Məhkəmə qərarları › İş №2-1(107)-49/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-49/2021

08.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-49/2021 08.01.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı X1rşı “Dövlət Vergi Xidmətinin 13 saylı X2 xx.xx.2020-ci il tarixli, **********197982 saylı qərarının ləğv olunmasına dair müvafiq qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2-1(116)- 1417/2020 nömrəli qərardadından iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Məhəməliyev Yusif Məhəmməd oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Dövlət Vergi Xidmətinin 13 saylı X2 xx.xx.2020-ci il tarixli, **********197982 saylı qərarının ləğv olunması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili xx.xx.2020-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, “cavabdeh Dövlət Vergi Xidmətinin 13 saylı X2 xx.xx.2020-ci il tarixli, **********140770 saylı qərarının ləğv olunmasına dair iddia tələbinə mahiyyəti üzrə baxılıb qurtaranadək, müəssisənin hesablarına qoyulmuş sərəncamların icrası, hesabların mübahisələndirilən məbləğdə 105 faiz dondurulması istisna olmaqla dayandırılması və həmin borclara görə müəssisənin hazırda mövcud olan habelə müəssisənin ünvanına idxal olunacaq bütün növ əmlakın, o cümlədən xammalların, dəzgahların, avadanlıqların və digər əmlakların siyahıya alınması və digər məcburiyyət tədbirlərinin tətbiq edilməsinin cavabdehə qadağan edilməsi barədə cavabdehin üzərinə vəzifə qoyulması” barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxxx 2020-ci il tarixli 2- 1(116)-1417/2020 nömrəli qərardadı ilə iddiaçının vəkili və nümayəndəsi Vəkil “cavabdeh Dövlət Vergi Xidmətinin 13 saylı X2 xx.xx.2020-ci il tarixli, **********140770 saylı qərarının ləğv olunmasına dair iddia tələbinə mahiyyəti üzrə baxılıb qurtaranadək, müəssisənin hesablarına qoyulmuş sərəncamların icrası, hesabların mübahisələndirilən məbləğdə 105 faiz dondurulması istisna olmaqla dayandırılması və həmin borclara görə müəssisənin hazırda mövcud olan habelə müəssisənin ünvanına idxal olunacaq bütün növ əmlakın, o cümlədən xammalların, dəzgahların, avadanlıqların və digər əmlakların siyahıya alınması və digər məcburiyyət tədbirlərinin tətbiq edilməsinin cavabdehə qadağan edilməsi barədə cavabdehin üzərinə vəzifə qoyulması”na dair müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi təmin edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı Məhəmməd oğlunun nümayəndəsi, həmçinin vəkili Vəkil ərizə göndərərək “Dövlət Vergi Xidmətinin 13 saylı X2 xx.xx.2020-ci il tarixli, **********197982 saylı qərarının ləğv olunmasına dair müvafiq qərar qəbul edilməsi” tələbinə dair iddiasına baxılmamasını istəmiş, lakin cavabdeh tərəflə əldə etdikləri razılığ və qanunvericiliyin onlara tanıdığı imkanlardan istifadə edərək apellyasiya şikayətinin geri götürülməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Azərbaycan Respublikasının İnzibаti Prosessuаl Məcəlləsinin: 88.1-ci mаddəsinə əsasən, şikаyət аpellyаsiyа instаnsiyаsı məhkəməsinin qərаrı qаnuni qüvvəyə minənədək geri götürülə bilər. 88.3-cü mаddəsinə görə, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. 88.4-cu maddəsində göstərilmişdir ki, şikayətin geri götürüldüyü hallarda məhkəmə xərcləri haqqında məhkəmə tərəfindən qərardad çıxarılır. İş materiallarından görünür ki, İddiaçı Məhəmməd oğlunun nümayəndəsi, həmçinin vəkili Vəkil apellyasiya şikayətini geri götürməsi iş üzrə digər şəxslərin hüquq və maraqlarına toxunmur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə İddiaçı Məhəmməd oğlunun nümayəndəsi, həmçinin vəkili Vəkil Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2-1(116)-1417/2020 nömrəli qərardadından vermiş olduğu apellyasiya şikayətini geri götürməsi barədə ərizəsi qəbul edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 88.1-88.4-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı Məhəmməd oğlunun nümayəndəsi, həmçinin vəkili Vəkil Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2-1(116)-1417/2020 nömrəli qərardadından vеrmiş olduğu apelyasiya şikayətini geri götürməsinə dair ərizəsi qəbul еdilsin. Şəki İnzibati Məhkəməsinin Şəki İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2- 1(116)-1417/2020 nömrəli qərardadından İddiaçı Məhəmməd oğlunun nümayəndəsi, həmçinin vəkili Vəkil tərəfindən verilmiş аpellyаsiyа şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar