Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-48/2025 19.02.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və X7 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “**********76 reyestr nömrəli çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin Ucar rayonu Qarabörk bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 05 saylı qərarı ilə Ucar rayonu Qarabörk kəndi ərazisindən ona satılmış 0,06 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi və iddiaçının faktiki istifadəsində olan 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 16 iyul 2024-cü il tarixli 2-1(116)-362/2024 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “**********76 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin bələdiyyə tərəfindən X5 ayrılan torpaq sahəsinə dair tərtib edilən ilkin texniki sənədlərə uyğunlaşdırılaraq, ona yeni plan-ölçü sənədinin verilməsi və Ucar rayonu Qarabörk bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 05 saylı qərarı ilə Ucar rayonu Qarabörk kəndi ərazisindən ona satılmış 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-2420/2023 nömrəli qərardadı ilə Ucar rayonu Qarabörk bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi qaydada cəlb edilmişdir.
3. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-362/2024 nömrəli qərardadı ilə X12, X20 və X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatında zəruri cəlb edilmişlər.
4. İddiaçı tərəfindən tələb bir neçə dəfə dəqiqləşdirilmiş, sonuncu məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi) tələbi dəqiqləşdirərək “**********76 reyestr nömrəli çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin Ucar rayonu Qarabörk bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 05 saylı qərarı ilə Ucar rayonu Qarabörk kəndi ərazisindən iddiaçıya satılmış 0,06 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi və iddiaçının faktiki istifadəsində olan 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
6. İddia ərizəsinin əsaslarına görə, Ucar rayonu Qarabörk bələdiyyəsinin xx.xx.2012ci il tarixli, 05 saylı qərarı ilə Ucar rayonu Qarabörk kəndi ərazindən iddiaçıya 0,06 ha torpaq sahəsi satılmışdır. Həmin torpaq sahəsi ilə bağlı Ucar rayonu Qarabörk bələdiyyəsi ilə iddiaçı arasında xx.xx.2012-ci il tarixli alqı-satqı aktı tərtib olunmuşdur. Həmin gündən torpaq sahəsinə sahiblik və istifadə etməklə, vergilərini ödəyir. Ucar rayonu Qarabörk bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 05 saylı qərarı ilə Ucar rayonu Qarabörk kəndi ərazisindən ona satılmış 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh orqana ərizə ilə müraciət etsə də, cavabdeh orqan müraciətin təmin olunmasından imtina etmişdir.
7. İmtina verildikdən sonra **********76 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin həmin şəxsə bələdiyyə tərəfindən ayrılan torpaq sahəsinə dair tərtib edilən ilkin texniki sənədlərinə uyğunlaşdırılaraq, ona yeni plan-ölçü sənədinin verilməsi və onun Ucar rayonu Qarabörk kəndində yerləşən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına köməklik göstərilməsi barədə ərizə ilə cavabdeh orqana müraciət etmişdir.
8. Cavabdehin nümayəndələri ilə hər 2 torpaq sahəsinə naturada baxış keçirilmiş, onların qonşuluqları və şərti sərhədləri müəyyən olunmuş və **********76 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin texniki səhv nəticəsində onun yerinə vurulması müəyyən olunmuşdur.
9. Həmçinin, torpaq sahəsinin KPİ örüş (X11) olması müəyyən olunmuşdur. KPİ örüş həyətyanı məqsədilə mülkiyyətə verilə bilir.
10. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən **********76 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin bələdiyyə tərəfindən ayrılan torpaq sahəsinə dair tərtib edilən ilkin texniki sənədlərə uyğunlaşdırılaraq, ona yeni plan-ölçü sənədinin verilməsi və onun Ucar rayonu Qarabörk kəndində yerləşən 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına köməklik göstərilməsi barədə ərizəsinə xx.xx.2023-cü il tarixli, 321-3-36/2-N-00xx-xx/2023 saylı məktubla imtina etmişdir.
11. Əlavə olaraq bildirilmişdir ki, **********76 reyestr nömrəli torpaq sahəsinin mülkiyyətçisi mərhum X1 əri X6, Ucar Rayon İcra Hakimiyyəti başçısının Qarabörk kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin, Ucar Rayon icra Hakimiyyəti başçısının Qarabörk kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavininin, Ucar rayonu Qarabörk bələdiyyəsinin sədrinin, Ucar rayonu Qarabörk kənd sakinləri (qonşu) X13, X14 və onun iştirakı ilə xx.xx.2023-cü il tarixdə akt tərtib olunmuşdur.
12. Həmin aktda aşağıdakılar qeyd olunmuş, imza və möhürlərlə təsdiq edilmişdir:
1. X1 mülkiyyət hüququ **********76 reyestr nömrəsilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahəsi bələdiyyə tərəfindən X5 başqa ərazidən verilmişdir, həmin torpaq sahəsinin mülkiyyətçisi X9 ona ayrılan torpaq sahəsində özünə məxsus tikililər inşa etdirmişdir
2. İddiaçı Ucar rayonu Qarabörk bələdiyyəsi tərəfindən Ucar rayonu Qarabörk kəndi ərazisindən 0,06 ha torpaq sahəsi satılmışdır. Həmin torpaq sahəsi üzərində
1. İddiaçı tərəfindən tikilisi yarımçıq qalmış fərdi yaşayış evi inşa olunmuşdur.
2. Torpaq sahəsi ayrıldığı gündən hər 2 şəxs müvafiq bələdiyyə qərarları ilə onlara ayrılmış torpaq sahəsindən istifadə edib, bir-birinə qarşı hər hansı bir iddia və tələbləri olmamışdır.
13. Belə olan halda cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsi özünün yol verdiyi səhvi düzəltməkdən boyun qaçırması nəticəsində həm onun, həm də X1 hüquqları pozulmuşdur.
14. İmtinanın digər əsası olan bələdiyyənin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmadan torpaq sahəsinin alqı-satqısının aparılmasına münasibətdə isə bildirir ki, bu hal cavabdeh orqanın heç bir hüququna toxunmur, həmçinin tərəflər arasında alqı-satqı baş tutmuşdur. Yəni, bələdiyyə ödənişini almış və torpaq sahəsini ona təhvil vermişdir. O da, uzun müddətdir ki, mübahisəsiz şəkildə həmin torpaq sahəsindən istifadə edir.
15. Cavabdeh orqan iddia tələbinə münasibətində qeyd etmişdir ki, İddiaçı Ucar rayonu Qarabörk kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı ********** qeydiyyat nömrəli ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmişdir.
16. Bildirilmişdir ki, Ucar rayonu Qarabörk bələdiyyəsi Azərbaycan Respublikasının 28 oktyabr 2008-ci il tarixli İİQD nömrəli Qanununa uyğun şəkildə satmamışdır. Belə ki, torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydiyyata alınmadan aparılmışdır.
17. Araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı məxsus Ucar rayonu Qarabörk kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin 0,0447 ha hissəsi X2 mülkiyyətinə verilmiş 0,12 ha torpaq sahəsi ilə, 0,0025 ha hissəsi isə X3 mülkiyyətinə verilmiş 0,12 ha torpaq sahəsi ilə, 0,0169 ha hissəsi isə Qarabörk bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsi ilə üst-üstə düşür.
18. Sözügedən torpaq sahəsi elektron baza məlumatlarına əsasən yaşayış məntəqələri torpaqları elektron baza məlumatlarında (DVJ) X11 üçün örüş sahələrindən ayrılmış torpaq sahələri, yeni elektron baza məlumatlarına əsasən (TEKUİS) yaşayış məntəqələri torpaqları, uqodiyası əkin olaraq göstərilmişdir.
19. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili (nümayəndəsi), iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
20. Üçüncü şəxs Ucar rayonu Qarabörk bələdiyyəsi iddia tələbinə münasibətində qeyd etmişdir ki, iddia olunan torpaq sahəsi iddiaçının faktiki istifadəsindədir. Qeydiyyatın aparılmasına hər hansı etirazı yoxdur.
21. Digər üçüncü şəxs X12 iddia tələbinə münasibətində qeyd etmişdir ki, mərhum həyat yoldaşı X5 Qarabörk bələdiyyəsindən 0.12 ha həyətyanı məqsədilə torpaq sahəsi almışdır. Həmin torpaq sahəsinə Ucar Reyestr xidmətindən çıxarış verilmişdir. Sözügedən torpaq sahəsində hal-hazırda ev və yardımçı tikililər var və tikintilərə su, qaz və işıq xətləri çəkilmişdir. Mərhum həyat yoldaşının adına olan 0.12 ha torpaq sahəsinə Ucar Reyestr xidmətindən aldığı çıxarış onunla qonşu olan İddiaçı torpağı ilə üst-üstə düşür. Halbuki İddiaçı torpağı onun torpağından 300 metrə aralıdır. Ucar Reyestr xidmətinin kobud səhvi ucbatından onların sənədləri üst üstə düşür. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
22. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 16 iyul 2024-cü il tarixli 2- 1(116)-362/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.
23. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
24. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı məxsus Ucar rayonu Qarabörk kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinin 0.0447 ha hissəsi X2 mülkiyyətinə verilmiş 0.12 ha torpaq sahəsi ilə, 0.0025 ha hissəsi isə X4 mülkiyyətinə verilmiş 0.12 ha torpaq sahəsi ilə, 0.0169 ha hissəsi isə Qarabörk bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsi ilə üst-üstə düşür. Torpaq sahəsinin alqı-satqısı bələdiyyənin torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydiyyata alınmadan aparılmışdır. Torpaq sahəsi elektron kadastr baza məlumatlarına əsasən uqodiyası örüşdür. Birinci instansiya məhkəməsi torpaq sahəsinin qanunvericiliyin tələblərinə uyğun ayrılmaması, örüş uqodiyalı olması və digər şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi dəlillərinə münasibət bildirməmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 16 iyul 2024-cü il tarixli 2-1(116)-362/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ
25. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 16 iyul 2024-cü il tarixli 2-1(116)-362/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi.
26. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 16 iyul 2024-cü il tarixli 2-1(116)- 362/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
27. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər.
28. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
29. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - cavabdehin xx.xx.2023, xx.xx.2023-cü il tarixli imtina məktubu, DT və XK-nin Ucar rayon Şöbəsinin xx.xx.2012-ci il tarixli 135 nömrəli rəyi, Ucar rayon İH-nin Memarlıq və tikinti şöbəsinin rəyi, Ucar rayonu Qarabörk bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 05 saylı iclas protokolundan çıxarış, xx.xx.2012-ci il tarixli 12 nömrəli Torpaqların alqı-satqısına dair akt, cavabdeh orqanın xx.xx.2023-cü il tarixli məktubu və ona əlavə olunmuş mütəxəssis rəyi, RX seriyalı ******* nömrəli (**********76 reyestr nömrəli) çıxarış; - Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq cavabdeh inzibati orqan tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli məktuba əsasən, Ucar rayonu Qarabörk bələdiyyəsinin 16 aprel 2012-ci il tarixli 05 saylı iclas protokolundan çıxarışla İddiaçı fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmış 0.06 ha torpaq sahəsi ilə bağlı koordinatlar əks olunan torpaqayırma sxemi mövcud olmadığı üçün 0.06 ha torpaq sahəsini harada dəqiq yerləşməsi idarənin mütəxəssisləri tərəfindən müəyyən edilməsi mümkün olmamışdır. - Cavabdeh inzibati orqanın məhkəmə kollegiyasına təqdim etdiyi xx.xx.2024-cü il tarixli məlumatına əsasən, naturada göstərilən və iddia olunan 0.06 ha torpaq sahəsi torpaq sahəsinin 445 kv.m hissəsi X1 **********76 reyestr nömrəli çıxarışla mülkiyyətinə verilmiş 0.12 ha torpaq sahəsi ilə, 15.8 kv.m hissəsi isə X4 **********77 reyestr nömrəli çıxarışla mülkiyyətinə verilmiş 0.12 ha torpaq sahəsi ilə üst-üstə düşür. Torpaq sahəsinin 24.4 m cənub hissəsindən yüksək gərginlikli 110 kVt-luq elektrik xətti, 3.3 metr şərqindən şirə kanalı mövcuddur. Torpaq sahəsinin cənub şərqindən 7.6 m məsafəliyindən keçən yeraltı 200 mm-lik turba mövcuddur.
TƏTBİQ EDİLƏN HÜQUQ
30. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
31. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
32. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.
33. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında” Əsasnamənin 10-cu bəndinə əsasən bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24-cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. 16-cı bəndinə görə ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər. 22-ci bəndinə görə bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. 23-cü maddəsində isə təsbit edilmişdir ki, bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alqı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. Əgər bu müddətdə müqavilə bağlanılmazsa və torpağın dəyəri ödənilməzsə, bələdiyyə tərəfindən torpağın mülkiyyətə ayrılması barədə qərar ləğv edilir. Torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz. Belə hərrac keçirilənədək bu maddəyə uyğun olaraq bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qiyməti son üç ay ərzində həmin torpaq sahəsinə uyğun torpaq sahəsinin notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Torpaq sahəsinin qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün bələdiyyə tərəfindən satılan torpaq sahəsini 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, satılan torpaq sahəsinə uyğun torpaq sahəsinin bazar qiyməti əsas götürülür. Bu maddənin məqsədləri üçün notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş qiymətlər barədə məlumat bələdiyyənin sorğusu əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 gün müddətində verilir.
34. Torpaq Məcəlləsinin 12-ci maddəsinə əsasən uqodiya kənd təsərrüfatı yerlərini ifadə etməklə əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqları ehtiva edir. Odur ki, yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsinin uqodiyasının elektron baza məlumatlarında örüş (əkin) qeyd edilməsi özlüyündə onu göstərir ki, cavabdeh orqanın istinad etdiyi kadastr məlumatları özü nöqsanlıdır.
35. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
36. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
37. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
38. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
39. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
40. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbi mahiyyət etibarilə əsaslı olduğundan təmin edilməlidir.
41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
42. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edilmişdir ki, Ucar rayonu Qarabörk kəndi ərazisində yerləşən 600 kv.m həyətyanı torpaq sahəsi Ucar rayonu Qarabörk bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 05 saylı iclasının qərarı əsasında iddiaçıya satılmış və həmin vaxtdan da, qeyd olunan torpaq sahəsi onun faktiki istifadəsində və sahibliyindədir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə verilməsi iş materiallarında olan torpaq sahəsinin satılması barədə qərar, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ucar rayon şöbəsinin müvafiq rəyi, Ucar Rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin rəyi, yeruquruluşu planı, torpaqların alqı-satqısına dair aktı və digər sənədlərlə təsdiq edilir.
43. Mübahisə predmeti olan torpaq sahəsi iddiaçıya Ucar rayonu Qarabörk bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 05 saylı iclasının qərarı əsasında satılmış, həmin torpaq sahəsinin iddiaçıya satılmasına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ucar rayon şöbəsinin rəyi ilə etiraz edilməmişdir. Beləliklə, torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara qismən riayət edilməklə iddiaçıya satılmışdır.
44. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı məxsus Ucar rayonu Qarabörk kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinin 0.0447 ha hissəsi X2 mülkiyyətinə verilmiş 0.12 ha torpaq sahəsi ilə, 0.0025 ha hissəsi isə X4 mülkiyyətinə verilmiş 0.12 ha torpaq sahəsi ilə, 0.0169 ha hissəsi isə Qarabörk bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsi ilə üst-üstə düşür. Torpaq sahəsinin alqı-satqısı bələdiyyənin torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydiyyata alınmadan aparılmışdır. Torpaq sahəsi elektron kadastr baza məlumatlarına əsasən uqodiyası örüşdür.
45. Yuxarıda istinad olunan qanunvericiliyin sadalanan müddəalarının mənasından göründüyü kimi bələdiyyənin yalnız hərrac və ya müsabiqə vasitəsilə satılan torpaqları əvvəlcə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı, daha sonra isə hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edilməklə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir. Müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması isə hərrac və ya müsabiqə vasitəsilə həyata keçirilmir. Bu halda, torpaq sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə deyil, bələdiyyələr tərəfindən qəbul edilmiş qərarlarla satıla bilərlər. Torpaq sahəsi bu qaydada satılarkən isə hərrac və ya müsabiqə vasitəsilə satılmadığına görə satılan sahə üzərində bələdiyyənin mülkiyyət hüququnun əvvəlcə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələb olunmur.
46. İşin faktiki halları ilə müəyyən olunur ki, iddiaçıya torpaq sahəsi bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşı kimi məhz “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən fərdi yaşayış evinin tikintisi üçün satılmışdır. Odur ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.
47. xx.xx.2019-cu il tarixli 2-1(102)-2626/2019 nömrəli iş üzrə oxşar inzibati mübahisədə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası yuxarıda qeyd olunan hüquqi mövqedən çıxış etmişdir.
48. İş materiallarında olan mütəxəssis rəyinə əsasən iddiaçının naturada göstərdiyi 0,0641 ha torpaq sahəsinin 0.0447 ha hissəsi X1 **********76 reyestr nömrəli çıxarışla mülkiyyətinə verilmiş 0.12 ha torpaq sahəsi ilə, 0.0025 ha hissəsi isə X3 mülkiyyətinə verilmiş 0.12 ha torpaq sahəsi ilə, 0.0169 ha hissəsi isə Qarabörk bələdiyyəsinin mülkiyətinə aid torpaq sahəsi ilə üst-üstə düşür.
49. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilinə münasibətdə qeyd edir ki, həmin üst-üstə düşmə torpaq ayıran qurumun səhvi nəticəsində yox, cavabdeh orqanın öz hərəkətləri nəticəsində yaranmışdır.
50. Belə ki, cavabdeh orqanın təqdim etdiyi mütəxəssis rəyində qeyd edilmişdir ki, Ucar rayonu Qarabörk bələdiyyəsinin 16 aprel 2012-ci il 05 saylı iclas protokolundan çıxarışla İddiaçı fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmış 0.06 ha torpaq sahəsi ilə bağlı koordinatlar əks olunan torpaqayırma sxemi mövcud olmadığı üçün iddia olunan, naturada göstərilən 0.0641 ha torpaq sahəsi ilə eyni ərazidə yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmadı.
51. Həmçinin, məhkəmə kollegiyasının sorğusuna cavab olaraq cavabdeh inzibati orqan tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli məktuba əsasən, Ucar rayonu Qarabörk bələdiyyəsinin 16 aprel 2012-ci il tarixli 05 saylı iclas protokolundan çıxarışla İddiaçı fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmış 0.06 ha torpaq sahəsi ilə bağlı koordinatlar əks olunan torpaqayırma sxemi mövcud olmadığı üçün 0.06 ha torpaq sahəsini harada dəqiq yerləşməsi idarənin mütəxəssisləri tərəfindən müəyyən edilməsi mümkün olmamışdır.
52. İş materiallarında olan Ucar rayonu Qarabörk bələdiyyəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçıya satılmış 0.06 ha torpaq sahəsi ona təhvil verilmiş, həmin dövrdən bu günədək onun istifadəsindədir.
53. Bununla yanaşı üçüncü şəxs X12 mərhum həyat yoldaşı X5 Qarabörk bələdiyyəsindən satılmış 0.12 ha torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olan torpaq sahəsindən kənarda (300 m.) yerləşdiyini bildirir.
54. İşdə olan, mərhum X1 əri X6, Ucar Rayon İcra Hakimiyyəti başçısının Qarabörk kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin, Ucar rayonu Qarabörk Bələdiyyəsinin nümayəndəsinin, iddiaçının və digər şəxslərin iştirakı ilə xx.xx.2023-cü il tarixdə tərtib olunmuş aktda qeyd edilmişdir ki, X1 mülkiyyət hüququ **********76 reyestr nömrəsilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahəsi bələdiyyə tərəfindən X5 başqa ərazidən verilmişdir, həmin torpaq sahəsinin mülkiyyətçisi X9 ona ayrılan torpaq sahəsində özünə məxsus tikililər inşa etdirmişdir.
55. İddiaçı Ucar rayonu Qarabörk bələdiyyəsi tərəfindən Ucar rayonu Qarabörk kəndi ərazisindən 0,06 ha torpaq sahəsi satılmışdır. Həmin torpaq sahəsi üzərində İddiaçı tərəfindən tikilisi yarımçıq qalmış fərdi yaşayış evi inşa olunmuşdur. Torpaq sahəsi ayrıldığı gündən hər 2 şəxs müvafiq bələdiyyə qərarları ilə onlara ayrılmış torpaq sahəsindən istifadə edib bir-birinə qarşı hər hansı bir iddia və tələbləri olmamışdır.
56. İş materiallarından görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixdə ərizə ilə Ucar rayonu Qarabörk bələdiyyəsinə müraciət edərək bələdiyyə ərazisindən ona fərdi yaşayış evinin tikintisi üçün 0.06 ha torpaq sahəsinin ayrılmasını xahiş etmişdir.
57. Üçüncü şəxs Ucar rayonu Qarabörk bələdiyyəsi də iddia tələbinə münasibətində qeyd etmişdir ki, iddia olunan torpaq sahəsi iddiaçının faktiki istifadəsindədir. Qeydiyyatın aparılmasına hər hansı etirazı yoxdur.
58. Digər üçüncü şəxs X12 isə ərizəsində göstərmişdir ki, mərhum həyat yoldaşı X5 Qarabörk bələdiyyəsindən 0.12 ha həyətyanı məqsədilə torpaq sahəsi almışdır. Həmin torpaq sahəsinə Ucar Reyestr xidmətindən çıxarış verilmişdir. Sözügedən torpaq sahəsində hal-hazırda ev və yardımçı tikililər var və tikintilərə su, qaz və işıq xətləri çəkilmişdir. Mərhum həyat yoldaşının adına olan 0.12 ha torpaq sahəsinə Ucar Reyestr xidmətindən aldığı çıxarış onunla qonşu olan İddiaçı torpağı ilə üst-üstə düşür. Halbuki İddiaçı torpağı onun torpağından 300 metrə aralıdır. Ucar Reyestr xidmətinin kobud səhvi ucbatından onların sənədləri üst üstə düşür.
59. Göründüyü kimi torpaq sahəsini ayıran orqan iddia olunun torpaq sahəsinin məhz bələdiyyə tərəfindən ona satılmış torpaq sahəsi olmasını təsdiq edir. Torpaq sahəsinin ayrılması ilə bağlı iradə ifadəsi bələdiyyəyə məxsus olduğundan və iddia olunan torpaq sahəsinin bələdiyyə tərəfindən iddiaçıya satılmış torpaq sahəsi olmasını təkzib edən hər hansı əsaslı dəlil olmadığından, cavabdeh orqan torpaq sahəsinin naturada yerləşmə vəziyyətinə dair bələdiyyənin məlumatını nəzərə almağa borcludur. Hər bir halda torpaq sahəsini ayıran və ondan istifadə edən subyekt arasında, o cümlədən mübahisələndirilən çıxarışın aid olduğu subyektlə hazırkı iş üzrə iddiaçı və bələdiyyə arasına mübahisə yoxdur. Digər subyektə (mərhum X9) satılmış torpaq sahəsinin tamamilə fərqli ərazidə yerləşməsi həm istinad olunan aktda imza etmiş səlahiyyətli orqanlar, həm iddiaçı, həm də üçüncü şəxs tərəfindən təsdiq edilir.
60. Yəni ki, **********76 reyestr nömrəli çıxarış və onun tərkib hissəsi olan torpaq sahəsinin planı və ölçüsü sənədi hazırkı mübahisə predmeti olan torpaq sahəsinə aid olmamalıdır. Həmin çıxarışın və plan-ölçü sənədinin tərtib edilməsinə əsas olmuş ilkin sənədlər cavabdeh orqandan alınaraq öyrənilmiş və müəyyən edilmişdir ki, ilkin sənədlər əsasında faktiki olaraq torpaq sahəsinin dəqiqliklə yerini müəyyən etmək, o cümlədən hazırkı iş üzrə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə aid etmək mümkün deyil. Yəni, **********76 reyestr nömrəli çıxarışa münasibətdə də, koordinatların əks olunduğu ilkin torpaqayırma sxemi mövcud deyil. Belə olan halda, cavabdeh orqanın mübahisələndirilən çıxarışı iddia olunan torpaq sahəsinə hansı əsasla tərtib etməsi aydın deyil.
61. Bundan başqa mütəxəssis rəyində qeyd edilmişdir ki, baxış zamanı üzərində natamam tikili mövcud olan, İddiaçı faktiki istifadəsində olduğu bildirilən 0.0641 ha torpaq sahəsinin elektron baza məlumatlarında təqdim olunan xəritə materiallarında yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, X11 üçün ayrılan, örüş uqodiyalı ərazidə yerləşir.
62. Göründüyü kimi cavabdeh orqan rəydə iddia olunan torpaq sahəsi ilə bağlı ziddiyyətli məlumatlar təqdim etmiş, iddia olunan torpaq sahəsinin digər subyektə məxsus torpaq sahəsi ilə üst-üstə düşməsini bildirməklə bərabər həmin torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları kateqoriyalı örüş uqodiyalı olmasını (etirazda uqodiya əkin göstərilib) göstərmişdir.
63. Torpaq Məcəlləsinin 12-ci maddəsinə əsasən uqodiya kənd təsərrüfatı yerlərini ifadə etməklə əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqları ehtiva edir. Odur ki, yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsinin uqodiyasının elektron baza məlumatlarında örüş (əkin) qeyd edilməsi özlüyündə onu göstərir ki, cavabdeh orqanın istinad etdiyi kadastr məlumatları özü nöqsanlıdır.
64. Belə olan halda kollegiyanın qənaətinə görə, iddiaçı **********76 reyestr nömrəli çıxarış və onun tərkib hissəsi olan torpaq sahəsinin planı və ölçüsü sənədinin ona satılmış 0,06 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsini və faktiki istifadəsində olan 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını cavabdeh orqandan tələb etməkdə haqlı olmuşdur.
65. Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı:
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki: 2.3. torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları;
5. Sənədlərdəki məkan göstəriciləri ilə torpağın faktiki yerləşdiyi məkan göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələrin işlənməsi mərhələsi 5.1. Çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticəsində torpaqların faktiki (naturadakı) yerləşmə vəziyyətinə dair hər bir torpaq sahəsi barədə əldə edilmiş yeni kadastr göstəriciləri hüquqmüəyyənedici sənədlərdə əks olunmuş məlumatlarla və məkan göstəriciləri ilə müqayisə edilərək, uyğunsuzluqlar müəyyənləşdirilir və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələr tərtib olunur. Ərazi vahidləri üzrə layihələrdə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) göstərilir və bu uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə qeydlər öz əksini tapır.
66. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.
67. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, **********76 reyestr nömrəli çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin Ucar rayonu Qarabörk bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 05 saylı qərarı ilə Ucar rayonu Qarabörk kəndi ərazisindən ona satılmış 0,06 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi və iddiaçının faktiki istifadəsində olan 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, çıxarışın və plan-ölçünün verilməməsinə dair cavabdehin hərəkətləri qanunauyğun olmadığından, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.
68. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 16 iyul 2024-cü il tarixli 2-1(116)-362/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.