Məhkəmə qərarları › İş №2-1(107)-489/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-489/2020

05.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-489/2020 05.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “Göyçay rayonu Qaraməryəm bələdiyyəsinin xx xxxxxx 2017-ci il tarixli 07 saylı qərarının iddiaçının sahibliyində olan tikilinin altında yerləşən torpaq sahəsinin bələdiyyə mülkiyyəti kimi tanınması hissəsində ləğv edilməsi” tələbi barədə inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)- 67/2020 nömrəli qərardadından iş üzrə iddiaçının nümayəndəsi Qanuni nümayəndətərəfindən verilmiş аpelyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Göyçay rayonu R.Rza adına sovxoz tərəfindən ona verilmiş Göyçay rayonunun Qaraməryəm kəndində yerləşən baş emalatxana binasının yerləşdiyi, istifadəsində olan torpaq sahəsini onun mülkiyyətinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Dövlət X2 xx xxxxxx 1998-ci il tarixli 10/AK-1 nömrəli iclas protokolu ilə təsdiq edilmiş əmlakdan pay haqqının verilməsi barədə akta əsasən Göyçay rayonu R.Rza adına sovxoz tərəfindən ona Göyçay rayonunun Qaraməryəm kəndində yerləşən baş emalatxana binası əmlak payı kimi verilmişdir. İddiaçı baş emalatxana binasının yerləşdiyi torpaq sahəsinə başqa fiziki və ya hüquqi şəxsin mülkiyyət hüququnun qeydə alınıb-alınmaması, torpaq sahəsinin özgəninkiləşdirilibözgəninkiləşdirilməməsi, əgər mülkiyyət hüququ qeydə alınmışdırsa hüquqmüəyyənedici və texniki sənədlərin, həmçinin hüququn qeydə alınmasına əsas olan sənədlərin təsdiq olunmuş surətlərinin alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X7 vəkil sorğusu ilə müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X6 xx.xx.2019-cu il tarixli **********25 saylı məktubuna əlavə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, ona verilmiş Göyçay rayonunun Qaraməryəm kəndində yerləşən baş emalatxana binasının yerləşdiyi torpaq sahəsiyaşayış məntəqələrinin torpaqları kateqoriyasında Qaraməryəm bələdiyyəsinin mülkiyyəti kimi qeydə alınmışdır. İddiaçı xx.xx.2019-cu il il tarixdə cavabdeh orqana poçt vasitəsi ilə ərizə göndədərərək “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.3-cü maddəsinin tələblərinə əsasən Göyçay rayonu R.Rza adına sovxoz tərəfindən ona verilmiş Göyçay rayonunun Qaraməryəm kəndində yerləşən baş emalatxana binasının yerləşdiyi, istifadəsində olan torpaq sahəsini onun mülkiyyətinə verilməsini xahiş etmiş, lakin cavabdeh orqan xx.xx.2019-cu il tarixdə iddiaçının müraciətini xəbərnaməyə imza etməklə alsa da müraciətə cavab verməmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Qanuni nümayəndə xx.xx.2020-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək “Göyçay rayonu Qaraməryəm bələdiyyəsinin xx xxxxxx 2017-ci il tarixli 07 saylı qərarının iddiaçının sahibliyində olan tikilinin altında yerləşən torpaq sahəsinin bələdiyyə mülkiyyəti kimi tanınması hissəsində ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli iclasında protokol qərardadla ərizə icraata qəbul edilmişdir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, İddiaçı baş emalatxana binasının ərazisi Qaraməryəm bələdiyyəsinin mülkiyyətinə aiddir. Sözügedən ərazinin müəyyən bir qismi RX seriyalı ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən üzərində bələdiyyə mülkiyyəti tanıdılaraq 0.20 hektarı Qaraməryəm kəndinin sakinlərinə satılmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxxxx 2020-ci il tarixli, 2- 1(116)-67/2020 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçının nümayəndəsi Qanuni nümayəndə həmin qərardaddan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərardadını qanunsuz və əsassız hesab edir. Belə ki, hakim iddianı mümkünsüz sayarkən gəldiyi nəticəni iddianın mübahisələndirmə haqqında iddia növünə aid olması, bu növ iddiaların xüsusi mümkünlük şərtlərindən ən mühümünün iddianın inzibati akt təqdim(elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilməsi, lakin iddiaçının qanunla müəyyən edilmiş həmin müddəti ötürməsi ilə əsaslandırmışdır. Halbuki iddiaçı, məhkəmə baxışı zamanı iddiasını dəqiqləşdirərək mübahisələndırdiyi bələdiyyə qərarını vəkil sorğusuna əsasən əldə etsə də həmin vaxt sahibliyində olan torpaq sahəsinin bələdiyyə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə eyni torpaq olub-olmaması barədə dəqiqməlumatı olmamış və yalnız məhkəmənin sorğularına əsasən sübutlar toplandıqdan sonra iddiaçının nümayəndəsi, iddiaçının Göyçay rayonu R.Rza adına sovxoz tərəfindən ona verilmiş Göyçay rayonunun Qaraməryəm kəndində yerləşən baş emalatxana binasının yerləşdiyi, istifadəsində olan torpaq sahəsini onun mülkiyyətinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini dəqiqləşdirərək Göyçay rayonu Qaraməryəm Bələdiyyəsinin xx xxxxxx 2017-ci il tarixli 07 saylı qərarının iddiaçının sahibliyində olan tikilinin altında yerləşən torpaq sahəsinin bələdiyyə mülkiyyəti kimi tanınması hissəsində ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Göründüyü kimi mübahisələndirilən qərardan və ona əlavə edilmiş sənədlərdən iddiaçının istifadəsində olan torpaq sahəsinin bələdiyyənin mülkiyyəti kimi tanınıb- tanınmamasını müəyyən etmək qeyri-mümkündür və bu hal ancaq mütəxəssis tərəfindən müəyyən edilə bilərdi. Bu səbəbdən də iddiaçı iddia müddətini ötürməmişdir. Belə ki, iddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı bələdiyyənin qərarı ilə sonuncunun mülkiyyəti kimi qeydə aldırdığı torpaq sahəsi ilə iddiaçının əmlak payının yerləşdiyi torpaq sahəsi ilə eyni torpaq sahəsi olduğunu bildikdən sonra qeyd edilən bələdiyyə qərarını mübahisələndırmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1 -ci maddəsinin tələblərinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Ona görə də iddiaçının, iddia müddətinin tətbiq edilə bilinmədiyi bir tələblə məhkəməyə müraciət edib sonradan tələbini dəqiqləşdirib məhkəməyə verdiyi yeni iddianın mümkünsüz sayılması qanunsuzdur. Hakim iddianı mümkünsüz sayarkən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1 -ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1 -ci maddəsinin tələblərinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Ona görə də hesab edirəm ki, iddianın mümkün sayılmamasına dair Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(116)-67/2020 saylı qərardadı əsassız və qanunsuz olduğundan ləğv edilməli və iddia mümkün sayılmalıdır. Göstərilənlərin nəzərə alınaraq İddiaçı cavabdeh Göyçay rayonu Qaraməryəm Bələdiyyəsinə qarşı Göyçay rayonu Qaraməryəm bələdiyyəsinin xx xxxxxx 2017-ci il tarixli 07 saylı qərarının iddiaçının sahibliyində olan tikilinin altında yerləşən torpaq sahəsinin bələdiyyə mülkiyyəti kimi tanınması hissəsində ləğv edilməsi tələbinə dair iddiasının mümkün sayılmamasına dair Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2- 1(116)-67/2020 saylı qərardadının ləğv edilməsi və iddianın mümkün sayılması haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Qanuni nümayəndə apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)-67/2020 nömrəli qərardadının ləğv edilməsini, iddianın mümkün sayılmasına dair yeni qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili X4 apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2- 1(116)-67/2020 nömrəli qərardadının ləğv edilməsini, iddianın mümkün sayılmasına dair yeni qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, Cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 80-ci mаddəsinə görə, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Məhkəmə kollagiyası Əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan Dövlət X2 1993-cü il 17 yanvar tarixli 10/AK-1 nömrəli iclas protokolu ilə təsdiq edilmiş xx.xx.1999-cu il tarixli 21 nömrəli Aktın təsdiq edilmiş surətindən müəyyən edilir ki, Göyçay rayonu “R.Rza” adına kolxozun ərazisində yerləşən əmlak növü “baş emalatxana binası” olaraq qeyd olunan kompleksdən bir hissə Qaraməryəm kəndində yaşayan Göyçay rayon Daxili İşlər Şöbəsi tərəfindən 1977-ci il 28 sentyabr tarixdə verilmiş pasport nömrəsi İVЖГ658490 olan şəxsə verilmişdir. İş materiallarında olan DƏDRX-nin 16 saylı X6 xx.xx.2019-cu il tarixli **********77 nömrəli məktubu və ona əlavə edilmiş sənədlərin təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, Cavabdeh xx.xx.2017-ci il tarixli 07 saylı protokoldan çıxarışı, ƏMDK-nın 10 saylı Ərazi şöbəsinin xx.xx.2017-ci i l tarixli 497 nömrəli rəyi, Göyçay rayon İH Memarlıq və Tikinti şöbəsinin xx.xx.2017-ci il tarixli 95 nömrəli rəyinə əsasən Göyçay rayon Qaraməryəm kəndində yerləşən 0.20 ha torpaq sahəsinə A seriyalı 192448 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmiş və RX seriyalı ******* nömrəli xx.xx.2017-ci il tarixli Çıxarışla Cavabdeh mülkiyyətinə verilmişdir. İş materiallarında olan Göyçay rayon Notariat ofisinin xx.xx.2020-ci il tarixli 17 nömrəli məktubu və ona əlavə olunmuş sənədlərin təsdiq edilmiş surətindən müəyyən edilir ki, mübahisələndirilən 0.20 ha torpaq sahəsi 0.10 ha olmaqla ******* nömrəli “Alqısatqı” müqaviləsinə əsasən X1 və ******* nömrəli “Alqısatqı” müqaviləsinə əsasən Nəbiyeva Qəmzə Babaşah qızına satılmışdır. Bununla bağlı birinci instansiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, onun iddiası mübahisələndirmə haqqında iddia növünə aiddir. Bu növ iddiaların xüsusi mümkünlük şərtlərindən ən mühümü odur ki, iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində (Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsi) qaldırıla bilər. Lakin iddiaçı qanunla müəyyən edilmiş həmin müddəti ötürmüşdür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, mübahisələndirilən inzibati akt 2017-ci il 28 avqust tarixində qəbul edilmişdir. İş materiallarında olan sənədlərdən də göründüyü kimi iddiaçı baş emalatxana binasının yerləşdiyi torpaq sahəsinə başqa fiziki və ya hüquqi şəxsin mülkiyyət hüququnun qeydə alınıb-alınmaması, torpaq sahəsinin özgəninkiləşdirilib-özgəninkiləşdirilməməsi, əgər mülkiyyət hüququ qeydə alınmışdırsa hüquqmüəyyənedici və texniki sənədlərin, həmçinin hüququn qeydə alınmasına əsas olan sənədlərin təsdiq olunmuş surətlərinin alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X7 vəkil sorğusu ilə müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X6 xx.xx.2019-cu il tarixli **********25 saylı məktubuna əlavə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, ona verilmiş Göyçay rayonunun Qaraməryəm kəndində yerləşən baş emalatxana binasının yerləşdiyi torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasında Qaraməryəm bələdiyyəsinin mülkiyyəti kimi qeydə alınmışdır. Göründüyü kimi iddiaçı ən azından 2019cu ilin mart ayından mübahisələndirilən qərardan məlumatlı olmuş, 16 saylı X8 tərəfindən ona mübahisəli qərarın surəti göndərilmişdir. İddiaçı isə xx.xx.2019-cu il tarixində poçt vasitəsi ilə məhkəməyə iddia ərizəsi göndərməklə (iddia ərizəsi xx.xx.2019-cu il tarixində məhkəməyə daxil olmuşdur.) qanunla müəyyən edilmiş 30 günlük müddəti ötürmüşdür. xx.xx.2019-cu il tarixində məhkəməyə daxil olmuş iddia ərizəsindən də göründüyü kimi iddiaçı həmin torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olmasına etiraz etməmiş, əksinə həmin torpaq sahəsinin ona əvəzsiz verilməli olduğu bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarıın: - 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. - 1.2-ci bəndinə əsasən,iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. - 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 1.4-cü bəndinə əsasən, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. - 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. - 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. - 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. - 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Məhkəmə kollegiyası hazırkı işlə bağlı qeyd edir ki, iddiaçı sözügedən inzibati aktın qəbul edilməsindən xəbərdar olmuş, lakin o, qanunla müəyyən edilmiş müddət ərzində inzibati aktı mübahisələndirməmiş, həmin aktı mübahisələndirmə imkanını itirmişdir. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həmçinin məhkəmə əlavə olaraq qeyd edir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın hüquqi cəhətdən yoxlanılması ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Hazırkı mübahisənin məhkəmə qaydasında baxılmalı olmaması iddianın əsaslılığının araşdırılmasına imkan vermir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın mənasından göründüyü kimi, iddia o zaman məhkəmə tərəfindən mümkün sayılır ki, ərizədə inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmış olsun. Həmin normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. İPM-nin 87.6-cı mаddəsinə əsаsən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)-67/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçının nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş аpelyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)-67/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar