Məhkəmə qərarları › İş №2-1(107)-48/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-48/2020

30.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-48/2020 30.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Abbasov Gündüz Qasım oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi, İddiaçı və üçüncü şəxslər X5 və Cavabdeh3 iştirakı ilə, İddiaçı Cavabdeh1, ƏMDK yanında DƏDRX-in 12 saylı X9, X2, Cavabdeh3 qarşı "xx.xx.2018-ci il tarixli 02 nömrəli iclas protokolu qərarının ləğv edilməsi" tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)- 519/2019nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən, həmin Bələdiyyəyə məxsus olan 200 ha örüş sahəsi 55 il müddətinə iddiaçıya icarəyə verilmişdir. Şəki rayon Turan qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı 200 ha torpaq sahəsinə Cavabdeh1 mülkiyyət hüququ xx.xx.2017-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin 200 ha torpaq sahəsinə İddiaçı icarə hüququ xx.xx.2017-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin 200 ha torpaq sahəsi ilə bağlı İddiaçı adına xx.xx.2017-ci ildə "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmişdir. Cavabdeh1 xx.xx.2018-ci il tarixli 02 nömrəli iclas qərarı ilə Bələdiyyənin mülkiyyətində olan torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının istehsalı üçün icarəyə verilməsi nəzərdə tutulan 50 ha torpaq sahəsinin başqa fiziki və ya hüquqi şəxslərin icarə və istifadəsinə verilmədiyinə görə həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması, ayrılması nəzərdə tutulan torpaq sahəsi (örüş sahəsi) üzərində mülkiyyət hüququnun qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinə müraciət edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 17 saylı Şəki ərazi şöbəsi xx.xx.2018-ci ildə rəy verərək bildirmişdir ki, müsabiqə və hərraca çıxarılması yolu ilə icarəyə verilməsi nəzərdə tutulan50 ha torpaq sahəsi Cavabdeh1 mülkiyyətinə aid olmaqla, kənd təsərrüfatı təyinatlı kateqoriyalı torpaqlara aid olub, uqodiyası örüşdür və icarə predmetidir, məqsədli təyinatı ərazinin yerquruluşu-təsərrüfat planına uyğundur. Şəki rayon Turan qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı 50 ha torpaq sahəsinə Cavabdeh1 mülkiyyət hüququ xx.xx.2018-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X5 və Cavabdeh3 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X6 ərazi torpaq müsabiqə və hərrac komissiyası tərəfindən xx.xx.2018-ci ildə keçirilmiş torpaq müsabiqəsinin qalibi olmuşlar. Cavabdeh1 ilə X5 və Cavabdeh3 arasında xx.xx.2018-ci ildə həmin 50 ha torpaq sahəsi (hər birinə 25 ha olmaqla) ilə bağlı 15 il müddətinə icarə müqaviləsi bağlanmışdır. Həmin 50 ha torpaq sahəsi ilə bağlı xx.xx.2018-ci ildə "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmişdir. Həmin 50 ha torpaq sahəsinə X1 və Cavabdeh3 icarə hüququ xx.xx.2018ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı cavabdehlər Cavabdeh1nə, X2 və Cavabdeh3 qarşı həmin Bələdiyyənin xx.xx.2018-ci il tarixli 2 nömrəli qərarının, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X6 ərazi torpaq müsabiqə və hərrac komissiyasının (təşkilatçısının) torpaq müsabiqəsinin nəticələri barədə xx.xx.2018-ci il tarixli 341 nömrəli protokolunun qanunsuz hesab edilməsi və ləğv olunması barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddiaçı birinci instansiya məhkəməsinə iddianın dəyişdirilməsi barədə ərizə verərək, cavabdeh kimi Cavabdeh1, üçüncü şəxs kimi X3, Cavabdeh3 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X10 göstərmiş və iddia tələbinin Cavabdeh1 xx.xx.2018-ci il tarixli 02 nömrəli iclas qərarının ləğv edilməsi tələbindən ibarət olmasını bildirmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, həmin 50 ha torpaq sahəsi ona icarəyə verilmiş 200 ha torpaq sahəsinin içərisində düz ortada olmaqla heç bir giriş çıxışı yoxdur. Üçüncü şəxslər X1 və Cavabdeh3 heyvanlarının ayaqlaması nəticəsində onun torpaq sahəsi tam yararsız vəziyyətə düşmüş və ona külli miqdarda ziyan vurulmuşdur. Həmin torpaq sahəsi onun istifadəsində olduğuna görə Bələdiyyə tərəfindən ilk növbədə ona təklif edilməli idi. Cavabdeh1 iddianı qəbul etməmiş və xx.xx.2019-cu il tarixli yazılı etirazında bildirmişdir ki, İddiaçı icarəyə götürdüyü 200 ha örüş sahəsinin təyinatını özbaşına dəyişərək əkin altına keçirmiş və Bələdiyyə bununla bağlı aidiyyəti qurumlara müraciət etmişdir. Üçüncü şəxslər X2 və Cavabdeh3 icarəyə verilmiş 50 ha torpaq sahəsinin iddiaçıya icarəyə verilmiş 200 ha torpaq sahəsinə heç bir bağlantısı yoxdur. Üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X11 birinci instansiya məhkəməsinə göndərdiyi xx.xx.2019-cu il tarixli məktubunda bildirmişdir ki, İddiaçı icarəyə verilmiş 200 ha və üçüncü şəxslər X2, Cavabdeh3 icarəyə verilmiş 50 ha torpaq sahələri üst-üstə düşmür. Üçüncü şəxslər X5 və Cavabdeh3 əvvəlki birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdilər ki, onlara verilmiş 50 ha torpaq sahəsi iddiaçıya verilmiş 200 ha torpaq sahəsi ilə üst-üstə düşmür. Onlar iddiaçı ilə qohum olsalar da, son vaxtlar münasibətləri pozulduğuna görə, iddiaçı onları icarəyə götürdükləri torpaqdan çıxartmaq istəyir. Şəki İnzibati-İqtisаdi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-519/2019 saylı qərarı ilə (hаkim Vidadi Qasımov) İddiaçı Cavabdeh1nə qarşı "xx.xx.2018-ci il tarixli 02 nömrəli iclas protokolu qərarının ləğv edilməsi" barədə iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)- 519/2019 saylı qərarından apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, Şəki İnzibati-İqtisadi Məhkəməsi mən iddiaçı- İddiaçı Cavabdeh1nə qarşı “xx.xx.2018-ci il tarixli 02 nömrəli iclas protokolu qərarının ləğv edilməsi”tələbinə dair iddianın təmin edilməməsi barədə xx xxxxxx 2019-cu il tarixli, 2-1 (84)-519/2019 saylıməhkəmə qərarı çıxarmışdır. Ona görə də, hesab edirəm ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1 (84)- 519/2019 saylıməhkəmə qərarı aşağıdakılara əsasənləğv edilməlidir. Belə ki, İşə baxan Şəki İnzibati-İqtisadi Məhkəməsi bu halı aydınlaşdırmamışdır ki, mən iddiaçı- İddiaçı Şəki rayonunun Turan Bələdiyyəsi ilə müqavilə bağlayıb 200 hektar torpaq sahəsini xx.xx.2007ci ildən -xx.xx.2062-ci ilə qədər - 55 il müddətinə xx.xx.2007-ci il tarixli 269 saylı icarə müqaviləsi bağlamaqla və həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya RX № ******* saylı xx.xx.2017-ci ildə çıxarış almışam. Həmçinin, onun da xüsusi vurğulayıram ki, mənimlə Turan Bələdiyyəsi ilə arzmızda xx.xx.2007-ci il tarixdə icarə müqaviləsi bağlamaqla Daşınmaz Əmlakın Dövlət Reyester Xidmətinin 12 saylı Ərazi İdarəsi tərəfindən həm çıxarışım, həm də torpaq sahəsinin planı və ölçüsü vardır. Torpaq sahəsinin planı və ölçüsü xx.xx.2017-ci il tarixdə A № 183361 sayla uçota alınmaqla kordinat nöqtələrinə qədər hər bir şey təsvir edilmişdir. Mənə icarəyə verilən torpaq sahəsi Şəki rayonu Turan Bələdiyyəsi ərazisində yerləşməklə 200 ha-dır. Ona icarə müqaviləsi əsasında verilmiş, 200 ha torpaq sahəsinin içərisində- düz ortada heç bir girişi-çıxışı və yolu olmayan torpaq sahəsinə Cavabdeh1 icarə müqaviləsi ilə xx xxxxxx 2018-ci il tarixli 2 saylı qərar qəbul edərək və həmçinin bu qərar əsasında Azərbaycan Respublikası ƏMDK yanında Hərracların təşkili üzrə Auksion Şəki ərazi torpaq müsabiqə və hərrac kommisiyasının (feşkilatçısının ) torpaq müsabiqəsinin nəticələri barədə 15 noyabr ci il tarixli 341 saylı protokolla bu iş üzrə üçüncü şəxslər—Cavabdeh2 və Cavabdeh3 həmin müsaqibənin guya qalibi olmuş və hər birinə 25 hektar olmaqla (cəmi 50 hektar) torpaq sahəsini 15 il müddətinə icarəyə verməklə, son anda hər iki orqanın qərarı ilə mənim hüquqların kobudcasına pozulmuş və torpaqlarım qeyd olunan şəxslərin iri və xirda buynuzlu heyvanların ayaqlanması nəticəsində tam yararsız vəziyyətə düşmüş və mənim torpaqlarım yararsız hala salınmaqla mənə külli miqdarda ziyan vurulmuşdur. Buna görə də, mən torpaq sahəsindən lazımı qaydada gəlir əldə etmək hüququndan mərhum olunmuşam. Bundan başqa, Şəki İnzibati-İqtisadi Məhkəməsi təqdim etdiyim mən iddaçı- İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 70 (yetmiş) hektar torpaq sahəsini 35 (otuz beş) il müddətinə icrəyə verilməsi barədə xx xxxx 2007-ci il tarixli Cavabdeh1 “Torpaq icarə müqaviiəsi”ni sənədini və xx xxxxx 2019-cu il tarixli 30 hektar torpaq sahəsini 35 (otuz beş) il müddətinə icrəyə verilməsi barədə “Torpaq icarə müqaviləsi” sənədlərini araşdırarkən, səthi, qeyri-obyektiv və qərəzli formada araşdırma aparmış və təqdim etdiyim sənədlərə isə əhəməyyət vermədən qanunsuz qərar qəbul edərək, mənim hüquqlarımı pozmuşdur. X12-İqtisadi məhkəməsi tam, hərtərəfli, obyektiv və ədalətli araşdırma aparsaydı, onda məlum olardı ki, bu iş üzrə ücüncü şəxslər - Cavabdeh2 və Cavabdeh3 15 il müddətinə icarəyə verilmiş 50 hektar torpaq sahəsi xx xxxxxx 2018-ci il tarixdə ona verilmiş, həmin mübahisə olunan torpaq sahəsi bundan əvvəl, xx xxxx 2007-ci il tarixdə və xx xxxxx 2018-ci il tarixdə mənə icarəyə verilmiş , 100(yüz) hektar torpaq sahəsi ilə üst-üstə düşür. Axı mən Cavabdeh1 qərarı və icarə müqaviləsi ilə bu iş üzrə ücüncü şəxslər - Cavabdeh2 və Cavabdeh3 qabaq qanuni sənədlərlə icarəyə götürmüşəm. Qeyd edir ki, o, Kəlbəcər rayonundan məcburi köçkün olmaqla, Şəki rayonu Sarıca kədinə pənah gətirməklə orada məcburi köçkün kimi qeydiyyatdayam və ailə üzvülərində birgə həmin ərazidə mübahisə olunan torpaq sahəsində yaşayıram və fərdi təsərrüfatla məşğul oluram.Odur ki, Şəki İnzibati-iqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(84)- 519/2019 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati-iqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(84)- 519/2019 saylı qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X5 apelyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2- 1(84)-519/2019 nömrəli iş üzrə qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X5 apelyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2- 1(84)-519/2019 nömrəli iş üzrə qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. İşdə olanCavabdeh1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilə. İşdə olanCavabdeh1 xx.xx.2007-ci il tarixli 4 nömrəli iclas qərarı. İşdə olan RX seriyalı ******* nömrəli xx.xx.2017-ci il tarixli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış". İşdə olan RX seriyalı ******* nömrəli xx.xx.2017-ci il tarixli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış". İşdə olan İddiaçı adına 200 ha torpaq sahəsi ilə bağlı xx.xx.2017-ci il tarixli "Torpaq sahəsinin planı və ölçüsü". İşdə olan Cavabdeh1 xx.xx.2018-ci il tarixli 02 nömrəli iclas qərarı. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 17 saylı Şəki ərazi şöbəsinin xx.xx.2018-ci il tarixli rəyi. İşdə olan xx.xx.2018-ci il tarixli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış". İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X6 ərazi torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqəsinin nəticələri barədə xx.xx.2018-ci il tarixli islasının 341 nömrəli protokolu. İşdə olan Cavabdeh1 ilə X5 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsi. İşdə olan xx.xx.2018-ci ildə "Torpaq sahəsinin planı və ölçüsü". İşdə olan RX seriyalı ******* nömrəli xx.xx.2018-ci il tarixli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış". Əsaslandırma hissəsi Cavabdehin apelyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Aşağıdakı hallara görə birinci instansiya məhkəmə iddianı mümkün hesab etmişdir. İddiaçı tərəfindən mübahisələndirilən inzibati akt Cavabdeh1 xx.xx.2018-ci il tarixli 02 nömrəli iclas qərarıdır. İddiaçı hazırkı iddianı xx.xx.2019-cu ildə poçt vasitəsilə məhkəməyə göndərmişdir. İddiaçının həmin qərarı alması barədə işdə məlumat olmadığına görə onun iddia müddətini buraxması qənaətinə gəlmək üçün əsas yoxdur. Birinci instansiya məhkəməsi aşağıdakı hallara görə iddianı əsassız hesab etmişdir. "Torpaq icarəsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, torpaqlar icarəyə verilərkən, qonşu torpaqların istifadəçilərinin qanunla qorunan mənafeləri də nəzərə alınmalıdır. Həmin Qanunun 22-ci maddəsinə əsasən, torpaq sahələrindən icarə müqaviləsi ilə müəyyən edilmiş həddə sərbəst istifadə etmək hüququicarəçinin hüquqlarından biridir. Bundan başqa, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsində deyilir ki, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsində isə deyilir ki, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İşdən görünür ki, Cavabdeh1 xx.xx.2007-ci il tarixli qərarı ilə İddiaçı 55 il müddətinə 200 ha torpaq sahəsi icarəyə verilmişdir. Bundan sonra Bələdiyyənin xx.xx.2018-ci il tarixli 02 nömrəli iclas qərarı ilə Bələdiyyənin mülkiyyətində olan 50 ha torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması qərara alınmışdır. Həmin 50 ha torpaq sahəsinəTuran Bələdiyyəsinin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra torpaq müsabiqəsi vasitəsilə X2 və Cavabdeh3 icarəyə verilmişdir. İddiaçı öz tələbini belə əsaslandırır ki, X2 və Cavabdeh3 icarəyə verilmiş 50 ha torpaq sahəsi ona icarəyə verilmiş 200 ha torpaq sahəsinin içərisində düz ortada olmaqla ayrıca giriş çıxışı yoxdur. Bu səbəbdən üçüncü şəxslər X1 və Cavabdeh3 heyvanları onun icarəsində olan torpaq sahəsini ayaqlayıb yararsız hala salmışlar. Birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə sorğu edilərək, aşağıdakı suallarla bağlı mütəxəssis rəyi verilməsi xahiş edilmişdir:

1. X1 və Cavabdeh3 adına olan RX seriyalı ******* №-li çıxarışda göstərilən 50 ha və İddiaçı adına olan RX seriyalı ******* №-li çıxarışda göstərilən 200 ha torpaq sahələri üst-üstə düşürmü?

2. RX seriyalı ******* №-li çıxarışda göstərilən 50 ha torpaq sahəsinin yola ayrıca çıxışı varmı?

3. Həmin 50 ha torpaq sahəsinin X2 və Cavabdeh3 icarəyə verilməsi 200 ha torpaq sahəsindən İddiaçı istifadə etməsinə hər hansı maneə yaradırmı? Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli məktubu ilə məhkəməyə göndərilmiş mütəxəssis rəyindən, rəyə əlavə olunmuş sxemdən və aktdan aydın oldu ki, X1 və Cavabdeh3 50 torpaq sahəsi faktiki istifadə qaydası ilə plan-ölçü sənədində göstərilən koordinatları üst-üstə düşür. İddiaçı faktiki istifadə qaydası ilə planölçü sənədində göstərilən koordinatları üst-üstə düşür. X1 və Cavabdeh3 adına olan RX seriyalı ******* №-li çıxarışda göstərilən 50 ha və İddiaçı adına olan RX seriyalı ******* №-li çıxarışda göstərilən 200 ha torpaq sahələri üst-üstə düşmür. RX seriyalı ******* №-li çıxarışda göstərilən 50 ha torpaq sahəsinin yola ayrıca çıxışı var. Həmin torpaq sahəsinin döngə nöqtələrində A-dan B-yə kimi və C-dən D-yə kimi olan hissəsi təsərrüfatdaxili gedişgəliş yolu ilə həmsərhəddir. X1 və Cavabdeh3 adına olan RX seriyalı ******* №-li çıxarışda göstərilən 50 ha torpaq sahəsi ilə İddiaçı adına olan RX seriyalı ******* №-li çıxarışda göstərilən 200 ha torpaq sahəsinin hüquq müəyyənedici sənədlərə əsasən coğrafi yerləşməsi tərtib olunmuş sxemdə göstərilmişdir. Göründüyü kimi, torpaq sahələrinin üst-üstə düşməsi, üçüncü şəxslərə icarəyə verilmiş torpaq sahəsinin yola ayrıca giriş-çıxışının olmaması barədə iddiaçının dəlili mütəxəssis rəyi ilə tamamilə təkzib edilmişdir. Həmin rəy məhkəməyə daxil olduqdan sonra İddiaçı başqa bir dəlil irəli sürərək bildirmişdir ki, Cavabdeh1 xx.xx.2007-ci il tarixli 3 nömrəli iclas qərarı ilə ona 100 ha torpaq sahəsi də icarəyə verilmiş, həmin torpağın 70 hektarı ilə bağlı xx.xx.2007-ci ildə, 30 hektarı ilə bağlı isə xx.xx.2007-ci ildə Bələdiyyə ilə onun arasında icarə müqavilələri bağlanmışdır. İddiaçı Bələdiyyənin xx.xx.2007-ci il tarixli 3 nömrəli iclas protokolundan çıxarışı, xx.xx.2007-ci il və xx.xx.2007-ci il tarixli iki icarə müqaviləsini, həmçinin Turan Bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmiş iki şərti sxemi məhkəməyə təqdim etmişdir. Lakin müəyyən edilmişdir ki, 2007-ci ildə tərtib edildiyi göstərilən hər iki icarə müqaviləsində İddiaçı şəxsiyyət vəsiqəsinin nömrəsi qrafasında onun 2 il sonra, yəni xx.xx.2009-cu ildə aldığı və hazırda da istifadə etdiyi AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsi qeyd olunmuşdur. Deməli, təqdim olunmuş icarə müqavilələri 2007-ci ildə deyil, xx.xx.2009-cu ildən sonra tərtib olunmuşdur. Birinci instansiya məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, 2009-cu ildə torpaq sahələri icarəyə torpaq hərracları və müsabiqələri vasitəsilə verilməli olduğuna görə, iddiaçının təqdim etdiyi müqavilələr 100 ha torpaq sahəsinin ona icarəyə verilməsini təsdiq edən sənəd kimi qəbul edilə bilməz. Digər tərəfdən, Cavabdeh1 sədri X7 məhkəməyə xx.xx.2019-cu il tarixli yazılı izahat verərək sadalanan sənədlərin Bələdiyyədə saxlanılmadığını bildirmişdir. Bundan başqa, Respublika Dövlət Arxivinin Şəki filialına sorğu edilərək alınmış xx.xx.2019-cu il tarixli arayışdan məlum oldu ki, Cavabdeh1 sənədləri Dövlət Arxivinin Şəki filialına təhvil verilməmişdir. Bundan başqa, Cavabdeh1 sədri X7 birinci instansiya məhkəməsinə verdiyi izahatda Bələdiyyənin əvvəlki sədri barəsində aparılan cinayət işinin istintaqı zamanı sənədlərin Bələdiyyədən götürüldüyünü, sonra cinayət işinə Şəki Rayon Məhkəməsində baxıldığını bildirdiyinə görə Şəki Rayon Məhkəməsinə də sorğu edilərək Bələdiyyənin iclas protokollarından çıxarışlar tələb edildi, lakin alınmış xx.xx.2019-cu il tarixli cavabdan məlum oldu ki, cinayət işinin saxlanma müddəti başa çatdığına görə cinayət işində olan sənədlər Respublika Dövlət Arxivinin Şəki filialı tərəfindən məhv edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

Nəticəvi hissə

Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

Qərаrа аldı:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-519/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Vəzirxan Məlikov

Hаkimlər: Gündüz Abbasov

Rövşən Rəfiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar