Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-499/2025 16.09.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X7 ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Dini X23 Dövlət Komitəsinin nümayəndələri X8 və X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dini X23 Dövlət Komitəsinə qarşı “Risalei-Nur Külliyatına daxil olan, müəllifi X10, 14 adda kitablardan (Sözler, Mektubat, Lemalar, Şualar, Mesnevii-Nuriye, Asayı-Musa, Tarihçeyi-Həyat, İşaratül-İcaz, Sikkeyi- Tasdiqi qaybi, Barla Lahikası, Emirdağ Lahikası, Kastamonu Lahikası, Muhakemat, İman və küfür müvazeneleri.) hər birindən 1 (bir) ədəd olmaqla Türkiyə Respublikasından idxal edilməsinə razılıq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 15 may 2025-ci il tarixli 2-1(116)-2039/2025 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dini X23 Dövlət Komitəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Risalei-Nur Külliyatına daxil olan, müəllifi X10, 14 adda kitablardan (Sözler, Mektubat, Lemalar, Şualar, Mesnevii-Nuriye, Asayı- Musa, Tarihçeyi-Həyat, İşaratül-İcaz, Sikkeyi-Tasdiqi qaybi, Barla Lahikası, Emirdağ Lahikası, Kastamonu Lahikası, Muhakemat, İman və küfür müvazeneleri.) hər birindən 1 (bir) ədəd olmaqla Türkiyə Respublikasından idxal edilməsinə razılıq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası Dini X23 Dövlət Komitəsinə elektron ərizə ilə müraciət edərək “Risalei-Nur Külliyyatına daxil olan, 14 adda olan kitablardan (Sözler, Mektubat, Lemalar, Şüalar, Mesnevii-Nuriye, Asayı- Musa, Tarihçey i-Həyat, İşatül-İcaz, Sikkeyi-Tasdiqi qaybi, Barla Lahikası, Emirdağ Lahikası, Kastamonu Lahikası, Muhakemat, İman və küfür müvazeneleri) hər birindən 1 (bir) ədəd olmaqla şəxsi istifadə üçün Türkiyə Respublikasından idxal olunmasına razılıq verilməsini xahiş etmişdir. Dini Komitənin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli imtina məktubunda ərizəsinə baxılaraq qeyd edilən kitabların ölkəyə idxal edilməsinin məqsədəuyğun hesab edilməməsi bildirilmişdir. Dini Komitənin ona ünvanladığı imtina məktubu ümumi şablon xarakteri daşıyır və konkret olaraq qüvvədə olan qanunvericiliyin hansı tələblərinin pozulmasına görə məqsədəuyğun hesab edilməməsi əsaslandırılmamışdır. Dini Komitə əvvəllər bir neçə dəfə edilən müraciətlərə əsasən həmin kitabların ölkəyə idxal edilməsinə razılıq vermişdir. Məlumat üçün bildirir ki, adı keçən kitablarla bağlı X11 Ekspertizasının və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin verdiyi çoxsaylı Ekspert Rəylərində bu kitabların məzmununda islam dininə aid hər hansı qeyri-ənənəvi məsələlərin əks olunmasına, diniideoloji bölücülüyə yönəlmiş fəaliyyətə dair məlumatlara rast gəlinməmişdir, əksinə bu kitabların müsbət xarakter daşıdığı, mənəvi, əxlaqı, tərbiyəvi mövzulardan bəhs etdiyi, müqəddəs Kitab olan Qurani-Kərimin elmi təfsiri olduğu və bu kitabların məzmununda qüvvədə olan qanunvericiliyin tələblərinin pozulmadığı qeyd edilmişdir. “Risalei-Nur” Külliyyatına daxil olan kitabların şəxsi istifadə üçün Türkiyə Respublikasından ölkəyə idxal edilməsinə razılıq verilməsi barədə bir neçə məhkəmə qərarları da var. (Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərarları). Bildirmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 48-ci və “Dini etiqad azadlığı” haqqında Azərbaycan Respublikası Qanununun 1-ci və 21-ci maddələrinə əsasən hər bir şəxsin vicdan azadlığı hüququ və bu hüquqdan irəli gələn digər hüquqları (elmi-fəlsəfi təfsir kitablarının mütaliəsi və s.) var. Bundan başqa nəzərə çatdırır ki, Azərbaycan Respublikası Dini X23 Dövlət Komitəsi haqqında Əsasnamənin tələblərinə görə Azərbaycan Respublikasının hər bir vətəndaşı vicdan azadlığı haqqında Konstitusion hüququna əsasən dini məzmunlu ədəbiyyatı və bu məzmunda olan elektron daşıyıcıların ölkəyə idxal edilməsinə razılıq verilməsi barədə Dini Komitəyə müraciət etmək hüququ və bu hüquq qanunvericiliyin tələblərinə uyğun olduğu təqdirdə onun təmin edilməsi qeyd edilmişdir. Bildirir ki, “Risalei-Nur Külliyyatına daxil olan 14 adda kitablardan hər birindən 1 (bir) ədəd olmaqla şəxsi istifadə üçün Türkiyə Respublikasından idxal edilməsinə razılıq verilməsi haqqında Dini Komitəyə etdiyi müraciət qanuni və əsaslı olduğuna görə Komitənin ona ünvanladığı imtina məktubu məhkəmə qaydasında ləğv edilməli və həmin kitabların ölkəyə gətirilməsinə razılıq verilməsi öhdəliyinin Komitənin üzərinə qoyulması barədə məhkəmə qərarı qəbul edilməlidir.
3. Cavabdeh orqan iddia ərizəsinə etirazını onunla əsaslandırmışdır ki, İddiaçı “Risaleyi-Nur külliyyatına daxil olan 14 adda kitabın Türkiyə Respublikasından idxal edilməsinə müvafiq razılığın verilməməsinə dair Azərbaycan Respublikasının Dini X23 Dövlət Komitəsinin qərarının ləğv edilməsi barədə Azərbaycan Respublikasının Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi vermişdir, iddiaçının tələbləri qanunvericiliyə zidd və əsassızdır. Azərbaycan Respublikasının Dini X23 Dövlət Komitəsi (bundan sonra - Dövlət Komitəsi) Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2001-ci tarixli 512 nömrəli Fərmanı ilə yaradılmışdır. Dövlət Komitəsi öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və Azərbaycan Respublikası Prezidentinin 20 iyul 2001-ci il tarixli 544 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dini X23 Dövlət Komitəsi haqqında Əsasnamə”ni rəhbər tutur. Azərbaycan Respublikası Dini X23 Dövlət Komitəsi “Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsinin 10-cu abzasına əsasən, dinşünaslıq ekspertizasının aparılmasını təmin edir. Eyni zamanda “Azərbaycan Respublikası Dini X23 Dövlət Komitəsi haqqında Əsasnamə”nin 7.8-ci bəndinə əsasən dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının dinşünaslıq ekspertizasının aparılmasının təmin edilməsi Dövlət Komitəsinin əsas vəzifələrindən biridir. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin 2-ci bəndinə əsasən dini qurumlar, dini qurum olmayan digər hüquqi və fiziki şəxslər müvafiq icra hakimiyyəti orqanının razılığı ilə dini təyinatlı ədəbiyyatı (kağız və elektron daşıyıcılarında), audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal, idxal, ixrac edə, habelə onları nəzarət markası ilə markalandıqdan sonra sərbəst yaya bilərlər. Burada müvafiq icra hakimiyyəti orqanı dedikdə, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 may 2009-cu il tarixli, 97 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikası Dini X23 Dövlət Komitəsi nəzərdə tutulur. İddiaçı da bu hüququndan istifadə edərək, 22 noyabr 2024-cü il tarixli ərizə ilə Dövlət Komitəsinə müraciət etmişdir. Ərizəsində Risaleyi-nur külliyyatına daxil olan X12 “Şüalar”, “Mesnevi Nuriye”, “Emirdağ Lahikası”, “Tarihçeyi-Hayat”, “Sikkeyi tasdiki ğaybi”, “Sözler”, “Mektubat”, “Lemalar", “Asayi Musa”, “İman ve küfür muvazeneleri”, “İşarat-ül icaz”, “Barla Lahikası”, “Kastamonu lahikası” və “Muhakemat” adlı kitabların Türkiyə Cümhuriyyətindən idxalına razılıq verilməsini istəmişdir. Müraciət Dövlət Komitəsinə daxil olduqdan sonra araşdırılmışdır. “Risaleyi-nur” külliyyatına daxil olan dini ədəbiyyatların idxalının məqsədəuyğun olmadığı barədə qərar qəbul edilmiş və bununla bağlı Dövlət Komitəsinin 22 noyabr 2024-cü il tarixli, 3-32/2-K-1120-42-449/2024 nömrəli məktubu (məktubun sürəti əlavə olunur) İddiaçı göndərilmişdir. Bildirilmişdir ki, “Risaleyi-nur” külliyyatına daxil olan və bənzəri dini ədəbiyyatların idxalına, yayılmasına və nəşrinə 2009-cu ilə qədər hər hansı bir məhdudiyyət tətbiq edilməmişdir. Lakin “Risaleyi-Nur” külliyyatına daxil olan və bənzəri dini ədəbiyyatlarda dini ekstremizmi təbliğ edən məlumatlara rast gəlinməsə də, sonrakı illərdə ölkədəki mövcud dini durum və qanunvericilikdə edilmiş dəyişikliklər nəzərə alınaraq, əsasən təriqətçiliyin (camaatlığın) yayılmasında istifadə edildiyindən 2009-cu ildən bu kitabların ölkəyə idxalı, yayılması və nəşri ekspertlər tərəfindən məqsədəuyğun hesab olunmamışdır. Eyni zamanda sonrakı illərdə bir neçə şəxsə fərdi istifadə üçün hər birindən bir nüsxə olmaqla “Risaleyi-nur” külliyyatının ölkəyə idxalına razılıq verilsə də, son aylarda ölkədəki mövcud dini durum və dini ədəbiyyatın bu mühitə təsiri məsələləri araşdırılaraq hərtərəfli təhlil edilmişdir. Məlum olmuşdur ki, qeyri-ənənəvi hesab edilən müxtəlif dini qruplar ölkəyə gətirdikləri dini ədəbiyyatlardan geniş istifadə etməklə dini mühiti mürəkkəbləşdirməyə, ənənəvi dini dəyərlərə qarşı dözümsüzlük təbliğ etməyə, eləcə də dini-ideoloji bölücülüyə yönəlmiş fəaliyyətə cəhd edir. Müəyyən edilmişdir ki, Dini X23 Dövlət Komitəsi “Risaleyi-nur” külliyyatına daxil olan ədəbiyyatların kütləvi şəkildə ölkəyə idxalına razılıq verməsə də, bu ədəbiyyatlardan qanunsuz yollarla əldə edilmiş, nur camaatına mənsub olanlar tərəfindən keçirilən toplantılarda yayılmasına çalışılmışdır. Bunu müxtəlif vaxtlarda araşdırma üçün hüquq-mühafizə orqanlarından daxil olan “Risaleyi-nur” külliyyatına aid kitabların nəşr tarixləri də sübut edir. Yuxarıda qeyd olunanlar, o cümlədən cəmiyyətdə dini-ideoloji bölücülüyə rəvac verməsi nəzərə alınaraq, “Risaleyi-nur" külliyyatına daxil olan dini ədəbiyyatların şəxsi istifadə məqsədilə olsa da, nəşri, idxalı, satışı və yayılması məqsədəuyğun sayılmır. Əlavə olaraq qeyd edilməlidir ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin 3cü bəndinə əsasən nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının satışı yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılmış ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə həyata keçirilir. Müəyyən edilmişdir ki, dini ədəbiyyatları satmaq məqsədi ilə İddiaçı və ya onunla eyni dini dünyagörüşə mənsub nur camaatından hər hansı şəxsə ölkə ərazisində fəaliyyət göstərməsi üçün ixtisaslaşdırılmış satış məntəqəsinin yaradılmasına razılıq verilməmişdir. - Bununla yanaşı, iddia ərizəsində “Risaleyi-nur” külliyyatına daxil olan dini ədəbiyyatlarda qanunvericiliyə zidd fikirlərin olmaması ilə bağlı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri tərəfindən verilmiş rəylərə istinad edilməsi də aidiyyəti üzrə deyildir. Qeyd edilməlidir ki, Ekspertiza şöbəsində ekspertizası keçirilən dini məzmunlu bütün materiallarla bağlı müraciətlər müxtəlif istiqamətlərdən daxil olur. Bunlar hüquqi və fiziki şəxslərin xaricdən səxsi istifadə, satış və yayılması məqsədilə dini məzmunlu materialların idxalına müvafiq razılığı verilməsi ilə bağlı müraciətlər, ölkə nəşriyyat və mətbəələrinin sifariş əsasında nəşr etmək istədikləri dini ədəbiyyatlar, hüquq mühafizə orqanlarından daxil olan müraciətlər və nadir hallarda olsa belə dini ədəbiyyatların ixracı ilə bağlı olan müraciətlərdir. Hüquq mühafizə orqanlarından daxil olan müraciətlər də bir neçə qismə bölünür. Bunlar ibtidai istintaq və araşdırmalar zamanı hər hansı ünvandan götürülmüş dini ədəbiyyatın məzmununun və müvafiq razılığının olubolmaması ilə bağlı olan müraciətlər (bu məzmunda olan müraciətlərə dini ədəbiyyatla bağlı arayış verilir) və istintaqı aparılan cinayət işləri üzrə qəbul edilmiş qərarlar əsasında Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi vasitəsilə daxil olan müraciətlərdir. Bu səpkili müraciətlərdəki qərarlarda ekspert qarşısında qanunvericiliyin konkret müddəalarının pozulub-pozulmaması ilə bağlı qoyulmuş suallar cavablandırılır və daha ətraflı tədqiqat aparılır. Məhz belə müraciətlər nəticəsində “Risaleyi-nur” külliyyatına daxil olan dini ədəbiyyatların qanunsuz olaraq ölkəyə idxal edildiyi və nur camaatı mənsubları arasında yayıldığı müəyyən edilmişdir. Yəni “Risaleyi-nur” külliyyatına daxil olan dini ədəbiyyatların məzmununda dini nifrət və düşmənçilik yaradan, dini ekstremizm məzmunlu məlumatların olmaması onların hamısının müvafiq razılıq əsasında idxal edilməsi anlamına gəlmir. Nəzərə almaq lazımdır ki, Məhkəmə Ekspertizası Mərkəzində aparılmış tədqiqatların nəticələri ekspert qarşısında qoyulmuş suallara uyğun cavablandırılmışdır. Ümumiyyətlə, Dövlət Komitəsində dinşünaslıq ekspertizasına təqdim edilmiş hər bir kitab barədə rəy hazırlanır. Rəy əsasən iki hissədən - tədqiqi hissə və nəticədən ibarət olur. Əgər dini ədəbiyyatın çapı və ya idxalı məqsədəuyğun hesab edilməsə, rəydə bunun səbəbi göstərilir. Dinşünaslıq ekspertizası zamanı bir qayda olaraq ekspertin qarşısında, “Təqdim edilən ədəbiyyatda dini nifrət və düşmənçiliyə rəvac verəcək fikirlər varmı?”, “Dinlər və məzhəblərarası münasibətlərə xələl gətirəcək fikirlər mövcuddurmu?”, “Ölkədəki mövcud dini duruma, tolerant və multikultural mühitə mənfi təsir göstərəcək fikirlərə yer verilibmi?” kimi şərti sualları qoyulur. Bu suallardan da göründüyü kimi, dini təyinatlı ədəbiyyatın ekspertizasında əsas məsələ və qarşıya qoyulan məqsəd onun dinə, şəriətə uyğun olub-olmadığını müəyyən etmək deyil, hansı mövqedən yazılmasını və cəmiyyətə, ölkədəki mövcud dini duruma, dinlər və məzhəblər arası münasibətlərə necə təsir göstərməsini müəyyənləşdirməkdir. - Azərbaycan Respublikasının Konstitusiyasının 18-ci maddəsində göstərilmişdir ki, din dövlətdən ayrıdır və bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Həmçinin, həmin maddənin ikinci bəndində insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliğinin qadağan olunduğu qeyd olunmuşdur. Yəni dövlət dinə, şəriət məsələlərinə qarışmır və hansı fikrin şəriətə uyğun olub-olmadığını müəyyənləşdirmir. Amma dövlət ölkədəki dini duruma, dinlər və məzhəblərarası münasibətlərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Konstitusiyasının 48-ci maddəsinə və bu maddəyə istinadən “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlər sırasında mənəviyyatın və başqalarının hüquqlarının qorunması müddəası yer almaqdadır. Dinşünaslıq ekspertizasının prioriteti də məhz sağlam mənəvi mühitin və inancından asılı olmayaraq hər kəsin hüquqlarının qorunmasıdır. - Dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materiallarının istehsalına, idxalına, ixracına, habelə sərbəst yayılmasına Dövlət Komitəsi tərəfindən razılıq verilməsinə aşağıdakı hallarda imtina edilə bilər: 1) Dini etiqadın və dini həyat tərzinin zor işlətməklə və ya zor işlədəcəyi ilə hədələməklə, habelə dini, sosial ədavət və düşmənçilik yaratmaq məqsədi ilə təbliğinə yol verildikdə; 2) Onların istehsalı, idxalı, ixracı, habelə sərbəst yayılması insanpərvərlik prinsiplərinə zidd olan dinin (dini cərəyanın) yayılması və təbliği məqsədi ilə həyata keçiriləcəyi ehtimal olunduqda; 3) İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği halları aşkarlandıqda; 4) Onların istehsalı, idxalı, ixracı, habelə sərbəst yayılması ictimai təhlükəsizliyə və ya ictimai qaydanın pozulmasına səbəb ola biləcəyi hallarda; 4) Ölkədəki tolerantlıq durumuna mənfi təsir göstərən, dini ekstremizmi təbliğ edən məlumatlara rast gəlindiyi təqdirdə; 5) Onların ölkədə dini duruma mənfi təsir göstərə biləcəyi ehtimal edildiyi digər hallarda. - İddiaçı ölkəyə gətirmək istədiyi dini ədəbiyyatlar X12 “Risaleyi-nur” külliyyatına daxil olan ədəbiyyatlardır. Məlumat üçün bildirilmişdir ki, ölkəmizdə qeyri-qanuni fəaliyyət göstərən dini qruplardan biri də Türkiyə mərkəzli “Nur camaatı”dır. Azərbaycanda “nurçuluğun Mustafa Sunqur qanadı” kimi tanınan bu qrupun əsas özəlliyi böyük islam alimi və ustadları kimi qəbul etdikləri Səid Nursinin dini əsərlərinin mütaliəsidir. Əksər hallarda kütləvi şəkildə təşkil edilən bu mütaliələr, kütləvi dini ayinlərin icrası və başqa dini tədbirlər dini ibadət yerlərində deyil, fərdi evlərdə və ya kirayələnmiş mənzillərdə həyata keçirilir. Bu metod nur camaatının ideoloji təbliğat vasitələrindən biri hesab edilir. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 6-1-ci maddəsinin tələblərinə uyğun olaraq kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərində və ziyarətgahlarda keçirilməlidir. Bundan əlavə olaraq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsinə əsasən dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər yeddi min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Qeyd edilənlər nəzərə alınaraq “Risaleyi-nur" külliyyatı adlandırılan bu əsərə daxil olan və bənzəri dini ədəbiyyatlara 2009-cu ildən sonra ölkədəki mövcüd dini durum və qanunvericilikdə edilmiş dəyişikliklər, xüsusilə hüquq-mühafizə orqanlarının çoxsaylı müraciətləri nəzərə alınaraq, əsasən təriqətçiiyin (camaatçılığın) yayılmasında istifadə edildiyindən ölkəyə idxalı, yayılması, nəşri və satışı ekspertlər tərəfindən məqsədəuyğun hesab olunmamışdır. Bu cür kitabların idxalının, çapının və ya yayılmasının məqsədəuyğun hesab edilməməsi, belə demək mümkündürsə, onlara legitimlik statusunun verilməməsi anlamına gəlir. İndiki dini şəraitdə dini fikrin və rəyin düzgün istiqamətləndirilməsi və oriyentasiyası baxımından bu, hələlik effektiv vasitə kimi qiymətləndirilir. Eyni zamanda bildirilmişdir ki, bu haqda əlavə məlumat almaq istəyən şəxslər dəfələrlə Dövlət Komitəsində olmuş və onlara müvafiq izahat verilmişdir. Dövlət Komitəsi konkret məsələ ilə bağlı mövqeyini mütəmadi olaraq mətbuat vasitəsilə də ictimaiyyətin diqqətinə çatdırmışdır. Yəni İddiaçı bütün bunlar barədə məlumatlı olmuşdur. - Azərbaycan Respublikasının Konstitusiyasının 48-ci maddəsi hər kəsin vicdan azadlığını tanımaqla yanaşı, dini etiqad və əqidənin hüquq pozuntusuna bəraət qazandırmadığını da ifadə edir. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 3-cü bəndində göstərildiyi kimi dini etiqad azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda ictimai təhlükəsizlik mənafeləri üçün, ictimai qaydanın təmin edilməsi, sağlamlığın və ya mənəviyyatın və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. İnsan Hüquqlarının və X9 X4 9-cu maddəsinin birinci bəndində qeyd edilir ki, hər kəsin fikir, vicdan və din azadlığı hüququ vardır; bu hüquqa öz dinini və ya əqidəsini dəyişmək azadlığı, öz dininə və ya əqidəsinə həm təkbaşına, həm də başqaları ilə birlikdə etiqad etmək və açıq yaxud şəxsi qaydada ibadəti, təlimləri, dini və mərasim ayinlərini yerinə yetirmək azadlığı daxildir. Bununla yanaşı, Konvensiyasının 9-cu maddəsinin ikinci bəndində öz dininə və baxışlarına etiqad etmək azadlığı yalnız ictimai asayiş maraqları naminə, ictimai qaydanı, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan məhdudiyyətlərə məruz qala biləcəyi qeyd edilmişdir. Bütün gətirilən dəlilləri əsas götürülərək, İddiaçı “Risaleyi-Nur külliyyatına daxil olan 14 adda kitabın Türkiyə Respublikasından idxal edilməsinə dair öhdəliyin cavabdehin üzərinə qoyulması barədə” iddia tələbinin əsassızlığının nəzərə alınması xahiş edilmişdir.
4. Şəki İnzibati Məhkəməsinin (hakim X19) 15 may 2025-ci il tarixli 2-1(116)- 2039/2025 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dini X23 Dövlət Komitəsinə qarşı “Risalei-Nur Külliyatına daxil olan, müəllifi X10, 14 adda kitablardan (Sözler, Mektubat, Lemalar, Şualar, Mesnevii-Nuriye, Asayı-Musa, Tarihçeyi- Həyat, İşaratül-İcaz, Sikkeyi-Tasdiqi qaybi, Barla Lahikası, Emirdağ Lahikası, Kastamonu Lahikası, Muhakemat, İman və küfür müvazeneleri.) hər birindən 1 (bir) ədəd olmaqla Türkiyə Respublikasından idxal edilməsinə razılıq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır.
5. Məhkəmə qeyd etmişdir ki, yuxarıda göstərilən hüquqi aktların tələblərinə əsasən cavabdehin hərəkəti qanuni və əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Dini X23 Dövlət Komitəsi, Azərbaycan Respublikasının Konstitusiyası, "Dini etiqad azadlığı haqqında" Qanun, “İnzibati icraat haqqında” Qanun və aidiyyəti digər normativ hüquqi aktlardan irəli gələn səlahiyyətlərinə əsaslanaraq dini təyinatlı ədəbiyyatların, o cümlədən X12 müəllifi olduğu və "Risaleyi-Nur" küliyyatına daxil olan kitabların ölkə ərazisinə idxalı ilə bağlı müraciətlərə yalnız məzmun, məqsəd, sosial və hüquqi nəticə baxımından hərtərəfli araşdırma və müvafiq dinşünaslıq ekspertizasının nəticələri əsasında rəy verilə bilər və həmin rəy, hüquqi baxımdan, inzibati qərarların qəbulunda əsas normativ istinad nöqtələrindən birini təşkil edir. - Bu baxımdan, İddiaçı sözügedən dini ədəbiyyatların satış məqsədi olmasa belə (iddia ərizəsinin məzmunu və iddiaçının məhkəmə iclasındakı ifadəsinin məzmununa əsasən) Türkiyə Respublikasından Azərbaycana idxalına razılıq verilməsi barədə müraciətinə Dövlət Komitəsi tərəfindən dinşünaslıq ekspertizasının nəticələri (ümumi hallar üzrə), ölkədəki aktual dini durum, dini müxtəliflik və dini münasibətlərin sabitliyi üzərində potensial təsirlərin risk qiymətləndirilməsi nəzərə alınaraq cavabdeh tərəfindən imtina verilməsi, hüquqi baxımdan nəinki qanuni, eyni zamanda demokratik cəmiyyətin təhlükəsizliyi, ictimai asayişin qorunması və dini bölücülük meyllərinin qarşısının alınması məqsədilə mütləq zərurət şəraitində qəbul edilmiş bir qərardır. - Qeyd edilməlidir ki, “Risaleyi-Nur” külliyyatına daxil olan dini ədəbiyyatların məzmununda birbaşa ekstremizm, dini radikalizm və ya konstitusion quruluşun zorla dəyişdirilməsinə yönəlmiş çağırışların olmaması həmin əsərlərin yayımına və ölkəyə idxalına avtomatik olaraq mütləq hüquqi əsas vermir. Çünki bu kitabların dini mahiyyəti ilə yanaşı, onların sosial funksiyası və praktik müstəvidə necə və hansı dini icmalar tərəfindən hansı məqsədlərlə istifadə olunduğu da hüquqi qiymətləndirmə zamanı fundamental əhəmiyyət daşıyır və bu xüsusda da məhz “nurçuluq” adı ilə tanınan, qeyri-ənənəvi dini cərəyanın Azərbaycandakı fəaliyyəti və yayım mexanizmləri Dini X23 Dövlət Komitəsi və digər aidiyyəti orqanlar tərəfindən uzun illər müşahidə və qiymətləndirmə predmetidir. - Beləliklə, Dini X23 Dövlət Komitəsinin 12 dekabr 2024-cü il tarixli, 3- 32/2-K-1120- 42-449/2024 nömrəli məktubu ilə verilmiş rədd cavabı, iddiaçının istinad etdiyi kimi əsaslandırılmamış və subyektiv deyil, əksinə, dövlətin mövcud dini sabitliyi qorumaq siyasətinə, dini plüralizmin çərçivəsində mənəvi və hüquqi təhlükələrin qarşısının alınmasına yönəlmiş prioritetlərinə, eləcə də qanunvericiliyin konkret müddəalarına əsaslanaraq qəbul edilmişdir. - Həmçinin məhkəmə nəzərə almışdır ki, “Dini etiqad azadlığı haqqında” Qanunun 22-ci maddəsində və “Lisenziyalar və icazələr haqqında” Qanunda açıq şəkildə qeyd olunmuşdur ki, dini təyinatlı ədəbiyyatın idxalı, yayımı və satışı yalnız müvafiq icra hakimiyyəti orqanı – bu halda Dini X23 Dövlət Komitəsinin icazəsi əsasında həyata keçirilə bilər və həmin icazə heç bir halda birbaşa hüquq sayılmır. Bu səlahiyyətin həyata keçirilməsi isə normativ əsaslara uyğun şəkildə diskresion səlahiyyət çərçivəsində reallaşır. - Eyni zamanda iddiaçının istinad etdiyi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bəzi hallarda bu və ya digər dini kitabların məzmununda aşkar qanun pozuntusunun olmaması barədə verdiyi rəylər inzibati razılıq verilməsi üçün mütləq və həlledici sənəd hesab edilə bilməz. Çünki ekspert rəyinin predmeti yalnız mətnin hüquq normasına uyğunluğunun qiymətləndirilməsindən ibarətdir. Onun ictimai-siyasi və dini kontekstdə istifadəsinin mümkün fəsadları isə yalnız Dini işlər üzrə Dövlət Komitəsinin səlahiyyət dairəsində olan məsələdir. - Əlavə olaraq qeyd edilməlidir ki, “Risaleyi-Nur” külliyyatının yayımının əsasən dini təriqətçiliyin, konkret olaraq “nurçuluq” ideologiyasının genişlənməsi və qapalı dini toplantıların təşkili vasitəsi kimi istifadə edilməsi barədə hüquq-mühafizə orqanlarının məlumatları, həmçinin, bu kitabların kütləvi idxalı nəticəsində ölkədə dini fikir azadlığı adı altında dini qütbləşmə, məzhəbi münaqişələr və dini-ictimai harmoniyanın pozulması təhlükəsinin real olduğu qənaətinə gəlməyə əsas verir və bu baxımdan Dini X23 Dövlət Komitəsinin imtina qərarı ictimai maraqların müdafiəsinə yönəlmiş, hüquqi və konstitusion baxımdan tam əsaslandırılmışdır. - Həmçinin iddiaçı, ərizəsində, eyni zamanda məhkəmə iclasındakı ifadəsində qeyd edilən kitabları şəxsi istifadə üçün gətirdiyini qeyd edir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, kitabların hər biri bir nüsxədə olsa da, ümumi sayın 14 olması onların çoxaldılması və ya üçüncü şəxslərə ötürülməsi ehtimalını istisna etmir. Bu isə potensial olaraq həmin dini ədəbiyyatın daha geniş şəkildə yayılmasına və nəzarətsiz təbliğat fəaliyyətinə yol aça bilər. - Eyni zamanda məhkəmə ehtimal etmişdir ki, bu kitablarla uzunmüddətli ünsiyyət iddiaçının öz dini baxışlarına və sosial davranışlarına da təsir göstərə bilər. Bu isə onun müəyyən dini qrupların ideoloji təsirinə düşməsi, radikal baxışların formalaşması və nəticə etibarilə həm hüquqi, həm də sosial müstəvidə riskli vəziyyətlə üzləşməsi ilə nəticələnə bilər. Bu baxımdan belə dini ədəbiyyatın ölkəyə gətirilməsi və şəxsi istifadə adı altında saxlanılması halları sırf fərdi məsələ kimi qiymətləndirə bilməz. Çünki bu cür hallar daha geniş sosial və təhlükəsizlik aspektləri nəzərə alınmaqla qiymətləndirilməlidir. - Nəticə olaraq, Dini X23 Dövlət Komitəsinin mübahisə mövzusu olan məktubu, yəni iddiaçının dini ədəbiyyatların idxalına icazə verilməməsi ilə bağlı imtinası mövcud qanunvericiliyin bütün tələblərinə tam uyğun olaraq, həmçinin dövlətin dini sabitlik və ictimai asayişi qorumağa yönəlmiş funksiyalarını yerinə yetirmək məqsədini daşıyır. Bu imtina həm qanuni tələblərə, həm də dövlətin dini azadlıqları və cəmiyyətin ümumi əminamanlığını təmin etmək kimi müvafiq məqsədlərə xidmət edir. Eyni zamanda, bu imtina həm məqsədyönlü, həm də zəruridir, çünki hər hansı bir icazənin verilməsi ölkədəki dini balansın pozulmasına və ictimai narahatlıqlara səbəb ola bilər. Bu səbəbdən, iddiaçının müraciətinin qəbul edilməməsi üçün heç bir hüquqi əsas olmadığı və qanunlar baxımından bu cür qərarın verilməsinin tam yerində olduğu qənaətinə gəlmək olar. Nəticə etibarilə, iddiaçının tələbinin təmin edilməməsi qanunvericiliyin tələblərinə, hüquqi prinsiplərə və dövlətin ümumi maraqlarına uyğun bir qərardır.
6. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, Şəki İnzibati Məhkəməsinin 2- 1(116)-2039/2020 saylı, xx.xx.2025-ci il tarixli qərarının qanunsuz və əsassız olduğuna görə iddianın təmin edilməməsi hissəsində ləğv edilməsini, İddiaçı tərəfindən “Risalei-Nur Külliyyatına daxil olan 14 adda kitabların (Sözler, Mektubat, Lemalar, Şüalar, Mesnevi- Nuriye, Asayı-Musa, Tarixçe-i-Hayat, İşaratül-İcaz, Sikkeyi-Tasdiqi Qaybiye, Barla lahikası, Emirdağ lahikası, Kastamonu lahikası, Muhakemat, İman və Küfür Müvazeneleri) hər birindən 1 (bir) ədəd olmaqla şəxsi istifadə üçün Türkiyə Respublikasından idxal olunmasına razılıq verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dini X23 Dövlət Komitəsinin üzərinə qoyulmasına dair iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin həmin qərarı qanunsuz və əsassızdır və apellyasiya qaydasında ləğv edilməlidir. Şəki İnzibati Məhkəməsinin qeyd edilən qərarının nəticə hissəsi işin faktiki hallarına uyğun deyil (iddianın təmin edilməməsi iddiaçının dini kitabların ölkəyə idxal edilməsi hüququna malik olması və s.), həmçinin məhkəməyə təqdim edilən sübutlara (Dinşünaslıq Ekspertizasının və Məhkəmə Ekspertiza Mərkəzinin həmin kitablar barəsindəki müsbət rəyləri, cavabdehin bu kitablar haqqında müsbət məzmunda məhkəməyə verdiyi izahat, iddiaçının izahatı və s.) düzgün hüquqi qiymət verilməmiş və qərar həmin sübutlarla əsaslandırılmamışdır. Şəki İnzibati Məhkəməsinin 2-1(116)- 2039/2020 saylı, xx.xx.2025-ci il tarixli qərarının təsviri, əsaslandırıcı və nəticə hissələri biri-biri ilə ziddiyyət təşkil edir. - İddiaçı bildirir ki, cavabdehin məhkəməyə təqdim etdiyi etirazında və buna uyğun məhkəmənin qərarında, həmçinin X11 Ekspertizasının və Məhkəmə Ekspertiza Mərkəzinin çox saylı rəylərində X1 Qurani Kərimin elmi-fəlsəfi təfsiri olan “Risalei-Nur Külliyyatına daxil olan kitabların məzmununda cavabdehin həmin ədəbiyyatların idxal edilməsindən imtina edilməsi üçün əsasların heç biri yoxdur. Cavabdehin məhkəməyə təqdim etdiyi etirazında və verdiyi izahatında qeyd edilir ki, “Risalei-Nur Külliyyatına daxil olan kitablar dini təriqət və camaatçılıqdan bəhs edir. - İddiaçı bildirir ki, “Risalei-Nur Külliyyatına daxil olan kitablar ülvi və ümümbəşəri dəyərləri özündə əks edən və X1 Qurani-Kərimin elmi-fəlsəfi təfsiridir və islam tarixində müxtəlif zamanlarda islam alimləri (Abdullah bin Abbas-619-687, Abdullah bin Məsud-?- 653, Nimetullah Nehcuvani-?-l 514-“Fevatiül İlahİye”, Şah Veliyullah ed-Dehlevi-“Feth-ür- Rahman fı Tefsir-il-Kuran”, Senaullah-i Dehlevi (1730-1810) “Tefsirül Mahzeri” X20 (1876- 1960) “Risalei-Nur” və s.) tərəfindən bu qəbildən elmi-təfsirlər yazılmışdır. Bu kitablar həmçinin hansısa dini təriqət və ya camaatçılıqdan deyil, İslam dininin əsaslarından (Allahın varlığı və birliyi, Peyğəmbərlərə iman, Mələklərə iman, Axirət gününə iman, Müqəddəs Kitablara iman və Qəza və Qədərə iman) bəhs edir və onlar barəsində olan surə və ayələri elmi cəhətdən təfsir edir. Beləliklə yuxarıda yazılanlardan məlum olur ki, böyük İslam alimi X20 həzrətlərinin müəllifi olduğu “Risalei-Nur” külliyyatına daxil olan kitablar Müqəddəs Kitabımız olan Qurani-Kərimin elmi-fəlsəfi təfsiridir və öz məzmununda dar çərçivədə olan təriqət cərəyanlarını əks etdirmir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin izahatları
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 15 may 2025-ci il tarixli 2-1(116)-2039/2025 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Dini X23 Dövlət Komitəsinin nümayəndələri X14 və X6 izahat verərək apelyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 15 may 2025-ci il tarixli 2-1(116)-2039/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 18. Din və dövlət İ. Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir. İİ. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır. İİİ. Dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır. Maddə 48. Vicdan azadlığı İ. Hər kəsin vicdan azadlığı vardır. İİ. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. İİİ. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir. İV. Dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır. V. Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz.
12. İnzibati İcraat haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3.İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 8.1.4. Digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Maddə 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
14. Dini etiqad azadlığı haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Dini etiqaq azadlığı Hər kəsin hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Şəxsin dini etiqadını ifadə etməsinə, ibadətlərdə, dini ayin və mərasimlərdə iştirak etməsinə və ya dini öyrənməsinə hər hansı maneə törədilə bilməz. Heç kəs öz dini etiqadını ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz. Dini etiqadın və dini həyat tərzinin zor tətbiq etməklə və ya zor tətbiq ediləcəyi ilə hədələməklə, habelə irqi, milli, dini, sosial ədavət və düşmənçilik yaratmaq məqsədi ilə təbliğinə yol verilmir. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır. Dini etiqad azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda ictimai təhlükəsizlik mənafeləri üçün, ictimai qaydanın təmin edilməsi, sağlamlığın və ya mənəviyyatın və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. Bu Qanunun 21-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində dini təbliğat aparılması qadağandır. Valideynlər və ya digər qanuni nümayəndələr, qarşılıqlı razılıq əsasında, uşaqları özlərinin dini əqidəsinə və dinə münasibətinə müvafiq olaraq tərbiyə edə bilərlər. Uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağandır. Uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına mənfi təsir göstərməməlidir. Bu Qanunun 21-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, kütləvi dini ibadət, ayin və mərasimlərin icrası zamanı dini təlimin əsaslarının işıqlandırılması yalnız bu Qanunla müəyyən edilmiş qaydada təyin olunmuş din xadimləri tərəfindən həyata keçirilə bilər. Dini ekstremizmin təbliğinə, həmçinin siyasi məqsədlər üçün dinlərarası və dinlərdaxili fərqlərin istifadəsinə yönəldilmiş fəaliyyət qadağandır. Maddə 22. Dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları; Vətəndaşlar və dini qurumlar istədikləri dildə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları əldə edə və onlardan istifadə edə bilərlər. Dini qurumlar, dini qurum olmayan digər hüquqi və fiziki şəxslər müvafiq icra hakimiyyəti orqanının razılığı ilə dini təyinatlı ədəbiyyatı (kağız və elektron daşıyıcılarında), audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal, idxal, ixrac edə, habelə onları nəzarət markası ilə markalandıqdan sonra sərbəst yaya bilərlər. Nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının satışı yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılmış ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə həyata keçirilir. Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi qaydaları, habelə nəzarət markasının alınmasına görə ödənilən haqqın məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Nəzarət markalarının alınmasına görə ödənilən vəsaitlər dövlət büdcəsinə köçürülür. Həmin vəsaitlərin dövlət büdcəsinə daxil olmasına nəzarət edilməsi və uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Müvafiq icra hakimiyyəti orqanı nəzarət markalarının hazırlanmasını təmin edir. Maddə 29. Müvafiq icra hakimiyyəti orqanı Müvafiq icra hakimiyyəti orqanı: dini qurumların xahişi üzrə dövlət orqanları (qurumları) ilə razılaşmalar əldə edilməsində və dövlət orqanları (qurumları) tərəfindən həlli tələb olunan məsələlərdə dini qurumlara lazımi yardım göstərir; müxtəlif dini etiqadların dini qurumları arasında qarşılıqlı hörmət, anlaşma və dözümlülük mühitinin möhkəmlənməsinə kömək edir; dini qurumların bu Qanunla nəzərdə tutulmuş qaydada nizamnamələrinin (əsasnamələrinin) qeydə alınmasını, habelə onlara dəyişiklik və əlavələr edilməsini həyata keçirir; dini etiqad azadlığı haqqında qanunvericiliyin tətbiqində yerli icra hakimiyyəti orqanlarına kömək göstərir; xarici dövlətlərin müvafiq orqanları ilə əlaqə saxlayır; Azərbaycan Respublikasında dini qurumlar, dini etiqad azadlığı haqqında qanunvericiliyin icrası üzrə məlumat bankı yaradır; dini qurumlardan qanunda nəzərdə tutulmuş məlumatlar, maliyyə hesabatları alır; dini qurumların bu Qanunun tələbləri nəzərə alınmaqla, beynəlxalq dini hərəkatlarla, forumlarla, beynəlxalq dini mərkəzlərlə və xarici X24güzar əlaqələrdə iştirakına kömək edir; dinşünaslıq ekspertizasının aparılmasını təmin edir, bu işə dini qurumların nümayəndələrini və mütəxəssisləri cəlb edir; dini ibadət yerlərinin və ziyarətgahların tikintisinə və yenidən qurulmasına müvafiq dini mərkəzin (idarənin) təklifini nəzərə almaqla rəy verir; müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə dini təhsil müəssisələrinin proqramlarını təhlil və təsdiq edir, dini tədris keyfiyyətinin müəyyən edilməsi üçün rəy verir; nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının satışı üzrə ixtisaslaşdırılmış satış məntəqələrində “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yoxlamalar aparır; dini qurumlara münasibətdə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı, o cümlədən hədəfli maliyyə sanksiyalarının tətbiqi ilə bağlı qanunda nəzərdə tutulmuş qaydada və hallarda nəzarət orqanının funksiyalarını həyata keçirir.
Apellyasiya şikayətinin mümkünlüyü
15. İddiaçı tərəfindən apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).
16. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
17. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
18. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
20. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
21. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
22. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
23. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi iddiaçının hazırki iddianı qaldırmaqda hüquqi marağı dini təyinatlı kitabların şəxsi istifadəsi üçün Azərbaycan Respublikasına idxal edilməsinə razılıq verilməsi və “Risalei- Nur Külliyyatına daxil olan 14 adda kitabların (Sözler,Mektubat,Lemalar,Şüalar,Mesnevi- Nuriye Asayı-Musa, tarixçeti-Hayat, İşatatül-İcaz, Sikkeyi-Tasdiqi Qaybiye, Barla lahikası, Emirdağ lahikası, Kastamonu lahikası, Muhakemat, İman və Küfür Müvazeneleri) hər birindən 1 (bir) ədəd olmaqla şəxsi istifadə üçün Türkiyə Respublikasından idxal olunmasına razılıq verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dini X23 Dövlət Komitəsinin üzərinə qoyulmasından ibarətdir.
24. Belə ki, iddiaçı dini təyinatlı kitabların şəxsi istifadəsi üçün Azərbaycan Respublikasına idxal edilməsinə razılıq verilməsi üçün cavabdeh orqana müraciət etmiş, kitabların təriqətçiliyin (camaatçılığın) yayılmasında istifadə edildiyindən onların idxalı məqsədəuyğun hesab edilməmiş, buna görə də, cavabdehin cavab məktubu ilə kitabların idxalına razılıq verilməsindən imtina edilmişdir.
25. İddiaçının həm iddiasında, həm də şikayətində göstərdiyi mövqeyinə görə kitablarda ölkədəki dini duruma mənfi təsir göstərəcək fikirlər yer almamışdır. Əksinə, kitablarda dinin əsasları kimi qələmə verilən bir çox yanlışlıqları və yalanları üzrə çıxararaq islam dinini daha düzgün qavramağa, həqiqi dini əsasları sonradan uydurulmuş din adı altında həyata keçirilən nağıllardan ayırd etməyə və cəmiyyəti maarifləndirməyə yönəlmiş əsərlərdir. Eyni zamanda Kollegiyasının iclasında iddiaçı bildirmişdir ki, o, kitabları şəxsi istifadəsi üçün gətirmək istəyir, həmin kitablardan əvvəllər də onda olmuş, hazırda həmin kitablar köhnəlmiş, oxunaqlılığını itirmişdir. Ona görə də, yeniləri ilə əvəz etmək istəyir. Bununla yanaşı, iddiaçı “Risaleyi-nur” külliyyatına daxil olan dini ədəbiyyatlarda qanunvericiliyə zidd fikirlərin olmaması ilə bağlı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri tərəfindən verilmiş rəylərə də istinad etmişdir.
26. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
27. Qeyd edilməlidir ki, Ekspertiza rəyinə əsasən “Risaleyi-nur” külliyyatına daxil olan dini ədəbiyyatların məzmununda dini nifrət və düşmənçilik yaradan, dini ekstremizm məzmunlu məlumatların olmaması onların hamısının müvafiq razılıq əsasında idxal edilməsi anlamına gəlmir.
28. Nəzərə almaq lazımdır ki, iddiaçının istinad etdiyi Məhkəmə Ekspertizası Mərkəzində aparılmış tədqiqatların nəticələri ekspert qarşısında qoyulmuş suallara uyğun cavablandırılmışdır. Göründüyü kimi, dini təyinatlı ədəbiyyatın ekspertizasında əsas məsələ və qarşıya qoyulan məqsəd onun dinə, şəriətə uyğun olub-olmadığını müəyyən etmək deyil, hansı mövqedən yazılmasını və cəmiyyətə, ölkədəki mövcud dini duruma, dinlər və məzhəblər arası münasibətlərə necə təsir göstərməsini müəyyənləşdirməkdir.
29. Qanunvericiliyin tələblərindən də göründüyü kimi, Dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materiallarının istehsalına, idxalına, ixracına, habelə sərbəst yayılmasına Dövlət Komitəsi tərəfindən razılıq verilməsinə aşağıdakı hallarda imtina edilə bilər: 1) Dini etiqadın və dini həyat tərzinin zor işlətməklə və ya zor işlədəcəyi ilə hədələməklə, habelə dini, sosial ədavət və düşmənçilik yaratmaq məqsədi ilə təbliğinə yol verildikdə; 2) Onların istehsalı, idxalı, ixracı, habelə sərbəst yayılması insanpərvərlik prinsiplərinə zidd olan dinin (dini cərəyanın) yayılması və təbliği məqsədi ilə həyata keçiriləcəyi ehtimal olunduqda; 3) İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği halları aşkarlandıqda; 4) Onların istehsalı, idxalı, ixracı, habelə sərbəst yayılması ictimai təhlükəsizliyə və ya ictimai qaydanın pozulmasına səbəb ola biləcəyi hallarda; 4) Ölkədəki tolerantlıq durumuna mənfi təsir göstərən, dini ekstremizmi təbliğ edən məlumatlara rast gəlindiyi təqdirdə; 5) Onların ölkədə dini duruma mənfi təsir göstərə biləcəyi ehtimal edildiyi digər hallarda.
30. İddiaçı ölkəyə gətirmək istədiyi dini ədəbiyyatlar da X12 “Risaleyi-nur” külliyyatına daxil olan ədəbiyyatlardır.
31. Cavabdeh orqan da bildirmişdir ki, ölkəmizdə qeyri-qanuni fəaliyyət göstərən dini qruplardan biri də Türkiyə mərkəzli “Nur camaatı”dır. Azərbaycanda “nurçuluğun Mustafa Sunqur qanadı” kimi tanınan bu qrupun əsas özəlliyi böyük islam alimi və ustadları kimi qəbul etdikləri Səid Nursinin dini əsərlərinin mütaliəsidir. Əksər hallarda kütləvi şəkildə təşkil edilən bu mütaliələr, kütləvi dini ayinlərin icrası və başqa dini tədbirlər dini ibadət yerlərində deyil, fərdi evlərdə və ya kirayələnmiş mənzillərdə həyata keçirilir. Bu metod nur camaatının ideoloji təbliğat vasitələrindən biri hesab edilir. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 6-1-ci maddəsinin tələblərinə uyğun olaraq kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərində və ziyarətgahlarda keçirilməlidir.
32. Məhkəmə kollegiyası qənaətinə görə birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, sözügedən “Risaleyi-Nur” külliyyatına daxil olan dini ədəbiyyatların məzmununda birbaşa ekstremizm, dini radikalizm və ya konstitusion quruluşun zorla dəyişdirilməsinə yönəlmiş çağırışların olmaması həmin əsərlərin yayımına və ölkəyə idxalına avtomatik olaraq mütləq hüquqi əsas vermir. Çünki bu kitabların dini mahiyyəti ilə yanaşı, onların sosial funksiyası və praktik müstəvidə necə və hansı dini icmalar tərəfindən hansı məqsədlərlə istifadə olunduğu da hüquqi qiymətləndirmə zamanı fundamental əhəmiyyət daşıyır və bu xüsusda da məhz “nurçuluq” adı ilə tanınan, qeyri-ənənəvi dini cərəyanın Azərbaycandakı fəaliyyəti və yayım mexanizmləri Dini X23 Dövlət Komitəsi və digər aidiyyəti orqanlar tərəfindən uzun illər müşahidə və qiymətləndirmə predmetidir.
33. Həmçinin, Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X9 X4 9-cu maddəsi ilə vicdan və din azadlığı hüququ təmin olunsa da, həmin maddənin ikinci bəndində qeyd olunduğu kimi bu hüquq istisnasız və məhdudiyyətsiz deyildir. Belə ki, demokratik cəmiyyətdə zəruri hesab edilən hallarda, dövlət bu hüququ ictimai asayişin, sağlamlığın, mənəviyyatın, yaxud digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədi ilə qanuni şəkildə məhdudlaşdıra bilər və məhz bu norma Azərbaycan hüquq sisteminə inteqrasiya olunaraq “Dini etiqad azadlığı haqqında” Qanunda normativ əsas kimi əks olunmuşdur.
34. Beləliklə, Dini X23 Dövlət Komitəsinin 12 dekabr 2024-cü il tarixli, 3- 32/2-K-1120- 42-449/2024 nömrəli məktubu ilə verilmiş rədd cavabı, iddiaçının istinad etdiyi kimi əsaslandırılmamış və subyektiv deyil, əksinə, dövlətin mövcud dini sabitliyi qorumaq siyasətinə, dini plüralizmin çərçivəsində mənəvi və hüquqi təhlükələrin qarşısının alınmasına yönəlmiş prioritetlərinə, eləcə də qanunvericiliyin konkret müddəalarına əsaslanaraq qəbul edilmişdir.
35. Həmçinin “Risaleyi-Nur” külliyyatının yayımının əsasən dini təriqətçiliyin, konkret olaraq “nurçuluq” ideologiyasının genişlənməsi və qapalı dini toplantıların təşkili vasitəsi kimi istifadə edilməsi barədə hüquq-mühafizə orqanlarının məlumatları, həmçinin, bu kitabların kütləvi idxalı nəticəsində ölkədə dini fikir azadlığı adı altında dini qütbləşmə, məzhəbi münaqişələr və dini-ictimai harmoniyanın pozulması təhlükəsinin real olduğu qənaətinə gəlməyə əsas verir və bu baxımdan Dini X23 Dövlət Komitəsinin imtina qərarı ictimai maraqların müdafiəsinə yönəlmiş, hüquqi və konstitusion baxımdan tam əsaslandırılmışdır.
36. Eyni zamanda, bu kitablarla uzunmüddətli ünsiyyət iddiaçının öz dini baxışlarına və sosial davranışlarına da təsir göstərə bilər. Bu isə onun müəyyən dini qrupların ideoloji təsirinə düşməsi, radikal baxışların formalaşması və nəticə etibarilə həm hüquqi, həm də sosial müstəvidə riskli vəziyyətlə üzləşməsi ilə nəticələnə bilər. Bu baxımdan belə dini ədəbiyyatın ölkəyə gətirilməsi və şəxsi istifadə adı altında saxlanılması halları sırf fərdi məsələ kimi qiymətləndirə bilməz. Çünki bu cür hallar daha geniş sosial və təhlükəsizlik aspektləri nəzərə alınmaqla qiymətləndirilməlidir.
37. Həmçinin, iddiaçıda idxal edilməsini tələb etdiyi kitablardan olduğu halda, hətta həmin kitabların mətnlərinin dəyişmədiyi halda (iddiaçının dediyinə görə) onun həmin kitabların şəxsi istifadəsi üçün yenidən gətirilməsini tələb etməsi onların yayılması ehtimalına dəlalət edir. Kollegiya tərəfindən iddiaçının bildirdikləri inandırıcı qəbul edilmir.
38. Eyni zamanda, iddiaçının “digər şəxslərə həmin kitabların idxal edilməsinə cavabdeh orqanın etirazının olmaması barədə” dəlilinə münasibətdə kollegiya qeyd edir ki, həmin şəxslərə imtina cavabının verilməməsi hazırki iddianın təmin olunması üçün əsas ola bilməz.
39. Belə ki, “Dini etiqad azadlığı haqqında” Qanunun 22-ci maddəsində və “Lisenziyalar və icazələr haqqında” Qanunda açıq şəkildə qeyd olunmuşdur ki, dini təyinatlı ədəbiyyatın idxalı, yayımı və satışı yalnız müvafiq icra hakimiyyəti orqanı – bu halda Dini X23 Dövlət Komitəsinin icazəsi əsasında həyata keçirilə bilər və həmin icazə heç bir halda birbaşa hüquq sayılmır. Bu səlahiyyətin həyata keçirilməsi isə normativ əsaslara uyğun şəkildə diskresion səlahiyyət çərçivəsində reallaşır.
40. “İnzibati icraat haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən inzibat orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. -14.2-ci maddəyə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır.
41. İnzibati Prosessual Məcəllənin 73.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda.
42. Həmin Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır.
43. Həmin Məcəllənin 73.3-cü maddəsinin tələblərindən də göründüyü kimi dövlət orqanına verilmiş diskresion səlahiyyət çərçivəsində qəbul edilən qərarın yalnız inzibati orqanın mülahizəsinə əsaslanan hallarda, yəni hüquqi qiymətləndirmə və ictimai risk analizi əsaslı olaraq həyata keçirildiyi təqdirdə, həmin qərarın məhkəmə tərəfindən ləğv edilməsi yalnız inzibati orqanın səlahiyyətlərindən sui-istifadəsi və ya açıq-aşkar hüquqa ziddlik hallarında mümkündür ki, hazırkı iş üzrə belə bir hal sübut olunmamışdır.
44. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya bildirir ki, Dini X23 Dövlət Komitəsinin mübahisə mövzusu olan məktubu, yəni iddiaçının dini ədəbiyyatların idxalına icazə verilməməsi ilə bağlı imtinası mövcud qanunvericiliyin bütün tələblərinə tam uyğun olaraq, həmçinin dövlətin dini sabitlik və ictimai asayişi qorumağa yönəlmiş funksiyalarını yerinə yetirmək məqsədini daşıyır. Bu imtina həm qanuni tələblərə, həm də dövlətin dini azadlıqları və cəmiyyətin ümumi əminamanlığını təmin etmək kimi müvafiq məqsədlərə xidmət edir. Eyni zamanda, bu imtina həm məqsədyönlü, həm də zəruridir, çünki hər hansı bir icazənin verilməsi ölkədəki dini balansın pozulmasına və ictimai narahatlıqlara səbəb ola bilər. Bu səbəbdən, iddiaçının müraciətinin qəbul edilməməsi üçün heç bir hüquqi əsas olmadığı və qanunlar baxımından bu cür qərarın verilməsinin tam yerində olduğu qənaətinə gəlmək olar. Nəticə etibarilə, iddiaçının tələbinin təmin edilməməsi qanunvericiliyin tələblərinə, hüquqi prinsiplərə və dövlətin ümumi maraqlarına uyğun bir qərardır.
45. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın təmin edilməsinin əsası kimi qəbul etmir və əsassız hesab edərək belə qənaətə gəlir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.
46. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının tələbi ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, apellyasiya şikayəti isə təmin edilməməlidir.
47. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
Qərara aldı
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 15 may 2025-ci il tarixli 2-1(116)-2039/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.