Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-484/2023 17.08.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı1, Üçüncü şəxs X3 vəkili Vəkil iştirakı ilə, Üçüncü şəxslər X6, X5, Babayeva (Aslanova) Səma Vahid qızı və X7 tərəfindən verilmiş iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikası Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-130/2020 saylı (sədrlik edən hakim İlqar Cabbarov) qərarı üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi üzrə “icraatın yeni açılmış hallarla əlaqədar təzələnməsi” tələbinə dair iş üzrə üçüncü şəxs X4 “yeni açılmış hallara dair” tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin 1 iyun 2023-cü il tarixli, 2-1(116)-130/2020 saylı qərardadından iş üzrə üçüncü şəxslər X6, X7, Babayeva (Aslanova) Səmayə Vahid qızı, X8 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı (Üçüncü şəxslər X6, X5, Babayeva (Aslanova) Səma Vahid qızı və X7) məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2017-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-130/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Üçüncü şəxslər X6, X5, Babayeva (Aslanova) Səma Vahid qızı və X7 həmin qərardan apellyasiya şikayəti vermiş, lakin Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(107)-26/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş və Şəki İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanmışdır. Üçüncü şəxslər X6, X5, Babayeva (Aslanova) Səma Vahid qızı və X2 Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-26/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarından kassasiya şikayəti vermiş, lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1306/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanmışdır. İş üzrə iş üzrə üçüncü şəxslər X6, X5, Babayeva (Aslanova) Səma Vahid qızı və X7 məhkəməyə “yeni açılmış hallara dair” ərizə təqdim edərək Şəki İnzibati Məhkəməsinin 2- 1(116)130/2020 nömrəli xx.xx.2020-ci il tarixli iş üzrə inzibati məhkəmə icraatının təzələnməsini və mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Üçüncü şəxslər “yeni açılmış hallara dair” ərizəsini Şəki İnzibati Məhkəməsinin 1(116)-130/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarı qanuni qüvvəyə mindikdən sonra həmin qərarın JN seriyalı 0056 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının qüvvədə olmasını qeyd etsə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 2-1(102)1824/2022 nömrəli qərarında bildirilmişdir ki, Dövlət Aktlarının verilməsinə əsas olmuş qərar, o cümlədən, Dövlət Aktları ilə tərəflərə məxsus olan torpaq sahələri bir-biri ilə dəyişdirildiyindən sözügedən Dövlət Aktlarının hüquqi qüvvəsidə itirilməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 1 iyun 2023-cü il tarixli 2-1(116)- 130/2020 saylı qərardadı ilə Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)- 130/2020 nömrəli qərarı üzrə üçüncü şəxslər X6, X5, Babayeva (Aslanova) Səma Vahid qızı və X7 tərəfindən verilmiş “yeni açılmış hallara dair” ərizə təmin edilməməsi qərara alınmışdır. Üçüncü şəxslər X6, X7, Babayeva (Aslanova) Səmayə Vahid qızı, X8 həmin qərardaddan apellyasiya şikayəti vermişlər. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apellyasiya şikayəti ərizənin dəlillərinə uyğun əsaslandırılmış və Şəki İnzibati Məhkəməsinin 1 iyun 2023-cü il tarixli, 2-1(116)-130/2020 saylı qərardadının ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X3 vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 1 iyun 2023-cü il tarixli, 2-1(116)-130/2020 saylı qərardadının ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 1 iyun 2023-cü il tarixli, 2-1(116)-130/2020 saylı qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı2, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi və üçüncü şəxslər X6, X5, Babayeva (Aslanova) Səma Vahid qızı və X7 iştirak etməmişdir. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ İnzibati Prosessual Məcəllə: Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 100. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə 103.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Maddə 103.2. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Maddə 103.3. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Maddə 104.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizədə aşağıdakılar göstərilməlidir: 104.1.1. mübahisə edilən məhkəmə qərarı haqqında məlumat; 104.1.2. icraatın təzələnməsi üçün əsaslar; 104.1.3. məhkəmə qərarının mübahisə edilən hissəsi və ya həcmi barədə məlumat; 104.1.4. ərizənin bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətdə verildiyini təsdiq edən sübutetmə vasitələri haqqında məlumat. 104.2. Ərizəyə yeni sübutlar və hallar barədə sənədlərin, habelə başqa müvafiq sənədlərin əsli və ya surəti əlavə olunur. APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, üçüncü şəxsin ərizədə qeyd etdiyi hallar yeni açılmış hal deyildir. Belə ki, ərizədə qeyd olunanlar işin məhkəmə araşdırmasının predmetini təşkil etmiş və aşağı instanasiya məhkəmələrinin qərarı ilə öz təsdiqini tapmışdır. Bundan başqa üçüncü şəxs yeni açılmış hallarla icraatın təzələnməsinə əsas ola biləcək hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Yeni açılmış hallar üzrə icraatda məhkəmə əvvəlcə ərizənin mümkünlüyünü, yəni İPM-in 104-cü maddəsində göstərilmiş məlumatların və sənədlərin mövcud olubolmadığını yoxlayır. Bundan başqa, o, ümumi prinsipə istinad edərək qarşı tərəfin dinlənilmə hüququnu təmin edir. Bu şərtlər mövcud olmadıqda, məhkəmə ərizənin mümkün sayılmaması nəticəsinə gələ bilər. Əgər üçüncü şəxslər formal tələbləri yerinə yetirirsə, məhkəmə ərizəçinin bildirdiklərinə əsasən, İPM-in 100-cü maddəsində icraatın təzələnməsi üçün nəzərdə tutulmuş əsaslardan (əvvəllər məlum olmayan) birinin mövcud olub-olmadığını və icraatın təzələnməsi üçün əsasın məhkəmə qərarının (bu vaxta qədər səhv əsasa söykənməsi səbəbindən) ləğvi ilə nəticələnə bilib-bilməyəcəyini yoxlayır. Beləliklə, iş üzrə ərizənin mümkünlüyü yoxlanılarkən müəyyən edilir ki, ərizəçilər tərəfindən ərizəyə İPM-in 104-cü maddəsində nəzərdə tutulmuş məlumat və sənədlər əlavə edilməmişdir. Ərizədə bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətdə verildiyini təsdiq edən sübutetmə vasitələri haqqında məlumat öz əksini tapmamışdır. Belə ki, yeni açılmış hallar üzrə icraatın başlanması üçün şərt ondan ibarətdir ki, məhkəmə qərarının qanuni qüvvəyə minməsindən sonra yeni sübutlar və ya hallar aşkar olunsun və həmin sübutlar və ya hallar ərizəçinin təqsiri olmadan ilkin icraat zamanı təqdim oluna bilməsin. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi üçün Məcəllədə müddət məhdudiyyətləri müəyyən edilmişdir ki, ərizə sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 1il 10 ay keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə yol verilmir. Qeyd olunan maddi hüquq normalarının müqayisəli şərhindən görünür ki, hüquqi sabitliyin və təhlükəsizliyin qorunması məqsədilə qanunverici eyni mübahisə üzrə fərqli məhkəmə qərarlarının qəbul olunmasının qarşısını almaq məqsədilə yeni açılmış hallar üzrə icraat institutunu nəzərdə tutmuş, belə bir ərizə ilə müraciət edilə bilməsini bir neçə şərtə tabe tutmuşdur. Belə ki, yeni açılmış hallar üzrə icraatın başlanması üçün inzibati mübahisə üzrə icraat tam şəkildə başa çatmış olmalı, təzələnmə haqqında ərizə ilə müraciət edən tərəf məhkəməyə yeni sübutlar və ya halların olmasını əsaslandırmalıdır. Bununla yanaşı həmin sübutlar və hallar mübahisənin olduğu dövrdə mütləq mövcud olmalı, ancaq obyektiv maneələr səbəbindən, yəni proses iştirakçılarının iradəsindən asılı olmayan səbəblərdən məhkəməyə təqdim edilməmiş olmalıdır. Əgər həmin sübutların və halların məhkəməyə təqdim edilməməsi proses iştirakçısının subyektiv davranışından, yəni onun təqsiri ucbatından məhkəməyə təqdim edilməmişdirsə, həmin sübutlar və hallar yeni açılmış hallar üzrə icraatın başlanması üçün əsas ola bilməz. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, üçüncü şəxslərin yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəsi mümkün sayılmamalıdır. Beləliklə kollegiya hesab edir ki, hazırkı iş üzrə ərizənin mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi ərizəni mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 1 iyun 2023-cü il tarixli, 2-1(116)-130/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxslər X6, X7, Babayeva (Aslanova) Səmayə Vahid qızı, X8 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 1 iyun 2023-cü il tarixli, 2-1(116)-130/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-484/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-484/2023
17.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver