Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-492/2020 05.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik еdən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu, Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “2000- 2005-ci illər üçün hərbi geyim və əşya əmlakı əvəzi olaraq ümumilikdə 1400 manat pul kompensasiyasının ödənilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-116/2020 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən vеrilmiş аpеlyаsiyа şikаyətinin mümkünlüyü məsələsinə аçıq məhkəmə iclаsındа baxaraq müəyyən etdi: Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) xx xxxxxx 2020-ci il tarixli, 2- 1(116)-116/2020 nömrəli qərarı ilə iddia qismən təmin edilərək İddiaçı xx.xx.2004-cü ildən xx.xx.2005-ci ilədək hərbi geyim və əşya əmlakı əvəzi olaraq pul kompensasiyasının ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulması, iddianın 2000-ci ildən xx.xx.2004-cü ilədək olan müddətə aid hissədə təmin edilməməsi qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti həmin qərardan аpеlyаsiyа şikаyəti vermişdir. Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin: - 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati-iqtisadi məhkəmə vasitəsilə verilir. Lаkin iş mаteriаllаrı öyrənilərkən müəyyən edildi ki, аpelyаsiyа şikаyəti məhkəmə qərarından şikayət verilməsi üçün qаnunlа nəzərdə tutulmuş müddət burаxılmаqlа verilmiş, şikayətə apelyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddətin bərpasına dair ərizə əlavə edilməmişdir. Apelyasiya şikayətinin mümkünlüyü ilə bağlı xx xxxxxx 2020-ci il tarixdə sааt 11:30-da məhkəmə iclası təyin edilmiş, cavabdehə bu barədə rəsmi məlumat verilmiş, məhkəmə iclasında iştirak etməsi, həmçinin həmin vaxta kimi apelyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin üzrlü səbəbdən buraxılması ilə bağlı sübutların məhkəməyə təqdim edilməsi təklif edilmişdir. İş materiallarından görünür ki, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-116/2020 nömrəli qərarı xx xxxxxx 2020-ci il tarixdə cavabdehə göndərilmiş, cavabdeh orqan tərəfindən qərarın surəti xx xxxxxxxx 2020-ci il tarixdə poçt göndərişi barədə xəbərnaməyə imza edilərək qəbul etmişdir. Göründüyü kimi, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)- 116/2020 nömrəli qərarından şikayət verilmə müddəti xx xxxxxxx 2020-ci il tarixdə bitmişdir. Cavabdeh mübahisələndirilən qərarın surətini xx xxxxxxxx 2020-ci il tarixdə rəsmi qaydada qəbul etdiyi halda həmin qərardan şikayəti xx xxxxxxx 2020-cu il tarixdə poçta vasitəsi ilə Şəki İnzibati Məhkəməsinə daxil olmuş, lakin daxilolma zərfinin üzərində heç bir tarix göstərilməmişdir. Bununla da qanunla müəyyən edilən şikayət vermə müddətini ötürmüşdür. Ona görə də müəyyən edilir ki, cavabdeh inzibati orqan Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-116/2020 nömrəli qərarından apelyasiya şikayətinin verilmə müddətini 15 gün ötürmüş, inzibati orqan tərəfindən müddətin ötürülməsinin üzürlü hesab edə biləcək sübutları məhkəməyə təqdim etməmiş və müddətin bərpası barədə ərizə verməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apelyasiya şikayətinin mümkün hesab edilərək icraata qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati-iqtisadi məhkəmə vasitəsilə verilir. - 22.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. - 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. - 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. - 24.3-cü maddəsinə əsasən, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. - 24.5-ci maddəsinə əsasən, ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. -24.7-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilməz. -87.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi apelyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. -87.3-cü maddəsinə əsasən, apelyasiya mümkün sayılmadıqda apelyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. -87.4-cü maddəsinə görə, apelyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apelyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. -94.1-cı maddəsinə görə, kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apelyasiya instansiya məhkəməsi tərəfindən verilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli, 2-1(116)-116/2020 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən vеrilmiş аpеlyаsiyа şikаyəti vermək üçün qanunla müəyyən edilmiş müddət ötürüldüyündən və bu müddətin üzürlü səbəbdən buraxılmasını barədə ərizə və ya müvafiq sübutlar təqdim edilmədiyindən həmin apelyasiya şikayəti mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85 - 94.-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-116/2020 nömrəli qərarından verdiyi apelyasiya şikayəti mümkün sayılmasın və şikayətin icraata qəbulundan imtina edilsin. Qərаrdаddаn rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-492/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-492/2020
05.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver