Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-49/2023 13.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı1 vəkili X5, iddiaçının nümayəndəsi X3 və cavabdeh Azərbaycan Republikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X4 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Republikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “artıq ödənilmiş pensiya məbləğinə dair cavabdehin *2.*9.2*19-cu il tarixli sərəncamlarının ləğv edilməsi və tutulmuş pul məbləğinin geri qaytarılması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 26 sentyabr 2*22-ci il tarixli, 2-1(116)-1493/2*22 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Cavabdeh Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı1 və İddiaçı2 cavabdeh DSMF-na qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehin üzərinə qanunsuz tutulmuş pensiya məbləğinin birdəfəlik qaytarılması və pensiyalarına yönəldilmiş tutulmanın dayandırılması öhdəliyinin qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişlər.
2. Birinci instansiya məhkəməsinin iclasında iddiaçılar tələbini dəqiqləşdirərək cavabdeh orqanı olaraq Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialını qeyd etmiş və “artıq ödənilmiş pensiya məbləğinə dair cavabdehin *2.*9.2*19-cu il tarixli sərəncamlarının ləğv edilməsi və tutulmuş pul məbləğinin geri qaytarılması” barədə qərar qəbul edilməsini xahiş etmişlər.
3. Birinci instansiya məhkəməsinin 26.*9.2*22-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
4. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Qəbələ rayon Vəndam qəsəbə sakinləri İddiaçı1 və onun həyat yoldaşı X1 əmək pensiyalarının üzərinə, hərbi komissarlıq tərəfindən verilmiş arayışlar əsasında, kommunal güzəştlərin əvəzinə verilmiş pul kompensasiyası və *1.*1.2**6-cı ildən sonrakı dövrdə pensiyanın baza hissəsinə şəhid ailələri üçün nəzərdə tutlmuş əlavə hesablanmışdır. Lakin sonradan aparılmış araşdırma nəticəsində həmin şəxslərin həlak olmuş övladlarına şəhidlik statusunun verilmədiyi müəyyən olunmuşdur. Belə ki, X8 13.*8.1993-cü il tarixdə suda boğulma nəticəsində vəfat etmişdir və şəhid statusu verilməmişdir (arayış qoşma hissəyə əlavə edilir). Bu şəbədən də iddiaçıların pensiyalarının üzərinə hesablanmış əlavənin ödənilməsi dayandırılmışdır. Bundan sonra iddiaçılar artıq aldıqları məbləğin pensiyalarından hissə-hissə tutulması ilə bağlı 27.*8.2*19-ci il tarixli ərizə ilə Cavabdeh Qəbələ rayon şöbəsinə müraciət etmişlər və DSMF-nun Qəbələ rayon şöbəsi tərəfindən *2.*9.2*19-cu il tarixli hazırda mübahisələndirilən sərəncamlar qəbul edilmişdir.
5. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı və onun nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
6. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Şəki İnzibati Məhkəməsinin 26 sentyabr 2*22-ci il tarixli, 2-1(116)-1493/2*22 nömrəli qərarı ilə (hakim Vüqar Musayev) iddia təmin edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 artıq ödənilmiş 11799 manat pul məbləğinin pensiyadan tutularaq bərpa edilməsi ilə bağlı DSMF-nun Qəbələ rayon Şöbəsinin *2.*9.2*19-cu il tarixli sərəncamlarının ləğv edilməsi və cavabdehin üzərinə tutulmuş pul məbləğinin geri qaytarılması öhdəliyinin qoyulması qərara alınmışdır.
8. Cavabdeh Azərbaycan Respublikası Cavabdeh Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 26 sentyabr 2*22-ci il tarixli, 2-1(116)-1493/2*22 nömrəli qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
9. Cavabdeh Azərbaycan Respublikası Cavabdeh Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialı apellyasiya şikayətini belə əsaslandırmışdır ki, Qəbələ rayon Vəndam qəsəbə sakinləri İddiaçı1 və onun həyat yoldaşı X1 əmək pensiyalarının üzərinə, hərbi komissarlıq tərəfindən verilmiş arayışlar əsasında, kommunal güzəştlərin əvəzinə verilmiş pul kompensasiyası və *1.*1.2**6-cı ildən sonrakı dövrdə pensiyanın baza hissəsinə şəhid ailələri üçün nəzərdə tutulmuş əlavə hesablanmışdır. Lakin sonradan aparılmış araşdırma nəticəsində həmin şəxslərin həlak olmuş övladlarına şəhidlik statusunun verilmədiyi müəyyən olunmuş və əlavənin ödənilməsi dayandırılmışdır. Eyni zamanda iddiaçılar İddiaçı1 və onun həyat yoldaşı X2 razılıq ərizələrinə əsasən artıq ödənilmiş pul vəsaiti qanunvericiliklə müəyyən edilmiş faiz çərçivəsində onlara ödənilən əmək pensiyasından tutulmağa başlanılmışdır. Artıq ödənilmiş pul məbləğinin tutulması iddiaçıların özünün razılığı ilə həyata keçirilmişdir. Belə ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsi tərəfindən verilmiş 23.*8.2*19-cu il tarixli, 712 nömrəli arayışına əsasən bildirilir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.*1,1994-cü il tarixli 1* nömrəli Qərarını rəhbər tutaraq araşdırılma aparılmışdır. Belə ki, X8 13.*8.1993-cü il tarixdə suda boğulma nəticəsində vəfat etmişdir və şəhid statusu verilməmişdir. Bu səbədən də iddiaçıların pensiyalarının üzərinə hesablanmış əlavənin ödənilməsi dayandırılmışdır. Bununla yanaşı qeyd olunan məsələ ilə bağlı iddiaçılar ətraflı məlumatlandırılmış və onlar artıq aldıqları məbləğin pensiyalarından hissə-hissə tutulması ilə bağlı 27.*8.2*19-ci il tarixli ərizə ilə Cavabdeh Qəbələ rayon şöbəsinə müraciət etmişlər. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında" Nazirlər kabinetinin 1* saylı Qərarında şəhid ailələrinin statusunun yaranması anı müəyyən olunmuşdur. Həmin Qərarın 4.1-ci maddəsinə əsasən “şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi və hərbi hissənin arayışı əsasında təsdiq olunur.” Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik yə Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur Göründüyü kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsi tərəfindən verilmiş 23.*8.2*19-cu il tarixli, 712 nömrəli arayışına əsasən şəxsin şəhid olmadığı bildirilmişdir. Əlavə olaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 artıq ödəmənin tutulmasına dair razılıq ərizəsi təqdim etdikdən sonra tutulmanın dayandırılması haqqında cavabdeh inzibati orqana heç bir müraciəti daxil olmamışdır. Birinci instansiya məhkəməsi qeyd olunan məsələləri araşdırmamış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirmədən əsassız olaraq iddianı təmin etmişdir. Buna görə də hesab edirik ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımından əsassız olduğundan “qanunsuz tutulmuş pensiya məbləğlərinin birdəfəlik qaytarılması və pensiyalarına yönəldilmiş tutulmanın dayandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbi təmin olunmamalı idi. Odur ki, Şəki İnzibati məhkəməsinin 26 sentyabr 2*22-ci il tarixli, 2-1(116)-1493/2*22 saylı qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
1*. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Republikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X9 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını və Şəki İnzibati Məhkəməsinin 26 sentyabr 2*22ci il tarixli, 2-1(116)-1493/2*22 nömrəli qərarının ləğv edilməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının *2 mart 2*23-cü il tarixli və hazırkı iclasında iştirak edən İddiaçı1 vəkili X1* və nümayəndəsi X7 apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 26 sentyabr 2*22-ci il tarixli, 2-1(116)-1493/2*22 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
12. Məhkəmə kollegiyasının hazırkı iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı1 məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Digər İddiaçı2 isə vəfat etmişdir.
13. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
14. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - DSMF-nun Qəbələ rayon şöbəsinin *2.*9.2*19-cu il tarixli sərəncamlarından görünür ki, iddiaçıların razılıq ərizələri əsasında *1.*1.2**2-ci il tarixdən 31.*7.2*19-cu il tarixədək artıq ödənilmiş 11799 manat məbləğin pensiyadan hər ay 46 manat tutularaq bərpa edilməsi qərara alınmışdır. - *7.12.2*22-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, İddiaçı2 19.11.2*22-ci il tarixdə Qəbələ rayon Vəndam qəsəbəsində vəfat etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 3* gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 1* gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 3* gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
16. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Maddə 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 1* faizindən az, 2* faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 1* faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur. Maddə 39.3. Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 5* faizindən artıq olmamalıdır. Maddə 39.4. Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi bu Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır.
17. Azərbaycan Respublikası Prezidentinin 2*2*-ci il 3* iyun tarixli, 1*77 nömrəli Fərmanı ilə Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin: 3.1.26-cı bəndinə əsasən, Fondun fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən olunmuş qaydada tədbirlər görmək Fondun vəzifələrinə aid edilmişdir. 3.1.18-ci bəndinə əsasən, əmək pensiyalarının, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımının, təqaüd və kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) qanunauyğun olmadığı, onlarda düzəliş və ya təhrif olunduğu aşkar edildikdə, habelə həmin ödənişlərin dayandırılması üçün əsas ola biləcək hallar olduqda ödənişi dayandırmaq, qanunla nəzərdə tutulan hallarda artıq ödənilmiş vəsaitin tutulması üçün tədbirlər görülməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. 4.5.7-ci bəndinə əsasən, Fondun fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), habelə idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, həmçinin təsərrüfat cəmiyyətlərinin nizamnamələrini Nazirliklə razılaşdırmaqla təsdiq etmək İdarə Heyətinin vəzifələrinə aid edilmişdir.
18. “İnzibati icraat haqqında” Qanun: Maddə 14.1 mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4 Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 67.1-67.3 İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
19. Cavabdeh orqanın apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 3* gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır. 2*. İddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddia (İPM-in 32-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı ona münasibətdə əlverişsiz (yükləyici) inzibati aktın (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.*.2, 2.*.11 və 57-ci maddələri) ləğv olunmasını tələb edir, eləcə də hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia edir (İPM-in 35-ci maddəsi).
21. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.
22. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı cavabdehin qərarını aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.1-ci maddəsi).
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçılara kommunal güzəştlərin əvəzinə verilmiş pul kompensasiyası və *1.*1.2**6-cı ildən sonrakı dövrdə pensiyanın baza hissəsinə şəhid ailələri üçün nəzərdə tutulmuş əlavələr ödənilən zaman “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.6-cı maddəsində nəzərdə tutulan (67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda) halların mövcud olması inzibati qaydada işə baxan zaman müəyyən edilməmiş və bu hallar barədə cavabdeh məhkəməyə məlumat verməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçılara müvafiq vəsaitin təyin edilməsi və ödənilməsi iddiaçıların təqsiri üzündən baş verməmişdir. Buna görə də iddiaçılar, inzibat icraat hüququnun müddəaları baxımından əmlak vəziyyətinin qorunmasına layiqdirlər. Belə ki, iddiaçılar onlara ödənilmiş pul vəsaitlərini qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qala bilər ki, belə yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhvlərinin neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. Cavabdeh orqan tərəfindən ödənilmiş vəsait geri tələb edilərkən iddiaçının həmin vəsaitlərin ödənilməsini nəzərdə tutan inzibati akta etimad hüququnun mövcudluğu nəzərə alınmamışdır. Nəzərə alınmalıdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması iddiaçının iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, cavabdeh orqan “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır.
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
25. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının araşdırılması zamanı müəyyən edildi ki, iddiaçıların pensiyalarının üzərinə hesablanmış əlavənin ödənilməsinin dayandırılması ilə bağlı iddiaçılar ətraflı məlumatlandırılmış və onlar artıq aldıqları məbləğin pensiyalarından hissə-hissə tutulması ilə bağlı 27.*8.2*19-ci il tarixli ərizə ilə Cavabdeh Qəbələ rayon şöbəsinə müraciət etmişlər.
26. Odur ki, cavabdeh orqan Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsaslanaraq pensiyaçılar İddiaçı1 və İddiaçı2 pensiyasından hər ay artıq ödənilmiş pul məbləğinin tutulmasına dair *2.*9.2*19-cu il tarixli sərəncamları qəbul etməkdə haqlı olmuşdur.
27. İddiaçılar İddiaçı1 və İddiaçı2 artıq ödəmənin tutulmasına dair razılıq ərizəsi təqdim etdikdən sonra tutulmanın dayandırılması haqqında cavabdeh inzibati orqana heç bir müraciət təqdim etməmişlər.
28. Göründüyü kimi, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmur, cavabdehin imtinası əsaslı olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. Cavabdehin imtinası qanunvericiliyə zidd olmamışdır.
29. Yuxarıda qeyd olunanlarla bağlı məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi inzibati işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qanunu düzgün təfsir etməmiş, mübahisənin maddi və prossesual hüquqi əsaslarını araşdırmadan düzgün nəticəyə gəlməmişdir. 3*. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və aparılan araşdırmanın nəticələrini nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilməməlidir.
31. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 9*.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikası Cavabdeh Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 26 sentyabr 2*22-ci il tarixli, 2-1(116)-1493/2*22 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Republikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “artıq ödənilmiş pensiya məbləğinə dair cavabdehin *2.*9.2*19-cu il tarixli sərəncamlarının ləğv edilməsi və tutulmuş pul məbləğinin geri qaytarılması” tələbinə dair iddiası İddiaçı1 münasibətdə təmin edilməsin. İş üzrə icraata xitam verilməsinə dair X6 2-1(1*7)-49/2*23 nömrəli, 13 aprel 2*23-cü il tarixli qərardadı nəzərə alınsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 3* gün keçdikdən sonra qanuni qüvvəyə minir.