Məhkəmə qərarları › İş №2-1(107)-491/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-491/2025

30.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(107)-491/2025 30.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Həsənov Tural Həsən oğlundan ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, iddiaçı İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “##.##.2020-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. işin halları:

1. Iddiaçı ##.##.2023-cü il tarixli ərizə ilə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, müraciət edərkən stajını təsdiq edən sənəd kimi əmək kitabçası, hərbi bilet, diplom və ##.##.2017-ci il tarixli arxiv arayışı təqdim etmişdir. Lakin cavabdeh orqan tərəfindən ##.##.2024-cü il tarixli, *-**-*/*-M-*****/**** nömrəli məktubla tələbin təmin olunmasından imtina edilmişdir.

2. Imtina onunla əsaslandırılmışdır ki, Belə ki, İddiaçı təqdim etdiyi əmək kitabçasının və digər sənədlərin surətlərinə əsasən sığorta stajı (##.##.1972-ci il tarixindən ##.##.1977-ci il tarixinədək əyani təhsil aldığı illər və hərbi xidmətdə olduğu müddət, 1978-1988-ci illər üzrə adına əmək haqqı hesablanan aylar nəzərə alınmaqla) 22 il 8 ay 12 gün təşkil edir. Eyni zamanda İddiaçı ##.##.2006-cı il tarixindən ##.##.2018-ci il tarixinədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. X5 filialının ##.##.2017-ci il tarixli arxiv arayışının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan ##.##.1978-ci il tarixindən ##.##.1988-ci il tarixinədək Aşağı Göynük kənd “Paris Kommunası” adına olan kolxozda 1978-ci il üzrə əmək haqqı kitabında ad (Zeynəb) Nərman, 1979-cu il üzrə isə soyad və ad X3 kimi qeyd edildiyindən və 1980-ci il üzrə soyadda qaralama olduğundan həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Bu səbəbdən həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır.

birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:

3. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “##.##.2021-ci ildən hesablanmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Iddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizə təqdim edərək, ##.##.2020-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. Şəki Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizə icraata qəbul edilmişdir.

6. Iddia ərizəsinə əsasən iddiaçı ##.##.1955-ci ildə Şəki rayonu Aşağı Göynük kəndində anadan olmuş, uzun illər əmək fəaliyyəti ilə məşğul olmuşdur. Belə ki, ##.##.1972-ci il tarixindən ##.##.1977-ci ilə kimi əyani təhsil (X11) almış və hərbi xidmətdə olmuşdur. Daha sonra 1978-ci ildən 1992-ci ilə kimi Şəki rayonu Aşağı Göynük kənd Paris Kommunası adına kolxozda kolxozçu kimi işləmişdir. Eyni zamanda kolxozçu kimi işləməklə yanaşı ##.##.1983-cü ildən ##.##.1999- cu ilə kimi Şəki rayonu Aşağı Göynük kənd Orta məktəbdə traktor təlimçisi və bağban kimi işləmişdir. Ondan sonrakı dövrlərdə Bakı şəhərində müxtəlif yerlərdə qeyri-rəsmi əmək fəaliyyəti ilə məşğul olmuşdur. ##.##.2019-cu il tarixindən ##.##.2020-ci ilə kimi pensiya yaş həddi 64 yaş 6 ay nəzərdə tutulduğundan o, 64 yaş 6 ay bitdikdən sonra yaşa görə pensiya təyin edilməsi üçün müvafiq orqana müraciət etmişdir. Lakin sonuncu imtina cavabı vermişdir. Diplomun və hərbi biletinin təsdqiq edilmiş surətindən göründüyü kimi ##.##.1972-cı ıl tarixindən ##.##.1977-ci ilə kimi əyani təhsil (X11) almış və hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası X5 filialının verdiyi ##.##.2024-cü il tarixli Arxiv arayışından göründüyü kimi, 1978-ci ildən 1992-ci ilə kimi Şəki rayonu Aşağı Göynük kənd Paris Kommunası adma kolxozda kolxozçu kimi işləmişdir. Əmək Kitabçasının təsdiq edilmiş surətindən göründüyü kimi, ##.##.1983-cü ildən ##.##.1999-cu ilə kimi Şəki rayonu Aşağı Göynük kənd Orta məktəbdə traktor təlimçisi və bağban kimi işləmişdir. Hesab edir ki, onun əmək stağı 26 ildən çoxdur.

7. Cavabdeh orqan iddia tələbinə etirazını ilkin imtinanın dəlilləri ilə əsaslandırmış və maddi hüquq normalarını sadalamışdır.

8. Şəki Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakim Fəxri Hacızadə) iddia tələbi təmin edilmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. Iddiaçıya münasibətdə 64 yaş 6 ay ##.##.2020-ci il tarixində tamam olmuş, ona həmin tarixdən yaşa görə sosial müavinət təyin edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya təqdim edilən imtina məktubunda və məhkəmə icraatı gedişində təqdim edilən etiraza əsasən iddiaçının mübahisələndirilməyən sosial sığorta stajı 22 il 8 ay 12 gün təşkil edir. Məhkəmə tərəfindən iddiaçının əmək kitabçası əsasında bütövlükdə sosial sığorta stajı, o cümlədən mübahisələndilən əmək fəaliyyəti dövrləri araşdırılmışdır. Cavabdeh tərəfindən iddiaçının ##.##.1972-ci il tarixindən ##.##.1977-ci il tarixinədək əyani təhsil aldığı illər və hərbi xidmətdə olduğu müddəti, 1978-1988-ci illər üzrə adına əmək haqqı hesablanan aylar sosial sığorta stajına daxil edilmişdir. Cavabdehin imtinası “Paris Kommunası” adına kolxozda 1978-ci il üzrə əmək haqqı kitabında iddiaçının adının (Zeynəb) Nərman, 1979-cu il üzrə isə soyad və adının X3 kimi qeyd edilməsi və 1980-ci il üzrə soyadda qaralama olması ilə bağlıdır. Məhkəmə cavabdehin dəlilinə və iş materiallarına qiymət verərək hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, məhkəməyə təqdim edilmiş X5 Filialının arayışından görünür ki, 1978-1990-cı illər ərzində iddiaçının işlədiyi günə görə əməkhaqqı hesablanaraq qeyd edilmişdir. Iddiaçıya məxsus əmək kitabçasından da görünür ki, o, ##.##.1983-##.##.1994cü il tarixinə kimi Aşağı Göynük kənd orta məktəbində traktor təlimatçısı, ##.##.1994- ##.##.1999-cü illədə isə həmin məktəbdə bağban işləmişdir. Yuxarıda göstərilən müddət mötəbərliyi təsdiq olunan 22 il 8 ay 12 günlə toplandıqda iddiaçının cəmi 25 ildən artıq sosial sığorta stajının olduğu müəyyən edilir, bu da tələb olunan minimum dövrdən artıqdır. Iddiaçının, məhkəmə araşdırması zamanı müəyyən edilən sosial sığorta stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, arxiv sənədlərinə və iddiaçının əmək kitabçasına əsasən iddiaçının 25 ildən artıq sığorta stajı olduğu təsdiq olunduğundan iddia tələbi təmin edilməlidir.

10. Cavabdeh orqanın nümayəndəsi apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh orqanın nümayəndəsi apellyasiya şikayətinin dəlillərini iddia ərizəsinə etirazın dəlilləri ilə əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2023-cü il tarixli, *-*(***)- ****/**** saylı iş üzrə qərarında məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə tərəfindən iddiaçının mübahisəli illərinə dair xüsusatlar hərtərəfli araşdırılmalı, əldə edilən mötəbər sübutlar qiymətləndirməli, iddiaçının işdən azad edilmədiyi halda ona əmək haqqının hansı səbəblərdən hesablanmadığını aydınlaşdırmalı və əmək haqqı almadığı aylar üzrə dövrün pensiya hüququ verən əmək stajına daxil edilməsi barədə məhkəmənin gəldiyi nəticə tam əsaslandırılmalıdır. Eyni zamanda bildirmişdirlər ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli 2-1(102)- ***/**** nömrəli qərarının 37-ci bəndində qeyd olunmuşdur ki, X7 Filialı tərəfindən təqdim edilmiş Ağdam rayonu * nömrəli tam orta məktəbə aid olan 1994-2004 dövrlərinin bəzi aylarının əmək haqqı cədvəllərində iddiaçının adı aşkar edilməmişdir və apellyasiya məhkəməsi tərəfindən işin həmin halını ümumiyyətlə araşdırmamış, bu sənədlərə hüquqi qiymət verilmədən, məhkəməyə təqdimolunmuş əmək kitabçasında olan məlumatlar mötəbər hesab edilmişdir. Göründüyü kimi Ali Məhkəmə həmin qərarda iş stajının iddiaçının əmək kitabçasında qeyd olunması ilə kifayətlənməyərək əməkhaqqı cədvəllərinin araşdırma zamanı nəzərə alınmalı olduğu qənaətinə gəlmişdir. Şəki Inzibati Məhkəməsinin qərarında qeyd edilmişdir ki, X5 Filialının arayışından görünür ki, 1978-1990-cı illər ərzində iddiaçının işlədiyi günə görə əməkhaqqı hesablanaraq qeyd edilmişdir. Göstərilən müddətlər də nəzərə alınmaqla iddiaçının ümumi stajı 25 ildən artıq müəyyən olduğu üçün iddia təmin edilmişdir. Bununla bağlı bildirmişdirlər ki, X5 Filialı tərəfindən təqdim olunmuş ## ##### 2024-cü il tarixli, *-**-DA-**F/*/M-**/***/**** nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, 1978-ci ildə X6 yazılmış, adın üstündən xətt çəkilib Mahmudov Nərman qeyd edilmişdir. 1979-cu ildə X3 qeyd edilmişdir. 1984-1992-ci illərdə isə X4 qeyd edilmişdir. Qeyd edirlər ki, məhkəmə qeyd olunanlara münasibət bildirməmişdir. Yuxarıda qeyd olunan mübahisəli dövrlər (1978, 1979, 1980-ci illər) xüsusi icraat qaydasında həll edilməli olduğu halda həmin dövrlərə Şəki Inzibati Məhkəməsi ##.##.2025-ci il tarixli *- *(***)-***/**** nömrəli qərarında münasibət bildirilmişdir. Lakin, həmin dövrlərə münasibət bildirilməsi məsələsi inzibati məhkəmənin səlahiyyətləri xaricindədir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

12. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

tərəflərin izahatları

13. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və mübahisələndirilən qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək Şəki Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etdi.

tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ...

15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #- dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır.

16. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 69. Iş stajının təsdiq edilməsi qaydası Iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. Iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”:

3. Iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göstərilən sənədlər olmadıqda əmək stajını sübutedici kimi həmkarlar ittifaqı üzvlük bileti və hesablaşma kitabçası qəbul edilə bilər. Bu halda hesablaşma kitabçası əmək haqqı verilməsi qeydi aparılan dövrü, həmkarlar ittifaqı bileti ilə orada əmək haqqından və ya təqaüddən üzvlük haqqı verilməsi barədə qeydlər olan müddəti təsdiq edə bilər. Həmkarlar ittifaqı bileti olmadıqda staj həmkarlar ittifaqı üzvünün uçot kartı üzrə orada üzvlük haqqı verilməsi qeyd olunan müddət üzrə qəbul edilə bilər. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2.11. Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il ######ın #-dək keçmiş SSRI-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla).

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1996-cı il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Işçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”:

1. Ümumi müddəalar 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. ...

19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının ## ### 2022-ci il tarixli Qərarı ilə ləğv edilmişdir): 3.2. 2006-cı il ######ın #-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; ...

20. “Inzibati icraat haqqında” Qanun: Maddə 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

21. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.

22. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Cavabdeh orqan onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri iddia tələbinə etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia ərizəsinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

26. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

27. Hazırkı işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının hüquqi marağı ona ##.##.2020-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir. Iddiaçı, ##.##.1955-ci ildə doğulmuş, 64 yaş 6 ayı ##.##.2020-ci ildə tamamlanmışdır.

28. Iddiaçı ##.##.2023-cü ildə cavabdehə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etmiş, cavabdeh orqan arxiv arayışında qeyd edilmiş illərdən 1978 (Zeynəb (Nəriman)), 1979 (soyad Musayev) və 1980-cı ili (soyadda qaralama) mübahisələndirmişdir. Iddiaçının sosial sığorta stajının 22 il 8 ay 12 gün müddəti mübahisələndirilmir.

29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)- ****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarında vurğulanmışdır ki, Təsərrüfatbaşı kitablar qanunvericiliklə təsdiq edilmiş rəsmi uçot forması olub, səlahiyyətli dövlət orqanlarının əməkdaşları tərəfindən aparılırdı. Kitabların hər bir təsərrüfata aid olan şəxsi hesab vərəqində təsərrüfat üzvünün ixtisası, iş yeri, vəzifəsi, işindəki sonrakı dəyişikliklər (şəxsi hesab vərəqinin 14-20-ci sətirləri) kimi məlumatlar sistemli şəkildə əks etdirilirdi. Həmçinin bu məlumatlar hər il yenidən işlənir, dəyişikliklər qeydiyyata alınırdı (bax: işin 27- 32-ci vərəqləri). Bu məlumatlar təsadüfi deyil, dövlət uçotunun tərkib hissəsi idi. Bu səbədən təsərrüfatbaşına kitablarına əsaslanan arxiv arayışı “rəsmi yazılı sübut” statusuna malikdir və sübutların sərbəst qiymətləndirilməsi prinsipi çərçivəsində avtomatik etibarsız sayıla bilməz. Arxiv arayışının sübuti qüvvəsi ilə bağlı qeyd olunmalıdır ki, Nazirlər Kabinetinin 1992-ci il ## ###### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”də (1, 6, 8-ci bəndlər) arxiv sənədləri əmək stajını müəyyən etmək üçün əsas sübut kimi tanınırdı... Bundan başqa, Qaydalarda “arxiv arayışı” stajın təsdiqi üçün birbaşa nəzərdə tutulur. Arxiv arayışının hansı mənbədən formalaşdığına görə fərqləndirmə aparılmır. Buna görə də arxiv orqanı tərəfindən verilmiş, mötəbərliyi şübhə altına alınmayan hər bir arayış əmək stajının tanınması üçün kifayət edən sübutdur.

30. Odur ki, məhkəmə kollegiyası tərəfindən Ali Məhkəmənin yuxarıda qeyd edilən mövqeyi nəzərə alınmaqla mübahisələndirilən dövrlər həmin dövrə aid arxiv sənədləri, o cümlədən təsərrüfatbaşına kitablar əsasında yoxlanmışdır. Müəyyən edilmişdir ki, Aşağı Göynük kənd sovetinin 1980-ci ilə aid təsərrüfatbaşına kitabında da, iddiaçının əmək fəaliyyəti kolxozçu kimi qeyd edilmişdir. Belə olan halda iddiaçının kolxozçu olaraq işlədiyi 1980-ci il ümumi əmək stajında nəzərə alınmalıdır.

31. Iş materiallarından görünür ki, cavabdeh orqan 1981-ci il də daxil olmaqla iddiaçının kolxozdakı sonrakı işlədiyi müddəti qəbul edir, yəni 1978-1980-cı illər istisna olmaqla qalan müddət mübahisəsizdir. Işdə olan əməyin ödənişi üzrə hesablaşma kitabından çıxarışda "X3" oğluna aid 1978-1988-ci illəri əhatə edən şəxsi hesab məlumatları (1981-ci il - 285, 1982-320, 1983-189 , 1984-177, 1985-172, 1986-77, 1987- 178, 1988-ci il isə 175 işlənmiş adam günü barədə qeydlər) öz əksini tapmışdır.

32. Nəzərə alınmalıdır ki, qeyd edilən məlumatlar cavabdehin mübahisəsiz qəbul etdiyi 1981-1988-ci illər üzrə arxiv arayışında qeyd edilmiş məlumatlarla eynidir (1983-cü ildə 2 gün fərq istisna olmaqla).

33. Məhkəmə kollegiyası həmçinin onu da nəzərə alır ki, 1978-1979-cu illərdə sözügedən kolxozda işləmiş kolxozçuların əməyin ödənişi üzrə hesablaşma kitabındakı adlı siyahısında 2731 və 768 sıra saylarının qarşısında "X3" qeyd edilmiş, ayrıca "İddiaçı"na aid qeydlər aparılmamışdır. Yuxarıda qeyd edildiyi kimi əməyin ödənişi üzrə hesablaşma kitabında "X3" oğluna aid 1978-1988-ci illəri əhatə edən şəxsi hesab məlumatları öz əksini tapmışdır ki, cavbdeh orqan 1981-1988-ci illər üzrə məlumatları mübahisələndirmir.

34. Kollegiya, əməyin ödənişi üzrə hesablaşma kitabında qeyd edilmiş şəxsi hesab məlumatlarını və adlı siyahıları birlikdə qiymətləndirərək hesab edir ki, kolxozda "X3" və "İddiaçı" adında ayrı-ayrı şəxslər işləməmiş, əməyin ödənişi üzrə hesablaşma kitabında "X3" qeyd edilməsinə baxmayaraq, faktiki qeyd edilən məlumatlar "İddiaçı" oğluna aid olmuşdur. Aşağı Göynük kənd IƏD üzrə nümayəndəliyin ##.##.2025-ci il tarixli məktubunda da, iddiaçının doğulduğu tarixdən Aşağı Göynük kəndində yaşaması, nümayəndəlik ərazisində "X3" adlı şəxsin yaşamaması qeyd edilmişdir.

35. Iddiaçı 1978-ci ildə 15 gün, 1979-cu ildə isə 289 gün kolxozda işləmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarında vurğulanmışdır ki, əvvəlki dövrə aid qanunvericilikdə əmək günü minimumu anlayışı mövcud idi. Lakin minimumun yerinə yetirilməməsi avtomatik olaraq stajın inkarı demək deyildi, əksinə, minimum yerinə yetirilmədikdə staj faktiki müddət üzrə hesablanmalı idi. Yəni kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunun olmaması “0 staj” yox, “azaldılmış staj” nəticəsi doğurmalı idi. Bundan başqa, hazırda qüvvədə olan “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci yarımbəndində ## ###### 2023-cü il tarixli dəyişikliklə “müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması” şərti qanunvericilikdən çıxarılmışdır. Bu isə o deməkdir ki qanunverici şüurlu şəkildə kolxozçular üçün bu tələbi artıq əhəmiyyətsiz saymışdır. Bu dəyişiklik qanunvericinin kolxozçuların pensiya hüquqlarının genişləndirilməsi və formal tələblərin aradan qaldırılması məqsədini açıq şəkildə ifadə edir. Həmin dəyişiklik iddiaçının lehinə olan normadır və hüquqi mövqeyə görə geriyə şamil edilə bilər.

36. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)- ****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarında da, eyni mövqedən çıxış edilərək vurğulanmışdır ki, hazırkı vəziyyətdə qanunvericilikdə “müəyyən edilmiş əmək iştirakı minimumu” barədə tələb olmadığından iddiaçının arxiv arayışında qeyd edilən illər üzrə sosial sığorta stajı müəyyən edilmiş əmək iştirakı minimumu nəzərə alınmadan tam hesablanmalıdır (41-ci bənd).

37. Kollegiya yuxarıda qeyd edilən hüquqi mövqeni nəzərə alaraq hesab edir ki, 1978-1979-cu illərdə iddiaçının əmək fəaliyyəti müəyyən edilmiş əmək iştirakı minimumu nəzərə alınmadan tam hesablandıqda tələb olunan 25 il sığorta stajı tamamlanır. Odur ki cavabdeh orqan kolxozun hesablaşma kitablarında yol verilmiş formal xətaları iddiaçının ziyanına şərh etməklə imtina cavabı verməkdə haqlı olmamışdır.

38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şəki Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar