Məhkəmə qərarları › İş №2-1(107)-49/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-49/2024

29.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-49/2024 29.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2007-ci il tarixdən dayandırılmış “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” məbləğinin həmin tarixdən bərpa edilməsi və ödənilməmiş təqaüd məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 2-1(116)-2162/2023 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəmə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.2007-ci il tarixdən dayandırılmış təqaüd məbləğinin birdəfəlik qaytarılması, təqaüdün və digər növ təminatların bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı, tələbini dəqiqləşdirərək, “xx.xx.2007-ci il tarixdən dayandırılmış təqaüd məbləğinin həmin tarixdən bərpa edilməsi və ödənilməmiş “şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

4. İddiaçı, tələbini onunla kimi əsaslandırmışdır ki, əri X8 hərbi xidmət zamanı xx.xx.1995-ci il tarixdə vəfat etmişdir. Qanuna müvafiq olaraq ona şəhid statusu verilmiş və eyni zamanda o, şəhid ailəsi statusu əldə etmişdir. Lakin, 2007-ci ildə pensiya idarəsindən zəng olunaraq pensiyanın dayandırıldığı bildirilmişdir. Bununla bağlı dəfələrlə müxtəlif instansiyalara müraciət etmişdir. Verilən cavablarda ərinin özünəqsd edərək həlak olması əsas gətirilərək verilən təminatların dayandırıldığı qeyd olnmuşdur. Lakin, hal-hazıradək şəhid statusunun ləğv edilməsi barədə heç bir məlumat verilməmişdir. Mərhum ərinin ölüm haqqında xx.xx.1995-ci il tarixli şəhadətnaməsində, ölüm qeydi haqqında xx.xx.1995-ci il tarixli şəhadətnamədə, Yevlax Şəhər Hərbi Komissarlığının arayışlarında onun Azərbaycan Respublikasının suverenliyi uğrunda gedən döyüşlərdə həlak olması qeyd olunmuş və dövlət qurumları bu hüquqmüəyyəndici sənədlər əsasında ona şəhid statusu vermişdir. Eyni zamanda onun nəşi Yevlax şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinə edilən çoxsaylı müraciətlərə cavab məktublarında mərhumun özünəqəsd etdiyi faktı əsas gətirilmişdir. Bu səbəbdən Füzuli Hərbi Prokurorluğuna müraciət edərək A.Fəttayevin özünəqəsd faktı ilə bağlı cinayət işinin başlanıb-başlanmaması barədə məlumat verilməsi xahiş olunmuşdur. Sorğuya cavab olaraq xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, X8 ilə bağlı Füzuli Hərbi Prokurorluğunda hər hansı cinayət işi istintaq edilməmiş və material araşdırılmamışdır. Dövlət Sosial Müdafiə X13 Şəxsi 3 saylı X11 Filialı xx.xx.2023-cü il tarixli məktubunda X5 şəhidlik statusunun xx.xx.2007-ci il tarixdən ləğv olunduğunu və həmin tarixdən Şəhid ailələri üçün verilən təqaüdün dayandırıldığını bildirmişdir. Cavabdehin imtinası sadəcə qanunvericiliyin sadalanmasından ibraətdir ki, həmin normaların onun müraciətinə heç bir aidiyyəti yoxdur. Belə ki, cavabdeh şəhid ailəsi statusunu təsdiq edən sənədlərin təqdim olunacağı halda ərizəyə baxılacağını bildirir. Halbuki onun şəhid ailəsi statusu mövcuddur və onun ləğvi barədə heç bir aidiyyəti səlahiyyətli qurumun ləğv edilməsi barədə qərarı yoxdur. Cavabdehin bu mövqeyini qanunsuz və əsassız hesab etdiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

5. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, İddiaçı tərəfindən Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına təqaüd məbləğinin birdəfəlik qaytarılması, təqaüdün və digər növ təminatların bərpa edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edilmişdir. Müraciətə aidiyyəti üzrə Mərkəzi Filial tərəfindən baxılaraq, xx.xx.2023-cü il tarixli 3-17-1/2-K-112695/2023 nömrəli məktublarla ərizəçiyə imtina cavabı verilmişdir. Həmin məktublara əsasən ərizəçi X5 şəhid statusunu təsdiq edən sənəd təqdim edilmədiyindən ərizəçi İddiaçı şəhid ailəsi üçün Azərbaycan Respublikasının Prezidentinin təqaüdünün təyin edilməsi mümkün hesab edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli, 493 nömrəli Fərmanına əsasən 01,01.2007-ci il tarixdən “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmişdir. Belə ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr.

6. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 yanvar 1994- cü il 10 nömrəli qərarı ilə təsdiq olunmuş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1-ci bəndinə əsasən aşağıdakılar şəhid hesab edilirlər: - 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; - 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; - Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; - Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X1 Xidmətində, X2 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; - Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular.

7. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının" təsdiq olunması haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il 10 nömrəli qərarı ilə təsdiq olunmuş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 4.1-ci bəndinə görə, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 yanvar 2007-ci il 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi qaydalarının 1-ci bəndinə görə, Bu Qaydalar "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanına əsasən hazırlanmışdır və şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi mexanizmini müəyyən edir.

8. "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" şəhidin aşağıdakı ailə üzvlərinə təyin edilir: arvadına (ərinə); valideynlərinə; 18 yaşına çatmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına; uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına; qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələrinə. Belə ki, Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizlik Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X1 Xidmətinin X2 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 7 nömrəli əlavənin 2.28-ci bəndinə əsasən şəhid ailəsi üzvlərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün şəhid statusunu təsdiq edən sənədin surəti təqdim olunmalıdır. İddiaçı Yevlax rayon Sosial müavinətin təyinatı üzrə Əhalinin Sosial Müdafiə Mərkəzinin 180240 nömrəli qərarı ilə 01.01 2007-ci il tarixdən "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" təyin edilmişdir.

9. İş materiallarında olan N saylı hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli, 674 nömrəli çıxarışından göründüyü kimi X8 xx.xx.1995-ci il tarixdə özünə qəsd edərək həlak olduğuna görə taborun şəxsi heyətinin siyahısından çıxarılmışdır. İş materillarında olan Yexlax rayon Hərbi Komissarlığının xx.xx.2007-ci il tarixli, 1030 nömrəli məktubundan görünür ki, Yevlax şəhər sakini 1964-cü il təvəllüdlü X8 xx.xx.1995-ci il tarixdə özünə qəsd edərək həlak olduğundan “şəhid” statusunun verilməsi mümkün deyildir. Həmçinin, məktubda xx.xx.2007-ci il tarixdən Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün dayandırılması qeyd edilmişdir. Belə olan halda İddiaçı ödənilən təqaüd xx.xx.2007-ci il tarixdən dayandırılmışdır. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi İddiaçı Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün bərpa edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir.

10. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı və iddaçının vəkili, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişlər.

11. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

12. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 25 sentyabr 2023-cü il tarixli, 2-1(116)-2162/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

13. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

14. Cavabdeh orqan apellyasiya şikayətini iddia ərizəsinə etirazın dəlillərinə uyğun əsaslandırmış, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 2-1(116)-2162/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 2-1(116)-2162/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 25 sentyabr 2023cü il tarixli, 2-1(116)-2162/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

17. Məhkəmə kollegiyasının hazırkı iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nümayəndəsinin iştirakını təmin etməmiş, ərizə ilə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər.

18. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

19. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Yevlax rayon ƏSM mərkəzi tərəfindən verilmiş xx.xx.1995-ci il tarixli 008483 nömrəli vəsiqədən görünür ki, vəsiqəni təqdim edən şəxsin “şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” xx.xx.1993-cü il Azərbaycan Respublikasının Qanununda göstərilən güzəşt və imtiyazlardan istifadə etmək hüququnun olması qeyd edilmişdir. - Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli K/974 nömrəli məktubunda qeyd edilmişdir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarının 1.2.6-cı yarımbəndinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı iiə bağiı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Bu Qərarın 4.1-ci bəndinə əsasən, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Belə ki, N saylı hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 674 nömrəli əmrindən çıxarışında X5 xx.xx.1995-ci il tarixdə özünə qəsd edərək həlak olması barədə məlumat vardır. Bu səbəbdən mərhum həyat yoldaşı - X6 şəhid statusunun verilməsi (bərpa edilməsi) yuxarıda göstərilən qanunvericiliyin tələblərinə əsasən mümkün deyil. - Füzuli Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli 16/2627 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissədə 1994-1995-ci il tarixlərdə X8 barəsində Füzuli hərbi prokurorluğunda hər hansı cinayət işi istintaq edilməmiş və material araşdırılmamışdır. - Dövlət Sosial Müdafiə X13 Şəxsin 3 saylı X11 Filialının xx.xx.2023-cü il tarixli 3-17- 1/2-K-33335/2023 nömrəli məktubundan görünür ki, Yevlax rayon Hərbi Komissarlığının xx.xx.2007-ci il tarixli 1030 saylı məktubuna əsasən mərhum həyat yoldaşı X8 16 fevral 1995-ci il tarixdə özünəqəsd edərək həlak olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi arxivinin xx.xx.2007-ci il tarixli 26/2-8646 saylı məktubu və N saylı Hərbi Hissə komandirinin xx.xx.1995-ci il tarixli 674 saylı əmrdən çıxarışına əsasən mərhum həyat yoldaşı X5 şəhidlik statusu xx.xx.2007-ci il tarixdən ləğv olunmuşdur. Şəndlik statusu ləğv olunduğuna görə iddiaçıya şəhid ailələri üçün ödənilən Azərbaycan Respublikası Prezdentinin təqaüdü xx.xx.2007-ci il tarixdən dayandırılmışdır. - N saylı hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli, 674 nömrəli əmrindən çıxarışda qeyd edilmişdir ki, N №-li hərbi hissənin 5-ci motoatıcı taburun 3-cü bölüyünün əskəri, çavuş 1964-cü il təvəllüdlü X8 (Yevlax RHK) 16 fevral 1995-ci il tarixdə özünə qəsd edərək həlak olduğuna görə taborun şəxsi heyətinin siyahısından çıxarılmış, dəfn mərasiminin təşkili üçün qanunla müəyyən olunmuş miqdarda ərzaq buraxılmışdır.. - xx.xx.1995-ci il tarixli 495666 nömrəli ölüm haqqında şəhadətnamədə X5 xx.xx.1995-ci il tarixdə Azərbaycan Respublikası suverenliyi uğrunda gedən döyüşlərdə həlak olması qeyd edilmişdir. - İİ-ЖГ seriyalı 495666 ölüm haqqında şəhadətnamədə X5 xx.xx.1995-ci il tarixdə Azərbaycan Respublikası suverenliyi uğrunda gedən döyüşlərdə həlak olması qeyd edilmişdir. - Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax Rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Yevlax rayonunda anadan olmuş mərhum 1964-cü il təvəllüdlü X5 şəhid statusunun ləğvi olunması ilə əlaqədar keçmiş Yevlax rayon Hərbi komissarlığı tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Yevlax rayon Mərkəzinə xx.xx.2007-ci il tarixli 4/1030 nömrəli məktubla müraciət olunmuşdur. - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax Rayon Şöbəsinin Yelax rayon Əhalinin Sosial Müdafiə Mərkəzinə direktoru cənab C.Mikayılova ünvanladığı xx.xx.2007-ci il tarixli məktubda Yevlax şəhər sakini 1964-cü il təvəllüdlü X5 xx.xx.1995-ci il tarixdə özünə qəsd edərək həlak olduğuna görə “Şəhid” statusu verilməsinə Azərbaycan Respublikası MN-nin Mərkəzi Arxivinin 26/2- 8646 nömrəli xx.xx.2007-ci il tarixli məktubu və eləcədə N saylı hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 674 nömrəli əmrindən çıxarışı əsas vermədiyi üçün Yevlax rayon ƏƏSM-dən müavinatı xx.xx.2007-ci il tarixindən dayandırılması qeyd edilmişdir. - Yevlax şəhər Hərbi Komissarlığının xx.xx.1996-cı il tarixli 2028 nömrəli arayışından görünür ki, X8 xx.xx.1995-ci il tarixdə Azərbaycan Respublikası suverenliyi uğrunda gedən döyüşlərdə (Fizuli bölgəsi) həlak olmuşdur. - Yevlax şəhər Hərbi Komissarlığının xx.xx.1998-ci il tarixli 672 nömrəli arayışından görünür ki, X5 Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olması qeyd edilmişdir. - İV- ЖГ Nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X8 ilə İddiaçı arasında xx.xx.1987-ci il tarixində nikah bağlanmışdır. - Yevlax rayon Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli 05Q/627-2023 nömrəli məktubundan görünür ki, “Vətəndaşlı vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində İddiaçı ilə X4 nikahın pozulması haqqında akt qeydi aşkar edilməmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli 284 nömrəli məktubundan görünür ki, Yevlax RHK-dan hərbi xidmətə çağırılmış, 1964-cü il təvəllüdlü X8 N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 385 №-li əmrilə (əsas: §-1, səh- 7, sıra-37, əmr olduğu kimi köçürülmüşdür) xx.xx.1994-cü il tarixdən etibarən hərbi hissənin 5-ci taborunda əsgəri vəzifəsinə təyin edilərək şəxsi heyətin siyahısına salınmış, bütün müavinatlarla təmin olunmuş və vəzifəsinin icrasına başlamışdır. Nümunəvi xidmətinə görə, 5-ci taborun hərbi qulluqçusu X7 N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 428 №-li əmrilə (əsas: §- 7, səh-27, sıra-40, əmrdə atasının adı “Seydəli" yazılmışdır, əmr olduğu kimi köçürülmüşdür) növbəti “çavuş" hərbi rütbəsi verilmişdir. 5-ci motoatıcı taborda ştat cədvəlindən kənarda qalmış, 1964-cü il təvəllüdlü, çavuş X8 N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 430 №-li əmrilə (əsas: §-4, səh- 32, sıra-60, əmr olduğu kimi köçürülmüşdür) 3-cü taborun 3-cü bölüyünün ştat cədvəlində yerləşdirilmiş və 3-cü tağım komandirinin müavini vəzifəsinə təyin olunaraq 5-ci tabordan ezam edilmişdir. 5-ci taborda xidmət edən, Yevlax RHK-nın çağırışçısı, 1964-cü il təvəllüdlü X8 hərbi hissəni özbaşına tərk edərək fərarilik etdiyinə üçün N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 460 №-li əmrilə (əsas: §-1, sıra-1, əmrdə adının qarşısında “03.07.94’’ yazılmışdır, hərbi rütbəsi yazılmamışdır, əmr olduğu kimi köçürülmüşdür) ştatdan kənar edilmiş və ilkin istintaq materialı hazırlanaraq hüquqmühafizə orqanlarına göndərilmişdir. X8 fərarilikdən qayıtdığına görə, N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 473 №-li əmrilə (əsas: §-8, səh-53, sıra-1, əmrdə hərbi rütbəsi yazılmamışdır, əmr olduğu kimi köçürülmüşdür) yenidən 5-ci taborun şəxsi heyətinin siyahısına salınaraq xidməti vəzifəsinin icrasına başlamışdır. N №-li hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 650 №-li əmrilə (əsas: §-4, səh- 48, sıra-10, əmrdə hərbi rütbəsi “sıravi" yazılmışdır, əmr olduğu kimi köçürülmüşdür) sıravi X8 xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək qısa müddətli məzuniyyətə buraxılmışdır. - Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-170915/2023 nömrəli məktubundan görünür ki, İddiaçı Yevlax rayon Sosial müavinətin təyinatı üzrə Əhalinin Sosial Müdafiə Mərkəzinin 180240 nömrəli qərarı ilə xx.xx.2007-ci il tarixdən “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Yevlax rayon Hərbi Komissarlığının xx.xx.2007-ci il tarixli 1030 nömrəli məktubuna əsasən adıçəkilən şəxsə ödənilən təqaüd dayandırılmışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

20. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

21. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmişdir):

1. Bu Qaydalar "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanına əsasən hazırlanmışdır və şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi mexanizmini müəyyən edir.

2. "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" şəhidin aşağıdakı ailə üzvlərinə təyin edilir: 2.1. arvadına (ərinə); ...

5. "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" müraciət edən şəxsin şəhidlə qohumluğunu təsdiq edən sənəd, şəhid ailələrinə verilən vəsiqə, təqaüd almaq hüququ olan digər ailə üzvləri barədə məlumat və ərizə əsasında təyin edilir.

22. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarı ilə təsdiq edilmişdir): 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. 4.1. Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Şəhid ailəsi statusu ... digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələrinin verdiyi arayışlarla təsdiq olunur. 4.2. Şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1. bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə əhalinin sosial müdafiə mərkəzləri tərəfindən verilir (Yevlax rayon ƏSM mərkəzinin xx.xx.1995-ci il tarixli 008483 nömrəli vəsiqəni verdiyi vaxt qüvvədə olan redaksiya).

23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

24. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyildir və Şəki İnzibati Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 2-1(116)-2162/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

25. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

26. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

27. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır.

29. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, 1964-cü il təvəllüdlü X8 N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 385 №-li əmrilə 5-ci taborun əsgəri vəzifəsinə təyin edilərək şəxsi heyətin siyahısına salınmış, xx.xx.1995-ci il tarixdə isə həlak olmuşdur.

30. Tərtib edilmiş ölüm haqqında şəhadətnamədə onun Azərbaycan Respublikası suverenliyi uğrunda gedən döyüşlərdə həlak olması qeyd edilmişdir.

31. Həmçinin Yevlax şəhər Hərbi Komissarlığının xx.xx.1996-cı il tarixli, 2028 nömrəli arayışında X5 xx.xx.1995-ci il tarixdə Azərbaycan Respublikası suverenliyi uğrunda gedən döyüşlərdə (Fizuli bölgəsi) həlak olması barədə qeydlər icra edilmişdir. Eyni zamanda Yevlax şəhər Hərbi Komissarlığı tərəfindən iddiaçıya verilmiş, xx.xx.1998-ci il tarixli 672 nömrəli arayışda X5 Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olması öz əksini tapmış, həmin arayışın verilməsinə əsas olaraq N saylı hərbi hissənin bildirişi göstərilmişdir.

32. Beləliklə, X5 Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olması Yevlax şəhər Hərbi Komissarlığı tərəfindən iddiaçıya verilmiş, xx.xx.1998-ci il tarixli 672 nömrəli arayışla sübuta yetirilir. Nəzərə alınmalıdır ki, iddiaçıya şəhid ailəsi kimi “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”-nın 4.2-ci bəndinə uyğun olaraq Yevlax rayon ƏSM mərkəzi tərəfindən xx.xx.1995-ci il tarixdə 008483 nömrəli vəsiqə də verilmişdir.

33. Cavabdeh orqanın təqdim etdiyi sənədlərlə müəyyən edilir ki, Yevlax rayon Sosial müavinətin təyinatı üzrə Əhalinin Sosial Müdafiə Mərkəzinin 180240 nömrəli qərarı ilə xx.xx.2007-ci il tarixdən “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təyin edilmişdir

34. Lakin, bundan sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyi Yevlax rayon Hərbi Komissarlığının xx.xx.2007-ci il tarixli 1030 nömrəli məktubla Yelax rayon Əhalinin Sosial Müdafiə Mərkəzinə müraciət etmiş, X5 xx.xx.1995-ci il tarixdə özünə qəsd edərək həlak olmasını, ona “Şəhid” statusu verilməsinə Azərbaycan Respublikası MN-nin Mərkəzi Arxivinin 26/2-8646 nömrəli xx.xx.2007-ci il tarixli məktubunun və eləcədə N saylı hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 674 nömrəli əmrindən çıxarışın əsas vermədiyini qeyd edərək təyin edilmiş müavinatın xx.xx.2007-ci il tarixindən dayandırılmasını xahiş etmişdir. Məhz həmin məktub əsasında iddiaçıya ödənilən təqaüd dayandırılmışdır.

35. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya, mərhum X5 xx.xx.1995-ci ildə Fizuli uğrunda döyüşlərdə şəhid olması barədə Yevlax şəhər Hərbi Komissarlığı tərəfindən xx.xx.1998-ci ildə arayışı verildikdən sonra şəhidlik statusunun ləğvi ilə bağlı icraatın aparılıb-aparılmamasının öyrənilməsi məqsədilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xx.xx.2023-cü il tarixdə sorğu ünvanlanmış, müvafiq icraatın aparıldığı halda sözügedən sənədlərin təsdiq edilmiş surətlərinin təqdim edilməsi xahiş edilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsi tərəfindən məhkəməyə xx.xx.2023-cü il tarixdə sənədlər təqdim edilmiş, həmin sənədlər əsasında sorğuda qeyd edilmiş məsələ ilə bağlı icraatın aparılmaması müəyyən edilmişdir.

36. İş materiallarından müəyyən edilir ki, həm cavabdeh orqan həm də və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsi X5 şəhidlik statusunun ləğvi ilə bağlı sənədlərə istinad edərkən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Yevlax rayon Hərbi Komissarlığının Yelax rayon Əhalinin Sosial Müdafiə Mərkəzinə ünvanladığı xx.xx.2007-ci il tarixli 1030 nömrəli məktubunu və sözügedən məktubun verilməsinə əsas olmuş N saylı hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli, 674 nömrəli əmrindən çıxarışını təqdim edirlər.

37. Lakin, nəzərə alınmalıdır ki, N saylı hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli, 674 nömrəli əmrindən çıxarış və buna istinad olunaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi Yevlax rayon Hərbi Komissarlığı tərəfindən Yelax rayon Əhalinin Sosial Müdafiə Mərkəzinə ünvanlanmış xx.xx.2007-ci il tarixli 1030 nömrəli məktub mərhum X6 şəhid statusunun verilməsini nəzərdə tutan Yevlax şəhər Hərbi Komissarlığının xx.xx.1998-ci il tarixli, 672 nömrəli arayışın ləğvi ilə bağlı aparılmış inzibati icraatın nəticəsində qəbul edilmiş inzibati aktlar kimi qiymətləndirilə bilməzlər.

38. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, mərhum X5 şəhid olması barədə arayışın və şəhid statusunun ləğv edilməsi barədə qərar möcud deyil, yəni iddiaçının mərhum ərinin şəhid olması barədə arayışı və şəhid statusu ləğv edilməmişdir və hazırda da qüvvədədir.

39. Yevlax şəhər Hərbi Komissarlığının xx.xx.1998-ci il tarixli, 672 nömrəli arayışına əsasən Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin Yevlax rayon Əhalinin Sosial Müdafiə Mərkəzi tərəfindən şəhid X5 anasına şəhid ailəsi vəsiqəsi verilmişdir.

40. Göründüyü kimi, X5 şəhid olması barədə arayış ləğv edilmədiyindən, iddiaçı, xx.xx.2007-ci il tarixdən dayandırılmış təqaüd məbləğinin həmin tarixdən bərpa edilməsini və ödənilməmiş “şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” məbləğinin birdəfəlik ödənilməsini cavabdeh orqandan tələb etməkdə haqlı olmuşdur.

41. Məhkəmə kollegiyası əlavə olaraq N saylı hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli, 674 nömrəli əmrindən çıxarışına münasibətdə qeyd edir ki, sözügedən sənəddə 1964-cü il təvəllüdlü X5 16 fevral 1995-ci il tarixdə özünə qəsd edərək həlak olduğu qeyd edilsə də, Füzuli Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli 16/2627 nömrəli məktubu ilə müəyyən edilir ki, N nömrəli hərbi hissədə 1994-1995-ci il tarixlərdə X8 barəsində hər hansı cinayət işi istintaq edilməmiş və material araşdırılmamışdır.

42. Qeyd olunan hal həmin əmrin mötəbərliyini şübhə altına aldığından Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (və ya xidmətin Yevlax rayon şöbəsi) sözügedən əmr əsasında ətraflı inzibati araşdırma aparmalı, sözügedən əmrin məzmununu işdə olan digər sənədlərlə müqayisəli tədqiq etməli, xx.xx.1998-ci il tarixli, 672 nömrəli arayışın verilməsinə əsas olmuş N saylı hərbi hissənin bildirişində qeyd edilmiş məlumatlarla sözügedən əmrin məzmunu arasında yaranmış ziddiyyəti, o cümlədən 1964-cü il təvəllüdlü X5 16 fevral 1995-ci il tarixdə özünə qəsd edərək həlak olduğu halda Füzuli Hərbi Prokurorluğunda bununla bağlı cinayət işinin istintaq edilməməsini aydınlaşdırmalı və qeyd edilən bütün hallara hüquqi qiymət verdikdən sonra 1964-cü il təvəllüdlü X5 şəhid olması barədə arayışın və şəhid statusunun ləğv ilə bağlı qənaətə gəldiyi halda müvafiq inzibati akt qəbul etməli idi.

43. Hazırkı işdə isə yuxarıda qeyd olunanlar baş verməmiş və X5 şəhid olması barədə arayışın və şəhid statusunun ləğv ilə bağlı inzibati akt qəbul edilməmişdir. Buna baxmayaraq, cavabdeh orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Yevlax rayon Hərbi Komissarlığının Yelax rayon Əhalinin Sosial Müdafiə Mərkəzinə ünvanladığı xx.xx.2007-ci il tarixli 1030 nömrəli məktuba istinad etməklə əsassız olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir.

44. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilən işin hallarını, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alan kollegiyanın qənaətinə görə cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.

45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

46. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 2-1(116)-2162/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar