Məhkəmə qərarları › İş №2-1(107)-492/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-492/2023

17.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-492/2023 17.08.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən, məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “********** qeydiyyat nömrəli 10 iyul 2013 – cü il tarixli RX ******* nömrəli Çıxarışın qüvvədə qalması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2-1(116)- 1469/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikаyətinə dair işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il tarixli RX ******* nömrəli Çıxarışın qüvvədə qalması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-1469/2023 nömrəli qərardadı ilə Qəribova (Hüseynova) Vüsalə Sədirəddin qızı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir.

3. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə, həmçinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 17 saylı Yevlax Ərazi İdarəsi ilə əvəz edilmişdir.

4. İşin qısa mahiyyəti ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı tam xüsusi mülkiyyətində olmuş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(051)-1502/2017 nömrəli qətnaməsi ilə hər birinin ½ hissə payı müəyyən edilməklə sözügedən mənzil üzərində X2 və İddiaçı xüsusi mülkiyyət hüququ tanınmışdır. Bundan sonra cavabdeh orqan həmin qətnamə əsasında verilmiş icra vərəqəsinə uyğun olaraq ünvan 1 ünvanında yerləşən mənzil üzərində X2 və İddiaçı hər birinin ½ hissə payı olmaqla paylı mülkiyyət hüququnu Dövlət qeydiyyatına almış və ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışla rəsmiləşdirmişdir. İddiaçı, sonuncu verilmiş çıxarışın ləğv edilməsi və ilkin çıxarışın bərpa edilməsi tələbi ilə cavabdeh orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır.

5. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1502/2017 saylı məhkəmə qətnaməsinin xx.xx.2018-ci il tarixli 216793/17 saylı icra vərəqəsinə əsasən Mingəçevir şəhəri, Ş.i.Xətai küçəsində yerləşən 19 saylı binanın 4 saylı mənzili paylı mülkiyyət hüququ üzrə ½ hissə İddiaçı və ½ hissə X1 adına xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə hüquqların dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı səlahiyyətli nümayəndəsi Nümayəndə eyni məzmunlu Ərazi İdarəsinə ünvanlanmış şikayət ərizələrinin geniş araşdırılması üçün ərazi idarəsi tərəfindən 01 04.2022-ci il tarixli **********08 nömrəli sorğu məktubu ilə Mingəçevir şəhər Məhkəməsinə 2(051)-1502/2017 saylı məhkəmə qətnaməsinin qüvvədə olub-olmaması barədə müraciət ünvanlanmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli SDS-660 nömrəli məktubu ilə həmin qətnamənin qüvvədə olması barədə məlumat verilmişdir (daxil olma nömrəsi **********) Eyni məzmunlu məlumat Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə xx.xx.2022-ci il tarixli SDS-822 (daxil olma nömrəsi **********) nömrəli məktubla bildirilmişdir. İddiaçı səlahiyyətli nümayəndəsi Nümayəndə eyni məzmunlu Ərazi İdarəsinə ünvanlanmış şikayət ərizələrinin geniş araşdırılması üçün ərazi idarəsi tərəfindən 01 04.2022-ci il tarixli **********08 nömrəli sorğu məktubu ilə Mingəçevir şəhər Məhkəməsinə 2(051)-1502/2017 saylı məhkəmə qətnaməsinin qüvvədə olub-olmaması barədə müraciət ünvanlanmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli SDS-660 nömrəli məktubu ilə həmin qətnamənin qüvvədə olması barədə məlumat verilmişdir (daxil olma nömrəsi **********) Eyni məzmunlu məlumat Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə xx.xx.2022-ci il tarixli SDS-822 (daxil olma nömrəsi **********) nömrəli məktubla bildirilmişdir. İddiaçı iddia tələbində qeyd olunan olunan “paylı mülkiyyətdə olan daşınmaz əmlakın (mənzilin) naturada bölünməsi" tələbinə dair iddiasının Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1087/2019 saylı xx.xx.2019-cu ıl tarixli qətnaməsi ilə rədd olunması hazırda qüvvədə olan Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1502/2017 saylı məhkəmə qətnaməsinin və həmin qətnaməyə dair xx.xx.2018-ci il tarixli 216793/17 saylı icra vərəqəsinin icrasına hər hansı maneə yaratmamışdır. Bu barədə vətəndaş Nümayəndə ilə ərazi idarəsində görüş keçirilərək ətraflı izah verilərək mübahisənin aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir.

6. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 30 may 2023-cü il tarixli, 2- 1(116)-1469/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

8. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

9. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Mingəçevir şəhəri X7 küçəsi 19 saylı evin 4 saylı mənzilin ½ hissələrə bölünməsi, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018-ci il tarixdə saxta yolla verilmiş seriya AX1296207 nömrəli çıxarışın qanunsuz olduğunu əsaslandıran aşağıdakı rəsmi sənədlərə məhkəmənin qanuni qüvvəsini almış və qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına, Ədliyyə Nazirliyinin Məhkəmə X3, cavabdeh tərəfindən ½ hissələrə bölünməsini təsdiqləyən mənzilin texniki pasportun verməməsinin səbəblərinə mahiyyəti üzrə münasibət bildirən cavabların verilməsini apellyasiya məhkəməsinin çıxarılacaq qərarının tərkib hissəsində məzmununda göstərməklə cavablandırılmasını apellyasiya məhkəməsinin hakimindən xahiş edir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2-1(116)-1469/2023 nömrəli qərardadının ləğv edilməsini, iddia tələbinin mümkün sayılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

10. Məhkəmə kollegiyasının iclasında iştirak İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2-1(116)-1469/2023 nömrəli qərardadının ləğv edilməsini, iddia tələbinin mümkün sayılmasını xahiş etdi.

11. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil üzərində İddiaçı tam xüsusi mülkiyyət hüququ Dövlət qeydiyyatına alınmışdır. - Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(051)-1502/2017 nömrəli icra vərəqəsindən və xx.xx.2017-ci il tarixli 2(051)-1502/2017 nömrəli qətnaməsindən görünür ki, Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi 19 saylı evin 4 saylı mənzili tərəflər arasında payları bərabər olmaq şərti ilə bölünməsi, Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi 19 saylı evin 4 saylı mənzilinə ½ pay nisbətində X2, ½ pay nisbətində isə İddiaçı xüsusi mülkiyyət hüququ tanınması, iddiaçı X2 Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi 19 saylı evin 4 saylı mənzilinə köçürülməsi qət edilmişdir. - xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil üzərində hər birinin ½ hissə olmaqla İddiaçı və X1 paylı mülkiyyət hüququ Dövlət qeydiyyatına alınmışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

12. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

13. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının: 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

14. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

16. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, ilk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır.

17. iddiaçının bərpa edilərək qüvvədə qalmasını tələb etdiyi ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il tarixli RX ******* nömrəli Çıxarış - ünvan 1 ünvanında yerləşən mənzil üzərində İddiaçı tam xüsusi mülkiyyət hüququ Dövlət qeydiyyatına alınması barədədir.

18. Kollegiya tərəfindən işin hallarının araşdırılması zamanı müəyyən edilir ki, həmin çıxarış tərtib edildikdən sonra Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(051)-1502/2017 nömrəli qətnaməsi ilə sözügedən ünvanda yerləşən mənzildə hər birinin ½ hissə olmaqla İddiaçı və X1 paylı mülkiyyət hüququ Dövlət qeydiyyatına alınaraq xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir.

19. Göründüyü kimi, sonuncu - xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış ləğv edilmədən ilkin çıxarışın bərpa edilməsi mümkün deyildir. Yəni, ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il tarixli RX ******* nömrəli Çıxarış bərpa edilməsi tələbi xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın ləğvi tələbindən asılı tələbdir.

20. Belə olan halda iddiaçı, nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq ilk növbədə xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın ləğvinə nail olmalı, həmin iddia müsbət həllini tapdıqdan sonra anoloji tələblə cavabdehə müraciət etməli, müraciəti təmin edilmədikdə (və ya cavabsız saxlandıqda) isə iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir.

21. Həmçinin nəzərə alınmalıdır ki, xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış ləğv olunacağı halda ondan əvvəl verilmiş xx.xx.2013-cü il tarixli RX ******* nömrəli Çıxarış (cavabdeh orqan tərəfindən ləğv edilməmişdirsə) öz hüquqi qüvvəsini saxlayacağından iddiaçının ümumiyyətlə həmin çıxarışın bərpa edilməsi ilə bağlı hüquqi müdafiəyə ehtiyacı da qalmayacaqdır.

22. Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi birinci instansiya məhkəməsində inzibati işin şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsinə izah edilərək onun dinlənilmə hüququ təmin edilmişdir. İddiaçının, nümayəndəsi məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamışdır.

23. Məhkəmə kollegiyası hesab edir ki, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikasının Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir, hazırki iddia isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində nəzərdə tutulan mümkünlük tələblərinə cavab vermir.

24. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

25. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.

26. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2-1(116)- 1469/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2-1(116)-1469/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar