Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-499/2020 20.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi iştirakı ilə, İddiaçı cavabdeh Mingəçevir Bələdiyyəsinə qarşı “2017, 2018 və 2019-cu illər icarə müqaviləsi üzrə Mingəçevir şəhəri, N.Nərimanov küçəsi “Dostluq” parkının cənub hissəsində 200 kv.m torpaq sahəsinin icarə müqaviləsinin müddətinin uzadılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(116)-1301/2020 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş аpellyаsiyаşikаyətinə dair işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Mingəçevir Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, “2017, 2018 və 2019-cu illər icarə müqaviləsi üzrə Mingəçevir şəhəri N.Nərimanov küçəsi "Dostluq" parkının cənub hissəsində 200 kv.m torpaq sahəsinin icarə müqaviləsinin müddətinin uzadılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yaşamaqla həmin ünvanda qeydiyyatdadır. İddiaçı Mingəçevir şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. xx xxxx 2017-ci il tarixdə Mingəçevir Bələdiyyəsi ilə torpaq sahəsinə dair icarə müqaviləsi bağlayaraq Mingəçevir Bələdiyyəsinin ümumi istifadəsində olan şəhərin N.Nərimanov küçəsində yerləşən "Dostluq" parkının cənub hissəsində 200 kv.m torpaq sahəsini icarəyə götürmüşdür. Həmin ərazi əvvəllər xarabalıq və baxımsız ərazi olduğundan şəhər icra hakimiyyəti ilə razılaşaraq həmin ərazidə abadlaşdırma işləri aparmışdır. 20000 manat məbləğində həmin əraziyə ağac və gül kolları əkmişdir. 2017, 2018 və 2019-cu illərdə həmin ərazidə əsaslı abadlaşdırma işləri apararaq həmin ərazidə böyük bir park salmışdır. Həmin ərazidə iddiaçıya məxsus avtoyuma sexi və çayxana fəaliyyət göstərirdi. 2019-cu ilin iyul ayının 1-də Mingəçevir Bələdiyyəsinə müraciət edərək, 2017, 2018 və 2019-cu illərdə bağlanmış torpaq icarə müqaviləsinin müddətinin uzadılması üçün cavabdeh orqana müraciət etmişdir. X1 x xxxxxx 2020-ci il tarixli məktubla iddiaçıya bildirmişdir ki, Mingəçevir şəhərində xx xxxxxx 2020-ci ilədək sərt karantin rejimi tətbiq edilməsi və yay mövsümünün bitməsi ilə əlaqdar onunla müqavilə bağlanması mümkün deyil. İddiaçıya xx xxxxxx 2020-ci il tarixdə yardım məktubu ünvanlanaraq nəzərinə çatdırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 nömrəli qərarının 6.2-ci bəndinə əsasən, torpaqla bağlı müqavilələrdən (alğı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. Həmçinin məktubda qeyd edilmişdir ki, təqdim etdiyi tələbə inzibati məhkəmə icraatı qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxılır. Odur ki, qeyd etdiyi tələblə bağlı aidiyyəti üzrə rayon (şəhər) və ya kommersiya məhkəməsinə müraciət etmək iddiaçıya tövsiyə edilmişdir. Yuxarıda qeyd olunanla bağlı münasibət bildirməsi üçün üçün iddiaçıya 10 gün vaxt verilmişdir. İş materiallarında olan xəbərnamədən göründüyü kimi yardım məktubu xx xxxxxxxx 2020-ci il tarixdə imzalanaraq alınmışdır. Birinci instansiya məhkəməsinin dəftərxanasına xx.xx.2020-ci il tarixdə daxil olmuş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində iddiaçı 2017, 2018 və 2019-cu illər icarə müqaviləsi üzrə Mingəçevir şəhəri N.Nərimanov küçəsi “Dostluq” parkının cənub hissəsində 200 kv.m torpaq sahəsinin icarə müqaviləsinin müddətinin uzadılması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Mingəçevir Bələdiyyəsinin xx.xx.2017-ci il tarixli 07/3 nömrəli qərarından görünür ki, iddiaçıya Mingəçevir Bələdiyyəsinin ümumi istifadədə olan torpağında əhalinin ictimai tələbatının (ictimai-iaşə, əyləncə və s) ödənilməsi məqsədi ilə tikinti aparılmadan, xidmət yerinin seçilməsi, mövsümi xarakter daşıyan obyektin yerləşdirilməsi və quraşdırılmasına razılıq verilmişdir. İş matriallarında olan torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2019-cu il tarixli 67 nömrəli müqavilənin 1-ci bəndinə əsasən iddiaçıya 200 kv.m torpaq sahəsi mövsümi çayxana fəaliyyəti üçün 1 il müddətinə icarəyə verilmişdir. Həmin müqavilənin 2.7-ci bəndinə əsasən müqavilə müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. İş materiallarında olan Mingəçevir Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 1029 nömrəli iddiaçıya ünvanlanmış məktubundan görünür ki, iddiaçının mövsümi xarakter daşıyan ictimai iaşə obyektinin yerləşdirilməsi üçün müqavilə bağlanması ilə bağlı müraciətinə baxılmışdır. Mingəçevir şəhərində xx.xx.2020-ci ilədək sərt karantin rejimi tətbiq edilməsi və yay mövsümünün bitməsi ilə əlaqədar onunla müqavilə bağlanmasından imtina edilmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxxxx 2020-ci il tarixli 2- 1(116)-1301/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Mingəçevir Bələdiyyəsinə qarşı “2017, 2018 və 2019-cuilləricarə müqaviləsi üzrə Mingəçevir şəhəri, N.Nərimanov küçəsi “Dostluq” parkının cənub hissəsində 200 kv.m torpaq sahəsinin icarə müqaviləsinin müddətinin uzadılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(116)-1301/2020 nömrəli qərardadından apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, Şəki İnibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)- 1301/2020 saylı qərardadı qəbul edilərkən maddi hüquq normaları kobud şəkildə pozulduğundan ləğv edilməli və işə mahiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarımalıdır. Belə ki, mübahisədən görünür ki, 2017,2018 və 2019-cu illər icarə müqaviləsi üzrə Mingəçevir şəhəri N.Nərimanov küçəsi "Dostluq" parkının cənub hissəsində 200 m2 torpaq sahəsini icarəyə götürərək, həmin ərazidə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşam. İcarə müqaviləsinin müddəti bitdikdən sonra yenidən Mingəçevir bələdiyyəsinə müraciət edərək, icarə müqaviləsinin müddətinin uzadılmasını xahiş etdim. X1 Azərbaycan Respublikasında koronavirus pandemiyasım əsas gətirərək icarə müqaviləsinin müddətinin uzadılmasından imtina etdi. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qaldım. İş materiallarından görünür ki, mübaisə öhdəliyin icrası barədə iddia növünə aiddir. Lakin işə baxan məhkəmə hazırki mübahisənin rayon, şəhər və kommersiya məhkəmələrinə aid edildiyini əsas gətirərək, iddianı mümkün saymamışdır. Ona görə də Şəki İnibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)-1301/2020 saylı qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etdi. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və cavabdeh Mingəçevir Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Cavabdeh Mingəçevir Bələdiyyəsi məhkəməyə məktub göndərərək birinci instansiya məhkəməsinin qərardadını dəyişdirilmədən saxlanılmasını və məhkəmə iclasına onların iştirakı olmadan baxılmasını xahiş etmişlər Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 80-ci mаddəsinə görə, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 nömrəli qərarının 2-ci bəndinə əsasən, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 nömrəli qərarının 5.2-ci bəndinə əsasən Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alğı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 nömrəli qərarının 6.2-ci bəndinə əsasən eyni zamanda, torpaqla bağlı müqavilələrdən (alğı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının 17-ci bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(116)-1301/2020nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(116)-1301/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-499/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-499/2020
20.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver