Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 2-1(107)-494/2025 07.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Vüqar Ələkbər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X2 ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı “## ###### 2009-cu il tarixdə X9 adına verilmiş, reyestrdə ************ nömrə ilə qeydə alınmış AA ****** saylı torpaq sahəsinin planı və ölçüsü sənədində 0,3104 ha torpaq sahəsinin koordinatlarının torpağa mülkiyyət hüququna dair JN–*** saylı Dövlət Aktındakı koordinatlara uyğun dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: işin halları:
1. Iddiaçı İddiaçı aşağıdakı torpaq sahələri məxsusdur: - JN-***F saylı şəhadətnamədə göstərilən 0,27 ha həyətyanı torpaq sahəsi, - AA ****** saylı plan-ölçü sənədində göstərilən 0,4138 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, - AA ****** saylı plan-ölçü sənədində göstərilən 0,3104 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, - AA ****** saylı plan-ölçü sənədində göstərilən 0,1034 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi.
2. Üçüncü şəxs X9 adına isə ## ###### 2009-cu il tarixli, ************ reyestr nömrəli çıxarışla 0,3104 ha torpaq sahəsi dövlət qeydiyyatına alınmış, həmin torpaq sahəsinə dair AA ****** saylı plan-ölçü sənədi tərtib edilmişdir. Həmin çıxarışın verilməsinə əsas kimi JN-*** saylı Dövlət Aktı göstərilmişdir.
3. Üçüncü şəxs X9 adına tərtib edilmiş ************ reyestr nömrəli çıxarışda qeyd edilən torpaq sahəsi, həmin sənədin verilməsinə əsas olmuş ilkin sənədin - JN-*** saylı Dövlət Aktının - DWJ-də yerləşmə vəziyyəti ilə üst-üstə düşür.
4. DWJ-də yerləşmə vəziyyəti nəzərə alındıqda sözügedən torpaq sahəsi iddiaçıya məxsus JN-***F saylı şəhadətnamədə göstərilən 0,27 ha həyətyanı torpaq sahəsi ilə AA ****** saylı plan-ölçü sənədində göstərilən 0,4138 ha torpaq sahəsinin arasında yerləşir.
5. TEKUIS-də isə mübahisəli torpaq sahəsi iddiaçıya məxsus AA ****** saylı planölçü sənədinin verilməsinə əsas olmuş JN-599Z planşeti ilə üst-üstə düşür.
6. Iddiaçının cavabdeh orqana ilkin müraciəti “************ nömrə ilə qeydə alınmış AA ****** saylı torpaq sahəsinin planı və ölçüsü sənədində 0,3104 ha torpaq sahəsinin koordinatlarının torpağa mülkiyyət hüququna dair JN–*** saylı Dövlət Aktındakı koordinatlara uyğun dəyişdirilməsi” məzmununda olmuş, cavabdeh orqan ##.##.2025-ci il tarixli imtina məktubunda müvafiq dəyişikliyin yalnız mülkiyyətçinin razılığı və ya məhkəmə qərarı əsasında mümkün olacağını bildirmişdir.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
7. Iddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “## ###### 2009-cu il tarixdə X9 adına verilmiş, reyestrdə ************ nömrə ilə qeydə alınmış AA ****** saylı torpaq sahəsinin planı və ölçüsü sənədində 0,3104 ha torpaq sahəsinin koordinatlarının Torpağa mülkiyyət hüququna dair JN–*** saylı dövlət aktındakı koordinatlara uyğun dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Göyçay rayonunun Çayarxı kəndində iddiaçının və ailə üzvlərinin mülkiyyətində torpağın mülkiyyətə verilməsinə dair JN-***F saylı(kod 40806028) şəhadətnamədə göstərilən 0,27 ha həyətyanı torpaq sahəsi, onun sahibliyində Göyçay rayon notariat kontorunda müqavilə bağlamaqla X3, X15, X4 və X10 aldığı, DƏDRX tərəfindən verilmiş AA ****** saylı torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 0,4138 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, X14 və X5 aldığı, DƏDRX tərəfindən verilmiş AA ****** saylı torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 0,3104 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, X6 aldığı, DƏDRX tərəfindən verilmiş AA ****** saylı torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 0,1034 kənd təsərrüfatı təyinatlı torpaq sahəsi var. Ağdam rayonundan məcburi köçkün X9, xüsusi mülkiyyətində olan Göyçay rayonunun Qarabaqqal kəndində yerləşən 0,3104 ha torpaq sahəsinin iddiaçının və onun ailə üzvlərinin mülkiyyətində torpağın mülkiyyətə verilməsinə dair JN-***F saylı(kod 40806028) şəhadətnamədə göstərilən 0,27 ha həyətyanı torpaq sahəsi ilə sahibliyində olan Göyçay rayon notariat kontorunda müqavilə bağlamaqla X3, X15, X4 və X10 aldığı, DƏDRX tərəfindən verilmiş AA ****** saylı torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 0,4138 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin arasında yerləşdiyini iddia edir və bu zaman Əmlak Məsələləri Dövlət Xidməti yanında cavabdeh1n ** saylı Ucar Ərazi Idarəsi tərəfindən ## ###### 2009-cu il tarixdə verilmiş, reyestrdə ************ nömrə ilə qeydə alınmış MN seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa və AA ****** saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə istinad edir. Halbuki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin ## ###### 2022-ci il tarixli **/**-****/** saylı məktubuna əlavə edilmiş notariat işindən görünür ki, X9 ## ###### 2004-cü il tarixdə Göyçay rayon Notariat Kontorunda müqavilə bağlayaraq *** saylı dövlət aktında göstərilən, Göyçay rayonunun Qarabaqqal kəndində 0,31 ha torpaq sahəsində yerləşən meyvə bağını 900 000 manata X18 almışdır. Müqaviləyə əlavə edilmiş torpağa mülkiyyət hüququna dair JN–*** saylı dövlət aktından görünür ki, Göyçay rayon Qarabaqqal kənd sakini X18, sonuncunun ailə üzvləri X7 və X11 Goyçay rayonu Aqrar Islahatı Komissiyasının ## ######## 1998-ci il tarixli ** saylı qərarı ilə verilmiş 0,48 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Ramella Səfərovaya satılan 0,31 ha hissəsi 4 tərəfdən qoruma zolağı ilə əhatə olunur, bir tərəfdən X1, digər tərəfdən X12 torpaq sahələri ilə həmsərhəddir. X8 mərhum atamın ögey anasıdır və onun torpaq sahəsi Çayarxı kəndinin mərkəzində yerləşirdi. Hazırkı tələblə cavabdeh orqana müraciət etsə də, sonuncu ## ###### 2025-ci il tarixli, *-**-*-**/*-Ə-****-**/**** saylı məktubla ona cavab vermiş, imtinasını aralarında məhkəmə mübahisəsinin olması, torpaq sahəsinin plan və ölçü sənədində dəyişikliyin mülkiyyətçinin razılığı və ya məhkəmə qərarı verildikdən sonra müvafiq araşdırma aparılaraq düzəlişin aparıla biləcəyi ilə əsaslandırmışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
9. Iddianın mümkün sayılmamasına əsas olan halların iddiaçının diqqətinə çatdırılması, onunla müzakirə edilməsi, müvafiq təkliflər verilməsi və həmin halların aradan qaldırılması üçün lazımı şərait yaradılmasına dair göstərişlərin həyata keçirilməsi məqsədi ilə ## #### 2025-ci il tarixili məhkəmə iclası təyin edilmiş,məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımı qaydada məlumat verilmiş, lakin məhkəmə iclasında iştirak etməmişdirlər.
10. Iddiaçının nümayəndəsi səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak etməmiş,iclasn təxirə salınmasını xahiş etmişdir.Nəticə etibarilə iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. Birinci instansiya məhkəməsi prosessual qənaət prinsipi və iddianın mümkünlük şərtlərinə təsir etməyəcəyini nəzərə alaraq hesab etmişdir ki, iddiaya baxılmasının növbəti məhkəmə iclasına təxirə salınması zərurəti yoxdur.
11. Şəki Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı ilə (hakim Fəxri Hacızadə) iddia mümkün sayılmamışdır.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı 0,3104 ha torpaq sahəsinin AA ****** nömrəli plan ölçü sənədində göstərilən koordinatlarının JN–*** saylı Dövlət Aktının koordinatlara uyğunlaşdırılmasını tələb edir. Iş materiallarından aydın olur ki, iddiaçının koordinatlarında düzəliş edilməsini tələb etdiyi torpaq sahəsi başqa şəxsin- X9 mülkiyyətindədir. X9 torpaq sahəsi üzərində mülkiyyət hüququ rəşmiləşdirilmiş, ********* qeydiyyat nömrəli ##.##.2009-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Hazırkı iddiaya əsasən əgər mübahisələndirilən qeydiyyat,Çıxarış və ya texniki sənəd iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstdə düşürsə və yaxud da onun hüquq və mənafeyinə hər hansı formada toxunursa bu zaman cavabdehə ilkin müraciətini həmin məzmunda etməli,məhkəməyə iddia tələbini də dəqiqləşdirilmiş hüquqi marağına uyğun həya keçirməlidir. Hazırkı iddia tələbi iki aspektdən mümkünlük şərtlərini yerinə yetirmir: Birincisi iddiaçının başqa şəxsin çıxarışın uyğunlaşdırılmasına dair iddia tələbinin irəli sürməsi üçün subyektiv hüququ mövcud deyildir. Ikincisi iddiaçı nail olmaq istədiyi hüquqi nəticəyə uyğun əlverişli hüquqi müdafiə vasitəsini seçməmiş, hüquqi müdafiəsinə yaranmış zərurəti aydın ifadə etməmişdir.
13. Iddiaçı, həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
a) apellyasiya şikayətinin dəlilləri
14. Apellyasiya şikayəti ilkin iddia ərizəsinin dəlilləri ilə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə qeyd etdiyi halların aradan qaldırılması üçün lazımı şərait yaradılmasına dair göstərişlərin həyata keçirilməsini istəsəydi hazırlıq iclasını başqa vaxta təxirə sala bilərdi. Maraqlıdır ki, iddiaçıya yardım göstərmək istəyən məhkəmə bildirişdə bu barədə heç bir qeyd göstərməmiş, həmçinin ## ### 2025-ci il tarixdə iş üzrə sərəncam verərək cavabdehdən mübahisə ilə bağlı sənədləri tələb etmişdir. 2019-cu ildən bu vaxta kimi X9 ona qarşı əvvəllər torpaq sahəsinə gedən yolun açılması, sonuncu iddia rədd edildikdən sonra isə torpaq sahəsi tələbi ilə bağlı məhkəmə mübahisələri davam edir. Göründüyü kimi Ramella Səfərovanın mülkiyyətində olan torpaq sahəsinin iddia etdiyi koordinatları onun mülkiyyət hüquqlarını pozur və həmin sənədi mübahisələndirməyə subyektiv hüququ var. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
15. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
tərəflərin izahatları:
16. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı, apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının, cavabdehin nümayəndəsi və üçüncü şəxs və onun vəkili məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası iddiaçının, cavabdehin nümayəndəsinin və üçüncü şəxs və onun vəkilinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının Inzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
17. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə iş üzrə cavabdeh cavabdeh2 PHŞ-nin ** saylı Ucar Ərazi Idarəsi – prossesual hüquq varisi cavabdeh2 PHŞ ilə əvəz edilmişdir.
18. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə iş üzrə X9 üçüncü şəxs qismində inzibati məhkəmə icraatında zəruri cəlb edilmişdir.
tətbiq edilən hüquq:
19. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
20. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.6. Iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, IPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri:
21. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
apellyasiya instansiyasi məhkəməsinin mövqeyi:
23. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi ilə bağlı hüquqi mövqeyi ilə razılaşır.
24. Iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
25. Apellyasiya şikayətinin ümumiləşdirilmiş dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi iddianı mümkünsüz saymazdan əvvəl tələb olunan çatışmazlıqların aradan qaldırılması üçün ona real prosessual imkan yaratmalı idi. Məhkəmə cavabdehdən mübahisəyə aid sənədləri tələb etməklə faktiki olaraq mübahisənin mahiyyətinin araşdırılmasına başlamış, lakin sonradan iddianın subyektiv hüququn olmaması əsası ilə mümkünsüz saymışdır. Iddiaçı bildirir ki, 2019-cu ildən etibarən X9 ilə onun arasında eyni torpaq sahəsi üzrə məhkəmə mübahisələri davam edir və üçüncü şəxsin adına olan torpaq sahəsinin iddia edilən koordinatları onun mülkiyyət hüquqlarına müdaxilə yaratdığından, həmin sənədi mübahisələndirməkdə subyektiv hüququ və hüquqi marağı vardır.
26. Iş materiallarından görünür ki, iddiaçı İddiaçı aşağıdakı torpaq sahələri məxsusdur: JN-***F saylı şəhadətnamədə göstərilən 0,27 ha həyətyanı torpaq sahəsi, AA ****** saylı plan-ölçü sənədində göstərilən 0,4138 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, AA ****** saylı plan-ölçü sənədində göstərilən 0,3104 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və AA ****** saylı plan-ölçü sənədində göstərilən 0,1034 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi.
27. Üçüncü şəxs X9 adına isə ## ###### 2009-cu il tarixli, ************ reyestr nömrəli çıxarışla 0,3104 ha torpaq sahəsi dövlət qeydiyyatına alınmış, həmin torpaq sahəsinə dair AA ****** saylı plan-ölçü sənədi tərtib edilmişdir. Həmin çıxarışın verilməsinə əsas kimi JN-*** saylı Dövlət Aktı göstərilmişdir.
28. Məhkəmə kollegiyası tərəfindən alınmış mütəxəssis rəyi və ona əlavə edilmiş yerquruluşu planları ilə müəyyən edilir ki, X9 adına verilmiş ************ reyestr nömrəli çıxarışa aid AA ****** saylı plan-ölçü sənədində göstərilən torpaq sahəsinin yerləşmə vəziyyəti həmin çıxarışın verilməsinə əsas olmuş JN-*** saylı Dövlət Aktının DWJ-dəki yerləşmə vəziyyətinə uyğundur və iddiaçıya məxsus JN-***F saylı şəhadətnamədə göstərilən 0,27 ha həyətyanı torpaq sahəsi ilə AA ****** saylı plan-ölçü sənədində göstərilən 0,4138 ha torpaq sahəsinin arasında yerləşir. 29.Mütəxəssis rəyi və yerquruluşu planlarından həmçinin görünür ki, X9 adına verilmiş ************ reyestr nömrəli çıxarışa aid AA ****** saylı plan-ölçü sənədində göstərilən torpaq sahəsinin TEKUIS-dəki yerləşmə vəziyyəti ilə DWJ -dəki yerləşmə vəziyyəti arasında uyğunsuzluq mövcuddur. Belə ki, TEKUIS-də həmin ərazi iddiaçı İddiaçı aid AA ****** saylı plan-ölçü sənədinin verilməsinə əsas olmuş JN-599Z planşeti ilə üst-üstə düşür.
30. Mübahisənin faktiki mahiyyəti də onunla bağlıdır ki, üçüncü şəxsin adına verilmiş çıxarış DWJ üzrə ilkin sənədə uyğun olsa da, TEKUIS-də həmin sahə iddiaçının adına işlənmiş torpaq sahəsi ilə üst-üstə düşür.
31. Odur ki, iddiaçı, üçüncü şəxsin adına tərtib edilmiş sənədləri özünə məxsus torpaq sahəsi ilə üst-üstə düşən hissədə mübahisələndirə bilər. Lakin hazırkı işdə iddiaçı həmin hüquqi marağa uyğun tələb irəli sürməmişdir. O, üçüncü şəxsin adına aparılmış qeydiyyatın və ya ona aid plan-ölçü sənədinin öz torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğvini və ya dəyişdirilməsini tələb etməmiş, iddia tələbi - X9 adına verilmiş AA ****** saylı plan-ölçü sənədində göstərilən koordinatların JN-*** saylı Dövlət Aktındakı koordinatlara uyğun dəyişdirilməsi şəklində irəli sürülmüşdür.
32. Halbuki yuxarıda qeyd edildiyi kimi mütəxəssis rəyi ilə mübahisələndirilən çıxarış və plan-ölçü sənədinin DWJ məlumatları əsas götürüldükdə JN-*** saylı Dövlət Aktının yerləşmə vəziyyətinə uyğun olması müəyyən edilir. Iddiaçının nail olmaq istədiyi hüquqi nəticə əslində çıxarışın JN-*** saylı Dövlət Aktına uyğunlaşdırılması deyil, TEKUIS-də onun adına işlənmiş torpaq sahəsi ilə üçüncü şəxsin adına aparılmış qeydiyyat arasında yaranmış üst-üstə düşmənin aradan qaldırılmasıdır.
33. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin yardım etmə vəzifəsi iddianın mümkünlüyünə mane olan halların aşkar edildiyi hallarda həmin halların iddiaçının diqqətinə çatdırılmasını, onunla müzakirə edilməsini, zərurət olduqda müvafiq hüquqi izahların verilməsini və bu nöqsanların aradan qaldırılması üçün iddiaçıya ağlabatan imkan yaradılmasını ehtiva edir.
34. Məhkəmənin yardım etmə vəzifəsi hər bir konkret işin hallarından asılı olaraq müxtəlif formada həyata keçirilə bilər. Məhkəmə bu vəzifəni bilavasitə məhkəmə iclasında tərəflərlə müzakirə aparmaqla yerinə yetirə bildiyi kimi, məhkəmə iclası keçirmədən yazışmalar vasitəsilə də həyata keçirə bilər. Yardım etmənin hansı formada aparılması işin xarakterindən, aşkar edilmiş nöqsanın mahiyyətindən və həmin nöqsanın aradan qaldırılmasının mümkünlüyündən asılıdır.
35. Hazırkı işdə birinci instansiya məhkəməsi yardım etmə vəzifəsini bilavasitə məhkəmə iclasında həyata keçirmiş, iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsini iddiaçının diqqətinə çatdırmışdır. Bununla belə, iddianın mümkünsüzlüyünə səbəb olan hal yalnız tələbin məhkəmədə qeyri-dəqiq ifadə edilməsi ilə məhdudlaşmır. Iş materialları ilə müəyyən olunur ki, iddiaçının cavabdeh inzibati orqana ilkin müraciəti də onun hüquqi marağına uyğun olmamışdır. Buna görə də, hazırkı işdə yardım etmə vəzifəsi çərçivəsində həmin nöqsanın məhkəmə icraatı daxilində aradan qaldırılması, iddia tələbinin dəqiqləşdirilməsi yolu ilə ona mahiyyəti üzrə baxılması mümkün olmamışdır.
36. Nəzərə alınmalıdır ki, məhkəmədə irəli sürülən tələbin dəqiqləşdirilməsi üçün iddiaçının əvvəlcə cavabdeh inzibati orqana öz hüquqi marağına uyğun yeni məzmunda müraciət etməsi tələb olunurdu. Iddiaçı, işə artıq məhkəmədə baxıldığı mərhələdə yenidən inzibati orqana müraciət etmək və həmin müraciət üzrə imtina cavabı almaq üçün ona əlavə vaxt verilməsini tələb edə bilməz.
37. Belə ki, inzibati məhkəmə icraatında ilkin müraciət formal imtina məktubunun alınması vasitəsi deyil. Onun mahiyyəti inzibati orqanın şəxsin hüquqi marağına uyğun müraciəti üzrə inzibati araşdırma aparması, həmin müraciətin hüquqi və faktiki əsaslarını qiymətləndirməsi və yalnız bundan sonra yaranan inzibati mübahisənin məhkəmə nəzarəti qaydasında yoxlanılmasıdır.
38. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı, başqa şəxsə məxsus plan-ölçü sənədinin həmin şəxsin ilkin hüquqmüəyyənedici sənədinə uyğunlaşdırılmasını tələb etmək üçün subyektiv hüquqa malik deyildir. Onun hüquqi marağı yalnız öz torpaq sahəsi ilə üst-üstə düşən hissədə həmin qeydiyyatın hüquqi nəticələrinin aradan qaldırılması ola bilər.
39. Odur ki, iddiaçı TEKUIS-də öz adına işlənmiş torpaq sahəsi ilə X9 adına aparılmış qeydiyyatın üst-üstə düşdüyünü hesab edirsə, həmin üst-üstə düşən hissədə JN-*** saylı Dövlət Aktının və ************ reyestr nömrəli çıxarışın hüquqi nəticələrinin aradan qaldırılması barədə cavabdeh inzibati orqana müraciət etməli, müraciəti təmin edilmədikdə (və ya cavabsız saxlandıqda) isə analoji iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir.
40. Cavabdeh orqandan sənədlərin tələb edilməsi və mütəxəssis rəyinin alınması isə işin mahiyyəti üzrə araşdırılması və iddianın mümkün sayılması kimi qiymətləndirilə bilməz. Həmin araşdırma mübahisənin faktiki mahiyyətini aydınlaşdırılması və iddiaçının hüquqi marağına uyğun müdafiə vasitəsinin müəyyənləşdirilməsi məqsədi daşımışdır.
41. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya hüquqi yardımın göstərilibgöstərilməməsindən asılı olmayaraq, iş üzrə yuxarıda sadalanan hallar nəzərə alındıqda, irəli sürülən iddia tələbi hər bir halda mümkünlük şərtlərinə cavab vermədiyindən, apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas deyildir. Odur ki, şikayət təmin edilməməli birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şəki Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.