Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-482/2024 26.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X5 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, üçüncü şəxs X7 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “üçüncü şəxslər X14 və X8 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 3 may 2024-cü il tarixli, 2-1(116)- 195/2024 nömrəli qərarından üçüncü şəxs X14 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “üçüncü şəxslər X9, X14 və X8 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-1829/2023 nömrəli qərardadı ilə adları qeyd edilən şəxslər üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişlər.
3. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-1829/2023 nömrəli qərardadı ilə iddia tələbi üçüncü şəxs X6 aid hissədə mümkün sayılmamışdır
4. İşin qısa mahiyyəti ondan ibarətdir ki, ünvan 1 ünvanındakı fərdi yaşayış evi tam xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. İddiaçı özünə məxsus fərdi yaşayış evindən həmin ünvanla bağlı heç bir əmlak hüququ olmayan və orada yaşamayan üçüncü şəxslərin qeydiyyatdan çıxarılması üçün cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. İddiaçı tələb hüququnu fərdi yaşayış evinin onun xüsusi mülkiyyətində olması, üçüncü şəxslərin həmin mənzildə faktiki olaraq yaşamaması və heç bir əmlak hüquqlarının olmaması ilə əsaslandırmışdır.
5. Üçüncü şəxslər Gülşən Həşimova və Şəkər Rüstəmova iddia tələbinə etirazını onunla əsaslandırmışlar ki, həmin sözügedən fərdi yaşayış evində, üçüncü şəxs X9 doğulmuş, orada böyümüşdür. İddiaçı onun atasıdır. Həmin həyətyanı torpaq sahəsi və torpaq sahəsi üzərində köhnə tikilmiş bir ev olub. Bu evi və 0,25 ha torpaq sahəsi babası Həşimov Cəfər tərəfindən alınmışdır. Babası həmin həyətdə özünə ev inşa etdirmişdir. Onlar üç bacı bir qardaş həmin fərdi yaşayış evində doğulmuş, orada böyümüşlər. Sonradan atası Nadir həyətdə 1983-cü ildə anası ilə birlikdə ev inşa ediblər. Hal-hazırda həmin evin mübahisəsi gedir. Atası evi satmaq istəyir. Qonşuluqda yaşayan adamdan, atasının 2-ci həyat yoldaşı 15000 manat beh almışdır. Atası ona bu yaxın günlərdə zəng edib, bildirmişdir ki, evi satır, gəlib razılıq ərizəsi versin. O, imtina etmiş və bildirmişdir ki, babasının evin satılanda razılıq ərizəsi versə də, onlara pul verməmişdir. İndi isə iddiaçı onlara aid evi satmaq istəyir.
6. Atası ilə anası 1979-cu ildə nikaha daxil olmuşlar. X2 həmin ünvana 1979-cu ildə gəlin köçmüşdür. Bu nikahdan dörd uşaq doğulmuşdur. Bu nikah 1993-cü ildə məhkəmə tərəfindən pozulmuşdur. O, anası ilə qalmışdır. Göyçay Rayon məhkəməsində 1993-cü ildə nikah pozulmuş və həmin ev bir pay atasına, iki pay isə anasına verilmişdir. Halhazırda həmin ünvan 135 kimi göstərilir. Əvvəllər 129, 131, 133, 137, 135 və s nömrələnmişdir. O, həmin ünvanda doğulmuş və yaşamışdır. İndiyə kimidə həmin evə gedib gəlir. Yay aylarında qalır. Buna görə də iddianı qəbul etmir. Belə ki, iddiadan sonra onlara məlum olmuşdur ki, bu həyətdə olan üç evin ayrı ayrılıqda nömrələri vardır. Bu evlərin nömrələnməsi atasının babasına məxsus olan lakin vəsiyyətnamə ilə əmisi X8 adına olan evi 2013-cü ildə gəlib satmışdır. Əmisi ruhi xəstədir. Birinci qrup əlildir. Atası onu öz himayəsinə götürmüş və bundan istifadə edərək onun evini satmışdır. Həmin evin hal-hazırda nömrəsi 137 göstərilir. X3 həmin ünvanda qeydiyyatdadır. Atası Rusiya vətəndaşıdır. Uzun illərdir ki, orada yaşayır.
7. X14 16 yanvar 2003 ildə, X21 oglu ilə nikaha daxil olmuşdur və həmin evə gəlin köçmüşdür. 2006-cı ildə aralarında bağlanmış nikah pozulmuşdur. Bu nikahdan bir övladı yəni 30.05,2003 təvəllüdlü oğlu X22 oglu doğulmuşdur. O, həmin ünvana gəlin köçərkən həmin üç evin bir dəmir qapısı var idi. Hamı o qapıdan istifadə edirdi. Göyçay Rayon Məhkəməsinin qətnaməsi ilə o və oğlu həmin evə köçürülmüşdür. Oğlunun qeydiyyatı 137ci nömrəli evdədir. X17 şöbəsi tərəfindən edilən səhvlər, ya da keçmiş qaynatası tərəfindən edilmişdir. Oğlu X22 oglu hal-hazırda hərbi xidmətdədir. O, bu səhvlərin düzəldilməsi ilə bağlı Polis şöbəsinə yazılı müraciət etmişdir. 2007-ci ildən həmin evin kommunal xərclərini o ödəyir. Məhkəmə qətnaməsinin surətini və İcra şöbəsinin AKT-nın surətini təqdim edir. Özünün və oğlunun bu evdə yaşayış hüququ vardır. 2013-cü ildə X8 adına olan fərdi yaşayış evi, iddiaçı tərəfindən satıldıqdan sonra bu qarışıqlıq yaranmışdır.
8. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili (nümayəndəsi), iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 3 may 2024-cü il tarixli, 2- 1(116)-195/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.
10. Üçüncü şəxs X14 həmin qərardan apellyasiya şikayəti vermişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
11. Üçüncü şəxs X14 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, oğlu ilə birlikdə qeyd edilən evə Göyçay Rayon Məhkəməsinin 2007-ci il tarixli qətnaməsi əsasında köçürülmüşdür. Həmin həyətdə olan üç evdən hal-hazırda ikisi durur. Evlərin dövləti qeydiyyatı olmamışdır. 2012-ci ildə iddiaçı evlərin birini satdıqda, evləri sənədləşdirmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 3 may 2024-cü il tarixli, 2-1(116)-195/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X14 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 3 may 2024-cü il tarixli, 2-1(116)- 195/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi.
13. Məhkəmə kollegiyasının hazırkı iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmərinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaçı və digər üçüncü şəxslər iştirak etməmişlər.
14. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
15. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu, - xx.xx.2022-ci il tarixli yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarış, - AN-İ ******* nömrəli xx.xx.2012-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi, - ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il tarixli DƏDR-dən çıxarış, - ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il tarixli çıxarış, - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu və olunmuş sənədlər, o cümlədən Göyçay şəhəri H.Z.Tağıyev küçəsi ev 137 ünvana dair mart 1987-ci ilə aid 864 inventar nömrəli texniki pasport və ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə dair 865 inventar nömrəli texniki pasport.
TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
17. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. 9-cu madddəsinin 1-ci bəndinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.
18. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi müikiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərlərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
20. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
21. Üçüncü şəxsin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
22. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
23. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
24. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
26. Məhkəmə kollegiyası tərəfindən iş materiallarında olan sənədlərin tədqiqi zamanı müəyyən edilmişdir ki, iddiaçı, ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında DƏDR-dən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Üçüncü şəxslər hazırda həmin fərdi yaşayış evində pasport qeydiyyatındadırlar..
27. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun hazırkı iş üzrə faktiki hallar əsasında digər üçüncü şəxslərin iddiaçının evindən qeydiyyatdan çıxarılmasını tənzimləmir. Lakin, Qanunda eyni zamanda bu vəziyyətdə qeydiyyatdan çıxarılmanı qadağan edən norma da yoxdur.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2020-ci il tarixli Qərarında qərara almışdır ki: 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. 2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. 3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
29. Mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir.
30. Müvafiq qərarın hazırkı işə tətbiqi ilə bağlı məhkəmə hesab edir ki, üçüncü şəxslərin iiddiaçının mülkiyyətində olan fərdi yaşayış evində hər hansı bir əmlak hüquqlarının olması və qeydiyyatda olduqları ünvanda yaşamaları müəyyən olunmur.
31. İşin halları ilə müəyyən edilir ki, üçüncü şəxslərdən Eldar Həşimov iddiaçının qardaşıdır. Həmin şəxsin mülkiyyətində olan (********** qeydiyyat nömrəli, xx.xx.2012- ci il tarixli çıxarışa əsasən) evin ünvanı 137 olub. O, sözügedən ünvanda yerləşən fərdi yaşayış evini xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsi ilə X1.
32. Digər üçüncü şəxs Gülşən Həşimova iddiaçının keçmiş gəlinidir. O, Göyçay Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-235/2007 nömrəli qətnaməsinə istinad edərək hazırda qeydiyyatda olduğu ünvana köçürüldüyünü bildirsə də, sözügedən qətnamədə iddiaçının köçürülməsi nəzərdə tutulduğu yaşayış sahəsinin ünvanı ünvan 3ətnamə ilə Gülşən Həşimovanın hazırda qeydiyyatda olduğu ünvana köçürülməsi nəzərdə tutulmamışdır.
33. İş materiallarında olan, Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən təqdim edilmiş sənədlərlə müəyyən edilir ki, iddiaçıya məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi ilə X13 məxsus ünvan 4 ünvanlarda yerləşir.
34. Birinci instansiya məhkəməsi tərəfindən hər iki ünvana dair arxiv qovluğunda mövcud olan sənədlər götürülərək yoxlanılmış, müəyyən edilmişdir ki, Göyçay şəhəri H.Z.Tağıyev küçəsi ev 137 ünvanda yerləşən 1985-ci ildə tikilmiş fərdi yaşayış evi əvvəllər (1983-1987-ci illərdə) K.Marks küçəsi -118, 115a, 129a və 131a olmuşdur. Həmin fərdi yaşayış evinə dair mart 1987-ci ilə aid 864 inventar nömrəli texniki pasport mövcuddur.
35. ünvan 2 ünvanda yerləşən 1983-cü ildə tikilmiş fərdi yaşayış evinin isə əvvəllər (1961-ci ildə) K.Marks küçəsi -121, 117 a və 131 olmuşdur. Həmin fərdi yaşayış evinə dair 865 inventar nömrəli texniki pasport mövcuddur.
36. Göründüyü kimi hər iki ünvana dair arxiv qovluğunda ayrı-ayrılıqda sənədlərin olması müəyyən edilir. Üçüncü şəxslərin isə iddiaçıya məxsus yaşayış sahəsində heç bir əmlak hüquqları olmadığından qeydiyyat tamamilə formal xarakter daşıyır.
37. Bu o deməkdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna əsasən üçüncü şəxslərin iddiaçının evində qeydiyyatı üçün zəruri olan şərt (daimi və ya daha çox iddiaçının evində yaşaması) mövcud deyildir. Şəxsin bir ünvanda qeydiyyatda olub başqa yerdə faktiki olaraq yaşaması, qanunun yuxarıda göstərilən məqsədlərinin həyata keçirilməsini təmin etmir. Odur ki, məhkəmə hesab edir ki, üçüncü şəxslərin iddiaçının mənzilində qeydiyyatda qalması üçün qanuni əsaslar yoxdur. Bundan başqa, qeydiyyat məsələsi həm də iddiaçının mülkiyyət hüququnun tanınması və müdafiə olunması ilə əlaqəlidir. Belə ki, üçüncü şəxslərin iddiaçının evində qeydiyyatı iddiaçı üçün bəzi hallarda məhdudiyyətlər yaradır. Bu da mülkiyyət hüququnun konstitusion mahiyyətinə ziddir. Мülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir.
38. Üçüncü şəxsin apellyasiya şikayətinin dəlillərində qeyd etdiyi halların araşdırılması məqsədilə kollegiya tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı ünvan 5 ünvanlarının mövcudluğu, hər iki ünvanda olan daşınmaz əmlakların mülkiyyətçiləri barədə məlumat verilməsi xahiş olunmuşdur.
39. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin 12 sentyabr 2024-cü il tarixli sorğuya cavab məktubunda ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin xx.xx.2012-ci il tarixdə X11 adına, Göyçay şəhəri, H.Z.Tağıyev küçəsi 135 ünvanında yerləşən fərdi yaşayış evinin xx.xx.2012-ci il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı göstərilmişdir. Eyni zamanda qeyd edilən fərdi yaşayış evlərinə məxsus hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışların surətləri qeyd edilən məktuba əlavə edilmişdir.
40. Məhkəmə kollegiyası işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Üçüncü şəxslərin mülkiyyətçiyə məxsus evdən qeydiyyatdan çıxarılması tələbi də mülkiyyətçinin məhz bu kimi hüquqlarından irəli gəlir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.
41. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Ona görə də üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.
42. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, İddiaçı mülkiyyətində olan, ünvan 1 ünvanından üçüncü şəxslər X14 və X8 qeydiyyatdan çıxarılmamasına dair cavabdehin hərəkətləri qanunauyğun olmadığından, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.
43. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
Üçüncü şəxs X14 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 3 may 2024-cü il tarixli, 2-1(116)-195/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.