Məhkəmə qərarları › İş №2-1(107)-496/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-496/2025

09.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(107)-496/2025 09.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Həsənov Tural Həsən oğlundan ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, iddiaçı X1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “II dərəcəli əlillik barədə qərarın dəyişdirilərək, orqanizmin funksiyalarının 81–100% pozulmasına uyğun İ dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Inzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: işin halları:

1. Musayev Tahir Rövşən oğluna ##.##.2020-ci il tarixdə F71.1 XBT kodu ilə orta dərəcəli əqli gerilik diaqnozuna əsasən 3 il müddətinə sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmişdir.

2. ##.##.2024-cü il tarixdə Şəki rayon Psixiatriya Xəstəxanası tərəfindən Tahir Musayev barəsində tibbi göndəriş tərtib edilərək cavabdeh orqana göndərilmişdir. Tibbi göndərişdə əsas diaqnoz: F71.1 Orta dərəcəli əqli gerilik. Qulluq və müalicə tələb edən davranış pozuntusu, yanaşı xəstəlik: F80.0 Nitq artikulyasiyasının spesifik pozuntusu qeyd edilmişdir.

3. Cavabdeh orqan tərəfindən “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.2.2-ci bəndinə uyğun olaraq Musayev Tahir Rövşən oğluna ##.##.2024-cü il tarixdə ümumi xəstəlik səbəbindən müddətsiz OFP-nin 80 faiz pozulması müəyyən edilmişdir.

birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:

4. Iddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdehin Musayev Tahir Rövşən oğluna təyin etdiyi ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 80% pozulmasına dair 2-ci dərəcəli əlilliyin təyin edilməsinə dair qəbul edilən qərarın dəyişdirilməsi və Musayev Tahir Rövşən oğluna orqanizmin funksiyalarının 81-100 % pozulmasına dair birinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Iddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - iddiaçının övladı Musayev Tahir Rövşən oğlu ##.##.2012-ci il tarixdə anadan olmuşdur. Övladı anadangəlmə əqli cəhətdən qüsurludur, anadan olduqdan bir müddət sonra həkim müayinələrindən sonra müəyyən olundu ki, övladı əqli cəhətdən qüsurludur. Övladına xəstəliyi ilə əlaqədar sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması üçün cavabdeh orqana müraciət etsə də, müəyyən səbəblərdən imtina cavabı verilmişdir. Bunun üçün 2021-ci il tarixdə Bakı inzibati Məhkəməsinə cavabdeh orqana qarşı övladına sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsinə dair iddia ərizəsi ilə müraciət etmiş, Məhkəmə tərəfindən ##.##.2021-ci il tarixdə inzibati iş üzrə qərardad qəbul edilmiş həyat yoldaşı Nümayəndə müraciətinə 2 ay müddətində yenidən baxaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdeh orqanın üzərinə həvalə edilmişdir. Övladı ##.##.2022-ci il tarixdə əyani müayinə olunmuş və cavabdeh orqan tərəfindən övladına ##.##.2020-ci il tarixdən 3 il müddətinə sağlamlıq imkanları məhdud uşaq hesab edilməsi barədə qərar qəbul edilmişdir. ##.##.2023-cü il tarixdə qərarın müddəti bitdiyindən yenidən xəstəliyi ilə bağlı sənədlər sistemə daxil edilmiş, lakin imtina gəlmişdir. Bunun üçün ##.##.2024-cü il tarixdə DTSERA-ya əyani müayinəyə getmişlər. Əyani müayinə zamanı bildirilmişdir ki, yekun qərar barədə məlumat veriləcəkdir. Övladının əlilliyi ilə bağlı pensiya kəsildikdən sonra ilk dəfə olaraq 2024-cü il aprel ayında pensiya almışdır. Pensiyanı alan zaman DSMF-nun Zaqatala rayon şöbəsinə yaxınlaşaraq pensiyanın hansı səbəbə əsasən az verildiyinə dair məlumat öyrənərkən övladına ikinci dərəcəli əlillik təyin olunduğunu öyrənmişdir. ##.##.2024-cü il tarixdə övladına əmək funksiyalarının 80 faiz pozulması faizi ilə müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. Övladına “Orta dərəcəli əqli gerilik. Qulluq və müalicə tələb edən davranış pozuntusu. Nitq artikulyasiyasının spesifik pozuntusu” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin Bakı şəhər Baş Səhiyyə idarəsinin ##.##.2018-ci il traixli diaqnozuna əsasən övladı Musayev Tahir Rövşən oğluna orta kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu F 71.1, Nitq Inkişafın spesifik pozuntusu 1 80.0 diaqnozu verilmişdir. Övladı heç nəyi dərk etmir. Nə özünü, nə dəki fikrini ifadə edə bilmir. Bütün məişət problemləri onun və həyat yoldaşı tərəfindən həyata keçirilir. Övladına əmək funksiyalarının 81-100 faiz pozulması faizi ilə müddətsiz birinci dərəcəli əlillik təyin olunmalı idi. Lakin övladına əmək funksiyalarının 80 faiz pozulması faizi ilə müddətsiz ikinci dərəcəli əlillik təyin olunmuşdur. Buna görə də, hazırkı tələblə məhkəməyə müraciət etməli olmuşdur.

6. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazda bildirmişdir ki, iddiaçının övladı Musayev Tahir Rövşən oğlunun əlillik vəziyyətinə Şəki Rayon Psixiatriya Xəstəxanasında ##.##.2024-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; Diaqnozun mətni: Orta dərəcəli əqli gerilik. Qulluq və müalicə tələb edən davranış pozuntusu. Nitq artikulyasiyasının spesifik pozuntusu.,.; Meyar: 7.Psixi və davranış pozuntuları=>Əqli gerilik=>Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. =>orta dərəcəli əqli gerilik IQ 35-49: adi şərtlərlə təhsil ala və ya işləyə bilməməsi, ətrafdakılarla adaptasiya və qarşılıqlı əlaqə zamanı nəzərəçarpacaq çətinliklər yaşanması, əksər tələbatların ödənilməsi üçün kənar şəxslərin köməyinə ehtiyacın olması=> . olaraq OFP: 80% olmaqla müddətsiz əlillik təyin edilmişdir. Zaqatala rayon sakini Musayev Tahir Rövşən oğlu DTSERA-da əyani müayinədə olmuş, tibbi-sosial ekspertiza müayinəsindən keçirilmişdir. Müəyyən olunmuşdur ki, Zaqatala ray, Əliabad kəndində qeydiyyatda olan qəyyum İddiaçı müraciəti əsasında Musayev Tahir Rövşən oğlunun (FIN-66U14TK) əlillik vəziyyəti Səhiyyə müəssisəsinin H********MMV nömrəli göndərişi əsasında ##.##.2024-cü il tarixdə qiymətləndirilmiş və “xxxx" səbəbindən tibb müəssisəsinə geri göndərilmişdir. Ətraflı səbəb: "Xəstənin pulsuz dərman alınması səhiyyə nazirliyinin reysterində göstərilmir dəqiqləşdirilsin.” Həmin qərardan narazı qalan vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, səhiyyə müəssisəsinin H********MMV nömrəli göndərişində qeyd edilmiş məlumatlar əsasında “xxxx” səbəbindən əsaslı olaraq tibb müəssisəsinə geri göndərilmişdir. Lakin əyani müayinədə xəstənin obyektiv vəziyyəti və təqdim edilmiş tibbi sənədlər (epikriz, tibbi müayinələrin nəticələri) təkrar qiymətləndirmə zərurəti yaradır. Aparılan əyani müayinə zamanı Musayev Tahir Rövşən oğlunun hal-hazırki vəziyyəti ilə tibbi sənədlərində qeyd edilmiş “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Orta dərəcəli əqli gerilik qulluq və müalicə tələb edən davranış pozuntusu. Nitq artikulyasiyasının spesifik pozuntusu.” diaqnozun uyğunluq təşkil etməsi və əlillik təyinatına əsas verməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 7.2.2 bəndinə əsasən orqanizmin funksiyalarının 80% pozulmasına görə müddətsiz əlillik təyinatı aparılmışdır. Nəzərinizə çatdırırıq ki, hazırki iddia mübahisələndirmə qaydasında verilmişdir. Mübahisələndirmə qaydasında iddialar inzibati aktın ləğvi ilə əlaqədar olduğu üçün həmin növ iddialar iddiaçı tərəfindən əsaslandırılmalıdır ki, həqiqətən də müvafiq inzibati aktın qəbul edilməsi onun hüquqlarını pozur. Lakin iddia ərizəsində və ona əlavə edilmiş sənədlərdə onun iddiasını əsaslandıracaq hər hansı hüquqi əsas aşkarlanmamışdır.

7. Şəki Inzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakim Fəxri Hacızadə) iddia tələbi təmin edilmiş, Musayev Tahir Rövşən oğluna təyin edilmiş orqanizmin funksiyalarının pozulmasının 80% dərəcəsinin müəyyən ediləməsinə dair qərarının dəyişdirilməsi və ona OFP-nin 85-90% pozulmasına dair İ dərəcəli əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-nin üzərinə qoyulmuşdur.

8. Birinci instansiya məhkəməsi gəldiyi qənaəti aşağıdakı kimi əsaslandırmışdır: Məhkəmənin ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Təqdim edilmiş rəyə əsasən müəyyən edilmişdir: 2012-ci il təvəllüdlü Musayev Tahir Rövşən oğlunun adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: Vətəndaş T.Nümayəndə ##.##.2024-cü il tarixdə “Psixi sağlamlıq mərkəzi” phş-də mütəxəssislər tərəfindən müayinə olunmuş və ona “Orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu-F71.1, nitq artikulyasiyasının spesifik pozuntusu-F80.0, IQ 41” diaqnozu təyin edilmişdir. Diaqnoz nəzərə alınmaqla əyani müayinədə aşkar edilmiş ağırlaşmalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli, *** saylı qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nin təyinində olan meyarlara görə İ qrup əlilliyə uyğun gəldiyindən müvafiq tibb müəsissəsində yeni Forma 088 rəsmiləşdirilməlidir. Işin hallarından müəyyən edilir ki, iddiaçının övladına ##.##.2024-cü il qiymətləndirmə tarixli forma 88 göndərişi əsasında ##.##.2023-cü il tarixindən müddətsiz orqanizmin funksiyasının pozulması faizi 80% dərəcəsi müəyyən edilməklə əlillik təyin edilmişdir. Qiymətləndirmə nəticəsində “F71.1, Orta dərəcəli əqli gerilik, nitq artikulyasiyasının spesifik pozuntusu-F80.0, IQ 41” diaqnozu qoyulmuşdur. Məhkəmə Musayev Tahir Rövşən oğluna qoyulmuş diaqnoz və təyin edilmiş əlilik dərəcəsinə əsasən aşağıdakıları qeyd edir. Qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın Əqli gerilik F70-F73 diaqnozu təsbit edilmişdir. Həmin Diaqnozun qiymətləndirici əlaməti kimi 7.2.3-cü bəndində “ağır dərəcəli əqli gerilik IQ 20-34: özünəxidmət, verbal əlaqə, sadə gündəlik vəzifələri yerinə yetirə bilməməsi və daimi qayğıya ehtiyacın olması”, göstərilmişdir.Həmin diaqnoza əsasən xəstəyə OFP-nın 85-90 müddətsiz dərəcəsi və müddətsiz əliliyin müəyyən edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi T.Nümayəndə barəsində tibb müəssisəsindən göndərilmiş Forma 88 göndərişində qeyd edilmiş diaqnoz və onun sağlamlıq vəziyyəti şəxs barəsində yuxarıda qeyd olunan İ dərəcə əliliyin müəyyən edilməsinə əsas verdiyi halda, inzibati orqan tərəfindən orqanizmin funksiyasının pozulması 80% faiz dərəcəsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 1.10-cu bəndinə əsasən orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. Hazırkı iş üzrə iddiaçının sağlamlıq vəziyyətinin aid olduğu OFP-nın məhdudlaşması halı istinad olunan “Meyar”lara əlavənin 7.2.3-cü bəndində nəzərdə tutulmaqla konkret faiz dərəcəsi müəyyən edilməmiş, 85-90% aralığında təsbit edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının OFP-nin 85-90% aralığında konkret olaraq hansı faiz dərəcəsinə aid olmasının müəyyən edilməsi inzibati orqanın qiymətləndirmə azadlığına aiddir. Buna görə də, məhkəmə, iddiaçının övladının OFP-nin l dərəcə məhdudlaşması halının müəyyən edilməsi(yəni əvvəlki qərarı dəyişərkən müəyyən etməli) öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə hüquqi məsələlənin həll edilməsini məqbul hesab edir.

9. Cavabdeh orqan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh orqan apellyasiya şikayətində maddi hüquq normalarını sadalamış və qeyd etmişdir ki, iddiaçının övladı barəsində rəsmiləşdirilmiş ən son ##.##.2024-cü il tarixli forma N°88 göndərişində ona “F71.1 XBT kodlu Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. , Orta dərəcəli əqli gerilik qulluq və müalicə tələb edən davranış pozuntusu IQ 41” diaqnozu qoyulmuşdur. Orta dərəcəli əqli gerililik diaqnozu isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarr’nın 7.2.3-cü bəndinə deyil, 7.2.2ci bəndinə uyğun gəlir. Belə ki, Şəki Inzibati Məhkəməsinin Qərarda qeyd etdiyi 7.2.3 bəndi orta dərəcəli əqli geriliyə yox, ağır dərəcəli əqli geriliyə şamil edilir. Bundan əlavə olaraq, müvafiq göndərişdə vətəndaşın IQ əmsalı 41 olaraq göstərilmişdir. Sözügedən diaqnozun qiymətləndirilməsinin 7.2.2-ci bəndi 35-49 IQ intervalında olan şəxslərə, 7.2.3-cü bənd isə 20-34 IQ intervalında olan şəxslərə şamil edilir. Yuxarıda qeyd olunan faktlardan məlum olur ki, Şəki Inzibati Məhkəməsi qiymətləndirmənin 7.2.3-cü bəndini iddiaçının maraqlarına uyğunlaşdıraraq seçmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarrnın F71.1 diaqnozunun qiymətləndirilməsinin 7.2.2-ci bəndinə müvafiq gələn OFP yekun faizi isə 65-80% aralığında olmalıdır. Agentlik isə həmin qiymətlndirməyə uyğun olaraq ən yüksək faiz olan 80% ilə müddətsiz əlillik təyin etmişdir. Göründüyü kimi Agentlik vətəndaş barəsində qəbul edilmiş qərarda heç bir nöqsana yol verməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

tərəflərin izahatları

12. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi göndərişdə diaqnozun orta müəyyən edilməsi ilə bağlı tibb müəssisəsinə etirazlarını və T.Nümayəndə sağlamlıq vəziyyətinin daha ağır olduğunu bildirdiklərini, buna baxmayaraq onların etirazları nəzərə alınmadığını bildirmişdir. Eyni zamanda qeyd etmişdir ki, birinci instansiya məhkəməsində təyin edilmiş ekspertiza zamanı, ona oğlunun vəziyyətinin göndərişdə yanlış göstərildiyi bildirilmişdir. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir.

tətbiq edilən hüquq

13. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 1.0.2 Əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq. Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları; 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.[6] 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 2.6-1. Şəxsin əlilliyinin müəyyən edilməsi və əlilliyin müəyyən olunmasından imtina edilməsi barədə qərarlarda göstərilən məlumatlar X2 Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu qərarlarda göstərilən məlumatların X2 Sistemi üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulur. HYPERLINK "https://eqanun.az/framework/44232" \l "_edn7" \o "" [7] 2.7. TSEK-in üzvləri arasında fikir ayrılığı olduğu halda və konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları Agentlik tərəfindən rəy verilməsini zəruri edən səbəbləri qeyd etməklə altsistem vasitəsilə Agentliyə ötürür. Bu Qaydanın 2.4-cü bəndində göstərilən müddət nəzərə alınmaqla, Agentliyin 3 (üç) iş günü müddətində verdiyi rəy əsasında TSEK 2 (iki) iş günü müddətində qərar qəbul edir. 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEKlərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”:

7. Psixi və davranış pozuntuları

Əqli gerilik F70- 7.2. F73 orta dərəcəli əqli gerilik IQ 35-49: adi şərtlərlə təhsil ala və ya işləyə bilməməsi, ətrafdakılarla adaptasiya müddətsiz və qarşılıqlı əlaqə zamanı 7.2.2. 65-80 nəzərəçarpacaq çətinliklər yaşanması, əksər tələbatların ödənilməsi üçün kənar şəxslərin köməyinə ehtiyacın olması

Qeydlər. Əqli gerilik zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: - anadangəlmə və ya erkən neyronal inkişafla əlaqəli olub əqli geriliyə səbəb olan (genetik xəstəliklər, hamiləlik və doğuş zamanı patologiyalar, infeksiyalar, intoksikasiyalar, prenatal və ya postnatal dövrdə beynin digər zədələnmələri, həmçinin digər səbəblər); - IQ qiymətləndirilməsi əsasında müəyyən edilən intellektual funksiyaların pozulması dərəcəsi; - əsas həyat fəaliyyəti sahələrində adaptasiya səviyyəsi. Yanaşı davranış pozuntularının olması və təzahür dərəcəsi (məsələn, hiperaktivlik, impulsivlik, aqressiya).

16. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

17. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.

18. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Cavabdeh orqan onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

21. IPM-in 12.1, 12.2, 58.7, 82-ci maddələrində təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.

22. Işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının hüquqi marağı cavabdehin Musayev Tahir Rövşən oğlu barəsində OFP-nin 80% müəyyən edilməsi barədə qərarının dəyişdirilərək, OFP-nin 81–100% müəyyən edilməsinə nail olmaqdan ibarətdir.

23. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” PHŞ-nin ekspert rəyinə istinad etmişdir. Lakin, iş materiallarından görünür ki, Tahir Musayevə F71 XBT kodu üzrə əqli gerilik diaqnozu qoyulmuşdur. Bu diaqnoz psixiatrik xarakter daşıdığından, onun qiymətləndirilməsi məhkəmə-psixiatrik ekspertizası çərçivəsində həyata keçirilməli idi. Odur ki, həmin ekspert qurumu psixiatrik diaqnoza münasibətdə rəy verməkdə səlahiyyətli olmamışdır.

24. Digər tərəfdən, sözügedən ekspert rəyindən görünür ki, tədqiqat tibbi göndərişin verildiyi tarixə deyil, iddiaçının hazırkı vəziyyətinə münasibətdə aparılmışdır. Belə ki, əyani müayinə zamanı aşkar edilmiş ağırlaşmaların İ qrup əlillik meyarlarına uyğun gəlməsi göstərilmiş və bu səbəbdən müvafiq tibb müəssisəsi tərəfindən yeni Forma 088in rəsmiləşdirilməsinin zəruriliyi vurğulanmışdır.

25. Məhkəmə kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, Ekspertizanın aparılması “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsi”-nin ekspertlərinə həvalə edilmişdir.

26. Sözügedən qurum tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli, **** saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyində Musayev Tahir Rövşən oğlunda “orta dərəcə əqli gerilik davranış pozuntuları ilə” (F71.1) aşkar olunması qeyd edilmişdir.

27. Məhkəmə kollegiyası ambulator məhkəmə psixiatrik ekspertizasının rəyini iş üzrə toplanmış digər sübutlarla birgə tədqiq edərək mötəbər sübut olaraq qəbul edir.

28. Belə ki, iş materiallarında olan Zaqatala Rayon Mərkəzi Xəstəxanasının ##.##.2020-ci il tarixli və Şəki Rayonlararası Psixiatriya Xəstəxanasının ##.##.2024-cü il tarixli rəylərindən görünür ki, T.Nümayəndə əsas diaqnoz “F71.1 Orta dərəcəli əqli gerilik, Davranışa nəzarət, özünəxidmət etmənin kəskin məhdudluğu” müəyyən edilmişdir.

29. Eyni zamanda iş materiallarında olan uşağın sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi ilə bağlı ilkin sənədlərdə, ixtisaslaşmış tibb müəssissələri (Psixi Sağlamlıq Mərkəzi (##.##.2018, ##.##.2024), Şəki rayon Psixiatriya Xəstəxanası (##.##.2020)) tərəfindən verilmiş tibbi rəylərdə Tahir Musayevə “orta dərəcə əqli gerilik davranış pozuntuları ilə” (F71.1, IQ41) diaqnozu qoyulmuşdur.

30. Iş materiallarından müəyyən olunur ki, Tahir Musayev barəsində sonuncu tibbi göndəriş - ##.##.2024-cü il tarixdə F71.1 XBT koduna istinadla, orta dərəcəli əqli gerilik diaqnozu ilə verilmiş, Psixi Sağlamlıq Mərkəzinin ##.##.2024-cü il tarixli rəyində də eyni XBT kodu üzrə orta dərəcəli əqli gerilik diaqnozu təsdiq edilmişdir. Bu isə onu göstərir ki, göndərişin tərtib edildiyi tarixdə Musayev Tahir Rövşən oğlunda məhz orta dərəcəli əqli gerilik müəyyən edilmişdir.

31. Nəzərə alınmalıdır ki, iddiaçı tibbi göndərişin məzmunu ilə razılaşmış, həmin göndərişi mübahisələndirməmişdir. Iddiaçının orta dərəcəli əqli gerilik diaqnozu əsasında tərtib edilmiş tibbi göndərişi qəbul etdiyi halda, cavabdeh orqandan ağır dərəcəli əqli geriliyə uyğun əlilliyin müəyyən edilməsini gözləməsi anlaşılan deyil.

32. Məhkəmə kollegiyası qeyd edir ki, göndərişdə əksini tapmayan pozuntu, çatışmazlıq və xəstəlik, hətta məhkəmə tərəfindən təyin olunmuş ekspertiza zamanı aşkar edilsə belə, həmin diaqnoz əsasında əlillik müəyyən edilə bilməz. Məhkəmə iddia tələblərini yalnız göndərişdə göstərilən xəstəlik çərçivəsində göndərişin məzmununa bağlı qalmaqla qiymətləndirməlidir.

33. “Orta dərəcəli əqli gerilik (IQ 35–49)” diaqnozu “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.2.2-ci bəndinə əsasən orqanizmin funksiyalarının pozulmasının (OFP) müddətsiz 65–80 faiz aralığında müəyyən edilməsini nəzərdə tutur. Bu baxımdan, cavabdeh orqan tərəfindən OFP-nin yuxarı həddinə uyğun faiz göstəricisi əsas götürülməklə mübahisələndirilən qərarın qəbul edilməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

34. Tibbi göndərişdə yanaşı xəstəlik olan F80 XBT kodunda qeyd edilmiş diaqnoz isə “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə öz əksini tapmadığından sözügedən diaqnoz əsasında tədqiqat aparılmasına lüzum yoxdur.

35. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə iddia təmin edilməməlidir.

36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilir. Şəki Inzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilir. Iş üzrə yeni qərar qəbul edilir. Iddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Musayev Tahir Rövşən oğlu barəsində OFP-nin 80% müəyyən edilməsi barədə qərarın dəyişdirilərək, OFP-nin 81–100% müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilmir. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar