahə üzrə ən yüksək ixtisaslaşmış həkim kollektivi olan dövlət tibb müəssisəsi olan Akademik C.M.Abdullayev adına X4 İnstitutuna göndərilmiş və oradan daxil olmuş akta əsasən İddiaçı həqiqi hərbi xidmətə yararlı hesab edilmişdir və bunun əsasında müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Qanunvericiliyin tələbinə əsasən mülki hüquq pozuntusu ilə bağlı məsuliyyətin yaranması üçün zərərçəkən şəxsə ziyan vurulması, həmin ziyanın üzərinə məsuliyyət qoyulan şəxs tərəfindən yetirilməsi, yetirilmiş ziyanla üzərinə məsuliyyət qoyulan şəxsin hərəkəti arasında səbəbli əlaqənin olması və vurulmuş ziyanla bağlı şəxsin təqsirinin olması zəruridir. Bu baxımdan hazırkı iş üzrə qeyd olunan xüsusatların heç biri təsdiq olunmur, bu isə mülki hüquq pozuntusu ilə bağlı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinin məsuliyyətinin yaranmamasını göstərir. - İşin faktiki halları ilə müəyyən olunur ki, iddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq, ümumi tibbi müayinədən keçirilmiş, sağlamlığından şikayəti olmadığı, həmçinin dispanser və ya tibb müəssisələrində qeydiyyatda olmadığı üçün hərbi xidmətə yararlı sayılaraq müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Bununla da belə nəticəyə gəlinir ki, Xidmətin Ucar rayon şöbəsi çağırış zamanı öz üzərinə düşən vəzifələri lazımi həcmdə icra etmişdir. Odur ki, iddiaçıya maddi zərərə və yaxud mənəvi iztiraba görə cavabdeh kompensasiya ödəmək öhdəliyi daşımır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə əsasən, ilkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların tibbi baxışların, müayinələrin (müşahidələrin), müalicəsağlamlıq tədbirlərinin və profilaktik peyvəndlərin təşkili və keçirilməsi dövlət tibb müəssisələrinə həvalə olunmuşdur. Qeyd edilməsi zəruridir ki, İddiaçı tibbi şəhadətləndirmə zamanı əvvəllər hər hansı xəstəlik keçirməsi və hazırda səhhəti ilə əlaqədar heç bir şikayət bildirməmiş, həmçinin sözügedən xəstəliklə bağlı əvvəllər müalicə alınması, müalicə almasına dair hər hansı sənəd təqdim etməmişdir. Silahlı Qüvvələrin Baş X2 bölməsinin 3883 nömrəli epikrizinin anamnezi bölməsində qeyd edilir ki, özünü 6 aya yaxın müddətdir ki, xəstə hesab edir. Bu sənədlə şəxsdə əvvəllər bu xəstəliyinin olmaması birbaşa sübut edilir. - Əlavə olaraq bildiririk ki, müddətli həqiqi hərbi xidmətə qəbul edilmiş əsgərlərə tibbi dəftərçə (tibbi karta) açılır və əsgərin sağlamlığı ilə bağlı bütün məlumatlar həmin tibbi sənəddə öz əksini tapır. Odur ki, məhkəmə işinin ətraflı araşdırılması və yuxarıda qeyd olunan məsələlərə tam aydınlıq gətirilməsi məqsədilə İddiaçı müddətli həqiqi hərbi xidmət keçdiyi hərbi hissəyə sorğu verilərək həmin tibbi sənədin alınması zəruridir. Göründüyü kimi, İddiaçı çağırışçı kimi bütün zəruri tibbi müayinələrdən keçirilmiş, hərbi xidmətə yararlı hesab edilərək müddətli həqiqi hərbi xidmətə göndərilmiş və müəyyən müddət xidmət keçdikdən sonra hərbi vəzifəli kimi ehtiyata buraxılmışdır. Bununla da bir daha qeyd edirik ki, Xidmətin Ucar rayon şöbəsi çağırış zamanı iddiaçıya qarşı öz üzərinə düşən vəzifələrini lazımi həcmdə icra etmiş və bu səbəbdən maddi və mənəvi ziyana görə kompensasiya ödəmək öhdəliyi daşımır. Xidmətin isə bu işlə bağlı əlaqəsi müəyyən edilmir.

12. Üçüncü şəxs Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işə baxarkən və qərar qəbul edərkən işin faktiki hallarını düzgün araşdırmamış, habelə qəbul etdiyi qərarda maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Bütün bunlar da məhkəmə qərarının apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq, ümumi tibbi müayinədən keçirilmiş, sağlamlığından şikayəti olmadığı, həmçinin dispanser və ya tibb müəssisələrində qeydiyyatda olmadığı üçün hərbi xidmətə yararlı sayılaraq müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Həmçinin, Xidmətin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar hərbi hissələrə təhvil verilərkən müvafiq olaraq xidmət etdikləri hərbi hissələrin tərkibində olan hərbihəkim komissiyaları tərəfindən hərbi xidmətə yararlılıqlarının yoxlanılması üçün təkrar tibbi müayinədən keçirilirlər. Səhhətlərində hər hansı nasazlıq aşkar olunan çağırışçı dərhal çağırıldığı Xidmətin yerli baş idarə, idarə, şöbə və ya bölməsinə geri qaytarılır. İddiaçı Xidmətin Ucar rayon şöbəsi tərəfindən hərbi hissəyə təhvil verilərkən geri qaytarılmaması, hərbi hissənin həkim mütəxəssislərinə təqdim olunan (döş qəfəsi orqanlarının flüoroqrafiya (rentgenoloji) müayinəsi, qanın ümumi analizi (EÇS-nin, hemoqlobinin, leykositlərin təyini), sidiyin ümumi analizi (xüsusi çəkisi, zülal)) zəruri müayinələrə həkim mütəxəssislər tərəfindən baxılması, həmçinin İddiaçı və yaxınlarının Ucar rayon çağırış komissiyası tərəfindən barəsində hərbi xidmətə yararlı olması ilə əlaqədar qəbul edilən qərara etiraz bildirməməsi, hərbi hissənin hərbi həkim komissiyasında yoxlanarkən geri qaytarılmaması onun hərbi hissəyə sağlam olaraq təhvil verilməsi faktını təsdiqləyir. Ona görə də, məhkəmənin Xidmətin Ucar rayon şöbəsi tərəfindən qanunvericiliklə üzərinə düşən həmin vəzifələri yerinə yetirməməsi, iddiaçının hərbi xidmətə yaralılıq vəziyyəti tədqiq olunmaması barədə gəldiyi nəticə həqiqəti əks etdirmir, sübutlara əsaslanmır və qanuna ziddir. Həmçinin, məhkəmə tibb sahəsində xüsusi biliyi olmadığı, belə biliyin olması və onun əsasında qərar verilməsi məhkəmənin səlahiyyətlərinə aid olmadığı halda, anadangəlmə xəstəliyin olması barədə elmi mənbələrə əsaslanmayan fikirləri əsas götürüb 6 aydan sonra iddiaçıda aşkar edilən xəstəliyin onun həqiqi hərbi xidmətə çağrılarkən tibbi şəhadətləndirmə zamanı mövcudluğu qənaətinə gələrək səbəb əlaqəsinin olması barədə yanlış nəticə çıxarmış, şəhadətləndirmə zamanı komissiyanın hansı normativ sənədlərin tələblərinin pozduğunu göstərmədən onu iddiaçının sağlam olmadığı halda həqiqi hərbi xidmətə çağnlmasında təqsirli bilmişdir. Hansı ki, Ucar rayon şöbəsi tərəfindən vətəndaş göndəriş əsasında bu sahə üzrə ən yüksək ixtisaslaşmış həkim kollektivi olan dövlət tibb müəssisəsi olan Akademik C.M.Abdullayev adına X4 İnstitutuna göndərilmiş və oradan daxil olmuş akta əsasən İddiaçı həqiqi hərbi xidmətə yararlı hesab edilmişdir və bunun əsasında müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Qanunvericiliyin tələbinə əsasən mülki hüquq pozuntusu ilə bağlı məsuliyyətin yaranması üçün zərərçəkən şəxsə ziyan vurulması, həmin ziyanın üzərinə məsuliyyət qoyulan şəxs tərəfindən yetirilməsi, yetirilmiş ziyanla üzərinə məsuliyyət qoyulan şəxsin hərəkəti arasında səbəbli əlaqənin olması və vurulmuş ziyanla bağlı şəxsin təqsirinin olması zəruridir. Bu baxımdan hazırkı iş üzrə qeyd olunan xüsusatların heç biri təsdiq olunmur, bu isə mülki hüquq pozuntusu ilə bağlı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinin məsuliyyətinin yaranmamasını göstərir. - İşin faktiki halları ilə müəyyən olunur ki, iddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq, ümumi tibbi müayinədən keçirilmiş, sağlamlığından şikayəti olmadığı, həmçinin dispanser və ya tibb müəssisələrində qeydiyyatda olmadığı üçün hərbi xidmətə yararlı sayılaraq müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Bununla da belə nəticəyə gəlinir ki, Xidmətin Ucar rayon şöbəsi çağırış zamanı öz üzərinə düşən vəzifələri lazımi həcmdə icra etmişdir. Odur ki, iddiaçıya maddi zərərə və yaxud mənəvi iztiraba görə cavabdeh kompensasiya ödəmək öhdəliyi daşımır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş ‘‘Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə əsasən, ilkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların tibbi baxışların, müayinələrin (müşahidələrin), müalicə-sağlamlıq tədbirlərinin və profilaktik peyvəndlərin təşkili və keçirilməsi dövlət tibb müəssisələrinə həvalə olunmuşdur. Qeyd edilməsi zəruridir ki, İddiaçı tibbi şəhadətləndirmə zamanı əvvəllər hər hansı xəstəlik keçirməsi və hazırda səhhəti ilə əlaqədar heç bir şikayət bildirməmiş, həmçinin sözügedən xəstəliklə bağlı əvvəllər müalicə alınması, müalicə almasına dair hər hansı sənəd təqdim etməmişdir. Silahlı Qüvvələrin Baş X2 bölməsinin 3883 nömrəli epikrizinin anamnezi bölməsində qeyd edilir ki, özünü 6 aya yaxın müddətdir ki, xəstə hesab edir. Bu sənədlə şəxsdə əvvəllər bu xəstəliyinin olmaması birbaşa sübut edilir. Əlavə olaraq bildiririk ki, müddətli həqiqi hərbi xidmətə qəbul edilmiş əsgərlərə tibbi dəftərçə (tibbi karta) açılır və əsgərin sağlamlığı ilə bağlı bütün məlumatlar həmin tibbi sənəddə öz əksini tapır. Odur ki, məhkəmə işinin ətraflı araşdırılması və yuxarıda qeyd olunan məsələlərə tam aydınlıq gətirilməsi məqsədilə İddiaçı müddətli həqiqi hərbi xidmət keçdiyi hərbi hissəyə sorğu verilərək həmin tibbi sənədin alınması zəruridir. Göründüyü kimi, İddiaçı çağırışçı kimi bütün zəruri tibbi müayinələrdən keçirilmiş, hərbi xidmətə yararlı hesab edilərək müddətli həqiqi hərbi xidmətə göndərilmiş və müəyyən müddət xidmət keçdikdən sonra hərbi vəzifəli kimi ehtiyata buraxılmışdır. Bununla da bir daha qeyd edirik ki, Xidmətin Ucar rayon şöbəsi çağırış zamanı iddiaçıya qarşı öz üzərinə düşən vəzifələrini lazımi həcmdə icra etmiş və bu səbəbdən maddi və mənəvi ziyana görə kompensasiya ödəmək öhdəliyi daşımır. Xidmətin isə bu işlə bağlı əlaqəsi müəyyən edilmir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tərəflərin izahatları

14. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə2 və üçüncü şəxs Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətlərinin məzmununa uyğun izahat verərək həmin şikayətlərin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)- 145/2024 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.

15. Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı apellyasiya şikayətlərinin təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

17. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli 7 saylı qərarı.

1. Məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir.

10. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

18. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: 3.2. Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. 6.2. Vətəndaşlar müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınarkən onların hərbi xidmətə yararlılığını müəyyən etmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həkim mütəxəssislər tərəfindən hökmən tibbi müayinə, habelə hərbi xidmət müddətində onlardan daha məqsədəuyğun istifadə edilməsini müəyyənləşdirmək üçün psixoloji müayinə edilməli, müvəqqəti yararsız hesab edilən şəxslər isə Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına dövlət tibb müəssisələrində mütləq qaydada müalicəyə göndərilməlidirlər. 15.2. Tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada aşağıdakı qərarlardan birini qəbul edir: 15.2.1 müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.2 sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.3 sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 15.2.4 dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 15.2.5 həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1 mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Maddə 1097.1 mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1115. zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

20. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

Apellyasiya şikayətinin mümkünlüyü

21. Cavabdeh və üçüncü şəxsin apellyasiya şikayətləri vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayətləri mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayətləri uğurlu olmayacaqdır.

22. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

23. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

24. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

26. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətlərində irəli sürülən dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

27. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

28. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticəsi ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

29. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı xx.xx.2018-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış və xidmət keçmək üçün Naxçıvan MR-də yerləşən hərbi hissəyə göndərilmişdir. Lakin, cəmi N gün sonra hərbi hissədə sağlamlıq vəziyyəti təkrar yoxlanılmış və xidmətə qəbul edilmədən geri qaytarılmışdır. 26 oktyabr 2018-ci il tarixli sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktından görünür ki, İddiaçı 20 oktyabr 2018-ci ildən 25 oktyabr 2018-ci ilədək ambulator müayinədə olmuşdur. Şikayətləri ürəyində olan ağrıdan, təngnəfəslikdən, ayaqlarında ağrıdan, halsızlıqdandır. Diaqnoz: Revmatizm, qeyri-fəal fara, Aortal çatmamazlıq, İİ dərəcəli alimentar piylənmə.

30. Bundan sonra iddiaçı 26 oktyabr 2018-ci il tarixli göndəriş əsasında “Akademik C.M.Abdullayev adına X4 İnstitutu”nda 29 oktyabr 2018-ci ildən 30 oktyabr 2018-ci ilədək müayinədə olmuşdur. Həmin İnstitutun xx.xx.2018-ci il tarixli, 7/9-5750 nömrəli “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı”ndan da görünür ki, şikayətləri təngnəfəslik, ürəkdə sancı xarakterli ağrıların olması, hərəkət zamanı şikayətlərinin artması olmuşdur. Diaqnoz: Neyrosirkulyator, distoniya kardial tip, Alimentar piylənmə İİ dərəcə. Həmçinin, həmin akt”ndan görünür ki, xəstəxana tərəfindən iddiaçıya ancaq diaqnoz qoyulmuş, onun hərbi xidmətə yararlı olması barədə hər hansı qərar qəbul edilməmişdir.

31. Daha sonra, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hərbi-Həkim Komissiyasının 28 dekabr 2018-ci il tarixli, 1301 nömrəli arayışından görünür ki, İddiaçı “Xəstəliklər cədvəli”nin 47b, 13d maddəsinin İ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş ‘‘Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən hərbi xidmətə yararlıdır.

32. Bundan sonra iddiaçı növbəti hərbi xidmətə çağırış zamanı yenidən müddətli həqiqi hərbi xidmətə çağırılmış, hərbi xidmətə yararlı hesab edilərək xidmət keçmək üçün müvafiq hərbi hissəyə göndərilmişdir. MN-in Silahlı Qüvvələrinin Baş Klinik Hospitalının xx.xx.2019-cu il tarixli Xəstəlik haqqında Şəhadətnaməsindən görünür ki, iddiaçıya “İ funksional sinif ürək çatışmazlığı” diaqnozu qoyulmuş və “həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız” olması barədə qərar qəbul edilmişdir.

33. Cavabdeh orqan apellyasiya şikayətində göstərir ki, iddiaçı, “Akademik C.M.Abdullayev adına X4 İnstitutu”nda müayinə olunduqdan sonra xx.xx.2018-ci il tarixli, 7/9-5750 nömrəli “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı”na uyğun olaraq onun hərbi xidmətə yararlı olması barədə qərar qəbul edilmişdir.

34. Məhkəmə kollegiyası qeyd edir ki, halbuki işdə olan xx.xx.2018-ci il tarixli, 7/9- 5750 nömrəli “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı”ndan görünür ki, xəstəxana tərəfindən iddiaçıya ancaq diaqnoz qoyulmuş, onun hərbi xidmətə yararlı olması barədə hər hansı qərar qəbul edilməmişdir. Cavabdeh orqan isə iddiaçının hərbi xidmətə yararlı olması barədə düzgün olmayan qənaətə gəlmişdir.

35. Apellyasiya məhkəməsinin araşdırması zamanı da Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hərbi-Həkim Komissiyasının 28 dekabr 2018-ci il tarixli, 1301 nömrəli arayışının tərtib edilməsinə və nəticədə iddiaçının hərbi xidmətə yararlı olması nəticəsinə gəlinməsinə əsas verən cavabdeh orqanın nümayəndəsi tərəfindən “Akademik C.M.Abdullayev adına X4 İnstitutu”nun xx.xx.2018-ci il tarixli, 7/9-5750 nömrəli “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktının olması göstərilmişdir.

36. Qeyd olunmalıdır ki, həmin aktla arayışda göstərilən diaqnoz eynilik təşkil etsə də, cavabdeh orqan xəstəliklər cədvəlindən diaqnozları düzgün eyniləşdirməmiş, nəticədə qiymətləndirməni düzgün aparmamış, iddiaçını hərbi xidmətə yararlı hesab etmişdir. Halbuki, “Akademik C.M.Abdullayev adına X4 İnstitutu”nun xx.xx.2018-ci il tarixli, 7/9-5750 nömrəli “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktında göstərilən diaqnoz ilə xx.xx.2019-cu il tarixli Silahlı Qüvvələrin Baş Klinik Hospitalının terapiya profilli Hərbi Həkim Komissiyasının Şəhadətnaməsində qeyd edilən diaqnoz eynilik təşkil edir.

37. Həmçinin, Kollegiyanın sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mərkəzi Hərbi-Həkim Komissiyasının 02 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, 2000-ci il təvəllüdlü İddiaçı 2018-ci il tarixdə Xidmətin Mərkəzi hərbi həkim komissiyasında şəhadətləndirilməsi ilə bağlı tibbi sənədlər SHXÇDX rəisinin xx.xx.2014-cü il tarixli 015, xx.xx.2017-ci il tarixli 026 və xx.xx.2020-ci il tarixli 080 nömrəli əmrləri ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyəti dövründə yaranan sənədlərin saxlama müddətlərinin siyahısına əsasən elmi, texniki, tarixi, praktiki əhəmiyyətini itirdiyinə görə xx.xx.2022-ci il tarixdə məhv edilmişdir.

38. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, sonuncu Şəhadətnamədə qeyd olunan xəstəlik hərbi xidmət zamanı deyil, hərbi xidmətdən əvvəl də iddiaçıda mövcud olmuşdur. İddiaçının “Sağlamlıq vəziyyətinin müayinə edilməsi”nə dair Aktda da qeyd olunan xəstəlik aşkar edilmiş, xəstə müayinə və şəhadətləndirilmə üçün geri qaytarılmışdır. Lakin, cavabdeh inzibati orqan tərəfindən “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin müddəalarına uyğun olaraq iddiaçının sağlamlıq vəziyyəti doğru qiymətləndirilməmiş və nəticədə təkrar həqiqi hərbi xidmətə cəlb edilmişdir. İddiaçının sağlamlıq vəziyyəti ilkin və təkrar çağırış zamanı cavabdeh tərəfindən düzgün qiymətləndirilməmiş, xidmətə yararsız olduğu halda yararlı hesab edilərək xidmətə göndərilmişdir.

39. Göründüyü kimi cavabdeh orqanın qanunazidd əməlləri ilə iddiaçıya dəymiş maddi ziyan arasında səbəbli əlaqə mövcuddur. İddiaçının həqiqi hərbi xidmətdə olduğu dövr xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilədək, cəmi 5 aya yaxındır və maddi ziyan yalnız onun hərbi xidmətdə olduğu dövrü əhatə etməlidir. Maddi ziyanla bağlı cavabdehdən tutulacaq məbləğ iddiaçının iddia tələbində qeyd etdiyi, yəni iddia ərizəsinin verildiyi 2023-cü il üçün nəzərdə tutulmuş minimum əmək haqqı məbləğində hesablanmalıdır: 5 ay x 345 manat = 1380 manat. Minimum aylıq əmək haqqının məbləğinin artırılması və “Minimum aylıq əmək haqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilmişdir.

40. Bundan başqa, işin hallarından görünür ki, iddiaçı mənəvi ziyanla bağlı tələbini cavabdehlərin təqsiri üzündən keçirdiyi fiziki və mənəvi iztirablar nəticəsində hərbi xidmətə yararsız olduğu halda həkim komissiyasının səhlənkarlığı, işinə etinasız yanaşması, vəzifə borcunu lazımınca yerinə yetirməməsi nəticəsində qanunsuz olaraq hərbi xidmətə göndərilməsi və bunun nəticəsində 5 ay ərzində xidmətə yararsız olduğu halda hərbi xidmət keçməsi və “xidmətə yararsız” hərbi biletlə evə qayıtması nəticəsində emosional psixoloji sarsıntı keçirməsi ilə əsaslandırmışdır.

41. Bununla bağlı məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni haqlı hesab edərək qeyd edir ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. İddiaçı tələbində 10000 manat mənəvi zərərin ödənilməsini tələb etmiş, mənəvi ziyan məbləğinin məhz 10000 manat məbləğində ifadə olunmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

42. Bu baxımdan nəzərə alınmalıdır ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında isə qeyd edilir: Məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. 10-cu bənd. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

43. Odur ki, məhkəmə kollegiyası mənəvi zərərlə bağlı dəlilə münasibətdə birinci instansiya məhkəməsinin mövqeyini haqlı hesab edərək qeyd edir ki, cavabdehdən iddiaçının xeyrinə 1000 manat məbləğində mənəvi ziyan tutulması ilə bağlı nəticə də əsaslı olmuşdur.

44. Qeyd edilənlərdən əlavə məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin “cavabdehin əsl cavabdeh ilə əvəz edilməsi barədə qərardadın ləğv edilməsi” dəlilinə münasibət bildirərək hesab edir ki, İnzibati Prosessual Məcəlləyə əsasən cavabdehin belə bir hüququ yoxdur. Odur ki, qeyd edilən dəlil də əsassızdır.

45. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı, cavabdehin qanunsuz əməlləri nəticəsində ona dəymiş maddi və mənəvi zərərin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulmasını tələb etməkdə haqlı olmuş, birinci instansiya məhkəməsi də iş üzrə ədalətli və obyektiv məhkəmə araşdırması apararaq iddia tələbini haqlı olaraq qismən təmin etmişdir. Ümumilikdə Kollegiya, cavabdehin və üçüncü şəxsin dəlillərinin birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir.

46. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

47. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin qanunsuz əməlləri nəticəsində iddiaçıya dəymiş maddi və mənəvi zərərin ödənilməsindən imtina edilməsi barədə cavabdehin hərəkətləri qanunauyğun olmadığından, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətlərinin dəlilləri əsassız olduğundan, apellyasiya şikayətlərinin dəlilləri işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmadığından birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

48. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

qərara aldı

Cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və üçüncü şəxs Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətləri təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 12 iyun 2024-cü il tarixli 2-1(116)-145/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar