Məhkəmə qərarları › İş №2-1(107)-49/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-49/2020

16.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-49/2020 16.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Abbasov Gündüz Qasım oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi, İddiaçı Markozoviçin səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Markozoviçin səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə cavabdeh Oğuz rayonu Oğuz Bələdiyyəsinə qarşı “Oğuz Bələdiyyəsinin xx xxxx 2015-ci il tarixli 09 saylı qərarının ləğv edilməsi” tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1643/2019nömrəli müvəqqəti xarakterli müdafiə tədbiri barədə qərardadından İddiaçı Markozoviçin səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyü məsələsinə аçıq məhkəmə iclаsındа bаxаrаq MÜƏYYƏN E T D İ: İddiaçı Markozoviçin səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə cavabdeh Oğuz rayonu Oğuz Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Oğuz Bələdiyyəsinin xx xxxx 2015-ci il tarixli 09 saylı qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə “müvəqqəti xarakterli müdafiə barədə” vəsatət təqdim edərək işə mahiyyəti üzrə baxılıb qurtaranadək mübahisəli torpaq sahəsində tikinti işlərinin aparılmasının üçüncü şəxs X1 qadağan edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili vəsatətin təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında cavabdehin nümayəndəsi vəsatətin təmin edilməməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında 3-cü şəxs vəsatətin təmin edilməməsini xahiş etmişdir. Şəki İnzibаti-İqtisаdi Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1643/2019 nömrəli qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə “Oğuz Bələdiyyəsinin xx xxxx 2015-ci il tarixli 09 saylı qərarının ləğv edilməsi” tələbinə dair işə mahiyyəti üzrə baxılıb qurtaranadək mübahisəli torpaq sahəsində tikinti işlərinin aparılmasının üçüncü şəxs X1 qadağan edilməsi barədə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi təmin edilməmişdir. İddiaçı və onun ümayəndəsi və vəkili Nümayəndə аpelyаsiyа şikаyəti verərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1643/2019 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı tərəf apelyasiya şikayətində qeyd etmişdir ki, Şəki İnzibati-İqtisdi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli , 2-1(84)- 1643/2019 saylı qərardadı ilə müvəqqəti xarakterli müdafiə barədə ərizəm təmin edilməmişdir. Səbəb olaraq işə baxan hakim işin hallarının araşdırılması zamanı iddianın uğursuz olacağına istinad edərək , müvəqəti xarakterli təmin tədbiri barədə ərizəni təmin etməmişdir. Lakin iş materiallarından görüür ki, sözügedən torpaq sahəsi İosif Markozoviçin istifadəsində olmuş və hazırda üçüncü şəxs X7 fərdi yaşayış evi inşa etdirdiyi ərazidə İosif Markozoviçə məxsus tikili olmuşdur. Hər bir şəxsə məlumdur ki, qanunsuz tikili olsa belə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı və qətnaməsi olmadan tikilini sökmək olmaz. Bu səbəbdən hesab edirəm ki İnzibati-İqtisdi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(84)-1643/2019 saylı qərardadı ləğv edilməli və hazırki işə baxıb qutaranadək mübahisəli torpaq sahəsində tikinti işlərinin aparılması üçüncü şəxs X2 qadağan edilməlidir. Belə ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı Markozoviçə məxsusdur. Həmin fərdi yaşayış evinin altında yerləşən 0,07 ha torpaq sahəsi İddiaçı Markozoviçin istifadəsindədir. Bu fakt daşınmaz əmlakın dövlət reyesterindəri verilmiş MA seriyalı ******* nömrəli çıxarış və reyestr nömrəsi **********45-10301 nömrəli fərdi yaşayış evinin texniki pasportunda öz əksini tapır. Həmin torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evini X5, X3, X8, X9 həmin fərdi yaşayış evini zəbt edərək orada yaşayırlar. Oğuz Rayon Məhkəməsinə müraciət edərək yuxarıda adları qeyd edilən şəxslərin fərdi yaşayış evindən çıxarılmalarını xahiş etdik. Oğuz Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbi təmin edildi. Həmin qətnamədən narazı qalan cavabdehlər Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şəkayəti verdilər. Şəki Apelyasiya Məhkəməsinin qətnaməsi ilə Oğuz Rayon Məhkəməsinin X6 ümayəndəsi və vəkili olduğum şəxsə məxsus torpaq sahəsinin 0,03 ha hissəsini qanunsuz olaraq bələdiyyədən almış və hal-hazırda orada tikinti işləri aparır. Nümayəndəsi və vəkili olduğum şəxsin burada olmamasından istifadə edərək, qanunsuz yolla həmin torpaq sahəsini adına rəsmiləşdirmiş və bələdiyyə qərarı əsasında adına daşınmaz əmlakın dövlət reyesrtindən çıxarış əldə etmişdir. Buazmış kimi İddiaçı məxsus tikilini sökərək orada özünə fərdi yaşayış evi inşa etdirir. Nəzərinizə çatdırmağ istiyirəmki, mübahisəli torpağla əlaqədar nümayəndəsi olduğum Yosif Kazarovun anasının adina 0,07 hatorpaq sahəsi ******* saylı mh seriyali çıxarış olmuşdur. Həmin daşınmaz əmlakın fərdi yaşayış evinə dair **********45-10301 reyestr nömrəsilə texniki pasportunda torpağ sahəsində olan məlumat haqda 0,098449 ha faktki sahə qeydolunmuşdur (bunlardan tikil altı sahə 0,018859,digər sahələr 0,07059),bundan əvvəl Yosif Kazarovun atasının X12 adına olan texniki pasportda torpağ sahəsi 926 hek göstərilmişdir. Beləliklə də 0,07 ha başqa Yosif Kazarovun valideynlərinin istifadəsində 0,02,8 hatorpağ sahəsiəlavə olmuşdur. Odur ki, Şəki İnzibati-lqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)- 1643/2019 nömrəli qərardadının ləğv edilməsi və hazırki işə baxılıb yekun qərar qəbul edilənədək. mübahisəli torpaq sahəsində tikinti işlərinin aparılmasının üçüncü şəxs X2 qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Markozoviçin səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1643/2019 nömrəli qərardadının ləğv edilməsi və hazırki işə baxılıb yekun qərar qəbul edilənədək . mübahisəli torpaq sahəsində tikinti işlərinin aparılmasının üçüncü şəxs X2 qadağan edilməsi barədə qərardad qəbul edilməsinixahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Oğuz rayonu Oğuz Bələdiyyəsi nümayəndəsi və üçüncü şəxs X4 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə Kollegiyası apelyasiya dəlilləri ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfin müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsini təmin etməməklə qanuni və əsaslı qərardad qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 41.2-ci maddəsinə əsasən işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. Belə ki, İddiaçı Markozoviç və onun nümayəndəsi və vəkili Nümayəndə birinci instansiya məhkəməsinə vəsatət vərərək üçüncü şəxs X4 tərəfindən hazırkı işə baxılıb qurtaranadək mübahisəli torpaq sahəsində tikinti işlərinin aparılmasının ona qadağan edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi üçüncü şəxs tərəfindən aparılan tikintinin İddiaçı məxsus torpaq sahəsində aparılmasını təsdiq edən subut təqdim etməmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi işin faktiki və hüquqi hallarının araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olmayacağı qənaətinə gəldiyindən vəsatət təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən məhkəmə, inzibati aktın icrasının dayandırılması barədə ərizə ilə bağlı qərar qəbul edilənədək, cavabdehin üzərinə inzibati aktın icrasına yönəlmiş hərəkətləri etməkdən çəkinməyə dair öhdəlik qoya bilər. Həmin Məcəllənin 41.5-ci maddəsinə əsasən inzibati aktın icrasının dayandırılması barədə ərizənin təmin edilməməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1643/2019 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı Markozoviç tərəfindən verilmiş аpelyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1643/2019 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vəzirxan Məlikov Hаkimlər: Gündüz Abbasov Rövşən Rəfiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar