Məhkəmə qərarları › İş №2-1(107)-49/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-49/2022

14.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-49/2022 14.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı hüquqi varisi X59 və onun vəkili Vəkil2, eyni zamanda digər hüquqi varisi X60 və üçüncü şəxslər nümayəndəsi həmçinin, vəkili Nümayəndə və üçüncü şəxs X30 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsinə qarşı “JN 1395A. kod 90200002 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və DƏDXR-nin 17 saylı Yevlax Ərazi idarəsi tərəfindən verilmiş ******* saylı çıxarışın qismən ləğv edilməsi” tələbinə dair Şəki İnzibati- İqtisadi Məhkəməsinin 10 dekabr 2014-cü il tarixli, 2-1(84)-1150/2014 nömrəli qərarından iş üzrə üçüncü şəxslər X18, X14, X15, Qurbanova (Abdullayevə) Günel Abdurəhman qızı, X16 və Hüseynova (Abdullayevə) Qumral Abdurəhman qızı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsinə qarşı «JN 1395A, kod 90200002 nömrəli torpağm mülkiyyətə verilməsinə dair şəhadətnamənin və DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş ******* saylı çıxarışın qismən ləğv edilməsi» barədə iddia tələbi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddiaçı, cavabdeh Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsi və üçüncü şəxslər X24, X10, X11, X6, X12, X3, X47, X60, X73, X74, X25, X87, X48 və X95 məhkəmə iclasmm vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq şifahi məhkəmə baxışı iclasma gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə bildirişində inzibati məhkəmə icraatının iştirakçılarının şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq edilməsini nəzərə alaraq iddiaçı X7, cavabdeh Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsinin nümayəndəsinin və üçüncü şəxslər X26, X10, X11, X8, X12, X4, X47, X60, X73, X74, X25, X87, X48 və X75 (bundan sonra mətndə X59 və qeyriləri) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı idddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında, 0,25 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evində 1950-ci ildən yaşayır. 1993-cü ildə yaşadığı evin dövlət planına uyğun sökülməsi nəzərdə tutulduğu üçün o, ailə üzvlərinin gələcəkdə mənzillə təmin olunması üçün övladlarını, kürəkənini və nəvələrini öz evində pasport qeydiyyatma saldırmışdır. Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı 23 iyul 2004cü il tarixli 293 saylı sərəncamı ilə həmin torpaq sahəsi onun adma rəsmiləşdirilmişdir. Lakin həmin torpaq sahəsi ilə bağlı JN- 1395A KOD 90200009 nömrəli torpağm mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanarkən əsassız olaraq üçüncü şəxslər X59 və qeyrilərinin adları həmin şəhadətnaməyə daxil edilmişdir. Bundan sonra o, həmin torpaq sahəsinin fərdi yaşayış evi ilə birlikdə vahid daşmmaz əmlak kimi daşınmaz əmlakm dövlət reyestrində qeydiyyata alınması üçün DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə müraciət etmiş və sonuncu tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli RX seriyalı ******* nömrəli daşmmaz əmlakm dövlət reyestrində fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə onun, torpaq sahəsi isə paylı mülkiyyət hüququ üzrə onun və üçüncü şəxslər X59 və qeyrilərinin adlarma qeydiyyata alınmışdır. Halbuki həmin evdə pasport qeydiyyatmda olan şəxslərin hər birinin ayrılıqda özlərinə məxsus evi və həyətyanı torpaq sahələri vardır. Odur ki, məhkəmədən iddia tələbinin təmin eidlməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh DTXK-nin Mingəçevir şəhər şöbəsi iddia tələbinə dair rəsmi məlumat bildirməmişdir. Üçüncü şəxs X59 şifahi məhkəmə baxışı iclasmda iddia tələbinə etiraz etməyərək izahatında göstərmişdir ki, həmin torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi iddiaçıya məxsusdur. Lakin sözügedən evin dövlət planına uyğun sökülməsi nəzərdə tutulduğu üçün iddiaçı ailə üzvlərinin gələcəkdə mənzillə təmin olunması üçün övladlarını, kürəkənini və nəvələrini həmin evə pasport qeydiyyatma saldırmışdır. Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı 23 iyul 2004-cü il tarixli 293 saylı sərəncamı ilə həmin torpaq sahəsi iddiaçmm adma rəsmiləşdirilməsinə baxmayaraq əsassız olaraq onlarm adı JN- 1395A KOD 90200009 nömrəli torpağm mülkiyyətə verilməsinə dan- şəhadətnamə və xx.xx.2014-cü il tarixli RX seriyalı ******* nömrəli daşmmaz əmlakm dövlət reyetsrindən çıxarışda qeyd olunmuşdur. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs DƏDRX-nin 17 saylı Ərazi İdarəsinin nümayəndəsi X40 şifahi məhkəmə baxışı iclasmda verdiyi izahatında göstərmişdir ki, xx.xx.2014-cü il tarixli RX seriyalı ******* nömrəli daşmmaz əmlakm dövlət reyetsrindən çıxarış JN-1395A KOD 90200009 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verilmişdir. «Daşmmaz əmlakm dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar müvafiq icra hakimiyyəti tərəfindən verilmiş torpaq sahələri üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələridir. Göstərilənlərə əsasən məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İşə əlavə olunmuş X45 Filialının xx.xx.2014-cü il tarixli 455/22 nömrəli arxiv arayışı ilə verilmiş Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının həyətyanı torpaq sahələrinin mülkiyyətə verilməsi barədə xx.xx.2004-cü il tarixli 293 saylı sərəncamından çıxarışdan görünür ki, həmin sərəncamda qanuni istifadədə olan yaşayış evlərinin və qanuni ayrılmış torpaq sahələrində tikilmiş evlərin torpaq sahələrinin mülkiyyətə verilməsi barədə aparatın Memarlıq və Tikinti şöbəsinin rəyi nəzərə almmaqla Mingəçevir şəhərində vətəndaşlarm qanuni istifadəsində olan həyətyanı sahələrə mülkiyyət hüququnu təsdiq edən müvafiq sənədlərin verilməsinin təmin edilməsi DTXK-dən xahiş olunmuşdur. Həmin sərəncamm 3-cü bəndində Mingəçevir ŞİH-nin Memarlıq və Tikinti Şöbəsinə qanuni istifadədən artıq olan və ya qeyri-qanuni istifadə olunan torpaq sahələrinin mövcud qanunvericiliyə uyğun olaraq sənədləşdirilməsi, məqsədəuyğun olmayan torpaq sahələrinin isə dövlət və ya bələdiyyə mülkiyyətinə qaytarılması barədə təkliflər verməsi tapşırılmışdır. İşə əlavə olunmuş JN-1395 A kod 90200002 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısmm xx.xx.2004-cü il tarixli 293 saylı sərəncamı ilə İddiaçı Əbdulhüseyn oğlu, X49, X26, X10, X11, X8, X12, X4, X59, X41, X47, X60, X61, X73, X74, X19, X25, X87, X48 və X88 fərdi yaşayış evi, həyatyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatmm bağı üçün 0,25 hektar torpaq sahəsi mülkiyyətinə verilmişdir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanmda Daşmmaz Əmlakm Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli RX seriyalı ******* nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən» çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşyış evi tam mülkiyyət hüququ üzrə İddiaçı Əbdulhüseyn oğlunun, 0,19 ha torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə İddiaçı Əbdulhüseyn oğlu, X50, X26, X10, X11, X8, X12, X9, X47, X60, X73, X74, X25, X87, X51 və X75 adlarına daşınmaz əmlakın dövlət reyestrində 12 nömrəli reyestr kitabının 78 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə olunmuş 1 saylı Mənzil İstismar Sahəsinin xx.xx.2014-cü il tarixli 1214 nömrəli arayışından (2 nömrəli forma) görünür ki, İddiaçı Əbdulhüseyn oğlu, X50, X26, X60, X31, X48, X10, X61, X41, X11, X8, X12, X4, X47, X76, X95, X73, X74, X52, X53, X32, X54 və Məmmədov X34 şəhəri R. Məmmədov küçəsi 8 ünvanında yerləşən fərdi yaşayış evində pasport qeydiyyatındadırlar. Həmin arayışda mənzilin İddiaçı Əbdulhüseyn oğluna məxsus olduğu qeyd olunmuşdur. İşə əlavə olunmuş Mingəçevir şəhər İcra Hakimiyyətinin iddiaçıya ünvanladığı xx.xx.2014-cü il tarixli məktubundan görünür ki, xx.xx.2004-cu il tarixli 293 saylı sərəncam ilə heç bir şəxsə torpaq sahəsi verilməmişdir. Sərəncamda aparatın Memarlıq və Tikinti Şöbəsinə şəhər ərazisində həyətyanı torpaq sahələrinin istifadəsinin qanuniliyini təsdiq edən sənədlərin DTXK-nin Mingəçevir şəhər şöbəsinin mütəxəssisləri ilə aparılması tapşırılmış, vətəndaşların qanuni istifadəsində olan həyətyanı sahələrə mülkiyyət hüququnun təsdiq edən sənədlərin verilməsi DTXK-nin Mingəçevir şəhər şöbəsindən xahiş olunmuşdur. İşə əlavə olunmuş DTXK-nin Mingəçevir şəhər şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2014-cü il tarixli 792 nömrəli məktubundan görünür ki, şöbənin arxivində şəhadətnamələrin adlı siyahısı mövcud deyil. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakimi Usaməddin Osmanov) 10 dekabr 2014-cü il tarixli, 2-1(84)-1150/2014 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsinə qarşı “JN 1395A. kod 90200002 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və DƏDXR-nin 17 saylı Yevlax Ərazi idarəsi tərəfindən verilmiş ******* saylı çıxarışın qismən ləğv edilməsi” barədə iddia tələbi DƏDXR-nin 17 saylı Yevlax Ərazi idarəsi tərəfindən verilmiş ******* saylı çıxarışın qismən ləğv edilməsi hissəsində mümkün sayılmaması qərara alınmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakimi Usaməddin Osmanov) 10 dekabr 2014cü il tarixli, 2-1(84)-1150/2014 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, JN-1395A kod 90200002 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsinin qismən, yəni üçüncü şəxslər X49, X26, X10, X11, X8, X12, X4, X59, X41, X47, X60, X61, X73, X74, X19, X25, X87, X48 və X88 münasibətdə ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan üçüncü şəxslər X18, X14, X15, Qurbanova (Abdullayevə) Günel Abdurəhman qızı, X16 və Hüseynova (Abdullayevə) Qumral Abdurəhman qızı apellyasiya şikayət verərək qərarı onlara münasibətdə ləğv olunmasını xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri Üçüncü şəxslərin nümayəndəsi həmçinin, vəkili Nümayəndə apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, «Torpaq İslahatı haqqında» Azərbaycan Respublikası qanunu qəbul olunanda da üçüncü şəxslər həmin ünvanda qeydiyyatda olmaqla yaşamışlar. Hətta bundan bir müddət sonra həmin ünvanda yaşadıqırından adları siyahıya daxil edilmişdir. Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 23 iyul 2007-ci il tarixli 293 saylı Sərəncamı əsasında isə İddiaçı Əbdülhüseyn oğlu, onlar- X33 və digər 12 nəfər ailə üzvlərinin ümumibirgə mülkiyyətinə 0.25 ha torpaq sahəsinin verilməsi barədə JN-1395A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Digər payçıların torpaq sahəsi bu sahədən ayrıldıqdan sonra 27 avqust 2014-cü ildə hər birilərinin 0.0125 ha torpaq payımızın olmaqla mülkiyyət hüquqlarımız Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində ********** sayla qeydiyyata alınmış və ******* saylı Çıxarış verilmişdir. Mülkiyyət hüquqlarımız qeydə alınması ilə bağlı xərclərin hər birisini biz özümüz çəkmişik. Yaşayış evi İddiaçı adına olduğundan Çıxarışda onun adına alınmışdır. Hazırda isə onlara məlum olmuşdur ki, bundan 2 ay sonra İddiaçı 14 noyabr 2014-cü ildə X85 məhkəməsində Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər Şöbəsinə qarşı «Torpağın mülkiyyətə verilməsinə dair Şəhaətııamənin və çıxarışın qismən ləğv edilməsi tələbinə dair» iddia qaldırmışdır. 3-cü şəxs qismində iddia ərizəsində qeyd olunsaq da məhkəmə iclasında iştirakımız təmin olunmamışdır. İşə baxan məhkəmə «Torpaq İslahatı haqqında» Azərbaycan Respublikası qanunun 9, 10-cu maddələrinə,Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsində olan torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamənin 1-ci bəndinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası qanunun 2.1, 2.2, 8.0.1-ci maddələrinə istinad edərək göstərmişdir ki, «Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, JN-1395A kod 90200002 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə adları göstərilən şəxslərin bir qismi Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 23 iyul 2004-cü il tarixli 293 saylı Sərəncamından sonra (bax: 1 saylı Mənzil İstismar Sahəsinin xx.xx.2014-cü il tarixli 1214 nömrəli arayışa, X13-02 iyul 2005-ci il, X17 -28 fevral 2008-ci il, X76-xx.xx.2010-cu il və X62 xx.xx.2010-cu il tarixdə) sözügedən fərdi yaşayış evinə pasport qeydiyyatına alınmışdır. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq, maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 23 iyul 2004-cü il tarixli 293 saylı sərəncamı ilə rəsmi olaraq 0.25 ha həyətyanı torpaq sahəsi iddiaçının adına rəsmləşdirildiyindən ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyətində olduğundan, lakin həmin Sərəncam əsasında JN-1395 A. kod 90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanarkən X59 və qeyrilərinin adları hər hansı hüquqi əsas olmadan qeyd olunduğundan iddiaçı JN-1395A. kod 90200002 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin qismən, yəni üçüncü şəxslər X20, X14, X15, X13, X17, X1 münasibətdə ləğv edilməsini tələb etməkdə haqlı olmuşlar. Hesab edirik ki, məhkəmənin belə hüquqi dəyərləndirmə aprarması tam əsassızdır. Odur ki, Azərbaycan Respublikası Şəki İnzibati-İqtisadi Məhkəməsinin 10 dekabr 2014-cü il tarixli, 2-1(84)-1150/2014 nömrəli qərarını üçüncü şəxslərə münasibətdə ləğv edilməsini xahiş etmişlər. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxslərin nümayəndəsi həmçinin, vəkili Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati- İqtisadi Məhkəməsinin 10 dekabr 2014-cü il tarixli, 2-1(84)-1150/2014 nömrəli qərarının üçüncü şəxslərə münasibətdə ləğv edilməsini, iddianı həmin hissədə rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı hüquqi varisi X59 və onun vəkili Vəkil2, eyni zamanda digər hüquqi varisi X60 apellyasiya şikayətinin təmin edilməməsini və və Şəki İnzibati-İqtisadi Məhkəməsinin 10 dekabr 2014-cü il tarixli, 2- 1(84)-1150/2014 nömrəli iş üzrə qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X63 apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati-İqtisadi Məhkəməsinin 10 dekabr 2014-cü il tarixli, 2-1(84)-1150/2014 nömrəli iş üzrə qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi Üçüncü şəxslərin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəit əsaslıdır, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 10 dekabr 2014-cü il tarixli, 2-1(84)-1150/2014 nömrəli qərarı ləğv edilməlidir. İddiaçı tərəfindən qaldırılmış torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi ilə bağlı olan mübahisələndirmə haqqında iddia (İPM-in 32-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı ona münasibətdə əlverişsiz (yükləyici) inzibati aktın (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 2.0.11 və 57-ci maddələri) ləğv olunmasını tələb edir, eləcə də hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia edir (İPM-in 35-ci maddəsi). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Hazırkı işdə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi ilə bağlı olan iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı cavabdehin qərarını aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.1-ci maddəsi). Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edildiyindən, onun hüquqi varisi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi məhkəmə kollegiyasının 19 noyabr 2021-ci il tarixli iclas protokolunda göstərilən qərarla cavabdeh qismində işə cəlb edilmişdir. Birinci instansiya məhkəməsi araşdırma zamanı belə nəticəyə gəlmişdir ki, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 293 saylı sərəncamı ilə rəsmi olaraq 0,25 ha həyətyanı torpaq sahəsi iddiaçının adına rəsmiləşdirildiyindən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyətində olduğundan, lakin həmin sərəncam əsasında JN- 1395 A, kod 90200002 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanarkən X59 və qeyrilərinin adları hər hansı hüquqi əsas olmadan qeyd olunduğundan iddiaçı JN 1395A, kod 90200002 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin qismən, yəni üçüncü şəxslər X26, X10, X11, X8, X12, X4, X59, X41, X47, X60, X61, X73, X74, X19, X25, X87, X48 və X88 münasibətdə ləğv edilməsini tələb etməkdə haqlı olmuşdur. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. «Torpaq İslahatı haqqında» Azərbaycan Respublikası qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatımn idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qanuni istifadə ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumununun «S.Bayramovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 7 aprel 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 16 iyul 2012-ci il tarixli qərarında göstərilmişdir ki, «...Burada nəzərə alınmalıdır ki, daimi istifadədə olan torpaq sahələrinin yuxarıda göstərilən qanunvericilik aktlarında müəyyən edilmiş xüsusi şərtlər çərçivəsində vətəndaşların mülkiyyətinə verilməsi daimi istifadədə olan torpaqların vərəsəlik kütləsinə daxil edilməməsinə dəlalət edir. Bununla yanaşı, “Topraq islahatı haqqında” Qanunda təsbit olunmuş vəzifələrin yerinə yetirilməsi daimi istifadəyə verilmiş həyətyanı torpaq sahələri üzərində vətəndaşların xüsusi mülkiyyət hüququnun təmin edilməsini və səlahiyyətli dövlət orqanları tərəfindən vətəndaşların torpaq sahələrinə xüsusi mülkiyyət hüququnun maneəsiz əldə olunması üçün bütün lazımi tədbirlərin görülməsini tələb edir. Bu mənada, həmin dövlət orqanları tərəfindən həyətyanı torpaq sahəsinin orada qeydiyyatda olan şəxslərin mülkiyyətinə verilməsi torpaq islahatlarının səmərəli həyata keçirilməsinə yönələn tədbirlərdən biri hesab oluna bilər. Belə ki, Konstitusiyada və beynəlxalq hüquqi aktlarda təsbit olunmuş insan və vətəndaşların hüquq və azadlıqlarının həyata keçirilməsi qaydasını, o cümlədən mülkiyyət hüququnun əldə olunması qaydasını müəyyən edən normativ hüquqi aktlar bu hüquq və azadlıqları inkar edə və ya hər hansı digər vasitələrlə qanunsuz məhdudlaşdıra bilməzlər. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin əvəzsiz olaraq xüsusi mülkiyyətə verilməsi qaydası, bu hüququn əmələ gəlməsində maraqlı olan və həmin sahədən vicdanla, fasiləsiz istifadə etmiş şəxslərə məhdudiyyətlər yaratmamalıdır. Eyni zamanda mövcud torpaq qanunvericiliyinə əsasən torpaq sahələri üzərində yalnız qeydiyyatdan keçmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminatı verilir. Bu həmçinin Konstitusiya Məhkəməsi Plenumunun M.Bayramovun şikayəti üzrə 9 iyun 2011-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyində öz əksini tapmışdır. Mingəçevir şəhər İcra Hakimiyyətinin 14 oktyabr 2014-cü il tarixli məktubundan görünür ki, iddiaçı ilk öncə Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 23 iyul 2004-cü il tarixli 293 saylı Sərəncamının ləğvi barədə də iddia qaldırmışdır. Həmin iddiaya etirazında İcra Hakimiyyəti bir daha vurğulamışdır ki, həmin evin həyətyanı torpaq sahəsi o zaman dövlət mülkiyyətində olmuş və mənzildə qeydiyyatda olan bütün şəxslərin birgə mülkiyyətinə verilirdi. Bu səbəbdən Sərəncamın ləğvinə heç bir əsas yoxdur. Məhkəmə kollegiyası İddiaçı evlərin söküləcəyi üçün üçüncü şəxslərin məxsus evdə qeydiyyata aldırması dəlili ilə razılaşmır. Belə ki, həmin şəxslərin onun evində qeydiyyata alınması barədə özünün razılığı olmuşdur. İddiaçının üçüncü şəxlərin hansı məqsədlə evində qeydiyyata aldırması onların həmin ünvanda torpağa mülkiyyət hüququ əldə etmələrinə mane ola bilməzdi. Əgər həmin şəxslər onun evində qeydiyyatda olmasa idilər, iddiaçıya torpaq sahəsi az həcmdə verilməli idi. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, İddiaçı torpaq sahəsinin verilməsi barədə fərdi qaydada hər hansı bir orqanın qərarı və ya sərəncamı olmamışdır. Torpaq sahəsi orada qeydiyyatda olan şəxslərin ümumi mülkiyyətinə verilmişdir. Belə ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin iddiaçıya ünvanladığı xx.xx.2014-cü il tarixli məktubundan görünür ki, xx.xx.2004-cu il tarixli 293 saylı sərəncam ilə heç bir şəxsə torpaq sahəsi verilməmişdir. Sərəncamda aparatın Memarlıq və Tikinti Şöbəsinə şəhər ərazisində həyətyanı torpaq sahələrinin istifadəsinin qanuniliyini təsdiq edən sənədlərin DTXK-nin Mingəçevir şəhər şöbəsinin mütəxəssisləri ilə aparılması tapşırılmış, vətəndaşların qanuni istifadəsində olan həyətyanı sahələrə mülkiyyət hüququnun təsdiq edən sənədlərin verilməsi DTXK-nin Mingəçevir şəhər şöbəsindən xahiş olunmuşdur. Birinci instansiya məhkəməsi şəhadətnamələrin adlı X67 və Xəritəçək Komitəsinin Mingəçevir şəhər Şöbəsində olmamasına istinad idərək hesab etmişdir ki. siyahı mövcud deyildir. Halbu ki, həmin X94 Mərkəzində və DƏDRX-nin 17 saylı Ərazi İdarəsində mövcuddur. Tərəfimizdən sorğu edilərək alınmış Mingəçevir şəhəri üzrə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilən X86, torpaqların monitorinqi və yerquruluşu haqqında Azərbaycan Respublikası Qanununun 6cı maddəsi ilə müəyyən edilmiş X86 məlumatlarına dair cədvəldən görünür ki, torpağın mülkiyyətə verilməsinə dair subyektlərin siyahısında üçüncü şəxslərin adları qeyd edilmişdir. Göründüyü kimi üçüncü şəxslər X18, X14, X15, Qurbanova (Abdullayevə) Günel Abdurəhman qızı, X16 və Hüseynova (Abdullayevə) Qumral Abdurəhman qızı qeydiyyatda olduqları ünvanda «Torpaq İslahatı haqqında» qanununa uyğun olaraq torpaq əldə etmək hüququna malik olmuş və onların adlarının torpağın mülkiyyətə verilməsi barədə JN 1395A. kod 90200002 nömrəli şəhadətnamədə qeyd edilməsi qanuni və əsaslı olmuşdur. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, «Torpaq İslahatı haqqında» Azərbaycan Respublikası qanunu qəbul olunanda Günel, Elvin , Elgün, Qumral azyaşlı olduqlarından onların yaşayış yeri üzrə qeydiyyatı ola bilməzdi. Yaşayış yerləri isə hər iki valideyninin yaşayış yeri olan ünvan 3 saylı ev olmuşdur. X17 14 mart 1991-ci il təvəllüdlü, X5 05 yanvar 1988-ci il təvəllüdlü, X15 25 noyabr 1986-cı il təvəllüdlü, X9 07 avqust 1992ci il təvəllüdlü olduqlarından onlardan pasport qeydiyyatının olmasının tələb edilməsi qanunsuzdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İPM-in 87.6-cı maddəsinə əsasən üçüncü şəxlərin apellyasiya şikayəti təmin edilməli, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 10 dekabr 2014-cü il tarixli, 2-1(84)- 1150/2014 nömrəli qərarı ləğv edilməli, inzibati iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilməməli, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsinə qarşı (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı) “JN 1395A. kod 90200002 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin üçüncü şəxslərə münasibətdə qismən ləğv edilməsi” barədə iddia tələbi üçüncü şəxslər X18, X14, X15, Qurbanova (Abdullayevə) Günel Abdurəhman qızı, X16 və Hüseynova (Abdullayevə) Qumral Abdurəhman qızına münasibətdə rədd edilməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən və İPM-in 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxslər X18, X14, X15, Qurbanova (Abdullayevə) Günel Abdurəhman qızı, X16 və Hüseynova (Abdullayevə) Qumral Abdurəhman qızı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 10 dekabr 2014-cü il tarixli, 2-1(84)- 1150/2014 nömrəli qərarı üçüncü şəxlər X18, X14, X15, Qurbanova (Abdullayevə) Günel Abdurəhman qızı, X16 və Hüseynova (Abdullayevə) Qumral Abdurəhman qızına münasibətdə ləğv edilsin və inzibati iş üzrə yeni qərar çıxarılsın. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsinə qarşı (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı) “JN 1395A. kod 90200002 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin üçüncü şəxslərə dair hissədə ləğv edilməsi və adının qalması barədə iddia tələbi üçüncü şəxslər X18, X14, X15, Qurbanova (Abdullayevə) Günel Abdurəhman qızı, X16 və Hüseynova (Abdullayevə) Qumral Abdurəhman qızına münasibətdə rədd edilsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar