Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-48/2022 28.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı qarşı iş üzrə (açar sözlər: öhdəliyin icrası haqqında iddia) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Cavadova Günay İsmayıl qızı və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı - İddiaçı nümayəndəsi X7, Üçüncü şəxs - X17 və onun vəkili X8 iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə (hal-hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətini Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 9 saylı Qəbələ Ərazi İdarəsi) qarşı (üçüncü şəxslər: X18, İsmayıllı rayonu Aşıqbayramlı bələdiyyəsi) “Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı ərazi idarəsi tərəfindən ona məxsus torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2-1(116)- 200/2021 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İsmayıllı rayon Kürdmaşı kənd “Xanlar” adına sovxozun 1992-ci ilə dair əmrlər kitabında aşağıdakı məzmunda əmr vardır.
2. Xanlar adına sovxoz üzrə ƏMR № 32, 20 mart 1992-ci il. Göyçay-İsmayıllı yolunun sol tərəfində Kürdmaşı kəndinin artezian quyusunun ətrafında yerləşən, sovxozun balansında olan, tikintisi yarımçıq qalmış qonaq evi ətrafına çəkilmiş hasar və quraqlıqla birlikdə, gələcəkdə tikintisini başa çatdırmaq üçün sovxozun imkanı, iqtisadi cəhətdən səmərəsiz, təsərrüfat üçün lazımsız olduğunu, sovxozun maddi cəhətdən çətinlik çəkdiyini nəzərə alaraq 50 (əlli) min manat dəyəri ilə Kürdmaşı kənd sakini X2 və həmin bina yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi onun istifadəsinə verilsin.
3. İsmayıllı rayonu “Xanlar” adına üzümçülük sovxozunun X9 verdiyi xx.xx.1993-cü il tarixli arayışının surətində qeyd edilir ki, “Xanlar” adına sovxozun 20 mart 1992-ci il tarixli, 32 nömrəli əmri ilə ona satılmış tikintilərin dəyəri 50 (əlli) min rubl 20 mart 1992-ci il tarixli 17 nömrəli qəbzlə onun tərəfindən sovxozun kassasına mədaxil edilmişdir.
4. 043181 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X10 xx.xx.2003-cü ildə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2003-cü il tarixdə 4 nömrəli qeyd edilmişdir.
5. “Nikah bağlanması haqqında şəhadətnamə”nin surətindən görünür ki, X10 ilə Vəliyeva (İsmayılova) Zenfira İsmayıl qızı arasında nikah xx.xx.1973-cü ildə bağlanmışdır. Bu barədə akt qeydləri kitabında xx.xx.1973-cü ildə 19 nömrə ilə qeyd aparılmışdır.
6. İsmayıllı rayon Dövlət Notariat Kontorunun cavabdeh orqana ünvanladığı xx.xx.2016-cı il tarixli məktubda qeyd edilir ki, X6 miras əmlakına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair İsmayıllı rayon dövlət notariat kontoruna müraciət daxil olmuşdur. X10 xx.xx.2003-cü ildə vəfat etmişdir və vərəsələrin dairəsi müəyyən edilmişdir. Mövcud qanunvericiliyin tələblərinə əsasən İddiaçı miras qoyanın vərəsəsi olması barədə məlumat verilir.
7. İsmayıllı rayon Aşıqbayramlı bələdiyyəsinin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli arayışında qeyd edilir ki, həqiqətən İsmayıllı rayon Aşıqbayramlı bələdiyyəsi Kürdmaşı kəndi ərazisində yerləşən torpaq sahəsi X10 tərəfindən vaxtı ilə “Xanlar” adina sovxoza məxsus Göyçay-İsmayıllı magistral yolunun sol tərəfində yerləşən ətrafı daş, beton panellər və məftil torla hasara salınmış, həyətyanı sahənin giriş darvazası yarımçıq qalan tikilisi ilə birlikdə sovxozun kassasına 50000 ( əlli min) rubl ödəməklə sovxozun 20 mart 1992-ci il tarixli 32 saylı əmri ilə satın alınmışdır. 1996-cı ildə islahat aparılan zaman həmin torpaq sahəsi R.Vəliyevə satıldığından həmin torpaq sahəsi islahat aparılacaq torpaqların siyahısına salınmamışdır və bələdiyyə yaranan vaxtdan bu günə kimi aramızda heç bir mübahisə olmamışdır. Həmin sözügedən torpaq sahəsi üç tərəfi qonşular, bir tərəfi Göyçay-İsmayıllı A/M-ilə sərhədləri olmaqla dəmir-beton hasara alınmışdır.
8. İddiaçı cavabdehə müraciət edərək İsmayıllı rayon Kürdmaşı kəndində yerləşən 0.12 ha torpaq sahəsinə onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmişdir.
9. Cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini əsas gətirərək hüquqların dövlət qeydiyyatından imtina etmişdir.
II. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı ərazi idarəsi tərəfindən ona məxsus torpaq sahəsinə dair çıxarışın verilməsi, həmçinin reyestr mühəndislərinin çöl ölçmə işləri aparması üçün Ədliyyə Polisinin iştirakını təmin etməklə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçının mərhum həyat yoldaşı X10 tərəfindən İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən, vaxtı ilə “Xanlar” adına Göyçay- İsmayıllı magistral yolunun sol tərəfində yerləşən ətrafı daş, beton panellər və məftil torla hasara alınmış, həyətin giriş darvazası olan tikintisi yarımçıq qalmış tikili üçün sovxozun kassasına 50000 (əlli min) rubl ödəməklə sovxozun 20 mart 1992-ci il tarixli 32 saylı əmri ilə satın alınmışdır. 1993-cü ildən etibarən Ağdam rayonundan məcburi köçkün Mehrəliyev Nəsir və 7 nəfər ailə üzvü iddiaçı və ailə üzvləri tərəfindən həmin tikilidə yerləşdirilmiş və torpaq sahəsi birgə istifadələrində olmuşdur. 1996-cı ildə torpaq islahatları aparılan zaman həmin torpaq iddiaçı və ailə üzvlərinə satıldığı üçün islahat aparılacaq torpaqların siyahısına salınmamışdır. Ona görə də bələdiyyəyə heç bir aidiyyəti yoxdur. xx.xx.2003-cü ildə iddiaçının həyat yoldaşı R.Vəliyev vəfat etmişdir. 2004-cü ildə torpağın bir hisəssi X14 tərəfindən zəbt olumnuşdur. İddiaçı və ailə üzvləri tərəfindən İsmayıllı rayon Məhkəməsinə müraciət olunmuş və məhkəmənin 14 iyun 2004-cü il tarixli 2-90 qətnaməsi ilə X14 həmin ərazidən uzaqlaşdırılmışdır. İddiaçı cavabdeh orqana müraciət edərək, İsmayıllı rayonu, Kürdmaşı kəndində yerləşən 0.12 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan xx.xx.2017-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, torpaq sahəsinin yerləşmə sxemi təqdim olunmamışdır. Ərazi İdarəsinin mütəxəssisləri ərazidə texniki inventarlaşdırma işləri aparılması iiçun əraziyə getmiş, lakin torpaq sahəsi üzərində mübahisə olduğuna görə ərazidə çöl ölçmə işlərinin aparılması mümkün olmamışdır. Bu səbəblərdən "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir.
12. Cavabdeh orqan məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli etiraz məktubunda qeyd etmişdir ki, təqdim olunmuş sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, iddiaçı torpaq sahəsinə dair qeydiyyat üçün əsas olan hüquqmüəyyənedici sənəd təqdim etməmiş və bu səbəbə görə də müraciətinin icrası mümkün olmamışdır. Eyni zamanda qeyd edilir ki, iddiaçı faktiki olaraq torpaq sahəsindən istifadə etmir. Torpaq sahəsinin hal-hazırda istifadəçisi X11r. Ərazi İdarəsinin əməkdaşlarına torpaq sahəsi üzərində çöl-ölçmə işlərinin aparılmasına imkan yaradılmadı və torpaq sahəsi üzərində mübahisə var. Ərazi İdarəsinin əməkdaşları tərəfindən müvafiq akt tərtib edilmişdir. Bu səbəbdən də iddia edilən torpaq sahəsi barədə müfəssəl məlumatlar əldə etmək mümkün olmamışdır.
13. Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-1374/2020 saylı qərardadı ilə X18 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
14. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)-200/2021 saylı qərardadı ilə iş üzrə üçüncü şəxs qismində məhkəmənin icraatına cəlb edilmiş İsmayıllı rayonu Aşıqbayramlı bələdiyyəsi məhkəməyə elektron poçt vasitəsilə xx.xx.2021-ci il tarixdə daxil olan məktubunda qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi istər torpaq islahatı zamanı, istərsə də bələdiyyələr yaranandan sonrakı dövrdə torpağa dair ilkin sənədləri olan mərhum X10 ilə bələdiyyə arasında heç bir mübahisə olmamışdır. Bələdiyyə tərəfindən həmin sahənin X1 haqqında “Xanlar” adına sovxozun əmr və kassaya mədaxil qəbzlərini nəzərə alaraq Aşıqbayramlı bələdiyyəsinin ümumi xəritəsindən həmin torpağın X9 məxsus olması haqqında torpaq sahəsinin yerləşmə planı mərhumun vərəsəsinə təqdim edilmişdir. Mübahisəli torpaq sahəsi Aşıqbayramlı bələdiyyəsinin balansında yoxdur və bələdiyyənin maraqlarına toxunmur. Odur ki, həmin torpaq sahəsinin avtomagistraldan qonşu torpaqlara nisbətən daha uzaqda yerləşməsini nəzərə alaraq, onun X6 adına rəsmiləşdirilməsinə İsmayıllı rayon Aşıqbayramlı bələdiyyəsi etiraz etmir.
15. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxs X18 iddiaçının tələbində qeyd olunan torpaq sahəsinin ona heç bir aidiyyətinin olmadığını və heç kimlə mübahisəsi olmadığını bildirib, iddianın təmin olunmamasını xahiş etmişdir.
17. Şəki İnzibаti Məhkəməsinin (hakim İlqar Cabbarov) 07 sentyabr 2021-ci il tarixli, 2-1(116)-200/2021 saylı qərarı ilə İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı (X18, İsmayıllı rayonu Aşıqbayramlı bələdiyyəsi) “Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı ərazi idarəsi tərəfindən ona məxsus torpaq sahəsinə dair çıxarışın verilməsi, həmçinin reyestr mühəndislərinin çöl ölçmə işləri aparması üçün Ədliyyə Polisinin iştirakını təmin etməklə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmiş, mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc iddiaçıya aid edilməsi, mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 77 manat 80 qəpik İddiaçı tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə-X16 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC hesab AZ23AİİB******************** VÖEN: **********) köçürülməsi qərara alınmışdır.
18. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia edilən torpaq sahəsi bələdiyyə mülkiyyətində olması, həmçinin iddiaçı iddia etdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri təqdim edə bilmədiyindən onun iddia tələbi təmin edilə bilməz.
19. İddiaçı аpеllyаsiyа şikаyəti verərək Şəki İnzibati Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2-1(116)-200/2021 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
b) Apellyasiya şikayətinin dəlilləri
20. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı üçün tələb olunan tələblərə əməl etsə də yeni torpaq sahəsinə dair sxemi (Aşıqbayramlı bələdiyyəsi tərəfindən keçmiş “ Babək" adma sovxozun ümumi xəritəsindən çıxarılmış X9 aid plan ölçü) təqdim etsə də və mübahisə məqamı (məhkəmənin qənaətinə görə torpaq üzərində heç bir mübahisə yoxdur) aradan qalxdığı üçün iddiam təmin edilməsi idi.
21. Təqdim etdiyi sənədlərdən görünür ki, ona məxsus torpaq sahəsinin plan ölçüsü arxiv sənədində konkret göstərilmiş, buna dair çoxsaylı sübutları vardır. Hansı ki, başqalarına münasibətdə ƏMDK tərəfindən bu qədər sənəd tələb olunmur.
22. Məhkəmənin verdiyi qərara əsasən xx.xx.2020-ci il tarixdə ƏMDK-nin nümayəndəsi torpaq sahəsində ölçmə işləri aparmağa gəlsə də Raqib Baxışov tərəfindən maneəçilik törədilmiş və bu barədə nümayəndəsi Saleh Ağayevin iştirakı ilə akt tərtib edilmişdir. Lakin bu barədə iş materillarında heçnə göstərilməyib.
23. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X12 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
25. Məhkəmə kollegiyasının iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X15 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını və Şəki İnzibati Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2-1(116)-200/2021 saylı qərarının ləğv ediləərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etdi.
26. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X17 və onun vəkili X13 işin fаktiki hаllаrı uyğun qаnuni qərаr qəbul edilməsini məhkəmə kоllegiyаsındаn xahiş etdilər
27. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı, cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin və üçüncü şəxs İsmayıllı rayonu Aşıqbayramlı bələdiyyəsin nümayəndələri hazırkı məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə İddiaçı, cavabdeh 9 saylı Qəbələ Ərazi İdarəsinin və üçüncü şəxs İsmayıllı rayonu Aşıqbayramlı bələdiyyəsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
28. Apellyasiya şikayəti vaxtında, birinci instansiya məhkəməsinin qərarı iddiaçıya təqdim olundugu gündən İPM-in 85.1-ci maddəsində müəyyən edilmiş 30 gün müddətində verilmiş, İPM-in 85.1-ci, 85.2-ci və 85.3-cü maddələrinə uyğun olaraq şikayət formal baxımından lazımi qaydada əsaslandırılmış, əsaslandırma hissəsində iddiaçının tələbi göstərilmişdir.
V. Tətbiq edilən hüquq
29. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139.4. Məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;
30. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakınözgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir Maddə 23. Hüquqların dövlət qeydiyyatı haqqında qanunvericiliyinin pozulmasına görə məsuliyyət: 23.1 Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2 Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.
31. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahisı
32. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu
Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. ... Maddə 25. Keçid müddəaları Azərbaycan Respublikasında bələdiyyə orqanları formalaşana qədər bu Qanunla bələdiyyələrə ayrılan torpaqların idarə olunması müvafiq dövlət icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi dəyişilənədək bu Qanuna zidd olmayan hissədə tətbiq edilir. 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir.
33. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
34. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 82 Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
35. İddiaçının apellyasiya şikayəti uğurlu sayılır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslıdır. Məhkəmə kollegiyası işdə olan sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunsuzdur. İddia mümkün iddia olduğuna görə birinci instansiya məhkəməsi iddiaya mahiyyət üzrə baxmışdır.
36. Belə ki, baxılan işdə söhbət İnzibati Prosessuаl Məcəlləsinin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessuаl Məcəlləsinin 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İnzibati Prosessuаl Məcəlləsinin 2.2.3 və 34.1-ci maddələrinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddiaçı hazırkı tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
37. Apellyasiya şikayəti vaxtında, birinci instansiya məhkəməsinin qərarı üçüncü şəxsə təqdim olundugu gündən İnzibati Prosessuаl Məcəlləsinin 85.1-ci maddəsində müəyyən edilmiş 30 gün müddətində verilmiş, İnzibati Prosessuаl Məcəlləsinin 85.1-ci, 85.2 -ci və 85.3-cü maddələrinə uyğun olaraq şikayət formal baxımından lazımi qaydada əsaslandırılmış, əsaslandırma hissəsində üçüncü şəxsin tələbi göstərilmişdir.
38. Şəki Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 28 iyun 2022-ci il tarixli, 2- 1(107)-48/2022 saylı qərardadı ilə Şəki İnzibati Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2-1(116)-200/2021 saylı qərarı “reyestr mühəndislərinin çöl ölçmə işləri aparması üçün Ədliyyə Polisinin iştirakını təmin etməklə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nin təmin edilməməsi hissəsində ləğv edilərək həmin hissədə iddia tələbi mümkün sayılmamışdır. Ona görə də məhkəmə kollegiyası Şəki İnzibati Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2-1(116)-200/2021 saylı qərarının “Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı ərazi idarəsi tərəfindən ona məxsus torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsinin qanuniliyi və əsaslılığını yoxlamışdır.
39. İddiaçının apellyasiya şikayəti uğurlu sayılır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslıdır. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı yoxlanılan hissədə ləğv edilməlidir.
40. Məhkəmə kollegiyası işdə olan sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunsuzdur.
41. Yuxarıda qeyd olunduğu kimi iddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçının mərhum həyat yoldaşı X10 tərəfindən İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən, vaxtı ilə “Xanlar” adına Göyçay-İsmayıllı magistral yolunun sol tərəfində yerləşən ətrafı daş, beton panellər və məftil torla hasara alınmış, həyətin giriş darvazası olan tikintisi yarımçıq qalmış tikili üçün sovxozun kassasına 50000 (əlli min) rubl ödəməklə sovxozun 20 mart 1992-ci il tarixli 32 saylı əmri ilə satın alınmışdır. 1993-cü ildən etibarən Ağdam rayonundan məcburi köçkün Mehrəliyev Nəsir və 7 nəfər ailə üzvü iddiaçı və ailə üzvləri tərəfindən həmin tikilidə yerləşdirilmiş və torpaq sahəsi birgə istifadələrində olmuşdur. 1996-cı ildə torpaq islahatları aparılan zaman həmin torpaq iddiaçı və ailə üzvlərinə satıldığı üçün islahat aparılacaq torpaqların siyahısına salınmamışdır. Ona görə də bələdiyyəyə heç bir aidiyyəti yoxdur. xx.xx.2003-cü ildə iddiaçının həyat yoldaşı R.Vəliyev vəfat etmişdir. 2004-cü ildə torpağın bir hisəssi X14 tərəfindən zəbt olumnuşdur. İddiaçı və ailə üzvləri tərəfindən İsmayıllı rayon Məhkəməsinə müraciət olunmuş və məhkəmənin 14 iyun 2004-cü il tarixli 2-90 qətnaməsi ilə X14 həmin ərazidən uzaqlaşdırılmışdır. İddiaçı cavabdeh orqana müraciət edərək, İsmayıllı rayonu, Kürdmaşı kəndində yerləşən 0.12 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan imtina məktubunda qeyd etmişdir ki, sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, torpaq sahəsinin yerləşmə sxemi təqdim olunmamışdır. Ərazi İdarəsinin mütəxəssisləri ərazidə texniki inventarlaşdırma işləri aparılması iiçun əraziyə getmiş, lakin torpaq sahəsi üzərində mübahisə olduğuna görə ərazidə çöl ölçmə işlərinin aparılması mümkün olmamışdır. Bu səbəblərdən "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir.
42. İddia, mahiyyət etibarı ilə əsaslıdır. Belə ki, hazırkı iddia tələbi öhdəliyin icrası haqqında iddia növünə, yəni inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara aiddir ki, bu iddia növləri üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür (İPMin 14.2-maddəsi).
43. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddiaçı hazırkı tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
44. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan iddia tələbi təmin edilməməlidir. Belə ki, cavabdeh orqanın etiraz məktubundan da göründüyü kimi iddiaçı mülkiyyət hüquqlarını dövlət reyestrində qeydiyyata aldırmaq istədiyi torpaq sahəsinə dair onun yerləşmə vəziyyətini əks etdirən sxem təqdim etməmişdir. Eləcə də iş materiallarında olan mütəxəssis rəyindən də görünür ki, 0.12 ha torpaq sahəsi Elektron baza məlumatlarında öz əksini tapan İsmayıllı rayonu Hapıtlı kəndinin Kompleks Yerquruluşu Layihəsinə əsasən yaşayış məntəqələri torpaqlarına aid İsmayıllı rayon Aşıqbayramlı bələdiyyəsinin mülkiyyətində olan çoxillik əkmələr ərazisində yerləşir. Torpaq sahənin ayrılması barədə sovxozun əmrinin verildiyi vaxt, yəni 1992-ci ildə qüvvədə olan Torpaq Məcəlləsinin 10-cü maddəsinə əsasən torpaq Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının xüsusi mülkiyyətinə yerli icra hakimiyyəti orqanlarının vəsatətlərinə əsasən rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə aşağıdakı məqsədlər üçün verilir: 1) fərdi yaşayış evi və köməkçi tikililərin inşası, habelə şəxsi yardımçı kənd təsərrüfatı (həyətyanı sahə) üçün - həmin ərazidə daimi yaşayanlara; 2) əmtəəlik kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə kəndli (fermer) və digər təsərrüfat fəaliyyəti üçün; 3) şəhər (qəsəbə) hüdudunda fərdi və kollektiv bağ təsərrüfatı və fərdi qaraj tikintisi üçün; 4) sahibkarlıq fəaliyyəti ilə əlaqədar tikintilər üçün; 5) ənənəvi xalq sənətləri ilə məşğul olmaq üçün. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən torpaq vətəndaşların xüsusi mülkiyyətinə digər məqsədlər üçün də verilə bilər.
45. Məhkəmə kollegiyası hesab edir ki, aşağıda şərh olunanlara əsasən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2-1(116)-200/2021 saylı qərarı “Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı ərazi idarəsi tərəfindən ona məxsus torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinin təmin edilməməsi hissəsində ləğv edilərək həmin hissədə iddia tələbi təmin olunmalıdır.
46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən gəldiyi nəticə ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
47. Hazırkı apellyasiya baxışı zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Resyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə mütəxəssis rəyinin verilməsi üçün sorğu məktubu göndərilmiş, həmin sorğu məktubuna cavab olaraq xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olan mütəxəssis rəyində qeyd olunmuşdur ki; - İddiaçı X4 nümayəndəsi tərəfindən göstərilən faktiki naturada ölçülmüş 0,1246 ha torpaq sahəsi İsmayıllı rayonu Aşıqbayramlı kənd İnzibati Ərazi Dairəsinin Sərhəddi daxilində, yaşayış məntəqəsi torpaqlarına aid olmaqla X18 tərəfindən həyətyanı sahə kimi istifadə olunur. Faktiki naturada ölçülmüş torpaq sahəsi yaşayış məntəqəsi sərhədləri daxilində, İsmayıllı rayon Aşıqbayramlı bələdiyyəsinin mülkiyyətinə aid ərazidə yerləşir. Torpaq sahəsinin koordinatları yerquruluşu planında göstərilmişdir. (yerquruluşu planı 1,2)
48. Bundan başqa iş materiallarında olan İsmayıllı rayon Dövlət arxivinin iddiaçıya verdiyi xx.xx.2016-cı il tarixli arxiv arayışının surətində qeyd edilir ki, 14 nömrəli Arxiv fondunda saxlanılan İsmayıllı rayon Kürdmaşı kənd “Xanlar” adına sovxozun 1992-ci ilə dair əmr kitabında mərhum həyat yoldaşı X3 tikili və istifadəsinə torpaq sahəsi verilməsi aşağıdakı kimidir:
49. Xanlar adına sovxoz üzrə ƏMR № 32, 20 mart 1992-ci il. Göyçay-İsmayıllı yolunun sol tərəfində Kürdmaşı kəndinin artezian quyusunun ətrafında yerləşən, sovxozun balansında olan, tikintisi yarımçıq qalmış qonaq evi ətrafına çəkilmiş hasar və quraqlıqla birlikdə, gələcəkdə tikintisini başa çatdırmaq üçün sovxozun imkanı, iqtisadi cəhətdən səmərəsiz, təsərrüfat üçün lazımsız olduğunu, sovxozun maddi cəhətdən çətinlik çəkdiyini nəzərə alaraq 50 (əlli) min manat dəyəri ilə Kürdmaşı kənd sakini X2 və həmin bina yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi onun istifadəsinə verilsin.
50. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 10 oktyabr 2029-cu ikl tarixli 23339 nömrəli ekspert rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə və rəyə əlavə olunmuş sxemə əsasən, İddiaçı naturada göstərdiy və baxış zamanı ölçülmüş mübahisəli torpaq sahəsinin cavabdehlərə məxsus torpaq sahələri ilə üst-üstə düşməməsi, mübahisəli torpaq sahəsinin X14nun torpaq sahəsindən nisbətən aralıda, X5 0,12 ha torpaq sahəsi ilə həmsərhəddə yerləşməsi müəyyən olunur.
51. Azərbaycan Respublikası Prezidentinin 439 nömrəli 13 yanvar 2015- ci il tarixli Fərmanının 1-ci bəndi ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı təsdiq edilmişdir.
52. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 30 oktyabr 664 nömrəli Fərmanı ilə 13 yanvar 2015-ci il tarixdən qüvvədə olan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilmişdir. ... 1.2. 2.4-cü bənddə nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.5-ci bənd əlavə olunsun: “2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri;
2. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir.
53. “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri nəzərdə tutulmamışdır.
54. Odur ki, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri İinzibati akt) qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi).
55. Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.
56. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin (X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarı).
57. Göründüyü kimi, iddiaçının əri mübahisə predmeti olan torpaq sahəsi üzərindəki daşınmaz əmlakı onun dəyərini ödəməklə satın almış, həmin əmlakın yerləşdiyi torpaq sahəsi də həyətyanı kimi onun istifadəsinə verilmişdir.
58. Şərh olunanlardan belə nəticə hasil olur ki, iddiaçının və onun mərhum ərinin qanuni istifadəsinə verilmiş torpaq sahəsi onların mülkiyyətinə verilməli idi.
59. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edən orqanın hərəkətləri əsassız olmuş, işə baxan birinci instansiya məhkəməsi iddia tələbini “Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı ərazi idarəsi tərəfindən ona məxsus torpaq sahəsinə dair çıxarış”ın verilməsi hissəsində rədd edərkən tam araşdırma aparmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlməmişdir.
60. Belə olan halda məhkəmə kollegiyasının qənaətinə görə, cavabdeh iddiaçıya “Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı ərazi idarəsi tərəfindən ona məxsus torpaq sahəsinə dair çıxarış”ın verilməsindən imtina etməklə düzgün nəticəyə gəlməmişdir.
Nəticəvi hissə:
Yuxarıda qeyd edilənlərə əsasən və Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 87.6-cı mаddəsinə əsаsən, məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2-1(116)-200/2021 saylı qərarı “Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı ərazi idarəsi tərəfindən ona məxsus torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinin təmin edilməməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qərar qəbul edilərək iddia həmin hissədə təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə “Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı ərazi idarəsi tərəfindən ona məxsus torpaq sahəsinə dair çıxarış”ın verilməsi öhdəliyi qoyulsun. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Elçin Hüseynov