Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-491/2020 17.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi, iddiaçının vəkili, həmçinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Məmmədriza oğlunun cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğuna qarşı “Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 29 №li və xx.xx.2019-cu il tarixli, 63 №-li əmrlərin ləğv edilməsi, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən ona dəymiş 5 000 000 (beş milyon) manat məbləğində maddi ziyanın həmin orqan tərəfindən ona ödənilməsi, rayon (şəhər) prokurorluqlarının birində müvafiq vəzifəyə keçirilməyi barədə qərar qəbul edilməsi, onun hərbi prokurorluq orqanlarında stajor kimi xidmət etdiyi altı ay, bir il sınaq müddəti, həmçinin xx.xx.2019-cu il tarixdə hərbi xidmət dövründə alınmış xəstəliyə görə həqiqi hərbi xidmətdən istefaya buraxılmağına baxmayaraq həmin tarixdən hal-hazıradək həqiqi hərbi xətmətdə olduğu Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun Tərtər Hərbi Prokurorluğunda Tərtər Hərbi Prokurorunun köməkçisi hərbi vəzifəsində xidmət etdiyi 1 il 2 ay 13 gün, Azərbaycan Respublikasının Baş Prokurorluğunun müavini- Azərbaycan Respublikasının Hərbi Prokuroru, ədliyyə general-leytenant X5 üçüncü dərəcəli ehtiyatda olmağın son yaş həddinə çatdığına görə hərbi uçotdan çıxarılıb istefaya keçerildiyi günün hərbi prokurorluq orqanlarında hərbi qulluqçu kimi xidmət illərinə hesablanması” tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020ci il tarixli 2-1(116)-932/2020 nömrəli qərardadından iddiaçının vəkili, həmçinin nümayəndəsi X3 tərəfindən verilmiş аpellyаsiyаşikаyətinə dair işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı Məmmədriza oğlu cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğunaqarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 29 №li və xx.xx.2019-cu il tarixli, 63 №-li əmrlərin ləğv edilməsi, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən ona dəymiş 3 000 000 (üç milyon) manat məbləğində maddi ziyanın həmin orqan tərəfindən ona ödənilməsi, rayon (şəhər) prokurorluqlarının birində müvafiq vəzifəyə keçirilməyi barədə qərar qəbul edilməsi, onun hərbi prokurorluq orqanlarında stajor kimi xidmət etdiyi altı ay, bir il sınaq müddəti, həmçinin xx.xx.2019-cu il tarixdə hərbi xidmət dövründə alınmış xəstəliyə görə həqiqi hərbi xidmətdən istefaya buraxılmağına baxmayaraq həmin tarixdən hal-hazıradək həqiqi hərbi xətmətdə olduğu Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun Tərtər Hərbi Prokurorluğunda Tərtər Hərbi Prokurorunun köməkçisi hərbi vəzifəsində xidmət etdiyi 1 il 2 ay 13 gün, Azərbaycan Respublikasının Baş Prokurorluğunun müavini-Azərbaycan Respublikasının Hərbi Prokuroru, ədliyyə general-leytenant X5 üçüncü dərəcəli ehtiyatda olmağın son yaş həddinə çatdığına görə hərbi uçotdan çıxarılıb istefaya keçerildiyi günün hərbi prokurorluq orqanlarında hərbi qulluqçu kimi xidmət illərinə hesablanması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxxxx 2020-ci il tarixli 2- 1(116)-932/2020nömrəli qərardadı ilə İddiaçı Məmmədriza oğlunun cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğuna qarşı “Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 29 №li və xx.xx.2019-cu il tarixli, 63 №-li əmrlərin ləğv edilməsi, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən ona dəymiş 5 000 000 (beş milyon) manat məbləğində maddi ziyanın həmin orqan tərəfindən ona ödənilməsi, rayon (şəhər) prokurorluqlarının birində müvafiq vəzifəyə keçirilməyi barədə qərar qəbul edilməsi, onun hərbi prokurorluq orqanlarında stajor kimi xidmət etdiyi altı ay, bir il sınaq müddəti, həmçinin xx.xx.2019-cu il tarixdə hərbi xidmət dövründə alınmış xəstəliyə görə həqiqi hərbi xidmətdən istefaya buraxılmağına baxmayaraq həmin tarixdən hal-hazıradək həqiqi hərbi xətmətdə olduğu Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun Tərtər Hərbi Prokurorluğunda Tərtər Hərbi Prokurorunun köməkçisi hərbi vəzifəsində xidmət etdiyi 1 il 2 ay 13 gün, Azərbaycan Respublikasının Baş Prokurorluğunun müavini-Azərbaycan Respublikasının Hərbi Prokuroru, ədliyyə generalleytenant X5 üçüncü dərəcəli ehtiyatda olmağın son yaş həddinə çatdığına görə hərbi uçotdan çıxarılıb istefaya keçerildiyi günü hərbi prokurorluq orqanlarında hərbi qulluqçu kimi xidmət illərinə hesablanması” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçının vəkili, həmçinin nümayəndəsi X1 İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(116)-932/2020 nömrəli qərardadından apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçının vəkili X3 apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(116)-932/2020 saylı qərardadının ləğv edilməsi xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili, həmçinin nümayəndəsi X3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2- 1(116)-932/2020 saylı qərardadın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı Məmmədriza oğlu və cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğunun nümayəndəsi məhkəmə iclasına gəlməmişlər . Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 80-ci mаddəsinə görə, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd etməyi zəruri hesab edərək göstərir ki, “İnzibati icraat haqqında” Qanunun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan dedikdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür. 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Normaların məzmumunundan görünür ki, inzibati mübahisələrin dairəsi inzibati mübahisələrin çərçivəsində inzibati hüquq münasibətləri ilə baglı yaranan (publik hüquq münasibətləri) mübahisələrdə dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində tərəflərdən biri qismində müvafiq icra hakimiyyəti, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş inzibati orqan cıxış edir. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında xx xxxxxx 2007-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğu inzibati orqanların təsnifatına daxil deyildir. Azərbaycan Respublikasının Konstitusiyasının “Məhkəmə Hakimiyyəti” adlanan Vİİ fəslindən görünür ki, prokurorluq orqanları məhkəmə hakimiyyətinə daxildir. “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsində qeyd edilir ki, Azərbaycan Respublikasının Prokurorluğu (bundan sonra - "prokurorluq") məhkəmə hakimiyyəti sistemində daxil olmaqla ərazi və ixtisaslaşdırılmış prokurorluqların Azərbaycan Respublikasının baş prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(116)-932/2020nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı Məmmədriza oğlu və nümayəndəsi X3 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(116)-932/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-491/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-491/2020
17.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver