Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-480/2025 21.08.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X4rşı “cavabdehin xx.xx.2022-ci il tarixli qərarın ona aid hissədə ləğv edilməsi və xx.xx.N9-cu il tarixdə təyin edilmiş müddətsiz 2-ci dərəcəli əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 2-N(NN6)- 260/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. işin halları: N. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik Altsistemindən çıxarışdan görünür ki, iddiaçıya xx.xx.N9-cu il tarixdən “Başın sağ gicgah nahiyəsinin odlu silahla yaralanması. Açıq kəllə beyin travması, Yayılmış mikroorqanik simptomlarla ANS, hər iki gözdə buynuz qişasının qəlpə yaralanmasından sonrakı hal VİS OD=0.6b/k, VİS OS=0.7b/k” diaqnozu ilə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” müddətsiz İİ dərəcəli əlillik təyin edilmişdir.
2. Cavabdeh orqan iddiaçıya xx.xx.2022-ci il tarixli, **********9 nömrəli bildiriş ünvanlayaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il N6 yanvar tarixli, NN nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndinə əsasən (əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi halda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir) onu əyani müayinəyə dəvət etmişdir.
3. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə 30 nəfər vətəndaşın, o cümlədən iddiaçının əlillik təyinatlarının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılması əsasında əlavə əyani müayinəsi aparılmış və bu barədə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və XN-Sosial Ekspert Komissiyası tərəfindən 23 noyabr 2022- ci il tarixli, **********4 nömrəli diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli qərarının ona münasibətdə ləğv edilməsi və əlillik qrupunun təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, N saylı hərbi hissə komandirinin N iyul N3-cü il tarixli N88 nömrəli əmri ilə şəxsi heyətin siyahısına daxil edilmiş və uzun müddət müalicədə olmağı nəzərə alınaraq hərbi hissə komandirinin 3N dekabr NN94-cü il tarixli 363 nömrəli əmri ilə şəxsi heyətin siyahısından çıxarılmışdır.İddiaçı N9 fevral N5-ci il tarixli əmrlə sıravi hərbi rütbəsində ordu sıralarından azad edilmişdir. İddiaçıya “Başın sağ gicgah nahiyyəsinin odlu silahla yaralanması. Açıq kəllə beyin travması, Yayılmış mikroorqanik simptomlarla ANS, hər iki gözdə buynuz qişasının qəlpə yaralanmasından sonrakı hal VİS OD=0.6b/k, VİS OS=0.7b/k” diaqnozu qoyularaq müddətsiz, ikinci dərəcəli əlillik təyin edilmişdir. Lakin sonuncu dəfə xx.xx.2022-ci il tarixdə yenidən ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiz və Reabilitasiya Agentliyində müayinədən keçmiş və əlillik təyin edilməsindən imtina edilmişdir.
6. Cavabdeh iddianın rədd edilməsini xahiş etmiş və bildirmişdir ki, Cavabdeh etirazını belə əsaslandırmışdır ki, Dövlət Tibbi-Sosial Ekspertiza və XN-sosial ekspert komissiyası (bundan sonra-Komissiya) xx.xx.2022-ci il tarixdə aşağıda adı göstərilən 30 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir N8) Qax rayon sakini xx.xx.N967-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti xx.xx.N9-ci il tarixində təkrar əyani müayinə zamanı qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması əsasında əlavə əyani müayinə aparılaraq müəyyən olundu ki,(Məktub:**********9) İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.N4-cü il tarixli 389 nömrəli Arayış verilmişdir. Həmin arayışda “Açıq kəllə-beyin travması nəticəsində (baş beyin zədələnməsi xx.xx.N3) dağınıq nevroloji ocaqlı əlamətlər və cuzi hiss olunan astenonevrotik sindrom. Konyuktivanın çox saylı qəlpələri, buynuz qişanın nöqtəvari bulanması, hər iki gözdə vis QU-0,9. Odlu silah yaralanmasından sonra təpə nahiyəsinin bərkimiş çapığı" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilikdən, ağrılardan şikayətlənmiş, müayinə zamanı nevroloji ocaqlı patologiya aşkar edilməmiş, ekspertiza üçün əhəmiyyətli Baş beyin instrumental müayinə sənədi təqdim etməmişdir. ƏƏSMN Tabeliyində DTSERA-da xx.xx.2022-ci il tarixdə Oftalmoloq müayinəsindən keçirilmiş, nəticədə “VİS QD=0,2 VİS QS=0,3 k/etmir, DZ: QU Buynuz qişanın çoxsaylı yad cisim izləri. Fəsadlı katarakta” kimi müəyyən edilmişdir.Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin N3 may 2022-ci il tarixli N87 nömrəli qərarı ilə təsdiq edilmiş “əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.
7. Şəki İnzibati Məhkəməsinin 2-N(NN6)-260/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə (hakim Fəxri Hacızadə) iddia təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Məhkəmə araşdırması zamanı əldə edilmiş, iş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X7 xx.xx.2024-cü il tarixli T3N0/2024 nömrəli rəyində deyilir: “N966-cı il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: İddiaçı iş materiallarında olan tibbi sənədlərində qeyd olunan “Başın sağ gicgah nahiyəsinin odlu silahla yaralanması. Açıq kəllə-beyin travması .Yayılmış mikroorqanik simptomlarla ANS. Hər iki gözdə buynuz qişanın qəlpə yaralanmasından sonrakı hal. VİS OD= 0,6 b\k;VİS OS= 0,7 b\k Meyar:2.2 İkinci dərəcə => Digər: Başın sağ gicgah nahiyəsinin odlu silahla yaralanması.Açıq kəlləbeyin travması. Yayılmış mikroorqanik simptomlarla..” diaqnoz ona stasionarda müalicəsi zamanı anamnestik, klinik və ona laborator- instrumental müayinələri əsasında qoyulduğundan onun həmin xəstəliklərdən əziyyət çəkməsini inkar etmək də olmaz. Diaqnoz nəzərə alınmaqla, əlillik dərəcəsinin təyini zamanı əyani müayinədə nevroloji ocaqlı əlamətlər aşkar edilmədiyindən ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin istər xx.xx.20N5-ci il tarixli 4N3 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair əsasnamənin və istərsə də xx.xx.2022-ci il tarixli N87 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın hər hansı bəndini aid etmək mümkün olmadı. Qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh əlilliyin təyin olunması barədə qərarı ləğv etməyə və ya dəyişdirməyə haqlıdır. Lakin bu haqqından istifadə edərək əlilliyin təyin olunması barədə qərarın ləğv olunması barədə məsələni həll edən zaman, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.2- ci maddəsinin tələbləri baxımından, inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni, inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə, ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. İddiaçının hazıkı sağlamlıq vəziyyətinin yoxlanılması zamanı təyin edilmiş məhkəmətibbi ekspertizasının rəyinə əsasən onun hazırkı sağlamlıq durumunda patofunksional dəyişikliklər müəyyən edilmişdir. Nəticə etibarı ilə iddiaçının orqanizmində mövcud olan patofunksional dəyişikliklər əlillik əlaməti təyin etmədiyindən və diaqnoz təsdiq olunmadığından məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır.
9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. N0. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 dekabr 2024-cü il tarixli, 2- N(N07)-607/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. NN. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. N2. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-N(N02)- NN05/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 dekabr 2024-cü il tarixli, 2-N(N07)-607/2024 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. N3. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı, tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “cavabdehin xx.xx.2022-ci il tarixli qərarın ona aid hissədə ləğv edilməsi və xx.xx.N9-cu il tarixdə təyin edilmiş müddətsiz 2-ci dərəcəli əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. N4. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə tələbin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) apellyasiya şikayətinin dəlilləri N5. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, apellyasiya şikayətinin təmin olunmasını, Şəki İnzibati Məhkəməsinin N9 avqust 2024-cü il tarixli, 2-N(NN6)-260/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: N6. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. tərəflərin izahatları
N7. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı, Şəki İnzibati Məhkəməsinin 2-N(NN6)-260/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi, Şəki İnzibati Məhkəməsinin sözügedən qərarın qüvvədə saxlanılmasını və iddia tələbinin təmin olunmamasını xahiş etdi.
tətbiq edilən hüquq
N8. “İnzibati icraat haqqında” Qanun: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar ... 2.0.6. İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə N3. Etimad hüququnun qorunması prinsipi N3.N. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. N3.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 2N. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 2N.N. Qanunda başqa qaya nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 2N.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. ... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.N. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. ... Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.N. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. ... Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.N. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.N. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. ... N9. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.N. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli NN saylı qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası” ... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 2N. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə N2. İşin hallarının araşdırılması prinsipi N2.N. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin N2-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.N. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən N0 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.
22. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. İddiaçı, onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
25. İPM-in N2.N, N2.2, 58.7, 82-ci maddələrində təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.
26. İş materiallarından görünür ki, iddiaçının hüquqi marağı ona N9-cu ildən təyin edilmiş “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” müddətsiz ikinci dərəcə əlilliyin bərpa edilməsindən ibarətdir.
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-N(N02)- NN05/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarında işə təkrar baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən araşdırılmalı olan hallara dair göstərişlər verilmiş, məhkəmə kollegiyası həmin hallarla bağlı araşdırma aparmışdır.
28. Məhkəmə kollegiyası tərəfindən cavabdeh orqana sorğu göndərilərək iddiaçının hansı səbəbdən risk qrupuna aid edilməsinin əsaslandırılması, ona təyin edilmiş əlilliyin ləğvi ilə nəticələnən yeni icraatın başlanması əsasları və bu icraatın ilk dəfə nə vaxt başlanması barədə məlumat verilməsi tələb olunmuşdur. Həmçinin, iddiaçıya ilkin əlillik təyinatı ilə bağlı qərarın düzgünlüyünü şübhə altına alan mötəbər və rəsmi mənbələrdən əldə olunmuş sübutların mövcud olub-olmaması, mövcud olduğu halda həmin sübutların təqdim edilməsi və onların ilkin təyinatı hansı əsasla şübhə altına almasının əsaslandırılması, iddiaçıya N9-cu ildən təyin edilmiş əlilliyin 23 ildən artıq müddət keçdikdən sonra ləğv edilməsinə əsas olmuş halların inzibati orqana hansı tarixdə məlum olması və xx.xx.2022-ci il tarixli qərar qəbul edilənədək iddiaçının əlilliyinin düzgünlüyünü şübhə altına almağa imkan verən halları müəyyən etmək üçün nə vaxt və hansı tədbirlərin görülməsi barədə məlumat təqdim olunması tələb edilmişdir.
29. Cavabdeh orqan tərəfindən xx.xx.2025-ci il tarixdə iddiaçının inzibati icraata cəlb edilməsi üçün əsas olmuş inzibati icraat materialı olaraq digər fiziki şəxs – X3 tərəfindən inzibati orqana edilmiş ərizə təqdim edilmişdir.
30. Sözügedən ərizənin məzmunundan görünür ki, müraciət edən şəxs ona ödənilən pensiyanın dayandırılması, lakin, hazırkı iş üzrə iddiaçını tanıdığını, onun hər hansı xəsarət almadan 2-ci qrup əlil olmasını və N000 manat pensiya almasını, müddətsiz əlillik təyin edilmiş şəxslərin yoxlanılmamasından narazı olmasını bildirmiş, İddiaçı əyani baxışla yenidən yoxlanılmasını xahiş etmişdir. 3N. Cavabdeh orqan sorğuda qeyd edilmiş digər məsələlərə aydınlıq gətirməsə də, iddiaçı barəsində inzibati icraatın başlanmasına əsas qismində təqdim etdiyi fiziki şəxsin müraciət ərizəsi mübahisəyə mahiyyəti üzrə baxılmasına imkan verdiyindən əlavə tədqiqatın aparmağa lüzum olmamışdır.
32. Belə ki, Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyən edən (***) 2-N(N02)-N043/2025 nömrəli qərarında qeyd edilmişdir ki, əgər inzibati orqan müddətsiz əlillik təyinatına dair qərarın qanunsuz əlverişli inzibati akt olduğu qənaətindən hərəkət etmişsə, bu halda, mübahisə “İnzibati icraat haqqında” Qanunun 3.3-cü və 67-ci maddəsinin, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il N6 yanvar tarixli, NN nömrəli Qərarı ilə təsbit edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinin müvafiq müddəaları nəzərə alınmaqla həll olunmalıdır.
33. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində qanunverici inzibati orqana müəyyən şərtlər daxilində şəxsə əvvəllər müəyyən olunmuş əlilliklə bağlı qərarın dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etmək imkanını tanımışdır.
34. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: N) TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır; 2) Şəxs əyani müayinəyə cəlb olunmalıdır.
35. Qanunvericiliyin tələblərinə görə, inzibati orqan istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliyin müəyyən olunması ilə bağlı qərarı sonradan təftiş etmək imkanına malikdir. Ona görə də “Əlilliyin qiymətləndirilməsi Qaydası” nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir.
36. “Əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar”ın mövcudluğu ilə bağlı məsələ qiymətləndirilərkən nəzərə alınmalıdır ki, burada əsaslı şübhədən kənar sübut standartı tətbiq olunmalıdır. Yəni, müddətsiz müəyyən edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq konkret, uyğun və yetərli əsaslar ortaya çıxmış olmalıdır. Yalnız belə tələblərə cavab verən əsasların mövcudluğundan çıxış edilməklə müddətsiz müəyyən edilmiş əlilliklə bağlı əvvəlki qərarın qanuniliyinin yoxlanılmasına dair icraata başlanıla bilər. Digər tərəfdən, belə əsaslar həm qərarın özü çıxarılarkən mövcud olan, lakin inzibati orqana bəlli olmayan hallar ola biləcəyi kimi, sonradan yaranmış, lakin qərarın qanuniliyinə təsir edə bilən hallar da ola bilər. Bundan başqa, sözügedən hallar konkret iddiaçı ilə birbaşa bağlı hallar olmalı, məhz ona təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq mötəbər və rəsmi mənbələrdən əldə olunmuş əsaslar müəyyən edilmiş olmalıdır.
37. Lakin hazırkı işdən görünür ki, cavabdeh orqan iddiaçı barəsində inzibati icraatı digər fiziki şəxsin mülahizələrinin qeyd olunduğu ərizə əsasında başlamışdır.
38. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən müraciət əlillik qərarının düzgünlüyünü şübhə altına alacaq mötəbər və rəsmi mənbələrdən əldə olunmuş sübut kimi qəbul edilə bilməz. Belə ki, ərizədə sadalanan məlumatlar subyektiv mülahizə xarakteri daşıyır, tibbi sənədlərə və ya digər obyektiv mənbələrə əsaslanmır.
39. Ərizə müəllifi yalnız şəxsi müşahidə və narazılıqlarını ifadə etmiş, lakin iddiaçının ilkin əlillik təyinatının düzgünlüyünü şübhə altına almağa imkan verən hüquqi və tibbi dəlillər təqdim etməmişdir. Halbuki, qanunvericiliyin tələbinə görə, müddətsiz təyin edilmiş əlilliyin ləğvi yalnız əsaslı sübutlar mövcud olduqda mümkündür və belə sübutlar konkret faktlara, tibbi arayışlara və digər etibarlı sənədlərə əsaslanmalıdır.
40. Odur ki, müraciət edən şəxsin fərziyyələri hüquqi baxımdan “əsaslı sübut” standartına cavab vermədiyindən, inzibati orqanın əvvəlki inzibati aktı təftiş etmək imkanı hüquqi baxımdan mövcud olmamışdır. Buna görə də cavabdeh orqanın iddiaçı barəsində inzibati icraatı yalnız fiziki şəxsin müraciəti əsasında başlaması qanunvericiliyin tələb etdiyi hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinə zidd hesab olunmalıdır. 4N. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 67.N2-ci maddəsinin tələbinə görə, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən N il ərzində ləğv edilə bilər. Normada nəzərdə tutulan “məlum olduğu gün” dedikdə, inzibati orqanın aktın ləğv olunmasına dəlalət edən halları həm bildiyi, həm də bilməli olduğu an əsas götürülməlidir. Bilməli olduğu anın müəyyənləşdirilməsi baxımından inzibati orqanın səlahiyyətlərindən irəli gələn imkanlardan istifadə edib-etməməsi, ondan tələb olunan minimal ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməsi, eləcə də aradan keçən kifayət qədər zaman əsas götürülməlidir.
42. Cavabdeh orqan məhkəmə kollegiyasının sorğusuna münasibətdə iddiaçıya N9cu ildən təyin edilmiş əlilliyin 23 ildən artıq müddət keçdikdən sonra ləğv edilməsinə əsas olmuş halların inzibati orqana məlum olduğu anla bağlı konkret məlumat verməsə də, inzibati icraatın yalnız fiziki şəxsin müraciəti əsasında başlanması onu göstərir ki, inzibati orqanda əlilliyin ləğv edilməsinə əsas olmuş hallarla bağlı heç bir məlumat mövcud olmamış (qeyd olunan hal N illik müddətin başlanğıcının müəyyən edilməsi zərurətini aradan qaldırır) və icraatın başlanmasının yeganə əsası fərziyyələrə əsaslanan həmin müraciət olmuşdur.
43. Cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş ilkin əlillik qərarının düzgünlüyünü şübhə altına alacaq mötəbər və rəsmi mənbələrdən əldə olunmuş sübutlar təqdim edilmədiyindən, iddiaçının müayinə olunaraq hazırkı sağlamlıq vəziyyətinin qiymətləndirilməsi və iş üzrə təkrar məhkəmə-tibbi ekspertizasının təyin edilməsi zərurəti olmamışdır.
44. Məhkəmə kollegiyası şərh olunanları ümumiləşdirərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia təmin edilməlidir.
45. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilir. Şəki İnzibati Məhkəməsinin N9 avqust 2024-cü il tarixli, 2-N(NN6)-260/2024 nömrəli ləğv edilir. İş üzrə yeni qərar qəbul edilir. İddia təmin edilir. Cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X7 xx.xx.2022-ci il tarixli qərarı İddiaçı aid hissədə ləğv edilir və cavabdehin üzərinə iddiaçıya xx.xx.N9-cu ildə təyin edilmiş müddətsiz ikinci dərəcəli əlilliyin bərpa edilməsi öhdəliyi qoyulur. Qərardan onun təqdim edildiyi gündən N ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.